Təməl Formalar Belə, Təkamüllə Açıqlana Bilmir

Quru Canlıları Necə Yaranmışdır?

Təkamülçülər quru canlılarının sudan quruya keçərək sürünənlərə çevrilən balıqlardan törədiyini iddia edirlər. Bu və buna bənzər iddialar təkamülçülərin həqiqətlərdən nə dərəcə uzaq bir xəyal dünyasında yaşadıqlarının açıq bir göstəricisidir.

Bu iddiaya görə, fosil qeydlərində sudan quruya keçidi göstərən saysız-hesabsız ara keçid formasına aid fosil olmalı idi. Halbuki, təkamülçülərin, əlbəttə, hər mövzuda olduğu kimi, bu mövzuda da əllərində heç bir sübutları yoxdur.

Onları belə əsassız bir iddiaya aparan səbəb yaşı 410 milyon il olaraq hesablanan balıq fosili idi. Selekant (coelacanth) adlanan bu balıq bir çox təkamülçü mənbədə ibtidai bir ağciyərə, inkişaf etmiş beyinə, qurudan çıxmağa hazır qan dövranı və həzm sisteminə, hətta ibtidai yerişli bir ara keçid forması olaraq tanıdıldı. Bu anatomik açıqlamalar 1930-cu illərin sonuna qədər bütün elm dünyasında müzakirəsiz qəbul edildi. Balıq sudan quruya keçidi konkret şəkildə sübut edən ara keçid forması kimi təqdim edilirdi.

Ancaq 22 dekabr, 1938-ci ildə Hind okeanında çox maraqlı bir kəşf edildi. Yetmiş milyon il əvvəl nəsli kəsilmiş bir ara keçid forması olaraq tanıdılan selekant ailəsinin canlı bir üzvü okeanın sahillərində ələ keçdi! Yox olmuş bir ara keçid forması kimi təqdim edilən canlının “qanlı-canlı” nümunəsinin tapılması təkamülçüləri çox təəccübləndirdi. Təkamülçü paleoantropoloq J.L.B.Smit: “Yolda dinozavra rast gəlsəydim, bundan daha çox təəccüblənməzdim”, - demişdi.21

Növbəti illərdə selekant başqa bölgələrdə də dəfələrlə tutuldu. 1939-cu ildə Çalumni çayı və Madaqaskar sahillərində 1952 və 1953-cü illərdə Komor adalarında qırxdan çox canlı selekant ələ keçdi.

Bunun üstündən, selekant bir anda yox oldu. Hitçinq (Hitching) bu vəziyyəti belə açıqlayır:

Köhnə formalarından heç bir fərqi olmayan, təbii dəniz mühitinə tam uyğunlaşmış və quruya çıxmağa heç meyil göstərməyən bir neçə düjün selekant ələ keçiriləndə bunun ara keçid forması kimi göstərilən örnək rəsmləri dərhal dərs kitablarından çıxarıldı.22

Bundan sonra da təkamülçülərin “sudan quruya təkmilləşmə” mövzusunda təqdim edə biləcəkləri heç bir ciddi dəlilləri olmadı.

Quru Canlıları Necə Yaranmışdır?

Təkamülçülərin başqa fantaziyası da quşların yaranması haqqındadır: canlıların sudan quruya keçmələrindən sonra bunlardan bir qisminin də qanadlanaraq quşlara çevrildiyini iddia edirlər. Halbuki, quru canlılarından tamamilə fərqli quruluşda olan quşların heç bir bədən mexanizmi pilləli təkamül modeli ilə açıqlanacaq vəziyyətdə deyil. Hər şeydən əvvəl, quşu quş edən ən əhəmiyyətli xüsusiyyət, yəni qanadlar təkamül üçün cavabı tapılmayan problemli suallardandır. Türk təkamülçülərdən Engin Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə etiraf edir:

Gözlərin və qanadların ortaq xüsusiyyəti ancaq tamamilə təkmilləşmiş vəziyyətdə öz vəzifələrini yerinə yetirə bilmələridir. Başqa bir ifadə ilə, əksik gözlə görmək olmaz, yarım qanadla da uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ açıqlanmamış sirlərindən biri kimi qalmışdır...23

Göründüyü kimi, qanadların bu qüsursuz quruluşunun bir-birini izləyən təsadüfi mutasiyalar nəticəsində meydana gəldiyi iddiası tamamilə əsassızdır. Bir sürünənin ön ayaqlarının genlərində meydana gələn bir pozulma (mutasiya) nəticəsində necə qüsursuz bir qanada çevriləcəyi əsla açıqlana bilməz.

