Hazırkı dövrdə müasir sualtı gəmilərin istehsalı üçün qabaqcıl texnologiyalardan istifadə edilir və bu sahədə çox sayda ixtisaslaşmış mühəndis və elm adamı işləyir. Məqsəd; su altında daha çox qala bilən, daha az enerji ilə, daha çox hərəkət edə bilən maşınlar meydana gətirməkdir. Belə ki, görülən bütün işlərə və səfərbər edilən imkanlara baxmayaraq, hazırkı dövrdə su altı gəmilər yalnız suyun altında hərəkət edə bilir və lazım gəldikdə qalxıb enə bilirlər.
Bütün bunlarla yanaşı sualtı gəmilər suların dərinliklərindəki təzyiqdən zərər görməmək üçün, çox möhkəm metallardan emal edilməlidir. Həmçinin dəniz dibində hərəkət edən bu vasitələrdə yaşaya bilmək üçün, onların olduqca böyük hissəsi ehtiyac duyulan vəsaitlərlə doldurulmalıdır. Dolayısilə sualtı gəmilərin, su altındakı hərəkət qabiliyyətləri məhduddur. Bu mövzudakı işlər davam etdirilir, problemlər həll edilməyə, bu gəmilərin hazırlanmasında istifadə edilən texnologiya inkişaf etdirilməyə çalışılır. Ancaq burada çox əhəmiyyətli bir xüsus nəzərə alınmalıdır.
Dənizin altında yaşayan çox sayda və növdə canlı var. Bu canlılar da təzyiqə məruz qalır, qidalanma, müdafiə kimi ehtiyaclarını dəniz altında ödəyirlər. Ancaq yuxarıda sualtı gəmilər üçün saydığımız heç bir problem, dəniz canlıları üçün problem təşkil etməz.
Ən kiçik balıqdan ən böyük balinaya qədər bütün dəniz canlıları üstün manevr qabiliyyəti ilə asanlıqla hərəkət edər, bədən ağırlıqlarından məharətlə istifadə edərək ən yüksək səviyyədə üzər və asanlıqla qidalanarlar. Bunun səbəbi hər cins balığın üzmə sisteminin mükəmməl şəkildə dizayn olunmasıdır. Üzgəclərinin yeri xüsusi olaraq seçilmişdir, quyruq forması, qəlsəmələrin böyüklüyü, dərilərindəki girinti və çıxıntıları ehtiyaclarını ən mükəmməl şəkildə təmin edəcək keyfiyyətdədir.
Sonrakı səhifələrdə veriləcək nümunələrdən də görüləcəyi kimi, canlılardakı dizayn mükəmməldir. Təzyiq, qidalanma, tənəffüs, müdafiə kimi ehtiyaclarının hamısını asanlıqla ödəyəcəkləri sistemlər bədənlərində ilk yarandıqları andan etibarən vardır. Bunun əksi bir vəziyyətdən söhbət gedə bilməz, çünki bu canlıların əskik sistemlərlə dəniz altında yaşamaları qeyri-mümkündür.
Bu isə bizə, dəniz altındakı canlıların bir anda əskiksiz şəkildə yarandıqlarını, yəni hamısını Allahın yaratdığını sübut edir.
