Təkamül nəzəriyyəsi, əvvəl də araşdırdığımız kimi, din əleyhdarı qüvvələr tərəfindən müxtəlif saxtakarlıqlar və saxta dəlillərlə sübut edilməyə və cəmiyyətə qəbul etdirilməyə çalışılır. Lakin bu elmi saxtakarlıqların bir-bir üstü açılır və gözləniləndən tam əks təsir yaradır. Bu səbəbdən, təkamülü insanlara qəbul etdirməyi ən böyük masonik vəzifə olaraq qəbul edənlər bu vəzifəni əsas olaraq kütləvi informasiya vasitələri, yəni media vasitəsilə yerinə yetirirlər.
Əslində, media müəyyən güc mərkəzlərinin cəmiyyətin düşüncəsini idarə etmək üçün tez-tezistifadə etdiyi bir cihazdır. Bu düşüncə idarəsi təkamüldən başqa mövzuları da əhatə edir. Məşhur amerikalı dilçi və yazıçı N.Çomski (Noam Chomsky) azərbaycancaya “Media həqiqəti” olaraq tərcümə edilən “Necessary Illusions: Thought Control in Democratic Societies” (Gərəkli İllüziyalar: demokratik cəmiyyətlərdə düşüncə nəzarəti) adlı kitabındamedianın güc mərkəzləri tərəfindən ictimai düşüncəni idarə etmək üçün istifadə edilən bir vasitə olduğunu ətraflı izah edir.
Məşhur yazıçının bildirdiyinə görə, başda ABŞ olmaqla, bütün qərb dövlətləri, əslində, nasist Almaniyası və ya SSRİ kimi totalitar bir dövlətdir (Totalitar: bütün cəmiyyətin dövləti əlində tutan qüvvələr tərəfindən idarə olunduğu, azadlığın olmadığı, bütün cəmiyyətin dövlətin rəsmi ideologiyasına itaətə məcbur buraxıldığı rəhbərlik nizamı, diktatorluq). ABŞ-ın və digər qərb dövlətlərin nasist Almaniyası və SSRİ kimi açıq totalitar dövlətlərdən tək fərqi totalitarizmi daha örtülü bir şəkildə tətbiq etməsi idi. Çomskiyə görə, bu gizli totalitarizm xalqın düşüncəsinin media vasitəsilə idarə edilməsi sayəsində tətbiq edilir.
Məsələn, ABŞ başqa bir ölkəyə müdaxilə etmək, ya da müharibə etmək istəyir. Ancaq xalqın böyük hissəsi buna qarşıdır. Bu vəziyyətdə açıq totalitar bir dövlətxalqın nə düşündüyünü vacib hesab etməz və bildiyini edər. Halbuki, ABŞ kimi gizli totalitar bir dövlətin tətbiqi daha fərqlidir: əvvəl xalqın düşüncəsi bu xarici müdaxiləni dəstəkləyəcək bir şəkildə yönləndirilir. Medianın təbliğatı sayəsində xalq hiss etmədən hakim qüvvələrin istədiklərinə razılıq verir. Çomski Amerika tarixində bu idarə şəklinin dəfələrlə istifadə edildiyini, Birinci Dünya Müharibəsindən indiyə qədərhər xarici müdaxilədən və döyüşdən əvvəl bu cür bir “media yolu ilə beyin yuma” proqramı tətbiq olunduğunu və xalqın razılığının istənilən istiqamətdə yönləndirildiyini bildirir.
Qısası, demokratik etiketini daşıyan ölkələrdə də cəmiyyətin düşüncəsini istiqamətləndirən, cəmiyyəti rəsmi yalanlarla aldadan qüvvələr hakimdir. Media isə bu qüvvələrin bir cihazı mövqeyindədir. N.Çomski belə deyir: “Xalqa təqdim edilən dünya cədvəlinin həqiqətlə ancaq çox uzaqdan əlaqəsi vardır. Doğru yalanlardan qurulan binaların altında basdırılmışdır”.
Bu vəziyyətdə medianın bizə verdiyi təlqinlər üzərində bir az dayanıb düşünmək lazım deyilmi, sizcə?...
