Hüceyrədəki Zülal İstehsali

Qida yoluyla alınan zülallar insan bədəninin quruluşuna eynilə qatılmazlar. Əvvəl hüceyrədəki xüsusi laboratoriyalara alınıb və burada "amin turşusu" adı verilən daha kiçik molekullara ayrılarlar. Daha sonra isə bu amin turşuları, hüceyrə DNT-sində şifrələri olan 200.000 qədər zülal növündən o anda lazımlı olanlarını meydana gətirmək üçün yeni düzülüşlərlə bir yerə gətirilərlər. Hər mərhələsi ayrı bir möcüzə olan bu kompleks əməliyyatlar ardıcıllığına "zülal sintezi" adı verilir. Bu əməliyyatların hər birində də onlarla ara əməliyyat meydana gəlir. İnsan gündəlik həyatında heç fərqində deyilkən bədənindəki 100 trilyon hüceyrənin dərhal hamısında bu əməliyyatlar hər an təkrarlanar.

Gözlə Görülməyən Nəhəng Fabrik

dna kopyalanması, transkripsiyon, rna polimeraz, rna

1. RNA polimeraz enzimi
2. Transkripsiyon (kopyalama) yönü
3. mRNA Oluşuyor
4. Başla Emri

5.Durdur Emri
6. Transkripsiyon (Kopyalama)
7. Kopyalanmış RNA (Mesajcı RNA)

DNA'nın Kopyalanması:

RNA polimeraz enzimi DNA üzerinden gerekli bilgileri kopyalar. Kopyalanan RNA parçası, üzerinde bulunan bilgiler doğrultusunda üretim yapılması için ribozomlara götürülür. Hücremiz bu sayede çoğalır ve biz de hiç haberimiz olmayan bu karmaşık işlemler sayesinde yaşamımızı sürdürürüz.

Bu mövzunu daha yaxşı anlaya bilmək üçün, fabrik nümunəsini xatırlayaq; hüceyrənin içində zülal istehsalı üçün qurulmuş nizamı nəhəng bir fabrikə bənzətmişdik. Bu nəhəng təsis yüzlərlə növ məhsulu, məsələn, reaktiv təyyarəni, televizoru, kosmos gəmisini, dializ maşınını, həm də bunların minlərləsini eyni anda istehsal edə bilər. Yer üzündə bu qədər fərqli məhsulu qüsursuz olaraq düzəldə biləcək bir fabrik əlbəttə yoxdur. Amma biz hüceyrədəki istehsalın mükəmməlliyini izah edə bilmək üçün hüceyrəylə bənzər xüsusiyyətlərə və qabiliyyətlərə sahib elm-fantastika tərzi bir fabrik modeli xəyal edək.

Belə nəzəri bir fabrikin bu şəkildə işləməsi lazımdır: Fabrik kənardan gələn bir əmrlə, məsələn, bir döyüş təyyarəsini düzəltmək qərarı alar. Təyyarənin texniki hesabları digər bütün məhsulların texniki ölçü və hesablarıyla birlikdə fabrikin kompyuterində qeydlidir. Kompyuter bütün bu hesab və ölçüləri montaj və istehsal robotlarının anlaya biləcəyi planlarla irəli sürər. Bu planlar xüsusi bir ünsiyyət sistemiylə montaj robotuna göndərilər.

Montaj sistemi dəqiqliklə təyyarəni hazırlamağa başlayar. Təyyarənin hər bir parçası, yalnız o parçadan məsul olan mütəxəssis tərəfindən montaj robotuna gətirilər və əlaqədar yerlərə birləşdirilər. Ediləcək ən kiçik səhv təyyarənin düşməsinə səbəb olacaq; amma sistem səhv etməz. Səhvən yalnış bir məhsul çıxarılsa, bu məhsul həssas nəzarətçilər tərəfindən həmin an təsbit edilər və qəti olaraq dövrə xaricinə buraxılar. Bundan əlavə, yanlış məhsul parçalara ayrılaraq bu parçalar yeni istehsallarda təkrar istifadə edilər. Heç bir şey israf edilməz. Fabrik eyni mühitdə, yüzlərlə təyyarə, dializ maşını, kompyuter, avtomobil kimi bir-birindən fərqli məhsulları eyni anda çıxara bilir. Bu məhsulların bəzilərini özü istifadə edər, bəzilərini də kənara satar.

Hüceyrədəki təşkilat bu elm-fantastika nümunəsindən çox daha mükəmməldir. Əvvəldə də ifadə etdiyimiz kimi, insan bədənində 200.000 bir-birindən fərqli zülal növü istifadə edilər və bunların hamısı hüceyrələrdə çıxarılar. Hər hüceyrədə bütün zülalların istehsal planları mövcuddur. Buna qarşı, hüceyrə yalnız öz içində istifadə edəcəyi və çölə ixrac edəcəyi zülalların məlumatını öz DNT-sindən seçər və istehsalını bu istiqamətdə edər. Çıxarılan zülalların aralarındakı funksional fərqlər isə ən az bir təyyarə ilə televizorun arasındakı fərq qədər böyükdür.

Zülal İstehsali Necə Reallaşir?

◉ Bədəndə hər hansı bir zülala ehtiyac olduğu zaman bunu çıxaracaq hüceyrə ya da hüceyrələr ardıcıl kompleks əməliyyatları reallaşdırmaq üçün hərəkətə keçərlər. Bu, hüceyrənin öz quruluşunda istifadə edəcəyi və ya öz xaricində istifadə edilmək üçün ixrac edəcəyi zülal növü ola bilər. Öz daxili quruluşu ilə əlaqədar bir zülalın istehsalına hüceyrə özü qərar verərkən, çöldə istifadə ediləcək bir zülalın istehsalı üçün o hüceyrəyə zülal kimi xüsusi elçilərlə mesaj gəlir.

