Əvvəlki səhifələrdə təkamülçülərin çıxardığı saxta dəlillərə və etdikləri təhriflərə toxunmuşduq. Ancaq cəmiyyətə təkamülü qəbul etdirmək üçün istifadə edilən üsullar bu saxtakarlıqlardan daha bəsitdir.
Ən əhəmiyyətli və təsirli üsul təkamülçülərin rekonstruksiya təsvirləridir. Təkamülçü nəşrlərə baxanda bu şəkillərə çox rast gələrsiniz. Rəsmlərdə yarı insan, yarı meymun varlıqlar çox vaxt ailəvi təsvir olunur. Tüklü bədənlərə, yüngül əyri yerişə, meymun-insan qarışığı bir üzü olan bu varlıqlar təkamülçü “alimlər” tərəfindən tapılan fosillər əsasında çəkilmişlər.
Halbuki, bu şəkillərin heç bir mənası yoxdur. Çünki tapılan fosilləryalnız canlının sümük quruluşu haqqında məlumat verir. Bu fosili nümunə götürərək canlının bədəninin necə tüklü olduğu haqqında bir fikir irəli sürülə bilməz. Eyni şəkildə, canlının burnu, qulaqları, dodaqları, saçları haqqında da heç bir məlumat ola bilməz. Halbuki, təkamülçülər rəsmlərdə ən çox burun, dodaq və qulaq kimi orqanları yarı insan, yarı meymun şəklində göstərirlər.
Bu yolla normal bir insan kəlləsinə də meymun burnu, qulağı və dodağı əlavə edib xəyali bir ara keçid forması əldə edə bilərsiniz.
Necə ki, təkamülçülər bu mövzuda o qədər yalan danışırlar ki, eyni kəlləyə bir-birindən çox fərqli üzlər yaraşdıra bilirlər. Məsələn, avstralopitek robustus (zinjanthropus) adlı fosil üçün çəkilən bir-birindən tamamilə fərqli üç müxtəlif rekonstruksiya şəkil bunun məşhur bir nümunəsidir. Əvvəlki səhifələrdə toxunduğumuz kimi, bir donuz dişini nümunə götürərək “tapılan” və ailəsi ilə birlikdə yarı insan, yarı meymun bir görünüşlə çəkilən xəyali Nebraska adamı da təkamülçülərin xəyal gücünün nə qədər inkişaf etdiyini göstərən başqa bir nümunədir.
Amma bu xəyali təsvirlər bir çox insana görə, təkamülə inanmaq üçün olduqca qənaətbəxş bir dəlildir. “Böyük alimlər” bu cədvəlləri özlərindən uyduracaq deyillər ki! ...
Məhz çox insan bu “böyük alimlər” tərəfindən uydurulan böyük yalana, təkamül nəzəriyyəsinə kor-koranə inanır. Təkamül o qədər qatı bir təbliğat ilə cəmiyyətə qəbul etdirilmişdir ki, insanlar bu nəzəriyyəni qəbul etmək üçün dəlil axtarmırlar belə. Bir çox insan təkamülü dünyanın dairəvi olması qədər qəti bir həqiqət zənn edir.
Təkamülçü D.Devar (Douglas Dewar) nəzəriyyənin cəmiyyətə qəbul etdirilməsində mətbuatın oynadığı rolu belə izah edir:
Təkamülçülərin mətbuatı ələ keçirmələrinin əhəmiyyətini çox az insan hiss etmişdir. Bu gün çox az jurnalda təkamül nəzəriyyəsini rədd edən məqalə çıxır. Hətta dini jurnalların belə bir çoxu insanın heyvan nəslindən gəldiyini qəbul edən modernistlərin əlindədir. Ümumiyyətlə, bütün qəzetlərin redaktorları təkamülü sübut edilmiş bir qanun olaraq qəbul edir və nəzəriyyəyə qarşı çıxan hər kəsi cəhalət və ya dəlilikdə günahlandırırlar.