Allah balıkları suyun içinde zorlanmadan hareket etmelerini sağlayacak bir vücut şekli ile yaratmıştır. Balıkların, ön tarafı oval, arka tarafı sivri bir mekiğe benzer vücut yapısı suyun sürtünme etkisini en aza indirir. Bazı balıklar örneğin Vatoslar böyle bir forma sahip değildir. Ancak bu balıklar da, su içinde, zorlanmadan hareket edecek başka ideal formlara sahiptir. |
Bu çizimde yüzme anında bir balığa etki eden kuvvetler gösterilmektedir. Balığın kuyruğunun soldan sağa doğru kıvrılması, biri balıkla aynı yönde (A),diğeri yana doğru olmak üzere (B)iki kuvvet ortaya çıkarır. A kuvveti balığı ileriye doğru iter. B kuvveti ise balığın yana dönmesini etkiler. Bu iki kuvvetin bileşkesi sonucu ortaya çıkan H ise balığın hareket yönünü ve hızını belirleyen asıl kuvvettir. Balık su içinde hareketsiz durmak istediğinde su tarafından yanlarına uygulanan kuvvetleri (S), dengeleyebilecek kadar bir K kuvveti uygular. |
Demək olar ki, bütün maşınlar sabit ox ətrafında, sabit dönmə sürətində hərəkət edən və val adlanan hissələr vasitəsilə enerji meydana gətirərlər. Heyvanlar da enerji meydana gətirərlər, ancaq onların işləmə sistemi maşınlardan çox fərqlidir. Heyvanların bütün bədənləri qan damarları və sinirlərlə əhatə olunmuşdur. Bundan ötrü də, maşınlardan olduqca mükəmməl dizayna sahib olan və irəli-geri hərəkət edən manivelaya bənzəyən strukturlar sayəsində hərəkət edərlər. Canlıların enerji meydana gətirən mühərrikləri, yığılıb-genişlənmə xüsusiyyətinə malik əzələləridir.
Bu mühərriklərin bir nümunəsinə su canlılarından rast gəlmək mümkündür. Su altında yaşayan canlılardakı hər bir manivela bir-birinə elə bağlanmışdır ki, hərəkət tək müstəvidə baş verir. Bu hərəkəti balıqların suda üzmələrini düşünərək gözünüzdə canlandıra bilərsiniz. Balığın onurğası, yerdə qıvrılaraq hərəkət edən ilan kimi daim sağa-sola doğru qıvrılır.
Bir balığın üzə bilməsi üçün quyruğunu yelləməsi kifayətdir. Normalda quyruq bir tərəfə büküldüyü vaxt, balığın bədəninin ön tərəfi arxa tərəfinin tam əksi istiqamətində və eyni dərəcədə dönməlidir. Ancaq belə olmaz. Çünki balıqların bədənlərinin ön tərəfi bu təsiri yox edəcək şəkildə yaradılmışdır.
Həmçinin su, hərəkət əsnasında baş tərəfə şaquli qüvvə ilə təsir edər. Bütün bunlar baş hissənin su içində, quyruq hissəsinə nisbətən daha az yırğalanmasına səbəb olar. İki tərəf arasındakı bu fərq balığın su içindəki hərəkətini təmin edər.
Balığın irəli doğru hərəkət etmə sürəti, üzgəcin balığın onurğasından keçən xəyali oxun sağına və soluna gediş-gəliş sürəti ilə birbaşa əlaqəlidir. Üzgəc həmin bu xəyali oxa yaxınlaşdıqda sürət artar, uzaqlaşdıqda isə azalar.
Balıklar basit ve sade bir vücut yapısına sahipmiş gibi görünür. Oysa suyun içinde hareket etmek için kullandıkları sistem ve mekanizmalar, son model bir arabadaki kadar hassas bir planlamanın ürünüdür. A. Hava Kesesi |
Görəsən bu sistem nə qədər səmərəlidir? Yellənən bir quyruq, sualtı mühərriklərlə müqayisə olunsaydı necə bir nəticə alınardı?
Kembric Universitetindən Prof. Richard Bainbridge və yoldaşları sualtı kamera vasitəsilə apardıqları müşahidələrlə bu suallara cavab axtarıblar.
Müşahidələr, su altında sakit vəziyyətdə dayanan bir balığın qorxudulduğu vaxt fövqəladə sürətlə hərəkətə keçə biləcəyini göstərmişdir:
Kiçik bir şirin su balığı, sakit dayandığı vəziyyətdə 1 saniyədə öz bədənindən 10 dəfə uzun məsafəyədək irəli sıçraya bilər. 20 sm. uzunluğundakı bir balığın çata bildiyi sürət isə, saatda təxminən 8 kilometrdir. Balıq böyüdükcə sürəti də artar. Prof. Bainbridge, 32 sm. uzunluğundakı bir balığın uzunmüddət 13 km/saat sürətlə hərəkət etdiyini müşahidə etmişdir.(50) Bu sürət balığın quyruğunu yelləmə intensivliyi ilə düz mütənasibdir. Bir balıq quyruğunu qısa müddətdə nə qədər çox yelləsə sürəti də o qədər artar.
