Texnoloji bir məhsulun və ya təsisin istehsalında və rəhbərliyində insan oğlunun əsrlər boyu əldə etdiyi müşahidə və məlumat təcrübəsindən istifadə edilir. Dünyanın ən qabaqcıl və kompleks təsisi olan insan bədəninin inşası üçün lazım olan məlumat və təcrübə isə DNT-də gizlidir. Burada vurğulanmalı olan əhəmiyyətli nöqtə, DNT-nin daha ilk insandan etibarən indiki mükəmməllik və kompleksliyiylə birlikdə var olduğudur. Ağlasığmaz quruluş və xüsusiyyətləriylə, belə bir molekulun, təkamülçülərin qarşıya qoyduğu kimi özbaşına və təsadüflər nəticəsində meydana gəlməsinin nə dərəcə məntiqdən uzaq olduğunu sonrakı sətirləri oxuduqca sizlər də daha dəqiq görəcəksiniz.
DNT, hüceyrənin ortasında yer alan nüvədə dəqiqliklə qorunur. İnsanda (sayları 100 trilyona çatan) hüceyrələrin orta hesabla, diametrinin 10 mikron (mikron=milimetrin mində biri) olduğu xatırlansa, nə qədər kiçik bir sahədən danışıldığı daha yaxşı aydın olar. Bu möcüzəvi molekul, Allahın yaratma sənətindəki mükəmməllik və fövqəladəliyin açıq dəlilidir. Belə ki, yalnız bu molekulu araşdırmaq və hələ də çox azı gün işığına çıxmış sirlərini araşdırmaq üçün xüsusi bir elm sahəsi belə qurulmuşdur: "Genetika"... XXl əsrin elmi olaraq qəbul edilən genetika, əlindəki hər cür texnoloji imkanlara baxmayaraq DNT-nin sirrini həll etmə mövzusunda hələ ayaq açma mərhələsindədir.
İnsan bədəni bir quruluşa bənzədilsə; bu quruluşun ən incə təfərrüatına qədər əskiksiz plan və layihəsi, bütün texniki təfərrüatlarıyla hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur.
İnsanın ana bətnindəki və doğumundan sonrakı inkişafların hamısı əvvəlcədən təyin olunmuş bir proqram çərçivəsində təşkil edilir. İnsanın inkişafındakı bu qüsursuz tənzimləmə Quranda belə ifadə edilir:
Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).(Qiyamət surəsi, 36-38)
Hələ ana bətnində yeni döllənmiş bir yumurta hüceyrəsi halında ikən, irəlidə sahib olacağımız bütün xüsusiyyətlər bir alın yazısı tərəfindən təyin olunmuş və "bir nizam içində" DNT-mizə yerləşdirilmişdir. Otuz yaşına gəldiyimizdə sahib olacağımız boy, rəng, qan qrupu, üz şəkli kimi bütün xüsusiyyətlərimiz otuz il doqquz ay əvvəlindən, yəni dölləndiyimiz andan etibarən başlanğıc hüceyrəmizin nüvəsində kodlaşdırılmışdır.
DNT-dəki bu məlumatlar yalnız az əvvəl toxunduğumuz fiziki xüsusiyyətləri təyin etməz. Eyni zamanda hüceyrə və bədəndəki minlərlə fərqli hadisəyə və sistemə də nəzarət edir. Məsələn, insanın qan təzyiqinin aşağı, yüksək və ya normal olması belə DNT-dəki məlumatlara bağlıdır.
1. Çekirdekcik | 2. Çekirdek Zarı |
DNA'IN YERİ: | |
DNA'nın yeri yanda hücrenin ortasında bulunan hücre çekirdeğinin şeması yer alıyor. DNA işte bu hücre çekirdeğinin içinde saklıdır. Ve bir insan hakkındaki bütün bilgileri içerir. |
Hücre çekirdeğinde bulunan DNA'nın moleküler yapısının bir kesitinin bilgisayar modellemesi |
DNT-də qeydli olan bu məlumat adi bir şey deyil. Belə ki, inanması çətindir, lakin insanın tək bir DNT molekulunda tam bir milyon ensiklopediya səhifəsini dolduracaq miqdarda məlumat var. Diqqət yetirin; tam 1.000.000 ensiklopediya səhifəsi... Yəni, hər bir hüceyrənin nüvəsində, insan bədəninin funksiyalarını nəzarət etməyə yarayan bir milyon səhifəlik ensiklopediyanın ehtiva edə biləcəyi miqdarda məlumat kodlaşdırılmışdır. Müqayisə etmək istəsək, dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik "Encyclopedia Britannica"nın belə cəmi 25 min səhifəsi vardır. Bu vəziyyətdə, qarşımıza inanılmaz bir cədvəl çıxır. Mikroskopik hüceyrənin özündən daha çox kiçik olan nüvəsindəki bir molekulda, milyonlarla məlumat ehtiva edən dünyanın ən böyük ensiklopediyasının 40 qatı böyüklüyündə məlumat anbarı gizlənir. Bu da 920 cildlik, dünyada başqa tayı, bənzəri olmayan nəhəng bir ensiklopediya deməkdir. Edilən təsbitlərə görə isə, bu nəhəng ensiklopediya təxminən 5 milyard fərqli məlumata malikdir.
Bu son iki sözü təkrarlayaq; "məlumata malikdir"...
