Darvinizmin iddiası insanın və bilavasitə sahib olduğu mədəniyyətin ibtidai formadan aliyə doğru inkişaf etməsidir. Lakin arxeoloji qazıntılar bəşər tarixinin ilk günlərindən etibarən cəmiyyətlərin çox qabaqcıl mədəniyyətə sahib olduğu dövrlərin olduğu kimi, çox geridə qalmış mədəniyyətlərin mövcud olduğu dövrlərin də mövcud olduğunu göstərir. Hətta əksər hallarda çox zəngin sivilizasiyalarla eyni dövrdə geridə qalmış mədəniyyətlər də olmuşdur. Tarix boyu eyni dövrdə yaşayan cəmiyyətlərin əksəriyyətinin texnoloji və sivilizasiya səviyyəsi, sosial və mədəni strukturu eynilə bugünkü gündə olduğu kimi, bir-birindən fərqlənmişdir. Məsələn, hal-hazırda Şimali Amerika qitəsi tibdə, elmdə, memarlıqda və texnologiya sahəsində olduqca inkişaf etməsinə baxmayaraq, Cənubi Amerikanın müxtəlif bölgələrində texnologiya baxımından olduqca geridə qalmış, müasir dünya ilə heç bir əlaqəsi olmayan xalqlar yaşayır. Dünyanın bir çox yerlərində xəstəliklərə ən müasir təsvirli texnika və analizlərə əsasən diaqnoz qoyularaq son dərəcə müasir şərtlərdə müalicə edildiyi halda, digər yerlərdə də xəstəliklərin guya şər qüvvələrin təsiri ilə meydana gəldiyinə inanaraq yalançı şər qüvvələri qovmaq üçün ayinlər keçirməklə müalicə edənlər var. E.ə. 3000 il əvvəl yaşayan şumerlər, qədim misirlilər, hindlilər kimi xalqlar hər baxımdan hal-hazırda yaşayan bu qəbilələrlə -hətta bu qəbilələrdən irəlidə olan bir çox xalqlarla- müqayisə edilməyəcək dərəcədə yüksək mədəniyyətə sahib idilər. Minlərlə il əvvəl yaşayan cəmiyyət 20-ci əsrdəki bir cəmiyyətdən daha da irəliyə gedə bilmişdir. Bu da bizə tarixin axınının təkamül prosesi içərisində meydana gəlmədiyini, yəni tarix boyu ibtidai cəmiyyətdən mədəni cəmiyyətə doğru bir irəliləyişin olmadığını göstərir.
21-ci yüzillik - Kolumbiya 21-ci yüzillikdə belə batil inanclara sahib olan bir çox cəmiyyət yaşayır. Bu insanlar özlərinə heç bir fayda və ya zərər verməyə gücü çatmayan saxta ilahlara sitayiş etmək qəflətinə düşürlər. Rəsimdə Arhuaco qəbiləsinin rəhbərinin özlərinə edilən hücumların ardınca guya kömək almaq üçün keçirdiyi ayin görünür. Bu ayini təşkil etmə məqsədlərini rəhbərləri belə açıqlayır: “Dağı sakitləşdirmək üçün təbiətdəki yaşlı ruhları köməyə çağırırıq.” (Natinoal Geographic Türkiye, Ekim 2004) Avstraliyalı Papou yerlisi | 21ci yüzillik –ABŞ -Mayami Dünyanın bir tərəfində insanlar “ ölü ruhların dağları sakitləşdirə biləcəyinə” inanıb ibtidai şərtlərdə yaşayarkən, başqa bir tərəfdə insanlar göydələnlərdə yaşayıb, təyyarələrlə və ya lüks gəmilərlə səyahət edir, çox rahat yaşayırlar. Təkamülçülərin iddialarının əksinə, həm inkişaf etmiş, həm də inkişaf etməmiş mədəniyyətlər eyni anda mövcud ola bilir. |
Əlbəttə ki, tarixi proses içərisində hər sahədə böyük irəliləyişlər qeyd edilmiş, elm və texnologiyada böyük nailiyyətlər əldə olunmuşdur. Lakin bu dəyişiklikləri təkamülçülər və materialistlərin iddia etdiyi kimi, təkamül prosesi olaraq xarakterizə etmək ağıllı və elmi bir yanaşma deyil. Mədəniyyətin zənginləşməsi və təcrübə toplamaq sayəsində texnologiya və elm kimi sahələrdə daima bir irəliləyişin olması əsas məsələdir. Lakin burada vacib məqam budur ki, müasir insanla minlərlə il əvvəl yaşayan insan arasında zəka və bacarıq baxımından heç bir fərq yoxdur. 20-ci əsrdəki insanların beyin həcmi və zəkası daha çox inkişaf etdiyi üçün daha çağdaş sivilizasiyaya malik olduğumuz fikri təkamül nəzəriyyəsinin təlqin edilməsi nəticəsində əmələ gələn səhv nəzər nöqtəsidir. Halbuki, bugünkü gündə belə, müxtəlif bölgələrdə yaşayan xalqların fərqli dərrakələri və mədəniyyətləri ola bilər. Məsələn, bu gün Avstraliyadakı bir aborigenin ABŞ-dakı bir alimin sahib olduğu biliyə malik olmaması onun zəkasının və ya beyninin kifayət qədər inkişaf etmədiyini göstərmir. Çox ağıllı olmasına baxmayaraq, bu cür qəbilə içində doğulub həyatını sürdürən, hətta elektrikin varlığından belə xəbərsiz olan bir çox insan vardır. Bundan əlavə, müxtəlif əsrlərdə müxtəlif ehtiyaclar yarana bilərdi. Məsələn, hal-hazırkı dövrdə moda anlayışı ilə misirlilərin moda anlayışının eyni olmaması bizim mədəniyyətimizin onlarınkından daha mütərəqqi olduğunu göstərməz. 20-ci əsrdə mədəniyyətin əlaməti göydələnlər ikən, qədim Misir dövründə sivilizasiyanın göstəricisi ehramlar və sfinkslər idi.
İnsanların yaşadıqları şərtlər onların ibtidai bir zehnə və inkişaf etməmiş xüsusiyyətlərə sahib olduğunu göstərmir. Hər dövrdə fərqli ehtiyaclar yaranmış, insanlar fərqli şərtlərdə yaşamışlar. Məsələn, dövrümüzün memarlıq anlayışı ilə misirlilərin memarlıq anlayışının eyni olmaması bizim mədəniyyətimizin onlarınkından daha üstün olduğunu göstərmir. 20-ci yüzillikdə mədəniyyətin işarəsi göydələnlərdirsə, Misir dövründə də sivilizasiyanın sübutu piramidalar və sfinkslər idi.
Əldə edilən tapıntıları təkamülçü dünyagörüşlə qiymətləndirən bir alim o dövr haqqında bir çox açıqlama verə bilər. Lakin bu izahların elm kimi qəbul edilməsi üçün konkret tapıntılarla və məlumatlarla dəstəklənməlidir. Bugünə qədər təkamülçülərin nağıllarını dəstəkləyə biləcək tək bir elmi tapıntı belə əldə edilməmişdir. Xırıltılar çıxararaq başqa insanlarla əlaqə yaradan, mağaralarda yaşayan, heyvan dərisinə bürünərək ocaq kənarında oturan, kobud alətlərlə ov edən yarı insan, yarı meymun varlıqlar sadəcə təkamülçülərin xəyallarını əks etdirir. Elm isə insanın hər zaman insan olaraq mövcud olduğunu göstərir.
Müasir dövrdə tapdıqları fosil qalıqlarına, yonulmuş daşlara, mağara divarlarına çəkilmiş şəkillərə baxaraq həmin dövr haqqında xırdalıqları ilə şərhlər verən bəzi arxeoloqların vəziyyəti də bu misaldan çox da fərqli deyil. Buna baxmayaraq, əllərində olan dəlilləri ön mühakiməyə əsasən bir yanaşma ilə qiymətləndirərək guya ibtidai insanın demək olar ki, həyatının hər anına dair hekayələr yazan təkamülçülərin qondarma təsvir və nağılları bir çox jurnal və qəzet səhifələrini bəzəyir. Müasir dövrün məşhur təkamülçülərdən Luis Likin (Louis Leakey) guya ibtidai insanın məişətinə dair yazdığı ssenarilərdən biri:
Əldə edilən tapıntıları təkamülçü ön mühakimə ilə dəyərləndirən bir alim həmin dövr haqqında bir çox şərhləri verə bilər. Lakin bu şərhlərin elmi qəbul edilməsi üçün onlar dəqiq tapıntı və sübutlarla əsaslandırılmalıdır. Bu günə qədər təkamülçülərin nağıllarını dəstəkləyə biləcək tək bir elmi tapıntı belə əldə edilməmişdir. Xırıltı çıxararaq ünsiyyət quran, mağaralarda yaşayan, dəri geyinib ocaq ətrafında oturan, kobud alətlərlə ov etdiyi təsvir edilən yarı insan, yarı meymun varlıqlar sadəcə təkamülçülərin xəyallarını əks etdirir. Elm isə insanın hər zaman insan olaraq yaşadığını göstərir.
“Bir anlıq 20-30 min il qədər geriyə gedərək bir qaya sığınağında yer alan hadisələri bir-bir izləyə biləcəyimizi fərz edək: daş dövründə yaşayan bir ovçu vadidə ogünkü ovunun arxasınca düşərkən, birdən təpədəki sıldırım yarğanın yanında bir qayada sığınacaq görür. Buranın şir və ya mağara ayısının yuvası olduğunu düşünərək və ya başqa bir ailənin məskəni olma ehtimalına görə çox diqqətlə buraya qalxır. Xeyli yaxınlaşandan sonra oranın boş olduğunu görür, sonra içəri daxil olur və yaxşıca ətrafı yoxlayır. Buranın ailəsi ilə birlikdə yaşadığı kiçik sığınacaqdan qat-qat əlverişli olduğu qənaətinə gələn ovçu ailəsinin digər üzvlərini buraya gətirməyə gedir. Bundan sonra isə ailənin yeni evlərinə gələrək yerləşdiklərini görərik. Bu təzə evin ocağı, ya çox böyük ehtimalla əvvəlki evdən gətirilən bir neçə köz parçasından və yaxud da iki taxta parçasının bir-birinə sürtülməsi ilə əldə edilir. (Daş dövründə insanın odu necə əldə etdiyi tamlığı ilə bilinməsə də, ən qədim dövrlərdən bəri oddan istifadə etdikləri və ondan yararlandıqları faktdır. Belə ki, mağara və qaya sığınacaqlarındakı, demək olar ki, bütün məskən laylarında ocaqlara məişətin bir hissəsi olaraq rast gəlinir). Bəlkə bundan sonra ailənin bəzi fərdləri yataq hazırlamaq üçün ot yığmağa gedəcəkdir. Ailənin digər fərdləri isə ətrafdakı tikanlı kol və kolluqdan budaq qıraraq məskən saldıqları bu yeni evin önünə böyük bir çəpər hörərlər. Bu müddət ərzində evin əşyaları yerləşdirilir və müxtəlif heyvan dəriləri gətirib yerə sərilir. Bunda sonra ailə təzə evlərinə yerləşmiş olurlar. Qida ehtiyacı üçün kişilər vəhşi heyvanları ovlayırlar. Qadınlar ov zamanı kişilərə kömək etdikləri kimi, yeməli meyvələri, qabıqlı meyvələri və kök yığmaqla məşğul olurlar”.1
Ən kiçik xırdalıqlara qədər təsvir edilən bu ssenari hər hansı bir elmi tapıntıya deyil, tamamilə müəllifin təxəyyülünə əsaslanır. Bu və buna bənzər hekayələri bir sıra elmi sözlərlə bəzəyib təqdim edən təkamülçülər bir neçə sümük parçasına əsasən, bütün bu xırdalıqları formalaşdırmışlar. (Bundan əlavə, tapılmış bu fosillər, təkamülçülərin iddialarının tamamilə əksini göstərir, təkamül prosesinin əsla yaşanmadığını sübut edir.) Halbuki, sümük parçalarının qədim dövrlərdə yaşamış insanların hansı hisslərlə hərəkət etdiklərinə, gündəlik məişətlərində nələr etdiklərinə, aralarındakı iş bölümünün hansı formada olmasına dair dəqiq məlumat verməyəcəyi açıq görünür. Lakin buna bənzər uydurma ssenarilər və şəkillərlə zənginləşən insanın təkamülü nağılı, təkamülçülər tərəfindən çox tez-tez istifadə edilir. Təkamül nəzəriyyəsinin təqdim edildiyi ilk gündən etibarən bu doqmadan yaxa qurtara bilməyən saysız hesabsız təkamülçü yuxarıdakı ssenarinin müxtəlif versiyalarını irəli sürmüşdür. Məqsəd isə həqiqətləri izah etmək deyil, insanlara təlqin və təbliğ yolu ilə ibtidai insanın yaşadığına inandırmaqdır.