Balıqlar üzərkən xeyli güc sərf edərlər. Ancaq ani sürətlənmənin balıqlar üçün həyati mənası var; çünki həm ovlanmaq, həm də yırtıcı canlılardan qaça bilmək üçün buna ehtiyacları var.
Bəzi kiçik balıqlar, sakit vəziyyətdən maksimum sürətlərinə saniyənin beşdə bir hissəsi qədər qısa müddətdə çata bilərlər. Bu əsnada meydana gətirdikləri itələmə qüvvəsi öz ağırlıqlarının 4 misli qədər olmaqdadır.
Bu məlumatların nə məna ifadə etdiyini tam olaraq anlamaq üçün, belə bir müqayisə aparaq: Yarış maşınları 0 km/saat sürətdən 100 km/saat sürətə 4-6 saniyə müddətində çatarlar. Maksimum sürətlərinə çata bilmək üçün, daha da çox vaxta ehtiyacları var.
Bütün bunlarla yanaşı, çox mühüm bir xüsus da nəzərə alınmalıdır. Balıqlar bu üstün performanslarını həm suyun içində reallaşdırır, həm də bəzi növləri axına müqavimət də göstərir. Suyun müqavimətinin havadan daha çox olduğu düşünüldüyü təqdirdə, balığın olduqca üstün performansa sahib olduğu asanlıqla aydın olacaq.
Bu mövzudakı ən gözəl nümunə, şübhəsiz ki, qızılbalıqlardır.
Dənizə açılan qızılbalıqlar nəsillərini, ancaq doğulduqları çaya çata bildikləri təqdirdə, orada yumurtlayaraq davam etdirə bilərlər. Bundan ötrü də, qızılbalıqlar, yumurtlama yerlərinə çata bilmək üçün, daima çayın mənbəyinə doğru, yəni axına qarşı üzməlidirlər. Bu vaxt qarşılarına çıxan şəlalələri də keçməlidirlər. Bunun üçün də, qızılbalıq, olduğu yerdən təxminən 4 metr qabağa, su səviyyəsindən də 2 metr yuxarıya sıçramaq məcburiyyətindədir. Belə bir sıçrayış əsnasında qızılbalıqların sudan çıxma sürəti saatda 24 kilometrə çatır. Bu sıçrayışdan sonra düşmək bir çox canlı üçün ölüm deməkdir. Lakin qızılbalıq heç bir zərər çəkmədən düşdüyü yerdən yoluna davam edər. Əlbəttə ki, qızılbalıqlar belə sıçrayışlar edə biləcəkləri əzələ və skelet quruluşuna sahib olmasalardı yaşaya bilməzdilər. (Ətraflı məlumat üçün baxın. Qızılbalıqların təəccüb oyandıran istiqamət təyinetmə sistemləri başlığı)
Evrimciler suda yaşayan balıkların, on milyonlarca yıllık bir zaman dilimi içinde karaya çıkarak kara canlılarına dönüştüklerini iddia ederler. Oysa bu tür bir geçişi imkansız kılan sayısız anatomik ve fizyolojik faktör vardır. Örneğin balıklar suda yaşadıkları için vücut ağırlıklarını taşıyacak güçte bir kas ve iskelet sistemine sahiptirler. Oysa karaya çıktıklarında yaşayabilmeleri için farklı bir yapının var olması şarttır. Kara canlıları, karadaki ani ısı değişimlerine uyum sağlayabilecek bir metabolizmaya sahiptir. Oysa denizlerde böyle ısı değişimleri ve balıklarda da bunun için gerekli özel bir metabolizma yoktur. Karada yaşayan canlıların susama duyguları ve su kaybını en aza indirecek bir deri yapıları vardır. Suda yaşayan canlıların susama duygusu bulunmaz ve derileri de susuz ortamlara hiç uygun değildir. | |