Demək olar ki, hamısı. Təkamülçülər tərəfindən nəşr olunan elmi jurnallar isə təkamül anlayışına kiçik kölgə salacaq bir yazını belə nəşr etmək istəmirlər. Kitab nəşr edənlər qüvvədə olan bir nəzəriyyəyə qarşı çıxıb üzərinə hücumlar yığacaq və ya rəğbət görməyəcək bir kitabı nəşr etməzlər. Hətta çap xərcləri yazıçıya aid olsa belə, nəşriyyatın etibar itirəcəyini düşünürlər. Beləliklə, xalq məsələni birtərəfli bilir. Cəmiyyət təkamül nəzəriyyəsini cazibə qanunu kimi sübut edilmiş bir həqiqət hesab edir.27
Bəli, insanların əksəriyyəti təkamülü sübut edilmiş bir həqiqət zənn edir. Qatı təbliğat və təlqin sayəsində belə düşünürlər.
Təkamülçülər də bu “beyin yuma” proqramının onlara verdiyi üstünlükdən yaxşı istifadə edirlər. Bir çox insan təkamülün mövcud olduğuna elə inandırılmışdır ki, təkamülçülər nə yazırsa-yazsın, necə və niyə kimi bir sual ağıllarına gəlmir. Bu səbəbdən də təkamülçülər məntiqsiz iddialarını heç bir əsas və dəlil göstərmədən asanlıqla müdafiə edirlər.
Məsələn, ən “elmi” təkamülçü kitablarda belə, təkamülün ən böyük çətinliklərindən biri olan “sudan quruya keçid” mərhələsi uşaqları belə inandıra bilməyəcək bir sadəliklə izah edilir. Təkamülə görə, həyat suda başlamışdır və ilk inkişaf etmiş heyvanlar balıqlardır. Nəzəriyyəyə görə, necə olmuşsa (!), bir gün bu balıqlar özlərini quruya doğru atmağa başlamışlar! (Buna səbəb olaraq çox vaxt quraqlıq göstərilir.) Yenə nəzəriyyəyə görə, quruda yaşamağı seçən balıqlar necə olmuşsa, üzgəc yerinə ayaqlara, qəlsəmə yerinə də ciyərlərə sahib olmuşlar!
Bir çox təkamül kitabı bu böyük iddianın “necə”sinə heç girmirlər. Ən “elmi” mənbələrdə “sudan quruya keçid reallaşdı” kimi mənasız bir cümlə ilə bu iddianın qəribəliyi ört-basdır edilir.
Görəsən, bu keçid necə reallaşmışdır? Bir balığın sudan çıxanda bir-iki dəqiqədən çox yaşamadığını bilirik. Təkamülçülərin iddia etdiyi kimi, bir quraqlıq yaşandığını və balıqların zəruri olaraq quruya yönəldiklərini qəbul etsək, bu vəziyyətdə balıqların başına nə gəlmiş ola bilər, sizcə? Cavab aydındır: sudan çıxan balıqların hamısı bir-iki dəqiqə içində tək-tək ölər. Bu iş on milyon il davam etsə belə, cavab yenə eynidir: balıqların hamısı tək-tək ölər. Kimsə çıxıb: “Bəlkə də bu balıqlardan bəziləri dördüncü milyon ilin sonunda sudan çıxıb, elə can verdikləri anda birdən-birə ağciyər sahibi olmuşlar”, -deyə bilməz. Çünki bu,ağıl və məntiqə tamamilə ziddir.
Ancaq təkamülçülərin iddia etdiyi şey tam olaraq budur. “Sudan quruya keçid”, “qurudan havaya keçid” və daha milyonlarla “sıçrayış” bu məntiqsiz izah ilə açıqlanır. Göz, qulaq kimi son dərəcə mürəkkəb orqanların necə meydana gəldiyi mövzusuna isə təkamülçülər heç toxunmurlar.
Bu səbəbdən, təkamül böyük yalandır. Özü də son dərəcə məntiqsiz, son dərəcə əsassız bir yalan. Ancaq kitabın əvvəlki səhifələrində də dediyimiz kimi, məntiqli kimi göstərilməyə çalışılır. Bu da mövzu haqqında dəlillər göstərməkdən çox beyin yuma üsulu ilə həyata keçirilir. Küçədəki adamı elmilik maskası ilə aldatmaq asandır: sudan quruya keçidi təmsil edən xəyali bir şəkil çəkirsiniz, sudakı heyvana, qurudakı “nəvəsinə” və aradakı “ara keçid forması”na (bu xəyali bir heyvandır) latınca adlar uydurub qoyursunuz.
