Xüsusilə 17 və 18-ci əsrlərdə mütəfəkkirlər dinin cəmiyyətdəki təsirini azaldacaq və insanları dindən uzaqlaşdıracaq sistemlər qurdular. İngiltərə, Almaniya və ən sonda da Fransada inkişaf edən və “Aydınlanma” düşüncəsi adlanan cərəyan avropalıları dindən uzaqlaşdırdı və onlara Allaha baxmayaraq, yəni Allahın vəhyinə etinasız yanaşaraq bir dünya qurula biləcəyini təlqin etdi. Bu düşüncə Fransa İnqilabı ilə birlikdə zirvəyə çatdı və kilsəyə qarşı böyük bir güc qazandı.
Ancaq əvvəl də bildirdiyimiz kimi, aydınlanma adlanan bu yeni cərəyan öz-özünə yaranmamışdı. Tam əksinə, kilsənin gücünü yox edərək öz maraqlarına uyğun bir sistem qurmaq istəyən qüvvələr bu yeni dindən kənar düşüncəni meydana gətirmiş və cəmiyyətə qəbul etdirmişdilər.
Bu dinsiz qüvvələr bu iş üçün gizli təşkilat da qurmuşdular: Avropanın Katolik kilsəsinə düşmən olan bütün elit təbəqəsini bir araya yığan bu gizli təşkilat masonluq idi. 1700-cü illərin əvvəlində ilk dəfə İngiltərədə varlıqlarını dünyaya elan edən və ardınca qısa müddətə bütün Avropaya yayılan mason təşkilatı Katolik kilsəsinə qarşı aparılan mübarizənin bir nömrəli lideri olmuşdu. Kilsəyə qarşı olan yəhudilərlə də yaxın münasibət quran və onların dəstəyini qazanan masonluq məlum olduğu kimi, aydınlanma cərəyanında və onun təbii nəticəsi olan Fransa İnqilabında aparıcı rol oynadı.
Masonların bu kilsə və dinə qarşı münasibəti o qədər aydın idi ki, Papa XIII Leo yayımladığı “Humanum Genus” adlı məşhur bildirişdə dinin ən böyük düşməninin bu təşkilat olduğunu elan etmişdi. Papa danışılan bəyannamədə masonların kilsəyə qarşı böyük bir nifrət içində olduqlarını və ən böyük məqsədlərinin bütün dini qurumları məhv etmək olduğunu bildirir və bir xristianın əsla mason ola bilməyəcəyini çatdırırdı. Masonların yer üzündə “şeytanın krallığı”nı qurmağa çalışdığını söyləyən Papa bütün insanları da bu təhlükəyə qarşı xəbərdar edirdi.
XIII Leo başqa bir fərmanında yəhudilərə də diqqət çəkmiş və yəhudi liderlərinin də masonluqla əməkdaşlıq edərək kilsəyə qarşı sistemli mübarizə apardıqlarını söyləmişdi. Həmin fərman Katolik kilsəsinin rəsmi nəşriyyat orqanı olan “Civilta Cattolica” adlı aylıq qəzetdə nəşr olundu. Papa “Civilta Cattolica”nın 1881-də nəşr olunan 32-ci sayında yəhudilərin kilsəyə qarşı böyük nifrət duyduqlarını və yer üzündə narahatlıq və fəsad çıxarmağa çalışdıqlarını elan etdi. Eyni qəzetin 34-cü sayında isə Fransanı masonların idarə etdiyini və masonların idarəsinin də, əslində, yəhudi liderlərin əlində olduğu yazıldı. Papanın nəşriyyat orqanı daha bir çox sayında eyni mövzulara diqqət çəkdi.
Lakin Katolik Avropa sisteminə ən azı özləri qədər düşmən olan yəhudilərdən böyük dəstək alan (yəhudilərin böyük iqtisadi gücləri vardı) masonlar Katolik kilsəsinə qarşı başladıqları mübarizədə qalib gəldilər. Bu da əvvəl də bildirdiyimiz kimi, dindən kənar düşüncənin avropalı cəmiyyətlərə qəbul etdirilməsi ilə mümkün oldu.
Dindən kənar düşüncənin dinə qarşı qazandığı qalibiyyətin ən açıq nümunəsi isə Fransa İnqilabı idi: inqilabla birlikdə minlərlə dindar öldürülmüş, dini qurumlar məhv edilmişdi. İnqilabdan sonra iqtidara gələn qüvvələrin ortaq xüsusiyyəti isə cəmiyyəti mümkün olduqca dindən uzaqlaşdırmaq oldu. Fransa İnqilabının ən böyük səbəbkarı olan bu dinsiz cərəyan qısa müddət ərzində bütün Avropaya yayıldı.
Masonların və yəhudi liderlərinin rəhbərlik etdiyi kilsə əleyhdarı ittifaq Papa nüfuzuna son böyük zərbəni də vurdu. 1870-ci ilədək Orta İtaliyada varlığını davam etdirən Papa hökuməti Madzini (Mazzini), Qaribaldi (Garibaldi) və Kavur (Cavour) kimi üç böyük ustad mason tərəfindən dağıldı. Beləliklə, kilsənin nüfuzu tamamilə sarsıldı və Papa dövləti bugünkü Vatikanın kiçik sərhədinə sıxışdırıldı. Madziniyə və digər mason dostlarına ən böyük dəstəyi isə İtaliyanın Roselli (Rosselli) və Natan (Nathan) adlı zəngin yəhudi xanədanları verdi.
Beləliklə, 19-cu əsrdə Avropadakı dini sistemdən narahat olan qüvvələr bu sistemi dağıtmış və yerinə öz mənfəətlərinə uyğun bir sistem gətirmişdilər. Bunun üçünavropalı cəmiyyətlər dindən qoparılmış və din yerinə yeni meyarları yol göstərici olaraq qəbul etməyə başlamışdılar.
Qısası, avropalılar dini sonradan qarışdırılmış xurafatlardan təmizləmək yerinə, onu tamamilə rədd etməyə təhrik edən bəzi güc mərkəzləri tərəfindən yönləndirilmişdi. İnkar (yəni Allahı və axirəti tanımamaq) yalnız insanların öz istəkləri ilə dindən uzaqlaşmalarından deyil, güc mərkəzlərinin təlqinlərindən qaynaqlanmışdı.
Bu, ümumi bir qaydadır. Quran da bu mövzuya diqqət çəkir və insanların inkara yönəlmələrinin ardındakı səbəbin müstəkbirlərin (Allaha qarşı böyüklənən və yer üzündə fitnə çıxaran öndə gələn inkarçılar) qurduqları hiylələrin olduğunu bildirmişdir. Ayədə bildirildiyinə görə, bu müstəkbirlərə aldanan xalq axirətdə onlara: “...İşiniz gecə-gündüz hiylə qurmaq idi. Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz...” (Səba surəsi, 33) -deyə səslənəcək.
İnkar öz-özünə yaranmamış, güc mərkəzləri tərəfindən ortaya çıxarılmışdı. Təkamül nəzəriyyəsinin formalaşmasına qədər uzanan dindən qopma mərhələsinin sirri də elə bu idi.