İL 2000 Təkamülçü dünyagörüşlə hərəkət edən bəzi arxeoloqlar dövrümüzün sənət əsərlərindən, məsələn Rodinin heykəlindən heç də geri qalmayan, sənət dəyəri olan Cənubi Fransada Pirenelerin şimal ətəklərindəki Tuc d'Audoubert mağarasındaki bizon heykəllərini ibtidai insanların düzəltdiklərini önə sürürlər. Lakin istifadə edilən texnika və əsərin estetik görünüşü bu əsəri yaradanın zehni və fiziki olaraq dövrümüzün insanından fərqlənmədiyini göstərir. | İl 8000 Bundan 6000 il sonra yaşayan insanlar Rodinin “Düşünən İnsan” heykəlini tapsalar və dövrümüzdəki bəzi alimlər kimi ön mühakimə ilə hərəkət edərək, 20-ci yüzillikdə yaşayan insanlar haqqında bu insanların “düşünən bir insana sitayiş etdiklərini”, hələ sosiallaşmadıqlarını və s. iddia etsələr, bu iddiaların həqiqəti nə qədər təkzib edəcəyini göstərməz? |
Təkamülçü alimlər əllərində heç bir dəlil olmadan bu cür ssenarilər uyduraraq öz iddialarını sübut etməyə çalışsalar belə, rast gəldikləri hər tapıntı tərəfsiz olaraq qiymətləndirilmədiyi zaman onlara bəzi həqiqətləri çox açıq şəkildə göstərir. Bunlardan biri odur ki, insan mövcud olduğu ilk gündən insandır. İnsanın zəkası, sənətkarlıq və estetik bacarığı kimi xüsusiyyətləri tarixin hər bir dövründə eyni olmuşdur. Keçmişdə də təkamülçülərin iddia etdikləri kimi ibtidai, yarı heyvan yarı insan olan məxluqlar deyil, bizim kimi düşünən, danışan, sənət əsərləri meydana gətirən, mədəni və əxlaqa sahib olan insanlar yaşamışdır. Kitabda bundan sonra da bəhs edəcəyimiz kimi, arxeoloji və paleontoloji tapıntılar dəqiq və açıq bir şəkildə bu həqiqəti sübut edir.
Gizlənən əsl tarix
Tarix haqqında öyrəndiklərimiz yalnız kitablardan oxuduqlarımızdır. İnsanların çox böyük əksəriyyəti bu kitablarda yazılanlardan heç vaxt şübhələnmir və demək olar ki, hərkəs bu məlumatları dərhal qəbul edir. Lakin xüsusilə insanın tarixindən söhbət gedəndə, bizə təqdim olunan tarix anlayışını bir daha nəzərdən keçirmək lazımdır. Çünki bu anlayış dövrümüzdə biologiya, molekulyar biologiya, paleontologiya, genetika, biogenetika, antropologiya kimi bir çox elm sahəsinə görə heç bir etibarlılığı olmayan bir nəzəriyyəyə, təkamül nəzəriyyəsinə görə formalaşır.Təkamül nəzəriyyəsinin elmi olaraq çökməsi ilə birlikdə bu nəzəriyyəyə görə təşkil olunmuş tarix anlayışı da çökmüşdür.
II Dünya Müharibəsindən yazan bir tarixçi əgər nasional sosialist bir dünyagörüşə sahibdirsə, sadəcə yandakı şəkli müşahidə edərək Hitleri bir qəhrəman olaraq tanıda bilər. Halbuki aşağıdakı şəkildə Buchenwald toplama düşərgəsində Hitlerin səbəb olduğu qırğınlardan sadəcə bir örnək görünür.
Tarixçi Edward A. Freeman tarix məlumatlarımızın həqiqətləri nə qədər əks etdirdiyi mövzusunda bunları ifadə edir:
Bütün tarixi tədqiqatlarda üz-üzə gəldiyimiz həqiqətlər insana aid istəklərin yönləndirməsi istiqamətində ortaya çıxmışdır və sübutlar məlumatı ötürənlərin etibarlı olmalarına bağlıdır. Bu şəxslər şüurlu olaraq aldada bilər, ya da pis niyyət olmadan yanlış yönləndirə bilərlər. Bir insan yalan söyləyə bilər, səhv edə bilər.
Bu vəziyyətdə bizə ötürülən tarixin doğruluğundan necə əmin ola bilərik?
Bunun üçün tarixçilərin və arxeoloqların bizə təqdim etdikləri tarixi məlumatların obyektivliyindən və dəqiqliyindən əmin olmalıyıq. Çünki tarix hər düşüncədən insan üçün fərqli bir məna daşıyır. Bir hadisə məlumat verən şəxsə və onun dünyagörüşünə görə fərqlilik göstərə bilər. Hadisələr xüsusilə şahid olmamış şəxslər tərəfindən izah olunanda tamam fərqli bir görüntü ala bilər.
Tarix “keçmiş hadisələrin xoronoloji şəkildə qeyd edilməsi ilə təqdim olunur. Bu hadisələrə verilən məna və əhəmiyyət “ tarixçinin” təqdim etmə tərzinə bağlıdır. Belə ki, bir müharibənin tarixini yazan şəxsən, müharibəni qazanan tərəfin haqlı və ya haqsız olduğunu düşünməsi verdiyi məlumata təsir edə bilər. Həmin tarixçinin simpatiya duyduğu cəmiyyət digər tərəfin bölgəsini işğal etmiş və saysız qəddarlıq etmiş olsa belə, bu tarixçi onu “qəhrəman” olaraq təqdim edə bilər. Məsələn, bir-birinə düşmən olan iki ölkənin tarix kitablarına baxsaq, bu kitablarda eyni tarixi hadisələrin tamamilə fərqli baxımdan izah olunduğunu görərik.
Dövrümüzdə təkamül tərəfdarı olan tarixçilərin və alimlərin etdikləri də tam olaraq budur: Bioloji və tarixi baxımdan konkret bir dəlilə əsaslanmamasına baxmayaraq, insanın “təkamül tarixi, cəmiyyətə adətən qəti həqiqət olaraq təqdim olunur. Nəzəriyyəni sarsıdan güclü dəlillər göz ardı edilir, əldə edilən tapıntılar tamamilə bu alimlərin önmühakimələri istiqamətində izah olunur, bəzi alimlərin ideologiya olaraq sahib çıxdıqları nəzəriyyə adətən bir qanun kimi tanıdılmağa çalışılır.
Bugünkü gündə sahib olduğumuz nəhəng sivilizasiyadan bundan yüz minlərlə il sonra geriyə nə qalacağını düşünün. Minlərlə ilin mədəni irsi, rəsm əsərləri, heykəltəraşlıq nümunələri, saraylar yox olacaq, texnologiyaya aid demək olar ki heç bir iz qalmayacaq. Xüsusi olaraq eroziyaya davamlı istehsal edilən bir çox material belə müəyyən bir müddət ərzində -təbii şəraitdə- aşınmaya başlayacaqdır. Bütün materialların müəyyən müddətdən sonra bərpaya ehtiyacı olur, belə ki, polad paslanır, beton aşınır, torpaq altında qurğular çürüyür. Həm də bunların üstündən minlərlə il keçdiyini, minlərlə ton yağışa, şiddətli küləyə, selə, zəlzələyə məruz qaldıqlarını düşünün. Bəlkə də geriyə qalan eyni keçmişdən bizə qalan sadəcə işlənmiş iri daş parçaları, binaların tikildiyi blok daşlar və bəzi heykəl qalıntıları olacaqdır. Və yaxud müasir dövrün inkişaf etmiş sivilizasiyasından geriyə gündəlik həyatımızı tam anlaya biləcəkləri bir iz qalmadığı halda, Afrikada, Avstraliyada yaşayan qəbilələrdən bəzi izlər qalacaq. Yəni sahib olduğumuz texnologiyanın (televizor, kompyuter, mikrodalğalı sobalar və s.) izləri qalmayacaq, lakin bəlkə də daş bir binanın ana xətləri, böyük bir heykəlin parçaları qalacaqdır. Həmin dövrdə alimlər bu izlərə baxaraq bizim yaşadığımız dövrdəki bütün cəmiyyətləri mədəni cəhətdən geridə qalmış kimi təqdim edərlərsə, bu, həqiqətən də, nə qədər həqiqətdən uzaqlaşmış olduqlarını göstərməzmi?
On minlərlə il sonra geriyə qalacaqlar...
İnşaatda, sənayedə, texnoloji məhsullarda, dekorasiyada, gündəlik həyatın bir çox sahəsində sıx-sıx istifadə edilə bilən maddələrin ömrü bəşər tarixi ilə müqayisə olunanda olduqda məhduddur. Bundan on minlərlə il əvvəlki insanlar estetik taxta mənzillərdə yaşayırdılarsa, geriyə bunu göstərəcək çoxlu dəlil qalmaması çox normaldır. Bizim mədəniyyətimizin də hərhansı böyük bir fəlakətlə yox olduğunu fərz edək, bundan yüz minlərlə il sonra görəsən nələr qalacaq? Gələcəkdə insanlar əldə edəcəkləri bir neçə sümük və daş parçasına əsaslanaraq bizləri ibtidai varlıqlar kimi qələmə versələr, bu izah həqiqəti əks etdirərmi?
Şəkillərdə görünən dövrümüzün daş evlərinin bundan on minlərlə il sonrakı görüntülərin Çatalhöyükdəki qazıntılarda ortaya çıxarılan xarabalardan fərqsiz olacağı aydındır. Təbii şərtlər altında əvvəl taxta, sonra metallar çürüyərək və ehtimalla geriyə sadəcə daş divarlar, blok daşlar, kasa və saxsılardan parçalar qalacaq. Bu vəziyyətdə dövrün arxeoloqlarının 2000-ci illərdə insanların ibtidai həyat tərzi keçirdiklərini iddia etmələrinin həqiqəti əks etdirməyəcəyi aydındır. Dövrümüzdə təkamülçülərin yaşadıqları vəziyyət bundan fərqli deyil.
Dövrümüzdəki hərhansı bir binadan on minlərlə il sonra geriyə sadəcə bir neçə blok daş parçası qalacaq. Taxta vəsaitlər, metallar, dəmirdən hazırlanmış əşyalar çürüyəcək. Çırağan sarayından geriyə nə sarayın divarlarındakı bəzəkli şəkillər, nə estetik mobil əşyalar, nə dəbdəbəli pərdələr, nə pərdələrin asıldığı karnizlər, nə xalılar, nə çilçıraqlar, nə də ki digər vəsaitlər qalar. Bu vəsaitlər çürüyüb yox olar. Bundan on minlərlə il sonra Çırağan Sarayının qalıqlarını tapan şəxslər sadəcə bir neçə parça işlənmiş sütun, böyük parça daş və bəlkə də sarayın bəzi təməllərini görəcəklər. Bunlara baxaraq, dövrümüzdə yaşayan insanların hələ yeni oturaq həyata keçdiklərini, o səbəbdən iri daşları üst-üstə qoyaraq ibtidai evə bənzər yerlərdə yaşadıqlarını, yeni sosiallaşdıqlarını önə sürsələr, bunun son dərəcə yanlış bir açıqlama olacağı aydındır.
Çırağan Sarayının yanmış, içəridəki dizayn və dekorasiyasının yox olmuş halıdır. Sarayı bu halı ilə qiymətləndirən bir şəxs nə zamansa bunun çox ehtişamlı olduğunu tam olaraq gözündə canlandırmaya bilər. | Çırağan sarayının bərpa edilib, dekorasiyasının tamamlanmış halı. |
Keçmişdən dövrümüzə qalan qalıqlar da eynilə Çırağan sarayı kimi son dərəcə estetik binaların izləri ola bilər. Bu qalıqların üzərinə mebellər yerləşdirilsə, pərdələr, xalılar və çilçıraqlarla bəzədildə, ortaya çox möhtəşəm binalar çıxar.