Bunların ardınca bir sual da yaranır: bütün bu ağıl və məntiqdən kənar hekayəni doğru saysaq belə, bu hekayəni təsdiqləməli tək qanadlı, yarım qanadlı fosillər nə üçün heç cür tapıla bilmir?

Həmçinin bir quru canlısının uça bilməsi üçün yalnız qanadlarının olması da kifayət deyil. Quru canlısı quşların uçmaq üçün istifadə etdiyi digər bir çox mexanizmdən məhrumdur. Məsələn, quşların sümükləri quru canlılarına nisbətən daha yüngüldür. Ağciyərləri daha fərqli bir quruluş və funksiyaya malikdir. Fərqli bir əzələ və skelet quruluşuna sahibdirlər və daha xüsusiləşmiş bir ürək- qan dövranı sistemləri vardır. Bu xüsusiyyətlər uça bilməyin ən az qanadlar qədər vacib olan mühüm şərtləridir. Canlının uça bilməsi üçün hamısı birlikdə və eyni anda lazım olan bu mexanizmlər yavaş-yavaş, yığılaraq meydana gələ bilməzlər. Quru canlılarının hava canlılarına çevrildiyi nəzəriyyəsi, bu səbəbdən, tamamilə cəfəngiyatdır.

Təkamül nəzəriyyəsinin qurudan havaya keçid iddiasının doğurduğu müzakirələrin bir çoxu arxeopteriks (archæopteryx) adlandırılan quş fosilinə aiddir. Təkamülçülərə görə, 150 milyon il yaşındakı bu fosil qurudan havaya keçidin ən böyük dəlilidir. Təkamülçü paleoantropoloqlar bu canlının skelet quruluşunu velosireptor (velociraptor) və dromozavr (dromeosaur) adlı kiçik quruluşlu dinozavrlara bənzədir. Bu səbəbdən, bu canlının dinozavr-quş əlaqəsini təmin edən ara keçid forması olduğunu iddia edirlər.

Arxeopteriksin dinozavrlarla quşlar arasında bir ara keçid forması olmadığının ən açıq dəlili uça bilməsidir. Çünki arxeopteriksi bir ara keçid forması olaraq müəyyən edənlər onun hələ sürünən xüsusiyyətlərinə sahib olan və bu səbəbdən, hələ uça bilməyən bir canlı olduğunu irəli sürürlər. Məşhur tədqiqatçılar, S.Olson (Storris Olson) və A.Feduçia (Alan Fediccua) arxeopteriks üzərində apardıqları anatomik tədqiqatlar nəticəsində bu quşun rahatlıqla uça biləcəyini açıqlayırlar.24

Qısası, arxeopteriks yarı sürünən, yarı quş bir canlı (bədəninin yarısı tüklərlə, yarısı pullarla örtülü, uça bilməyən, ancaq havada uça bilən xəyali bir ara keçid forması) deyil. Tam olaraq uça bilmədiyi iddiaları əsassızdır. Heyvan bildiyimiz quşlar kimi uça bilən istiqanlı bir quşdur.

Arxeopteriksdən Daha Qədim Quş Fosilləri

Təkamülçülər arxeopteriksi bir ara keçid forması kimi təqdim edərkən onun dünyada yaşamış ən qədim quşa bənzər canlı olduğu düşüncəsinə əsaslanmışdılar. Halbuki, özündən daha qədim tarixli bəzi quş fosillərinin tapılması arxeopteriksi quşların atası mövqeyindən qəti olaraq uzaqlaşdırdı. Həm də bu quşlar arxeopteriksə aid edilən sürünən xüsusiyyətlərinin heç birinə sahib olmayan, tam mənası ilə düzgün quşlardı.

