Avqust Komte (August Comte), Herbet Spenser (Herbert Spencer), Levis Henri Morqan (Lewis Henry Morgan) kimi ideoloqlar tərəfindən müxtəlif dövrlərdə irəli sürülən və daha sonra Çarlz Darvinin nəzəriyyəsi ilə birləşdirilən sosial mədəni təkamül anlayışındakı yanlışlıqlara uyğun olaraq bütün cəmiyyətlər ibtidaidən aliyə doğru bir təkamül keçirir. 19-cu əsrin sonlarında inkişaf edən və Birinci Dünya Müharibəsi dövründə təsirini getdikcə artıran bu yanlışlıq sonrakı illərdə irqçilik, müstəmləkəçilik, yevgenika kimi bir çox qəddar cərəyan və təcrübələrin guya elmi əsasını təşkil edirdi. Dünyanın müxtəlif bölgələrində yaşayan fərqli mədəniyyətlərə, rənglərə, fiziki xüsusiyyətlərə sahib olan müxtəlif xalqlar bu cür elmdən kənar anlayışı irəli sürərək insanlıqdan kənar davranışlara səbəb oldular.
Dövrümüzdə çox üstün mədəniyyətlərlə yanaşı, olduqca geridə qalmış mədəniyyətlər də varlığını davam etdirir. Lakin cəmiyyətlərin sahib olduqları texnoloji imkanların geniş və ya məhdud olması bir cəmiyyətin digərindən zehni və fiziki olaraq daha inkişaf etmiş və ya geridə qalmış bir növ olduğunu göstərmir.
Adam Ferqüson (Adam Ferguson), Con Millar (John Millar), Adam Smit (Adam Smith) kimi yazıçı və mütəfəkkirlər bütün cəmiyyətlərin dörd əsas mərhələdən keçərək guya təkamülə uğradıqlarını irəli sürürdülər. Bu dörd mərhələ bunlardır: ovçuluq və yığıcılıq, heyvandarlıq, əkinçilik və son olaraq ticarət. Təkamülçü iddialara görə, guya meymunabənzərlikdən yeni çıxmış ibtidai insan düzəltdiyi sadə alətlərlə sadəcə ov edir və ətrafındakı bitkiləri, meyvələri və s. yığırdı. Zehni və bacarığı daha da inkişaf etdikcə heyvanları əhliləşdirməyə başladı, daha sonra isə əkinçiliklə məşğul ola biləcək qədər inkişaf etdi və ən son olaraq da ticarətlə məşğul ola biləcək zəka və bacarığa sahib oldu. Lakin arxeologiya və antropologiya kimi elm sahələrində baş verən irəliləyişlər və əldə edilən tapıntılar “mədəni və ictimai təkamül hekayəsinin” əsas iddiasının əsassız olduğunu göstərdi. Bütün bunlar materialistlərin insanı ağılsız heyvanlardan təkmilləşmiş bir canlı kimi göstərmə və fəlsəfi olaraq inandıqları bu nağılı elmdə yerləşdirmə cəhdindən başqa bir şey deyil.
Aydındır ki, insanların ovçuluq və ya əkinçiliklə güzəranlarını təmin etməsi onların zehni bacarıq baxımından daha inkişaf etmiş və yaxud geridə qalmış olmalarını göstərmir. Yəni ovçuluqla öz yaşayışlarını təmin edən bir cəmiyyət daha geridə qaldığı üçün və zehni cəhətdən guya meymunlara daha yaxın olduğu üçün ovçuluqla məşğul olmur. Yaxud da bir cəmiyyətin əkinçiliklə məşğul olması onun meymunabənzərlikdən uzaqlaşdığı demək deyil. Cəmiyyətlərin məşğuliyyətləri insanların bir başqa canlıdan törədiyini göstərən ünsürlər də deyil. Bu məşğuliyyətlər guya təkamül müddəti ərzində zehni və bacarıq baxımından daha inkişaf etmiş fərdləri meydana gətirmir, yəni bir canlı növünü meydana gətirmir. Hazırkı dövrdə də texnologiya baxımından geridə qalmış bir çox qəbilə yalnız ovçuluq və yığıcılıqla məşğul olur. Lakin bu vəziyyət onların daha az insana bənzədiklərini göstərmir. Eyni vəziyyət bundan yüz minlərlə il əvvəl yaşayan insanlar üçün olduğu kimi, bundan on minlərlə il sonra yaşayacaq insanlar üçün də qüvvədədir. Nə keçmişdə yaşayanlar ibtidai insanlardır, nə də gələcəkdə yaşayanlar daha inkişaf etmiş fərqli bir növ olacaq.
İnsanların ovçuluqla və ya əkinçiliklə dolanışıqlarını təmin etmələri onların zehni bacarıqları baxımından daha inkişaf etmiş və ya geridə qalmış olduqlarını göstərmir. Yəni ovçuluqla dolanan bir cəmiyyət daha geri və zehni olaraq meymunlara daha yaxın olduğu üçün ovçuluqla məşğul olmur. Ya da bir cəmiyyətin əkinçiliklə məşğul olması onun meymun xüsusiyyətlərindən uzaqlaşdığı demək deyil. | Bu şəkildəki ibtidai varlıqlar heç vaxt yaşamayıblar. Bu və bunabənzər rəsimlər darvinist alimlərin xəyal məhsulu təsvirləridir. Heç bir elmi dəyərləri yoxdur. |
Yaşayış formasından asılı olaraq, cəmiyyətlərə bir təkamüli mədəniyyət tarixi yazmaq qeyri-elmi bir nəzər nöqtəsidir. Bu nəzər nöqtəsi arxeoloji qazıntılarda əldə edilən bəzi tapıntıların darvinist elm adamlarının fikrinə görə materialist ideologiyasının ön mühakiməsinə uyğun olaraq şərh edilməsinə əsaslanır. Bu batil inanca görə, daş alətlərdən istifadə edən insanlar xırıltılı səslər çıxaran, dizləri və beli bükülmüş şəkildə yeriyən heyvanabənzər davranışlı meymun adamlar olduqları fərz edilirdi. Halbuki, tapılan heç bir tapıntı onlardan istifadə edənin zehni bacarığının həcminə dair dəqiq dəlil ola bilməz. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu, bir təxəyyül məhsuludur; məsələn, günümüzdən yüz min il sonra bu dövrə aid müxtəlif şəkillərdəki müasir sənət əsərləri tapılmış olsa və gələcəkdəki insanların günümüzə aid başqa heç bir tapıntıları olmasa, böyük ethimalla bu əsərlərə əsaslanaraq müasir dövrümüzün insanları və malik olduqları texnoloji imkanlar haqqında çox fərqli şərhlər verə bilər və təsvirlər canlandıra bilərlər.
Xalqların təkamülü iddiası, göründüyü kimi, heç bir elmi dəlilə əsaslanmayan xəyali hekayələrdən ibarətdir. Və bu hekayələrin əsası insanın guya meymunabənzər bir zehnə sahib olduğu yanlışlığını müdafiə edən elmdən kənar nəzər nöqtəsidir. Harvard Universitetinin təkamülçü antropoloqu Uilyam Hovels (William Howells) bu həqiqətlə bağlı belə etiraf etmişdir:
Təkamül nəzəriyyəsi orqanizmlə bağlı olmayan, lakin davranışla bağlı olan digər sualları doğurur. Bunlar fəlsəfə ilə bağlıdır, [elmi] həqiqətləri tapmaq çox çətindir. Davranış kəllə sümüyü kimi daşlaşa bilməz və ya daşdan alətlər kimi günümüzə qədər gəlib çatmaz və belə olan halda, bizdə [qədim dövrlərdə] nələrin baş verdiyinə dair çox az işarələr var, ehtimalların sınaqdan keçirilməsi isə imkansızdır.30
Bundan başqa, son vaxtlarda sosial alimlərin böyük əksəriyyəti təkamülçü baxışın yanlışlıqlarını qəbul edir. Bu elm adamları sosial təkamül nəzəriyyəsinin aşağıdakı məqamlarda elmlə ziddiyyət təşkil etdiyini deyirlər:
Keçmiş sivilizasiyalara dair tapıntılar təkamül nəzəriyyəsinin “ibtidaidən aliyə doğru” iddialarını təsirsiz edir. Tarixin axınını tədqiq etdiyimiz zaman qarşımıza çıxan həqiqət insanın hər zaman günümüzün insanı ilə eyni zəkaya və yaradıcılığa sahib olmuş olmasıdır. Yüz minlərlə il əvvəl yaşamış insanların ərsəyə gətirdiyi əsərlər və qoyduqları izlər təkamülçü iddialardan tamamilə fərqli mənalar daşıyır. Bu izləri tədqiq etdiyimiz zaman görürük ki, keçmişdə yaşayan insanlar da zəka və bacarıqlarına uyğun olaraq yaşadıqları hər bir dövrdə yeni kəşflər etmiş, ehtiyaclarını qarşılamış və öz mədəniyyətlərini qurmuşlar.
Göndərilən elçilər çevrəsində yaşadığı millətin böyük dəyişikliklər vasitəsi ilə inkişafına və tərəqqisinə səbəb olmuşlar. Peyğəmbərlər Allah`ın ilhamı ilə dərin elmi biliyə sahib olmuşlar. Məsələn, hz. Nuh gəmiqayırma texnologiyasını bilirdi. Quranda olan məlumata əsasən, hz. Nuhun inşa etdiyi gəminin buxarlı bir gəmi olduğu aydın olur. (Doğrusunu Allah bilir.) Bu məlumata ayətdə göstərilən “...təndir qaynadığı zaman ” ifadəsi ilə diqqət çəkilir.
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların) hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Onunla birlikdə az adam iman gətirmişdi. (Hud surəsi, 40)
Təndir hal-hazırda müxtəlif regionlarda istifadə edilən bir cür ocaqdır. Qaynamaq (ərəbcə fəvrat feli) fışqıraraq qaynamaq mənasını verir. Hz. Nuhun gəmisinin təndirin qaynaması ilə, yəni ocağın (qazanın) qaynaması ilə hərəkət etməyə hazır vəziyyətə gəldiyi aydın olur. Bundan başqa, Elmalılı Hamdi Yazırın təfsirində hz. Nuhun gəmisinin “qazanla işləyən, yəni bir cür buxarlı gəmi” olduğu izah edilir:
Tennur: lüğətdə elə bir qapalı ocaq, sobadır ki, türk dilində “təndir” kimi istifadə edilir. Qaynamaq (fəvrat) kəliməsi də güclü və şiddətlə qaynamaq və fışqırmaq deməkdir... Yəni gəmi yelkənli bir gəmi deyil, qazanla işləyən bir paroxodun xüsusiyyətlərinə malikdir.
Hz. Süleyman dövründə də bu müqəddəs peyğəmbər vəsiləsi ilə elm, incəsənət və texnologiyada çox əhəmiyyətli irəliləyişlər olmuşdur. Məsələn, Quranda hz. Süleyman dövründə təyyarə kimi sürətli nəqliyyat vasitələrindən istifadəyə işarə edilir:
Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra (yenə) bir aylıq məsafəni qət edən küləyi də Süleymana (ram etdik). (Səba surəsi, 12)
Bu ayəti-kərimdə olduqca uzaq məsafələrə hz. Süleyman dövründə qısa müddətə çata bildiyinə diqqət çəkilir. Bu, günümüzdəki təyyarə texnologiyasına bənzəyən bir texnologiyadan istifadə etməklə küləklə hərəkət edən vasitələrə işarət edir. (Doğrusunu Allah bilir.) Bundan başqa, Quranda hz. Süleyman dövründə qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən qazanlar düzəldildiyi xəbər verilir.
(Cinlər) onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! şükür edin! Qullarımdan şükür edəni azdır. (Səba surəsi, 13)
Bu ayədən hz. Süleymanın çox mütərəqqi inşaat və memarlıq texnologiyasından istifadə etdiyi başa düşülür.
Quran ayəsində hz. Süleymanın əmrində bina ustaları və dalğıcların olduğu bildirilmişdir:
Həmçinin şeytanlardan olan müxtəlif bənnaları, dalğıcları (Sad surəsi, 36-37)
Dalğıc cinlərin hz. Süleymanın əmrində olması o dövrdə dəniz altındakı sərvətlərdən istifadə edilməsinə işarədir. Dəniz altındakı neft, qızıl kimi qiymətli mədənlərin çıxarılaraq işlənilməsi və insanlar üçün faydalı və yararlı şəklə salınması üçün çox yüksək texnologiya lazımdır. Hz. Süleymanın dövründə bu texnologiyadan istifadə edildiyinə diqqət yönəldilir.