Quranda da keçmişdə yaşamış qövmlərin sənət, memarlıq, mədəniyyət və elmi inkişaf etmiş cəmiyyətlər olduqları xəbər verilmişdir. Bir ayədə keçmiş cəmiyyətlərin qüvvət və əsər baxımından üstün olduqları belə bildirilir:
Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular... (Ğafir surəsi, 21)
Və yaxud da bundan minlərlə il sonra üzərində Çin dilində yazıları olan bir əsəri tapan bir şəxs sadəcə bu məlumata əsaslanaraq, çinlilərin qəribə işarələrlə ünsiyyət quran, geridə qalmış bir növ olduğunu irəli sürərsə, bunun həqiqəti əks etdirməyən şərh olduğu açıq deyilmi? Və yaxud da belə bir misal verək: Rodenin “Mütəfəkkir” adlı heykəli bütün dünyada məşhurdur. Bu heykəlin on minlərlə il sonra gələcəyin arxeoloqları tərəfindən tapıldığını fərz edək. Əgər tədqiqatçıların nəzərdə tutulan cəmiyyətin inancı və yaşayışı barədə ön mühakiməli fikirləri varsa və əllərində kifayət qədər tarixi sübut yoxdursa, bu heykələ müxtəlif formalarda şərh verə bilərlər. Həmin cəmiyyətdə yaşamış insanların düşünən bir şəxsə sitayiş etdiklərini hesab edə bilərlər və ya bu heykəlin mifologiyada olan guya bir tanrıya aid olduğunu iddia edə bilərlər. Lakin bu gün biz bilirik ki, “Mütəfəkkir” heykəli sadəcə olaraq incəsənət naminə ərsəyə gələn bir sənət əsəridir. Yəni günümüzdən on minlərlə il sonra yaşayan bir tədqiqatçının əlindəki məlumatlar kifayət qədər deyilsə və bundan əlavə, həmin dövrə aid ön mühakiməli fikirləri varsa, həqiqətləri görə bilməsi imkansız olacaq. Bu səbəbdən də bu heykəli sahib olduğu ön mühakiməyə görə qiymətləndirəcək və zehnində buna uyğun olan bir ssenari uyduracaq. Buna görə də əldə edilən sübutların ön mühakiməsiz və tərəfsiz mövqedən qiymətləndirilməsi, hər tərəfli düşünərək hərəkət edilməsi olduqca vacibdir. Unutmamalıyıq ki, bu gün əlimizdə cəmiyyətlərin təkamülünə, ya da keçmiş cəmiyyətlərin ibtidai olmasına dair heç bir dəlil mövcud deyil. Onların irəli sürdükləri sadəcə fərziyyələrdən ibarətdir və təkamül ideyasını müdafiə edən tarixçilərin və yaxud da arxeoloqların qərəzli şərhlərinə əsaslanır. Məsələn, bir mağara divarına çəkilmiş heyvan fiqurları həmin ibtidai insanın çəkdiyi ibtidai şəkillər kimi təqdim edilmişdir. Halbuki, bu şəkillər həmin dövrün incəsənət xadimlərinin incəsənət haqqında anlayışını ifadə edə bilərdi. Yaşadığı dövrün şərtlərinə görə olduqca müasir geyimdə olan bir sənətçi yalnız incəsənət naminə bu rəsmləri çəkmiş ola bilər. Bundan başqa, bir çox alim sözügedən mağara rəsmlərini ibtidai bir zehnin məhsulu olmasının imkansız olduğunu vurğulayır.
1.5 milyon il əvvəl yaşayan insanlar da yaşlıları qoruyub müdafiə edirdilər.
İnşaatda, sənayedə, texnoloji məhsullarda, dekorasiyada, gündəlik həyatın bir çox sahəsində sıx-sıx istifadə edilə bilən maddələrin ömrü bəşər tarixi ilə müqayisə ediləndə olduqca məhduddur. Bundan on minlərlə il əvvəlki insanlar da son dərəcə estetik taxta mənzillərdə yaşayırdılarsa, geriyə bunu göstərəcək çox dəlil qalamaması normaldır. Bizim mədəniyyətimizin də hərhansı böyük fəlakətlə yox olduğunu fərz edək. Bundan yüz minlərlə il sonraya görəsən nələr qalacaq. O dövrün insanları əldə edəcəkləri bir neçə sümük və daş parçasına əsaslanaraq bizləri ibtidai varlıqlar adlandırsalar, bu açıqlama həqiqəti əks etdirərmi?
Discover jurnalı ilin mühüm elmi nailiyyətlərini qiymətləndirdiyi xüsusi sayında təkamülçülərin ssenarisini darmadağın edən əhəmiyyətli bir tapıntıya yer verdi. Milyonlarla il əvvəl də insanların xəstələrə baxdıqlarını, onlara maraq göstərdiklərini ortaya qoyan bu tapıntı “Homo Erectus” ailə böyüklərinə maraqmı göstərirdi?” başlığı ilə nəşr olundu. Bu fosilin ortaya qoyduğu həqiqət odur ki, tarixin heç bir dövründə insanların heyvani həyat yaşamayıblar, insanlar həmişə insan kimi yaşayıblar.
Müasir dövrümüzdə hər hansı binadan on minlərlə il sonra bir neçə blok daş parçası qalacaqdır. Taxta materiallar, metallar, dəmirdən düzəldilmiş əşyalar çürüyəcəkdir. Məsələn, Çırağan sarayından nə onun divarlarındakı bəzəkli şəkillər, nə olduqca gözəl mebel dəstləri, nə göstərişli pərdələr, nə pərdələrin asıldığı karnizlər, nə xalçalar, nə çilçıraqlar nə də işıqlandırma vasitələri qalacaq. Bunların hamısı çürüyərək yox olacaq. On min illər sonra Çırağan sarayının qalıqlarını tapan şəxslər sadəcə bir neçə işləməli sütun, böyük daş parçası və bəlkə də sarayın bünövrəsini görəcəklər. Bunlara baxaraq dövrümüzdə yaşayan insanların hələ yenicə oturaq həyata keçdiklərini, bu səbəbdən də iri daşları üst-üstə qoyaraq guya primitiv evə bənzər yerlədə yaşadıqlarını, hələ yenicə sosiallaşdıqlarını irəli sürsələr, bunun son dərəcə yanlış bir şərh olacağı açıq-aydın görünür.
Keçmişdən günümüzə qalan qalıqlar da sanki Çırağan sarayı kimi olduqca gözəl binaların izləri ola bilər. Bu qalıqların üzərinə mebellər yerləşdirilsə, pərdələr, xalçalar sərilsə və çilçıraqla dekorasiya edilsə, çox gözəl binalar meydana gələr.
Quranda da keçmişdə sənətkarlıq, memarlıq, mədəniyyət və elmi cəhətdən mütərəqqi xalqların mövcud olduğu xəbər verilir. Bir ayədə keçmiş xalqların qüvvət və sənətkarlıq baxımından üstün olduqları belə bildirilir:
Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular... (Ğafir surəsi, 21)
Başqa bir misal, iti uclu daşların guya meymun-insan tərəfindən düzəldilmiş ilk alətlər olduğu irəli sürülmüşdür. Həmin dövrün insanları bu daşları formaya salaraq dekorativ məqsədlə də istifadə edə bilərdi. Mövcud olan parçaların, həmin dövrün insanları tərəfindən mütləq alət kimi istifadə etdiklərini göstərən bir dəlil yoxdur. Bu, bir fərziyyədir. Təkamülçü alimlər qazıntılar zamanı tapdıqları dəlilləri qərəzli mövqedən çıxış edərək araşdırmış, öz mülahizələrinə uyğun olaraq nəzəriyyəni sübut etmək üçün fosillərin üzərində dəyişikliklər aparmış və ya sadəcə uyğun hesab edilənləri götürərək digərlərini bir kənara atmışlar. Eyni oyun tarixin təkamülə məruz qaldığını göstərmək üçün də oynanılmışdı.2 Amerikalı antropoloq Melvill Herskovits “tarixin təkamülü” görüşünün meydana gəlmə formasını və təkamülçülərin sübutları dəyərləndirmə qaydasını belə açıqlamışdır:
Mədəni təkamülü müdafiə edən hər bir tədqiqatçı beynində canlandırdığı insan irqinin inkişafı ilə bağlı fərziyyə səhnə mizanı yaratmışdır. Bu səbəbdən, eyni təkamül nəzəriyyəsində şüurlu seçilən kəllə sümüklərində olduğu kimi, burada da bir-birinin ardından gələn hadisələr misal olaraq götürülməyib. Qeyd edilən nailiyyətlərin çoxu bir mədəniyyətin sadəcə bir istiqamətini göstərir.3
Herskovitsin bu fikirlərini təsdiq edən ən vacib misallardan biri təkamülçü etnoqraf Luis Henri Morqanın apardığı işlərdən biridir. Morqan sadədən mürəkkəbə doğru təkamül prosesinin baş verdiyini iddia etdiyi bir cəmiyyətin patriarxat və monoqam quruluşa çatmaq üçün keçirdiyi mərhələləri tədqiq etmişdir. Lakin bu araşdırmanı apararkən dünyanın dörd tərəfindən olan, bir-biriləri ilə heç bir əlaqəsi olmayan müxtəlif cəmiyyətləri misal olaraq götürmüş, almaq istədiyi nəticəyə görə bu cəmiyyətləri sıralamışdır. Yüz minlərlə mədəniyyət içində niyə məhz sadəcə nəzəriyyəsinə uyğun olan cəmiyyətləri seçdiyi açıq aydın görünür. Herskovits, Morqanın mülahizəsinə görə tarixi necə yenidən şərh etdiyini belə izah edir:
Morqan tarixdə soyu müəyyən edən patriarxat və monoqam sistemə hansı yollarla keçildiyini izah edərkən, ilk olaraq, Avstraliyadakı ibtidai qəbilələrdəki matriarxat sistemi götürmüş, daha sonra Amerikadakı qırmızıdərililərə keçərək burada nəsli müəyyən edən amilin kişinin olduğunu misal göstərmiş, daha sonra isə tarixdən əvvəlki dövrün ilk mərhələlərində ata xaqan, daha çox monoqam yunan qəbilələrini sosial təkamül zəncirinə əlavə etmiş, son olaraq da monoqam, ata xaqan cəmiyyət olaraq günümüzün mədəniyyətini göstərib təkamül zəncirini düzəltmişdi.4
Herskovits, Morqanın bu xəyali zəncirini: “Bu sıralama tarixi yanaşma baxımından uydurmadır”, -deyə təqdim etmişdir.
Lascauxdaki mağaralarda tapılan rəsimlərdən bir nümunə. Bu rəsmin “meymunluqdan xilas olmamış ibtidai bir insan məhsulu olmadığı aydındır.
Təkamülçülər guya meymunabənzər insanların Avropada bundan təqribən 30-40 min il əvvəl, Afrikada bir az daha qədim dövrdə ani keçid dövrü yaşadıqlarını, beləliklə də, birdən-birə müasir insanlar kimi düşünmək və istehsal etmək qabiliyyəti qazandıqlarını irəli sürürlər. Çünki həmin dövrə aid arxeoloji tapıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan dəlillərdir. Darvinist bir iddiaya görə, təxminən 200 min il ərzində dəyişməmiş qalan daş alət texnologiyasının yerini birdən birə daha inkişaf etmiş və sürətlə inkişaf edən əl sənəti texnologiyası tutmuşdur. Guya bir müddət əvvəl ağacdan yerə düşən və müasirləşməyə başlayan xəyali ibtidai insan birdən-birə mahir qabiliyyətlər əldə etmiş, mağara divarlarını oyaraq və ya rəngləyərək heyranedici rəsmlər çəkməyə başlamış, boyunbağı, gərdənlik kimi olduqca estetik bəzək əşyaları düzəltmişlər. Bəs nə oldu ki, belə bir inkişaf yarandı? “Yarı meymun ibtidai varlıqlar” hansı səbəbdən və necə birdən birə incəsənətə meyil göstərdi? Təkamülçü alimlər bunun necə həyata keçdiyini heç bir yolla izah edə bilməzlər, lakin bir neçə fərziyyə irəli sürürlər. Təkamülçü Rocer Levin (Roger Lewin) darvinistlərin bu mövzuda keçirdiyi sıxıntını “Müasir insanın mənşəyi” kitabında bu sözlərlə ifadə edir: “Hələ də natamam olan arxeoloji qeydlərin hər baxımdan qeyri-müəyyən olmasına baxmayaraq, alimlər bu sualı fərqli şəkildə cavablandırırlar”.5
Arxeoloji tapıntıların göstərdiyi həqiqət isə insanın var olduğu gündən etibarən mədəni anlayışa sahib olmasıdır. Bu anlayış çərçivəsində bəzən inkişaf, bəzən kəskin dəyişikliklərin baş verməsi mümkündür. Lakin bu təkamül prosesinin baş verməsi deyil, mədəni bir inkişafın və dəyişikliyin baş verdiyi mənasını ifadə edir. Təkamülçülərin “ani dəyişiklik” kimi adlandırdıqları incəsənət əsərlərin ortaya çıxması da bioloji (xüsusən də zehni qabiliyyət) kimi insanın inkişafını göstərən bir vəziyyət deyil. Həmin dövrdə yaşayan insanlar bəzi ictimai dəyişikliklərə məruz qalmış ola bilər, incəsənət və istehsal anlayışları dəyişmiş ola bilər, lakin bu məlumatlar insanın ibtidaidən müasirliyə keçid yolu keçdiyini göstərən dəlillər deyil.
