Təkamül və İdeologiyalar

Əvvəlki səhifələrdə Avropa cəmiyyətlərinin dindən uzaqlaşmasından bəhs edərkən bu prosesin ardındakı bəzi ictimai qüvvələrdən bəhs etmişdik. Bu qüvvələr dini əsaslar üzərində qurulan Avropa nizamını öz mənfəətlərinə zidd hesab etmiş və bu səbəbdən də bu nizamı dəyişdirməyə səy göstərmişdilər. Dini sistemi devirməyin tək yolu isə cəmiyyətlərin dindən uzaqlaşması idi. Beləcə, dini hakimiyyətin güc mənbəyi kəsiləcəkdi. Dindən qopmuş bir cəmiyyət təbii olaraq dini hakimiyyətə bağlı qalmağa davam edə bilməzdi. Bu dinsiz cəmiyyət dinsiz nüfuzları asanlıqla qanuni bir rəhbərlik olaraq qəbul edə bilərdi.

Avropanın dindən uzaqlaşmasına cəhd edən bu qüvvələr (zənginlər, yəhudilər və mason təşkilatlanması altında toplanan bütün din əleyhdarları) dinin cəmiyyət həyatından çıxarılması ilə təbii boşluğu da ustalıqla doldurdular: həmin qüvvələrin inkişaf etdirdiyi ideologiyalar din əvəzinə Avropa cəmiyyətlərinə (daha sonra da bütün dünyaya) təqdim edildi.

18-ci əsrdə doğulan və 19-cu əsrdə yetkinləşən bu ideologiyaları üç əsas sinfə bölmək olar: liberal kapitalizm, sosializm və faşizm. Bu ideologiyalara nəzər salanda ilk diqqəti çəkən şey bir-biri ilə zidd olan tərəflərinin olmasına baxmayaraq, hamısının ortaq məxrəcdə birləşmələridir: bu ideologiyaların hamısı da dinin cəmiyyət həyatından xaric edilməsi, dini hakimiyyətin gücünün aradan qaldırılması mövzusunda həmfikirdirlər. Bu səbəbdən, hamısı aydınlanma fəlsəfəsindən qaynaqlanan maddəçi (materialist) dünyagörüşünü qəbul edirlər.

Çünki bu ideologiyaların hamısı dini nizamı devirən dinsiz qüvvələrin təsiri altında doğulmuş və inkişaf etmişdir. Kilsənin nüfuzunu sarsıdan və masonluq damı altında təşkilatlanan dinsiz qüvvələr bu ideologiyaların hamısının inkişafında ən əhəmiyyətli rolu oynamışlar. Kapitalist, sosialist və faşist sistemlərin ideoloqlarının arasında masonların və yəhudilərin sayı diqqətçəkən şəkildə çoxdur.

Lakin hamısı da dinsiz dünya fikrini müdafiə edən bu ideologiyalar kitabın əvvəlində də qeyd etdiyimiz kimi, məntiqli əsas deyildilər. Çünki hamısı Allah’ın varlığını tanımayan və ya həqiqətlərə ötəri, laqeyd yanaşan düşüncələrdi. Hamısı kainatı və canlıları təsadüf əsasında açıqlamağa çalışırdılar və yenə əvvəldə bildirdiyimiz kimi, belə bir şey mümkün ola bilməzdi: nə kainatın, nə də canlıların təsadüf əsəri olduqlarını müdafiə edəcək məntiqli bir iddia ortaya atıla bilərdi.

Yenə əvvəlki səhifələrdə bildirdiyimiz kimi, bu mövzuda məntiqli bir düşüncə önə sürülə bilməzdi, ancaq insanlara məntiqli imiş kimi göstərilən düşüncələr təqdim edilə bilərdi. Canlıların təsadüf əsəri olduqlarını iddia edən və min bir əziyyətlə doğru və məntiqli bir düşüncə imiş kimi tanıdılan təkamül nəzəriyyəsi elə bu anda ideologiyaların köməyinə çatmışdır. Xüsusilə dindən tamamilə uzaqlaşmış olan iki böyük ideologiya və sistem, yəni kapitalizm və sosializm üçün təkamül sanki bir qurtarıcı olmuşdur. Bu səbəbdən də hər iki ideologiya nəzəriyyənin cəmiyyətə qəbul etdirilməsinin əhəmiyyəti üzərində dayanır.