Məhz burada dayanıb, ağzımızdan asanlıqla çıxan bu iki söz üzərində düşünməliyik. Bir hüceyrənin içində milyardlarla məlumat olduğunu söyləmək asandır. Ancaq bu, heç də elə söz arasında deyilib keçilə biləcək təfərrüat deyil. Çünki, burada sözünü etdiyimiz bir kompyuter və ya kitabxana deyil, yalnız zülal, yağ və su molekullarından ibarət olan, millimetrdən 100 qat daha kiçik bir kubdur. Bu kiçik ət parçasının içində, nəinki milyonlarla məlumat, tək bir məlumatın var olması və onun bu məlumatı mühafizə etməsi belə olduqca heyrət verici bir möcüzədir.
İnsanlar müasir dövrdə məlumatı saxlamaq üçün kompyuterlərdən istifadə edirlər. Kompyuter texnologiyası isə bu gün bütün digər texnologiyalardan ən müasir texnologiya olaraq qəbul edilir. Bundan 20 il əvvəl, otaq böyüklüyündəki bir kompyuterin sahib ola bildiyi məlumatı, bu gün kiçik "mikroçip"lər saxlaya bilir... İnsan zəkasının əsrlərdir əldə etdiyi məlumat təcrübəsi və illərlə davam edən səyləri nəticəsində inkişaf etdirdiyi bu son texnologiya belə daha tək bir hüceyrə nüvəsinin məlumat saxlama tutumuna heç cürə çata bilməmişdir. Belə böyük bir həcmə sahib olan DNT-nin kiçikliyini əks etdirməsi baxımından bu müqayisənin kifayət olduğunu hesab edirik:
Bu günə qədər yaşamış, gəlmiş-keçmiş hər canlı növünün bütün xüsusiyyətləri məlumat olaraq DNT-ə yüklənsə, cəmi DNT həcmi bir çay qaşığının ancaq kiçik bir qismini doldurardı. Bundan əlavə, geriyə bu ana qədər yazılmış bütün kitabları saxlaya biləcək qədər boşluq qalardı. (Denton Michael, "A Theory en Crisis", səh. 334)
Gözlə görə bilmədiyimiz, diametri millimetrin milyardda biri böyüklüyündə olan, sadə atomların yan-yana düzülməsiylə meydana gəlmiş bir zəncir, görəsən belə bir məlumata və yaddaşa necə sahib ola bilər? Bu suala bunu da əlavə edək: Bədəninizdəki 100 trilyon hüceyrədən hər biri bir milyon səhifəni əzbərdən bilərkən, görəsən siz ağıllı və şüurlu insan olaraq həyatınız boyunca neçə ensiklopediya səhifəsi əzbərləyə bilərsiniz?
Bu vəziyyətdə bunu qəbul etməlisiniz ki, mədənizdəki ya da qulağınızdakı hər hansı bir hüceyrə sizdən qat-qat daha məlumatlı, bu məlumatı ən doğru və ən qüsursuz şəkildə qiymətləndirdiyi üçün də sizdən daha çox ağıllıdır.
Yaxşı, bu ağılın qaynağı nədir? Necə olur ki, bədəninizdəki 100 trilyon hüceyrənin hər biri ayrı-ayrı bu cür inanılmaz bir ağıla sahib ola bilər? Bunlar nəticədə atom yığınıdır və şüur sahibi deyildirlər. Bütün elementlərin atomlarını götürün, fərqli formalarda və saylarda bir-birlərinə bağlayın, fərqli molekullar meydana gətirin, yenə də ağıl əldə edə bilməzsiniz. Bu molekulların böyük, kiçik, sadə ya da kompleks olması da bir şey dəyişdirməz. Nəticədə, şüurlu olaraq bir işi təşkil edib bacaracaq bir zehin əsla ortaya çıxara bilməzsiniz.
O zaman necə olur ki, yenə eyni şəkildə, müəyyən saydakı cansız atomun müəyyən şəkillərdə düzülməsindən meydana gəlmiş DNT və onunla uyğun olaraq işləyən fermentlər şüurlu bir çox işlər görüb, hüceyrədəki saysız kompleks və müxtəlif əməliyyatı qüsursuz və mükəmməl şəkildə təşkil edirlər? Bunun cavabı çox sadədir; ağıl, bu molekullarda ya da bunları ehtiva edən hüceyrədə deyil, bu molekulları, bu işləri edəcək şəkildə proqramlaşdırılmış olaraq var edənin özündədir.
Qısacası, ağıl əsərdə deyil, o əsəri yaradanda olar. Ən inkişaf etmiş kompyuter belə, onu ən incə təfərrüatına qədər hazırlayan, onu işlədəcək proqramları yazıb ona yükləyən və istifadə edən ağıl və zəkanın məhsuludur. Eyni şəkildə, hüceyrə də, içindəki DNT və RNT-lər də, bu hüceyrələrdən meydana gələn insan da, onları və etdikləri işləri Yaradanın əsərindən başqa bir şey deyildirlər. Əsər nə qədər mükəmməl, qüsursuz və təsiredici olursa olsun, ağıl hər zaman o əsərin sahibindədir.
Bir gün kompyuter laboratoriyasında, masanın üstündə çox inkişaf etmiş bir disket tapsanız və onu kompyuterin köməyiylə oxuyub içində, sizin şəxsinizə aid xüsusi milyardlarla məlumat olduğunu görsəniz, ağlınıza gələcək ilk sual, bu məlumatların kim tərəfindən və nə məqsədlə yazıldığı olardı.
