Bu kitabın mövzusu, insan bədəninin təməli olan hüceyrədir. Çox insana görə, insan hüceyrəsi ilə əlaqədar bir kitab, ancaq biologiya ya da kimya kitabı olmalıdır. Halbuki, əlinizdə tutduğunuz kitab bir kimya ya da biologiya kitabı deyil. Kitabın məqsədi, oxucunun mövzu haqqındakı elmi təcrübəsini artırmaq, ona bioloji təfərrüatlar öyrətmək də deyil. Çünki bu məlumatlar onsuz da məktəblərdə şagirdlərə öyrədilər.
Hər kəs məktəbdəki həyat bilgisi, ya da bir az daha böyüdüyündə fizika, kimya, biologiya kimi dərslərində, varlıqların və hadisələrin "elmi şərh"lərini oxumuşdur. Dərslərdə insan bədənini ya da təbiəti tanıyar, amma bunların ehtiva etdikləri möhtəşəm quruluşların, daxillərində işləyən milyonlarla iç-içə keçmiş sistemin, bu sistemlərin aralarındakı ağlasığmaz uyğunlaşma və tarazlığın hər zaman davam edən adi hadisələr olduqlarına inandırılır. Əslində soruşulmalı olan suallar isə əsla soruşdurulmaz. Canlı-cansız bütün bu varlıqlar necə meydana gəlmişlər? Belə şüurulu bir nizam və dizaynın qaynağı nədir? Bu mükəmməl sistemlər öz-özlərinə ortaya çıxa bilərlərmi?.. Bu kimi sualları heç soruşmamağı öyrənir.
Məsələn, ağacların necə meyvə meydana gətirdiklərinin bioloji təfərrüatlarını öyrənir; fotosintezlə ya da bitki quruluşuyla əlaqədar məlumatlar öyrənir. Ancaq bütün bunlar edilərkən, "necə olur ki, bir taxta parçasının içindən insanın damağına və sağlamlığına uyğun, dünyanın ən gözəl görünüşünə sahib mükəmməl qidalar çıxar?"; "ağacın istehsal etdiyi bir meyvə ilə insan damağındakı ləzzət hissinin belə inanılmaz şəkildə uyğunlaşmasının sirri nə ola bilər?" kimi suallar ağlına belə gəlməz.
Varlıqların yaranma məqsədləri üzərində düşünməyə vərdiş etməmişdir. Tək etdiyi, varlıqların məzmunu haqqında daha çox məlumat öyrənməkdir.
Uşaqlığından etibarən bu şəkildə proqramlaşdırılan insan artıq ətrafındakı yaradılış möcüzələrinə qarşı həssaslığını itirmişdir. Quranın ifadəsiylə "ürəyi sərtləşib", korlaşmışdır. Çünki yenə Quranın ifadəsiylə, yalnız "gözlər kor olmaz, ancaq sinələrdəki qəlblər korlaşar".
Heç bir şeyə heyrətlənməməyi, özünü görən zənn edən kor olmağı öyrənmişdir. Artıq daha böyük bəzi təlqinləri də qəbul etməyə hazır vəziyyətə gəlmişdir. Məhz bu nöqtədə, təhsilin son halqası olan "təkamül nəzəriyyəsi" dövrəyə girər!
Çünki, ətrafını əhatə edən bütün möcüzələrə və fövqəladə həqiqətlərə gözləri bağlanmış, laqeydləşmiş olan gənc insanın vicdanını narahat edən tək bir mövzu qalmışdır: Bütün bu canlıların ilk olaraq necə ortaya çıxdıqları mövzusu... Məhz bu nöqtədə təkamül nəzəriyyəsi, saxta bir xilasedici olaraq köməyinə qaçar və hər şeyin "təsadüfən" var olduğu kimi ağlasığmaz bir iddianı elm örtüyü altında ona aşılayar.
Halbuki, təkamül nəzəriyyəsi, sahib olduğu bəhsi keçən elmilik örtüyünə baxmayaraq, əslində müasir elm tərəfindən təkidlə yalanlanan cəfəngiyatdır. Xüsusilə də mikrobiologiya və onun ən əhəmiyyətli tədqiqat mövzusu olan canlı hüceyrəsi, Darvinin və onu izləyənlərin iddialarını hər keçən gün daha çox etibarsız edir. Bu gün təkamül nəzəriyyəsi, xüsusilə mikrobioloji səviyyədə, tamamilə çökmüş vəziyyətdədir.
Bu kitabçanın məqsədi isə, təkamül nəzəriyyəsinin bu elmi çöküşünü gözlər önünə sərmək və yaradılış həqiqətinin mikrobioloji səviyyədəki bəzi dəlillərini ortaya qoymaqdır. Az əvvəl məktəblərdə öyrəndiyimiz boş məlumatların beynimizi kütləşdirdiyini, çünki soruşulmalı olan sualların əsla soruşdurulmadığını söyləmişdik. Sonrakı səhifələrdə, məktəblərdə öyrəndiyimiz kimi bəzi texniki məlumatları da araşdıracağıq, amma eyni anda soruşulmalı sualları soruşacaq, varlıqların və hadisələrin ardındakı yaradılış həqiqətini ortaya çıxaracağıq.
Əlinizdəki kitabça, Harun Yəhyanın "Təkamül nəzəriyyəsini çökdürən həqiqətlər silsiləsi"nin 1-ci cildi olan "Hüceyrədəki möcüzə" kitabının qısaldılmış bir xülasəsidir. Ətraflı məlumat əldə etmək istəyənlər, haqqında danışılan kitaba müraciət edə bilərlər.