Qədim insanların özlərindən sonra qoyduqları arxeoloji izlərlə təkamülçülərə görə mövcud olmalı anatomik və bioloji izlərin bir-biriləri ilə uyğunsuzluğu da darvinizmin bu mövzudakı iddialarını bir daha əsassız edir. (Darvinizmin əsas iddiası olan insanın uydurma şəcərəsini elmi cəhətdən alt-üst edən məlumatlar üçün bax: Harun Yəhya, “Həyatın gerçək mənşəyi”) Təkamülçü iddiaya görə, insanın mədəni inkişafı bioloji inkişafı ilə düz mütənasib olmalıdır. Məsələn, insanlar əvvəlcə sadə cizgilər vasitəsi ilə sənətkarlıq qabiliyyətlərini nümayiş etdirməli, daha sonra isə həmin cizgilər daha da inkişaf etməli, bu cizgilər yavaş-yavaş inkişaf edərək sənətkarlığın zirvəsinə ucalmalıdır. Halbuki, bəşər tarixinə aid tapılmış ilk sənət izləri bu fərziyyəni bünövrəsindən zədələyir. Sənətkarlıq tarixinin ilk nümunələri kimi qəbul edilən mağara rəsmləri, oymaları və qayaüstü relyeflər həmin dövrdə yaşayan insanın çox yüksək səviyyəli sənətkarlıq qabiliyyətinə sahib olduğunu göstərir. Mağaralarda tədqiqatlar aparan alimlər həmin rəsmləri incəsənət tarixinin ən əhəmiyyətli və dəyərli işlərindən biri olaraq dəyərləndirir. Rəsmlərdəki kölgə effektləri, perspektiv təsvirdən istifadə və zərif cizgilər, relyeflərdə ustalıqla əks etdirilən dərinlik hissi, oymalarda günəş işığının düşməsi ilə meydana gələn oynamalar, təkamülçülərin izah edə bilməyəcəyi xüsusiyyətlərdir. Çünki bunlar darvinist iddiaya görə, çox sonrakı dövrdə meydana gəlməli bir tərəqqidir.
Dövrümüzün sənət anlayışı gələcək nəsillər tərəfindən ön mühakimə ilə qiymətləndirilsə, cəmiyyətimizlə bağlı çox fərqli qənaətlər yarana bilər. Gələcəyin təkamülçüləri Pablo Picassonun, Salvador Dalinin və ya başqa rəssamların əsərlərinə baxaraq, dövrümüzün insanlarının da ibtidai olduqlarını önə sürə bilərlər. Amma bu heç bir şəkildə həqiqəti əks etdirməyən bir izah olar.
Ortada: Pipolu insan, Pablo Picasso Gitara, Pablo Picasso
Solda: Qəzəbli At, Salvador Dali
Sağda: Saat Partlaması, Salvador Dali
Fransa, İspaniya, İtaliya, Çin, Hindistan və Afrikanın müxtəlif bölgələrində, bir sözlə, dünyanın müxtəlif yerlərində tapılan bir çox mağara rəsmi qədim insanın mədəni səviyyəsi haqqında çox vacib məlumatları təqdim edir. Bu rəsmlərdə istifadə edilən üslub və boya texnikası tədqiqatçıları çaşdıracaq keyfiyyət və üstünlüyə malikdir. Darvinist alimlər bu rəsmləri ön mühakimə ilə qiymətləndirir, çaşqınlıq içərisində olmalarına baxmayaraq, sözü gedən əsərləri təkamül hekayələrini bəzəmək üçün qərəzli bir şəkildə şərh edirlər. Müasir insanın bədən quruluşuna sahib olmayan varlıqların olduqca ibtidai şərtlər daxilində yaşadıqları mağaralarda qorxduqları və ya ovladıqları heyvanların şəkillərini çəkdiklərini bildirirlər. Halbuki, bu əsərlərdə istifadə edilən texnikalar sözü gedən şəkli çəkən sənətkarların çox dərin bir qavrayışa, qavradıqlarını təsiredici bir şəkildə əks etdirmək qabiliyyətinə sahib olduqlarını göstərir. İstifadə edilən rəngləmə texnikası isə heç də təxmin edildiyi kimi ibtidai bir şəraitdə yaşamadıqlarının başqa bir göstəricisidir. Bundan əlavə, mağara divarlarına çəkilmiş bu şəkillər dövrün insanlarının mağaralarda yaşadığını göstərən bir dəlil deyil. Bu əsərləri meydana gətirən sənətkarlar yaxınlıqda bir evdə yaşaya, lakin əsərlərini sözü gedən mağara divarlarında çəkməyi üstün tutmuş ola bilərdi. Nəyi çəkəcəyini hansı hiss və düşüncə ilə seçəcəyi isə sənətkara məlumdur. Belə rəsmlər üzrə bir çox şərh verilə bilər, lakin veriləcək şərhlərdən həqiqətə ən çox zidd olanı isə onların ibtidailikdən təzəcə çıxmış varlıqlar tərəfindən çəkilmiş olmalarıdır. Bundan əlavə, BBC-nin internet vasitəsi ilə yayımlanan elmi səhifəsində yer alan 22 fevral, 2000-ci il tarixli xəbərdə mağara rəsmləri ilə əlaqədar olaraq aşağıdakı sətirlər dərc edilmişdir:
Bunların ibtidai insanlar tərəfindən çəkildiyi güman edilirdi... Lakin iki alimin apardığı araşdırmalara görə, antik rəssamlarla bağlı bu qənaət tamamilə yanlışdır. Onlar bu şəkillərin mürəkkəb olduğunu və müasir cəmiyyətin dəlilləri olduğunu düşünürlər.6
Müasir incəsənət anlayışının bir sıra əsəri də minlərlə il sonra eyni məntiqlə dəyərləndirilə bilsəydi, 21-ci əsr cəmiyyətinin ibtidai qəbilə və yaxud inkişaf etmiş mədəniyyət olması bir sıra mübahisələrə səbəb ola bilərdi. Bundan 5000 il sonra müasir rəssamların tabloları heç bir zərər görmədən tapılsa və müasir dövrümüzə aid heç bir tarixi dəlil qalmamış olsa, həmin dövrün insanları dövrümüz haqqında nə düşünərdi? Van Qoqun (Van Gogh) və ya Pablo Pikassonun (Pablo Picasso) əsərlərini tapan gələcəyin insanları təkamülçü məntiqə görə hərəkət etsələr, müasir cəmiyyətimiz üçün neçə şərhlər verərdilər? Mənzərə şəkli çəkən Klod Mone (Claude Monet) üçün “sənaye hələ inkişaf etməmiş, insanlar əkinçiliklə məşğul olurdular” və ya Kandinskinin abstrakt rəsmlərinə “hələ yazıb oxuya bilməyən, inkişaf etməmiş insanlar müxtəlif qaralamalarla bir-birini anlayırdılar” şərhini vermək hazırkı dövrümüz haqqında onları doğru nəticələrə aparacaqmı?
Əlcəzairdə tapılan təxminən 9000 il əvvələ aid divar rəsimləri | Tuc d'Audoubert Mağarasındakı bizon qabartmaları |
Rəsimlər rəsmi çəkən şəxslərin sənət anlayışını əks etdirir. Ancaq bu rəsimlərə baxaraq o dövrün insanlarının nə yedikləri, hansı şərtlərdə yaşadıqları, sosial münasibətlərinin necə olduğuna dair izahlar qurmaq və bu izahların qəti həqiqət olduğunu iddia etmək elmi yanaşma deyil.Təkamülçülərin israrla qədim dövrün insanlarını “ibtidai” olaraq qiymətləndirmələri isə ön mühakiməli mövqelərinin bir nəticəsidir. Hazırlanmış insan fiqurlarının üzərində qalın parça olduğu görünür. Bu da təkamülçülərin iddia etdiyi kimi, nə zamansa insanların yarıçılpaq gəzən, ibtidai varlıqlar olmadıqlarını göstərir.
Bütün bu əsərlər və arxeoloji tapıntılar təkamül nəzəriyyəsi tərəfindən açıqlanması mümkün olmayan bir çox sualı gündəmə gətirir. İnsanların meymunlarla ortaq bir atadan gəldikləri fikrini müdafiə edən darvinizm bu sualların heç birini açıqlamır. Məsələn, on minlərlə il əvvəl guya xırıltılar çıxarıb, heyvani bir həyat tərzi keçirdiklərini iddia etdikləri meymunəbənzər varlıqların niyə və necə sosiallaşmağa başladıqları sualı təkamülçülər üçün çox böyük problemdir. Bu meymunəbənzər insanların niyə ağaclardan yerə düşdükləri, necə iki ayaqları üzərində durmağa başladıqları, ağıllarının və bacarıqlarının necə inkişaf etdiyi kimi suallar qarşısında təkamül nəzəriyyəsi elmi və ağıllı cavablar verə bilmir. Bu mövzuda irəli sürülən açıqlamalar yalnız bir neçə ön mühakimədən və xəyal məhsulu hekayələrdən ibarətdir.
Təkamülçülərə “budaqlardan budaqlara tullanaraq gəzən meymunlar necə olub ki, yerə düşməyə qərar veriblər?” deyə sual versəniz, bunu iqlim şərtlərinin tələbi adlandıracaqlar. “Digər meymunlar da onları təqlid edərək yerə düşə biləcək ikən, niyə budaqlarda gəzməyi seçiblər? Ya da bu iqlim şərtləri niyə sadəcə bəzi meymunlara təsir etmişdir? Eyni iqlim şərtlərində yaşayan digər meymunları yerə düşməkdən saxlayan şey nədir?” kimi ilk planda ağlınıza gələn bir çox sual isə təkamül nəzəriyyəsi tərəfindən ağıllı və məntiqli bir şəkildə cavablana bilməz. “Yerə düşən meymunlar necə olub ki, iki ayağı üzərində gəzməyə başlamışdır?” deyə bir sual versəniz təkamülçülər bu suala da fərqli açıqlamalar gətirməyə çalışırlar.Məsələn, bəzi təkamülçülər digər güclü heyvanlardan qorunma ehtiyacına görə bu meymunabənzər insanların iki ayaqları üzərində dik durmağa qərar verdiklərini söyləyirlər. Amma bu açıqlamaların heç biri elmi deyil.
İki ayaqlılığın təkamülü deyə bir mövzu yoxdur. İnsan iki ayağı üzərində dik gəzir. Bu başqa heç bir canlıda rast gəlinməyən, çox xüsusi bir hərəkət şəklidir. Burada bir məqama da toxunmaq lazımdır ki, iki ayaqlılıq üstünlük deyil. Belə ki, meymunların hərəkət şəkli insanın iki ayaqlı yerişindən daha asan, sürətli və məhsuldardır. İnsan nə bir şimpanze kimi ağaclar arasında budaqdan budağa tullanaraq irəliləyə bilər, nə də bir gepard kimi saatda 125 km sürətlə qaça bilər. Əksinə insan iki ayağı üzərində gəzdiyi üçün, yerdə daha yavaş şəkildə hərəkət edə bilər və bu səbəbdən təbiətdəki canlıların ən müdafiəsizlərindən biridir. Belə ki, təkamül nəzəriyyəsinin öz məntiqinə görə, meymunların iki ayaqlı gəzməyə yönəlmələrinin heç bir mənası yoxdur. Əksinə təkamülün hekayələrinə görə insanlar dörd ayaqlı olmalıdırlar.
Təkamülçü iddianın başqa problemi isə iki ayaqlılığın darvinizmin “mərhələ-mərhələ inkişaf etmə” modelinə qətiyyən uyğun gəlməməsidir. Təkamülün əsasını təşkil edən bu model təkamülün bir mərhələsində iki ayaqlılıqla dörd ayaqlılıq arasında “qarışıq” bir yeriş olmasını tələb edir. Halbuki ingilis paleoantropoloq Robin Crompton 1996-cı ildə komputerin köməyi ilə apardığı araşdırmalarda bu çeşid bir “qarışıq” yerişin mümkün olmadığını göstərmişdir. Cromptonun gəldiyi nəticə belədir: Bir canlı ya tam dik, ya da tam dörd ayağı üzərində yeriyə bilər.27 Bu ikisini arasında bir yeriş şəkli enerji istifadəsinin aşırı dərəcədə artması səbəbindən mümkün deyil. Buna görə yarı iki ayaqlı bir canlının mövcud olması mümkün deyil.