Kara canlıları suyu minimum düzeyde kullanmalarını sağlayan böbrek sistemine sahiptirler. Balıkların yaşadığı ortamda ise su boldur ve böbrekleri de yoktur. Kısacası sudan karaya geçişin gerçekleşmesi için böbreği olmayan canlıların bir anda gelişmiş bir böbrek sistemi edinmiş olmaları gereklidir. Ayrıca balıklar suda erimiş olan oksijeni solungaçlarıyla alırlar. Suyun dışında ise birkaç dakikadan fazla yaşayamazlar. Karada yaşayabilmeleri için, bir anda kusursuz bir akciğer sistemi edinmiş olmaları gerekir. Tüm bunların aynı canlıda tesadüfen ve aşama aşama gerçekleşmesi imkansızdır. Sonuç olarak suda yaşayan bir canlının karaya çıkıp oraya uyum sağlaması yani evrimleşmesi bilimsel ve mantıksal açıdan imkansızdır. |
Məlum olduğu kimi balıqların suyun içində yalnız irəli-geri hərəkət etməzlər. Suyun içində aşağı-yuxarı hərəkət edə bilməyən bir balıq yaşaya bilməz. Bu problem də balıqlarda yaradılan başqa bir dizayn vasitəsilə həll edilmişdir.
Balıqların bədənlərində hava kisələri var. Bu kisələr sayəsində dərinliklərə enə bilər və ya suyun səthinə doğru çıxa bilərlər. Balıq dərinliklərə endiyi vaxt, suyun ona göstərdiyi fiziki təsirlər də dəyişər. Müxtəlif dərinliklərdə dəyişən bu şərtlərə uyğunlaşma, hava kisəsindəki qazın azaldılıb, çoxaldılmasıyla təmin edilər.
Bunlarla yanaşı balıqların ağırlıq mərkəzləri də, ümumiyyətlə hava kisələrindən keçəcək şəkildə yaradılmışdır. Beləliklə də, tarazlığı pozulduğu vaxt balıq, çox kiçik üzgəc hərəkətləriylə yenidən tarazlığını bərpa edə bilər və ya istədiyi vəziyyətdə dayana bilər.
Balıklar kendilerine verilmiş olan özel bir duyu sistemi sayesinde, sürekli sağa sola hareket eden bir sürü içinde başka bir balığa çarpmadan hareket edebilirler. Balıklardaki bu duyu o kadar hassastır ki, bu işi zifiri karanlıkta bile ustaca başarabilirler. |
Balıqların əksəriyyətinin bədənləri olduqca dözümlü dəri ilə örtülmüşdür. Bu dəri, yuxarı və aşağı olmaqla iki təbəqədən ibarətdir. Yuxarı dəri təbəqəsində selikli maye (mukus) ifraz edən vəzlər var. Mukus sürüşkən və ya yapışqan quruluşa malik olub, balığın su içindəki hərəkəti əsnasında sürtünməni ən aşağı səviyyəyə endirməyə fayda verir. Dolayısilə balıqlara daha sürətli hərəkət etmə imkanı verir. Həmçinin sürüşkənlik xüsusiyyətiylə də balığın düşmənləri tərəfindən tutulmasını çətinləşdirir. Mukusun digər bir xüsusiyyəti isə, heyvanı xəstəlik törədən orqanizmlərə qarşı qorumasıdır.(51)
Bundan başqa balıqların yuxarı dəri təbəqəsində keratin(52) bənzəri bir təbəqə də var. Bu təbəqə suyun bədənə daxil olmasına mane olaraq, balığın bədənindəki daxili təzyiqlə xarici mühit təzyiqinin tarazlanmasını təmin edər. Əgər bu təbəqə olmasaydı, içəriyə suyun daxil olması nəticəsində balığın bədənindəki təzyiq balansı pozulacaq və balıq öləcəkdi.