Şübhəsiz, mason təşkilatlanması təkamül nəzəriyyəsinin cəmiyyətə qəbul etdirilməsi üçün ən çox məşğul olan gücdür. Masonluğun təkamülçü xətti türk masonlarının nəşriyyat orqanlarına da əks olunmuşdur. Mason jurnalı təkamülün ən əhəmiyyətli funksiyasını belə açıqlayır:

Darvinin təkamül nəzəriyyəsi təbiətdə baş verən bir çox hadisənin Tanrının işi olmadığını göstərdi.3

Başqa bir mason jurnalı olan “Memar Sinan”da isə “Bu gün artıq ən sivil ölkələrdən ən geridə qalmışlarına qədər yeganə əsaslı elmi nəzəriyyə Darvinin və onun yolunu izləyənlərinkidir” kimi ifadə yer almış və yaradılış bir əfsanə olaraq xarakterizə edilərək ifadəyə belə davam edilmişdir: “...amma kilsə də batmadı, digər dinlər də. Yenə dini təlim olaraq müqəddəs kitablardakı Adəm ilə Həvva əfsanəsi öyrədilir”.4

Təkamül nəzəriyyəsinin “dini əfsanələr” (!) üçün tək alternativ olduğunu görən masonlar bu nəzəriyyənin təbliğatının aparılmasını da əsas vəzifələrindən biri hesab edirlər. Mason jurnalı 1976-cı ilin dekabr sayında bu masonik vəzifəni belə ifadə edir:

Hamımızın öhdəsinə düşən ən böyük masonik vəzifə müsbət (pozitiv) elm və ağıldan ayrılmamaq, bunun təkamüldə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, xalqı müsbət elmlərlə yetişdirməkdir.

Masonların bu cür üzərində dayandıqları və cəmiyyətə qəbul etdirməyi vəzifə olaraq qəbul etdikləri təkamül təbii olaraq kapitalist sistemin və ona bağlı ideologiyaların bir nömrəli dayağıdır. Çünki dini dəyərlərə tamamilə zidd olan kapitalist əxlaq ancaq Allah’ın hökmlərinin tanınmadığı bir cəmiyyətdə hakim ola bilər. Kapitalizm sisteminin yaranmasında və inkişafında böyük rolu olduğuna şübhə olmayan mason təşkilatlanmasının təkamülü müdafiə etməsinin bir səbəbi budur.

Masonluğun bir digər dinsiz ideologiyanın, yəni sosializmin inkişafındakı rolu da, şübhəsiz, təkamül nəzəriyyəsini gündəmə gətirmişdir. Təkamül sosializmin, xüsusilə də özünü elmi sosializm olaraq xarakterizə edən marksizmin də ən böyük dayaqlarından biridir. Bu ideologiyanın qurucuları təkamül nəzəriyyəsini düşüncələrinin təməli olan dialektik materializmin sübutu olaraq gördüklərini, canlıların dialektikasını bu nəzəriyyə üzərində bina etdiklərini açıq şəkildə ifadə etmişlər.

Məsələn, Marks 16 yanvar, 1861-ci ildə Lassalleyə yazdığı məktubda belə deyirdi:

Darvinin əsəri böyük əsərdir. Tarixdə sinfi mübarizənin təbiət elmləri baxımından təməlini təşkil edir.5

Marks, Engelsə yazdığı 19 dekabr, 1860-cı il tarixli məktubunda isə Darvinin “Növlərin mənşəyi” adlı kitabı üçün “əlbəttə, bizim baxışlarımızın tarixi təməlini təşkil edən kitab məhz budur” ifadəsindən istifadə etmişdir.6

Engels isə Darvinə olan heyranlığını belə bildirmişdi:

Təbiət metafizik olaraq deyil, dialektik olaraq işləyir. Bununla əlaqədar olaraq, hər kəsdən əvvəl Darvinin adı xatırlanmalıdır.7

Bu səbəbdən, Marks, Engels və digər materialistlərin bənzəri ifadələrindən aydın olduğu kimi, təkamül nəzəriyyəsi materializmin əsas fikri dayağıdır.

Təkamül, şübhəsiz, faşizm və irqçilik üçün də böyük əhəmiyyət daşıyırdı. Bir irqin digərlərinə üstün olduğu kimi bir cəfəngiyatı sübut etməyə çalışan irqçi mütəfəkkirlər 19-cu əsrdə Darvinin nəzəriyyəsindən dörd əlli yapışdılar. Darvinin canlıların təkamül müddəti içində inkişaf edərək mövcud olduqları və bu səbəbdən, bu müddətdə keçirdikləri mərhələlərə görə bir iyerarxiya içində olduqları iddiasını bu dəfə cəmiyyətlərə təlqin etdilər. “Sosial darvinizm” adlanan və təkamülün yeni forması olan bu nəzəriyyəyə görə, bəzi irqlər təkamül müddəti içində daha çox inkişaf ediblər və elmi şəkildə digər irqlərdən üstün olublar. “Ağ adam”ın digər irqlərə üstün olduğu iddiası, beləcə, özünə elmi dayaq tapdı. 19-cu əsr müstəmləkəçiləri bu nəzəriyyə ilə etdikləri istismarı qanuniləşdirməyə cəhd etdilər.

