III Fəsil : Optika Sahəsində Ixtisaslaşmış Fizika Mühəndisləri

Ucsuz-bucaqsız səhralarda qarışqa kimi, kiçik bir canlı yolunu necə tapa bilər? Kəpənəklər bədən temperaturlarını necə tənzimləyə bilər? Bir balıq suyun üstünü necə görə bilər? Həmçinin görməklə də kifayətlənməyib suyun sınma bucağını hesablamaqla onun səthindəki bir böcəyi düzgün tuşlayaraq onu necə ovlaya bilər?

Buradakı suallarda nümunə olaraq verilən canlıların ortaq xüsusiyyətləri hər birinin optika sahəsində ixtisaslaşma tələb edən davranışlar göstərmələridir. Məsələn, (bir qədər sonra ətraflı şəkildə ələ alınacağı kimi) bəzi kəpənək növləri fiziklərin işlətdiyi bəzi optika qanunlarını tətbiq edərək bədənlərini isti saxlayırlar. Bu fəsildə qeyd olununa digər bir nümunə də dörd gözlü balıqdır. Balığın gözlərindəki optik dizayn bu canlıya həm atmosferdə, həm də hidrosferdə üstün görmə qabiliyyəti verir.

Hamısı xüsusi dizayn məhsulu olan bu sistemləri və ağıllı davranışları nəzərdən keçirdikdə isə, qarşımıza tək bir nəticə çıxacaq: Əlbəttə ki, bir kəpənəyin və ya bir qarışqanın, bədənində öz-özünə belə sistemlər yaratması və öz-özünə bunları necə istifadə edəcəyini bilməsi qeyri-mümkündür. Bütün canlılar sahib olduqları xüsusiyyətlərlə birlikdə və bu xüsusiyyətləri necə istifadə edəcəklərini bilərək, bir anda yaranmışdırlar. Allah, yer üzündəki bütün canlıları ən gözəl şəkildə yaratmışdır.

Optika Qanunlarını Bilən Kəpənəklər

1. Gelen Işık
2. Yansıyan Işık
3. Normal

4. Geliş Açısı
5. Yansıma Açısı
6. Yansıtıcı Yüzey

1. Eğik Açılı Işın
2. Dik açılı Işın
3. Sıcak
4. Dik açılı Işın
5. Daha Sıcak

Fiziklərin optikada istifadə etdiyi üç təməl qanun var. Bunlar müvafiq olaraq aşağıdakılardır:

1) Bir səth, üzərinə düşən günəş şüalarının həmin səthlə əmələ gətirdiyi bucaq 90⁰-yə yaxınlaşdıqca qızar.

2) Günəş şüalarını eyni bucaq altında qəbul edən iki səthdən tünd rəngli olanı daha çox qızar.

3) Əks etdirən hər hansı səth, üzərinə düşən şüaları, düşdükləri bucaq (səthlə 90⁰ bucaq əmələ gətirdiyi hesab edilən hündürlük) altında da əks etdirər.

Bu qanunları fizika oxuyanlar bilirlər, ancaq bu gün bir çox insan bu qanunlardan tamamilə xəbərsizdir. Bunların gündəlik həyatda hansı təsirlərə malik olduğundan və ya nə işə yaradıqlarından da xəbərsizdirlər. Əlbəttə ki, optika qanunlarını hər insanın bilməməsi olduqca normaldır. Burada qınanılacaq heç nə yoxdur. Ancaq təəccüb oyandıran, bu qanunları çox yaxşı bilən başqa canlıların olmasıdır.

İnsanların bilmədiyi və ya bilib də diqqət yetirmədiyi bu qanunlardan kəpənəklər xəbərdardır. Həmçinin kəpənəklər bu optika qanunlarından gündəlik həyatlarında da faydalanırlar. Bu mövzunu Colias kəpənəklərini nümunə verərək izah edək.

Colias kəpənəyi bədən temperaturu 28⁰ C-dən aşağı olduğu vaxt uça bilməz. Bu vəziyyətdə dərhal qanadlarını açar və arxasını günəşə çevirərək günəş şüalarını düz bucaq altında alacaq şəkildə dayanar. Kəpənək kifayət qədər isinib bədən temperaturu 40⁰ C-yə qədər yüksəldikdə öz oxu ətrafında 90⁰ dərəcə dönər. Beləliklə də, günəş şüalarını üfüqi halda qəbul edər. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Dolayısilə kəpənəyin bədən temperaturu azalmağa başlayır.

