Əgər bir şəxs canlılar aləminintəkamülün qarşıya qoyduğu kimi ibtidai dünya şərtlərində, təsadüflərlə yaranan bir hüceyrədən başladığına inanırsa, yuxarıdakı şəhərin hekayəsinə də rahatlıqla inana biləcək dərəcədə ağılsızdır. Çünki tək başına bir hüceyrə bütün iş sistemləri, xəbərləşməsi, nəqliyyatı və rəhbərliyi ilə böyük bir şəhərlə bənzər bir kompleksliyə malikdir.
Hüceyrənin sərf etdiyi enerjini istehsal edən stansiyalar, həyat üçün zəruri olan ferment və hormonları istehsal edən fabriklər, istehsal olunacaq bütün məhsullarla əlaqədar məlumatların qeydiyyatda olduğu bir məlumat bankı, bir bölgədən digərinə xammalları və məhsulları nəql edən kompleks daşıma sistemləri və boru kəmərləri, xaricdən gələn xammalları faydalı parçalara ayıran inkişaf etmiş laboratoriya və təmizləyicilər, hüceyrənin içinə alınacaq və ya xaricinə göndəriləcək vəsaitlərin giriş-çıxışına nəzarət edən ixtisaslaşmış hüceyrə pərdəsi zülalları bu kompleks quruluşun sadəcə bir hissəsini əmələ gətirirlər.
Hüceyrənin nəinki ibtidai dünya şərtlərində meydana gəlməsi, dövrümüzün ən qabaqcıl texnologiyaya sahib laboratoriyalarında belə süni olaraq sintez edilməsi mümkün olmamışdır. Hüceyrənin əsası olan amin turşularından və bunların meydana gətirdiyi zülalları əsas alaraq nəinki hüceyrə, heç mitoxondri, ribosom və s. kimi hüceyrənin tək bir orqanoidi belə əmələ gətirilə bilməz. Bu səbəbdən, təkamülün təsadüfən meydana gəldiyini iddia etdiyi ilk hüceyrə yalnız bir xəyal gücü və fantaziya məhsulu olaraq qalmışdır.
Hüceyrə elm dünyasının ortaq fikri qənaəti ilə insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş ünvanını qoruyur. Hələ də kəşf edilməmiş bir çox sirri içində saxlayan hüceyrə təkamül nəzəriyyəsinin də ən böyük müəmmalarından birini təşkil edir. Necə ki, məşhur rus təkamülçüsü Oparin bu həqiqəti belə ifadə edir:
Təəssüf ki, hüceyrənin meydana gəlməsi təkamül nəzəriyyəsini bütünlüklə əhatə edən ən qaranlıq nöqtəni təşkil edir.42
Bu etirafdan təkamülün qarşısının hələ ilk mərhələdə tıxandığı və daha çox irəli getmə şansının qalmadığı rahatlıqla aydın olur. Çünki bilindiyi kimi, canlı orqanizminin başlıca elementi hüceyrədir. Bu səbəbdən, hüceyrənin, hətta hüceyrəni meydana gətirən zülalların və zülalları meydana gətirən amin turşularının meydana gəlməsini belə açıqlaya bilməyən bir nəzəriyyənindünyadakı canlıların ortaya çıxması haqqında bir izah gətirməsi mümkün deyil.
Əksinə, hüceyrə insanın yaradılmış olduğunun ən möhtəşəm dəlillərindən biridir.
Həqiqətən də hüceyrənin həyatını davam etdirə bilməsi üçün müxtəlif funksiyalara malik olan bütün əsas parçalar bir yerdə olmalıdır. Bu səbəbdən, əgər hüceyrə təkamül nəticəsində meydana gəlsəydi, milyonlarla parçasının eyni anda və eyni yerdə mövcud olması, bunların da eyni anda müəyyən bir nizam və plan içində bir yerə gəlmələri lazım idi. Belə bir hadisənin təsadüfən reallaşa bilməsi isə ehtimal sərhədlərinin çox kənarında olduğundan haqqında danışılan quruluşun varlığının yaradılış xaricində heç bir izahı ola bilməz.
Hüceyrənintəkamülün iddia etdiyi kimi təsadüflər nəticəsində meydana gələ bilməsi, nəşriyyat evindəki bir partlayışla təsadüfən bir ensiklopediyanın nəşr edilməsindən daha aşağı bir ehtimala malikdir.
Buna bənzər başqa bənzətməni ingilis riyaziyyatçısı və astronomu S.F.Hoyl (Sir Fred Hoyle) 12 noyabr, 1981-ci ildə “Nature” jurnalına verdiyi bir müsahibədə etmişdir. Özü də bir təkamülçü olmasına baxmayaraq, Hoyl təsadüflər nəticəsində canlı bir hüceyrənin meydana gəlməsi ilə bir dəmir yığınının başına gələn qasırğanın apardığı parçalarla təsadüfən bir “Boeing 747”nin meydana gəlməsi arasında bir fərq olmadığını bildirir.
Hüceyrənin içindəki minlərlə kiçik orqanoid hər saniyə minlərlə kompleks əməliyyat həyata keçirir. Tək bir canlı hüceyrəsində enerji istehsalından bədəndə istifadə edilən zülalların və fermentlərin sintezinə, kənardan alınan kimyəvi maddələrin seçilib fərqləndirilməsindən istifadə edilə biləcək hala gətirilməsinə, hüceyrə içində istifadə ediləcək maddələrin növlərinə görə toplanmasına qədər bir çox kompleks əməliyyat və bu əməliyyatlar üçün lazım olan minlərlə başqa əməliyyat və proses hər an davam edir.
Bu əməliyyatlarda son dərəcə mürəkkəb və ixtisaslaşmış orqanoid adlı mikroskopik hüceyrə işçiləri vəzifə yerinə yetirir. Nə qədər mikroskopik olsalar da, hər biri ən azı bir fabrik və ya laboratoriya qədər kompleks və xüsusiləşmiş bu orqanoidlərin etdikləri əməliyyatların bir çoxu dövrümüzün texnologiya möcüzəsi olan laboratoriyalarında belə həyata keçirilə bilmir. Məsələn, hüceyrədə olduqca kompleks bir əməliyyat nəticəsində çıxarılan fermentlərin və zülalların çoxunu bu gün süni üsullarla istənilən səmərədə və müvəffəqiyyətdə əldə etmək mümkün deyil. Bitki hüceyrələrində aparılan fotosintez əməliyyatı süni üsullarla reallaşdırıla bilinmədiyi kimi, bu əməliyyatın bitki hüceyrəsində meydana gələn bir çox mərhələsi də bu gün hələ kəşf edilə bilməmişdir.
Buna baxmayaraq, təkamülçülər ibtidai dünya şərtləri kimi ola biləcək ən nəzarətsiz mühitdə canlılar aləminin təsadüflərlə ortaya çıxdığını hələ də iddia edirlər. Halbuki, bu, heç vaxt elmi məlumatlarla uyğunlaşmayan bir iddiadır. Həmçinin ən sadə ehtimal hesabları belə, nəinki canlı bir hüceyrənin, o hüceyrədəki milyonlarla zülaldan birinin belə təsadüfən meydana gələ bilməyəcəyini riyazi olaraq sübut etmişdir.