Beləliklə, təkamül nəzəriyyəsi bütün dinsiz ideologiyaların mənbəyinə çevrildi. Kapitalist, sosialist və ya faşist ideologiyaların müdafiəçiləri aralarındakı bütün fərqlərə baxmayaraq, təkamül nəzəriyyəsinə və onun sübut etməyə çalışdığı təsadüf iddiasına sahib çıxdılar. Çünki bu nəzəriyyə sayəsində dinə qarşı məntiqli imiş kimi görünən bir alternativ tapmış oldular. Bu nəzəriyyədən elə şəkildə istifadə etdilər ki, sonda onu birbaşa dinə də tətbiq etməyə çalışdılar.

Canlıların varlığını dinsiz bir əsasda açıqlayan nəzəriyyə dinin varlığını da dinsiz bir əsasda açıqlamağa cəhd etdi: nəzəriyyəyə görə, din Allah’ın insanlara göstərdiyi yol deyildi. Din insanların kütləvi inkişaf müddəti içində öz-özlərinə uydurduqları bir inancdı. “Dinlərin təkamülü” adlanan bu nəzəriyyəyə görə, din ilk olaraq ibtidai cəmiyyətlərdə təbiət qüvvələrinə ibadət etmə şəklində başlamış, ardınca da bütə ibadətə çevrilmiş, son olaraq da təkilahlı böyük dinlər yaranmışdı.

Qısası, təkamül dinsiz dünyanın inkişaf etdirdiyi bütün ideologiyaların əsasını təşkil edir. Bu səbəbdən, bu dünyanın öndə gələn bütün insan və təşkilatları bu nəzəriyyəni cəmiyyətə mütləq bir həqiqət kimi qəbul etdirmək məcburiyyətindədirlər. Əks təqdirdə, özlərini yaradanın Allah olduğunu həqiqətən anlayan və bu səbəbdən də yalnızca Ona qarşı məsuliyyətli olduqlarını dərk edən insanlar bu ideologiya və sistemləri tanımayacaqdılar. Bu səbəbdən, təkamülün cəmiyyətə qəbul etdirilməsi dinsiz dünyanın mütləq bir şərtidir və yenə buna görə, bir əsrdən də çoxdur ki, həm dünyada, həm də ölkəmizdə təkamül sistemli bir kampaniya ilə cəmiyyətə qəbul etdirilməyə çalışılır.

Qeydlər

3. Mason jurnalı, say: 25-26, səh. 14

4. Mimar Sinan jurnalı, say: 38, səh. 18, il 1980

5. Marx və Engels, Məktublar, səh.126

6. Marx və Engels, Məktublar, cild 2, səh. 426.

7. Friedrich Engels, Utopik sosializm-elmi sosializm, səh. 85.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Təkamül Nəzəriyyəsinin Arxa Planı
  • Nəzəriyyənin Ortaya Atılması
  • Təkamülün Ardındakı Hədəf
  • Təkamül və İdeologiyalar
  • Təkamülün sözdə sübutları və heç cür tapılmayan fosillər
  • Yer Kürəsində Həyat Qəflətən və Çox Müxtəlif Formalarda Ortaya Çıxmışdır
  • Çıxarılan Saxta Dəlillər
  • Təməl Formalar Belə, Təkamüllə Açıqlana Bilmir
  • Medianın Beyin Yuma Üsulları
  • Medianın Böyük Masonik Vəzifəsi: Təkamülü Cəmiyyətə Qəbul Etdirmək
  • Təkamül Nağılları
  • İnsanın Təkamülü Nağılı
  • Molekulyar Təkamül Müəmması
  • İbtidai Dünya Mühiti və Zülallar
  • Möcüzəvi Molekul: DNT
  • Canlılar Aləmi Molekul Yığınlarından Kənar Bir Anlayışdır
  • “Təsadüflərin Meydana Gətirdiyi Hüceyrə” Nağılı
  • Yaradılış və Göz
  • Nəticə