Başqa bir Quran ayəsində isə hz. Süleymanın mis qaynağını sel kimi istifadə etdiyi xəbər verilmişdir (Səba surəsi, 12). Ərimiş misin istifadəsi ilə hz. Süleyman dövründə elektrik enerjisindən istifadə edilən yüksək texnologiyanın varlığına işarə edilir. Bildiyimiz kimi, mis cərəyan və temperaturu yaxşı keçirən metallardan biridir və bu xassəsinə görə, elektrik sənayesinin əsasını təşkil edir. Ayədə verilən “sel kimi axıtdıq” ifadəsi ilə güman olunur ki, hz. Süleyman dövründə yüksək miqdarda istehsal olunan elektrikin texnologiyada bir çox sahələrdə istifadə edildiyinə diqqət çəkilir. (Doğrusunu Allah bilir.)
Quran surələrində hz. Davudun da dəmiri işlətdiyi və zireh sənətini çox yaxşı bildiyi məlum olur. Ayələrdə bu cür xəbər verilir:
…Biz dəmiri onun üçün yumşaltdıq. (Sonra buyurduq:) “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. Yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”. (Səba surəsi, 10-11)
Quranda hz. Zülqərneynin iki dağ arasına dövrün cəmiyyəti tərəfindən aşıla bilməsi və yarılması mümkün olmayan bir sədd inşa etdiyi xəbər verilir. Ayədə bildirildiyinə görə, hz. Zülqərneyn bu səddi inşa edərkən dəmir kütlələrdən və əridilmiş misdən istifadə etmişdir:
“Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını (dəmir parçaları ilə) doldurduqda: “Körükləyin!”– dedi. (Dəmir) közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”– dedi. (Kəhf surəsi, 96)
Bu məlumat hz. Zülqərneynin dəmirbeton texnologiyasından faydalandığına işarə edir. İnşaat sektorunda istifadə edilən ən möhkəm material dəmirdir. Binaların və ya körpü, bənd kimi memarlıq əsərlərinin möhkəmliyinin artırılması üçün mütləq dəmirdən istifadə edilməlidir. Ayədən belə aydın olur ki, hz. Zülqərneyn də dəmirləri uc-uca gətirmiş və üzərinə tökülən material ilə möhkəm bir dəmir-beton struktur inşa etmişdir. (Doğrusunu Allah bilir.)
Mərkəzi Amerikanın qədim sivilizasiyalarının yazılarında isə bəyaz geyimdə, hündürboy, saqqallı bir şəxsdən bəhs edilir. Bu yazılarda qısa bir müddət ərzində tək İlah inancının yayıldığı və incəsənət və elmdə ani bir inkişafın meydana gəldiyi bildirilir.
Qədim Misir cəmiyyətinə hz. Yaqub, hz. Yusif, hz. Musa, hz. Harun kimi bir çox peyğəmbər göndərilmişdir. Misir mədəniyyətinin incəsənət və elmdə müəyyən dövrlərdə yaşadığı sürətli inkişafa bu elçilərin və onlara inanan insanların böyük təsiri olmuş ola bilər.
Quranı və Peyğəmbərimizin (səv) sünnəsinə riayət edən müsəlman alimlər də astronomiya, riyaziyyat, həndəsə, tibb kimi elmi sahələrdə çox əhəmiyyətli kəşflər həyata keçirmişlər. Bu məlumatların vəsiləsi ilə elmdə və ictimai həyatda böyük dəyişikliklər və çox əhəmiyyətli irəliləyişlər olmuşdur. Bu müsəlman elm adamları və tədqiqatlarından bəziləri belədir:
Əbdüllətif əl-Bağdadi anatomiyaya aid tədqiqatları ilə tanınır. Alt çənə və döş sümüyü kimi orqanizmdəki bir çox sümüyün anatomiyası haqqında keçmişdə buraxılmış səhvləri düzəltmişdir. Bağdadinin “Əl-ifadə vəl-etibar” adlı əsəri 1788-ci ildə tərtib edilərək latın, alman və fransız dillərinə tərcümə edilmişdir. “Makalatün fil-havas” adlı əsəri isə beş duyğu orqanının tədqiqindən bəhs edir.
İbn Sina bir çox xəstəliklərin müalicə üsullarını açıqlamışdır. Ən məşhur əsəri olan “Əl-qanun fit-tibb” ərəbcə yazılmış və 12-ci əsrdə latın dilinə tərcümə edilərək Avropa universitetlərində 17-ci əsrə qədər əsas dərslik kimi qəbul edilmiş və oxunmuşdur. “Əl-qanun fit-Tibb”də bəhs olunan tibbi biliklərin böyük əksəriyyəti bu gün belə öz aktuallığını qoruyub saxlamışdır.
Zəkəriyyə Qəzvini Aristoteldən bəri davam edən beyin və ürəklə bağlı bir çox səhv fikriləri darmadağın etmişdir. Ürək və beyinlə bağlı məlumatları bu gün bizdə olan məlumatlara olduqca yaxındır.
Zəkəriyyə Qəzvini, Həmdullah Müstəvli əl-Qəzvini (1281-1350) və İbnün-Nəfisin anatomiyaya aid tədqiqatları müasir tibb elminin əsasını formalaşdırmışdır.
Əli bin İsanın üç cildlik göz xəstəliklərinə dair yazdığı “Təzkirətül-kəhhalin fil-ayn və əmraziha” adlı əsərinin birinci cildi tamamilə gözün anatomiyasına həsr edilərək çox dəyərli məlumatları əks etdirir. Bu əsər daha sonralar latın və alman dillərinə tərcümə edilmişdir.
BiruniQalileydən 600 il əvvəl dünyanın dövr etdiyini sübut etmiş, Nyutondan 700 il əvvəl yer kürəsinin səthini hesablamışdır.
Əli Quşçu ayın fazaları haqqında əhəmiyyəti böyük olan tədqiqatlar aparmış, mövzu ilə əlaqədar bir kitab çıxarmışdı. Ay haqqındakı tədqiqatları özündən sonrakı dövrlərdə yaşayanlar üçün istiqamət vermişdir.
Sabit Bin KurraNyutondan əsrlər əvvəl diferensial hesabı kəşf etmişdir.
Bəttanininapardığı astronomik müşahidələrin doğruluğu özündən sonrakı alimləri heyran qoymuşdur. 533 ulduzu müşahidə etmiş, Günəşin Yerdən ən uzaq olduğu məsafəni düzgün şəkildə hesablamışdır. Triqonometriya haqqında apardığı tədqiqatlar və hesablamalarla riyaziyyat sahəsində öncüllərdən olmuşdur.
Əbul Vəfa isə triqonometriyaya sekans və kosekans terminlərini qazandırmışdır.
Xarəzmiilk cəbr kitabını yazmışdır.
Məğribi“Tühfətül-ada” adlı kitabında üçbucaq, dördbucaq, dairə və digər həndəsi fiqurların səthinin ölçülərini tapmaq üçün metodlar göstərmişdir.
İbni-Heysəm optik elmin qurucusudur. Rocer Bakon və Kepler onun əsərlərindən faydalanmış, Qaliley də onun əsərlərindən faydalanaraq teleskopu kəşf etmişdir.
Kindiisə Eynşteyndən 1100 il əvvəl nisbi fizika və nisbilik nəzəriyyəsini ortaya atmışdır.
Paster'dən təxminən 400 il əvvəl yaşayan Ağşəmsəddin mikrobları ilk olaraq tanıdan italyan həkimi Frakastorodan təxminən 100 il əvvəl mikrobların varlığından bəhs etmişdir.
Əli bin Abbas əl-Məcusi 10-cu əsrdə yazdığı “Kamil əs-Sina`a ət-Tibbiyyə” kitabı ilə tibb elminin öncülü olmuş, əsəri bir çox xəstəliyin müalicəsində əsas istinad mənbəyi kimi qəbul edilmişdir.
İbni Cəssar cüzamın səbəb və müalicə üsullarını izah etmişdir.
Burada sadəcə bir neçəsinə yer verilən müsəlman alimləri Quranı və Peyğəmbərimizin (səv) yolunu izləyərək müasir elmin təməlini təşkil edəcək kəşflər etmişlər.
Göründüyü kimi, tarixdə bir çox millət göndərilən elçilər vasitəsi ilə incəsənət, tibb, texnologiya və elm sahələrində inkişafı təmin etmişlər. Peyğəmbərlərə itaət etməklə, bu mübarək insanların təşviq və tövsiyələri ilə peyğəmbərlərdən öyrəndikləri məlumatları təkmilləşdirmiş və bunları sonrakı nəsillərə də ötürmüşlər. Bundan başqa, tarix boyu vaxtaşırı haqq dindən uzaqlaşaraq batil inancları gücləndirən cəmiyyətlər belə, mötəbər elçilərin təbliğləri ilə yenidən tək İlah inancına dönmüşlər.
Keçmiş dövrlərə aid tapıntılara bu cür ön mühakimə etmədən baxıldıqda insanlıq tarixinin düzgün və aydın şəkildə başa düşülməsi mümkün olur.
Bundan başqa, daha öncə də bildirdiyimiz kimi, hazırkı dövrdə olduğu kimi, tarixin, demək olar ki, hər dövründə inkişaf etmiş və geridə qalan sivilizasiyalar eyni dövr içərisində mövcud olmuşlar. Necə ki, günümüzdə bir tərəfdə kosmos texnologiyası mövcud olduğu halda, digər tərəfdə dünyanın müxtəlif yerlərində insanlar ibtidai şəraitdə öz həyatlarına davam edirsə, keçmişdə də bir tərəfdə möhtəşəm Misir sivilizasiyası var ikən, digər tərəfdə olduqca geridə qalmış mədəniyyətlərə sahib olan cəmiyyətlər mövcud olmuşdur. Son dərəcə mükəmməl şəhərləri inşa edən, mütərəqqi texnologiyaya sahib olmaları qoyduqları izlərdən aydın olan Mayyalar Veneranın orbitini hesablayıb, Yupiterin peyklərini kəşf edərkən, eyni dövrdə Avropanın bir çox yerlərində insanlar dünyanın Günəş sisteminin mərkəzində olduğuna inanırdılar. Misirlilər müvəffəqiyyətlə beyin əməliyyatları apararkən dünyanın başqa yerlərində insanlar xəstəliklərin guya pis ruhların təsiri ilə əmələ gəldiyini hesab edirdilər. Şumerlər hüquq sistemi, ədəbiyyat, incəsənət anlayışları, astronomiya aid bilikləri ilə Mesopotamiyada köklü bir mədəniyyət qurarkən dünyanın bir başqa yerində hələ yazıdan istifadə etməyən cəmiyyətlər var idi. Bir sözlə, necə ki, günümüzdə sadəcə inkişaf etmiş sivilizasiyalar yaşamırsa, keçmiş də sadəcə geridə qalmış sivilizasiyaların var olduğu bir dövr deyildi.
Kitabın buraya qədər olan hissələrində tarixin fərqli dövrlərinə aid dəlilləri və bundan yüz minlərlə və yaxud on minlərlə il əvvəl yaşamış insanların mədəniyyətlərinin örnəklərini araşdırdıq. Daha yaxın dövrlərə baxdığımızda isə yenə insanın hər zaman insan olduğu həqiqətinin dəlillərindən biri ilə qarşılaşırıq. Qarşımızda guya meymunluqdan yenicə qurtulmuş ibtidai insanlar deyil, minlərlə ildən bəri davam edən bir sivilizasiyanın övladları olan mədəni insanlar vardır.
20-ci əsrdə inkişaf edən texnologiya vasitəsi ilə arxeoloji araşdırmalar xeyli sürətlənmiş və bu sürətlə birlikdə bəşər tarixinin əsl üzünə aid əhəmiyyətli dəlillər torpağın altından bir-bir toplanmağa başlamışdır. Beləliklə, minlərlə il əvvəl Misirdə, Mərkəzi Amerikada, Mesopotamiyada və digər bölgələrdə yaşanan həyatın bir çox tərəfdən günümüzlə paralellik ifadə etdiyi ortaya çıxmışdır.
Piramidaların hansı inşaat texnikası istifadə edilərək tikildikləri bugün də tam olaraq bilinmir. Dövrümüzün texnologiyası ilə insanların istehsalını başa düşməkdə çətinlik çəkdiyi bu nəhəng əsərləri bundan təxminən 2500 il əvvəl insanlar böyük bacarıqla inşa ediblər.