Yaxşı, eyni sualı niyə hüceyrə üçün soruşmuruq? Disket içindəki məlumatlar bəziləri tərəfindən oraya yazılmışsa, bundan daha üstün və qabaqcıl texnologiyaya sahib olan DNT, kim və hansı ağıl tərəfindən ən mükəmməl şəkildə hazırlanıb, yaradılıb, həmçinin ayrı bir möcüzə olan çox kiçik hüceyrənin içinə dəqiqliklə yerləşdirilmişdir? Həm də minlərlə il əvvəldən günümüzə qədər heç bir xüsusiyyətini itirmədən. (Disketi hazırlayan və içinə məlumatları yazan insanın beyninin də bu hüceyrələrdən meydana gəldiyini unutmayaq.) Bu sətirləri oxumanız, görməniz, nəfəs almanız, düşünməniz, var olmanız və varlığınızı davam etdirməniz üçün hər an vəzifə başında olan bu hüceyrələrin kim tərəfindən və nə üçün yaradıldığını soruşmaqdan daha əhəmiyyətli nə ola bilər? Sizcə, həyatda ən çox maraqlanmalı olduğumuz bu sualın cavabı deyilmi?
Məşhur bir üsuldur: Bir təyyarə qəzası nəticəsində kimsəsiz bir əraziyə düşüb çarəsiz qalan sərnişinlər, özlərini havadan axtaran xilasedici qruplarına yerlərini bildirmək üçün böyük bir "X" çəkərlər. Əllərindəki əşyaları ya da yığdıqları cisimləri istifadə edərək düzgün və böyük bir vurma meydana gətirərlər. Beləcə, havadan kəşfə çıxan qrup, bu "ağıl məhsulu" işarəni görər və orada ağıl sahibi varlıqların, yəni insanların olduğunu anlayar.
Türkiyədəki şəhərlərarası quru yollarında irəliləyərkən, bəzən yolun kənarındakı təpələrin yamaclarında ağ daşlardan yazılmış yazılar görərsiniz; "Hər şey vətən üçün", ya da "Nə xoşbəxt türkəm deyənə" kimi. Bu yazıların orada necə meydana gəldiyi isə çox açıqdır. Oralarda hardasa hərbi birlik vardır və ərazi təmizliyi apararkən təpənin üzərinə ağ daşlardan ibarət olan bu cür yazılar yazmışlar.
Yaxşı, görəsən kimsə çıxıb bu yazıların şüurlu bir zehin, məsələn, əsgərlər tərəfindən yazılmadığını, əksinə təsadüfən meydana gəldiklərini söyləyə bilərmi? Kimsə, çıxıb "bu daşlar təpədən aşağı diyirlənərkən təsadüfən yan-yana gəlmiş və “Hər şey vətən üçün” cümləsini meydana gətirmişlər" deyə bilərmi?
1. Şeker - Fosfat | 3. Baz |
DNA sarmalının iki farklı illustrastyonu |
Ya da bir "elm adamı" çıxsa və "dünyada trilyonlarla daş var, bunlar milyonlarla ildir diyirlənirlər, bu vəziyyətdə daşların bir qisminin təsadüfən belə mənalı bir yazı meydana gətirəcək şəkildə diyirlənib bir yerə gəlməsi mümkündür" desə buna uşaqlar belə gülməzmi? Üstəlik, elmi üslub istifadə etsə, elmi şərhlər gətirsə, ehtimal hesabları göstərsə, hər kəs onun ağlından şübhə etməzmi? Çünki "Hər şey vətən üçün" cümləsinin, düzgün bir "H" hərfinin belə öz-özünə təsadüfən meydana gəlməsi kimi bir ehtimal yoxdur. Dağın təpəsində ağ daşlardan meydana gəlmiş düzgün bir "H" görsəniz, "bunu bura yazmaqla nə demək istəmişlər" deyə düşünərsiniz.
Bu nümunələrlə izah etmək istədiyimiz budur: Əgər bir yerdə ən kiçik bir plan varsa, orada mütləq bir ağıl sahibinin izləri vardır. Heç bir ağıl məhsulu təsadüfən meydana gəlməz. Bir dağın üzərinə milyardlarla dəfə ağ daşlar yuvarlasanız, "Hər şey vətən üçün" yazısı, hətta düzgün bir "H" belə əldə edə bilməzsiniz. Əgər bir yerdə bir hərf varsa, hər kəs qəbul edər ki, mütləq o hərf biri tərəfindən yazılmışdır. Yazarı olmayan hərf olmaz.
İnsanın bədəni isə, "Hər şey vətən üçün" cümləsindən trilyonlarca dəfə daha kompleks bir quruluşa malikdir və bu kompleks quruluşun özbaşına, ya da "təsadüfən" meydana gəlmiş olması qətiyyən və qəti olaraq mümkün deyil. Elə isə insanı da, onun hüceyrəsini də, DNT-ni də qüsursuz və mükəmməl bir şəkildə planlayıb təşkil edən Yaradıcı vardır. Bunun əksini iddia etmək ən böyük ağılsızlıq, ağılsızlıqla yanaşı səmimiyyətsizlik və həyasızlıqdır. O ağılın və gücün sahibinə qarşı böyük bir hörmətsizlikdir.
Çox təəssüf ki, daşların öz-özlərinə düzülüb üç kiçik sözü belə yaza bilmələrinin qeyri-mümkün olduğunu söyləyəcək bir çox adam, milyardlarla atomun tək-tək planlanmış bir düzülüşlə bir yerə gəlib DNT kimi möhtəşəm işlər bacara bilən molekul meydana gətirməsinin "təsadüflər" nəticəsində olduğu yalanını etiraz etmədən dinləyir. Eynilə hipnoz edilən bir adamın edilən təlqinlə, özünün bir qapı, ağac ya da kərtənkələ olduğuna etiraz etməməsi, qəbul etməsi kimi...