◉ Haqqında danışılan zülalın quruluşu haqqında hər cür məlumat hüceyrənin nüvəsindəki DNT-lərdə kodludur. Çıxarılacaq zülalla əlaqədar lazım olan bütün məlumatlar bir çox fermentin köməyiylə DNT-dən köçürülərək DNT üzərində lent halında RNT molekulu əldə edilər. Artıq zülal RNT-nin DNT-dən köçürdüyü bu məlumatlara görə çıxarılacağı üçün bu RNT-yə xəbərçi (m) RNT adı verilər.

mesajcı rna, rna, amino asit, ribozom

1. Başlama Emri
2. Bitiş Emri
3. Birinci Kodon
4. İkinci Kodon

5. (mRNA)
6. Antikodon
7.Aminoasit bağlanmış taşıyıcı RNA
8. Amino Asit

Mesajcı RNA:

mRNA üzerindeki her üç şifre bir aminoasiti temsil eder.
Her aminoasit kendisine ait taşıyıcı RNA tarafından ribo- zoma getirilir.
Bu işlemler uzaktaki bir kimya laboratuvarında değil, içimizdeki trilyonlarca hücrede gerçekleşmektedir.

◉ Məlumatları alan xəbərçi RNT, hüceyrənin əsas istehsal vahidi olan ribosomlardan birinə yönələr. Ribosom, xəbərçi RNT parçasının başlanğıc ucundan məlumatları oxumağa başlayar. DNT-dəki üç hərfdən ibarət olan şifrələrin hər biri zülal zəncirinin halqalarından olan bir amin turşusunu təmsil edər.

◉ Ribosom, xəbərçi RNT-dən öyrəndiyi sıralama ilə halqaları (amin turşularını) birləşdirər və zənciri meydana gətirər.

◉ Ribosoma halqaları (amin turşularını) tək-tək, daşıyıcı RNT (t-RNT) adı verilən molekullar gətirər. Hər daşıyıcı RNT özünə aid xüsusi bir halqanı (amin turşusu) daşıyar. Daşıyıcı RNT-nin bir ucunda daşıdığı amin turşusu, digər ucunda isə yükünü buraxacağı ünvanı yazan şifrə (antikodon) vardır.

◉ Ribosoma gələn daşıyıcı RNT əlindəki ünvanın təsvir etdiyi xəbərçi RNT qəlibinə oturar. Üzərindəki amin turşususunu buraxar və ribosomdan ayrılar. Ribosom qəlib üstündə bir şifrə (üç hərf) irəli gedər. Yeni şifrənin ünvanına sahib digər bir daşıyıcı RNT gəlib qəlibə oturar, o da öz amin turşususunu buraxar. Qəlibdəki bütün şifrələr oxunduğunda amin turşuları bir-birləriylə bağlanmış və zülal molekulu meydana gəlmişdir.

Sizin də təxmin edəcəyiniz kimi yuxarıda bir neçə cümlədə ən kobud xətləriylə yekunlaşdırdığımız bu hadisə əslində daha çox kompleks ara əməliyyatlar nəticəsində reallaşar. Təfərrüatlara enildikcə görülən möcüzəvi əməliyyatlar ağılın qavrama sərhəddindən kənardır. Və bizi çox əhəmiyyətli bəzi suallarla qarşı-qarşıya buraxır.

İlk sual zülal istehsalının dərhal əvvəlində ağla gəlir. Gözlə görülə bilməyən, şüursuz molekullardan ibarət olan hüceyrə, hansı iradə ilə bir şey çıxarma qərarı alır? Çünki qərar alma qabiliyyəti, düşünə bilən, qiymətləndirmə edə bilən şüurlu canlılara aid olan xüsusiyyətdir. O halda karbon, hidrogen, oksigen, azot atomlarından meydana gəlmiş molekullar necə qərar alma qabiliyyətinə sahib ola bilərlər? Ya da bu qərarı alıb hüceyrəyə ilham edən, hüceyrəni də bu qərar istiqamətində işlədən başqa bir gücmü vardır?

Qərar mərhələsindən sonra sıra xəbərçi RNT-nin DNT-dəki məlumatları oxumasındadır. RNT-nin istehsalından məsul ferment DNT pilləsindən yalnız istənilən zülala aid məlumatı tapar. "Tapar" demək asandır, amma bəhsi keçən əməliyyat fövqəladə dərəcədə çətindir. Çünki, DNT-dəki lazım olan məlumatı tapmaq, 900 pilləlik bir məlumatı 5 milyard pillə arasından tapıb çıxarmaq deməkdir. Bu, 20 cildlik bir ensiklopediyanın, hər hansı bir səhifəsində saxlanmış, yarım sətirlik xüsusi bir yazını, heç bir tərif olmadan o anda tapmağa bənzəyər. Buna qarşı, hüceyrədə bu problem yenə ağlasığmaz bir üsulla həll edilmiş və lazım olan asanlıq təmin edilmişdir: DNT üzərindəki lazım olan qisim bir başlanğıc və bitmə kilidiylə işarələnilmişdir. Ferment bu kilidləri tapar.

Bu nöqtədə yenə bir sualla qarşılaşırıq; yalnız fermentin anlaya biləcəyi bu kilidləri tam lazım olan yerlərə kim buraxmışdır? Ya da fermenti, irəlidə bu kilidləri tanıyacaq xüsusiyyətlərlə təchiz edilmiş olaraq kim yaratmışdır?