Meqalit böyük daş bloklardan ibarət olan əsərlərə verilən addır. Bu əsərlər müxtəlif məqsədlərlə inşa edilmişdir. Bəşər tarixinə baxdıqda keçmişdən günümüzə qədər bir çox meqalitin qaldığı müşahidə edilir. Bu əsərlərin ən heyrətamiz xüsusiyyətlərindən biri bəzilərinin bir tondan daha ağır olan daş blokların adıçəkilən əsərlərin inşasında necə istifadə edilmələridir. Bu nəhəng daşlar hansı yolla tikinti sahəsinə gətirilmiş, hansı texnikadan istifadə edilərək qaldırılmışdır? Həmin dövrün insanları bunları necə üst-üstə qoyaraq bu əsərləri inşa etmişlər? Ümumilikdə, daşların uzaq məsafədən daşınması ilə inşa edilən meqalitlər bir növ inşaat və mühəndislik möcüzəsi kimi dəyərləndirilir. Bu cür əsərləri meydana gətirən insanların olduqca mütərəqqi bir texnologiyaya sahib olmaları açıq görünür.
Bu əsərlərin meydana gətirilməsi üçün, əvvəlcə, onlar planlaşdırılmış olmalı idi, bu planın da tikintidə işləyəcək bütün insanlara düzgün və dəqiqliklə bildirilməsi zəruridir. Plan qurularkən, əsərin haraya inşa ediləcəyini göstərən texniki çertyojlar çəkilməlidir. Bundan əlavə, həmin texniki çertyojlardakı hesablamalar xətasız olmalıdır, belə ki, hesablamada ən kiçik bir xəta əsərin inşasını imkansız hala gətirə bilərdi. Bütün bunlarla bərabər, inşaatın həyata keçirilə bilməsi üçün təşkilatçılıq da qüsursuz olmalıdır. İşçilərin uyğunlaşdırılmasının təmin edilməsi, ehtiyaclarının ödənməsi (nahar, istirahət və s.) inşaatın lazım olduğu kimi getməsi və nəticələnməsi üçün mühüm ünsürlərdir.
Bu əsərləri inşa edən insanların təxmin ediləndən də artıq biliyə və texnologiyaya sahib olduqları açıq-aydın görünür. Kitabın əvvəlki səhifələrində də qeyd etdiyimiz kimi, sivilizasiya hər zaman tərəqqi etmir, bəzən tənəzzül edir. Hətta bir çox hallarda, mütərəqqi və tənəzzül etmiş sivilizasiyalar eyni tarixi dövrdə dünyanın müxtəlif yerlərində eyni anda mövcud ola bilər.
İştar qapısı, Bağdad
Sözügedən meqalitləri inşa edən insanların da mütərəqqi bir sivilizasiyada yaşamış olmaları -arxeoloji və tarixi faktların əks etdirdiyi kimi- olduqca yüksək ehtimaldır. Belə ki, ərsəyə gətirdikləri əsərlər mürəkkəb riyazi və həndəsi biliklərə sahib olduqlarını, dərəli-təpəli ərazilərdə sabit nöqtələri ölçərək onların üzərində əsərlər tikə biləcək texniki biliyə yiyələndiklərini, coğrafi mövqeləri müəyyən etmək üçün cihazlardan (kompas kimi) istifadə etdiklərini, lazım olduğu halda, kilometrlərlə uzaq məsafələrdən inşaat üçün lazım olan alətləri daşıya bildiklərini göstərir. Bütün bunları bir neçə ibtidai alətlərdən və sadəcə insan qüvvəsindən istifadə edərək yerinə yetirmədikləri açıq-aydındır. Bundan başqa, günümüzün tədqiqatçıları və arxeoloqları tərəfindən aparılan bir çox sınaq təkamül nəzəriyyəsinin irəli sürdüyü şərtlərlə bu əsərlərin inşa edilməsinin qeyri-mümkün olduğunu müəyyən etmişdir. Təkamülçülərin irəli sürdüyü xəyali şəraiti hazırkı dövrdə düzəldərək bunlara oxşar əsərlər inşa etməyə cəhd edən tədqiqatçılar böyük uğursuzluğa düçar olublar. Qeyd edilən tədqiqatçılar nəinki buna bənzər quruluşları inşa etmək, hətta bu tikilinin əsas tikinti materialı olan daşları bir yerdən digərinə daşımaqda çətinliklərlə qarşılaşmışlar. Bu da bir daha göstərir ki, bu dövrün insanları təkamülçülərin irəli sürdüyü kimi geridə qalmış bir həyat tərzi keçirmirdilər. İncəsənətdən zövq alır, memarlığa əsaslı şəkildə yiyələnməklə inşaat texnologiyalarından ustalıqla istifadə edir, astronomik araşdırmalar aparırdılar.
Rudyard Kiplingin Just So Stories “Belə hekayələr” adlı kitabı.
Keçmişdəki sivilizasiyalardan geriyə çox zaman daş blokların, kütləvi daş tikililərin və yaxud da yüz minlərlə il əvvəldən sadəcə bir sıra daş alətlərin qalmış olması isə son dərəcə adi bir hadisədir. Bir sıra daş abidələrə və əsərlərə baxaraq dövrün insanlarının sadəcə daşdan istifadə edərək işləyə bilən, texnologiyadan uzaq və geridə qalmış sivilizasiyalar olduğunu irəli sürmək isə inandırıcı deyil. Bunlar müxtəlif doqmaların təsiri ilə edilən şərh olmaqdan başqa heç bir elmi məna ifadə etmir. Bundan əvvəl də vurğuladığımız və bir çox qabaqcıl təkamülçülər tərəfindən də qəbul edildiyi kimi, əldə edilən tapıntılar icma həyatı barədə bizə dəqiq məlumat verə bilməz. Lakin bu tapıntılar ön mühakimələrin mənfi təsirindən qurtularaq dəyərləndirilərsə, həqiqətə daha yaxın şərhlər edilə bilər. Yüz minlərlə il əvvələ aid bir cəmiyyətdən geriyə onlar taxtadan olan möhtəşəm villalarda yaşasa da, bünövrəsi şüşə məmulatından olan villalar tiksələr də, həmçinin ən gözəl daxili dekorasiya materiallarından istifadə etsələr də, bunlardan yüz min illər boyu məruz qalacağı külək, yağış, zəlzələ, sellərlə aşınma nəticəsində dəqiq dəlillər qalmayacağı açıq-aydındır. Taxtanın, şüşənin, misin, tuncun və digər müxtəlif materialların təbii şəraitdə aşınması ən çox 100-200 il çəkir. Yəni aradan keçən 150-200 il sonra evinizin beton və ya taxtadan olan divarı aşınıb gedəcək, içindəkilərdən isə geriyə çox az iz qalacaq. Zəlzələyə, selə və ya fırtınaya məruz qaldığı zaman isə geriyə qalan izlər tamamilə yox olacaq. Geriyə ancaq aşınması çox daha uzun müddət sürən blok daş parçalar qalacaq. Bununla da kiçik parçalara ayrılan daşdan olan əşyalar ovxalanıb gedəcəkdir. Dolayısilə, ancaq bu daş bloklara əsaslanaraq həmin dövrdə yaşamış cəmiyyətlərin gündəlik həyatı, sosial münasibəti, inancı, zövqü və incəsənət haqqında anlayışı barədə şərhlərin yəqinlik ifadə etməsi qeyri-mümkündür.
Halbuki, təkamülçülər mümkün olmayanı etməyə çalışır, bəzi tapıntıları xəyali şərhlərlə bəzəyib müxtəlif ssenarilər icad edirlər. Həqiqətlərdən yayındıraraq hekayələr qoşmaq, əslində, bəzi təkamülçülər tərəfindən də birbaşa tənqid edilən haldır. Hətta belə yanaşmaya belə bir ad da verilib: “Elə-belə yazılmış nağıllar”. Bu ad təkamülçü paleontoloq Stefan Cey Quldun ingilis yazıçısı və şair Redyard Kiplinq (1865-1936) tərəfindən 1902-ci ildə nəşr edilən eyni adlı kitabına tənqidindən irəli gəlir. Kiplinq uşaqlar üçün hekayələrini topladığı bu kitabında canlıların müxtəlif orqanlarının necə əmələ gəldiyinə dair xəyal gücünə əsaslanan təkamül nağılları yazmışdır. Məsələn, Kiplinq filin xortumu barədə hekayəsində bunları yazırdı:
Günlərin bir günü, bir fil balası anasına lazımı qədər yaxın yerdə deyildi. Çayın parlaq suyunu gördü və maraqla çayın kənarına gəldi və ətrafa boylanmağa başladı. Suyun üzərində çıxıntı kimi bir qabarıqlıq var idi və bunun nə olduğunu bilmək istəyən fil balası daha yaxından baxmaq üçün suya tərəf əyildi. Birdən birə o çıxıntı yuxarı tullandı və balaca filin burnundan tutdu. [O, timsah idi.] ... Sonra fil balası oturaraq özünü arxaya çəkməyə başladı, çəkdi, çəkdi və burnu getdikcə uzanmağa başladı. Və timsah çırpınaraq sahilə doğru çıxdı və quyruğunun zərbəsi ilə suyu süd kimi ağappaq etdi; timsah da [filin burnunu] çəkdi, çəkdi və çəkməyə davam etdi.31
Quld da bəzi təkamülçü alimləri ədəbiyyatı yuxarıdakı bu hekayə ilə bir xeyli bənzərlik təşkil edən və heç nəyin sübutu olmayan elə-belə yazılmış nağıllarla doldurmaqla tənqid etmişdir. Eyni vəziyyət təkamül nəzəriyyəsi ilə xalqların inkişafını açıqlamağa çalışanlar üçün də təsirlidir. Kiplinqin nağılları kimi, təkamülçü sosial alimlərin elə-belə nağılları da sadəcə xəyal gücünə əsaslanır. Və guya əvvəllər sadəcə bir sıra xırıltılı səslər çıxaran, işlənməmiş daş alətlərdən istifadə edə bilən, mağaralarda yaşayan, ovçuluq və yığıcılıqla məşğul olaraq həyatlarını təmin edən, sonra isə inkişaf etdikcə əkinçiliklə məşğul olmağa başlayan, bundan sonra isə digər mədənlərdən istifadə etməyə başlayan, daha sonra getdikcə zehni inkişaf edərək cəmiyyətlər şəklində yaşayıb sosial münasibətlər quran insanlıq tarixi də suyun kənarında xortumu uzanan filin nağılından fərqli deyil.
Bu elmdən kənar olan anlayışı Quld belə ifadə edir:
Elm adamları bu nağılların uydurma olduğunu bilir; təəssüflər olsun ki, bunlar peşəkar ədəbiyyatda artıqlaması ilə ciddi və real qəbul edilirdilər. Daha sonralar bunlar [elmi] həqiqətlər halına salınır, milli ədəbiyyata daxil olurlar.32
Quld bundan başqa, bu hekayələrin təkamül nəzəriyyəsi baxımından heç bir şeyin dəlili olmadığını bu sözləri ilə qeyd etmişdir:
Təkamülə uğrayan təbiət tarixinin elə-belə yazılmış hekayələr ənənəsindəki bu nağıllar heç nəyin dəlili, sübutu deyil. Lakin bunların səbəb olduğu ağırlıq və buna bənzər bir çox vəziyyət mənim mərhələli inkişaf fikrimə (gradualism) olan inamımı uzun müddət əvvəl öldürdü. Daha yaradıcı zehniyyət bunları xilas edə bilər, lakin sadəcə mahir abstrakt fəlsəfi görüşlərlə xilas edilən anlayışlar mənim üçün çox şeyi ifadə etmir.33
30 sentyabr 2006-cı il tarixində nəşr olunan bir xəbərdə Suriyanın şimalında tədqiqatlar aparan bir qrup arxeoloqun e.ə. 9-cu əsrdən qalmış daş və sümükdən hazırlanmış əşyalar tapdığı açıqlandı. (Associated Press, 30 Eylül 2006) Həmçinin, bu əşyaların tapıldığı binanın divarlarında qırmızı, qara və ağ rənglər istifadə edilərək çəkilmiş həndəsi fiqurlara və bir buğa rəsminə də rast gəlinmişdi.