DNA'nin Dört Harfli Alfabesi |
Adenin, timin, sitozin ve guanin bazlarının DNA içerisindeki dizilimi. Bazlar karşılıklı olarak hidrojen bağlarıyla bağlanırlar. Birbirlerine bağlanan bu bazların sıralamaları hayatın dilini oluşturur. |
Cəmiyyətlərin həyatı məlumat axışı və xəbərləşmə üzərində quruludur. Fərdlər və nəsillər arasındakı məlumat axışında ən əhəmiyyətli vasitə isə dildir. Dil müəyyən şifrələr, yəni hərflər ilə təmsil edilir. Bu şifrələr sözləri, sözlər də cümlələri meydana gətirər. Məlumat axışı və yığılması bu şifrələr sayəsində reallaşar.
Hüceyrədəki dil də buna bənzəyir. İnsanın bütün fiziki xüsusiyyətləri bu dil vasitəsiylə kodlaşdırılaraq hüceyrə nüvəsinə yığılmışdır və yenə bu dil sayəsində hüceyrə tərəfindən istifadə edilə bilər. Bu dil, DNT adlı idarəçi molekulun dilidir. Dörd hərfli bu DNT dili A, T, G və C hərflərindən meydana gəlir. Hər hərf, "nükleotid" adı verilən dörd xüsusi əsasdan birini təmsil edir. Bu əsasların milyonlarlası, mənalı bir sıralama ilə üst-üstə düzülərək DNT molekulunu meydana gətirirlər.
Məhz, nüvədəki məlumat bankındakı məlumatlar bu şəkildə yığılmışdır. Biz bu məlumat anbarındakı şifrələmə sistemini izah edərkən, asanlıq üçün, DNT-ni meydana gətirən nuklein turşu molekulları üçün yenə hərf bənzətməsini istifadə etməyə davam edəcəyik. Bu hərflər ikili olaraq qarşılıqlı uyğunlaşır və bir pillə meydana gətirirlər. Bu pillələr isə üst-üstə əlavə olunaraq genləri meydana gətirirlər. DNT molekulunun bir hissəsi olan hər bir gen insan bədənindəki müəyyən bir xüsusiyyətə nəzarət edir. Boyun uzunluğu, gözün rəngi, burunun, qulağın, kəllənin şəkli kimi saysız xüsusiyyət müəyyən genlərin əmriylə meydana gəlir. Bu genlərin hər birini bir kitabın səhifələrinə bənzədə bilərik. Səhifələrin üzərində isə A - T - G - C hərflərindən meydana gəlmiş yazılar vardır.
İnsan hüceyrəsindəki DNT-lərdə 200.000-dən çox gen var. Hər gen, qarşılığı olduğu zülal növünə görə, saylaı 1000 ilə 186.000 arasında dəyişən nukleotidlərin xüsusi bir sıra ilə düzülməsindən meydana gəlir. Bu genlər insan bədənində vəzifə yerinə yetirən təxminən 200.000 -dən çox zülalın kodlarını saxlayır və bu zülalların istehsalına nəzarət edir.
Bu 200.000 genin ehtiva etdiyi məlumat DNT-dəki bütün məlumatın yalnız 3%-ni təşkil edir. Geriyə qalan 97%-lik hissə isə indi də sirrini qoruyur. Son illərdəki tədqiqatlar bu 97%-lik qaranlıq hissədə bədəndəki kompleks fəaliyyətlərin rəhbərliyini təmin edən mexanizmlər və hüceyrənin varlığını davam etdirməsiylə əlaqədar vacib məlumatlar olduğunu göstərmişdir. Ancaq, hələ qət ediləcək çox yol vardır.
Genlər xromosomların içində olar. Hər insan hüceyrəsinin (çoxalma hüceyrələri xaric) nüvəsində isə 46 xromosom vardır. Hər bir xromosomu, gen səhifələrindən meydana gəlmiş bir cildə bənzətsək, hüceyrədə insanın bütün xüsusiyyətlərini ehtiva edən 46 cildlik bir "hüceyrə ensiklopediyası" vardır deyə bilərik. Daha əvvəlki ensiklopediya nümunəsini xatırlasaq, bu hüceyrə ensiklopediyası tam 920 cildlik "Encyclopedia Britannica"nın ehtiva etdiyi məlumata bərabərdir.
Hər insanın DNT-sindəki hərflərin düzülüşü fərqlidir. Bu ana qədər dünya üzərində yaşamış milyardlarla insanların bir-birindən fərqli olmalarının arxasında duran səbəb də budur. Orqanların və üzvlərin təməl quruluş və funksiyaları hər insanda eynidir. Ancaq hər kəs o qədər incə fərqliliklərlə o qədər təfərrüatlı və xüsusi yaradılır ki, bütün insanlar tək bir hüceyrənin bölünməsiylə meydana gəldikləri və eyni təməl quruluşa sahib olduqları halda, milyardlarla müxtəlif insan ortaya çıxmışdır.
Bədənimizdə olan bütün orqanlar genlərin təsvir etdiyi bir plan çərçivəsində inşa edilirlər. Bir neçə nümunə versək; elm adamlarının çıxardıqları bir gen atlasına görə bədənimizdə dəri 2.559, beyin 29.930, göz 1.794, tüpürcək vəzisi 186, ürək 6.216, sinə 4.001, ağciyər 11.581, qaraciyər 2.309, bağırsaq 3.838, skelet əzələsi 1.911 və qan hüceyrələri 22.092 gen tərəfindən nəzarət edilir.
DNT-dəki hərflərin düzülüş sırası insanın quruluşunu ən incə təfərrüatlara qədər təyin edir. Boy, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planları tək bir hüceyrənin DNT-sində mövcuddur.
