Zülalsız bir həyat mümkün deyil. Çünki zülallar həm bədənin əsas elementləridir, həm də insan həyatında ən vacib əhəmiyyətə sahib olan ferment və hormonların quruluşlarını meydana gətirirlər. Ferment və hormonlar bədəndə müəyyən vəzifələrdə və reaksiyalarda mütəxəssisləşmiş, mürəkkəb zülal molekullarıdır. Bunlar bədən içərisindəki koordinasiyanın təmin edilməsindən əsas həyat funksiyalarının davam etməsinə qədər bir çox əhəmiyyətli vəzifəni icra edirlər.
Bu hissədə zülalların fövqəladə quruluşlarını və zülallardan ibarət olan bu mexanizmlərin bədən içində reallaşdırdıqları inanılmaz əməliyyatları araşdıracağıq. Hər an içimizdə bu əməliyyatların milyardlarlasının reallaşdığı düşünülsə, insan bədəninin təxəyyül sərhədlərinin kənarında mürəkkəb bir sistem olduğu daha yaxşı aydın olar.
Zülalların quruluşunda 20 fərqli cins amin turşusu var. Əslində təbiətdəki bu iyirmi növ amin turşusunun fərqli ədədlərdə və düzülüşlərdə sıralanmasından sonsuz müxtəliflikdə fərqli zülal növü meydana gələ bilər. Zülalları bir zəncirə bənzətsək, amin turşuları bu zəncirin halqalarıdır. Canlı varlıqlarda olan zülal növlərinin ehtiva etdikləri amin turşusunun sayı 100 ilə 3000 arasında dəyişir. Bir zülalı meydana gətirən düzülüşlərdə amin turşularından birinin təsadüfi çıxarılması, əlavə olunması ya da sırasının dəyişdirilməsi ümumiyyətlə, zülalın tamamilə işə yaramaz, hətta zərərli hala gəlməsinə səbəb olar.
Amin turşularının yer və sayları ilə yanaşı, bu amin turşularının meydana gətirdiyi zülalın üçölçülü həndəsəsi də çox əhəmiyyətlidir. Amin turşuları doğru say və düzülüşlə bir yerə gəlməklə bitməz, müəyyən nöqtələrdə bükülərək, zülalın vəzifəsini yerinə yetirə bilməsi üçün sahib olunmalı üçölçülü formasını da təyin edərlər. Bunu təmin etmək üçün bükülmə nöqtələrindəki amin turşuları, müəyyən bir bucaqda bükülməyə imkan verəcək şəkildə, digərlərindən daha zəif bağlarla bir-birlərinə bağlanarlar. Əgər belə olmasa, bütün amin turşuları bir-birlərinə bərabər qüvvələrlə bağlansaydılar dümdüz, xüsusiyyətsiz və işə yaramaz zülal zənciri meydana gələcəkdi.
Halbuki, üçölçülülük, zülallar üçün çox əhəmiyyətli bir xüsusiyyətdir. Xüsusilə fermentlər, ancaq sahib olduqları üçölçülü quruluş sayəsində bir sıra reaksiyaları idarə edər, nəzarət edər ya da sürətləndirə bilərlər. Qısacası, doğru say və düzülüş təmin edilsə belə, lazım olan həndəsənin təmin edilə bilməməsi bir zülalı funksiyasız hala gətirəcək. Bunun təmin edilməsi üçünsə, amin turşularının arasındakı cazibə qüvvələri belə ağlasığmaz bir idarə və həssaslıqla tək-tək nizamlanır, ən kiçik bir təfərrüat belə şansa buraxılmır.
Görüldüyü kimi, tək bir zülal molekulunun əldə edilməsi belə, saysız əməliyyat və yoxlamalar nəticəsində reallaşır. Bu günün texnologiyasıyla bir zülal molekulunu laboratoriya şərtlərində belə süni olaraq sintez etmək mümkün deyil.