Sonra da ehkam kəsirsiniz: “Eusthenopteron” uzun bir təkamül müddəti içində əvvəl “rhipitistian crossoptergian”a, sonra da “ichthyostega”ya çevrildi. Bu cümləni bir də qalın eynəkli, ağ önlüklü bir “alim”ə söylədirsəniz və beləliklə, bir çox insanı əmin etmiş olursunuz. Çünki təkamülü insanlar arasında yaymağı ən böyük masonik vəzifə qəbul edən media ertəsi gün dünyanın dörd tərəfində bu böyük kəşfi böyük həyəcanla insanlara müjdələyəcək. Medianın özünə göstərdiyi dünyadan başqa bir dünya tanımayan cəmiyyət üçün bu “böyük dəlil” təkamülə inanmaq üçün kifayətdir, hətta artıqdır...
Medianın təkamülü qəbul etdirmək üçün istifadə etdiyi üsula diqqət yetirin: “Budur ən böyük dəlil” iddiası ilə təqdim edilənlər çox vaxt insanın təkamülünə dəlil olaraq göstərilən kəllələrdir. Çünki təkamülçülər on illərdir davam edən bir səy nəticəsində meymundan insana doğru uzanan bir “kəllə seriyası” anlayışı meydana gətirməyi bacarmışlar. Bunun üçün nəsli tükənmiş bəzi meymun fosillərindən istifadə edilmiş, bəzi təhriflər edilmiş, Yava adamı kimi saxtakarlıqlar edilmişdir. Təkamülçülərin tək məşğuliyyətihamısına dəbdəbəli latınca ad qoyduqları bu kəllələri bir-birinin ardınca düzüb: “Budur, ən qədim atalarımızdan müasir insana qədər insanın təkamülü”, -deməkdir.
Halbuki, nəzəriyyənin digər iddiaları kimi, insanın təkamül iddiaları da tamamilə əsassızdır. Araşdıraq:
Təkamül nəzəriyyəsinin iddiasına görə, insanlar və dövrümüzdəki meymunlar ortaq atalara sahibdirlər. Bu ibtidai varlıqlar zamanla təkamül keçirərək bir qismi indiki meymunları, təkamülün digər bir qolunu izləyən başqa bir qrup da dövrümüzün insanlarını meydana gətirmişdir.
Təkamülçülər meymunlarla insanların ilk ortaq atalarını “Cənubi Afrika meymunu” mənasını verən “avstralopitek” adlandırırlar. Əslində isə nəsli tükənmiş qədim bir meymun növü olan avstralopiteklərin müxtəlif növləri var. Bunların bəziləri iri quruluşlu, bəziləri daha kiçik, daha zərif quruluşlu canlılardır.
İnsan təkamülünün bir sonrakı mərhələsini də təkamülçülər “homo”, yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, homo seriyasındakı canlılar avstralopiteklərdən daha inkişaf etmiş müasir insandan çox fərqi olmayan canlılardır. Bu növün təkamülünün ən son mərhələsində isə homo sapiens, yəni dövrümüzün müasir insanının meydana gəldiyi irəli sürülür.
İşin, əslində, təkamülçülərin ortaya atdığı bu xəyali ssenaridə avstralopitek adlandırdıqları canlılar nəsilləri tükənmiş həqiqi meymunlar, homo seriyasındakı canlılar isəqədim tarixlərdə yaşamış, bu gün isə nəsli tükənmiş irqlərə mənsub insanlardır. Təkamülçülər bir “insan təkamülü” sxemi meydana gətirmək üçün müxtəlif meymun və insan fosillərini böyüklüklərinə görə ard-arda düzmüşlər. Halbuki, elmi həqiqətlər bu qalıqların təkamül mərhələsini göstərmədiyini və insanın əcdadları olaraq göstərilən bu canlıların bir qisminin həqiqi meymunlar, bir qisminin də həqiqi insanlar olduğunu göstərmişdir.