İndi bu məlumatların ardından düşünək: Bir hərf belə, bir yazar olmadan meydana gələ bilmədiyinə görə, insan hüceyrəsindəki milyardlarla hərf necə meydana gəlmişdir? Bu hərflər necə olub ki, belə mükəmməl və kompleks bir bədənin bənzərsiz planını meydana gətirəcək bir nizamda bir-birinin ardına mənalı bir şəkildə düzülmüşdür? Əgər bu hərflərin nizamında çox kiçik bir səhv olsaydı, qulağınız qarnınızda, ya da gözlərin topuqlarınızda ola bilərdi. Əlləriniz kürəyinizə yapışmış ola bilər, qəribə xilqət olaraq həyat sürə bilərdiniz. Hal-hazırda düzgün bir insan olaraq yaşaya bilmənizin sirri, DNT-lərinizdə olan 46 cildlik ensiklopediyadakı milyardlarla hərfin "səhv olmadan" bir-birinin ardına düzülmüş olmasındadır.
1. Nukleozom | 4. Bükülmüş Bölgeler |
DNA'nın Depolanışı | |
Her kromozomda tek bir DNA bulunur. Tek hücrede bulunan DNA molekülünün toplam uzunluğu 1 metreyi bulur. Kromozomun toplam kalınlığı ise 1 nanometre, yani metrenin milyarda biri kadardır. Bir metre uzunluğundaki DNA molekülünün kendi uzunluğunun milyarda biri kalınlığında bir bölgeye paketlenmesi, bu DNA'nın her an okunması, zamanı geldiğinde bir kopyasının oluşturulması ve bütün bu işlemler sırasında hiçbir karmaşa çıkmaması, hücrenin içinde akılalmaz derecede kompleks bir tasarımın, yani yaratılışın var olduğunun açık delilidir. |
Riyaziyyat bu gün DNT-də yazılı məlumatların meydana gəlməsində təsadüfə yer olmadığını sübut etmişdir. Nəinki milyonlarla pillədən ibarət olan DNT molekulunun, hətta DNT-ni meydana gətirən 200.000 gendən tək birinin belə təsadüfən meydana gələ bilmə ehtimalı “qeyri-mümkün” sözünün mənasından belə zəif olan bir vəziyyətdir. Təkamülçü bir bioloq olan Salisbury bu qeyri-mümkünlüklə əlaqədar olaraq bunları söyləmişdir:
Orta böyüklükdəki bir zülal molekulu, təxminən 300 amin turşusu ehtiva edir. Buna nəzarət edən DNT zəncirində isə, təxminən 1000 nukleotid olacaq. Bir DNT zəncirində dörd növ nukleotid olduğu xatırlansa, 1000 nukleotidlik bir sıra, 4-dən çox 1000 fərqli şəkildə ola biləcək. Kiçik bir loqarifm hesabıyla olan bu rəqəm isə, ağılın qavrama sərhədindən çox uzaqdır. (Frank B. Salisbury, "Doubts About The Modern Synthetic Theory of Evolution", səh. 336)
Yəni mühitdə bütün lazımlı nukleotidlərin olduğunu, bunların aralarında bağlanması üçün lazım olan bütün kompleks molekulların və bağlayıcı fermentlərin hamısının hazır olduğunu fərz etsək belə bu nukleotidlərin istənən sırada düzülməsi ehtimalı 4 üstü 1000-də 1, digər bir ifadəylə, 10 üstü 620-də 1 ehtimal deməkdir. Qısacası, insan bədənindəki orta hesabla, bir zülalın DNT-dəki şifrəsinin təsadüfən, öz-özünə meydana gəlmə ehtimalı, 10-un yanında 620 dənə sıfır olan ədəddə 1-dir. Bu astronomik olmanın da kənarındakı ədəd isə, praktik olaraq "0" ehtimal mənasını verir. Demək ki, belə bir düzülüş ancaq ağıllı və şüurlu bir gücün məlumat və idarəsi altında reallaşmaq məcburiyyətindədir.
Hal-hazırda oxuduğunuz yazını düşünün. Hərflərin (hər hərf üçün fərqli bir nəşr qəlibi istifadə edilərək) öz-özlərinə və təsadüfi bir yerə gələrək belə bir yazı meydana gətirdiklərini iddia edən birinə nə gözlə baxardınız? Aydındır ki, ağıllı və şüurlu biri tərəfindən qələmə alınmışdır. Məhz DNT-dəki vəziyyət də bundan heç fərqli deyil.
DNT-in quruluşunu kəşf edən biokimyaçı Francis Crick, mövzu üzərində etdiyi işlərdən ötrü Nobel mükafatı aldı. İlk zamanlarda qatı təkamülçü olan Crick, DNT-nin möcüzəvi quruluşuna şahid olduqdan sonra yazdığı əsərində elmi bir həqiqəti belə ifadə etmişdir: "Bu gün sahib olduğumuz məlumatlar əsasında, dürüst bir adamın edə biləcəyi tək şərh, həyatın bir möcüzə əsəri olaraq ortaya çıxdığıdır." Crickə görə həyat qəti olaraq təsadüflərə bağlı olaraq dünya üzərində var ola bilməzdi. Görüldüyü kimi, DNT üzərində ən mütəxəssis adam belə yaradılışda təsadüfə yer vermirdi.