Bu ibtidai varlıqların necə ağıllı və sosial davranışlar meydana gətirdikləri sualının cavabı da təkamülçülərin fərziyyələrinə görə kütləvi şəkildə yaşadıqları, beləcə də ağıllı və sosial davranışlar inkişaf etdirdikləridir. Halbuki sürü şəklində yaşayan yalnız bu ibtidai varlıqlar deyil, qorillalar, şimpanzelər, meymunlar və başqa bir çox heyvan növü sürülər şəklində yaşayır. Amma bunların heç biri insanlar kimi ağıllı və sosial davranışlara malik ola bilməmişlər. Heç biri sənət əsərləri inşa etməmiş, astronomiya ilə maraqlanmamış, nəhəng abidələr düzəltməmiş, qısası ağıl və bacarıq nümayiş etməmişlər. Çünki ağıllı və şüurlu davranış yalnız insanlara xas xüsusiyyətlərdir. Keçmişdən dövrümüzə izi qalan bütün əsərlər də bizlər kimi ağıl və şüura sahib, hesablama, planlama, istehsal etmə bacarığı olan insanlar tərəfindən meydana gətirilmişdir. Bu insanların ibtidai şərtlərdə yaşsdıqları iddiası isə bilavasitə arxeoloji tapıntılar tərəfindən yalanlanır.
Pireney yarımadasının Fransaya aid hissəsində yerləşən Nio (Niaux) mağarası qədim dövrdə yaşayan insanların çəkdikləri biri digərindən effektli rəsmlərlə doludur. Rəsmlər üzərində aparılan karbon testləri bu əsərlərin təxminən 14 min il əvvəl çəkildiyini göstərir. Nio mağarasındakı rəsmlər 1906-cı ildə aşkar edilmiş və o zamandan bu yana da təfsilatlı olaraq tədqiq edilir. Mağaranın ən bəzəkli hissəsi “Qara salon” olaraq adlandırılan qaranlıq bir yerdə yerləşən yüksək bir oyuqdan ibarət küncdür. Bizon, at, maral və dağ keçisi rəsmlərinin olduğu bu bölümlə əlaqəli olaraq “Müasir insanın mənşəyi” kitabında Rocer Levin belə şərh vermişdir: “... kompozisiyaların yaradılması zamanı yaradıcılıq və şüurun təsiri müşahidə edilir”. 9
Bu rəsmlərlə əlaqədar alimlərin diqqətini cəlb edən ən vacib ünsürlərdən biri də istifadə edilən boya texnikasıdır. Aparılan araşdırmalar bu rəsmlərdə təbii və yerli qaynaqların bir yerə toplayaraq xüsusi qarışıqların əldə edildiyini göstərir. Şübhəsiz ki, bu ibtidailikdən təzəcə çıxmış varlıqların edə bilməyəcəyi düşünmə, planlaşdırma və istehsal bacarığının göstəricisidir. Rocer Levin bu boyama texnikasını belə izah edir:
Boyanın düzəldilməsində istifadə edilən maddələr (piqmentlər) və mineral aşqarlar, Üst Paleolit dövrünün insanları tərəfindən seçilərək xüsusi bir qarışıq əldə etmək üçün 5-10 mikronadək xırdalanırdı. Qara rəngli boya təxmin edildiyi kimi, odun kömürü və manqan 4-oksid idi. Lakin diqqət ən çox aşqarlar üzərinə yönəlmişdi. Aşqarlar, yəni doldurma materialları daha çox rənglərə canlılıq verdiyi kimi, adından da göründüyü kimi, boyanın qatılaşmasını da təmin edir. Dörd müxtəlif növü olduğu müəyyən edilən bu maddələri tədqiqatçılar birdən dördə qədər sıralamışlar: talk, barit, kalium çöl şpatı və biotit (mika) tərkibli çöl şpatı kalium. Klotte və dostları bu aşqarları özləri də sınaqdan keçirmiş və çox effektiv olduğunu görmüşlər.10
Göründüyü kimi, istifadə edilən texnika olduqca inkişaf etmişdir. Bu da açıq şəkildə həqiqəti bir daha əks etdirir: keçmişdə ibtidai adlandırılan hər hansı varlıq yaşamamışdır. İnsan ilk olaraq var olduğu gündən bəri düşünmə, danışma, anlama, qavrama, qiymətləndirmə, plan qurma və istehsal qabiliyyəti olan üstün bir varlıqdır. Şəkilləri rəngləmək üçün aşqardan istifadə edən, bu aşqarları hazırlamaq üçün tarik, barit, kalium çöl şpatı və biotit kimi kimyəvi maddələri birləşdirən insanların guya meymunluqdan yeni çıxmış, hələ mədəniləşməmiş varlıqlar olduqlarını iddia etmək ağıla və məntiqə ziddir.
Mağara rəsimlərində istifadə olunan boyalar, kimya təhsili almış bir universitet tələbəsinin belə əldə etməsinin olduqca çətin olduğu bir qarışıq maddə ilə hazırlanmışdır. Çox mürəkkəb tərkibli bu boya qarışıqlarını kimya mühəndisləri ancaq laboratoriyalarda əldə edə bilərlər. Talk, barıt, potasium feldispat və biotit kimi maddələrin istifadəsi ilə əldə edilən boyaların ətraflı bir kimya bilgisi tələb etdiyi aydındır. Bu bilgiyə sahib olan insanları isə “yeni inkişaf etmiş” adlandırmaq mümkün deyil.
Bu rəsimdə sənətkar üçölçülü bir görüntü yaradıb. Üçölçülü görüntü yaratmaq ancaq çox yaxşı sənət və rəsim təhsili almış şəxslərin edə biləcəyi bir texnikadır. Bir çox şəxs bu təfsilatlı sənəti tətbiq edə bilməz.
Tarixləri e.ə 35 min illərə qədər uzanan mağara rəsimlərindəki boyalarda o dövrün insanları manqan oksid, dəmir oksid, dəmir hidroksid, dentin kili (onurğalı heyvanların dişlərindəki kolagen və kalsium duzundan meydana gələn daxili qisim) kimi elementlər və maddələr istifadə edirdilər.Kimya təhsili olmayan bir insandan bu rəsimlərdən hərhansı birindəki boyanı əldə etməsi istənilsə, bu şəxs hansı elementi istifadə edəcəyini, bu elementi haradan necə tapa biləcəyini, hansı elementi hansı ilə necə qarışıdırmaq lazım olduğunu bilməz. Həmçinin qədim dövrün insanlarının sadəcə kimya mövzusunda deyil, heyvan anatomiyası mövzusunda da məlumatlı olduqları anlaşılır. Onurğalı heyvanların dişlərindəki kolagen və kalsium tozlarından ibarət maddələrdən faydalanmaları bunun bir göstəricisidir.
Sağ altdakı at rəsmi Niaux mağarasındakı rəsimlərdən biridir. Aparılan tədqiqatlar bu rəsmin təxminən 11 min il əvvələ aid olduğunu göstərmişdir. Rəsmin bölgədə yaşayan atlarla olan bənzərliyi rəsmi çəkən şəxsin bacarığını göstərməsi baxımından diqqət çəkir. Bu rəsimləri çəkənlərin inkişaf etmiş bir sənət anlayışına sahib olan şəxslər olduğu aydındır. Həmin rəsimlərin mağara divarlarına çəkilməsi bu şəxslərin ibtidai şərtlərdə yaşadığını göstərən bir dəlil deyil. Sadəcə şəxsi seçimlərinə görə kətan olaraq bu divarları istifadə etmələri olduqca yüksək bir ehtimaldır.
Blombos mağarasında tapılan üstdə görünən muncuqlar və tapılan müxtəlif bəzək əşyaları dövrün insanlarının estetikadan anlayan, sənəti bilən, gözəllikdən xoşlanan şəxslər olduğunu göstərir. Bunlar ibtidai varlıqlar tərəfindən meydana gətirilə bilməz.
Cənubi Afrika sahillərindəki Blombos mağaralarında aparılan qazıntılar nəticəsində əldə edilən sübutlar insanın təkamülü ssenarisini bir daha alt üst etdi. “Daily Telegraph” qəzeti mövzu ilə əlaqəli xəbəri “Daş dövrü adamı o qədər də sadəlövh deyildi (Stone Age Man Wasn't So Dumb)” başlığı altında verilmişdi. Məsələn, “BBC News” məsələni belə şərh etmişdi: “Alimlər düşünür ki, bu tapıntı həmin dövr üçün müasir olan düşüncə metodlarının təxmin ediləndən daha çox əvvəl meydana gəlmiş olduğunu göstərir”.11
Blombos mağaralarında bundan 80-100 min il əvvəlinə aid torpaq boya qəlibləri tapılmışdı. Bu qəliblərin həm bədən, həm də sənət əsərlərinin rənglənməsində istifadə edildiyi təxmin edilirdi. Bu tapıntıdan əvvəl alimlər insanın düşünmə, qavrama və istehsal bacarığının inkişaf etdiyini göstərən dəlilərin ən tez 35 min il əvvəl meydana çıxdığını irəli sürürdülər. Tapılan bu qəliblər isə sözü gedən iddianı tamamilə sarsıtdı. Təkamülçü alimlərin guya ibtidai, hətta yarı meymun olaraq adlandırdıqları bu dövrün insanları sanki dövrümüzün insanları kimi qavrama və istehsal etmək qabiliyyətinə malikdir.
Şove mağarası 1994-cü ildə kəşf edildi və tapılan rəsmlər elm aləmində böyük əks-səda doğurdu. Bundan əvvəl, Ardeşdəki (Ardeche) sənət əsərləri, Laskodakı (Lascaux) 20 min illik rəsmlər və yaxud da İspaniyada Altamiradakı 17 min illik əsərlər də marağa səbəb olmuşdu, lakin Şovedəki əsərlər çox-çox əvvələ aid idi. Karbon-14 üsulu ilə aparılan yaşın müəyyən edilməsi nəticəsində, bu rəsmlərin təqribən 35 min illik olduğu məlum oldu. “National Geographic” jurnalında Şovedəki əsərlərlə əlaqədar aşağıdakı şərh verilmişdi:
Mağaranın ilk fotoşəkilləri mütəxəssislər qədər ictimaiyyəti də heyrətləndirdi. On illər ərzində akademiklər incəsənətin ibtidai cızma qaralardan canlı naturalist rəsmlərə doğru mərhələli şəkildə inkişaf etdiyini irəli sürürdülər... Daha məşhur mağaralarda olan rəsmlərin yaşının təxminən iki qatına bərabər yaşlı Şovedəki rəsmlər, sadəcə, tarixdən əvvələ aid incəsənətin mövcud olduğu ən yüksək nöqtəni deyil, eyni zamanda, incəsənətin bizə məlum olan ən qədim başlanğıcını təmsil edirdi. 12
Chauvet mağarasındakı"Atlar Paneli" təxminən 6 metr uzunluğunda olan divar tablosudur. Hücum edən kərkədanlar, atlar, bizonlar, şirlər və uzun buynuzlu bir növ mal sürüsünün çəkildiyi bu şəkil heyranlıq oyandıran bir estetikaya malikdir. Təkamülçülərin ibtidai cızmaqaralar gözlədikləri bir dövrdə sənətin bu dərəcə inkişaf etməsi darvinist iddialara görə açıqlanması mümkün olmayan bir vəziyyətdir.
Mağara rəsimlərindəki inkişaf etmiş sənət anlayışı qarşısında təkamülçü National Geographic jurnalı bu rəsimləri “bizim kimi insanlar” başlığı ilə təqdim etdi.
Chauvet mağarasında qırmızı boya maddəsi istifadə edilərək çəkilmiş leopard rəsmi | Təxminən 6 metr uzunluğundakı paneldən bir hissə görünür. |
Alimlərin araşdırmalarına görə at rəsminin alt qismindəki nöqtələr ayın 29 günlük dövrünü göstərir.
Maral rəsminin altında çəkilmiş 13 nöqtəli silsilə isə Ayın bir ay ərzindəki dövriyyəsinin yarısını təmsil edir.