Lazim Olan Hər Cür Tədbir

dna, mesajcı rna, rna, hücre

1. Başla Emri

2. Bitir Emri

DNA'daki İnanılmaz Düzenleme:

DNA, nasıl olur bilinmez, "akıl" gösterip mesajcı RNA'ya yalnızca gerekli bilgileri sunar. I, II, III, IV,V,VI,VII,VII ile işaretlenmiş bölüm okunması istenmeyen bilgi içerir. Bu yüzden DNA dışarı doğru kıvrılarak bu bölgelerin kıvrılmasını engeller. 1,2,3,4,5,6,7,8 ile işaretlenen gerekli bilgi mesajcı RNA'ya sunulur. Karbon, hidrojen ve fosfat gibi şuursuz atomların bu aklı gösteremeyecekleri, bu aklın o bilgileri oraya yazan okutan ve hayata geçirten Allah'a ait olduğu çok açıktır.

Fermentlər yalnız əlaqədar məlumatı tapmaqla qalmaz, eyni zamanda bu məlumatın sürətlə köçürülməsini də təmin edərlər. Digər tərəfdən, bəzi fermentlər də çox kompleks quruluşa sahib olan DNT-nin köçürülməsi əsnasında meydana gələ biləcək problemlərin qarşısını alarlar. DNT-nin bükülmüş və spiral bir nərdivan kimi olduğundan bəhs etmişdik. Köçürülmə əsnasında DNT-nin içindəki məlumatların oxuna bilməsi üçün pillələr bir ferment tərəfindən açılar. Bu açılma elə sürətli olar ki, DNT-nin sürtünmədən ötrü isinib yanma təhlükəsi vardır. Amma bu təhlükə də əvvəldən alınmış bir tədbir sayəsində sovuşdurular. Xüsusi bir ferment DNT-nin oxunan spiralını iki tərəfindən tutaraq bu sürtünməyə icazə verməz. Yenə xüsusi fermentlər sayəsində, DNT-nin köçürülmə anındakı açılışı sırasında bir-birinə qarışması və dolaşmasına maneə törədilər.

Bu qədər kompleks və çətin işi edən fermentlərin özlərinin də bir zülal olduğunu və eyni üsulla, yəni zülal sintezi ilə hüceyrə tərəfindən çıxarıldıqlarını xatırlayaq. Bu istehsalın bir dəfə belə reallaşması üçün lazım olan bütün fermentlərin, fermentləri işlədəcək vitaminlərin, köməkçi zülalların və enerji qaynaqlarının, lazım olan genetik məlumatın və istehsal orqanoidlərinin hamısının eyni anda, bir yerdə olması lazımdır. Birinin əskik olması belə bütün mexanizmi məhv edər.

Bu səbəbdən, dünyadakı ilk hüceyrənin əskiksiz bir şəkildə bir anda "meydana gəlmiş" olması lazımdır. Şübhəsiz bunun mənası, hüceyrənin yaradılmış olmasıdır. Bu, canlılar aləminin mərhələ-mərhələ inkişaf edən təsadüflər nəticəsində meydana gəldiyini qarşıya qoyan təkamülçülər baxımından əsla açıqlana bilməyəcək bir vəziyyətdir. Təkamülçülərin içinə düşdükləri bu çarəsizlik, təkamülçü bioloq Haskingsin “American Scientist”də yazdığı bir məqalədə belə dilə gətirilir:

... Lakin, biyokimyəvi genetika səviyyəsində təkamüllə əlaqədar bir çox əhəmiyyətli suallar hələ cavablanmamışdır... Bütün canlılarda, həm DNT uyğunlaşması, həm də üzərindəki şifrələrin zülallara çevrilməsi, olduqca spesifik və uyğun fermentlər sayəsində olur. Eyni zamanda bu ferment molekullarının strukturları da tam olaraq şəxsən DNT tərəfindən təyin olunur. Məhz bu həqiqət, təkamüldə çox sirli bir problemi ortaya çıxarır. Görəsən, təkamül hadisəsində, şifrənin özü və şifrədən zülalların sintezində lazım olan digər fermentlər bərabər ortaya çıxmışdır? Bu mürəkkəblərin fövqəladə kompleksliyi və sintez edilmələri üçün aralarında heç axsamayan bir koordinasiyanın olma zəruriliyi nəzərə alındığında, zamanla yaranmasından bəhs etmək çox axmaq olar. Bu suala Darvinin fikirləri xaricində cavab axtarmalıyıq. Çünki, bu vəziyyət xüsusi yaradılışı nəzərdə tutan çox güclü bir dəlil meydana gətirir.

Arzuolunmaz Şifrələr Tapmacasi

Bəzi hüceyrələrdə RNT, DNT-ni köçürərkən təəccüblü hadisələr reallaşar. RNT-ni çıxaran ferment DNT-dəki çıxarılacaq zülalla əlaqədar şifrəni sıradan oxuyub köçürərkən, bəzən o istehsal üçün lazım olmayan bəzi şifrələrlə də qarşılaşar. Bu səbəblə ferment, köçürülmə əsnasında ehtiyacı olan DNT parçasını sıradan oxuduğunda, ehtiyacının olmadığı məlumat parçasını da oxumaq məcburiyyətində qalacaq. Və unutmamalıyıq ki, gərəksiz oxunan tək bir məlumat belə çıxarılacaq zülalı tamamilə işə yaramaz hala gətirəcək.

Fermentin qarşılaşdığı bu problemi bir az daha yaxından araşdıraq: Deyək ki, min amin turşulu bir zülal çıxarılacaq. Hər amin turşusu üç şifrə ilə təmsil edildiyindən, bu əməliyyat üçün vəzifəli fermentin DNT üzərində sırayla üç min pilləlik bir şifrə zəncirini oxuması lazımdır. Amma DNT-nin üzərindəki üç min şifrənin arasında fermentin ehtiyacı olmayan, məsələn, beş yüz şifrə, tam olaraq araya qarışmışdır. Ferment bu beş yez pillənin üstündən atlaya bilməz. Ancaq irəlidəki məlumatlara çata bilmək üçün də bu beş yüz pillənin üzərindən bunları köçürmədən keçməsi də lazımdır. Halbuki, üstündən keçsə istər-istəməz bu gərəksiz məlumatları da köçürmüş olacaq. Ferment nəhəng DNT molekulunu kəsə bilməz, üzərindən də atlaya bilməz. Həll yolunu təkrarən sizdən, ağıl sahibi insan oğlundan soruşaq. Siz olsanız bu problemi necə həll edərdiniz?