Beş milyard hərfdən ibarət olan DNT-dəki məlumatlar, A - T - G - C hərflərinin bir-biri ardınca xüsusi və mənalı bir sıra içində düzülməsi ilə meydana gəlir. Ancaq bu sıralamada tək bir hərf səhvi belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz ya da hərf səhvi əhəmiyyət verilməz, keçilər. Hətta fərq belə edilməz. Buna qarşı olaraq, DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlaşdırılması kimi bir səhv belə, hüceyrə üçün, buna görə də insan üçün qorxunc nəticələrə gətirib çıxarar. Məsələn, uşaqlarda görülən hemofiliya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlaşdırılmanın nəticəsidir.
Əslində, buna "səhv kodlaşdırma" demək doğru olmaz. Çünki var olan hər şey kimi, insanın DNT-si də Allah tərəfindən yaradılmışdır və nadir olaraq da olsa görülə biləcək səhvlər müəyyən bir hikmət (ilahi məqsəd) daxilində ortaya çıxar. Xərçəngi meydana gətirən kodlaşdırma səhvi, xüsusi olaraq yaradılmış bir səhvdir. İnsana öz gücsüzlüyünü, acizliyini göstərmək, insanın əslində nə dərəcə həssas tarazlıqlar üzərində yaradıldığını və bu tarazlıqlardakı ən kiçik bir səhvlə başına nə kimi çətinliklər gələ biləcəyini xatırlatmaq üçün Allah tərəfindən xüsusi olaraq, müəyyən bir hikmət daxilində yaradılmışdır.
DNA'daki Şifre |
DNA vücutta üretilen tüm proteinlerin şifresini içerir. Yüzbinlerce proteinin tek birisini oluşturan parçlardan yalnızca birisinin genetik şifresi ise, yanda görüldüğü gibi son derece karmaşıktır. İnsan vücudunun tamamı için bu şifrelerden milyarlarcası gereklidir. Böylesine mikemmel bir bilgi, onu yaratıp düzenleyen üstün bir akıl olmadan asla var olamaz. |
1. Eski |
DNA Sarmalının Eşlenmesi: |
Sarmal bir çok enzimin yardımıyla önce bir fermuar gibi ikiye ayrılır Daha sonra her parçanın eşleniği olan nükleotidler ortan-mdan temin edilerek yarım parçaya yapıştırılır. Böylece birbirinin kopyası iki yeni DNA sarmalı oluşur. |
Bilindiyi kimi, hüceyrələr bölünərək çoxalarlar. Belə ki, insan bədəni başlanğıcda tək bir hüceyrə ikən bu hüceyrə bölünər və nəticədə 2-4-8-16-32... nisbətində artaraq çoxalar.
Yaxşı, bu bölünmə əməliyyatı nəticəsində DNT-yə nə olar? Hüceyrədə tək bir DNT zənciri vardır. Halbuki, yeni doğan hüceyrənin də bir DNT-yə ehtiyacı olacağı açıqdır. Bu açığı aradan qaldırmaq üçün DNT, hər mərhələsi ayrı bir möcüzə olan maraqlı ardıcıl əməliyyat həyata keçirər. Nəticədə, hüceyrənin bölünməsindən qısa bir müddət əvvəl özünün bir nüsxəsini çıxarar və bunu yeni hüceyrəyə köçürər!...
Hüceyrənin bölünməsi ilə əlaqədar edilən müşahidələr göstərir ki, hüceyrə, bölünmədən əvvəl müəyyən bir böyüklüyə çatmaq məcburiyyətindədir. Bu müəyyən böyüklük sərhədini aşdığı anda isə, bölünmə müddəti özbaşına başlayar. Hüceyrənin şəkli bölünməyə uyğun olaraq yetişərkən, DNT də az əvvəl ifadə etdiyimiz kimi özünün surətini çıxarmağa başlayar.
Bunun mənası budur: Hüceyrə bütünlüklə bölünməyə "qərar verib" və hüceyrənin içindəki fərqli parçalar bu bölünmə qərarına uyğun davranmağa başlayırlar. Hüceyrənin bu cür kollektiv bir işi öz ağlı və iradəsiylə etmədiyi açıqdır. Bölünmə əməliyyatı, gizli bir əmr ilə başlayar və başda DNT olmaq üzrə hüceyrənin hamısı buna görə hərəkət edər.
DNT, özünü çoxaltmaq üçün əvvəl qarşılıqlı iki hissəyə ayrılır. Bu hadisə olduqca maraqlı bir şəkildə reallaşır. Quruluşu spiral bir nərdivana bənzəyən DNT molekulu, bu nərdivanın pillələrinin ortasından zəncirbənd kimi ikiyə ayrılır. Artıq DNT iki yarım hissəyə bölünmüşdür. Hər iki hissənin da əskik olan yarıları mühitdə hazır olan vəsaitlərlə tamamlanar. Beləcə, iki yeni DNT molekulu çıxarılmış olar. Əməliyyatın hər addımında ferment deyilən və sanki inkişaf etmiş robotlar kimi işləyən mütəxəssis zülallar vəzifə icra edər. İlk baxışda sadə kimi görünsə də, bu əməliyyat əsnasında reallaşan ara əməliyyatlar o qədər çox və kompleksdir ki, hadisəni təfərrüatlarıyla izah etmək səhifələr tutar.
Uyğunlaşma əsnasında ortaya çıxan yeni DNT molekulları nəzarətedici fermentlər tərəfindən dəfələrlə nəzarət edilər. Edilmiş bir səhv varsa, -bu səhvlər son dərəcə vacib ola bilər-dərhal təsbit edilər və düzəldilər. Səhv şifrə qopardılıb yerinə doğrusu gətirilib quraşdırılar. Bütün bu əməliyyatlar elə baş gicəlləndirici bir sürətlə edilir ki, dəqiqədə 3.000 pillə nukleotid çıxarılarkən bir tərəfdən də bütün bu pillələr vəzifəli fermentlər tərəfindən dəfələrlə nəzarət edilər və lazım olan düzəlişlər edilər.