Münhen Universitetindən tədqiqatçı dr. Mixael Rappenqlük (Micheal Rappenglueck) Lasko mağaralarında apardığı tədqiqatlar nəticəsində bu mağaraların divarlarında olan rəsmlərin astronomik məna daşıya biləcəklərini müəyyən etmişdir. Mağaranın divarlarında olan fiqurlar fotoqrammetriyadan istifadə edilib kompyuter vasitəsilə bir daha təkmilləşdirilmiş və əmələ gələn həndəsi çertyoj dairələrin, bucaqların və düz xətlərin hər birinin bir məna kəsb etdiyini göstərmişdir. Kompyuter vasitəsilə həyata keçirilən hesablamalara ekliptik əyrilik, gecə-gündüz bərabərliyi ilə öz oxu ətrafında dönməsi, ulduzların nizamlı hərəkətləri, Ayın və Günəşin diametrinin və radiusunun ölçüləri, kainatdakı bütün sınma və sıxılmalarla əlaqədar bütün mənalar əlavə edilmişdir. Aparılan tədqiqatlar nəticəsində bu çertyojların bəzi ulduz topalarına və Ayın müəyyən hərəkətlərinə işarə etdiyi aydın olmuşdur. BBC kanalı elm və texnika bölümünə aid mövzu ilə əlaqədar aşağıdakı məlumatları vermişdir:
Mərkəzi Fransada tapılan Lasko mağaralarındakı məşhur divar rəsmlərində tarixdən əvvəlki dövrə aid (gecə vaxtı) göyün xəritəsi kəşf edildi. 16.500 illik tarixə sahib olduğu təxmin edilən xəritə bugünkü günümüzdə yay üçbucağı (summer triangle) olaraq tanınan üç parlaq ulduzu göstərir. Laskodakı cizgilər arasında, ayrıca olaraq, Pleyada ulduz kəhkəşanının da xəritəsi tapıldı... 1940-cı illərdə kəşf edilən divarlar atalarımızın sənət qabiliyyətlərini göstərirdi. Lakin bu gün artıq sözü gedən rəsmlərin atalarımızın elmi biliklərinin səviyyəsini də göstərdiyi aydın olmuşdur.13
Darvinistlərin iddialarına görə, bu rəsmləri çəkənlər guya ağacdan təzəlikcə enən, zehinləri təkmilləşməkdə olan varlıqlardır. Lakin həm bu rəsmlərin sənətkarlıq baxımından dəyəri, həm də son tədqiqatların göstərdiyi nəticələr təkamülçülərin bu iddialarını əsassız edir. Sözü gedən rəsmləri çəkənlər həm üstün estetika anlayışına, həm mütərəqqi sənətkarlıq texnikasına, həm də tədqiqatların göstərdiyinə görə elmi məlumata sahib olan insanlardır.
Lascaux mağaralarındakı inək fiqurları
Lascaux mağaralarındakı bizon fiqurları
Solda - Lascaux mağarasından Rotundanın şimal divarı
Üstdə - Lascaux Mağarasından 17.000 illik heyvan fiqurları
Altda - At fiquru
Rəsimlərdə hərəkətlilik və canlılıq mükəmməl bir şəkildə əks etdirilmişdir. Bu rəsimlər akademik təhsil alan şəxslərin çəkə biləcəyi keyfiyyətdə, olduqca estetik sənət əsərləridir. Belə mükəmməl sənət əsərlərini ortaya çıxaran şəxslərin zehni olaraq geri olduqlarını söyləmək mümkün deyil.
“Ən qədim ay təqvimi təyin edildi” başlığı ilə BBC-in internet saytında yerləşdirilən xəbərdə darvinistlərin cəmiyyətlərin təkamülü iddiasını bir daha darmadağın edən məlumatlar vardır.
Təxminən 7 min illik olan bu zürafə formalı qabartmalar görənlərə sürünün hərəkətdə olduğu hissini verən mükəmməllikdə canlandırılmışdır. Bu əsərin düşünmə qabiliyyətinə malik, mühakimə etməyi bacaran, öz fikirlərini ifadə edə bilən, istehsal qabiliyyətli, incəsənət haqqında anlayışlı insanlar tərəfindən ərsəyə gətirildiyi çox açıq görünür.
Daha bir misal, təxminən 7 min illik bu rəsmdə, musiqi alətində ifa edən bir insan görünür. Yandakı digər şəkildə isə, Botsvanada yaşayan Dzu adlı yerli əhalidən bir nəfərin buna bənzər musiqi alətində ifadə etdiyini görürük. 7 min il əvvəl istifadə edilən bir musiqi alətinə çox oxşayan alətin bugünkü gündə də istifadə edilməsi diqqət çəkir. Bu darvinistlərin iddiasını məhv edən misallardan biridir. Darvinizmin iddia etdiyi kimi mədəniyyət həmişə inkişaf etmir, bəzən də minlərlə il eyni qalır. Bu adam 7 min il ərzində var olan bir musiqi alətini istifadə etməyə davam edərkən, dünyanın o biri ucunda ən son musiqi alətləri ilə simfoniyalar bəstələnir və hər iki mədəniyyət eyni dövrə aiddir.
Soldakı 7 min illik divar rəsmində görünən fleyta çalan insan fiquru dövrün insanlarının musiqi elminə və mədəniyyətinə, beləliklə də inkişaf etmiş zehniyyətə və mədəniyyətə sahib olduqlarını göstərir.
Eramızdan 9000 il əvvələ aid olduğu qəbul edilən Çatalhöyük tarixin ilk şəhərlərindən biri olaraq müəyyən edilir. İlk tapıntılarla birlikdə, arxeologiya dünyasında böyük mübahisələr başlamış, təkamülçü iddiaların əsassızlığı bir daha üzə çıxmışdı. Arxeoloq Ceyms Mellaart (James Melaart) -özünü də heyrətə salan- bölgədəki tərəqqini aşağıdakı kimi izah edir:
Neolit dövrünün ən qabaqcıl cəmiyyətlərindən olan Çatalhöyükdəki mədəni cəmiyyətin sahib olduğu texnoloji xüsusiyyətlər heyranedicidir... Məsələn, obsidiandan (sərt bir vulkanik şüşə növü) olan bir şüşəni necə olur ki, heç cızmadan parıldatmışlar və yaxud da daşdan muncuqlarda polad iynələr vasitəsi ilə belə dəlik açmaq hədsiz çətin olduğu halda, onlar bunu necə bacarmışlar? Nə vaxt və necə misi, qurğuşunu və digər metalları əritməyə başlamışlar? 14
Tapıntılar Çatalhöyükdə yaşayan insanların inkişaf etmiş şəhərsalma anlayışına, planlama, layihələndirmə, hesablama qabiliyyətinə sahib olduqlarını, incəsənət anlayışlarının isə təxmin ediləndən daha çox inkişaf etmiş olduğunu göstərmişdi. Qazıntılar aparan arxeoloji qrupun müasir dövrümüzdəki lideri prof. Yan Hodder (Ian Hodder) burada əldə edilən tapıntıların təkamülçü iddiaları əsassız etdiyini aşağıdakı kimi ifadə edir:
Gəldiyi yeri bilinməyən bir mədəniyyətləri var. Çatalhöyükün coğrafi yerləşməsini də izah etmək olduqca çətindir. Həmin dövrə aid kənar ərazilərlə birbaşa bir əlaqəsi yoxdur… Aşkar edilən mala üzərindəki rəsmlər dövrünə görə çox mütərəqqidir. Bu insanlar bu cür mədəni səviyyəyə haradan və necə gəlib çıxdılar?... Verilməli əsas sual budur: bir qrup insan necə olur ki, bu qədər nəhəng mədəni tərəqqi əldə edə bilmişdir? Bir anda və yoxdan olduqca əhəmiyyətli sənət əsərləri meydana gəlmişdir. Bildiyimizə görə, Çatalhöyükdə əldə edilən mədəni tərəqqidə heç bir təkamül baş verməmişdir.15
Almaniyanın Şöninqen (Schöningen) şəhərində 1995-ci ildə alman arxeoloqu Hartmut Time (Hartmut Thieme) tərəfindən bir sıra taxta qalıntılar tapıldı. Bunlar diqqətlə və məxsusi olaraq düzəldilmiş mizraqlar idi, yəni tapıntı ən qədim ov vasitələri idi. Həmin tapıntılar təkamülçülər arasında böyük çaxnaşmaya səbəb oldu. Belə ki, təkamülçü nöqteyi-nəzərindən sistematik ovçuluq müasir insanın meydana gəldiyi fərz edilən təxminən 40 min il əvvəl başlamış olmalı idi. Hətta bu hekayəyə uyğun olması üçün daha əvvəl tapılan Klakton (Clacton) və Leyrinqen (Lehringen) mizraqları diqqətdən kənar buraxılmış, bunların sadəcə yeri qazmaq üçün istifadə edilən dəyənək və ya qarı qazmaq üçün alət olduğu iddia edilərək yaşları azaldılmış və təkamül yalanını davam etdirməyə cəhd etmişdilər.16
Mizraqların tarixi isə daha qədim dövrü göstərirdi: təxminən 400 min il əvvəl... Bundan əlavə, Şöninqen mizraqlarının yaşı o qədər dəqiq idi ki, mövzu ilə əlaqəli “Nature” jurnalında məqaləsi dərc edilən Şefild Universitetinin arxeoloqlarından Robin Dennel bu mizraqların yaşını dəyişdirməyin və yaxud bunlarla əlaqədar saxta şərhlər verməyin qeyri-mümkün olduğunu aşağıdakı kimi ifadə edirdi:
Lakin, Şöninqen tapıntıları heç bir şübhəyə yer qoymayacaq şəkildə olan mizraqlardır, bunları qar qazan və ya qazma dəyənəkləri kimi qiymətləndirməyin, elektrik burğuların kağız ağırlığında olduğunu iddia etməkdən fərqi yoxdur.17
Bu mizraqların təkamülçü elm adamlarını heyrətə gətirməsinin bir səbəbi də mizraqların düzəldilməsi üçün lazım olan layihələndirmə, hesablama, istehsal texnikasının həmin dövrdə yaşayan guya ibtidai insanlarda olmadığı yanlışıdır. Halbuki, bu mizraqlar layihələndirə bilən və hesablaya bilən, mərhələli düşüncəyə sahib bir zehnin məhsuludur. Hər bir mizraq üçün təxminən 30 yaşlı ladin ağacının gövdəsindən istifadə edilmişdir və hər bir mizrağın uc hissəsi ağacın ən sərt olan yerindən, yəni kökün gövdə ilə bitişdiyi yerdən -özəyindən- hazırlanmışdır. Hər bir mizraq sanki müasir mizraqlarda olduğu kimi, bərabər nisbətdə tərtib edilmişdir; ağırlıq mərkəzi, uc hissənin 1/3-i qədər məsafədədir. Bütün bu xırdalıqlar qarşısında Robin Dennell aşağıdakı şərhi vermişdi:
Bu mizraqlar əhəmiyyətli zaman və qabiliyyət sərfidir. Yəni uyğun ağacın seçilməsi, formasının müəyyən edilməsi və ən son mərhələdə isə lazımı qaydada tərtib edilməsidir. Başqa sözlə, bu insanlar təsadüfi “beş dəqiqəlik” bir mədəniyyətlə yaşamırdılar. Bu insanlarda daha çox üstün bir planlama, inkişaf etmiş layihələndirmə və taxtaya forma vermək üçün səbir görürük və bütün bunlar sadəcə müasir insanlarda görə biləcəyiniz xüsusiyyətlər.18
Mizraqları tapan arxeoloq Time isə aşağıdakıları qeyd etmişdir:
Orta Pleystosen kimi erkən bir dövrdə belə inkişaf etmiş mizraqların istifadə edilmiş olması qədim insanların davranış və mədəniyyətləri haqqında bir çox nəzəriyyənin yenidən baxılması zərurətini yaradır.19
Hartmut Time və Robin Donnellin də ifadə etdiyi kimi, darvinistlərin insanlıq tarixi ilə əlaqədar irəli sürdükləri iddialar həqiqəti ifadə etmir. Həqiqət budur: bəşəriyyət heç vaxt təkamül keçirməmişdir. Keçmişdə tərəqqi etməmiş durğun mədəniyyətlərin olduğu kimi olduqca inkişaf etmiş və mütərəqqi mədəniyyətlər də olmuşdur.
Rəsimlərdə Göbəkli təpədə tapılan T formalı daşlar görünür. Bəzilərinin üzərində şir fiqurları vardır.
Urfa yaxınlığındakı Göbəkli Təpədəki qazıntılarda alimlər tərəfindən misilsiz və bənzərsiz kimi qiymətləndirilən tapıntılar əldə edilmiş, üzərində heyvan təsvirli relyeflərin olduğu, diametri 20 metrdən və hündürlüyü insan boyundan artıq olan nəhəng “T” şəklində sütunlar aşkarlanmışdır. Bu sütunlar dairəvi şəkildə düzülmüşdü. Əslində, elm dünyasını çalxalayan xüsusiyyət isə bu ərazinin yaşıdır: 11 min il əvvəl inşa edilmişdir. Təkamülçü iddiaya görə, dövrün insanları ibtidai daş alətlərlə bu görkəmli abidəni inşa etmişdilər. Bu cür yanlışlığa görə, sözü gedən mühəndislik möcüzəsi bundan 11 min il əvvəl ən ibtidai vasitələrlə işləyən yığıcılıq və ovçuluqla məşğul olan insanların əl işidir. Əlbəttə, bu, inanılması mümkün olmayan bir hekayədir. Həqiqətən də Göbəkli Təpədə arxeoloji qazıntı işlərini aparan qrupa rəhbərlik edən prof. Klaus Şmidt (Klaus Schmidt) də bu həqiqəti aşağıdakı kimi ifadə etmişdir:
Həmin dövrdə yaşayan insanların sanki bugünkü insanlardakı kimi düşünmə qabiliyyəti müşahidə edilir. Onlar bizim həmişə fikirləşdiyimiz kimi ibtidai insanlar deyil. Onların ağacdan enərək mədəniyyət qurmağa çalışan meymunabənzər varlıqlar olduqları düşünülməməlidir. Zəka nöqteyi-nəzərindən baxsaq, bizə oxşar olduqları görünür.20
Bölgədə tapılan bəzi sütunlar üzərində işlənmiş şir motivləri
Göbəkli təpədə tapılan insan heykəli.