Solda oksihemoglobin | Sağda ise miyoglobin proteinlerinin üç boyutlu yapıları |
Bədənimizin içində hər saniyə bir çox kompleks hadisə meydana gəlir. Bunlar o qədər təfərrüatlıdırlar ki, dərhal hər mərhələlərində, bütün qarışıqlığa nəzarət edən, nizamı təmin edən və hadisələri sürətləndirən "super nəzarətedicilər"in müdaxiləsinə ehtiyac duyular: Fermentlər... Hər canlı hüceyrə, hər biri öz xüsusi işini edən, məsələn, qida maddələrini parçalayan, qidalardan enerji çıxaran, sadə molekullardan zəncir istehsalını təmin edən və bunlar kimi saysız işlər icra edən minlərlə ferment saxlayar.
Əgər bu fermentlər olmasa, ən sadəsindən ən mürəkkəbinə qədər heç bir funksiyamız işləməz, ya da dayanmış kimi yavaşlayardı. Nəticə, hər iki halda da ölüm olardı. Nəfəs ala bilməz, bir şey yeyə bilməz, həzm edə bilməz, görə bilməz, danışa bilməz, qısacası yaşaya bilməzdik.
E. ENZİM |
KUSURSUZ UYUMBir enzim (heksokinaz) ve etkilediği madde arasındaki üç boyutlu kusursuz uyumu gösteren şekil. Heksikonaz enzimi ATP molekülünü ADP'ye, ADP'yi de ATP'ye çevirir. Birinci karede enzim değişime uğratacağı molekül üzerine bir kalıp gibi kapanır. İkinci karede enzimin parçaları birbirlerinden ayrılır ve molekül değişime uğramış bir şekilde ortama bırakılır. |
BİR ENZİM NASIL ÇALIŞIR?1- Enzim etkileyeceği maddenin üzerine şekilde temsil edildiği gibi tam olarak oturur. |
E. Enzyme |
ENZİMDEKİ TASARIMEnzim, etkilediği iki farklı molekülü birbirlerine kenetler ve yeni bir molekül inşa ede. Reaksiyon sonunda yapısını aynen koruyarak yeni molekülleri etkileyecek hazır hale gelir. Enzim ve moleküller arasında ilişki, bu moleküllerin birbirlerine uyum sağlayacak şekilde tasarlandıklarını gösterektedir. Nasıl bir anahtar ile anahtar deliği arasındaki uyum bilinçli bir tasarım sayesinde gerçekleşiyorsa, burada da bilinçli bir yaratılış vardır. |
Fermentlərin hadisələri sürətləndirməsini gündəlik həyatdan bir nümunəylə uyğunlaşdıra bilərik. Əgər "fermentsiz" qalma kimi bir vəziyyətlə qarşılaşılsa; normal şərtlərdə oxunması bir neçə saniyə davam edəcək bir cümləni oxumaq, təxminən on il davam edərdi. Məhz fermentlər bədəndəki reaksiyaları ən az bu nümunədəki qədər sürətləndirirlər. Fermentlərin, zülal sintezindən enerji istehsalına qədər hüceyrənin bütün funksiyalarında vacib əhəmiyyəti vardır.
Fermentlə təsir etdiyi maddə arasındakı əlaqə, açarla kilid arasındakı əlaqəyə bənzədilə bilər. Ferment və onun birləşəcəyi maddə, üçölçülü mürəkkəb bir həndəsədə bir-birlərinə birləşərlər. Hər ikisi də bir-birlərinə tam bir uyğunlaşma göstərəcək şəkildə xüsusi olaraq yaradılmışlar. Bundan əlavə, bu uyğunlaşma çox təsiredici bir sürət içində işləyər. Bu sürət o qədər baş gicəlləndiricidir ki, bir ferment bəzən bir saniyədə 300 maddəylə müəyyən bir sıraya uyğun olaraq tək-tək birləşər, o maddəni istənilən formaya salar, sonra da ayrılar.
Qısacası, hüceyrə fermentlər sayəsində yaşayır. Ancaq fermentlər də hüceyrədə çıxarılır. Hər hüceyrə öz ehtiyacı olan fermenti, lazım gördüyü miqdarda özü çıxarar.
Bütün bunlar, şüurlu bir insanın ağlında suallar oyandırmalıdır: Bir hüceyrə necə olar ki, bir şeyi lazımlı görə bilər, ehtiyacını necə hesablaya bilər? Bir çox mürəkkəb işi görən, bir robotdan daha sürətli işləyən ferment deyilən maşınları hüceyrə özü hazırlamışdır? Bu planı hazırlayan ağıl haradadır?