Bunlarla yanaşı, bu növ kəpənəklərin qanadlarında qara ləkələr mövcuddur. Bu ləkələr istiliyi kəpənəyin bədənində toplayar. Üstəlik, bunlar bədənin ən çox isinməyə ehtiyac duyduğu hissələrə yaxın yerləşdirilmişdir. Beləliklə də, digər hissələrdən daha tez isinən ləkələrdən digər yerlərə ötürüləcək istiliyin ötürülmə məsafəsi qısalmış olur.

Pieris növünə aid kəpənəklər isə, qanadlarını elə bucaq altında saxlayarlar ki, eynilə bir lupa kimi bütün şüaları bədənlərinin ən çox isinməsi lazım olan hissələrində toplaya bilərlər.(33)

Sağ:

Pieris cinsi kelebekler kanatlarını öyle bir açıda ayarlar ki, güneş ışınlarını vücutlarının en çok ısınması gereken bölgelerinde toplayabilirler. Bu, optik bilgisi gerektiren bir davranıştır. İnsanlar da kelebeklerin yaptığı gibi, ışınları bir noktada toplamak için çukur aynalar ve mercekler kullanırlar. Pieris kelebeklerinin, optik bilgisi gerektiren böyle birşeyi başarabilmelerinin tek nedeni vardır: Allah bu canlılara en verimli şekilde nasıl ısınabileceklerini ilham etmektedir.

Şübhəsiz ki, bu kəpənəklər həyatları boyu fizika və optika sahələrində təhsil almayıblar. Onlar nə fizika qanunlarından, nə də hansı bucaq altında dayanmaqla günəş şüalarının daha çox qəbul ediləcəyindən xəbərdardırlar. Bütün bunlar kəpənəklərə öyrədilir.

Bu canlılara ən yaxşı şəkildə isinmələri üçün nələr etməli olduqlarını ilham edən, hər şeyi qoruyan və himayə edən Allahdır. Rəbbimizin hər şeyin hakimi olduğu bir ayədə belə bildirilir:

Göylərdə və yerdə hər nə varsa, hamısı Onundur. Şübhəsiz ki, Allah, heç nəyə ehtiyacı olmayandır (Qəniyy), tərifəlayiqdir. (Həcc surəsi, 64)

"I ve II numaralı ışınlar şekilde görüldüğü gibi, yatayla belli bir açı yapacak şekilde gelmektedir. Her iki ışının da A noktasında buluşması için, karşılıklı yerleştirmek kaydıyla 2 yansıtıcı kullanmanız isteniyor. Işınların A noktasında buluşması için yansıtıcılar yatayla kaç derece yapacak şekilde yerleştirilmelidir?"
Belki de üniversite sınavlarında karşılaşılabilecek nitelikte olan bu sorunun benzeri bir problemi Pieris kelebekleri, yaşadıkları her gün çözmektedirler. Her gün bu açı hesaplamalarını yaparak güneşten verimli bir şekilde yararlanmaktadırlar. Şüphesiz bu kelebekler, fizik öğretmenlerinden ders almamışlardır. Bu hesaplamayı sonsuz ilim sahibi olan Allah'ın kendilerine ilhamı sayesinde yapabilmektedirler.

"Dörd Gözlü" Balıqdakı (Anableps Balığı) Möhtəşəm Optik Dizayn

Dənizdə üzərkən suyun içində gözümüzü açdığımız vaxt, ətrafımızdakı hər şeyi bulanıq görərik. Çünki atmosfer mühitində görməyə uyğun şəkildə yaradılmış gözümüz üçün, su fərqli bir mühitdir. Eyni məntiqlə düşündükdə, yaşadığı mühitdən çölə çıxarılan bir balığın da, atmosfer mühitində ətrafını bulanıq görəcəyi təxmin edilə bilər. Ancaq həm quruda, həm də suda çox yaxşı görə bilən bir balıq növü var.

Cənubi Meksikadan Cənubi Amerikanın şimalına qədər yerləşən çaylarda və göllərdə yaşayan bir balıq növü, həm suyun içində, həm də sudan kənarda olduqca yaxşı görə bilir. Anableps adlanan bu balıq əsasən "dörd gözlü balıq" kimi tanınır. Bu balıq növü sudan kənar mühiti dəqiq görməklə yanaşı, havadakı obyektlərə belə fokuslana bilir.

