Təkamül nəzəriyyəsi məlum olduğu kimicanlılar aləminin təsadüflər nəticəsində meydana gələn bir hüceyrə ilə başladığını iddia edir. Daha sonra bu hüceyrə çoxalaraq yeni hüceyrələri meydana gətirmiş, bu hüceyrələr də birləşərək ibtidai canlı növlərini meydana gətirmişlər. İbtidai növlər də zamanla inkişaf etmiş növlərə doğru təkamül keçirərək bugünkü müasir canlıları meydana gətirmişlər. İnsan da bu təkamül zəncirinin ən son halqasıdır.
Əgər bu hekayəyə inanırsınızsa, aşağıda danışacağımız buna bənzər bir hekayəyə də inanmamaq üçün bir səbəb yoxdur... Bu, bir şəhərin hekayəsidir:
Bir gün quraqlıq bir ərazidə qayaların arasındakı bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq gün çıxanda quruyub qatılaşır və içinə qarışan bəzi mineralların da təsiri ilə bərkiyir. Daha sonra qəlibləşmiş qayalar qopub dağılır və ortaya düzgün formalı, möhkəm bir kərpic çıxır. Bu kərpic illərlə, eyni təbii şərtlərlə yanında eynilə özü kimi bir ikincisinin meydana gəlməsini gözləyir. Daha sonra, oxşar bir üçüncünün yanlarında meydana gəlməsi üçün birlikdə gözləyirlər.
Bu vəziyyət eyni kərpicdən eyni yerdə yüzlərlə, minlərlə meydana gəlməsinə qədər davam edir. Hər kərpicin uyğun yerdə və uyğun şəkildə meydana gəlməsi üçün bəlkə minlərlə il gözlənilir. Bu arada böyük bir təsadüf nəticəsində əvvəl meydana gəlmiş kərpiclərdən heç bir itki olmur. Minlərlə il fırtınalara, yağışlara, küləyə, yandırıcı-qovurucu günəşə, dondurucu soyuğa məruz qalan kərpiclərqırılmır, parçalanmır, çatlamır, başqa yerlərə sovrulub dağılmır, eyni yerdə və eyni möhkəmlikdə digər kərpicləri gözləyirlər.
Bundan əlavə, bu kərpiclərin meydana gəldiyi mühitdəki gil və palçıq eyni təbii şərtlərlə bunların da üzərinə yapışıb qatılaşaraq kərpicləri kobud, şəkilsiz və istifadəsiz kütlələrə çevirmir. Bir təhər, bütün kərpiclər eyni forma və mövqelərini qoruyurlar.
Kərpiclər kifayət saya çatdıqda külək, fırtına, qasırğa kimi təbii hadisələrin təsiri ilə sovrulub yan-yana və üst-üstə planlı bir şəkildə düzülüb bir bina qururlar. Bu vaxt, əlbəttə ki, kərpicləri bir-birinə yapışdıran sement, əhəng kimi vəsaitlər də çox uyğun zaman ərzində təbii şərtlərlə meydana gəlib qüsursuz bir plan içərisində kərpiclərin arasına girir və bunları bir-birlərinə birləşdirirlər. Əlbəttə, bütün bu əməliyyatlar başlayarkən torpağın altındakı dəmir filizləri də təbii şərtlərlə şəkillənib torpağın xaricinə uzanaraq kərpiclərin meydana gətirəcəyi binanın bünövrəsini qoyurlar. Nəticədə, hər cür vəsaiti, emalı, qurğusu ilə qüsursuz bir bina ortaya çıxır.
Əlbəttə ki, bina yalnız bünövrədən, kərpicdən və əhəngdən ibarət deyil. Elə isə digər əskiklər necə tamamlanmışdır? Cavab çox sadədir: binanın ehtiyacı olan hər cür vəsait üzərində yüksəldiyi torpaqda mövcuddur. Şüşələr üçün lazım olan silisium, elektrik kabelləri üçün lazım olan mis və tirlər, sütunlar, mismarlar, su boruları və s. üçün lazım olan dəmir torpağın altında bol miqdarda mövcuddur.
Taxta doğrama problemi də yaxın bir meşədəki ağacların baş verən qasırğa və fırtınalar nəticəsində sökülüb yonularaq binada istifadə edilməyə ən uyğun şəkildə sel suları ilə inşaat yerinə sürüşdürülməsi ilə həll edilir. Artıq bütün bu materialların binanın içinə yerləşmələri də təbii şərtlərin öhdəsinə götürülmüşdür. Əsən külək, yağan yağış, bir az da fırtınanın köməyi ilə bütün qurğular, emal, aksesuarlar kərpiclərin arasında yerli yerinə oturur. İşlər o qədər yerində getmişdir ki, kərpiclərgələcəkdə təbii şərtlərlə şüşə deyə bir şeyin meydana gələcəyini bilirlərmiş kimitələb olunan pəncərə boşluqlarını buraxaraq düzülmüşlər.
Hətta irəlidə yenə təsadüflərlə meydana gələcək su, elektrik, qızdırıcı qurğularının içlərindən keçə biləcəyi boşluqları buraxmağı da unutmamışlar. Dediyimiz kimi, işlər o qədər yerində getmişdir ki, bu fəaliyyət əsnasında tək bir çatışmazlıq, əskiklik, çoxluq, zamansızlıq, uyğunsuzluq meydana gəlməmişdir. Hər hansı bir mərhələdəki çatışmazlıq binanın çökməsinə, parçalanmasına, ya da heç bir işə yaramayan bir kərpic yığınına çevrilməsinə səbəb ola bilərdi. Lakin “təsadüflər” və “təbii şərtlər” həm ağıllı, dəqiq bir mühəndis, həm intizamlı, məsuliyyət sahibi bir usta, həm də çalışqan, məharətli bir işçi kimi çalışıb möhtəşəm bir uyğunlaşma və əməkdaşlıq göstərmişlər...
Əgər bu hekayəyə inandınızsa, bu qədər açıqlamadan sonra şəhərdəki digər binaların, qurğuların, tikililərin, yolların, səkilərin, infrastruktura, xəbərləşmə və nəqliyyat sistemlərinin necə meydana gəldiyini də siz düşünüb tapa bilərsiniz. Hətta əgər bir az texniki məlumatınız varsa və mövzu ilə də bir az əlaqəniz varsa, məsələn, şəhərin “kanalizasiya sisteminin təkamül prosesi və mövcud strukturlarla uyğunlaşması” haqqındakı nəzəriyyənizi göstərərək bir neçə cildlik son dərəcə “elmi” bir əsər belə hazırlaya bilərsiniz. Bu işlərinizə görə, akademik bir mükafata belə layiq görülə bilər, özünüzü insanlıq tarixini işıqlandıracaq bir dahi olaraq görə bilərsiniz. Ancaq belə bir vəziyyətin insanın öz ağılsızlığını qeyd etməkdən başqa bir mənası yoxdur.