Şüurlu bir insanın cavabı da məlumdur. Bütün bunlar, "hüceyrə" adı verilən mikroskopik ət parçasının və onun içindəki daha kiçik “orqanoidlərin” əsəri ola bilməzlər. Həqiqət çox açıqdır. Bütün bunlar Allahın "hər şeyi bir-biriylə uyğun olaraq, ziddiyyət və uyğunsuzluq olmadan yaratması" (Mülk surəsi, 3) nəticəsində reallaşır.
Çox hüceyrəli orqanizmlər olan heyvanlar və insanlar fərqli quruluş və vəzifələri olan hüceyrələrdən meydana gəlmişlər. Bədənin bütövlüyü, bu hüceyrələr arasındakı mürəkkəb, lakin ən uyğun əlaqələrə bağlıdır. İnsan bədənindəki 100 trilyon hüceyrə sanki bir-birlərini tanıyırmışcasına hərəkət edirlər. Özlərinə ayrılmış xüsusi vəzifələri sonuna qədər, heç bir laqeydlik və zəiflik göstərmədən yerinə yetirərlər. Məhz bu mükəmməl koordinasiyada hormon deyilən xəbərçilər hüceyrələrə əmr daşımaqla vəzifəlidirlər. Bədənin böyüməsi, çoxalmanın təşkil edilməsi, bədəndəki daxili tarazlıq, sinir sistemindəki koordinasiya və daha bir çox əməliyyat hormonların əlaqədar hüceyrələrə çatdırdıqları mesajlar nəticəsində reallaşar. Görünməz bir ağıl hormonlar vasitəsiylə hüceyrələrə əmrlərini bildirər. Sizin xəbəriniz belə olmadan içinizdə möhtəşəm bir əmrə tabe olan sistemi yaradılmışdır.
Bu böyük ağıl, yenə sizin məlumatınız xaricində içinizdəki hər şeyi idarə altında saxlayar. Bu sistemdə sizin heç bir söz haqqınız yoxdur. Məsələn, bədəninizin böyüməsi: Siz nə qədər istəsəniz də boyunuzu olduğundan çox uzada bilməzsiniz. Nə etsəniz içinizdəki hüceyrələrə "bölünün, çoxalın və məni böyüdün" kimi bir əmr verə bilməzsiniz. Ancaq hüceyrələr, sizin üçün təyin olunmuş olan boyu və bədən şəklini bilərlər və o müəyyən şəklə çatana qədər çoxalaraq bədəni böyüdərlər. Sonra da tam lazım olduğu anda böyüməyi dayandırarlar.
Hücre organelleri ve görevleri. |
Bədəniniz üzərindəki nəzarətsizliyinizi bir başqa örnəklə göstərək.
Qandakı şəkər miqdarının müəyyən limitlər içində olması insan həyatı üçün zəruridir. Amma gündəlik həyatda şəkərli qidalar yeyərkən bu həssas tarazlığın hesabını əlbəttə ki, siz edə bilməzsiniz. Ancaq "sizin adınıza" bu hesab edilər. Qanınızdakı şəkər miqdarı yüksəldiyində pankreas adı verilən orqanınız insulin deyilən xüsusi bir maddə ifraz edər. Bu maddə qaraciyər və bədəndəki digər hüceyrələrə qanda çox olan şəkəri geri çəkib yığmalarını əmr edər. Qandakı şəkər nisbəti, beləcə heç bir zaman təhlükəli bir səviyyəyə çıxmaz.
İndi istəsəniz bir sınaq keçirin. Öz-özünüzə əmr verin və başda qaraciyərinizdəkilər olmaq üzrə bədəninizdəki hüceyrələrə "qanımdakı şəkəri geri çək" əmrini verin. Onlar da sözünüzü dinləyib şəkər anbarı qurmağa başlasınlar!...
Şübhəsiz belə bir şey edə bilməzsiniz.