İndi xəyali insan təkamülü sxeminin ilk pilləsini təşkil edən avstralopitekləri araşdıraq.
Təkamülçülərin iddiasına görə, avstralopiteklər dövrümüzdəki insanların ən ibtidai atalarıdır. Bunlar üz və baş quruluşları bugünkü meymunlara bənzəyən, beyin həcmləri isə indiki meymunlarınkından daha kiçik qədim növə aid edilir. Ancaq təkamülçülərin iddialarına görə, bu varlıqların insanların əcdadı olmasını sübut edən çox əhəmiyyətli bir xüsusiyyətləri var: iki ayaqlı olmaları.
Meymunlarla insanların hərəkət şəkli tamamilə fərqlidir. İnsanlar iki ayaqları ilə hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud bir hərəkət qabiliyyətinə sahibdirlər. Məsələn, ayı və meymun kimi heyvanlar nadir hallarda (məs. ov edərkən) iki ayaqları üzərində qısa müddətli hərəkət edirlər.
Təkamülçülərə görə avstralopitek adlı bu ibtidai canlılar hər zaman iki ayaqları üzərində yeriyə bilirdilər; bunlar iki ayaqlı canlılardı. Lakin iki ayaqları üzərində insanlar kimi dik olaraq yeriyə bilmirdilər; ancaq əyilmiş şəkildə yerimək qabiliyyətinə sahib idilər. Məhz bu məhdud iki ayaqlı yeriş belə, təkamülçüləri bu canlıların insanın əcdadı olduqları iddiasında cəsarətləndirməyə kifayət idi.
Halbuki, təkamülçülərin avstralopiteklərin iki ayaqlı olduqlarına dair iddialarını alt-üst edən ilk dəlil yenə təkamül tədqiqatçılarının özlərindən gəldi. Avstralopiteklərin fosilləri üzərində aparılan ətraflı araşdırma təkamülçüləri belə,bunların daha çox meymuna bənzədiyini qəbul etməyə məcbur etmişdi. 1970-ci illərin ortalarında avstralopitek fosilləri üzərində anatomik araşdırmalar aparan təkamülçü Ç.E.Oksnard (Charles E.Oxnard) avstralopiteklərin skelet quruluşlarını indiki oranqutanlarınkına bənzədirdi:
Avstralopiteklərin çiyin, çanaq, bilək, ayaq, dirsək və əlləri kimi anatomik bölgələri üzərində aparılmış bir çox müqayisəli anatomik araşdırma mövcuddur. Bütün bunlar bunu söyləyir: bu fosillərin müasir insana olan yaxınlığı həqiqət olmaya bilər. Bütün fosil parçaları həm insandan, həm də şimpanze və qorillalardan fərqlidir. Avstralopiteklər qrup şəklində araşdırılanda oranqutana bənzərlikləri aşkar olur.28
Ancaq təkamülçülər üçün əsas utanma səbəbi avstralopiteklərin iki ayaqlı və əyilmiş şəkildə yeriyə bilməyəcəklərinin aydın olması oldu. İki ayaqlı, ancaq əyilmiş şəkildə yeridiyi iddia edilən avstralopitekin belə bir quruluşa sahib olması fiziki olaraq son dərəcə səmərəsiz olacaqdı və mütənasib olaraq yüksək bir enerji tələb edəcəkdi. Necə ki, 1996-cı ildə kompyuter mütəxəssisi R.Krompton (Robin Crompton) apardığı araşdırmalarda belə qarışıq yerişin qeyri-mümkün olduğunu göstərdi. Kromptonun gəldiyi nəticə bu idi: bir canlı ya tam dik, ya da tam dörd ayağı üzərində yeriyə bilər. Beləcə, avstralopiteklərin əyilmiş halda və iki ayaqla yeriyə bilməyəcəyi aşkarlandı.