Elm adamları son illərdə etdikləri işlərdə bu problemin çox təəccüblü bir şəkildə həll edildiyini müşahidə etmişlər. Fosfat, şəkər, karbon kimi sadə maddələrdən meydana gəlmiş DNT molekulu, heyrət verici bir hərəkət edər. Ekson adı verilən oxunması istənməyən şifrə sırasını çölə doğru qıvırar. Beləcə, ard-arda oxunmalı olan, amma, arada lazımsız şifrələrin olması səbəbiylə bir-birlərindən uzaqda qalan iki şifrə sırasının ucları birləşər. Lazım olan məlumatların olduğu hissə intron olaraq adlandırılır. DNT molekulunu oxuyan ferment çöldə qalan lazımsız məlumatı oxumadan molekulun bükülüb bir-birinə yaxınlaşdığı nöqtədən qarşı tərəfə keçər və oxumağı davam etdirər. Təxmin ediləcəyi kimi, bu hadisələrin hər pilləsində bir çox kimyəvi reaksiya meydana gəlir. Lakin bu reaksiyaların reallaşdığı kiçik hüceyrə nüvəsinin içində ən kiçik bir qarışıqlıq ya da xaos yaşanmaz.

Arzuolunmaz şifrələr probleminin qarşısını almaq üçün ikinci bir üsul istifadə edilər. RNT əvvəl lazımsız şifrələr də daxil olmaq üzrə geni başından sonuna DNT-dən köçürər. Daha sonra, haradan gəldiyi müəyyən olmayan bir əmrə itaət edərək, öz üzərindəki lazımsız şifrələri bir halqa şəklində çölə doğru bükər və bu hissə qopardılıb atılar. Yaxşı, RNT-yə, başlanğıcda köçürdüyü halda sonradan kəsilib atılan şifrələrin lazımsız olduğunu kim xəbər verər, yoxsa bunu özü fərq edər?

Bu hadisələrin reallaşa bilməsi üçün istifadə edilən fermentin, DNT-nin və RNT-nin bir-birlərini çox yaxşı tanımaları lazımdır. Ferment edəcəyi iş üçün çox təfərrüatlı bir "təhsil" almış" olmalıdır. Məsuliyyətini bilməli və işini edə bilmək üçün digər fermentlərlə tam bir əməkdaşlıq içində davranmalıdır. DNT-nin isə ayrı bir canlı kimi qərar verə bilməsi, sahib olduğu bəzi məlumatları fermentə təqdim edib, vəziyyətə görə bəzilərini saxlaması, fermentə yol göstərməsi lazımdır. Və əlbəttə həm fermentlərin, həm də DNT-nin, çıxarılacaq zülalın nə işə yaradığını bilmələri, onu çıxarmaq istəmələri, bütün bu kompleks hesabları və planı edib müvəffəqiyyətlə tətbiq etmələri lazımdır.

Halbuki bilmək, hesablamaq, istəmək və yaratmaq kimi xüsusiyyətlərin bu kiçik molekul yığınlarında var ola bilməyəcəyi açıqdır. Ancaq diqqət yetirilsə, bu xüsusiyyətlər Allahın sifətləridir. Allah da bu sifətlərini, gözlə görülə bilməyən bir hüceyrənin nüvəsindəki cansız bir molekulda göstərir. Ağıl sahibi bir insan bu sistemin yaradıldığını və kainatdakı digər bütün sistemlərin olduğu kimi hüceyrənin də Allahın mütləq idarəsində olduğunu anlayar.

protein sentezi

1. 5' Kesim Noktası
2. Ekson
3. mRNA
4. Gereksiz şifreler (intron) dışa doğru kıvrılırlar.

5. Bir tarafından kopan mRNA belirli noktalardan birleşerek tepkimeyi sürdürür.
6. Koparılarak atılan RNA parçası daha sonra parçalanarak yeni üretimler için gerekli nülleotidler sağlanır.
7. Protein üretimi için hazır DNA (intronler atılmış)

RNA'daki Seçicilik

Enzimler DNA bazen üretecekleri proteine ait bilgileri il- gili genden kopyalarken, mesajcı RNA'ya bazı gereksiz bilgiler kopyalanır. Bu bilgiler RNA üretildikten sonra RNA üzerinden kopartılır atılır ve geriye sadece gerekli basamaklar kalır.

Sifarişin Hazirlanmasi

taşıyıcı rna, protein sentezi, hücre, ribozom
Taşıyıcı RNA

Her amino asit için özel olarak yaratılmış taşıyıcı RNA tarafından taşınır. Amino asit ile amino aside özel taşıyıcı RNA birbirlerine üç boyutta tam uygun olarak bir uçtan kenetlenirler. milimetrenin milyarda biri büyüklüğünde bir alanda böyle kusursuz bir uyum ve bu uyumun 20 farklı aminoasit için tekrarlanması, görebilen bir göz için yeterli delildir.