Bu xəbər “təbiətin təkamülü” hekayəsində olduğu kimi, bəşər tarixinin də təkamül mərhələsi keçirdiyini iddia edən alimlərin yanıldıqlarını sübut etmək üçün çox əhəmiyyət daşıyır. Darvinizmə kor-koranə sadiq qalan bəzi tarixçilər “Daş dövrü” adlandırdıqları bir dövrün olduğunu iddia edirlər. Bu dövrdə yaşayan insanların ən ibtidai üsullarla qab-qacaq düzəldib, heyvan saxlayaraq və bitki toplayaraq sivilizasiyadan uzaq yaşadıqlarını fərz edirlər. Halbuki qazıntılarda əldə edilən antik tapıntılar təkamülçü ön mühakimələr bir kənara buraxılaraq ağılla qiymətləndirildikdə ortaya başqa bir mənzərə çıxır. E.ə. 9-cu əsrdə daş və sümüyün oyularaq müxtəlif alətlər və bəzək əşyaları düzəldilməsi, rəngli boyalar istifadə edilərək divarlara rəsimlər çəkilməsi bu dövrdə heç də təkamülçülərin iddia etdikləri kimi ibtidai bir həyatın yaşanmadığını sübut edir. Bu insanlar da bizim kimi qablarda yemək yeyirdi, yatmağa çarpayıları, içində yaşadıqları evləri, yemək bişirdikləri mətbəxləri, ehtiyaclarını ödəyəcək hər cür vəsaitləri, heyvanları var idi.
O dövrdə yaşayan insanlar da bizim kimi sənətdən, estetikadan zövq alan, şəxsi zövqləri, inancları, ailə həyatları olan insanlardı. Evlərinin divarlarına çəkdikləri rəsimlər də sənətdən, estetikadan xoşlandıqlarını, hətta bunu şəxsi zövqə çevirdiklərini göstərir. Düzəltdikləri sənət əsərləri adilikdən çox uzaq, əmək verilmiş əsərlərdir. Bu insanlar divarın üstünə kömür parçası ilə adi rəsim çəkmək yerinə, təbii maddələri bir-birinə qarışdıraraq əldə etdikləri müxtəlif rənglərdəki boyaları istifadə edərək minlərlə il solmadan qala bilən rəngli rəsimlər çəkmişdilər. Həmin dövrdə daş və ya sümük yontularaq düzəldilən əşyalar da mükəmməl bir əmək məhsuludur. Burada bir məqama da diqqət çəkmək lazımdır: Təkamülçü tarix anlayışında o dövrlərdə metal vasitə olmadığı, daş dövründəki insanların sərt və kəskin uclu çaxmaq daşı istifadə etdikləri iddia edilir. Halbuki qazıntılarda əldə edilən nümunələrdəki mükəmməlikdə bir əmək məhsulu ancaq metal vasitə istifadə edilərək hazırlana bilər. Daşı daşa sürtərək yemək qabı düzəlmək və ya sümüyü daşla yontaraq mükəmməl ölçülü, hamar bəzək əşyası əldə etmək mümkün deyil.
Məşhur arxeoloq Klaus Schmidt daşı daşla yontaraq bir nəticə əldə edilməyəcəyini sübut edən bir tədqiqat aparmışdır. Bu tədqiqatda bir qrup işçi əllərində daşlarla e.ə. 9000-ci ildə yaşamış daş ustaları kimi sərt bir yerdə deşik açmağa cəhd ediblər. Daşı oymağa çalışan işçilərin 2 saat boyu dayanmadan davam edən çalışmaları nəticəsində ortaya sadəcə naməlum bir xət çıxmışdır. Bu sadə təcrübə belə açıq sübut edir ki, qədim dövrün insanları təkamülçü alimlərin irəli sürdüyü kimi, ibtidai şərtlərdə yaşamırdılar, əksinə inkişaf etmiş imkanlara sahib idilər.
Təkamülçü alimlər ibtidai bir insan modelini insanların zehinlərinə yerləşdirməyə çalışırlar. Halbuki qaranlıq bir mağarada heyvan dərisinə bürünərək oturan, danışmaq bacarığı olmayan yarı insan, yarı meymun canlılar yalnız təkamülçülərin xəyal məhsuludur. Təkamülçülərin iddia etdikləri növdə heyvan-insan arası canlılar tarixdə heç vaxt mövcud olmayıblar. “Tarixin təkamülü”deyə bir şey heç vaxt reallaşmayıb. Allah insanı ağlı və ruhu ilə üstün bir varlıq olaraq yaratmışdır. Arxeoloji qazıntılar da bizə tarixin hər dövründə insanın ağıl və ruha sahib olduğunu və bu xüsusiyyətlərin nəticəsi olaraq da yaşadığı dövrün şərtləri içərisində həmişə mədəni həyat tərzi keçirdiklərini göstərir.
Dünyanın ən məşhur daş abidələrindən biri olan Newgrange 93 meqalitdən ibarətdir.
E.ə. 3200 il əvvəl inşa edilməsi qəbul edilən Nyuqreync Dublin yaxınlığında bir məqbərədir. Hələ Misir sivilizasiyasının meydana gəlmədiyi, Babil və ya Krit mədəniyyətinin yaranmadığı dövrdə Nyuqreync var idi. Bu dövrdə dünyanın məşhur daş tikililərindən biri olan Stounhenc (Stonehenge) hələ inşa edilməmişdi. Aparılan araşdırmalar Nyuqreyncin sadəcə bir məzar olmadığını göstərir, bu məqbərəni inşa edən insanların çox şaxəli astronomiya biliklərə yiyələndiklərini göstərir. Nyuqreyncin astronomik xüsusiyyətlərinə keçməzdən əvvəl, inşaat xüsusiyyətləri barədə danışmaq faydalı olardı. Belə ki, Nyuqreynci inşa edən insanların vurğulanması gərəkən mühəndislik texnikaları və memarlığa aid bilikləri mövcud idi.
Nyuqreync bir çox arxeoloq tərəfindən texniki möcüzə olaraq adlandırılır. Məsələn, tikilinin üzərindəki qübbə başdan sona mühəndislik xariqəsidir. Alt hissəsi ağır, üst hissələri yüngül olan monolit daşlar üst-üstə elə qoyulmuşdur ki, hər üstdə yerləşən daş altdakından bir az çölə çıxıntı əmələ gətirir. Bu şəkildə tikilinin üstündə mərkəz hissəsində 6 metr yüksəkliyində 6 bucaqlı bir baca meydana gəlmişdir. Bacanın sonunda istənilən zaman açılıb bağlanan bir qapaq daş var.
Bu nəhəng tikilinin, mühəndisliyi mükəmməl bilən, hesabı yaxşı bilən, düzgün planlaşdırma bacarığına sahib olan, yük daşınmasını həyata keçirən və praktiki inşaat biliklərindən məharətlə istifadə edən insanlar tərəfindən inşa edildiyi açıq-aşkar görünür. Təkamülçülərin iddialarına görə, belə bir tikilinin necə inşa edilməsi izah edilə bilməz. Belə ki, təkamülçülərin həqiqətdən uzaq şərhlərinə əsasən, həmin dövrün insanları geridə qalmış və ibtidai şəraitə sahibdir. Lakin belə bir nəhəng bir tikilinin ibtidai şərtlərdə, mühəndislik və inşaat bilikləri olmadan insanlar tərəfindən inşa edilmiş olması imkansızdır.
Şəkildə Newgrangedən bir hissə görünür. Newgrangein tikintisində istifadə olunan daş blokların necə daşındığı, tikintinin hansı texnikalarla hazırlandığı dövrümüzdə hələ tam olaraq anlaşılmamışdır.
Tikilinin astronomik xüsusiyyətləri də heyrət doğurur. Bu nəhəng məqbərə elə tikilmişdi ki, Gün dönümü günlərində tikilinin içində olduqca heyrətamiz bir işıq oyunu meydana gəlir. Qış gün dönümü vaxtı, yəni ilin ən qısa günündə günəşin doğmasından bir az sonra gün işığı birbaşa Nyuqreyncin məzar otağına düşür. Bundan sonra müxtəlif koridor qapılarına və nəhəng daşlara düşür və işıqlandırmağa davam edir və ən son olaraq arxa divara qədər çatır. Və bu əsnada mükəmməl bir işıq oyunu meydana gəlir. Diqqəti cəlb edən bir hal ondan ibarətdir ki, işıq tikilinin daxilinə koridorlardan deyil, koridor qapısının üstündən üzərində məxsusi olaraq düzəldilmiş dar dəlikdən girir. Yerləşdirilən bütün blok daşlar da işığı əks etdirə biləcək bucaq altındadır. Məhz belə işıq oyununu möhtəşəm edən ünsürlərdən biri də budur.
Dolayısilə, bu nəhəng tikilini inşa edənlərin mühəndislik bilikləri ilə yanaşı, gün dönümlərini və Günəşin hərəkətini hesablayacaq dərəcədə astronomiya elminə sahib olduqları meydana çıxır.
Nyuqreync Britaniyada qədim dövrlərdən geriyə qalan bir çox daş tikilidən sadəcə biridir. Bu tikiliyə baxaraq edilməli şərh sözügedən tikilinin dərin biliklərə sahib olan insanlar tərəfindən mütərəqqi inşaat texnikası və vasitələrdən istifadə edilərək tikilmiş olmasıdır. Dövrün insanlarının necə həyat tərzi keçirdiklərinə dair edilməli şərh isə belə bir tikilini inşa edə biləcək insanların yaşadıqları şəraitin də komfortlu və mütərəqqi ola bilməsidir. Astronomiya bilikləri kosmosu müşahidə edə bilmək texnologiyasına və müşahidələrini düzgün şəkildə başa düşəcək bilik irsinə sahib olduqlarını işarə edir. Kosmosu müşahidə edərək əldə etdikləri nəticələri düzgün izah edə bilən insanların gündəlik həyatları da bu cür biliklərə uyğun olaraq mədəni olmalıdır. Bəlkə də son dərəcə komfortlu evlərdə yaşayan, baxımlı bağları olan, yaxşı xəstəxanalarda müalicə alma imkanına sahib olan, kommersiya fəaliyyəti ilə məşğul olan, incəsənətə, ədəbiyyata əhəmiyyət verən, çox şaxəli mədəni irsə sahib olan bu cəmiyyətdən geriyə sadəcə bu daş tikili qalmışdır. Bunların hamısı arxeoloji tapıntılar və tarixi məlumatlara əsaslanaraq bu daş tikili və bu daş tikilini inşa edənlər haqqında edilə biləcək real şərhlərdir. Lakin təkamülçülər sadəcə materialist qəliblər içərisində düşünməyə vərdiş etdiklərinə görə, ağıla və elmə uyğun bu şərhlərin əvəzinə müəyyən doqmaların məhsulu olan hekayələri danışırlar. Lakin bu hekayələr heç vaxt dəqiq bir həqiqəti ifadə edə bilməz.
Stounhenc dairə şəklində yerləşdirilmiş, böyük daş bloklardan təşkil olunan bir tikilidir. Təqribən 4.5 metr hündürlüyündə, hər biri təqribən 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun bir yerə yığılmasından əmələ gəlmişdir. İngiltərədə yerləşən bu tikili tədqiqatçıların marağına səbəb olmuşdur. Quruluşu və inşaat məqsədi haqqında bir çox nəzəriyyələr irəli sürülmüşdür. Burada vurğulanmalı məsələ həmin nəzəriyyələrin hansının doğru olub-olmaması deyil. Vacib olan bu tikilinin təkamül nəzəriyyəsinin bəşər tarixini izah etmək üçün irəli sürdüyü iddiaları əsassız edən misallardan biri olmasıdır.
Aparılan tədqiqatlar Stounhencin üç inşaat mərhələsində meydana gəldiyini irəli sürürlər. Bir çox qaynağa əsasən, Stounhencin ən qədim dövrü e.ə. 2800 ilinə təsadüf edir. Yəni Stounhencin yaşı 5000 il bundan əvvələ qədər aid edilir. Tarixi qaynaqlar birinci inşaat ərəfəsində ərazidə nəhəng daşlardan kiçik bir dairənin inşa edildiyini və bu dairədən kənarda bir topuq daşı yerləşdirildiyini irəli sürür. Daha sonra nəhəng daşlardan daha bir dairə inşa edilmiş, bundan sonra da dairədə iç hissədə “mavi daş” adlı daş bloklar yerləşdirilmişdir.
Stonehenge taxta bir binanın təməli olaraq düzəldilmiş ola bilər. Bunun üstündə qurulacaq taxta bir bina küləkdən və fırıtınadan təsirlənməz. Binanın sadəcə təməlləri qala bilər. Necə və nə şəkildə tikildiyi hələ də müzakirə edilən Stonehengein alimlər tərəfindən ortaya çıxarılan başqa bir xüsusiyyəti də astronomiya ilə olan əlaqəsidir. Əldə edilən tapıntılar bu tikintini inşa edənlərin mühəndislik məlumatları ilə yanaşı, astronomiya məlumatlarının da olduğunu göstərir.