Göründüyü kimi balıqların sudakı hərəkətini asanlaşdıran bir çox sistem bir yerdədir. Bu sistemlər müxtəlif funksiyalara malik olub, müxtəlif şəkillərdə dizayn olunmuşdurlar. Ancaq biri olmadan digəri heç bir işə yaramır və hər hansı biri çatışmadıqda canlı ölür.
Məsələn, mukus mayesi həm müəyyən dərəcədə sürüşkən, həm də müəyyən dərəcədə yapışqan xüsusiyyətdə olmalıdır. Eləcə də mikrob öldürücü xüsusiyyətə malik olmalıdır. Bütün bunların təmin edilməsi və bunların nəhəng kimyəvi zavodlarda deyil, əksinə balığın dərisi altındakı bir neçə millimetrlik təbəqədə meydana gətirilməsi, əlbəttə ki, böyük möcüzədir. Böyük elm və qüdrət tələb edən bu xüsusiyyətlər, bizə, balıqları Allahın yaratdığını sübut edən dəlillərdəndir. Allah, gücünün sonsuzluğunu bir ayədə belə bildirir:
Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona könüllü surətdə baş əyir. Göyləri və yeri (nümunəsiz olaraq) yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” deyər, o da dərhal olar... (Bəqərə surəsi, 116-117)
1. Yanal Sistem | 4. Dış Deri | 6. Sinir Bağlantısı | 8. Duyu Hücreleri |
Balıklar "yanal çizgi" olarak adlandırılan mükemmel bir duyu sistemine sahip olarak yaratılmışlardır. Bu sistem, vücudun her iki yanında boyuna uzanan noktalar veya kesik çizgiler halindedir. Sistemin duyu hücreleri, deri altında bir kanal içerisinde yer alır. |
Yüzlərlə insanın ibarət izdihamlı mühitdə olduğunuzu təsəvvür edin. Hər kəsin dayanmadan sağa-sola doğru qeyri-ixtiyari şəkildə hərəkət etməsi tələb olunsun, özü də qaranlıqda... Heç kəsə toxunmadan hərəkət edə bilərsinizmi? Şübhəsiz ki, xeyr!
Bizim edə bilmədiyimiz bu hərəkətlər balıqlar üçün çox asandır. Çünki balıqlar "yan xətt" adlandırılan mükəmməl duyğu sistemi ilə birlikdə yaradılıblar. Bu sistem, bədənin hər iki tərəfində uzunasına uzanan nöqtələr və ya qırıq xəttlər şəklindədir. Sistemin duyğu hüceyrələri, dəri altındakı bir kanal içində yerləşir.(53)
Xarici mühitdə yarana biləcək ən kiçik təzyiq dəyişikliyi, su dalğalanması, axın şiddəti və istiqaməti, yan xəttlər sayəsində dərhal hiss edilər. Quruda yaşayan heyvanların əksinə balıqlar duyğularından, suyun təzyiq dalğalarını və kimyəvi maddələri hiss etmək xüsusiyyətindən istifadə edərlər. Balıqlar özünəməxsus bu duyğuları vasitəsilə titrəyişləri yarı hiss edə və yarı eşidə bilərlər. Bu sayədə bir düşmənin və ya maneənin varlığından onu hələ görmədən xəbərdar ola bilərlər. Ovlarının və ya düşmənlərinin yerinə müəyyənləşdirə bilər, su axınlarında istiqamətlərini tapa bilərlər. Yan xətt xüsusilə yaxın yerdən gələn aşağı tezlikli titrəyişlərə həssasdır. Bu sayədə balıqlar sahildə atılan addımlardan və ya suyun səthinə düşən cismdən belə dərhal xəbərdar olar və buna görə tədbir alarlar.
Sahildə danışa və mahnı söyləyə bilər və ya radioyaya qulaq asa bilərsiniz. Çünki balıqlar bunlardan ötrü ürkməyəcəklər. Lakin su ilə təmasda olan bir şeyi hərəkət etdirsəniz; məsələn, gəmilərin yanalması üçün inşa edilən körpünü silkələsiniz və ya suya daş atsanız bütün balıqlar yox olar.