Dörd gözlü balığın əslində iki gözü var. Ancaq hər göz, hər biri özünəməxsus fokus məsafəsinə sahib iki yarımkürədən meydana gəlmişdir. Bu, anablepslerin eyni anda iki fərqli görmə xüsusiyyətinə sahib olmalarının səbəbini göstərən mükəmməl bir dizayndır. Balıq suyun səthindən bir qədər aşağıda üzərkən suyun səthində qalan göz bəbəkləri havanı süzür, bu zamansa suyun altında qalan aşağı göz bəbəkləri də sualtı aləmi nəzərdən keçirir. Beləliklə balıq həm uçan, həm də üzən canlılarla qidalana və ya onlardan qaça bilir.

Gözün içində yerləşən iki fərqli fokus (bifocals) balığın iki fərqli təsvir qəbul etməsinə imkan verir.

Tərkibində piqment olan xallı bir toxuma lenti və bilavasitə bunun üzərində yerləşmiş gözlə görülən quzehli qişalar hər bir gözü su səviyyəsində ortadan iki yerə ayırar və biri suyun üzərində digəri suyun altında olan iki ədəd göz bəbəyi meydana gətirər. Yuxarıdan baxıldıqda quzehli qişalar sudan kənara çıxan gözlərin içində havada duran barmaqlara bənzəyirlər.(34)

Dörd gözlü balıq, uçan böcəkləri tutmaq üçün havaya tullana bilər və ya üzən canlıları ovlamaq üçün suyun dibinə gedə bilər. Ancaq daha çox sahilə yaxın dayaz sularda hərəkət edərək xərçəngkimiləri, yosunları və ya suyun üstündə ilişib qalan böcəkləri tutar.

Elm adamları anablepslerin suya nisbətən havanı daha çox istifadə etdiklərini müəyyənləşdiriblər, çünki havada, sudakı görmə sisteminə görə daha uzaqdakı və daha kiçik obyektləri görə bilirlər. Ancaq bu balıqlar, qidalanmaq və ya digər canlılara yem olmamaq üçün tez-tez suya daxil olurlar.

Bu balıklar birarada bulunduklarında çok ilgi çekici bir görüntü oluşur. Örneğin Surinam nehrinin ağzına yakın bölgede gelgiti bekleyen yüzlerce Anableps aynı anda periskop gibi suyun dışını gözetler. Sular çekildiğinde balıklar kendilerini kıyıya atıp besin dolu çamurlardan yutacaklardır. Bir tehlike anında örneğin alçaktan uçan kuşlar veya büyük balıkçıllar geldiğinde de hemen derin sulara geri döneceklerdir.

Bu Sistem Necə Əmələ Gəlmişdir?

Şübhəsiz ki, hər hansı bir balığın öz-özünə suyun və havanın fiziki xüsusiyyətlərinə görə iki fərqli optik sistemi dizayn etməsi, daha sonra da bu iki sistemi, tək bir gözdə uyğun çalışacaq şəkildə quraşdırması qeyri-mümkündür.

Bəs bu gözlər təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüfi dəyişikliklər nəticəsində yaranmış ola bilərmi? Yəni bənzəri olmayan bu optik dizayn təsadüfən bir balığın gözlərində meydana gələ bilərmi? Daha sonra yenə eyni təsadüflər sayəsində nəsildən-nəslə ötürülərək meydana gələ bilərmi?

Əlbəttə ki, belə bir dizaynın təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Göz kimi mürəkkəb orqanlar, bir-biriylə əlaqəli bir çox hissənin birlikdə işləməsi nəticəsində yaranar, eləcə də bu hissələrdən biri belə olmasa və ya qüsurlu olsa heç bir işə yaramazlar. Bu cür sistemlər; "sadələşdirilə bilməz mürəkkəblik" kimi xarakterizə olunan xüsusiyyətə sahibdirlər. Məsələn, insan gözünü daha sadə quruluşa çevirmək olmaz, çünki tam şəkildə bütün incəlikləri ilə birlikdə yaranmadığı müddətcə göz heç bir işə yaramaz. Bu da gözün zaman içində mərhələli şəkildə yarana bilməyəcəyinin bir dəlilidir.

Bu həqiqət; "əgər ardıcıl baş verən çox sayda kiçik dəyişikliklər nəticəsində kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu göstərilsə, nəzəriyyəm tamamilə süqut edəcək"(35) deyən Darvinin narahat olduğuu kimi, təkamül nəzəriyyəsini yerli-dibli yox edir.