Bu tikilinin ən diqqətçəkən tərəflərindən biri burada istifadə edilən mavi daşlardır. Belə ki, Stounhencin yaxınında hər hansı bir mavi daş qaynağı yoxdur. Aparılan araşdırmalar, bu daşların Prescelly dağlarından tikilinin olduğu yerə gətirildiyini irəli sürmüşdür. Burada isə yenə də qeyri-adi halla rastlaşırıq. Belə ki, adı çəkilən mavi daş mənbələri Stounhencdən təqribən 380 km (quru yolu ilə) aralıdadır. Əgər dövrün insanları təkamülçü hekayələrdə izah edildiyi kimi, ibtidai şərtlərdə yaşayan, əllərindəki tək material ağac linklər, ağac kötüyündən düzəldilmiş sallar və daş baltalar olan insanlar olsaydı, tonlarla ağırlığındakı bu daşlar Stounhencin olduğu əraziyə necə gətiriləcəkdi? Məhz bu, təkamülçülərin xəyal məhsulu ssenariləri ilə cavablandırılması mümkün olmayan bir sualdır. .
Bir qrup tədqiqatçı həmin dövrün şərtlərini canlandıraraq mavi daşları Stounhencə qədər daşımağa çalışmışlar. Bunun üçün ağac linklərdən istifadə etmişlər, üç sandalı bir-birinə bağlayaraq böyüklüyü eyni olan daşların yerləşəcəyi sal meydana gətirmişlər, uzun taxtalardan (şüvül) istifadə edərək salı çay boyunca üzü yuxarı daşımağa çalışmışlar, daha sonra da qaba üsullarla hazırlanmış təkərlər üzərində daşları təpəyə doğru çıxarmaq üçün səy göstərmişlər. Lakin bütün bunlar nəticəsiz qaldı. Bu, mavi daşların Stounhencin olduğu yerə necə daşındığını anlaya bilmək üçün həyata keçirilən sınaqlardan sadəcə biridir. Daha bir çox sınaq keçirilmiş və dövrün insanlarının hansı nəqliyyat vasitələrindən istifadə etdiyini anlamağa çalışmışlar. Lakin təkamülçü ön mühakimələri baxımından aparılan bu araşdırmalar nəticə əldə etməkdən həmişə uzaq olublar. Çünki bütün bu sınaqlar Stounhencin inşa edildiyi dövrdə yaşayanların sadəcə daş və ağac kimi işlənməmiş materiallardan istifadə etdikləri və geridə qalmış sivilizasiyalarının mövcud olduğu yanlışlığı əsas götürülərək həyata keçirilir.
Burada bir məsələnin də üstündə durmaq lazımdır. Qeyd edilən sınaqlar aparılarkən gəmi tərsanələrində düzəldilən müxtəlif modellərdən yararlanır, təkmilləşmiş fabriklərdə istehsal edilən burazlardan istifadə edilir, təfsilatlı şəkildə hesablamalar və planlaşdırılma aparılır. Yəni günümüzün texnologiyasının imkanlarından faydalanmışlar. Buna baxmayaraq, nəticə əldə edilə bilmir. Bundan təxminən 5000 il əvvəl yaşayan insanlar isə tonlarla ağırlığındakı bu daşları daşımış, coğrafi mövqelərini hesablayaraq bir dairə şəklində düzmüşlər. Bütün bunları daş baltalar, kötükdən düzəldilmiş sallar, ağacdan inşa edilmiş linklər vasitəsi ilə etmədikləri açıq aydın bilinir. Stounhencə və digər bir çox meqalit, bəlkə də, bizim belə təxmin edə bilməyəcəyimiz bir texnologiyadan istifadə edərək inşa edilmişdir.
Tiahuanaco şəhərindəki daş abidələrdən bir nümunə. Buradakı tonlarla ağırlıqdakı daşların polad kəndir və krana bənzər tikinti vasitələri istifadə edilmədən daşınması mümkün deyil.
Boliviya ərazisində And dağları üzərində Boliviya ilə Peru arasında dəniz səviyyəsindən təxminən 4 min metr yüksəklikdə yerləşən Tiuanako şəhəri görənləri heyrətə salacaq bir çox tapıntılarla doludur. Bu ərazi Cənubi Amerikanın arxeoloji möcüzələrindən biri olaraq qəbul edilir. Tiuanakoda olan ən heyrətamiz tapıntılardan biri gecə-gündüz bərabərlikləri, fəsilləri, ayın hər saatdakı vəziyyətini və hərəkətlərini göstərən təqvimdir. Bu təqvim adı keçən ərazidə yaşayan insanların çox mütərəqqi sivilizasiyaya sahib olduqlarını göstərən dəlillərdəndir. Tiuanakodakı digər heyrətamiz əsərlər isə bəziləri çəkisi 100 tona çatan daş bloklardan ibarət tikililərdir.
“Reader's Digest” Tiuanako şəhərindəki məqbərələr və daş qalıntıları haqqında “... Günümüzün ən ixtisaslaşmış mühəndisləri hələ də bu qədər böyük qaya parçalarını kəsərək daşımaqla bir şəhəri abadlaşdıra biləcəklərinə dair suala cavab verə bilmir. Nəhəng bloklar sanki bir metal qəlibdən istifadə edilərək kəsilmiş kimidir...” şərhini etmişdir.43 (Simone Waisbard, in The World’s Last Mysteries, (2nd edition) p. 138, Reader’s Digest, 1978)
Məsələn, bu şəhərdə divarlar 100 ton ağırlığındakı qumdaşı blokları üzərinə 60 tonluq başqa bloklar qoyularaq inşa edilmişdir. Bu divarların inşa edilməsi üçün böyük ustalıq tələb edən karxanaçılıqdan istifadə edilmişdir. Böyük ölçülərdə olan kvadrat daşlar 10 ton ağırlığındakı daş bloklarda 2.5 metr uzunluğunda dəliklər açılmışdır. Tapıntıların müxtəlif yerlərində 1.8 metr uzunluğunda və yarım metr enində su kanalları var. Bu kanalların ölçüləri hazırkı dövrdə rast gəlinməyən dəqiqlikdədir. Bu insanların, -təkamülçü yalanlarda irəli sürüldüyü kimi -texnoloji imkanlar olmadan- belə əsərləri meydana gətirmiş olmaları mümkün deyil. Belə ki, təkamülçülərin irəli sürdüyü guya ibtidai şəraitdə bu əsərlərdən tək birinin belə meydana gəlməsi üçün bir insanın ömründən daha uzun bir müddət lazımdır. Belə vəziyyətdə Tiuanakonun meydana gəlməsi yüzlərlə il çəkərdi ki, bu da təkamül nəzəriyyəsinin doğru olmadığını göstərir.
Ağırlığının təxminən 10 ton olduğu fərz edilən Günəş qapısının təkamülçülərin iddia etdiyi kimi, texnoloji imkanları olmayan bir cəmiyyət tərəfindən inşa edilməsi qeyri-mümkündür. Bu abidələr təkamülçülərin bəşər tarixinin ibtidaidən aliyə doğru təkamülləşdiyi iddiasını etibarsız edir.
Tiuanakoda ən diqqəti cəlb edən tikililərdən biri də “Günəş qapısı”dır. Monolit daşdan meydana gətirilən bu əsərin hündürlüyü 3, eni isə 5 metrdir. Ağırlığının təxminən 10 ton olduğu təxmin edilir. Qapının üzəri müxtəlif cizgilərlə bəzədilmişdi. Bu bölgədə yaşayanların Günəş qapısını hansı üsuldan istifadə edərək inşa etdikləri hələ də izah edilə bilməmişdir. Bu cür möhtəşəm qapının inşasında hansı texnologiyadan istifadə edilmişdir?
10 ton ağırlığında qayalar, daş mədənlərindən necə çıxarılmış, haradan, hansı texnika ilə daşınmışlar? Bütün bu işlər görülərkən təkamülçülərin iddia etdiyi kimi, sadə vasitələr və materiallardan istifadə olunmadığı açıq-aşkar görünür. Tiuanakonun salındığı ərazinin coğrafi şəraitini nəzərə alındıqda vəziyyət daha da heyrətamiz olur. Şəhər normal məskunlaşmış ərazilərdən kilometrlərlə uzaqda və təxminən 4000 metr yüksəklikdə qurulmuşdur. Şəhərin yerləşdiyi yüksək yaylada atmosfer təzyiqinin dəniz səviyyəsindən təxminən yarı-yarıya düşməsi, oksigen faizinin də qat-qat azalması səbəbi ilə insan qüvvəsini tələb edən işləri görmək daha da çətin olur.
Bütün bu materiallar dünyanın bir çox yerlərində olduğu kimi, burada da keçmişdə olduqca inkişaf etmiş sivilizasiyaların yaşadığını, dolayısilə, bəşər tarixinin inkişafa doğru irəlilədiyi iddiasının təsirsiz olduğunu göstərir.
On bir min il əvvəl Göbəkli təpədə yaşayan daş ustaları
Aşağıda soldakı şəkillərdə görünən daşişləmə sənəti bundan11 min il əvvəl yaşamış insanlara aiddir. Bu şəkillər, üzərində işləyən ustaların sənət zövqündən xəbər verir. Bu sənətkarlar o dövrdə müxtəlif metal alətlər istifadə edərək bu daşları yontublar. Bir insanın, əlinə iki daş alıb və bu daşları bir-birinə sürtərək şəkillərdə görünən mənzərəni yaratması mümkün deyil. Bu incə sənət əsəri ancaq yeyə, şin, rəndə kimi dövrümüzdə də daşişləmədə istifadə olunan metal alətlərin köməyi ilə hazırlana bilər. Alt tərəfdə, sağdakı şəkil də dövrümüzdə daşişləmə ilə məşğul olan bir şəxsi göstərir. 11 min il əvvəl yaşamış sənətkarlar da ancaq buna bənzər üsullar istifadə edərək bu sənət əsərlərini meydana gətirə bilərdilər.
İnkaların 20 min ton ağırlığındakı nəhəng tikinti daşları
Peruda Cuzco şəhəri yaxınlığında tapılan antik Sacsahuamán şəhərində inkalar tərəfindən inşa edilmiş bir divar tapılıb. Divar fərqli böyüklükdə və formalardakı daş blokların istifadə edilməsi ilə tikilib. Bu daş bloklar tonlarla ağırlığındadır və bunlar yan-yana o qədər nizamlı yerləşdirilmişdirlər ki, bu gün də blokların arasına bir parça kağız salmaq mümkün deyil. Özü də divarların heç bir nöqtəsində suvaq və ya sement kimi maddələr yoxdur. Bloklar böyük bir ustalıqla bir araya gətirilmişdir. Bu dərəcə böyük daş blokların necə bir-birlərinə yerləşə biləcək şəkildə kəsilib forma verildikləri dövrümüzün texnologiyası ilə də anlaşılmamışdır.
Tədqiqatlar zamanı çox təəccüblü bir faktda da üzə çıxmışdır: Belə ki divarın inşasında istifadə edilən daş bloklardan biri 5 mərtəbəli bir ev böyüklüyündə idi. Təxminən 20.000 ton ağırlığında olan bu daş bloku Sacsahuamánın qurucularının necə hərəkət etdirməyi bacardıqları hələ də məlum deyil.Dövrümüzün müasir tikinti maşınları ilə belə bir ağırlığı qaldırmaq mümkün deyil. Bugün dünyanın ən böyük kranı belə bu dərəcə ağır bir yükü qaldırmaqda çətinlik çəkəcək. Bu da bizə inkalar dövründə bugün təxmin edə bilməyəcəyimiz üstün bir texnologiyanın istifadə edilə biləcəyini göstərir.
Memarlıqda nəhəg daşlar istifadə etmək xüsusi bacarıq tələb edir. Bütün bu materiallar dünyanın bir çox yerlərində olduğu kimi, burada da keçmişdə olduqca inkişaf etmiş sivilizasiyaların yaşadığını, beləliklə də, bəşər tarixinin inkişafa doğru irəlilədiyi iddiasının təsirsiz olduğunu göstərir.
Lüksordakı sıralanmış sütunlar III Amenhotep tərəfindən tikdirilmişdir, Tutanxamon tərəfindən dekorasiya etdirilmişdir.