Göbəkli təpədə aparılan qazıntı işlərində ortaya çıxarılan çöl donuzu heykəli.
Bu əsərlərin tapıldığı dövr təkamülçülərin “daş dövrü” olaraq adlandırdıqları, sadəcə daş alətlərin istifadə edildiyini iddia etdikləri dövrdür. Tapılan əsərlər isə bu iddianın doğru olmadığını göstərir. Sadəcə daş istifadə edərək bu qayalar üzərində həmin naxışların işlənməyəcəyi, bu heykəlin düzəldilə bilməyəcəyi aydındır. Daşa daşla vuraraq qayanın üzərində bu dərəcə düzgün bir heyvan fiquru çəkmək olmaz. Daşa daşla vurularaq heykəlin gözləri, burnu, ağzı düzəldilə bilməz.
Arxeoloq Klaus Şmidt bu nəhəng ölçüdəki daşların həmin dövrün şərtlərində necə daşındığını, necə formaya salındığını aydınlaşdırmaq üçün qazıntı aparan qrupla birgə bir sınaq keçirmişlər. Bu sınaqda maşınların köməyi olmadan, sadəcə guya tarixdən əvvəlki dövrdə yaşayan insanların istifadə etdiyi ibtidai alətlərlə böyük bir qaya bloku üzərində işləməyə başladılar və onu çox qısa məsafəyə daşımağa cəhd etdilər. Onlar əsl abidədəki daşlara nisbətən daha kiçik ölçülü bir qaya bloku üzərində işləməyi üstün tutmuşdular. Qrupun bir qismi kötük, ip və qol gücü ilə təbii və sadə vasitələr düzəldərək daş üzərində işləməyə başlamış, digərləri isə əllərində daşlarla e.ə. 9000 il əvvəl yaşayan daş ustaları kimi sərt bir yerdə oyuq ovmağa başlamışlar. (Təkamülçü tarix anlayışına görə, həmin günlərdə metal alətlər olmadığına görə, daş dövrünün insanlarının sərt və ucu şiş çaxmaq daşından istifadə edildiyinə inanırlar.) Daşı oymağa çalışan işçilərin 2 saat boyunca dayanmadan davam edəm səyləri nəticəsində, ortaya sadəcə bilinməyən xətt çıxmışdır. Daşı daşımağa çalışan qrupun 4 saatlıq intensiv fəaliyyəti nəticəsində 12 nəfər ağır qaya blokunu sadəcə 7 metr hərəkət etdirə bilmişdilər. Aparılan bu sınaq nəticəsində tək bir daş çevrənin qurulması üçün yüzlərlə işçinin aylarla işləməsi zərurətini göstərir. Bu sadə sınaq belə açıq şəkildə irəli sürür ki, həmin dövrün insanları təkamülçü alimlərin irəli sürdükləri kimi ibtidai şərtlər altında deyil, çox böyük ehtimalla olduqca mütərəqqi imkanlara sahib idilər.
Keçmiş dövrlərdə yaşayan insanlardan geriyə qalan və sıx-sıx rast gəlinən izlərdən biri də dulusçuluq izləridir. Bugün də hələ bir çox insan saxsı qablar düzəltməklə dolanışığını təmin edir.Dövrümüzdən geriyə yalnız saxsı parçaları qalsa və bunları tapan gələcəyin alimləri bizlərin hələ metalişləməni bilməyən geridə qalmış bir mədəniyyət olduğumuzu önə sürsələr, bu iddialarında nə qədər doğruluq olardı?
Təkamülçü ideyanın digər bir ziddiyyəti də bu əsərlərin meydana gəldiyi dövrü “Erkən (akeramik) neolit dövrü” olaraq adlandırmalarıdır. Bu həqiqətə zidd şərhə görə dövrün insanları hələ dulusçuluq məmulatlarını hazırlayacaq texnologiyaya sahib deyildilər. Bu, o demək olur ki, heykəllər düzəldə bilir, nəhəng daşları daşıya bilir, bunları estetik nöqteyi-nəzərdən baxımlı edə bilir, bunların üzərində heyvan təsvirli relyef işləmələr həkk edə bilir, divarları rəsmlərlə bəzəyə bilir, mühəndislik və memarlıq elmindən istifadə edə bilir amma, hələ dulusçuluq məmulatları düzəldə bilmir? Bu, o deməkdir ki, deyilənlər sadəcə təkamülçü ön mühakiməsini müdafiə edə bilmək üçün təkidlə söylənən yalandır. Şübhəsiz ki, sözü gedən əsərlər bu insanların təxmin ediləndən çox daha mütərəqqi bir elmə, texnologiyaya və mədəniyyətə sahib olduqlarını göstərir. Bu “T” şəklindəki böyük sütunların necə istifadə edildiyinin, həmin yerə necə gətirildiyinin bir izahı olmalıdır. Bu da sözü gedən insanların iddia edildiyi kimi, ibtidai olmadıqlarını nümayiş etdirir. Həqiqətən də, “Bilim Teknik” jurnalında dərc olunan bir xəbərdə Göbəkli Təpədə əldə edilən tapıntıların bəşər tarixinə dair geniş yayılmış yanlışlığı aşkara çıxardığı qeyd edilir: “Bu yeni məlumatlar bəşər tarixinə dair mühüm bir yanlışlığı ortaya qoyur”. 21 Bu yanlışlıq bəşər tarixinin təkamül yalanının doğruluğunu şərh etmək üçündür.
Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan izi qalanı da vardır, yerlə-yeksan olanı da. (Hud surəsi, 100)
Pakistanda aparılan qazıntılar bundan 8 min ildən də əvvəl diş həkimlərinin diş çürümələrini plombla müalicə etdiklərini göstərmişdir. Kolumbiya Universiteti arxeoloqlarından Andre Kukina Pakistanda apardığı qazıntıları zamanı bundan 8-9 min il əvvələ aid kəsici dişlərdə kiçik dəliklər görmüşdü. Təxminən 2.5 mm ölçüsündə olan bu kiçik dəliklərin bərabər ölçüdə olmasından heyrətlənən Kukina məsələ ilə araşdırmanı daha da dərinləşdirmişdi. Daha sonra elektron mikroskoplarından istifadə edərək aparılan tədqiqatlar sözü gedən balaca dəliklərin bakteriyalar tərəfindən meydana gətirilməyəcəyi qədər biçimli olduqlarını müəyyən etdi. Yəni bunlar bakteriyalar tərəfindən meydana gətirilən dəliklər deyil, şüurlu müdaxilə ilə açılan dəliklərdir və müalicə məqsədi ilə açılmışdılar. Balaca dəliklərin olduğu dişlərin heç birində çürük izinə rast gəlinməmişdir. Bu isə “New Scientist” jurnalındakı ifadə ilə desək, tarixdən əvvəlki dövrdə diş həkimlərinin öz işlərində müvəffəqiyyətli olduqlarının göstəricisidir. 22
Təkamülçülərin baxışlarına görə, həmin dövr guya insanların meymunlardan hələ təzəlikcə ayrıldıqları, olduqca ibtidai şəraitdə yaşadıqları, hətta dulusçuluq məmulatlarını müəyyən yerlərdə düzəltməyi yenicə öyrəndikləri bir dövrdür. Təkamülçülərə görə, bu cür ibtidai şərtlər altında yaşayan insanların əllərində heç bir texnologiya olmadan bir sıra daş alətlərlə dişlərdə bərabər ölçülü dəliklər açaraq plomb qoyduqları müəmmadır. Açıq-aydın görünür ki, diş müalicəsini həyata keçirən insanlar nə ibtidaidir, nə də ki, ibtidai şəraitdə yaşamışlar. Bunun tam əksi olaraq, xəstəliyə diaqnoz qoya biləcək, müalicə üsullarını təqdim edə biləcək düşüncəyə və bu üsulları tətbiq edə biləcək texniki imkanlara sahibdirlər. Bu da -bir daha- darvinistlərin cəmiyyətlərin ibtidaidən aliyə doğru sürətlə təkmilləşdiyi tezisini əsassız edir.
Neandertal irqindən bir insan tərəfindən hazırlanmış bu fleyta o dövrdə Qərb musiqisinin əsas növü olan yeddi not ölçüsünün istifadə edildiyini göstərir. Fleytanın istehsalı və istifadə edilməsi məlumat təcrübəsi, mədəniyət və bacarıq tələb edir.
İncəsənətin hər bir sahəsi kimi, musiqi də sadəcə insana xasdır. Təqribən bundan 100 min il əvvəl yaşamış insanların musiqiyə marağı sözü gedən insanların günümüzün insanı ilə demək olar ki, bərabər zövqə malik olduğunun başqa bir göstəricisidir. Məlum olan ən qədim musiqi aləti Liviyanın Haua Fteah adlı bölgəsində tapılan və 70.000 ilə 80.000 illik olduğu təxmin edilən quş sümüyündən düzəldilmiş bir fleytadır.23 Bundan əlavə, Şərqi Krımda tədqiqatların aparıldığı “Prolom II” adlı mağarada 41 ədəd tütək tapılmışdır.24 “Prolom II” mağarasının isə 90.000 ilə 100.00 il əvvələ aid olduğu kəşf edilmişdir.25
Lakin bu dövrün insanlarının musiqi məlumatı bununla da bitmir. Bir musiqişünas Bob Fink Şimali Yuqoslaviyadakı bir mağarada arxeoloq İvan Turk tərəfindən 1995-ci ilin iyul ayında tapılan bir ayının bud sümüyündən düzəldilmiş qədim bir sümük fleytadakı dəlikləri analiz etdi. Karbon testinə görə yaşının 43.000 ilə 67.000 il arasında olduğu hesab edilən bu alətin 4 not ifa etdiyini və fleytada yarım tonlar və tam tonların da olduğunu müəyyən etdi. Bu kəşf sözü gedən insanların şərq musiqisinin əsası olan yeddi not ölçüsündən istifadə etdiklərini göstərir. Fleytanı tədqiq edən Fink qədim fleytanın üzərindəki ikinci və üçüncü dəliklər arasındakı məsafənin üçüncü və dördüncü dəliklər arasında olan məsafədən iki qat artıq olduğunu müəyyən etmişdir. Bunun mənası odur ki, birinci məsafə tam notu, onun yanındakı məsafə yarım notu təmsil edir. “Bu üç not inkar edilməz şəkildə diatonik və müasir və yaxud antik standart diatonik bir şkaladakı kimi səs çıxarır26 deyən Fink bunlardan istifadə edənlərin musiqi duyumu və məlumatı olan insanlar olduğunu bir daha göstərir.
Daşa forma vermək üçün dəmir və ya poladdan hazırlanmış müxtəlif alətlər istifadə edilməlidir. Keçmişdə yaşayan cəmiyyətlər də eynilə dövrümüzdəki kimi daşları kəsib şəkilləndirərkən belə alətlər istifadə ediblər.
Bütün bu əsərlər və arxeoloji tapıntılar təkamül nəzəriyyəsi tərəfindən açıqlanması mümkün olmayan bir çox sualı gündəmə gətirir. İnsanların meymunlarla ortaq bir atadan gəldikləri yalanını müdafiə edən darvinizm bu sualların heç birini izah edə bilməz. Məsələn, on minlərlə il əvvəl guya xırıltılar çıxararaq heyvani həyat tərzi keçirdiklərini iddia etdikləri meymunabənzər varlıqların haradan və necə sosiallaşmağa başladıqları sualı təkamülçülər üçün çox çıxılmaz vəziyyətdir. Bu meymunabənzər varlıqların niyə ağacdan endikləri, necə iki ayaq üzərində durmağa başladıqları, ağıllarının və bacarıqlarının hansı formada inkişaf etdiyi kimi suallar qarşısında təkamül nəzəriyyəsi elmi və ağıllı cavablar verə bilməz. Bu mövzuda irəli sürülən izahlar yalnız bir sıra ön mühakimələrdən və təxəyyül məhsulu olan hekayələrdən ibarətdir.