Yuxarıda saydığımız əməliyyatlar nəticəsində sifariş üçün lazım olan məlumatlar DNT-dən xəbərçi RNT (m-RNT)-yə fermentlər sayəsində qeyd edilmişdir. İndi sıra ribosomun DNT-nin özündən istədiyi sifarişi çıxarmasındadır. Ribosom elə bir fabrikdir ki, tam özünə sifariş verilən molekulu emal edər. Sifariş verilən molekulun quruluş planı da m-RNT molekulundadır. m-RNT, DNT-dən öz üzərinə köçürdüyü məlumatla birlikdə nüvədən çıxar və sitoplazma içindəki ribosomlardan birinə gedərək ona birləşər. m-RNT-dəki hər şifrənin qarşılığı olan amin turşusu, mühitdən daşıyıcı (t) başqa bir növ RNT tərəfindən ribosoma gətirilər və uyğun yerə yapışdırılar. t-RNT-nin bir ucunda m-RNT-dəki şifrələrdən birinin surəti, digər ucunda da bu şifrənin təmsil etdiyi amin turşusu molekulu olar. Beləcə, t-RNT, öz şifrəsinə qarşılıq gələn m-RNT üzərindəki şifrəylə birləşincə, avtomatik olaraq bunun daşıdığı amin turşusu da doğru sıraya yerləşmiş olar.

İstifadə edilən 20 fərqli amin turşusu üçün 20 fərqli daşıyıcı RNT vardır. Hər amin turşusu, ancaq öz daşıyıcısı olan RNT ilə birləşə bilər. Çünki bir-birlərinə birləşə bilmələri üçün üçölçülü strukturlarının qarşılıqlı səhv olmadan bir-birlərinə oturması lazımdır. Minlərlə atomdan ibarət olan bir daşıyıcı və amin turşusunun bir-birlərinin strukturlarına uyğun yaradılmaları Allahın yaradışındakı uyğunlaşma və qüsursuzluqdan qaynaqlanır. Çünki O, "qüsursuzca yaradandır" (Baridir). (Bəqərə surəsi, 54)

Zülal sintezinin edildiyi ribosomlar özlərinə gələn m-RNT üzərində yazılı olan məlumata əsaslanaraq yüzlərlə, minlərlə amin turşusu molekulunu bir-birinə əlavə edər və istənilən polipeptid zəncirini (zülal molekulunu) qurarlar. Bu molekul içində, m-RNT-dəki plana daxil olmayan tək bir amin turşusu belə artıq əlavə olunmaz. Yaxud hər hansı bir amin turşusu plandakı yerindən ayrı bir nöqtəyə qoyulmaz, heç biri də əskik buraxılmaz. Bu səhvlərdən hər hansı biri edilsə, lazım olan zülal molekulu deyil, onun yerinə lazımsız başqa biri, yəni yad olan zülal çıxarılmış olar. Halbuki, yad zülallara ümumiyyətlə, orqanizmin və hüceyrələrin dözümü yoxdur. Onlara qarşı anticisimlər hazırlayar və allergik reaksiyalar göstərərlər.

Hüceyrədəki digər işçilər kimi ribosom da atomlardan meydana gəlmiş cansız yığındır. Amma bu zülal yığını yenə haradan gəldiyi bilinməyən bir ağılla minlərlə növ məhsulu bir çox kompleks əməliyyat nəticəsində çıxarmağı bacarır.

Hüceyrədə, DNT-dəki məlumat əsasında yalnız tək bir zülalın çıxarılması üçün bir-biriylə uyğunlaşma içində işləyən ən az 75 köməkçi molekula ehtiyac vardır. DNT-dən məlumat köçürülməsi əsnasında vəzifə yerinə yetirən fermentlər isə bu ədədə daxil deyil.

İstehsalı bitən hər zülal molekulunun, son amin turşususu da yerinə taxılıb hamısının tamam olduğu, hüceyrənin (daha doğrusu ribosomun) son idarə səlahiyyətlisi tərəfindən təsdiqlənmədikcə, bu sintez bitmiş sayılmaz. Əgər son anda belə əskiklik meydana çıxsa, “bu qədəri oldu, bu da belə çıxsın” deyib plandan kənar molekul mühitə çıxmaz. Çünki belə bir vəziyyət hüceyrədəki zülal sintezini plan xaricinə, hesabsızlığa aparar, idarə sistemini degenerasiya edər və hüceyrəni dağıdan anarxiyaya aparar. Hüceyrədə bu hal ancaq patoloji hallarda yaxud da ölərkən mümkün ola bilər.

Normal vəziyyətdə və sağlam bir hüceyrədə, quruluşu tam və qüsursuz olmayan molekul dərhal dağıdıcı fermentə təslim edilər. Və o ferment, onun bir çox və ya bütün peptid bağlarını qoparar. Yəni molekulu amin turşuları halına və ya çox qısa və zərərsiz polipeptid zəncirciklərinə ayırar. Başqa sintezlərdə istifadə edilə biləcək quruluş daşları halında sərbəst buraxar.

Hüceyrədəki bu sistem təkamülçüləri belə heyrətə salır. Təkamülçü bir alim və hüceyrə mütəxəssisi olan Prof. Dr. Muammer Bilge də aşağıdakı ifadələrində heyrətini gizlədə bilmir:

Bütün bu nəticələri lazım gəldiyi kimi təmin edə bilən, özü üçün təhlükə və itki yaratmayan, çıxılmaz küçələrə girməyən hüceyrədə, zülal sintezi sənayesi, deyə bilərik ki, çox mükəmməl bir təşkilatla və qüsursuzcasına qabaqcadan görməklə icra edilir... Bütün bunlar hüceyrədə belə olar. Lakin necə bacarılar, necə başa çıxılar? Hələ bunu tam anlaya bilmirik. Yalnız nəticələri görürük və bu nəticələri təmin edən mükəmməl təşkilatın ancaq bəzi nöqtələrini fərq edirik. (Prof. Dr. Muammer Bilge, Cerrahpaşa Tıp Fakültesi Fizyoloji ve Biyofizik Kürsüleri 'Hücre Bilimi' 3-cü cild, səh.131,132)

Canlilar Təsadüfən Meydana Gəlməz

Təkamül nəzəriyyəsi, canlıların ilk pilləsi olan zülalın necə meydana gəldiyini hansı şəkildə açıqlayır?