Nəinki onlara nəzarət etməyi, gündəlik həyatda sizin nə pankreasdan, nə insulindən, nə də qaraciyərdən xəbəriniz olmaz. Qanınızdakı şəkərin yüksəldiyini fərq etməzsiniz, hətta önünüzə fərqli şəkər nisbətləri olan iki şüşə qan qoyulsa aradakı fərqi də anlaya bilməzsiniz. Bunun üçün laboratoriyalara, inkişaf etmiş alətlərə ehtiyacınız vardır. Amma heç bir zaman görmədiyiniz və bilmədiyiniz bəzi hüceyrələriniz, qandakı şəkəri bu laboratoriya və alətlərdən daha həssas şəkildə ölçər və nə edilməli olduğuna qərar verərlər. Sonra lazımlı tədbirlər alınar, hüceyrələr qandakı şəkəri tanıyıb, ayırd edib tutarlar. Yediyi torta görə qısa bir müddətdə şəkər böhranına girib ölməsi mümkün olan insan, bu mükəmməl sistem sayəsində həyatda qalar.
Yaxşı bu mükəmməl sistemi kimə borcludur?
Hər zamanki kimi, qarşımızda iki fərqli açıqlama vardır. Ya bu sistem şüurlu bir Yaradıcı tərəfindən insan bədəninə qoyulmuşdur, ya da təkamül müddəti içində "təsadüfən" meydana gəlmişdir.
1. Yüzey reseptörleri | |
HORMONLARIN ÇALIŞMA SİSTEMİA) Birinci hücrede düşük konsantrasyonda Ca+ iyonu mevcut. Hücre zarında bulunan reseptörlere belirli hormonların bağlanmasıyla hücre Ca+ iyonunun konsantrasyonunu arttırma emri alır. B) Kan yoluyla, taşıyıcı proteinlerle taşınan bazı hormonlar hücrenin içine nüfuz eder. Hormonlar hücre çekirdeğinde bulunan özel reseptörlere bağlanarak belirli genlerin okunmasını sağlarlar. Böylece istenen proteinler üretilir. |
Ancaq bu ikinci "şərhi" əslində açıqlama olaraq saymaq münasib görünmür; çünki təkamülün digər iddiaları kimi bu da tək sözlə cəfəngiyyatdır.
Təkamül, insan bədəninin milyonlarla illik bir müddət içində bu günki halına gəldiyini qarşıya qoyar. Bu, deməkdir ki: İnsan bədənindəki orqanların bir qismi bir zamanlar yox idi, ancaq daha sonra təkamülləşərək meydana gəldi. Bu vəziyyətdə, qandakı şəkər tarazlığını nəzarət edən pankreasın və onun ifraz etdiyi insulinin də təkamülün mərhələlərindən birində meydana gəldiyini fərz etməliyik.
Ancaq bu əlbəttə ki, məntiq məğlubiyyətidir. Çünki pankreasa və insulinə sahib olmayan bir insan bədəninin həyatını davam etdirməsinə imkan yoxdur. Pankreası olmayan bir yarı-insansanın milyonlarla il əvvəl dünya üzərində gəzişdiyini fərz edək. Başına nə gələrdi?.. Cavab sadədir; tapdığı ilk şəkərli qidadan məsələn, bir şəkər qamışından bol-bol yeyərdi və dərhal orada şəkər komasına girərək ölərdi. Eyni şey, bütün o biri həmcinslərinin də başına gələr, hamısı səbəbini anlaya bilmədən, şəkər komasından ölərdilər.
Biz yenə də bir qisminin çox "şüurlu" bir diet edərək-əslində bu mümkün deyil, çünki yediyimiz qidaların çox böyük qismində şəkər vardır-həyatda qaldığını fərz edək. O zaman bu sualla qarşılaşarıq: Görəsən bu "insan əcdadları", pankreasa və insulinə necə sahib oldular?
Görəsən günlərdən bir gün biri çıxıb; "artıq bu şəkər problemini həll etməmiz gərək, yaxşısı mədənin altında bir yerə bir orqan qoyaq, bu orqan qandakı şəkəri tarazlayan bir hormon ifraz etsin"mi dedi? Və sonra özünü məcbur edərək mədəsinin altında həqiqətən də bir pancreas mı meydana gətirdi? İnsulinin necə bir düstura sahib olmalı olduğunu hesablayıb sonra da bu düsturu pankreasa mı öyrətdi?
Yoxsa günlərdən bir gün, çox "müvəffəqiyyətli" bir mutasiya oldu da, bu pankreası olmayan yarı-insansalardan birinin DNT-sindəki bir pozulma nəticəsində, ortaya birdən-birə tam təşəkküllü bir pankreas və insulin hormonu çıxdı?..