Avstralopiteklərin iki ayaqlı olmadıqlarına aid ən əhəmiyyətli araşdırmalardan biri tədqiqatçı anatom F.Spuur (Fred Spoor) və qrupuna aid idi. Məşhur tədqiqatçılar 1994-cü ildə İngiltərə Liverpul Universitetinin İnsan anatomiyası və hüceyrə biologiyası şöbəsində fosil canlılar üzərində iki ayaqlılıq araşdırmaları aparmışdılar. Qulaq ilbizindəki şüursuz tarazlıq mexanizmindən əsas alaraq tədqiqatlar aparan alimlər avstralopiteklərin qətiyyən iki ayaqlı olmadıqlarını sübut etdilər. Beləliklə, avstralopiteklərin insanabənzər olduqlarına aid iddianın sonu çatdı.
Xəyali insan təkamülünün bir sonrakı pilləsi isə “homo”, yəni insan seriyasıdır. Bu silsilədəki canlılar müasir dövrün insanından çox fərqli olmayan, yalnız irqi bəzi fərqlilikləri olan insanlardır. Təkamülçülər bu fərqlilikləri şişirtməyə çalışaraq həmin insanları dövrümüzdəki insanların irqi olaraq deyil, ayrı bir növü olaraq izah etmişlər. Halbuki, bir azdan da görəcəyimiz kimi homo seriyasındakı insanların hamısı, əslində, normal bir insan irqindən başqa bir şey deyil.
Təkamülçülərin xəyali sxeminə görə, homo növünün öz içindəki xəyali təkamülü belədir: Əvvəl “homo erectus”, sonra “arxaik homo sapiens” və “neandertal insanı”, sonra da “cro-magno” adamı və dövrümüzdəki insan meydana gəlir.
Homo seriyasındakı yuxarıda saydığımız növlərin hamısı təkamülçülərin əksini iddia etməsinə baxmayaraq, bir az əvvəl də vurğuladığımız kimi əsl insandırlar. Əvvəlcə, təkamülçülərin ən ibtidai növ saydıqları “homo erectus”u araşdıraq.
“Homo erectus”un ibtidai növ olmadığını göstərən ən təsiredici dəlil ən qədim “homo erectus” qalıqlarından olan “Turkana uşağı” fosilidir. Turkana uşağı adlı bu fosilin 12 yaşında bir uşağa aid olduğu və böyüdüyü zaman 1.83 boyunda olacağı güman edilir. Bu fosilin dik skelet quruluşu dövrümüzdəki insandan fərqsizdir! Uzun və incə olan skelet quruluşu indiki dövrdə tropik bölgələrdə yaşayan insanların skelet quruluşu ilə tamamilə uyğunlaşır. Bu fosil ”homo erectus”un dövrümüzdəki insanın bir irqi olduğunun ən əhəmiyyətli dəlillərindəndir. R.Liki (Richard Leakey) “homo erectus”la dövrümüzdəki insanı belə qarşılaşdırır:
Hər hansı bir insan fərqlilikləri anlaya bilər: kəllənin forması, üzün bucağı, qaş çıxıntısının kobudluğu və s. Ancaq bu fərqliliklər bu gün müxtəlif ərazilərdə yaşayan insan irqlərinin bir-birləri arasındakı fərqliliklərdən çox deyil. Belə fərqliliklər bir-birlərindən uzun zaman fasilələrində ayrı saxlandıqları zaman ortaya çıxır.29
Yəni Liki bunu söyləyir ki, “homo erectus” və bizim aramızdakı fərq, məsələn, zəncilərlə eskimoslar arasındakı fərqliliklərdən çox deyil. “Homo erectus”un bu kəllə xüsusiyyətləri qidalanma forması, genetik köç və digər insan irqləri ilə müəyyən müddət ünsiyyətdə olmama kimi hadisələrin nəticəsində ortaya çıxmışdır.
“Homo erectus”un ibtidai növ olmadığının başqa bir dəlili bunların 27.000 illik və hətta 13.000 illik fosillərinin tapılmasıdır. Elm dünyasında böyük əks-sədaya səbəb olan və elmi bir jurnal olan “Time”da belə, nəşr olunan bir məqaləyə görə, Yava adasında yaşının 27.000 illik olduğu müəyyən edilən “homo erectus” fosilləri tapılmışdır. Avstraliyada Kou bataqlığında isə 13.000 illik “homo sapiens-homo erectus” xüsusiyyətləri daşıyan bəzi fosillər tapılmışdır. Bütün bu fosillər ”homo erectus”un günümüzə olduqca yaxın tarixlərdə belə həyatını davam etdirmiş olduğunu və bunların bildiyimiz insanın bu günə qədər çata bilməmiş və tarixə basdırılmış bir irqindən başqa bir şey olmadığını göstərir.