Darvin, "gözün təkamülü" mövzusunda çıxılmaz vəziyyətlə üzləşdiyini bilir. Necə ki, bunu kitabının "Nəzəriyyənin çətinlikləri" (Difficulties on theory) adlı başlıq altında etiraf edir. Darvinin kitabını oxuyan Amerikalı fizik Lipson, Darvinin bu "çətinlikləri" barəsində bu şərhi verir:

"Növlərin Mənşəyi kitabını ilk dəfə oxuduğum vaxt, Darvinin əsasən göstərilən mənzərənin əksinə, özündən çox da əmin olmadığını gördüm. Məsələn, “Nəzəriyyənin çətinlikləri” başlıqlı hissədə, olduqca nəzərəçarpan etibarsızlıq əks olunurdu. Bir fizikaçı olaraq, gözün necə yaranmış ola biləcəyi haqqındakı açıqlamaları qarşısında təəccübləndim".(36)

Təkamül nəzəriyyəsi hələ tək bir gözün yaranmasını izah edə bilmədiyi halda, təkamülçülərin "dörd gözlü balığın" mənşəyinə dair heç bir şərh verə bilməyəcəkləri aydındır. Dörd gözlü balıq, sudan kənardakı mühiti bir insan, suyun içindəki mühiti də bir balıq qədər yaxşı görə bilir. Dörd gözlü balığın mənşəyinə dair deyilə biləcək tək şey var, bu da; "hər şeyə qadir olan və bütün canlıları yaradan" Allahın onu xariqüladə sistemlə, nümunəsiz və mükəmməl şəkildə yaratmış olmasıdır.

Təkamülçülərin bu qədər açıq olmasına baxmayaraq, həqiqətləri görə bilməmələri və hələ də israrla bir cəfəngiyata inanmaları olduqca əhəmiyyətli məsələdir. Hər insan bu məsələ barədə düşünməli və bundan ibrət alaraq, belə vəziyyətə düşməkdən şiddətlə çəkinməlidir..

Bu onların dərin qavrayış sahib olmamaları, Allahın varlığını qəbul etməmələrindən ötrü dünyada onlara verilmiş bir qarşılıqdır. Allah bir ayəsində belə buyurur:

Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir. (Həşr surəsi, 19)

Suyun və gözün səthinin (buynuz qişanın) sınma indeksi demək olar ki, eyni olduğu üçün suyun altındakı obyektlərdən əks olunan işıq bilavasitə buynuz qişadan keçər və daha böyük sınma indeksinə malik göz büllurundakı torlu qişa üzərində sınaraq fokuslanar. Digər tərəfdən havanın sınma indeksi buynuz qişanın sınma indeksindən daha aşağıdır, dolayısilə işıq ikinci dəfə bükülür. Anableps yumurta formasındakı bənzərsiz büllurlarından istifadə edərək hər iki təsviri də aydın görər. Büllurun aşağı göz bəbəyi ilə eyni sırada yerləşən hissəsi adi bir balıq gözündəki büllur kimi dəyirmi forma almışdır. Bu sayədə üzən bir böcək sürfəsi torlu qişa üzərində fokuslana bilir. Daha az dəyirmi olan yuxarı hissə isə, insan gözünə daha çox bənzəyir və havadakı cisimlərə baxıldığı vaxt, baş verən iki dəfə sınmanı bərpa edər. Bu sayədə balıq bir ağcaqanadı belə aydın şəkildə görər. Bu mükəmməl dizayn Allahın bənzərsiz yaratma sənətinin saysız nümunələrindən sadəcə biridir.

1.Üst Göz Bebeği
2. Göz Bebeği
3. Alt Göz Bebeği

4. Optik Sinir
5. Alt Retina
6. Üst Retina

7. Üst Göz Bebeği
8. Kornea
9. İris Kapağı
10. Pigment Dokusu

11. Su Yüzeyi
12. Alt Göz Bebeği
13. İris
Lens. Mercek

Yukarıdaki resimde dört gözlü balığın su ve hava gibi ışığın farklı kırılma özelliklerine sahip ortamlarda nasıl gördüğü görülmektedir.