Cavab sadədir; təkamül nəzəriyyəsi zülalın necə meydana gəldiyini hər hansı bir şəkildə açıqlamır. Təkamülçülərin söylədikləri tək şey, zülalın çox böyük bir təsadüf nəticəsində meydana gəldiyindən ibarətdir.

Bu iddianın əsassız olduğunu araşdırmaq, bizlərə təkamülün nə cür böyük bir yalan olduğunu çox təəccüblü bir şəkildə göstərir.

Düşünmək lazımdır; ibtidai dünya kimi olduqca ən idarəsiz mühitdə "ilk" zülal molekulu görəsən təkamülçülərin iddialarına görə təsadüfən necə meydana gəlmiş ola bilərdi? Amin turşusu düzülüşü, hər cür mənfi təsirin var olduğu ibtidai dünya şərtlərində necə "təsadüfən" reallaşmış ola bilərdi?

Tək bir zülalın meydana gəlməsi də deyil, bu idarəsiz mühitdə başına heç bir şey gəlmədən özü kimi eyni şərtlərdə təsadüfən meydana gələcək başqa bir molekulu gözləməli olacaqdı.... Ta ki, hüceyrəni meydana gətirəcək milyonlarla uyğun və lazımlı zülal həmişə "təsadüfən" eyni yerdə yan-yana meydana gəlsinlər. Əvvəlcədən meydana gələnlər o mühitdə ultrabənövşəyi şüalara, şiddətli mexaniki təsirlərə baxmayaraq pozulmadan, səbirlə minlərlə, milyonlarla il yanlarında digərlərinin təsadüfən meydana gəlməsini gözləməli idilər. Sonra yetərli sayda və eyni nöqtədə yaranan bu zülallar mənalı şəkillərdə bir yerə gələrək hüceyrənin orqanoidlərini meydana gətirməli idilər. Aralarına heç bir yad maddə, zərərli molekul, işə yaramaz zülal zənciri qarışmamalı idi. Sonra bu orqanoidlər ən uyğun və əlaqəli bir şəkildə, bir plan və nizam içərisində bir yerə gəlib, bütün lazımlı fermentləri də yanlarına alıb bir pərdə ilə örtülsələr, bu pərdənin içi də bunlara ideal mühiti təmin edəcək xüsusi bir mayeylə dolsaydı, bütün bu qeyri-mümkün hadisələr reallaşsaydı belə meydana gələn molekul yığını sizcə canlana bilərdimi?

Cavab, xeyrdir. Çünki tədqiqatlar göstərmişdir ki, həyatın başlaması üçün yalnız canlılarda olan maddələrin bir yerə gəlmiş olması kifayət deyil. Həyat üçün lazım olan bütün zülalları yığıb bir təcrübə balonuna qoysaq, yenə də bir canlı əldə etməyi bacara bilmərik.

Çünki həyat, orqanizmi meydana gətirən parçaların ya da molekulların bir yerdə olmasından çox uzaq, metafizik bir anlayışdır. Həyat, Allahın "Hayy" (Həyat sahibi) sifətinin əks olunmasıdır. Ancaq Onun diləməsiylə başlayar, davam edər və sona çatar. Hər şey kimi həyat da Allahın tək bir "ol" əmri ilə olar.

Təkamül, canlılar üçün lazım olan vəsaitin meydana gəlməsini də, bir araya gəlməsini də açıqlaya bilmir; təbii ki, canlılığın necə başladığını da...

Biz yenə də bir an üçün bu qeyri-mümkünləri qəbul edək; milyonlarla il əvvəl, yaşamaq üçün hər cür vəsaiti əldə etmiş bir hüceyrənin meydana gəldiyini və bir şəkildə "həyat sahibi" olduğunu fərz edək. Ancaq təkamül yenə çökür: Bu hüceyrə bir müddət həyatını davam etdirsə belə, sonunda öləcək və öldükdən sonra ortada heç bir şey qalmayacaq, hər şey ən başa dönəcək. Çünki genetik sistemi olmayan bu ilk canlı hüceyrə özünü çoxalda bilməyəcəyi üçün ölümündən sonra geriyə yeni bir nəsil buraxa bilməyəcək, canlılar da bunun ölümüylə birlikdə sona çatacaq.

Genetik sistem isə yalnız DNT-dən ibarət deyil. DNT-dən bu şifrəni oxuyacaq fermentlər, bu şifrələrin oxunmasıyla çıxarılacaq mRNT, mRNT-nin bu şifrəylə gedib istehsal üçün üzərinə bağlanacağı ribosom, ribosoma istehsalda istifadə ediləcək amin turşularını daşıyacaq bir daşıyıcı RNT və bunlar kimi saysız ara əməliyyatları təmin edən ən kompleks fermentlərin də eyni mühitdə olması lazımdır. Ayrıca belə bir mühit, ancaq hüceyrə kimi, lazım olan bütün xammal və enerji imkanlarının olduğu, hər istiqamətdən təcrid və tamamilə idarəli bir mühitdən başqası ola bilməz...

Nəticədə, bir üzvi maddə, ancaq bütün organoidləriylə birlikdə tam təşəkküllü bir hüceyrə olaraq var olduğu təqdirdə özünü çoxalda bilər. Bu da dünya üzərindəki ilk hüceyrənin, inanılmaz dərəcədəki kompleks quruluşuyla, bir anda dayanıb durarkən meydana gəldiyi mənasını verir.

Yaxşı, kompleks bir quruluş bir anda meydana gəlmişsə, bunun mənası nədir?

