Medianın Beyin Yuma Üsulları

Təkamül nəzəriyyəsi, əvvəl də araşdırdığımız kimi, din əleyhdarı qüvvələr tərəfindən müxtəlif saxtakarlıqlar və saxta dəlillərlə sübut edilməyə və cəmiyyətə qəbul etdirilməyə çalışılır. Lakin bu elmi saxtakarlıqların bir-bir üstü açılır və gözləniləndən tam əks təsir yaradır. Bu səbəbdən, təkamülü insanlara qəbul etdirməyi ən böyük masonik vəzifə olaraq qəbul edənlər bu vəzifəni əsas olaraq kütləvi informasiya vasitələri, yəni media vasitəsilə yerinə yetirirlər.

Əslində, media müəyyən güc mərkəzlərinin cəmiyyətin düşüncəsini idarə etmək üçün tez-tez istifadə etdiyi bir cihazdır. Bu düşüncə idarəsi təkamüldən başqa mövzuları da əhatə edir. Məşhur amerikalı dilçi və yazıçı N.Çomski (Noam Chomsky) azərbaycancaya “Media həqiqəti” olaraq tərcümə edilən “Necessary Illusions: Thought Control in Democratic Societies” (Gərəkli İllüziyalar: demokratik cəmiyyətlərdə düşüncə nəzarəti) adlı kitabında medianın güc mərkəzləri tərəfindən ictimai düşüncəni idarə etmək üçün istifadə edilən bir vasitə olduğunu ətraflı izah edir. Məşhur yazıçının bildirdiyinə görə, başda ABŞ olmaqla, bütün qərb dövlətləri, əslində, nasist Almaniyası və ya SSRİ kimi totalitar bir dövlətdir (Totalitar: bütün cəmiyyətin dövləti əlində tutan qüvvələr tərəfindən idarə olunduğu, azadlığın olmadığı, bütün cəmiyyətin dövlətin rəsmi ideologiyasına itaətə məcbur buraxıldığı rəhbərlik nizamı, diktatorluq). ABŞ-ın və digər qərb dövlətlərin nasist Almaniyası və SSRİ kimi açıq totalitar dövlətlərdən tək fərqi totalitarizmi daha örtülü bir şəkildə tətbiq etməsi idi. Çomskiyə görə, bu gizli totalitarizm xalqın düşüncəsinin media vasitəsilə idarə edilməsi sayəsində tətbiq edilir.

Məsələn, ABŞ başqa bir ölkəyə müdaxilə etmək, ya da müharibə etmək istəyir. Ancaq xalqın böyük hissəsi buna qarşıdır. Bu vəziyyətdə açıq totalitar bir dövlət xalqın nə düşündüyünü vacib hesab etməz və bildiyini edər. Halbuki, ABŞ kimi gizli totalitar bir dövlətin tətbiqi daha fərqlidir: əvvəl xalqın düşüncəsi bu xarici müdaxiləni dəstəkləyəcək bir şəkildə yönləndirilir. Medianın təbliğatı sayəsində xalq hiss etmədən hakim qüvvələrin istədiklərinə razılıq verir. Çomski Amerika tarixində bu idarə şəklinin dəfələrlə istifadə edildiyini, Birinci Dünya Müharibəsindən indiyə qədər hər xarici müdaxilədən və döyüşdən əvvəl bu cür bir “media yolu ilə beyin yuma” proqramı tətbiq olunduğunu və xalqın razılığının istənilən istiqamətdə yönləndirildiyini bildirir.

Qısası, demokratik etiketini daşıyan ölkələrdə də cəmiyyətin düşüncəsini istiqamətləndirən, cəmiyyəti rəsmi yalanlarla aldadan qüvvələr hakimdir. Media isə bu qüvvələrin bir cihazı mövqeyindədir. N.Çomski belə deyir: “Xalqa təqdim edilən dünya cədvəlinin həqiqətlə ancaq çox uzaqdan əlaqəsi vardır. Doğru yalanlardan qurulan binaların altında basdırılmışdır”.

Bu vəziyyətdə medianın bizə verdiyi təlqinlər üzərində bir az dayanıb düşünmək lazım deyilmi, sizcə?...

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Təkamül Nəzəriyyəsinin Arxa Planı
  • Nəzəriyyənin Ortaya Atılması
  • Təkamülün Ardındakı Hədəf
  • Təkamül və İdeologiyalar
  • Təkamülün sözdə sübutları və heç cür tapılmayan fosillər
  • Yer Kürəsində Həyat Qəflətən və Çox Müxtəlif Formalarda Ortaya Çıxmışdır
  • Çıxarılan Saxta Dəlillər
  • Təməl Formalar Belə, Təkamüllə Açıqlana Bilmir
  • Medianın Beyin Yuma Üsulları
  • Medianın Böyük Masonik Vəzifəsi: Təkamülü Cəmiyyətə Qəbul Etdirmək
  • Təkamül Nağılları
  • İnsanın Təkamülü Nağılı
  • Molekulyar Təkamül Müəmması
  • İbtidai Dünya Mühiti və Zülallar
  • Möcüzəvi Molekul: DNT
  • Canlılar Aləmi Molekul Yığınlarından Kənar Bir Anlayışdır
  • “Təsadüflərin Meydana Gətirdiyi Hüceyrə” Nağılı
  • Yaradılış və Göz
  • Nəticə