Təkamülçülərdən soruşsaq ki, budaqdan budağa dırmanaraq ağacda gəzən meymunlara nə oldu ki, onlar yerə enməyə qərar verdilər? Bunu iqlim şərtlərinə görə zəruri olduğu səbəbdən olduğu cavabını verirlər. “Digər meymunlar da onları təqlid edərək yerə enə bildikləri halda, niyə budaqlarda gəzməyi üstün tutdular?”, “Bu iqlim şərtləri niyə sadəcə bir sıra meymuna təsir etmişdi?”, “Eyni iqlim şərtlərində yaşayan digər meymunları yerə enməyə mane olan nədir?” kimi ilk ağıla gələn bir çox sual isə təkamül nəzəriyyəsi tərəfindən ağıllı və məntiqli şəkildə cavablandırıla bilməz. “Yerə enən meymunlar necə oldu ki, iki ayağı üzərində gəzməyə başladı?” -deyə bir sual versəniz, təkamülçülər bu suala da özlərinə görə məxsusi tərzdə cavab verməyə çalışacaqlar. Məsələn, bəzi təkamülçü alimlər digər vəhşi heyvanlardan qorunmaq məqsədi ilə bu meymunların arxa ayaqları üstdə dik durmağa qərar verdiklərini deyirlər. Amma bu izahların heç birinin elmi əsası yoxdur.
Təkamülçülərin nəzəriyyələrini müdafiə edəcək heç bir elmi dəlil yoxdur
Təkamülçülər insanın meymunlarla ortaq bir atadan təkamülləşdiyi iddiasını dəlilsiz olaraq qəbul edirlər, lakin bu təkamülün necə olduğu sualına “bilmirik, bəlkə gələcəkdə bir gün başa düşərik” şəklində heç bir elmi dəyəri olmayan bir cavab verirlər. Məsələn, təkamülçü paleoantropoloq Elaine Morgan bu etirafları etmişdir:
İnsanlarla (insanın təkamülü ilə) bağlı ən mühüm dörd sirr bunlardır: 1) Niyə iki ayaq üzərində gəzirlər? 2) Niyə bədənlərindəki sıx tüklər yoxa çıxıb? 3) Niyə belə böyük beyin inkişaf etdirdilər? 4) Niyə danışmağı öyrəndilər? Bu suallara veriləcək standart cavablar belədir: 1) Hələ bilmirik 2) Hələ bilmirik 3) Hələ bilmirik 4) Hələ bilmirik. Suallar daha da artırıla bilər, amma cavabların sabitliyi heç dəyişməyəcək. (Elaine Morgan, The Scars of Evolution, New York: Oxford University Press, 1994, s. 5)
Arxeoloq Maykl A. Kremo (Michael A. Cremo) və Riçard Tomson (Richard L. Thompson) tərəfindən hazırlanan Qadağan olunmuş arxeologiya kitabında təqdim edilən dəlillər təkamülçülərin irəli sürdükləri insanın tarixi mövhumunu alt-üst etdi. Bu tapıntılar təkamülçü anlayışına görə, heç gözlənilməyən dövrlərdə gözlənilməz tapıntıları aşkara çıxardı. Məsələn, 1950-ci illərdə Kanada Beynəlxalq Muzeyində tədqiqatçı Tomas E. Li Huron gölünün şimalında, Şegiandadakı buzlaqlardan qalan çöküntülərin içərisində təkmilləşmiş daş alətlər tapmışdır. Bunların yaşlarının 65 min ilə 125 min il arasında olduğu aşkar olunduğu zaman nəticələrin elan edilməsi təxirə salınmışdır. Çünki elm dünyasına hakim olan yanlışlığa görə, Şimali Amerikaya ilk insanların köçü 120 min il əvvəl Sibirdən olmuş və bunun daha əvvəl olduğunu iddia etmək mümkün deyildi. .
Kitabda verilən başqa bir misal isə belədir: Karlos Ameqino (Carlos Ameghino) Argentinanın Miramar ərazisində arxeoloq Pliosen dövrünə aid korlanmamış 3 milyon illik süxur törəmələrində bola daşları tapmışdır. Eyni qatda artıq Cənubi Amerikada nəsli kəsilmiş bir Şimali Amerika məməlisinin sümüyü tapılmışdır. Bu sümüyün içinə sancılmış şəkildə bir çaxmaq daşından ox ucu da tapılmışdı. Daha sonra bir başqa tədqiqatçı eyni təbəqədə insan çənəsinin parçasını tapdı. Halbuki, darvinistlərə görə, bola daşları və ox ucları düzəldə bilən insanlar ancaq 100-150 min il əvvəl meydana gəlmişdilər. Dolayısilə, 3 milyon il əvvələ aid bola daşları bu daşların içində tapılan sümüklər və ox ucu təkamülçülər üçün izah olunması mümkün olmayan qazıntılardır. Bu vəziyyət təkamül nəzəriyyəsinin elmi tapıntılarla uyğunsuzluğunu bir daha göstərir.28
İngilis tədqiqatçı-yazıçısı Maykl Beycent (Michael Baigent) isə “Qədim izlər” (Ancient Traces) adlı kitabında 1891-ci ildə 260-320 milyon illik bir qızıl zəncirin tapıldığını izah edir. Bu zəncirin 8 karat qızıl və 16 karat başqa bir metalın əridilərək qarışığından hazırlanmış olduğu məlum olmuşdur. Bir kömür parçasının içindən çıxan bu qızıl zəncirinin orta hissəsi xeyli köhnələrək aşınmış, lakin uc hissələri yaxşı vəziyyətdə idi və iki ucu bir-birinə sıx bağlı idi. Aşınmış hissənin, kömür içində nəzərəçarpacaq dərəcədə basılmış izi qalmışdır. Bütün bunlar tapılan zəncirin kömür parçası qədər qədim olduğunu göstərir. Kömürün çıxarıldığı mədəndəki yataqların tarixi isə 260-320 milyon il arasındadır.(Cremo and Thompson, Forbidden Archaeology, s. 392) Təkamülçülərin insanın belə olmadığı iddia etdikləri bir dövrdə mədəniyyətin əhəmiyyətli göstəricilərindən biri olan qızıl bəzək əşyasının tapılması təkamülçülərin çəkdiyi bəşəriyyət tablosunu yerlə-yeksan edir.
Bir cəmiyyətdə qızıl istifadə edilirsə, bəzək əşyaları meydana gəlirsə, bu, həmin cəmiyyətin mədəni həyat tərzi sürməsinin əhəmiyyətli dəlilidir. Bundan əlavə, qızıl zəncirin düzəldilə bilməsi həm peşəkarlıq, həm də texniki təchizat tələb edən bir işdir. Daş alətlərdən istifadə edilib xam qızıldan biçimli zəncirin düzəldilməsi qeyri-mümkündür. Açıq-aydın görünür ki, günümüzdən milyonlarla il əvvəl yaşayan insanların da bəzək əşyaları və cavahirat haqqında anlayışları var idi, estetikadan zövq alır, insan kimi həyat sürürdülər.
Bəşər tarixinin təkamülü nəzəriyyəsini darmadağın edən tapıntılardan biri də 378 milyon illik olduğu təxmin edilən dəmir mismar parçasıdır. Ser Devid Brüster (David Brewster) tərəfindən Britaniya Elmi Assosiasiyasına (əvvəlki adı- British Association for the Advancement of Science) təqdim etdiyi hesabatda qeyd etdiyi məlumata görə, mismar qum daşının içində tapılmışdır. Qumdaşının çıxarıldığı daş yatağı erkən Devon dövrünə aiddir, bu da təxminən 378 milyon il yaşındadır. (Brewster, Queries and Statements Concerning a Nail Found Embedded in a Block of Sandstone, II, s. 51)
Burada sadəcə bir neçə misalı verilən qazıntılar insanın təkamülçülərin iddia etdiyi kimi heç vaxt yarı-heyvan, yarı-insan bir varlıq olmadığını, qəti şəkildə heyvani həyat tərzi keçirmədiyini göstərir. Maykl Beycent bənzər misalları saydıqdan sonra mövzu ilə əlaqədar belə bir şərh vermişdir:
... Bəllidir ki, bu verilənlərin heç biri dünya tarixi ilə əlaqədar klassik mühafizəkar elmi anlayış tərəfindən izah edilə bilməz... Əslində, bu dəlillər -yalnız tanış olduğumuz misalların biri belə- göstərir ki, yer üzərində müasir insan çox uzun müddətdən bəri yaşayır.
Beycentin klassik mühafizəkar olaraq müəyyən etdiyi təkamülçü düşüncə tərzi, həqiqətən də, bu tapıntılar qarşısında çarəsizdir. Arxeologiya tarixi bunun kimi minlərlə misallarla doludur. Lakin təkamülçü zehniyyət bu əhəmiyyətli misalları səylə xalqdan gizləyir, özü isə görməzlikdən gəlir. Darvinistlər ideologiyalarını nə qədər mühafizə etməyə çalışsalar da, təkamülün bir yalan olduğu, yaradılışın isə rədd edilməsi mümkün olmayan elmi bir həqiqət olduğu bütün dəlilləri ilə ortadadır. Allah insanı yoxdan yaratmış, ona ruhundan üfləmiş və bilmədiklərini öyrətmişdir. Allah`ın ilhamı ilə insan var olduğu ilk gündən bu yana insan kimi həyat tərzi keçirir.
Aparılan araşdırmalar minlərlə il əvvəl yaşayan insanların hazırkı dövrdə kəndlərdə istifadə edilən alətlərə oxşar alətlərdən istifadə etdiyini göstərir. Hazırkı Fələstin torpaqlarında e.ə. 15.000 il əvvələ aid olan “Ayn Gev 1” adlı qazıntıların aparıldığı yerdə yaşayış məskəni kimi istifadə edilən kürə şəkilli bir daxmanın özülündə taxıl üyütmə daşları, daş həvəngdəstə və oraqlar tapılmışdır. Bu alətlərin ən qədim olanları e.ə. 50.000 ildən daha əvvəlki dövrlərə aiddir.29
Qazıntılar zamanı tapılan bütün bu əşyalar insan oğlunun ehtiyaclarının hər dövrdə eyni olduğunu və -sahib olduqları texnologiya ilə düz mütənasib olmaqla birlikdə -tapdıqları çıxış yollarının də bir-birinə bənzədiyini göstərir. Taxıl üyütmə daşları, həvəngdəstə, oraq kimi hazırkı dövrümüzdə kəndlərdə ən çox istifadə edilən və ehtiyac duyulan alətlərdən həmin dövrdə də istifadə edilmişdi.
1. L.S.B.Leakey, İnsanın Ataları, Türk Tarih Kurumu Yayınları: Ankara, 1988, sf.8
2. Abram Kardiner, Posthumous Essays by Branislau Malinowski isimli yazının özeti, Scientific American, June 1918, sf.58
3. Melville Herskovits, Man and His Works, Knopf: NY, 1950, sf. 467
4. Melville Herskovits, Man and His Works, Knopf: NY, 1950, sf.476
5. Roger Lewin, The Origin of Modern Humans, W.H. Freeman and Company, New York, 1993, sf. 148
9. Roger Lewin, The Origin of Modern Humans, W.H. Freeman and Company, New York, 1993, sf. 193
10. Roger Lewin, The Origin of Modern Humans, W.H. Freeman and Company, New York, 1993, sf. 193
12. National Geographic, Ağustos 2001, sf. 156
14. http://www.goldenageproject.org.uk/108catalhuyuk.html
15. Fenomen, 15 Eylül 1997, sf. 45
16. Robbin Dennell, "The World's Oldest Spears", Nature 385, Feb. 27, 1997, sf. 767
17. Robbin Dennell, "The World's Oldest Spears", Nature 385, Feb. 27, 1997, sf. 767
18. Robbin Dennell, "The World's Oldest Spears", Nature 385, Feb. 27, 1997, sf. 767
19. Robbin Dennell, "The World's Oldest Spears", Nature 385, Feb. 27, 1997, sf. 767
20. Taş Devrinde Yaşam, Terra X Belgeseli, TRT
21. Bilim ve Teknik, Eylül 2000
22. New Scientist, 11 Nisan 2001
23. Glynn Isaac, Barbara Isaac, The Archaeology of Human Origins, Cambridge University Press: Cambridge, 1989, sf.71; C.B.M Mc Burney, Haua Fteah, Cambridge University Press: Cambridge, 1967, sf.90
24. Vadim N.Stpanchuk, "Prolom II, A Middle Palaeolithic Cave Site in the Eastern Crimea with Non-Utilitarian Bone Artefacts", Proceedings of the Prehistoric Society 59, 1993, sf. 17-37, sf. 33- 34.)
25. Paul Mellars, The Neandertal Legacy, Princeton: University Press, 1996, sf. 17 ve Vadim N. Stpanchuk, "Prolom II, A Middle Palaeolithic Cave Site in the Eastern Crimea with Non-Utilitarian Bone Artefacts", Proceedings of the Prehistoric Society 59, 1993, sf. 17-37, sf. 17)
26. Neandertals Lived Harmoniously, The AAAS Science News Service, 3 April 1997
27. Ruth Henke, "Aufrecht aus den Baumen", Focus, Cilt 39, 1996, s. 178
29. John Baines ve Jaromir Malek, Eski Mısır Medeniyeti, İletişim Yayınları, İstanbul, 1986, Giriş Bölümü