Bədənimizin hər nöqtəsində kiçik, amma kiçik olduğu qədər də mürəkkəb bir həyat hökm sürər. İnsanın hər hansı bir orqanının dərinliklərini mikroskop altında araşdırdığımızda, orada o orqanı meydana gətirmək üçün bir yerə gəlmiş və hər an fəaliyyət içində olan milyonlarla kiçik canlının yaşadığını görərik. Yalnız insan deyil, bütün canlılar hüceyrə deyilən bu mikroskopik canlıların bir yerə gəlməsindən meydana gələrlər.
Hüceyrələr nüvəsiz (prokariot) və nüvəli (eukariot) olmaqla ikiyə ayrılarlar. Bakteriyalar nüvəsiz tək hüceyrəli canlılardır. İnsan və heyvan hüceyrələri ilə bitki hüceyrələri nüvəli hüceyrələrdən meydana gəlir, ancaq quruluş olaraq bir-birlərindən fərqlidirlər. Bitki hüceyrələri ehtiva etdikləri xloroplastlar sayəsində günəş işığını istifadə edərək insanlar və heyvanlar üçün qida və oksigen çıxarırlar. Bu kitabda ümumiyyətlə, insan hüceyrələri üzərində dayanılmış, eyni zamanda bəzən bitki hüceyrələrinə də toxunulmuşdur.
Hücre Kesiti: |
Ortada bulunan çekirdek ve hücre içinde bulunan organeller |
İnsan bədənində 100 trilyondan çox hüceyrə var. Bu hüceyrələrdən bəziləri o qədər kiçikdir ki, bunların bir milyon dənəsi bir yerə gəlsə ancaq bir iynə ucu qədər yer tutar. Ancaq, bu kiçikliyinə baxmayaraq hüceyrə, elm dünyasının ortaq qənaətiylə, insan oğlunun bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş ünvanını daşıyır. Hələ də kəşf edilməmiş çox sirri içində ehtiva edən hüceyrə, təkamül nəzəriyyəsinin də ən böyük çıxılmaz yollarından birini meydana gətirər. Necə ki, məşhur Rus təkamülçüsü A. I. Oparin gözardı edilə bilməyən bu həqiqəti belə ifadə edir: "Təəssüf ki, hüceyrənin meydana gəlməsi təkamül nəzəriyyəsini tamamilə içinə alan ən qaranlıq nöqtəni təşkil edir." (A. I. Oparin, Origin of Life, səh. 196)
Bu etirafdan, təkamülün qarşısının daha ilk mərhələdə tıxandığı və daha çox irəli getmə şansının qalmadığı asanlıqla aydın olur. Çünki, bilindiyi kimi canlı bədəninin başlıca təməli hüceyrədir. Buna görə, hələ hüceyrənin, hətta hüceyrəni meydana gətirən zülallar və zülalları meydana gətirən amin turşularının meydana gəlməsini belə açıqlaya bilməyən bir nəzəriyyənin, dünya üzərindəki canlıların ortaya çıxışı haqqında bir şərh gətirməsi mümkün deyil.
Əksinə, hüceyrə, insanın "yaradılmış" olduğunun ən göz qamaşdırıcı dəlillərindən birini meydana gətirir.
Həqiqətən də hüceyrənin, həyatını davam etdirə bilməsi üçün müxtəlif funksiyalara sahib bütün əsas parçalarının bir yerdə olmaları lazımdır. Bu səbəblə, əgər hüceyrə təkamül nəticəsində meydana gəlmiş olsaydı, milyonlarla parçasının eyni anda və eyni yerdə var olmuş olması, bunların da yenə eyni anda müəyyən bir nizam və plan içində bir yerə gəlmiş olmaları lazım idi. Belə bir hadisənin təsadüfən reallaşa bilməsi isə ehtimal sərhədlərindən çox uzaq olduğundan, bu vəziyyətə yaradılış demək daha məqbul və yerində olacaq.
Hüceyrənin, təkamülün iddia etdiyi kimi təsadüflər nəticəsində meydana gəlməsi, mətbəədəki partlayışla bir ensiklopediyanın təsadüfən öz-özünə çap edilməsindən daha aşağı bir ehtimala malikdir. Başqa bir sözlə, canlıların təsadüfən meydana gəlmiş olması ehtimaldan uzaqdır.