Qarışqanın Gözlərindəki Kompas

İstiqamət müəyyənləşdirmək üçün kompasa və xəritəyə ehtiyac vardır. Xəritə insana harada olduğunu, kompas isə hara gedəcəyini göstərir. Tunisin Aralıq dənizi sahilləri yaxınlığında yaşayan qara səhra qarışqası isə, bunların heç birini işlətməməsinə baxmayaraq, istiqamətini düzgün tapa bilir.

Qarışqa, səhər günəşin üfüqdən yüksəlməsiylə 70⁰ C-yə qədər qızmar səhra qumunda qida axtarmaq üçün yuvasından çölə çıxar.

Səhra qarışqası yuvasından təxminən 200 metrə qədər məsafədə tez-tez dayanar və olduğu yerdə ziqzaq şəklində hərəkət edər. Amma bütün bu mürəkkəb ziqzaq hərəkətlərə baxmayaraq, yeməyini tapdığı vaxt, dərhal yuvasına doğru düz xətt boyunca hərəkət edərək yola düşər. Qarışqanın bu səfəri onun uzunluğu ilə müqayisə edildikdə, bir insanın səhrada 35-40 km. hərəkət etdikdən sonra, kompas və sair şeylərdən istifadə edərək birbaşa başladığı yerə qayıtması kimidir.(37)

Səhra kimi bir ərazidə istiqamət müəyyənləşdirməyə imkan verən işarələrin azlığı nəzərə alındıqda, (belə ki, qarışqanın yolda görəcəyi işarələri yaddaşında saxlayıb, yolunu onlara baxaraq tapması da başqa bir möcüzə olardı) qarışqanın bacardığı işin əhəmiyyəti daha yaxşı aydın olar.

Qarışqanın nə kompası, nə də xəritəsi var. Ancaq Allahın onun gözlərinə yerləşdirdiyi istiqamət təyinetmə sistemi bütün bu vasitələrdən üstündür. Qarışqanın gözləri insanların sahib olmadığı bir xüsusiyyətə malikdir: Səhra qarışqası da əvvəlcə nümunə verdiyimiz yer hörümçəkləri kimi işığı polyarlaşdıra bilirlər. Bu əməliyyat əsnasında bizim görə bilmədiyimiz bəzi şüaları görür və bunları istifadə edərək ətrafına baxdığı hər an şimal-cənub şəklində qəti şəkildə istiqamət müəyyənləşdirə bilər. Beləcə hər an yuvasının hansı tərəfdə olduğunu təxmin edər və geri qayıdarkən heç bir çətinlik çəkməz. Bir qarışqanın insanların belə yeni öyrəndiyi işığın polyarlaşma xüsusiyyətini bilməsini necə açıqlamaq olar? Həmçinin qarışqa bundan bir kompas kimi faydalanır. Əlbəttə ki, bütün bunları qarışqanın özünün bilməsi qeyri-mümkündür.

Şübhəsiz ki, qarışqanın sahib olduğu bu mürəkkəb göz quruluşunu, təsadüfi reallaşan təsadüflərlə açıqlamaq qeyri-mümkündür. Bütün səhra qarışqaları dünyada yarandıqları ilk günlərindən bəri bu xüsusiyyətdəki gözlərə malikdirlər. Bu gözlər, onların, digər bütün canlıların və bizim Yaradıcımızın əsəridir. Bu Yaradıcı, üstün elm sahibi olan Allahdır. Bir ayədə belə buyurulur:

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə qətiyyətli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)

1. Yuva

2. Gidiş Yolu
3. Dönüş Yolu

Qeydlər

33. Bilim ve Teknik Dergisi, TÜBİTAK, Nisan 1991, s.49

34. National Geographic, "The Four-eyed Fish Sees All", Paul A. Zahl, Mart 1978, Vol.137, No.1, ss.390-395.

35. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 189

36. H. S. Lipson, "A Physicist's View of Darwin's Theory", Evolution Trends in Plants, Cilt 2, No. 1, 1988, s. 6.

37. Bilim ve Teknik Dergisi, TÜBİTAK, Mayıs 1995, Sayı: 330, s.69

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • I Hissə : Kimya Mühəndisləri ilə Yarışan Canlılar
  • II Fəsil : Heyvanlardakı Qavrama Sistemləri
  • III Fəsil : Optika Sahəsində Ixtisaslaşmış Fizika Mühəndisləri
  • IV Fəsil : Təbiətdəki Mexanika Mütəxəssisləri
  • V Fəsil : Dəniz Altındakı Mühəndislər
  • Nəticə