Hüceyrənin ağlasığmaz göz qamaşdırıcı dünyası təkamül nəzəriyyəsini mübahisəsiz bir şəkildə çökdürür, "canlıların mənşəyi"nin təsadüf deyil, yaradılış olduğunu isbat edir.
Araşdırdığımız bütün parçacıqlar; hüceyrələr, DNT-lər, ribosomlar, mitoxondrilər, fermentlər ya da hormonlar, çox aktiv varlıqlardır və heyrət verici işləri müvəffəqiyyətlə icra edirlər. Bu səbəbdən, bizim "ağıl" deyə təsvir etdiyimiz şeyə, yəni; düşünmə, analiz etmə, qərar vermə kimi qabiliyyətlərə sahibdirlər. Hələ bundan əlavə, bu "ağıl" insanların sahib olduğunu qəbul etdiyimiz ağıldan daha çox göz qamaşdırıcıdır. Tək bir zülal sintezi əsnasında hüceyrə orqanoidlərinin ortaya qoyduğu "ağıl nümayişi", insanlar tərəfindən asanlıqla əldə edilməyəcək səviyyədədir.
Ancaq, hüceyrədə ortaya çıxan ağılın hüceyrəyə "aid" olduğunu qəbul etməyimiz məntiqi olaraq mümkün deyil. Çünki "ağıl nümayişi" etdiklərini söylədiyimiz hüceyrə parçacıqları, bir molekul yığınından başqa bir şey deyildirlər. Etdikləri işlərə diqqət edildikdə hər birinin təcrübəli bir şəkildə "düşünə bilmələri" lazımdır, amma bir beyinləri yoxdur. Əslində heç bir şeyləri yoxdur; nə gözləri, nə qulaqları, nə toxunma duyğuları, nə də sinir sistemləri vardır. Bunlar ard-arda düzülmüş amin turşularından ibarət olan kimyəvi zəncirlərdən başqa bir şey deyildirlər.
Amma; görmə, eşitmə, hiss etmə, düşünmə, qərar vermə qabiliyyətindən məhrum olan bu kimyəvi tərkiblər, olduqca ehtişamlı bir "ağıl nümayişi" sərgiləyirlər.
O zaman bu sualı soruşmağımız lazımdır: Bu ağılın qaynağı nədir?
Bal arısı ilə əlaqədar bir ayə, bu mövzuda bizə əhəmiyyətli bir yol göstərir:
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
Bal arılarının da hüceyrədəki orqanoidlər kimi "ağıl nümayişi" sayılacaq işləri vardır. Bal düzəltmək üçün tapdıqları çiçəklərin "koordinatlarını" bir-birlərinə xəbər vermələri, şanlarını və pətəklərini memarlardan daha üstün bir şəkildə tikmələri və daha bir çox xüsusiyyətləri açıq bir "ağıl məhsulu"dur.
Bu ağılın qaynağı isə, yuxarıdakı ayədə açıqlanır. Allah arılara "vəhy etmiş", yəni öz elmindən onlara köçürmüş və onları etdikləri kompleks işi bacaracaq qədər bir "şüur" sahibi etmişdir. Ortaya çıxan ağıl arılara deyil, Allaha aiddir.
Şübhəsiz, bu vəziyyət yalnız arılar üçün məqbul ola bilməz. Çünki təbiət, "ağıl nümayişi edən ağılsız varlıq"larla doludur. Bunların hamısı, kiçik bir böcəkdən nəhəng bir orqanizmə qədər, Allahın "vəhy etdiyi" ağıl ilə hərəkət edərlər. Allah, hamısına müəyyən bir vəzifə və onu edəcək qədər bir "şüur" vəhy etmişdir və onlar da Allaha boyun əymiş olaraq vəzifələrini yerinə yetirərlər. Bir ayədə belə deyilir:
Göylərdə və yerdə olanlar Onundur; hamısı Ona könüldən boyun əymişlər. (Rum surəsi, 26)
Nəticədə, hüceyrədə ya da təbiətin başqa hər hansı bir parçasında ortaya çıxan ağıl, "öz-özünə" yaranan bir ağıl deyil. Bütün varlıqlar Allah tərəfindən özlərinə əmr edilən işi görürlər və bu işlərdə ortaya çıxan ağıl, Allahın ağlıdır. Bir ayə, insanların çoxunun fərqində olmadığı bu böyük sirri belə açıqlayır:
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
…Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!
Həqiqətən, Sən bilənsən, müdriksən!
(Bəqərə surəsi, 32)