Yaxınlıqdakı obyektlər özlərinə çatan dalğanı geriyə əks etdirərlər. Beləliklə də, bir dalğanın sahili döyüb geri qayıtması kimi, geriyə qayıdan dalğalar çox kiçik fasilələrlə balığın bədəninə çatarlar. Bu vaxt balıqdakı yan xəttlər aradakı fərqi analiz edər və balıq əldə edilən məlumatdan geriyə qayıdan dalğalar vasitəsilə ətrafındakı görünüşü qəbul edər. Balıq daha sürətli üzərək və daha çox dalğa meydana gətirərək daha çox məlumat toplaya bilər.
Sistem dərindən analiz apara biləcək qədər mükəmməl işləyir. Məsələn, Meksika tetrası və ya kor mağara balığı (lat. astyanax mexicanus) adlanan balıq, yaşadığı mağaranın qaranlığında, ətrafını yalnız yan xəttləri vasitəsilə görə bilər. Gözləri olmadığı halda, sancaq başından daha kiçik obyektləri görə bilər.(54)
Xüsusilə görmə məsafəsinin az olduğu sularda, bir-birinə yaxın sıx qruplar halında üzən balıqlar da, sürətli manevrləri hiss etmək üçün yan xəttlərindən faydalanırlar.(55)
Balığın bu duyğu orqanı olduqca mürəkkəb quruluşdadır. Əlbəttə ki, belə bir duyğu sisteminin qeyri-ixtiyari təsadüflərlə, müəyyən zaman kəsiyində mərhələli şəkildə əmələ gəlməsi qeyri-mümkündür. Həmçinin sistemin tam surətdə bir anda yaranması da balığın yaşaması baxımından zəruridir. Bu vəziyyət də, balıqların təkamülçülərin iddia etdikləri kimi mərhələli dəyişikliklərlə baş verən təkamül prosesi ilə yaranmadıqlarını, Allahın onları tam və mükəmməl şəkildə yaratmış olduğunun digər bir göstəricisidir.
Birçok balık gibi gösterişli görünümlü beta kavgacı balığı da (Saimese) etrafını fark etmek için dalga hissini kullanır. Tehlike, kendisini tehdit ettiğinde erkek balık yavrularını uyarmak için yüzgeçlerini titreterek dalga yollar. |
İmperator pinqvinlərinin kürt yatdıqları dövr arktika qışıyla üst-üstə düşür. Erkək pinqvin yumurta üzərində kürt yatarkən, dişi puinqvin doğulacaq balası üçün qida axtarmağa gedər. Kürt yatma yeri ilə ən yaxın qida mənbəyi arasındakı məsafə bəzən 100 kilometrdən artıq olar. Ana pinqvin, bala yumurtadan çıxana qədər keçəcək 4 ay müddətində daim ətrafı dolanaraq balası üçün qursağında qida toplayar. Ana yumurtadan çıxan balanın baxımını üstünə götürdükdə, ata pinqvin xeyli müddət davam edəcək səfərə çıxar.(56)
Ancaq burada insanı təəccübləndirən bir vəziyyət var. Pinqvinlər böyük bədənli olmalarına baxmayaraq, hərəkətlərini çətinləşdirəcək qədər kiçik qıçlara sahibdirlər. Bu isə normalda daha çox enerji sərf etmələrinə səbəb olacaq. Məhdud miqdardakı qida ilə uzunmüddətli səfərə çıxan pinqvinlər üçün belə vəziyyət qaçılmaz ölüm deməkdir.
Bəs onda mənfi hal kimi görünən bu vəziyyətə baxmayaraq, pinqvinlər kilometrlərlə məsafəni qət edib, dənizə çatmağı necə bacarırlar?
Bu sualın cavabı bir yaradılış möcüzəsini daha ortaya çıxarır.