On minlərlə ton ağırlığında olan daşlardan istifadə etməklə meydana gələn tikililər hazırkı dövrümüzdə hələ də heyranlıq yaradır. Bu cür nəhəng daşlardan istifadə edərək inşaat işlərini görmək üçün polad burazları olan qaldırıcı kranlar kimi inkişaf etmiş inşaat maşınlarına ehtiyac var. Təkamülçülərin iddia etdiyi kimi taxta kötüklər, iri kranlar, tez qırılan mis materiallarla bu daşların mədənlərdən çıxarılması, daşınması, yerləşdirilməsi, işlənməsi mümkün deyil. Ortadakı kiçik şəkildə Ramzesin nəhəng heykəlinin baş hissəsinin yalnız polad burazlı böyük kranlarla daşına bildiyi görünür.
Yupiter məbədi adlandırılan bu tikintinin inşasında da nəhəng daş bloklar istifadə edilmişdir. Balaca şəkildə qırmızı ilə işarələnən blok daş dayaq divarında istifadə edilən üç böyük blokdan biridir. Bu üç blok daşın hər birinin yüksəkliyi təxminən 4.5 metr, genişliyi təxminən 3.5 metr və uzunluğu da təxminən 19 metrdir. Üç daşın təxmini ağırlığı 800 tona yaxındır. Belə böyük ağırlığın mədəndən çıxarılıb daşınması, istifadə edilən tikinti vasitələrinin təkmilləşmiş olduğunun bir göstəricisidir.
Baalbek Yupiter məbədi
Təkamülçülərin açıqlaya bilmədiyi obelisklər
Keçmiş mədəniyyətlərdən dövrümüzə qalan heyrətli izlərdən biri də obelisklərdir. Təxminən 20 metr uzunluğunda, tonlarla ağırlıqda olan bu daşların mədənlərdən çıxarılmaları, daşınmaları, üzərlərinin işlənməsi və olduqları yerlərə yerləşdirilmələri üçün üstün bir texnologiya istifadə edilməlidir. Məlum olan ən böyük obelisklərdən biri e.ə. 1400-cü illərdə Karnakada (Misirdə) tikilmiş obeliskdir. 29.5 metr hündürlüyündə, 1.62 metr genişliyində və 325 ton ağırlığındadır. Bu irilikdə və ağırlıqdakı daşın tək blok şəklində mədəndən çıxarılması da, olduğu yerə daşınması da ustalıq, texniki məlumat və texniki struktur tələb edir. Bunun üçün mis və bürünc kimi asan əyilib bükülən, tez qırılan alətlərin istifadə edilməsi mümkün deyil, sadəcə dəmir və poladdan hazırlanmış alətlərin istifadə edilməsi ilə belə tikinti hasil ola bilər. Bu da təkamülçülərin həmin dövrdə hələ dəmirin istifadə edilmədiyi, bir çox metalın tanınmadığı iddiasını yalanlayır.
Şəkildə obeliskin təpə nöqtəsində olduğu güman edilən qisim bu daşların ildırımötürən kimi istifadə edildiyinə işarə edir.
Şəkildə (ilk şəkil) Asuvan yaxınlığındakı qranit ocağında bitirilmədən qalmış obelisk görünür. Digərlərinin iki qatı olan bu obelisk 41.75 metr uzunluğunda və təxminən 1168 tondur. Belə nəhəng bir tikilinin mədəndən çıxarılıb daşınması üçün inkişaf etmiş texnologiya istifadə edilməlidir.
Puma Punkuda təkamülü yalanlayan tapıntılar.
Puma Punkudakı piramida qalıqlarını meydana gətirən daşların böyüklüyü görənləri heyrətləndirir. Piramidanın ən alt pillələlərini təşkil edən bloklardan biri 60x50 metr genişliyində və təxminən 447 ton ağırlığındadır. İstifadə edilən digər daşların da ağırlıqları 100-200 ton arasında dəyişir. Bu nəhəng daşların təkamülçülərin önə sürdüyü kimi kötüklər üzərində qalın iplərlə çəkilərək daşındığını iddia etmə məntiqli bir izah deyil.
Təkamülçü arxeologiyanın Puma Punkudakı açıqlamadığı tapıntılardan biri də bir çox blok daşın birləşmə nöqtəsində tapılan izlərdir. Bu izlər metal məngənə izini xatırladır. Əvvəllər fərz edilirdi ki, T şəklindəki bu izlər isti qəliblərin daş blokların üzərinə qoyulması ilə hazırlanmışdır. Ancaq daha sonra elektron mikroskopla edilən müşahidələr ərimiş metal izlərini ortaya çıxarmışdır. Spektroqrafik müşahidələr isə bu izlərin 2.05% arsen, 95.15% polad, 0.26% dəmir, 0.84% silikon və 1.70% nikel qarışığından ibarət bir maddənin izləri oluduğunu göstərmişdir. Bütün bunlar keçmiş cəmiyyətlərin tikinti sənətində inkişaf etmiş vəsaitlər istifadə etdiklərinin dəlilidir. (Graham Hancock, Heaven's Mirror, Three River Press, New York, 1998, s. 304)
Puma Punkuda tez-tez rast gəlinən metal məngənə izi | Ollantaytambodakı blok daşlarda görülən metal məngənə izi | Kambociya,Angkor Watdakı daş abidələrdəki məngənə izi |
Misirlilərin mumyalama texnikaları olduqca inkişaf etmiş tibb bilgisinə sahib olduqlarını göstərən nümunələrdən biridir.
Qədim Misir bəşəriyyətin minlərlə il əvvəl qurduğu incəsənət baxımından və elmi cəhətdən ən güclü sivilizasiyalardan biridir. Qədim misirlilər ibtidai bir cəmiyyətin davamı olmayacaq qədər çox şaxəli bir təcrübəyə və elmi bazaya malik idilər. Bütpərəst azğın bir dinə mənsub olan misirlilər arasında hz. Nuh dövründən, hz. İbrahim dövründən gələn sənətkarlığa aid biliklərə sahib olan ustalar vardı. Bu yəhudi ustalar keçmiş peyğəmbərlər dövründən öyrəndikləri bilikləri tətbiq edirdilər.
Hazırkı dövrdə dünyanın bir çox yerində misirlilərin çatdığı mədəniyyət səviyyəsinə insanlar müvəffəq ola bilməmişlər. Məsələn, bu gün Afrikanın müxtəlif yerlərində, Cənubi Amerikanın bəzi şəhər kənarlarında, Asiyanın müxtəlif yerlərində, Misir də daxil olmaqla, bir çox bölgədə, insanlar keçmişdəki mədəniyyət səviyyəsindən çox geridə qalmış həyat tərzi keçirir. Tibb, anatomiya başda olmaqla, şəhərsalmada (şəhərlərin planlaşdırılması), memarlıqda, incəsənətdə, toxuculuqda irəli gedən Misir mədəniyyəti buğun olduqca təqdir olunaraq heyrətlə elm adamları tərəfindən tədqiq edilir.
Qədim Misirdə tibbin yüksəldiyi səviyyə olduqca heyrətamizdir. Qazıntılar zamanı əldə edilən tapıntılar arxeoloqlardan əlavə, tarixçilərin də heyrətinə səbəb olmuşdur. Belə ki, heç bir tarixçi e.ə. 3000-ci illərdə yaşanan qədim sivilizasiyadan bu cür inkişaf etmiş bir texnologiya gözləmirdi. X-şüalarından istifadə edilməklə mumiyalar üzərində aparılan tədqiqatlar nəticəsində Qədim Misirdə beyin əməliyyatlarının həyata keçirildiyi məlum olmuşdur.34 Bundan əlavə, həmin əməliyyatlar peşəkar metodlardan istifadə edilməklə həyata keçirilmişdi. Cərrahi əməliyyat keçirmiş mumiyaların kəllə sümükləri tədqiq edildiyində əməliyyat yerlərinin qüsursuz qaydada kəsilmiş olduğu görünür. Hətta bu insanların əməliyyatdan sonra yaşadıqlarını sübut edən bitişmiş kəllə sümüklərinə rast gəlinmişdir..35
Digər bir misal isə bəzi dərmanlarla bağlıdır. 19-cu əsrdə olduqca sürətli irəliləyişi müşahidə edən eksperimental elm nəticəsində tibb sahəsində ən böyük yüksəlişlər oldu. Antibiotikin kəşfi də bu əsrdəki tərəqqilərdən biridir. Əslində, bunlara “kəşf edildi” demək səhv olardı, belə ki, bu texnikanın böyük hissəsi Qədim Misirdə onsuzda istifadə edilirdi.36
Misirlilərin tibb və anatomiya sahəsində nə qədər inkişaf etdiklərini göstərən ən başlıca əsərlərdən biri də, şübhəsiz ki, özlərindən sonra qalan mumiyalardır.
Misir fironu Tutanxamonun cəsədi biri digərinin içərisinə yerləşdirilmiş iki tabut içərisində mühafizə edilirdi.
Cansız bədənin minlərlə il çürümədən saxlana bilməsini təmin edən mumiyalama prosesi, əslində, olduqca mürəkkəb bir prosesdir. Bu mövzuda misirlilərin istifadə etdiyi texnika qısa olaraq belədir. İlk olaraq ölünün daxili orqanları çıxarılır, burundan beyin alınır, cəsəd sterilizasiya edilir və natron adlı maddə ilə sarılır və 40 gün gözlənilir. (Natron - soda, natri bikarbonat və natri xlorla natri sulfatın qarışığından alınan bir maddədir). Daha sonra bu maddə cəsəddən çıxarılır, qol və ayaqlar kimi bədənin birləşmə yerləri palçıq və ya qumla sarılırdı. Sonra cəsəd kitrəyə (qətran) batırılmış kətanla, qoxulu bir növ sarı saqqız və darçınla sarılırdı. Bir növ məlhəmin bədənə sürtülməsindən sonra da nazik bir kətan tüllə örtülürdü.37
Misirlilər mumiyalama texnikalarını sadəcə insanlarda deyil, müxtəlif heyvanlarda da təcrübədən keçirmişlər. Qədim Misirdə tibbin olduqca inkişaf etmiş olması əldə olunan arxeoloji tapıntılardan və xüsusən mumiyalama texnikasından açıq şəkildə görünür. Bundan başqa unutmamalıyıq ki, bədənin formasını pozmadan, ölünün bütün daxili orqanlarını çıxardaraq mumiyalamaları bu işi görən insanların hər orqanın yerini biləcək qədər anatomiya biliyinə sahib olduqlarını göstərir.
Mumiyalamadan başqa misirlilər tərəfindən 5000 il əvvəl istifadə edilmiş bir çox tibbi texnika və alət də aparılan araşdırmalar nəticəsində gün işığına çıxarılmışdır. Bu mövzu ilə əlaqədar bir çox təfsilat saya bilərik: /p>
Smith papirusu – Bu papirusda antik misirlilərin kətandan hazırlanmış yara və sarğı lentləri istifadə etdikləri izah olunur.
Müəyyən növdən olan xəstəliklərə uyğun reseptlər yazırdılar.38
Göründüyü kimi, Misir mədəniyyəti tibb sahəsində olduqca əhəmiyyətli addımlar atmış, müalicə üsullarını inkişaf etdirmiş, ixtisaslı həkimlər yetişdirmişdi. Aparılan qazıntılarda, tibb sahəsində əldə edilən bu cür tərəqqidən əlavə, misirlilərin şəhərsalma və memarlıq kimi sahələrə maraq saldıqları ortaya çıxmışdı.
(1,2) Qızıl, gümüş ve yarı daşlardan hazırlanmış zirehlər. 3) Zərif naxışlı sandal 4) Sərt qızıldan hazırlanmış uzun uclu kiçik küpə möhkəmliyini və parlaqlığını hələ də qoruyur.
Metallurgiya ən geniş mənada lazımı xam maddələrdən istifadə edilərək metal və ərintilərin hazırlanması, saflaşdırılması, formaya salınması və qorunmasından ibarət elm və texnologiya sahəsidir. Qədim Misir sivilizasiyası tədqiq edildiyində bundan təxminən 3000-3500 il əvvəl misirlilərin, əsasən, qızıl, mis, dəmir olmaqla, müxtəlif mədən və metalların çıxarılması və işlənməsi sahəsində peşəkar olduqları görünür. Metallurgiyanın inkişaf etmiş olması qədim misirlilərin filizlərin tapılması, çıxarılması, emalı sahələrində mütərəqqi bir texnologiyaya və eyni zamanda, inkişaf etmiş kimya elminə sahib olduqları mənasına gəlir.