Bu sualı indi də bir örnəklə soruşaq. Hüceyrəni kompleksliyinə görə inkişaf etmiş bir avtomobilə bənzədə bilərik. (Hətta hüceyrə, mühərriki və bütün texniki təchizatına baxmayaraq avtomobildən daha çox kompleks və inkişaf etmiş bir sistem ehtiva edir). İndi soruşaq: Bir gün balta girməmiş bir meşənin dərinliklərində bir gəzintiyə çıxsanız və ağacların arasında son model bir avtomobil tapsanız nə düşünərsiniz? Görəsən meşədəki müxtəlif elementlərin milyonlarla il içində təsadüfən bir araya gələrək belə bir məhsul ortaya çıxardığınımı düşünərsiniz? Avtomobili meydana gətirən bütün xammal; dəmir, plastik, kauçuk və s. torpaqdan ya da onun məhsullarından əldə edilir. Amma bu vəziyyət sizə, bu vəsaitlərin "təsadüfən" sintez edilib sonra da bir araya gələrək nəticədə ortaya belə bir avtomobil çıxardıqlarını düşündürərmi?

Əlbəttə ki, ağlı başında normal bir insan avtomobilin şüurlu bir dizaynın, yəni bir fabrikin məhsulu olduğunu düşünəcək.

Təkrar hüceyrəyə dönsək, bunu söyləyə bilərik: Kompleks bir quruluşun dayanıb durarkən, bir anda tam olaraq ortaya çıxması, onun şüurlu bir varlıq tərəfindən yaradıldığını göstərir. Hələ hüceyrə qədər kompleks bir quruluşda, bu vəziyyət açıq-aşkar ortadadır. Lazım olan müəyyən bir zülalın təsadüfən meydana gəlmə ehtimalı sıfırkən, bu xəyali zülallardan milyonlarlasının bir yerə gələrək hüceyrəni meydana gətirməsi qeyri-mümkün vəziyyətdir.

İmkansızlıqlar zənciri davam edər. İnsan bədəni üçün lazım olan milyonlarla zülalın təsadüfən meydana gəldiyini və təsadüfən eyni nöqtədə bir yerə yığıldığını fərz etsək belə, bunun bir göydələn daşının, sementinin, quruluş vəsaitlərinin bir torpağa yığılmasından başqa bir mənası yoxdur. Bütün bu vəsaitlərin ən kompleks bir plan və layihə çərçivəsində, son dərəcə ölçülü, hesablı, nizamlı, məntiqli və idarəli bir şəkildə və əmr-rəhbərlik zənciri içərisində bir yerə gətirilməsi nəticəsində göydələn inşa edilə bilər.

Amma insanlardan elələri vardır ki, göydələnləri gördüklərində "kim tərəfindən tikilmiş" sualını soruşarlar, amma canlılara gəlincə "hansı təsadüf nəticəsində meydana gəlmiş" deyə maraqlanarlar. Bu həqiqətən də başa düşülməsi çətin olan korluqdur.

Digər Bəzi Ziddiyyət Nümunələri

Elm dünyası canlı hüceyrəsinin, insanın qarşılaşdığı ən kompleks quruluş olduğu istiqamətində ortaq bir görüşə malikdir. Bir bənzətməyə görə, müstəqil yaşaya bilmə xüsusiyyətinə sahib ən sadə canlı orqanizm olan bir prokariot bakteriya hüceyrəsi belə elə bir miniatür kompleksliyə malikdir ki, kosmos gəmisi bunun yanında keçmiş bir texnologiya məhsulu olaraq qalar.

O halda imkansızı bir anlıq qəbul edək, bir anlıq hüceyrənin təsadüfən meydana gələ bildiyini fərz edək və bu fərziyyənin nə cür məqbul olduğu sualı üzərində düşünək. Bu vəziyyətdə; ətrafımızda gördüyümüz və hüceyrədən daha sadə strukturlara sahib olan saysız əşya və vasitə təsadüflərlə minlərlə dəfə daha asan bir şəkildə meydana gələ bilərdi. Çünki, ən əsas məntiq qaydalarına görə, mürəkkəb bir şeyin təsadüflərlə meydana gəlməsi daha çox mürəkkəb bir şeyin təsadüflərlə meydana gəlməsindən daha asandır. Əgər bu ən mürəkkəb quruluş belə öz-özünə meydana gələ bilirsə, eyni mühitdə bundan daha sadələrinin daha çox asanlıqla və daha çox sayda meydana gəlmiş olmaları lazım idi. Bu səbəbdən, bir anlıq təsadüflərin gücü olduğunu fərz etsək, ibtidai mühitdə bir televizorun, bir avtomobilin, bir mikroçipin ya da bir walkmanın heç bir şüurlu istehsalçı olmadan təsadüf əsəri meydana gəlmə ehtimalı, nəzəri olaraq bir hüceyrənin təsadüfən meydana gəlmə ehtimalından daha çoxdur. (Şübhəsiz, həqiqətdə hamısı üçün təsadüfən meydana gəlmə şansı sıfırdır, bu tamamilə xəyali bir nümunədir.)

İndi də bir başqa ziddiyyət üzərində düşünək.

Canlı hüceyrənin mövcudluğu və çoxalıb nəslini davam etdirməsi üçün həm böyük hissəsi zülallardan meydana gəlmiş parçalarının, həm də varisliyini təmin edəcək DNT-nin eyni anda bir yerdə olmaları lazımdır dedik. Bir anlıq həm zülalların və bunlardan yaranan ferment, orqanoid, hüceyrə pərdəsi, və s.-nin, həm də DNT-nin təsadüflərlə yan-yana meydana gəldikləri kimi bir fikri qəbul etdiyimizi fərz edək... Ancaq bu belə hüceyrənin meydana gəlməsi üçün kafi deyil. Çünki ortada böyük bir təhlükə vardır; DNT-nin haqqında danışılan zülallara qətiyyən dəyməməsi lazımdır. Çünki bir yerə gəldiklərində DNT turşusu, zülallarda əsas təsiri göstərəcək və anında reaksiyaya girib bir-birlərini yox edəcəklər. Bu səbəblə, DNT nukleotidləri və zülallar, təkamülçülər tərəfindən "ibtidai şorba" olaraq adlandırılan xəyali mühitdə bir şəkildə meydana gəlmiş olsalar belə, daha irəli bir formalaşmaya gedə bilmədən bir-birlərini duza çevirəcəkdilər.