Heç diqqət etdinizmi?... Qərb dünyasının “Time”, “Newsweek” kimi böyük və təsirli jurnalları müəyyən fasilələrlə təkamül nəzəriyyəsini mövzu edən xəbərlər nəşr edirlər. Bu xəbərlər çox vaxt jurnalın üz qabığında verilir. “Təkamüldə yeni inkişaf”, “təkamüldə böyük nailiyyət”, “Darvini təsdiqləyən mühüm qalıq” kimi başlıqlarla verilən bu xəbərlərdə, əslində, heç də böyük və yeni deyilə biləcək bir dəlil yoxdur.
Çox vaxt bir alimin təkamül haqqındakı yeni bir düşüncəsi, ya da təkamülü sübut etməkdən uzaq bir fosil mövzu edilir. Amma bu xəbərlərdə maraqlı bir cəhət vardır: xəbər yalnız bir nəzəriyyə olan təkamülü sübut edilmiş bir həqiqət olaraq qəbul edən bir üslubda yazılmışdır. Bu xəbəri oxuyan, ya da heç olmasa, bir dəfə gözdən keçirən insanların çoxu təkamülü onsuz da on illər əvvəl sübut edilib dəqiqləşmiş mütləq həqiqət hesab edirlər.
Bu cür media nəhənglərinin həmin xəbərləri demək olar ki, ölkəmizdəki böyük qəzetlər tərəfindən də cəmiyyətə ötürülür. İstifadə edilən üslub klassikdir: ““Time” jurnalının xəbərinə görə, təkamül zəncirindəki boşluğu tamamlayan çox əhəmiyyətli bir fosil tapıldı”, ya da ““Newsweek”in xəbərinə görə, alimlər təkamülün qaranlıqda qalan son nöqtələrini də aydınlatdılar” kimi cümlələr böyük şriftlərlə göstərilir. Yenə maraqlı bir cəhət vardır: bu nəşriyyat orqanları da təkamülü mütləq bir həqiqət olaraq qəbul etdirmə məqsədi güdürlər. Halbuki, ortada sübut edilmiş heç bir şey yoxdur ki, təkamül zəncirinin son “əskik halqası” tapılmış olsun. Dəlil olaraq önə çıxarılanların hamısıəvvəlki səhifələrdə bəhs etdiyimiz saxta dəlillərdir.
Media ilə yanaşı, elmi qaynaqlara, ensiklopediyalara, biologiya kitablarına baxılanda da eyni mənzərə ilə qarşılaşırıq. Bu cür qaynaqların demək olar ki, hamısı təkamülü mütləq bir həqiqət kimi izah edirlər.
Qısası, dinsiz güc mərkəzlərinin nəzarətində olan media və akademik qaynaqlar tamamilə təkamülçü bir dünyagörüşünü qoruyur və bunu cəmiyyətə təlqin edir. Bu təlqin elə təsirlidir ki, zamanla təkamül nəzəriyyəsi bir bütə çevrilmişdir: təkamülü inkar etmək elmlə qarşı-qarşıya gəlmək, həqiqətləri görməməzlikdən gəlmək kimi təqdim edilir. Bu səbəbdən də xüsusilə 1950-ci illərdən indiyə qədər təkamülün bu qədər böyük səhvlərinin ortaya çıxmasına və bunların təkamülçü alimlər tərəfindən etiraf edilməsinə baxmayaraq, bu gün belə, mətbuat orqanlarında təkamülü tənqid edən hər hansı bir düşüncə tapmaq demək olar ki, qeyri-mümkündür.
Ancaq küçədəki adam böyük bir təlqinin təsirində qaldığını və böyük bir yalanın özünə həqiqət imiş kimi təqdim edildiyini çox vaxt hiss etmir. Onsuz da yenə çox vaxtbelə bir şeydən şübhələnəcək və: “Görəsən, aldadılırammı”, -deyə araşdıracaq düşüncəyə sahib deyil. Araşdırsa belə, təkamülü araşdıracaq imkana da sahib deyil. Tək edəcəyi şey qurulan sistemin təlqininə və bu nizama uymuş çoxluğa tabe olmaqdır.
Halbuki, əksəriyyətə tabe olmaq insanı doğruya aparmır. Çünki həmin əksəriyyət qəti dəlillərini gördükləri bir mütləq həqiqətə deyil, yalnız quru bir iddiaya inanmışdır. Bu isəQuran ayəsinin xəbər verdiyi kimi yoldan azmaqdır:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)
Təkamül mövzusunda sistemli bir şəkildə edilən və təkamülü sübut edilmiş bir həqiqət kimi təqdim edən təlqinlər isə üzərində bir az düşünüldükdə yalan olduğu aydın olur.