Bu fosillərin ən mühümü yaşı 225 milyon il olaraq hesablanan protoavisdi. “Nature” jurnalının 1986-cı ilin avqust tarixli sayında “Fosil quş təkamül fərziyyələrini sarsıdır” başlıqlı məqalədə varlığı elan olunan protoavis fosili özündən 75 milyon il daha yaşlı olduğu arxeopteriksin quşların əcdadı olduğu iddiasını alt-üst etdi. Anatomiyası üzərində aparılan araşdırmalar protoavisin mükəmməl şəkildə uça bildiyini göstərirdi. Bu tapıntıdan sonra arxeopteriksin uçan quşların əcdadı olduğu iddiası tam mənası ilə sarsıldı və etibarlılığını itirdi. Həmçinin protoavisin təkamülçülər tərəfindən hesablanan yaşı o qədər qədim idi ki, bu quş yenə təkamülçü qaynaqların verdiyi tarixlərə görə, yer üzündəki ilk dinozavrlardan belə daha yaşlı idi. Bu isə quşların dinozavrlardan təkmilləşdiyi nəzəriyyəsinin qəti olaraq çökməsi demək idi.

Bundan əlavə, protoavisdən sonra 1995-ci ildə Çində arxeopteriks ilə eyni yaşda (təxminən 140 milyon illik) və dövrümüzdəki quşlardan heç bir fərqi olmayan başqa bir quş fosili tapıldı (confuciusornis). Yenə Çində 1996-cı ilin noyabrında tapılan başqa bir quş fosili vəziyyəti daha da pisləşdirdi. Liaoninqornis adlı bu quşun varlığı Hou, Martin və A.Feduçia tərəfindən “Science” jurnalında nəşr olunan bir məqalə ilə bildirildi. Liaoninqornisdə dövrümüzdəki quşlarda olduğu kimi uçuş əzələləri ilə örtülən döş qəfəsi mövcud idi. Digər yönləri ilə də bu canlı dövrümüzdəki quşlardan fərqlənmirdi.

“Discover” jurnalında nəşr olunan bir məqalədə belə deyilirdi: “Quşların mənşəyi nədir? Bu fosil liaoninqornisin dinozavr olmadığını söyləyir”.25

Arxeopterikslə bağlı təkamülçü iddiaları alt-üst edən başqa bir fosil isə elolulavis oldu. Arxeopteriksdən 30 milyon il daha qədim olan elolulavisin qanad quruluşu ilə dövrümüzdəki quşların qanad quruluşu bənzəyirdi. (Bu xüsusiyyət quşun manevr qabiliyyətini artırır, qalxarkən və qonarkən əlavə nəzarət etmək imkanını təmin edir.) Bunun mənası arxeopteriksdən 30 milyon il daha yaşlı sayılan bir quşun çox professional bir şəkildə uça bilməsi idi.26

Bu məlumatların əsasında arxeopteriks və ya ona bənzəyən digər quşların bir ara keçid forması olmadığı qəti şəkildə sübut edildi.

Qeydlər

21. Jean Jacques Hublin, The Hamlyn Encyclopædia of Prehistoric Animals, New York: The Hamlyn Publishing Group Ltd. 1984, səh. 120.

22. Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor & Fields 1982, səh. 32.

23. Engin Korur, “Gözlerin ve Kanatların Sırrı”, Bilim ve Teknik, oktyabr 1984, say 203, səh. 25.

24. Storris L. Olson & Alan Fedducia, “Flight Capability and the Pectoral Girdle of Archæopteryx”, Nature, 15 mart 1979, say 278, səh. 248.

25. Old Bird, Discover, 21 Mart 1997.

26. Shipman Pat, “Birds Do It... Did Dinosaurs?” New Scientist, 1 fevral, 1997, səh. 28.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Təkamül Nəzəriyyəsinin Arxa Planı
  • Nəzəriyyənin Ortaya Atılması
  • Təkamülün Ardındakı Hədəf
  • Təkamül və İdeologiyalar
  • Təkamülün sözdə sübutları və heç cür tapılmayan fosillər
  • Yer Kürəsində Həyat Qəflətən və Çox Müxtəlif Formalarda Ortaya Çıxmışdır
  • Çıxarılan Saxta Dəlillər
  • Təməl Formalar Belə, Təkamüllə Açıqlana Bilmir
  • Medianın Beyin Yuma Üsulları
  • Medianın Böyük Masonik Vəzifəsi: Təkamülü Cəmiyyətə Qəbul Etdirmək
  • Təkamül Nağılları
  • İnsanın Təkamülü Nağılı
  • Molekulyar Təkamül Müəmması
  • İbtidai Dünya Mühiti və Zülallar
  • Möcüzəvi Molekul: DNT
  • Canlılar Aləmi Molekul Yığınlarından Kənar Bir Anlayışdır
  • “Təsadüflərin Meydana Gətirdiyi Hüceyrə” Nağılı
  • Yaradılış və Göz
  • Nəticə