Çıxarılan yeni DNT molekulunda, xarici təsirlər nəticəsində normal vəziyyətə görə daha çox səhv edilə bilər. Bu səfər hüceyrədəki ribosomlar, DNT-dən gələn əmr istiqamətində DNT təmir fermentləri çıxarmağa başlayarlar. Beləcə, DNT öz-özünü qoruyar və həm özünü, həm nəslin davamını zəmanət altına alar.
Hüceyrələr də insanlar kimi doğulur, çoxalır və ölürlər. Ancaq hüceyrələrin ömrü meydana gətirdikləri insanın ömründən daha çox qısadır. Məsələn, altı ay əvvəl bədənimizi meydana gətirən hüceyrələrin bu gün böyük bir əksəriyyəti həyatda deyil. Lakin zamanında bölünərək yerlərinə yenilərini buraxdıqları üçün, siz indi həyatda qala bilirsiniz. Buna görə hüceyrələrin çoxalması, DNT-nin köçürülməsi kimi əməliyyatlar-hər nə qədər çox kompleks olsalar da- insanın varlığını davam etdirməsi baxımından ən kiçik bir səhvə yer verilməməli olan vacib əməliyyatlardır. Ancaq çoxaltma əməliyyatı o qədər qüsursuz işləyir ki, səhv nisbəti 3 milyard pillədə yalnız bir pillədir. Bu tək səhv də hər hansı bir problemə səbəb olmadan bədəndəki üst idarə mexanizmləri tərəfindən yox edilər.
Məhz bütün gün siz heç fərqində deyilkən, bədəninizdə sizin həyatınızın problemsiz olaraq davam etməsi üçün ağlasığmaz bir dəqiqlik və məsuliyyətlə saysız əməliyyatlar və yoxlamalar edilib tədbirlər alınar. Hər kəs vəzifəsini əskiksiz olaraq müvəffəqiyyətlə yerinə yetirər. Budur, Allah ən böyüyündən ən kiçiyinə, ən sadəsindən ən kompleksinə qədər saysız atomu və molekulu sizin həyatınızı gözəl və sağlam bir şəkildə davam etdirməniz üçün xidmətinizə vermişdir. Bu cür lütf və nemət, heç dayanmadan şükür etməniz üçün kafi deyilmi? Yoxsa insan ağlının başına gəlməsi üçün mütləq bu qüsursuz sistemdə bir sıra problemlər yaradılmasını gözləməlidir?
İşin ən maraqlı istiqaməti də, DNT-nin həm istehsalını təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlərin, yenə DNT-də qeydli olan məlumatlara görə və DNT-nin əmr və idarəsində çıxarılmış zülallar olmasıdır. Ortada iç-içə keçmiş elə möhtəşəm bir sistem vardır ki, belə bir sistemin addım-addım yaranan təsadüflərlə bu hala gəlməsi heç bir şəkildə mümkün deyil. Çünki fermentin olması üçün DNT-nin olması, DNT-nin olması üçün də fermentin olması, hər ikisinin olması üçünsə hüceyrənin, pərdəsindən tutmuş digər bütün kompleks orqanoidlərə qədər əskiksiz olaraq var olması lazımdır.
Canlıların bir-birini izləyən "faydalı təsadüflər" nəticəsində "mərhələ-mərhələ" inkişaf etdiklərini qarşıya qoyan təkamül nəzəriyyəsi, haqqında danışılan DNT-ferment paradoksu tərəfindən qəti şəkildə yalanlanır. Çünki DNT-nin və fermentin də eyni anda var olması lazımdır. Bu isə şüurlu bir müdaxiləni zəruri edir.
1. Yeni sentezlenmiş şerit | 6. DNA helikaz |
DNA'yı İşleyen Makinalar | |
DNA'nın eşlenmesi sırasında çalışan enzimlerin organizasyonu. Farklı yapı ve görevlerdeki enzimler birbirlerine kenetlenerek işbirliği içinde çalışırlar. fie- kilde ortada görülen DNA helikaz enzimi DNA'yı tam ortadan ikiye ayırır. Üst tarafta kalan yarım DNA parçasına gerekli nükleotitler ise bir başka enz- im tarafından eklenir. Bu sayede yeni bir DNA sentezlenir. Peki bu makineleri yapan kimdir? Bunlar sadece birer atom yığını olduk- larına, hiç bir bilince sahip olmadıklarına göre, bunları da, vücudun diğer tüm parçalarını da yaratan üstün bir Yaratıcı olmalıdır. |
1. Bölünen DNA'nın bir kolu | |
DNA eşlenmesinde de enzimler birlikte çalışırlar. Bu birleşik yapı, parçaları proteinlerden oluşmuş bir dikiş makinesine benzer. Bu dikiş makinası DNA'yı baştan sona işler ve kopyasını çıkartır. Üstteki şekil bu ortak çalışma mekanizmasının aktif halini gösterir. Resimde gösterilen şekilin gerçekte 3 boyutlu olduğu da unutulmamalıdır. |
Darvin, nəzəriyyəsini ortaya atarkən, nə eyni növ içərisindəki müxtəlifliyin səbəbini, nə də öz uydurmalarından biri olan, “bir növün başqa bir növə çevrildiyi” iddiasının məntiqini açıqlaya bilməmişdi. Açıqlaya bilməzdi də, çünki Darvinin DNT-dən xəbəri yox idi. Darvin nə genetika, nə bioriyaziyyat, nə də mikrobiologiya bilirdi. Bu elm sahələri Darvin yaşadığında var olmadığından onsuz da bilməsinə də imkan yox idi. Sahib olduğu imkanlar ilə müxtəlif heyvanları kəsmiş, skeletlərindəki bənzərliklərdən elmi olmayan xəyal məhsulu çıxarmışdı. Yuxarıdakı elm sahələri hələ olmadığından hüceyrə haqqında bir iş görməsinə də imkan yox idi.