Buna baxmayaraq, təkamülçülər hələ də ibtidai dünya şərtləri kimi, olduqca ən idarəsiz mühitdə canlıların təsadüflərlə ortaya çıxdığını iddia edirlər. Bu, heç bir zaman elmi məlumatlarla uyğunlaşmayan iddia olduğu üçün reallıqdan tamamilə uzaqdır. Ayrıca, ən sadə ehtimal hesabları belə, tək canlı bir hüceyrənin deyil, o hüceyrədəki milyonlarla zülaldan birinin belə təsadüfən meydana gələ bilməyəcəyini riyazi olaraq sübut etmişdir. İnsan bədənindəki bütün hüceyrələr başlanğıcda tək bir hüceyrənin bölünərək çoxalmasıyla meydana gəlmişdir. Və daha ən başından, bədənimizin indiki quruluşu, şəkli, dizaynı və bütün xüsusiyyətləriylə əlaqədar hər cür məlumat bu ilk hüceyrənin nüvəsindəki xromosomlarda mövcuddur.
Bütün hüceyrələr ümumi xüsusiyyətləri baxımından bir-birlərinə bənzəyərlər. Ancaq hər orqan, quruluşuna və vəzifəsinə görə xüsusiləşmiş şəkillər və qabiliyyətlərlə təchiz edilmiş, digər orqanlarda olanlardan fərqli hüceyrələrə malikdir.
Tək başına bir hüceyrə, bütün iş sistemləri, xəbərləşməsi, nəqliyyatı və rəhbərliyiylə böyük bir şəhərə bənzər komplekslik dərəcəsinə sahibdir: Hüceyrənin sərf etdiyi enerjini çıxaran stansiyalar; həyat üçün zəruri olan ferment və hormonları çıxaran fabriklər; çıxarılacaq bütün məhsullarla əlaqədar məlumatların qeydli olduğu bir məlumat bankı; bir bölgədən digərinə xammalları və məhsulları nəql edən kompleks daşıma sistemləri, boru xətləri; çöldən gələn xammalları işə yarayacaq parçalara ayıran inkişaf etmiş laboratoriya və neftayırma zavodları; hüceyrənin içinə alınacaq və ya xaricinə göndəriləcək vəsaitlərin giriş-çıxışına nəzarət edən mütəxəssisləşmiş hüceyrə pərdəsi zülalları bu kompleks quruluşun yalnız bir hissəsini meydana gətirərlər.
İnsanın həyatının davam etməsi, onu meydana gətirən bu hüceyrələrin həm öz içlərində, həm də bir-birləri arasında uyğunlaşma içində işləmələri sayəsində olar. Hüceyrə, digər hüceyrələrlə uyğunlaşma içində işləyərkən, öz həyatını da böyük bir nizam və həssas tarazlıq içərisində davam etdirər. Bu nizamını davam etdirmək, daxili tarazlığını qorumaq üçün ehtiyacı olan bir çox maddəni, enerjisi də daxil olmaq üzrə bilavasitə özü təsbit edib çıxarar. Özünün qarşılaya bilmədiyi ehtiyaclarını isə kənardan böyük bir dəqiqliklə seçib götürər. Elə seçicidir ki, xarici mühitdə özbaşına gəzən maddələrdən biri belə hüceyrənin icazəsi olmadan təsadüfən onun qapılarından içəri girə bilməz. Hüceyrənin içində lazımsız, məqsədsiz tək bir molekul belə ola bilməz. Hüceyrə xaricinə çıxışlar da eyni şəkildə həssas idarə edilər, ciddi yoxlamalar nəticəsində reallaşar.
Bütün bunlarla yanaşı hüceyrə, hər cür xarici təhdid və hücuma qarşı özünü qoruyacaq müdafiə etmə sisteminə də sahibdir. Bundan əlavə, ehtiva etdiyi bu qədər quruluş və sistemə, içində davam edən bu qədər saysız fəaliyyətə baxmayaraq, orta hesabla bir hüceyrənin böyüklüyü müasir bir şəhər kimi kilometrlərlə deyil, yalnız millimetrin 100-də biri qədərdir.
