Kütləvi informasiya vasitələri və elmi qaynaqlar tərəfindən təlqin olunan "meymunabənzər insan" surəti əslində arxeoloji tapıntılarla heç cürə təsdiq olunmur. Təkamülçülər uydurulmuş məxluqların rəsmlərini çəkirlər, ancaq bu məxluqların həqiqiliyini təsdiq edən qalıqların olmaması onları bərk narahat edir. Bu problemin "həlli üçün" onlar maraqlı metoddan - tapılmamış qalıqların "istehsalı" metodundan istifadə edirlər. Həmin metodun nümunələrindən biri elm tarixində böyük qalmaqala səbəb olmuş Piltdaun adamıdır.
Oranqutanın Çənə Sümüyü Insanın Kəlləsində | ||
1 | Qazıntı halında tapılan qalıqlar Çarlz Douson tərəfindən aşkar edilmiş və ser Artur Vudvorda verilmişdi. | |
2 | "Məşhur" kəllə iki müxtəlif qalığın vahid konstruksiya şəklində quraşdırılması ilə əldə olunmuşdur. İnsan kəlləsinin hissəsi> Oranqutanın çənə hissəsi | |
3 | Kəllənin bu modelinə müvafiq olaraq sonralar rekonstruksiyalarının və rəsmlərin çoxsaylı surəti hazırlanmış, 500-dən artıq elmi məqalə yazılmışdır. Quraşdırılmış kəllənin əsli Britaniya Muzeyində sərgiyə qoyulmuşdu. | |
4 | Bu tapıntıdan 40 il sonra Piltdaun qalıqlarının sadəcə olaraq saxta olması elan edilmişdi. |
1912-ci ildə məşhur həkim və eyni zamanda həvəskar paleontoloq Çarlz Douson İngiltərədə Piltdaun ətrafındakı dərədə çənə sümüyü və kəllənin bir hissəsini aşkar etmişdi. Çənə sümüyü meymunun çənəsinə bənzəsə də dişlər və kəllə insanınkına oxşayırdı. Bu eksponatın yaşı 500 min il təyin olunmuş və o, "Piltdaun adamı" adlandırılmışdı. Bundan sonra bu nümunə müxtəlif muzeylərdə insan təkamülünün təkzibolunmaz sübutu kimi nümayiş etdirilirdi. 40 ildən artıq vaxt ərzində bu eksponata elmi məqalələr, müxtəlif şərhlər və rəsmlər həsr olunmuş, dünya universitetlərinin 500-dən artıq elmi işçisi "Piltdaun adamı" mövzusunda doktorluq dissertasiyaları hazırlamışdılar.56 Məşhur amerikalı paloeantropoloq Q.F.Osborn 1935-ci ildə Britaniya Muzeyinə gəlişi zamanı belə demişdi: "Təbiət sürprizlərlə doludur və bu vacib tapıntı bəşəriyyətin tarixə qədərki dövrünə aiddir".57
Britaniya Muzeyinin paleontologiya şöbəsindən Kennet Okli 1949-cu ildə bəzi qalıqlar üzərində yaşı təyin etmənin yeni metodundan istifadə etmək fikrinə düşdü. Bu metod "Piltdaun adamı" üzərində də sınaqdan keçirildi. Nəticə heyrətamiz oldu. Testin nəticələri ilə aydın oldu ki, Piltdaunun çənə sümüyünün tərkibində ftor yoxdur, bu isə öz növbəsində sümüyün yerin altında bir neçə ildən çox qalmamasından xəbər verirdi.
Özündə ftorun kiçik miqdarını daşıyan kəllə çox güman ki, bir neçə min il yer altında qalmışdı. Həmin metod əsasında həyata keçirilən sonrakı xronoloji tədqiqatlar kəllənin yaşının həqiqətən də cəmi bir neçə min il olmasını təsdiq etdi. Qalıqların yanında tapılan alətlər isə polad alətlərlə yonulmuşdu və məlum olmuşdu ki, bunlar adi saxtakarlıqdır. 58
Bu saxtakarlıq Veynerin 1953-cü ildə apardığı müfəssəl analizlərdən sonra birmənalı şəkildə üzə çıxmışdır. Kəllə 500 il əvvəl yaşamış insana, çənə sümüyü isə təzəcə ölən oranqutana məxsus idi. Dişlər xüsusilə seçilmiş və onları sonralar insan dişlərinə bənzətmək üçün əvvəlcədən cilalanmış diş yuvalarına quraşdırıb keçirmişdilər. Detallara qədimdən qalma görkəmi vermək üçün kalium dixromatin köməyi ilə ləkələr çəkilmişdi. Lakin sümükləri turşuya salandan sonra ləkələr yox olurdular. Saxtakarlığı aşkar etmiş qrupdan Le Qross Klark öz təəccübünü gizlətmədən deyirdi: "Dişlərin üzərindəki süni izlər aydın görünür və maraqlıdır, onlar necə diqqətdən kənar qalıblar".59 In 40 ildən artıq vaxt ərzində Britaniya Muzeyində saxlanılan "Piltdaun adamı" bütün bunlardan sonra tezliklə oradan yığışdırıldı.