Bu gün inkişaf edən texnologiya ilə insanlar hüceyrənin sahib olduğu qüsursuz və kompleks mexanizmlərdən xəbərdar oldular. Bunların təsadüfən və ya zamanla öz-özlərinə var ola bilməyəcəkləri də aydın oldu. Çünki, bu kompleks sistemin bütün parçaları eyni anda, eyni yerdə əskiksiz və həddindən çox olmadan ortaya çıxmış olmalı idi. Bundan əlavə, Bəhsi keçən bu sistem də minlərlə fərqli alt sistemlərdən meydana gəlirdi. Bu vəziyyətdə, eyni anda, eyni yerdə, əskiksiz bir nizamın bir dəfədə var olmasının tək şərhi vardı: "Yaradılış". Beləliklə insanları, yaradılışı inkar yoluyla Allahın yolundan çevirmək üçün ortaya atılan təkamül nəzəriyyəsinin nə qədər böyük bir yalan olduğu, inkişaf edən elm və texnologiya ilə bir daha isbat edilmiş oldu.
Ancaq, təkamül elmi bir həqiqət deyil, dinə qarşı olan bütün ideologiyaların əsaslandığı uydurma təməl idi. Buna görə də, nə bahasına olursa olsun bu yalan davam etdirilməli idi. Çarə bir başqa yalanda tapıldı: "mutasiya".
Təkamülçülər, ibtidai növlərin inkişafının və fərqli yeni növlərin meydana gəlməsinin mutasiyalar nəticəsində reallaşdığını qarşıya qoydular.
Mutasiya canlının DNT-sində xarici təsirlərlə (kimyəvi maddələr, X şüaları, radiasiya) meydana gələ biləcək dəyişikliklərdir. Lakin bu dəyişikliklər heç bir zaman yeni bir növün meydana gəlməsinə imkan verməz, çünki mutasiyalar genetik məlumatda meydana gələn əskilmə və ya yer dəyişdirmələrdir. Yoxsa genetik məlumata yeni bir şey əlavə olunmaz. Hər canlının genetik məlumatında öz növünə aid məlumatlar yazılmışdır. Bu səbəbdən, genetik dəyişiklik (mutasiya), o canlı növündə var olan orqan və strukturların sayı, rəng və forması üzərində məhdud dəyişikliklər edir. Canlıya heç bir şəkildə yeni bir orqan və ya xüsusiyyət qazandıra bilməz. Qaldı ki, mutasiyaların yüzdə 99.9%-i canlı üçün zərərli, hətta öldürücüdür. Geri qalan yüzdə 0.01%-lik qisim isə təsirsiz ya da zərəri ilk baxışda təyin oluna bilməyən mutasiyalardır. Genetik və fizioloji strukturları qəsdli şəkildə mutasiyaya əlverişli olan viruslar xaricində mutasiyanın faydalı bir təsiri mümkün belə deyil.
DNT bədən haqqında ehtiva etdiyi məlumat və bu məlumatı saxlamasındakı dizaynla ən inkişaf etmiş bir quruluşa malikdir. Bu qədər inkişaf etmiş bir sistemə xarici müdaxilə etmək təbii olaraq sistemi korlayar. Kompleks mexanizmli alətə ediləcək təsadüfi bir dəyişmə, aləti daha inkişaf etmiş bir quruluşa salmaz, əksinə pozar. Və ya bir zəlzələ bir şəhəri abadlaşdırmaz, yıxar; eynilə mutasiyanın DNT üzərindəki təsiri kimi.
Fərz edək ki, ortada faydalı bir mutasiya var. Hər faydalı mutasiyaya qarşı minlərlə zərərli mutasiya olacaq, ümumi təsir növlərin ölməsinə və ya degenerasiya olmasına gətirib çıxaracaqdı. Bu gün dünya kiçik mutasiyalara uğramış minlərlə növ qəribə xilqətlərlə ilə dolu olmalı idi. İnsanların bəzisi üç gözlü, bəzisi iki burunlu olaraq yaşayacaq, pişiyiniz beş ayaqlı balalar doğacaqdı. Amma mutasiyalar zərərli olduqları kimi eyni zamanda çox nadirdirlər, buna görə həyatda heç bir yerləri yoxdur.
Bir başqa nöqtə də mutasiyaların bir sonrakı nəsilə köçürülməsi üçün yalnız çoxalma hüceyrələrində meydana gəlməli olduğudur. Bədənin hər hansı bir hüceyrəsində və ya orqanında meydana gələn dəyişmə bir sonrakı nəsilə köçürülməz. Məsələn, bir qadın barmağını itirəcək olsa, körpəsi əskik bir barmaqla doğulmayacaq. Min nəsil boyunca hər doğan meymuna iki ayaq üzərində getmək öyrədilsə, min birinci nəsil doğulduğunda bu xüsusiyyət yeni nəsilə keçmiş olmayacaq.
Görüldüyü kimi, mutasiyalar heç bir şəkildə canlılardakı müxtəlifliyin səbəbi ola bilməzlər. DNT-dəki qüsursuz düzülüş ancaq xüsusi bir yaradılışı tələb edir.