Arxaik homo sapiens xəyali təkamül sxeminin müasir dövrün insanından bir əvvəlki pilləsini meydana gətirir. Əslində, bu insanlar haqqında təkamülçülər baxımından deyiləcək bir şey yoxdur, çünki bunlar müasir dövrün insanından ancaq çox kiçik fərqliliklərlə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu növün nümayəndələrinin hələ də yaşadıqlarını söyləyərək avstraliyalı Aborigen yerlilərini nümunə göstərirlər. Aborigen yerliləri də eyni bu növ kimi qalın qaş çıxıntılarına, içəri doğru əyilmiş çənə quruluşuna və bir az daha kiçik beyin həcminə sahibdirlər. Həmçinin çox yaxın keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların yaşadığına dair çox ciddi tapıntılar əldə edilmişdir.
Təkamülçülər arxaik homo sapiensə ən mühüm nümunə olaraq Hollandiyanın Neander vadisində tapılan və neandertal adamı adlandırılan insan fosillərini göstərirlər. Hal-hazırda da bir çox tədqiqatçı neandertal insanı dövrümüzdəki insanın bir alt növü olaraq təyin edərək “homo sapiens neandertalensis” kimi tanıdırlar. Bu irqin müasir insanla birlikdə eyni anda və eyni coğrafiyada yaşadığı aydındır. Tapıntılar neandertalların ölülərini basdırdıqlarını, müxtəlif musiqi alətləri düzəltdiklərini və eyni dövrdə yaşamış homo sapienslərlə birlikdə inkişaf etmiş bir mədəniyyəti paylaşdıqlarını açıq şəkildə göstərir. Neandertal fosillərinin tamamilə müasir olan kəllə və skelet quruluşları da hər hansı bir fərziyyəyə açıq deyil. Bu mövzuda ciddi nüfuz sahibi sayılan “New Mexico” Universitetindən Erik Trinkaus belə yazır:
Neandertal qalıqları və müasir insan sümükləri arasında aparılan ətraflı müqayisələr bunu göstərir ki, neandertalların anatomiyasında, yaxud da hərəkət, alətdən istifadə, zəka səviyyəsi və ya danışıq qabiliyyəti kimi xüsusiyyətlərində müasir insanlardan aşağı sayılan heç bir şey yoxdur.30
Bunlardan əlavə olaraq, neandertalların dövrümüzdəki insana görə bəzi üstünlükləri vardır. Neandertalların beyin həcmləri dövrümüzdəki insanınkından daha böyükdür və bədənləri daha sağlam və əzələləri daha güclüdür. Yenə Trinkaus belə deyir:
Neandertalların fərqi bədən sümüklərinin ümumi olaraq şişirdilmiş quruluşlu olmasıdır. Bu sümüklər müasir insanlar tərəfindən nadir olaraq sahib olunan gücə işarə edir. Bundan əlavə, bu xüsusiyyət yalnız yetkin kişilərdə deyil, yetkin qadınlarda, yaşlılarda və hətta uşaqlarda belə görünə bilər.31
Qısası, neandertallar sadəcə zamanla assimilyasiya olmuş xüsusi insan irqidir.
Bütün bunlar, “insanın təkamülü” deyilən bir prosesin tarixdə heç yaşanmadığını göstərir. Tarixdə sadəcə fərqli meymun növləri və bəzi fiziki xüsusiyyətləri bugünkü insandan fərqli olan fərqli insan irqləri yaşamışdır. Təkamülçülər bunları bir-birinin ardınca düzərək xəyali təkamül sxemi meydana gətirirlər.
Halbuki, əslində, ortada heç bir keçid forma yoxdur. Yəni insanlar hər zaman insan, meymunlar da hər zaman meymun olmuşlar.