Aparılan arxeoloji işlər e.ə. 3400-cü illərdə misirlilərin mis mədənləri haqqında müfəssəl işlər gördüklərini və metal ərintilərini meydana gətirdiklərini ortaya qoymuşdur. Dördüncü xanədanlıq dövründə (e.ə 2900-cü illər) mədənlərin araşdırma və istismarının ən yüksək səviyyəli vəzifəli şəxslər tərəfindən müşahidə edildiyi və fironların oğulları tərəfindən nəzarət olunduğu məlumdur.
Misdən başqa, qədim misirlilərin daim istifadə etdikləri mədən və metallar arasında dəmir də var idi. Tuncun istehsalı üçün qalay, şüşələrin rənglənməsi üçün isə kobalt işlənirdi. Misirdə tapılmayan metallar isə başda İran olmaqla, digər bölgələrdən gətirilirdi.
Qədim misirlilərin ən çox istifadə etdiyi və dəyər verdikləri metal isə qızıl idi. Misirdə və qədim Misirin sərhədləri çərçivəsində olan bugünkü Sudan Respublikasının müəyyən yerlərində qədim misirlilərə aid olduğu təxmin edilən yüzlərlə qızıl mədənləri tapılmışdır. Apollinopolis yaxınlığındakı bir qızıl mədəninin planının olduğu e.ə. 14-cü əsrə aid bir papirus qədim misirlilərin qızıl mədənləri sahəsində peşəkarlıqlarını ortaya qoyur. Papirusda əks olunan məlumatlara görə, mədən yaxınlığında sayı 1300-dən çox evin sadəcə mədəndə işləyənlərin qalması üçün tikildiyindən bəhs edilir. Qədim Misirdə qızıldan işləmələr və zərgərliyin əhəmiyyəti bu məlumatlardan başa düşülür. Bundan başqa, arxeoloji qazıntılar zamanı tapılan qızıldan düzəldilmiş yüzlərlə məişət və bəzək əşyası da qədim misirlilərin qızıl mədənlərinin çıxarılması və işlənməsi sahəsindəki peşəkarlıqlarının bir göstəricisidir.
Bütün bu məlumatlar qədim misirlilərin mədən yataqlarını kəşf edə biləcək, bu yataqlardan mədəni çıxara biləcək, çıxan metalları emal edə biləcək, hissələrə ayıracaq və yeni metallar düzəldəcək elmi məlumata və texnologiyaya sahib olduqlarını göstərir.
(5) Tutankhamun mumyasının boynundakı bu boyunbağının üzərində çox incə qızıl işlənib. Bununla yanaşı, fironun mumyasında 150 ləl-cəvahirat və boyunbağı da tapılmışdır. 6) Qalın qızıl vərəqlə örtülmüş və gümüş vərəqli bir xizəyin üzərində yerləşdirilmiş taxta mühafizə. 7) Tanisdə tapılan qızıl, göy daşı və firuzədən hazırlanmış zireh.
Daş-qaşlardakı incəlik professional qızılişləmə vəsaitlərinin istifadə edildiyini göstərir. Lazım olan vəsaitlər olmadan bu dərəcə incə sənət əsəri hazırlana bilməz. Qədim Misirdəki qızılişləmənin keyfiyyətinin və incəliyinin dövrümüzdəkindən heç bir fərqi yoxdur.
Antik misirlilərin inkişaf etmiş mədəniyyətinin ən mühüm göstəricilərindən biri də heç şübhəsiz ki memarlıq və mühəndislik elmləri idi.
Misirin quru iqlimə malik olması bu gün bizə bu sivilizasiyadan çoxsaylı dəlillər qoymuşdur. Bu məlumatlar qədim Misir şəhərlərinin son dərəcə inkişaf etmiş bir infrastruktura malik olduğunu göstərir.
Qüsursuz infrastrukturun inkişaf etmiş olması bu şəhərləri inşa edənlərin mütərəqqi memarlıq və mühəndislik biliklərinə sahib olduqlarını göstərir. Yer altı yolların çəkilməsində statikanın müəyyən edilməsi, üfüqi tirlərin quraşdırılması lazım olan yerlərin müəyyən edilməsi, hansı dərinlikdə basdırılacağı və yolun uzunluğunun təyin edilməsi, havalandırmanın hansı yerlərdə hansı effekti verəcəyinin hesablanması, təmiz və çirkab sularının bir-birinə qarışmadan nəql edilə bilinməsi kimi bir çox xırdalıqların incə hesablarla düşünülməsi və ən əhəmiyyətlisi isə bu işlərin həyata keçirilməsində heç bir xətaya yol verilməməsi gərəkir. Bütün bu texnikaları misirlilər bilirdilər. Əlimizdə olan məlumatlar bu həqiqəti açıq-aşkar sübut edir.
E.ə. 3000-ci illərdə misirlilərin istifadə etdiyi memarlıq texnikaları və infrastruktur məsələsinə yanaşmaları son dərəcə peşəkar və problemləri həll etməyə meyillidir. Quraq ölkə olan Misir üçün suyun əhəmiyyəti çox böyükdür. Bu səbəbdən də, bu məsələ üzrə də qalıcı həll yollarını tapmışlar. İnfrastrukturla əlaqədar olaraq misirlilərin həyata keçirdikləri ən vacib layihələrdən biri suyu qorumaq üçün inşa etdikləri anbarlardır.
Məsələn, Fayyun vadisində kəşf edilən böyük su anbarı bunlardan biridir. 39 Qədim Misirdə həyatın müəyyən yerlərdə davamlılığını təmin edə bilmək üçün süni göllər inşa edilmişdi. Bunun sayəsində Nil çayının suyu həmin bu süni göllərdə toplanaraq Misir çöllərində inkişaf etmiş bir sivilizasiya qura bilmişlər. Bugünkü Qahirədən səksən kilometr cənubda yerləşən Moris gölü misirlilər tərəfindən Nil çayının suyunu bir kanal vasitəsi ilə toplamaq məqsədi ilə salınan süni göllərdən biridir. Həmin bu su xəzinələrinin yaxınlıqlarına ev və məbədlər inşa edilmişdi.
Misirlilərin tibb sahəsindəki bilikləri, şəhərsalma və mühəndislik bilikləri və bu biliklərin praktikada tətbiq edilməsi son dərəcə inkişaf etmiş bir sivilizasiyaya sahib olduqlarını göstərən əhəmiyyətli dəlillərdən bir neçəsidir. Bu nəzəri bilik və onların praktikada tətbiq edilməsi təkamülçülərin iddia etdiyi “cəmiyyətlərin ibtidaidən aliyə doğru inkişaf etdikləri” tezisini bir daha yerlə yeksan edir. Günümüzdən təxminən 5000 il əvvəl yaşayan bir cəmiyyət günümüzdəki müxtəlif cəmiyyətlərdən, hətta günümüzdə bu torpaqlarda yaşayan bəzi cəmiyyətlərdən belə daha mütərəqqi sivilizasiya səviyyəsinə sahibdir və bu vəziyyətin təkamüllə izah edilə bilməsi mümkün deyil. Şübhəsiz ki, misirlilərin bu yüksək sivilizasiyada yaşadığı dövrdə dünyanın müxtəlif bölgələrində daha geridə qalmış sivilizasiyalar, daha ibtidai şərtlərdə yaşayan insanlar da mövcud olmuşdur. Lakin bunların heç biri nə daha az insan keyfiyyətlərinə sahibdir, nə də guya meymunabənzər xüsusiyyətlərə. Qədim Misirdə qədim misirlilərlə eyni dövrdə ibtidai şəraitdə yaşayan insanlar da, bundan yüz minlərlə il əvvəl var olmuş insan cəmiyyətləri də, günümüzün insanı da bütün keyfiyyətləri ilə həmişə insan olaraq var olmuşdur. Bəzi cəmiyyətlərin daha mütərəqqi, bəzilərinin isə daha ibtidai şəraitdə yaşamış olması, darvinistlərin iddia etdiyi kimi, onların əsla heyvanlardan meydana gələn bir növ olduğunu və ya birinin digərindən təkmilləşdiyini göstərə bilməz. Bu, elmə, ağıla və məntiqə zidd bir şərhdir.
Antik Misir dövrünə aid kətan üzərində hazırlanmış şəkillərdən nümunələr.
Qədim Misirdə kətan parça toxuyurdular. E.ə. 2500-cü illərdən qalan parça qalıqlarından aydın olur ki, həmin dövrdə həm iplərin əyrilməsi, həm də toxunuş tərzi baxımından çox keyfiyyətli parçalar istehsal edilmişdir. Lakin hər şeydən vacibi bu parçaların toxunuşundakı xırdalıqlardır. Hazırkı dövrümüzdə texnologiyanın köməkliyi ilə təmin edilmiş maşınlarda istehsal edilə bilən incə ipləri misirlilər e.ə. 2500 tarixlərində istehsal etmiş və kətan iplərdən toxunmuş parçaları, mumiyalama prosesində istifadə etmişlər. Bu parçalardakı incə toxunuş qədim Misiri tədqiq edən alimləri heyrətə salmışdır. Lupa altında sayıla bilən toxunuşdakı sapların incəliyi bu gün maşınla toxunan ipək parçalarla eynidir.40 Hazırkı dövrdə belə bu parçaların keyfiyyəti məşhurdur və Misir kətanı indiki dövrdəki ad-sanını e.ə. 2000-ci illərdə yaşamış qədim Misir xalqından almışdır.41
Rhind papirusu
Misirdə rəqəmlər çox qədim zamanlardan etibarən istifadə edilirdi. E.ə. 2000-ci ilə aid bir sıra hesab problemlərini açıqlayan papiruslar ələ keçmişdir. Bu sənədlər Kahun, Berlin və Rind papirusları adı ilə tanınır. Həmin sənədlərdə ölçülərin hansı əsaslara görə edilməli olduğu misallarla göstərilmişdir. Misirlilər Pifaqor teoremini, ölçüləri 3-4-5 olan bir üçbucağın dik üçbucaq olduğunu bilir və bundan inşaat hesablamalarında faydalanırdılar.42
Bundan əlavə, misirlilər ulduzlarla planetlər arasında fərqi müəyyən edə bilirdilər. Astronomiya ilə əlaqədar tədqiqatlara çox çətin görülən ulduzları da əlavə etmişdilər.
Digər tərəfdən, misirlilərin həyatı Nilin suyunun səviyyəsinin artıb-azalmasına bağlı olduğuna görə, bu vəziyyəti daim ölçməli və nəzarətdə saxlamalı idilər. Hökmdarlar Nil çayının səviyyəsinin qalxması və aşağı düşməsini qeydə almaq üçün bir “Nilometr” düzəltdirmiş və bu işlə məşğul olmaq üçün məmurlar təyin etmişdi.43
Qədim Misirdə inşa edilən və günümüzdə hələ də böyük heyranlıqla izlənən ən möhtəşəm əsərlər əsrarəngiz ehramlardır. Bu ehramlar arasında ən ehtişamlı olan Xeops ehramı indiyə kimi dünya üzərində inşa edilmiş ən böyük daş tikili olaraq qəbul edilir. Bu ehramın necə inşa edildiyi barədə Herodot zamanından bu yana bir çox tarixçi və arxeoloq müxtəlif nəzəriyyə irəli sürmüşdü. Bəziləri bu ehramın tikintisi zamanı qulların istismar edilməsi və rampa texnikasından tutmuş pilləli ehrama qədər bir çox üsulun istifadə edildiyini iddia etmişdir. Bu üsulların gözlərimiz önündə yaranan mənzərəsi belədir:
Bu ehram qullar tərəfindən tikilmiş olması ehtimal edilərsə, işləyən qulların sayı 240.000 kimi inanılmaz bir rəqəm olmalıdır.
