Yer üzündə insanı heyrətə salacaq qədər fərqli növdə canlı növü yaşayır. Görməyə vərdiş etdiyimiz qarışqalar, bal arıları, itlər, pişiklər, milçəklər, hörümçəklər, atlar, toyuqlar, qağayılar, sərçələr və bir çox tez-tez rast gəlmədiyimiz canlılar vardır.
Dünyanın fərqli bölgələrində yaşayan, bəzən adını belə eşitmədiyimiz, eşitsək də nəyə bənzədiyini bilmədiyimiz milyonlarla canlı növü yaşayır. Bu kitabda mövzu edilən canlı da ətrafımızda görməyə vərdiş etmədiyimiz bir böcək növüdür. Həyatı və görünüşü ilə qismən qarışqalara bənzəyən bu növün adı “termit”dir.
Termit haqqında bir kitab bəzi insanlar üçün təəccüblü ola bilər. Kiçik bir böcək haqqında izah ediləcək çoxlu şey ola bilməyəcəyini düşünənlər çıxa bilər. Ancaq bu düşüncənin səhv olduğu, termitlərin xüsusiyyətlərini oxuduqda dərhal fərq ediləcək. Çünki bu kiçik canlı insana çox fərqli bir düşüncə üfüqü aça biləcək xüsusiyyətlərlə təchiz edilmişdir.