Pinqvinlər sağa-sola yellənərək gedərlər. Kəfgir bənzəri bu maraqlı hərəkətin səbəbi olduqca əhəmiyyətlidir. Bu hərəkət sayəsində pinqvinlər enerjiyə əhəmiyyətli dərəcədə qənaət edirlər. Pinqvinlərin qıçları həddindən artıq qısadır. Ancaq pinqvinlər, yana doğru addımlar ataraq bu qısalığın yaratdığı mənfi halı dəf edər və əzələlərinin daha az yorulmasını təmin edərlər. Hətta hər addımın sonunda növbəti addım üçün enerji qazanarlar.(57)
Əgər pinqvinlər yana doğru addımlar atmayıb düz yerisəydilər, onda öz ölçülərindəki bir heyvandan iki dəfə artıq enerji sərf etməli olardılar. Ancaq bu xüsusi yerimə forması sayəsində pinqvin yalnız yeriməyə başlayarkən enerji sərf edər, bir də dayanarkən. Məhdud qidasının dənizə çatmağa çalışan pinqvinə kifayət etməsi üçün, ən məqsədəuyğun üsul budur.
Əlbəttə ki, enerjiyə qənaət təmin edəcək asan bir yerimə formasını pinqvinin özü kəşf etməmişdir. Həmçinin bunu tək bir pinqvin deyil, bütün pinqvinlər də edirlər.
Ağır qış şəraitində yaşamalarını təmin edəcək bu asan yerimə formasını pinqvinlər ilk doğulduqları andan etibarən bilir və tətbiq edirlər. Bunun əksini etmələri ölümlərinə səbəb olacaq qədər ciddi nəticələr doğura bilər. Kəskin şaxtalarda pinqvinin ən az enerji sərf etməsi üçün nələr etməli olduğunu sınadığından və ən sonunda da bu yeriyiş formasını öyrənib bunu davam etdirməsindən söhbət gedə bilməz.
Pinqvinlərin bu yerimə formaları Allahın canlılar üzərindəki şəfqət və mərhəmətinin dəlillərindən biridir. Pinqvinləri yaradan və necə hərəkət edəcəklərini onlara ilham edən Allahdır. Allah bütün canlılara bənzərsiz surətlər vermiş və onları ən mükəmməl xüsusiyyətlərlə birlikdə yaratmışdır.
1. Kinetik enerjiyle sağa yatan penguen durduğu anda elde ettiği potansiyel enerjinin yeniden harekete dönüşmesiyle bu sefer sola yatıyor. 2. Penguenlerin yürüyüşü ile bir sarkacın salınımı arasında hiçbir fark yoktur. 3. Dolayısıyla bir yürümeye başlarken bir de dururken enerji harcıyor. |
49. Science, 9 Haziran 2000, sayı:288, ss.1717-1718
50. "How Fish swim?", Sir James Gray, Animal Engineering, Readings from Scientific American with Introductions by Donald Griffin, The Rockefeller University W. H. Freeman Com., San Francisco, ss.66-70.
51. Bilim ve Teknik Dergisi, "Hırçın Erkekleri, Barışçıl Dişileri ile Kemikli Balıklar", Gülgün Akbaba, Ekim 1995, sayı:335, ss. 74-77
52. Keratin, derinin alt tabakalarındaki yaşlı hücrelerin besin ve oksijen kaynaklarından uzaklaşarak ölmeleri ve yerlerini genç hücrelere terk etmesi sonucu oluşan sert ve dayanıklı bir maddedir
53. John, Downer, SUPERNATURE, The Unseen Powers of Animals, Published by BBC Worldwide Ltd., London 1999, s. 29
54. John Downer, SUPERNATURE, The Unseen Powers of Animals, Published by BBC Worldwide Ltd., London 1999, s. 32
55. ENCARTA 99, Microsoft Corporation, 2.CD, "Fish / Bodies of fish
56. Ayrıntılı bilgi için bkz: http://www.harunyahya.net/bilim/dusuneninsanlar/dusunen3_4.html
57. Sabah Gazetesi, "Vay bacaksız vay", 23 Aralık 2000