Məhz bu dünyadakı ən kiçik canlının burada qısaca bir neçəsini saydığımız funksiyalarından hər biri, kitabın davamında da araşdıracağımız kimi, tək başına inanılması çətin olan möcüzə kimidir.
Hüceyrədəki istehsal sistemini, dünyada hələ bənzəri təsis edilə bilməmiş, ən müasir texnologiyayla işləyən xəyali bir fabrikə bənzədə bilərik. Bu xəyali fabrik, çox sayda inkişaf etmiş bölmələrdən ibarət olan və hər bölmədə fərqli texnoloji məhsullar istehsal edən nəhəng bir təsisdir. Məhsullarının bir qismini öz daxili quruluşunda istifadə edər, bir qismini bir-birinə birləşdirib yeni istehsal maşınları düzəldər. İstehsal etdiyi məhsulların bir çoxunu da xammal və maşın olaraq xaricə göndərər. İstehsalda ən az sərfi edib, ən yüksək səmərəni əldə edər. Yer üzündə heç bir fabrikin ola bilməyəcəyi qədər ekolojidir. Tullantılarını özü yox edib ətrafı demək olar ki, heç çirklətməz.
1. ÇEKİRDEK İnsan vücuduna ait tüm bilgiler burada bulunan DNA molekülüne flifre olarak kaydedilmifltir. 2. ENDOPLAZMİK RETİKULUM Protein ve di¤er moleküllerin izolasyonu ve ulaşımı. 3. MİTOKONDRİ Hücrenin ana enerji kaynağıdır. Vücut fonksiyonlar› için gerekli tüm ATP molekülleri burada sentezlenir. 4. HÜCRE ZARI Zar, seçici-geçirgenliği sayesinde, hücreye giren ve ç›kan mole- küllerin son kontrollerini yapar. 5. HÜCRE ZARI KAPILARI Oksijen ve glukozu içeriye, hücrenin sentezlediği protein, enzim gibi maddeleri ise dışarıya taşırlar. |
Hücredeki Organizasyon: |
Protein üreten ribozomları, enerji üreten mitokondrileri, merkezi bilgi bankası olan DNA, ulaştırma yapan endoplazmik retikulum, depolama yapan golgi cisimciği, giriş ve çıkış denetleyen hücre zarı, bütün tepkimelerde görev alan enzimler ve daha sayısız,planlı birçok faaliyet ile hücre kusursuz bir fabrika gibi çalışır. Unutulmaması gereken tüm bunları içinde barındıran hücre bir fabrikadan trilyonlarca kere daha küçük olan bir varlıktır. |
Fabrikdəki istehsal və əməliyyat sistemləri mükəmməl olaraq dizayn edilmişdir. İdarəçilər, mühəndislər, işçilər, qısacası bütün heyət, vəzifələrini ən mükəmməl şəkildə yerinə yetirən üstün xüsusiyyətli robot və kompyuterlərdən meydana gəlmişdir. Bu kompyuter və robotlar isə, bənzərlərinə ancaq fantastik filmlərdə rast gələ biləcəyimiz səviyyədə inkişaf etmişlər.
Məhz hüceyrədəki istehsal da eyni bu xəyali fabrikdəki kimi reallaşar. Fabrikdəki robotların və maşınların yerini hüceyrədə, "ferment" adı verilən, xüsusi əməliyyatlar üçün mütəxəssisləşmiş kompleks quruluşlu zülal molekulları tutar. Fabrikdəki məlumatları yığan və rəhbərliyi təmin edən kompyuterlərə qarşılıq hüceyrədəki məlumat və rəhbərlik, bu mövzuda mütəxəssisləşmiş, çox sayda atomların birləşməsindən meydana gəlmiş, böyük, sarmaşıq şəklində bir molekul tərəfindən hazırlanar: "DNT" molekulu.
İndi bu möcüzə molekulun ağlasığmaz quruluşuna və bacardığı inanılmaz işlərə baxaq.