|
1922-ci il, iyun ayının 24-də "İllustrated London News" jurnalında çap olunmuş bu rəsm yalnız bir dişin əsasında çəkilmişdi. Lakin bu dişin nə insana, nə də meymunabənzər məxluqa aid olmadığı, onun yalnız nəsli kəsilmiş donuz növünə məxsus olması məlum olanda təkamülçülər dərindən məyus olmuşdular. |
1922-ci ildə Amerikanın Təbiət Tarix Muzeyinin direktoru Henri F.Osborn Qərbi Nebraskada İlan çayının yaxınlığında pliosen dövrünə aid olan azı diş qalığının tapılması haqqında məlumat vermişdi. İddiaya görə, diş özündə meymunun və insanın ümumi səciyyəvi xüsusiyyətlərini daşıyırdı. Geniş elmi diskussiyalar özünü çox gözlətmədi. Bəziləri deyirdi ki, bu diş pitekantropun dişidir, bəziləri isə bildirirdi ki, insanın. Qızğın mübahisələr bitdi, mübahisələrin səbəbkarını isə "Nebraska adamı" adlandırdılar. Bundan dərhal sonra onun elmi adı da qoyuldu - Hesperopithecus haroldcooki. Çox nüfuzlu alimlər Osbornu müdafiə etdilər. Cəmi bir dişin əsasında Nebraskanın kəllə və bədəninin rekonstruktiv rəsmləri çəkildi. Sonra isə onun ailə çevrəsində həyat yoldaşı və uşaqları ilə birlikdə şəkilləri dərc olundu
Bütün bu ssenari yalnız bir dişin əsasında qurulmuşdu. Təkamülçülər bu xülyaya o qədər bağlanmışdılar ki, tədqiqatçı Uilyam Brayan tez-tələsik qərarların qəbul olunmasının əleyhinə çıxış edəndə təkamülçülərin çox kəskin tənqid atəşinə məruz qalmışdı.
Lakin 1927-ci ildə skeletin digər hissələri aşkar olundu. Yeni tapılmış hissələrə əsasən diş nə insana, nə də meymuna məxsus deyildi. Məlum oldu ki, diş nəsli kəsilmiş Amerika qabanı (çöl donuzu) növü olan "Prodthennops"a məxsus imiş. Uilyam Qreqorun bu səhvə aid məqaləsi "Science" jurnalında "Göründüyü kimi Hesperopithecus nə meymundur, nə də insan" başlığı ilə çap olunmuşdu.60 Axır nəticədə Hesperopithecus haroldcooki-nin və onun ailəsinin bütün rəsmləri ədəbiyyatdan çıxarıldı.
Darvinin "İnsanın mənşəyi" kitabında insanın meymunabənzər məxluqdan törəməsi iddiasından sonra bu ssenarinin təsdiqlənməsi üçün qalıqların axtarışına başlanmışdı. Amma bəzi təkamülçülər inanırdılar ki, təkcə meymunabənzər insanın qalıqları deyil, həmçinin canlı fərdlər də dünyanın müxtəlif qitələrində tapılacaqdır. XX əsrin əvvəllərində "canlı keçid formasının" axtarışları vəhşilik dərəcəsinə çatmışdı. Bu vəhşiliyin nümunəsi 1904-cü ildə Konqoda təkamülçü tədqiqatçı Semyuel Verner tərəfindən tutulmuş Ota Benqa adlı piqmeyin (cırtdanın) əhvalatıdır. Ota Benqa adı onun öz dilində "dost" mənasını daşıyırdı. O, evli idi və iki uşağı var idi. O, zəncirlənib heyvan kimi qəfəsə salınmış və Amerikaya Müqəddəs Luis adına dünya sərgisinə yola salınmışdı. Yerli təkamülçü alimlər onu meymunların müxtəlif növləri ilə birlikdə bir qəfəsə salıb insana ən yaxın olan "keçid forması" kimi nümayiş etdirirdilər.
İki ildən sonra onun yerini dəyişib Nyu-Yorkun Bronks zooparkında şimpanze, Dinah qorillası, Dohunq oranqutanı ilə birlikdə yerləşdirib insanın qədim əcdadı kimi təqdim etdilər. Zooparkın müdiri təkamülçü həkim Uilyam T.Honedey öz məruzələrində belə nadir keçid formasının öz zooparkında olmasının şərəfi haqqında tez-tez danışır, zooparka gələn adamlar isə Ota Benqa ilə heyvanla davranırmış kimi rəftar edirdilər. Ota Benqa sonda alçaldılmalara, təhqirlərə və rüsvayçılığa dözməyərək intihar etdi.61
Piltdaun, Nebraska və yaxud Ota Benqa... Bütün bu qalmaqallar təkamülçülərin öz məqsədlərinə çatmaq və öz nəzəriyyələrini isbat etmək naminə "məqsəd vasitəni doğruldur" prinsipinə əsaslanaraq hər bir yanlış elmi metodlardan istifadə etməsindən xəbər verir.
Məhz bu nöqteyi-nəzərdən insan təkamülü əfsanəsinin belə demək mümkünsə, başqa "sübutlarına" baxdıqda oxşar vəziyyətlə qarşılaşmaq olar: uydurma dolu hekayələr və onların yaşaması uğrunda hər şeyə hazır olan könüllülər dəstəsinin mövcudluğu göz qabağındadır.
58. Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", New Scientist, 1 Şubat 1997, s. 28
59. Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", New Scientist, 1 Şubat 1997, s.
60. Roger Lewin, "Bones of Mammals, Ancestors Fleshed Out", Science, cilt 212, 26 Haziran 1981, s. 1492
61. George Gaylord Simpson, Life Before Man, New York: Time-Life Books, 1972, s. 42