Təkamül nəzəriyyəsi bu gün dünyanı öz təsiri altına salan digər düşüncə sistemləri kimi Avropada doğulmuş və oradan digər cəmiyyətlərə təbliğat yolu ilə ixrac edilmişdir. Bu səbəbdən, bu nəzəriyyənin hansı məqsədlə ortaya atıldığını və nəyə görə daim gündəmdə tutulduğunu anlamaq üçün Avropada baş verən böyük dəyişiklikdən bir az bəhs etmək istəyirik.
Avropa orta əsrlər boyu dinin idarə etdiyi cəmiyyətlərdən ibarət idi. Din insanların ən böyük yol göstəricisi olaraq qəbul edilirdi. İnsanlar özlərinin və kainatın Allah tərəfindən yaradıldığına və yenə Onun tərəfindən yox ediləcəyinə, ölümün ardınca da Ona hesab verəcəklərinə inanırdılar. Cəmiyyət nizamı bu inanc üzərində, yəni insanın və kainatın “yaradılmış” olduğu həqiqətinə əsaslanaraq qurulmuşdu.
Ancaq orta əsrlər Avropası nə qədər mühüm sayılan doğruları ehtiva etsə də, bir çox yanlışları da var idi. Hər şeydən əvvəl, din deyilən şey Allahın insanlara verdiyi həqiqi və orijinal din (haqq din) deyildi. Dinə bir çox yad ünsür qarışmışdı. Dinin saflığının pozulması fanatizmin doğulmasına gətirib çıxarmışdı. Kilsənin mühafizəkar və dar görüşlü bəzi yönləri vardı.
Həmçinin dinə bir çox xurafat qarışmışdı və bu xurafatlar da təbii olaraq ağıl və məntiqə uyğun gəlmirdi. İnsanlar kilsənin təzyiqi ilə xurafatlarla qarışdığı üçün məntiqli olmayan, insan ruhuna zidd olan bu dini bir az çətinlik çəksələr də, qəbul edirdilər.
Ancaq bu vəziyyət belə davam edə bilməzdi. İki ehtimal vardı, birincisi, dinin xurafatlardan təmizlənməsi və təmiz isəvi (hz. İsadan gələn) ənənəsinə geri qayıdılması idi ki, bu, Avropanın həqiqi qurtuluşu olardı. İkinci ehtimal isə dinin tamamilə rədd edilməsi idi ki, bu, Avropanın fəlakəti demək olardı.
15-ci əsrdə başlayan və 19-cu əsrdə kulminasiya nöqtəsinə çatan bir dəyişiklik müddəti nəticəsində ikinci ehtimal həqiqətə çevrildi və Avropa dini tərk etdi.
Ancaq bu dəyişiklik öz-özünə olmamışdı. Avropanı birinci seçimdən, yəni dini xurafatlardan təmizləməkdən saxlayan və onu ikinci seçimə, yəni dini tamamilə rədd etməyə yönəldən bəzi mühüm amillər vardı. Bu faktorlar avropalı cəmiyyətlər içində mövcud olan bəzi cəmiyyət qrupları idi. Bunlar dini şəxsi mənfəətləri üçün çox böyük bir rəqib olaraq görür və dini nizamın nə olursa-olsun, pozulmasını istəyirdilər.
Xüsusilə ticarət yolu ilə zənginləşənlər və yəhudilər kimi katolik kilsəsi ilə fəlsəfi olaraq uyğunlaşmayan cəmiyyətlər şəxsi mənfəətlərini Avropanın dindən tamamilə uzaqlaşmasında görürdülər. Ancaq bu şəkildə daha çox qazanc əldə edəcəkləri və güclənə biləcəkləri bir sistem qurulacağına inanırdılar. Məsələn, Avropanın katolik kilsəsinin qurduğu nizama görə, faizdən istifadə etməyən cəmiyyətin olması faizdən istifadə edərək mənfəətlərini artırmaq istəyən bu şəxslərin heç xoşuna gəlmirdi.
Bu səbəbdən, faizi haram sayan katolik kilsəsinə qarşı ticarət sinifləri və yəhudilər kimi “nizama qarşı” olan qüvvələr tərəfindən dəstəklənən protestant cərəyanı faizi sərbəst buraxdı. Protestant cərəyanı dindəki degenerasiyanı daha da artırdı və katolik kilsəsinə qarşı çıxan yeni qüvvələr tərəfindən dəstəklənən alternativ bir din oldu: “Dünya işlərinə” çox da qarışmadığı, ya da həmin qüvvələrin bu işləri istədiyi şəkildə istiqamətləndirdiyi üçün protestantlıq uyğun bir din modeli olaraq qəbul edilmişdi.
Ancaq Katolik kilsəsi ilə dinsiz bir sistemi müdafiə edən bu yeni qüvvələr arasında konflikt xeyli davam etdi. Zamanla bu konflikt böyük bir müharibəyə çevrildi. Kilsə bu yeni qüvvələrə qarşı çıxmaq üçün Avropa cəmiyyətlərini dinə çağırır və bir sistemin qanuniliyi təmin etməsinin ancaq din ilə mümkün ola biləcəyini söyləyirdi. Kilsəyə görə, madam ki, bütün insanlar Allahın quludur və bütün dünya da Ona aiddir, o zaman dünyadakı sistem də Onun bildirdiyi (vəhy etdiyi) şəkildə olmalı idi.
Elə bu mərhələdə daha çox mənfəət və daha çox güc arxasınca qaçan yeni qüvvələr anladılar ki, insanları dindən ayırmadıqca onlara istədikləri sistemi qəbul etdirmək mümkün deyil. İnsanlar özlərinin Allah tərəfindən yaradıldıqlarını və yol göstəricilərinin də Allah olduğunu qəbul etdikləri müddətcə bu yeni güclərin təklif etdiyi dindən kənar həyat tərzini və cəmiyyət quruluşunu qəbul edə bilməzdilər.
Bunun üçün yalnızca kilsəni deyil, dinin birbaşa özünü aradan qaldırmalı idilər.