İşin bir başqa möcüzəvi tərəfi də budur: Bir turşuyla bir əsas yan-yana gəldiklərində reaksiyaya girmələri təbii ikən bu ikisi hüceyrədə mükəmməl bir əməkdaşlıq və uyğunlaşma içində bir yerdə fəaliyyət göstərərlər. İstehsalı təmin edərlər. Halbuki, hüceyrə xaricindəki sərbəst mühitdə bir araya gəlmələri hər ikisi üçün də məhv olmaq deməkdir.

Bununla yanaşı, iş hər zaman olduğu kimi şansa buraxılmamış, hər cür tədbir düşünülmüşdür. DNT molekulları, hüceyrənin ən möhkəm hissəsi olan nüvəyə yerləşdirilmiş və mühitdəki zərər verə biləcək strukturlardan xüsusi və həssas üsullarla təcrid edilmişdir. Köçürülmə kimi əməliyyatlar əsnasında DNT və ferment zülallarının təması da o dərəcə idarəli və ölçülü bir nizamda reallaşar ki, iki tərəf də ziyan görmədiyi kimi olduqca ən yüksək səmərə əldə edilər.

Molekullarin Şüuru Varmi?

Yazarları təkamülçü olan biologiya kitablarında belə davamlı olaraq vurğulanan ortaq bir mövzu vardır: Bura qədər izah etdiyimiz hadisələrdəki işçilərin böyük bir şüurla hərəkət etmələri. Biz də bura qədər bir çox yerdə istər hüceyrə, istər DNT və ya RNT, istər fermentlər, istərsə də orqanoidlər üçün; "oxucu", "qərar verər", "seçər", "nəzarət edər", "düzəldər", ... kimi hərəkətlər istifadə etdik. Açıqdır ki, bu hərəkətlər ancaq və ancaq şüur, ağıl və iradə sahibi varlıqların reallaşdıra biləcəyi hərəkətlərdir. Halbuki, bura qədər haqqında danışılan varlıqlar, heç bir şəkildə düşünmə, qərar vermə, ağıllı olmaq kimi xüsusiyyətlərə sahib olmayan müxtəlif atomlar və molekullardan ibarətdir.

Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, müxtəlif molekulların müxtəlif nisbətlərdə birləşməsindən meydana gəlmiş hüceyrə, nə qədər mürəkkəb və möcüzəvi quruluşa sahib olursa olsun, ağıl və şüur sahibi olması mümkün deyil. Bu səbəbdən, bu hüceyrənin ya da hər hansı bir parçasının istəməsi, qərar verməsi, qərarını tətbiq etməsi, nəzarət etməsi kimi bir vəziyyət də heç bir şəkildə mümkün ola bilməz.

Məhz bu səbəblə də, hüceyrədəki parçacıqların şüurlarına və ağıllarına istinad edən, "qərar verər", "nəzarət edər", "düzəldər" kimi ifadələr, həqiqətdə də bu parçacıqları Yaradana istinad edirlər.

Məsələn, "bu kitab bunu izah etmək istəyir" dediyimizdə, müəyyəndir ki, nəzərdə tutulan o kitabın yazarının izah etmək istədiyidir. Yoxsa bu ifadədən, kitabın şəxsən özü, səhifələri və mürəkkəbiylə, düşünüb bir şey izah etmək istəyir kimi bir məna çıxmayacağı açıqdır. (Belə bir məna çıxarmaq isə, o adamın mühakimə qabiliyyətində ciddi bir problem olduğunun əlamətidir.)

Eyni şəkildə, kitabın çox yerində istifadə etdiyimiz; "istəyər", "qərar verər", "hesablayar" kimi ifadələr də hadisələrin tərif və təsvirini praktik hala gətirmək üçün seçilmiş ifadələrdir. Sözlərə məqsəd qoyulan mənaları xaricində səhv mənalar yükləmək, insanı əsaslı yanılmalara sürüyər. Aydındır ki, istəyən, qərar verən iradə, bu şüursuz molekul yığınları deyil. Bu xüsusiyyətlər, ancaq bu molekul yığınlarına belə şüurlu, hesablı hərəkətləri etdirən və bunları etdikləri işə uyğun olaraq yaradan gücün, yəni Allahın özünə aid xüsusiyyətlərdir. İstəyən də, qərar verən də, etdirən də Allahdan başqası deyil.

Bu cür anlayışlarla az-çox əlaqəsi qurulmayacaq maddələrin belə fövqəladə işlər reallaşdırmaları, insanın bunların arxasındakı əsil güc və ağıl sahibini daha asan və rahat fərqinə vara bilməsi üçündür.

Bura qədər izah etdiklərimiz, hüceyrədə və insan bədənində reallaşan möcüzələrdən yalnız bir neçəsidir. Bunları görən vicdanlı bir insan, öz yaradılışındakı mükəmməlliyin fərqinə vara bilər və Yaradıcısı olan Allahı tanıya bilər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
  • Giriş
  • Ən Kiçik Canli
  • DNT-nin Gizli Dünyasi
  • Hüceyrədəki Zülal İstehsali
  • Hüceyrə Daxili Sistemlər
  • Möcüzəvi Molekullar: Zülallar
  • Hüceyrə Pərdəsi
  • Hüceyrədəki Enerji İstehsali
  • Ana Bətnindəki Yaradiliş
  • Nəticə: Ağilin Qaynaği