Ancaq bu "mükəmməl" mutasiya belə kafi ola bilməzdi. Bir də, qandakı şəkər nisbətini davamlı olaraq idarə altında saxlayacaq, lazım olduğunda pankreasa insulin ifraz etmə əmri göndərəcək, lazım olduğu qədər insulinin ifraz olunmasından sonra da "dayan" əmri verəcək bir qərar mexanizminin beyinin bir küncündə başqa "təsadüf" nəticəsində meydana gəlməsi lazım idi.
"Təkamüllü məntiq" ilə düşünülmüş bu iki "şərh" də əlbəttə, cəfəngiyyatdan başqa bir şey deyil. Bəlkə inanmayacaqsınız lakin, təkamülçülərin inancı da tam bu izah etdiyimiz şəkildədir. Ancaq bunun nə cür böyük bir axmaqlıq olduğunu özləri də bildiklərindən, bu cür mövzuları gündəmə gətirməməyi və mümkün olduqca ötürməyi üstün tutarlar.
Təkamüllü məntiqlərin insulin nümunəsində açıqca ortaya çıxan bu səfaləti, bizi tək bir nəticəyə çatdırar: İlk insanın da eynilə bizimki kimi bir pankreası vardı. Bu orqanın "təkamülləşmiş" olması heç bir şəkildə mümkün deyil.
Şübhəsiz, insulin nümunəsi, bədəndəki digər bütün orqanlar, minlərlə hormon, yüzlərlə fərqli sistem və saysız əməliyyat üçün də istifadə edilə bilər. Çünki bədənin içində, ən az insulin qədər, hətta daha da vacib minlərlə hormon ya da ferment vardır. Bunların hər biri insanın həyatı üçün "olmazsa olmaz" şərtlərdir və çoxu insulin tarazlığından çox daha mürəkkəbdir. Məsələn, qan təzyiqini nizamlayan sistem, pankreas sistemindən daha çox kompleks hesablayır və əməliyyatlar ehtiva edir.
Əslində bədənin hansı orqanına baxarsaq baxaq, eyni vəziyyətlə qarşılaşarıq. Böyrəkləri olmayan bir insan ən çox üç gün yaşayar. Ağciyəri olmayan isə bir-iki dəqiqədən çox qala bilməz. Həzm sistemi olmayan, hətta yalnız incə bağırsağı əskik olan bir insanın bir həftə yaşaması möcüzə olar. Qaraciyər, iki yüzə yaxın funksiyası ilə əskikliyinə bir-iki saat dözülə biləcək bir orqandır. Ürəyin yoxluğunda, üç-beş saniyədən çox qalına bilməz. Beyini söyləməyə artıq hər halda ehtiyac yoxdur.
Bu orqanların heç biri, "təkamül müddəti" içində "mərhələ-mərhələ" inkişaf etmiş ola bilməzlər. Heç bir insan bədəni, özünə "mutasiya nəticəsi"ndə bir böyrək əldə etmək üçün milyonlarla il gözləyə bilməz. Bu səbəbdən, ortada qəti bir həqiqət vardır. O da ilk insanın, bizim bu gün sahib olduğumuz bədən quruluşunun eynisinə sahib olduğudur. Yəni qüsursuz və əskiksiz bir bədənlə birlikdə yaradılmışdır.
İnsan üçün məqbul olan bu vəziyyət, şübhəsiz bütün digər canlılar üçün də məqbuldur. Dünya üzərində gəzən ilk pələnglə bu günki arasında heç bir fərq yoxdur. Fil, balina, qartal ya da ilan, ilk dəfə nə şəkildə yaradılmışlarsa, hələ də elədirlər.
Daha əvvəl toxunduğumuz və təkamül üçün qəti bir çıxılmaz vəziyyət meydana gətirən insulin əslində bədən içindəki hormonlardan yalnız biridir. Digər hormonlara belə baxdığımızda isə, ən az insulin qədər təəccüblü dəlillərlə qarşılaşarıq.
Hüceyrələr çıxardıqları bəzi fermentləri və hormonları özləri istifadə etməyib xarici mühitə göndərərlər. Bunlar, hüceyrənin tanımadığı və heç bir zaman bilməyəcəyi qədər uzaqdakı tam fərqli hüceyrələr tərəfindən istifadə edilərlər. Məsafə o qədər uzaqdır ki, hüceyrənin ölçüsü düşünüldüyündə çıxardığı maddənin aldığı yol bizim ölçümüzdə minlərlə kilometr ilə ifadə edilə bilər. Hüceyrə böyük bir diqqət və zəhmətlə çıxardığı maddələrin harada və necə istifadə edildiyini bilməz. Amma bu bilinməyən məqsəd uğruna, nə işə yaradığını bilmədiyi mürəkkəb məhsulları bütün həyatı boyunca çıxarmağı davam etdirər.
Məsələn, beyinin altında olan hipofiz adlı vəzidəki hüceyrələrin çıxardıqları xüsusi bir hormon, böyrək fəaliyyətlərini nizamlayar. Hipofizdəki bir hüceyrə, böyrəyin necə bir şey olduğunu bilə bilməz. Yaxşı, heç bilmədiyi və həyatı boyunca da bilməyəcəyi bir orqan olan böyrəyin quruluşuna tam uyğun xüsusiyyətlərdə bir maddəni necə çıxara bilər? Bu sualın tək cavabı, şübhəsiz bu iş üçün şüurlu bir şəkildə yaradıldığıdır.
1. Endokrin Sinyalleri |
BİLİNMEYEN HEDEFE ÜRETİMHormon salgısını üreten hücreler, kendilerine göre binlerce kilometre uzakta bulunan hedef hücrelere tam uygun şekilde üretim yaparlar. Şekilde endokrin bezlerinde üretilen hormonun, hedef hücrelere ulaşmaları gösteriliyor. |
Hüceyrədəki bu "bilinməyən məqsədə istiqamətli" hormon istehsalını bir örnəklə açıqlaya bilərik. Yüzlərlə insanın bir fabrikdə oturub bütün həyatları boyunca çox əhəmiyyətli bir elektron alətin xüsusi və mürəkkəb dövrəsini hazırladıqlarını düşünün. Amma bu insanlar bir dəfə də olsun nə bu aləti görmüşlər, nə də nə işə yaradığını bilərlər. Hətta bu insanlar yaşadıqları fabrikin xaricində heç bir şey görməmişlər. Bütün həyatlarını həsr edib, min bir zəhmətlə çıxardıqları bu mürəkkəb dövrələri fabrikin xaricinə buraxarlar. Bəziləri də bu dövrələri götürüb minlərlə kilometr kənardakı bir başqa fabrikdə yeni bəzi parçalarla birləşdirib, bəhsi keçən aləti meydana gətirərlər. Birinci fabrikdəkilər həyatlarını nəyə həsr etdiklərini belə bilmədən, heç yorulmadan, qüsursuz bir itaətlə iyirmi dörd saat işləyirlər.
Belə bir fabrikin necə meydana gəldiyi sualına isə tək bir cavab verilə bilər: Şübhəsiz, hər iki fabriki də tanıyan və idarə edən bir iradə, müəyyən bir əmək bölgüsü hazırlamış və birinci fabrikə yalnız haqqında danışılan elektron dövrəni çıxarma vəzifəsi vermişdir. Bu istehsalın necə ediləcəyini də çox təfərrüatlı bir şəkildə təsvir etmiş, öyrətmişdir. (Çünki ortaya qoyulan məhsulu tam bilməyən birinci fabrikin, öz qərarıyla belə bir istehsal reallaşdırması mümkün deyil).
Məhz ferment və hormon çıxaran hüceyrələr də eyni şəkildə işləyərlər. Heç bir zaman bilməyəcəkləri bir yer üçün davamlı istehsal edər, bütün həyatlarını buna fəda edərlər. Ən kiçik bir eqoizm, bezginlik, şıltaqlıqlar etməzlər, çünki onlara elə öyrədilmiş, daha doğrusu o işi edəcək şəkildə yaradılmışlar. Kainatdakı hər kəs və hər şey kimi onlar da aləmlərin Rəbbi olan Allahın əmrinə boyun əymişlər. Başqa variantları da yoxdur. Bir ayə, bu itaətkarlığı belə ifadə edir:
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)