Əgər inşaat texnikası olaraq rampa texnikası istifadə edilmiş olsaydı, ehramın tikintisi bitdikdən sonra bu rampanın sökülməsi üçün təxminən 8 il lazım olardı. Danimarkalı bir inşaat mühəndisi Qarde-Hansona görə, bu, olduqca cəfəng bir nəzəriyyə idi. Belə ki, bu rampanın sökülməsindən sonra qalan tikinti tullantılarına rast gəlməli idik. Lakin belə dəlillərə heç bir yerdə rast gəlinməmişdir.44
“Historical deception: The Untold story of Ancient Egypt” adlı kitabında Qarde-Hansonun digər nəzəriyyəçilərin əhəmiyyət vermədiyi bəzi məqamları tədqiq etdiyini qeyd edən Mustafa Qadalla mövzunu aşağıdakı kimi davam etdirir:
Ehramı ziyarət etdiyiniz zaman heyranedici mənzərələri gözünüzün önünə gətirməyə çalışın: 5000 il əvvəlki daş karxanasındakı işçi gündə ehramların inşasında istifadə edilən 330 blok istehsal edir. Suyun səviyyəsinin qalxdığı mövsümdə gündə 4000 blok Nil çayı üzərində daşınır və Qiza yaylasına gətirildiyində isə həmin daşlar yayladan yuxarıya daşınaraq ehramın inşa ediləcəyi yerə çatdırılırdı. Əgər bu şərtlər altında daşınma prosesi həyata keçirilsəydi, dəqiqədə 6.67 blok daşınmalı idi. Bu nəticə irəli sürülən nəzəriyyənin əsassızlığı üçün kafi rəqəmdir.45
Bütün bunlarla bərabər, ehramın bir tərəfinin sahəsi təxminən 2.5 hektar olduğunu hesab etsək, hər bir tərəf təxminən 115 000 üzlük daşı ilə örtülməli idi. Bu daşlar da elə səliqə ilə düzülmüşdür ki, daşlar arasında qoyulan məsafə bir kağızın keçməsinə imkan verməyəcək qədər dardır.46
Bütün bunlar ehramların inşası ilə əlaqədar hazırkı dövrümüzün elm və texnologiyası ilə belə, izah edilə bilmədiyini göstərən məlumatlardan bəziləridir.
Qizadakı ehramlarla əlaqədar təəccüb doğuran məlumatlar
Qizadakı ehramlarla əlaqədar aparılan bəzi riyazi araşdırmalar qədim misirlilərin çox mütərəqqi riyazi və həndəsi bilikləri olduğunu göstərir. Bu hesablamalara görə, ehramların layihəsini çəkənlər riyazi və həndəsi biliklərdən başqa dünyanın ölçüləri, ekvatoru, oxu və bu oxun bucağı kimi biliklərə malik olmalı idilər. E.ə. təxminən 2500-cü illərdə inşasına başlanan ehramlarla əlaqədar bu məlumatlar ehramların böyük riyaziyyat alimləri Pifaqor, Arximed və Evkliddən 2000 il əvvəl inşa edildiyi nəzərə alınarsa, daha da heyrətamiz olur: - Ehramın bucaqları Nil deltasını iki bərabər hissəyə bölür. - Qizanın üç ehramını aralarında bir Pifaqor üçbucağını təşkil edəcək şəkildə formalaşdırmışlar. Bu üçbucağın tərəflərinin bir-birinə nisbəti 3:4:5-dir. - Ehramın hündürlüyü ilə çevrəsi arasındakı nisbət bir dairənin radiusunun çevrəsi arasındakı nisbətə bərabərdir. - Ehram nəhəng bir günəş saatıdır. Oktyabr ayının ortası ilə mart ayının əvvəli arasında düşən kölgələr mövsümləri və ilin uzunluğunu göstərir. Ehramın üzərini örtən daş lövhələrin uzunluğu bir günün kölgə uzunluğuna bərabərdir. - Ehramın dördbucaqlı şəklində olan oturacaq tərəfinin perimetri 365,342 Misir ölçüsünə (həmin dövrün ölçü vahidi) uyğun gəlir. Bu say indiki zamanda istifadə edilən günəş ilinin günlərinin sayına olduqca yaxındır. (Hal-hazırda günəş ilinin günlərinin sayı 365,224 kimi hesablanmışdır) - Xeops ehramı ilə dünyanın mərkəzi arasındakı məsafə şimal qütbü ilə ehram arasındakı məsafəyə bərabərdir. - Ehramın oturacaq tərəfinin perimetri tikilinin hündürlüyünün iki qatına bölündükdə pi rəqəmi alınır. - Ehramın dörd tərəfinin səthinin ümumi sahəsi ehramın hündürlüyünün kvadratına bərabərdir.
Xeops piramidası təxminən 2.5 milyon daş blokdan ibarətdir. Gündə on blokun üst-üstə qoyulduğu fərz edilsə - bu işçilərin qeyri-adi bir cəhd göstərmələrini tələb edir- 2.5 milyon daşın 664 ildə yerlərinə qoyulduğu ortaya çıxar. Halbuki həmin piramidanın təxminən 20-30 il ərzində hazırlandığı düşünülür. Bu sadə hesab belə Misir piramidalarının tikilməsində fərz ediləndən daha fərqli və üstün bir texnologiyanın istifadə edildiyini ortaya qoyur.
1978-ci ildə ABŞ-dakı “Indiana Limestone Institute of America Inc.” (dünyada əhəngdaşı yataqları sahəsində ən böyük və ən peşəkar qurum) bu gün Xeops ehramı böyüklüyündə bir ehramın inşası tələb olunarsa, bunun üçün insan gücü və materialların ölçüsünü müəyyən etmək üçün tədqiqat aparmışdır. Nəticə olduqca düşündürücüdür; şirkətin səlahiyyətli şəxsləri ehramların tikintisindəki çətinlikləri belə açıqlayırlar:
Əgər mümkün olan gücü maksimuma çıxarsaq, bu da bugünkü istehsal həcmini üç qat artırmaq deməkdir ki, bu da lazımi qədər əhəngdaşının çıxarılması və daşınması üçün 27 il vaxt tələb edir. Bundan əlavə, bütün bu işlər ABŞ-ın üstün texnologiyası ilə, yəni hidravlik çəkic, elektron kristal ucluqlu mişarlardan istifadə edilərək görülə bilər. Bu cür böyük güc sadəcə əhəngdaşını mədəndən çıxarmaq və onu daşımaq üçün sərf ediləcəkdir. Və buna Xeops ehramının inşası üçün lazım olan laboratoriya testləri və bunun kimi hazırlıq işləri daxil deyil.47
Bəs qədim Misirdə bu nəhəng ehramlar necə inşa edilmişdi? Qayalıq terraslar hansı güclə, hansı mexanizmlərlə və hansı texnika ilə düzləşdirilmişdir? Qaya məzarları hansı vasitələrlə qazılmışdır? İnşaat sırasında aydınlatma necə təmin edilmişdir? (ehramların və məzarların divarlarında və tavanlarında hər hansı bir qaralma və his izinə rast gəlinməyib). Daş bloklar daş yataqlarından necə çıxarılmış, müxtəlif formalı daşların kənarı necə düzləşdirilmişdir? Tonlarla ağırlığı olan bu daşlar necə daşınmış və bir-birilərinə santimetrin mində biri yaxınlığında necə birləşdirilmişdir? Bu sualların sayını artırmaq olar. Bəs bu suallar təkamülçülərin insanlıq tarixi yalanına uyğun olaraq ağıllı və məntiqli bir şəkildə cavablandırıla bilərmi? Əlbəttə ki, xeyr.
Tutankhamun dövründən bir nümunə. Əsər Qahirədəki Misir muzeyində nümayiş olunur.
Qədim Misirdə incəsənət, tibb, memarlıq və mədəniyyət ilə təcəssüm olunan nəhəng bir mədəniyyət qurulmuşdur. Misirlilərin özlərindən sonra qoyduqları əsərlər, istifadə etdikləri müalicə üsulları sahib olduqları elmi baza və təcrübənin ən əhəmiyyətli dəlillərindəndir. Bu gün bəzi alimlər tarixin təkamülü iddiasına uyğun olaraq ehramları inşa etməsi olduqca çətin olan Misir əsərlərinin kosmosdan gələnlər tərəfindən meydana gətirildiyini də iddia edirlər.
Əlbəttə ki, “ehramları yadplanetlilər inşa ediblər” iddiası demaqogiya ilə belə izah gətirə bilmədikləri zaman təkamülçülərin sığındıqları son dərəcə ağıl və məntiqdən kənar iddiadır. Hər şeydən əvvəl, buna aid ən kiçik məlumat və ya dəlil belə tapılmamışdır. Təkamülçülər təsadüflərlə və ya xəyali təkamül prosesi ilə açıqlama verə bilmədikləri zaman o dəqiqə “yadplanetlilər”ə sığınırlar. Halbuki, canlı aləmin quruluş vahidini təşkil edən ilk zülalın və hüceyrənin nüvəsindəki DNT-nin təsadüfən cansız maddələrdən meydana gəlməyəcək qədər mürəkkəb və qeyri-adi bir quruluşa sahib olduqlarını anladıqda belə bir gülünc iddia tapdılar: “İlk canlı orqanizmini yadplanetlilər dünyaya qoyub getmişlər”. Bəzi təkamülçü alimlər tərəfindən müdafiə edilən bu iddianın mənasızlığı, əlbəttə ki, təkamülçülərin düşdükləri çarəsizliyin göstəricisidir.
Misirdə qurulan mədəniyyət və tarix boyunca qurulan digər bütün sivilizasiyaların hər biri ağıl və iradə sahibi insanlar tərəfindən qurulmuşdur. Bundan əlavə, bunlar çox qədim dövrlərə aid sivilizasiyalardır. Bu gün Misirin e.ə. 3000-ci ilindəki əsərlərini tədqiq edərək heyranlığımızı dilə gətiririk və alimlər və aidiyyəti mütəxəssislər bu əsərlərin necə meydana gətirilmiş ola biləcəyini müzakirə edərək araşdırırlar. Lakin bu məqam da çox vacibdir: Misirdə bu gün izlərinə rast gəlinən 5000 il əvvəlki sivilizasiya, əlbəttə ki, minlərlə ilin təcrübə və elmi bazası hesabına olmuşdur. Yəni bu mədəniyyətin kökləri daha da əvvələ söykənir. Dolayısilə, təkamülçülərin və tarixin təkamülünə inananların iddia etdikləri kimi, ilk dövrlərdə ibtidai və danışmaq qabiliyyətindən məhrum, sadəcə heyvan ovlayaraq güzəran keçirən yarı heyvan insanlar yox idi. İnsan ilk yaradıldığı gündən bu yana indi insanların sahib olduğu zəka, estetika anlayışı, qavrama, şüur və əxlaq kimi insani keyfiyyətlərə sahib idi.
Dövrün kran modeli
Keçmiş sivilizasiyaların nəhəng daş bloklar istifadə edərək inşa etdikləri binalar dövrümüzün müasir inşaat mexanizmlərinə bənzər mexanizmlərin o dövrlərdə də istifadə edildiyinə işarə edilir. Qızıldan hazırlanmış bu bəzək əşyasının da inşaat mexanizmlərinə olan bənzərliyi diqqət çəkir. Bu parça 1920-ci illərdə Panamada tapılmışdır. Boyunbağı ucu olaraq istifadə edildiyi fərz edilir. Bu və buna bənzər tapıntılar təkamülçülərin keçmiş cəmiyyətlərin tamamilə ibtidai olduqları yönündəki iddialarını yalanlayır. Tarix boyu texnologiyada irəliləyiş və elmi təcrübə hər zaman olmuşdur. Keçmiş cəmiyyətlər də ehtiyaclarına uyğun kəşflər ediblər, cihazlar inkişaf etdiriblər, mexanizmlər istifadə ediblər.
Keçmiş mədəniyyətlərə aid qalıqlar tədqiq edildikdə havaya qalxmanın bildiyimiz tarixdən çox daha qədimlərə getdiyi aydın olur. Mayyalardan qalan tapıntılarda, Misir ehramlarındakı şəkillərdə, Şumer yazılarında və Yaponiyadakı qazıntılarda müxtəlif təyyarə, planer və helikopterə bənzəyən vasitələrə, həmçinin pilot forması geyinmiş adam heykəllərinə tez-tez rast gəlinir. Bunlardan aydın olduğu qədər, günümüzdən minlərlə il əvvəl də insanlar havaya qalxmış, indiki dövrdə istifadə edilən vasitələrə bənzər vasitələrdən istifadə etmişlər.
Qurani-kərim ayələrində də inkişaf etmiş dövrlərdə havaya qalxma cihazlarından istifadəyə işarə edilir. Bu ayələrdən biri aşağıdakı kimidir:
Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra (yenə) bir aylıq məsafəni qət edən küləyi də Süleymana (ram etdik)... (Səba surəsi, 12)
E.ə 200-ci ildə aid olduğu təxmin edilən taxta planer modeli | Abydios məbədinin divarlarında dr. Ruth Hiver tərəfindən aşkar edilən bu şəkillərdəki vəsaitlərin dövrümüzdə də istifadə edilən vertolyot, reaktiv və təyyarə kimi vasitələrlə olan bənzərliyi diqqət çəkicidir. |
Bu ayədə hz. Süleyman dövründə çox uzaq məsafələrə qısa müddət ərzində nəql edilmənin vurğulandığı ehtimal edilir. Belə nəqliyyat günümüzdəki təyyarə texnologiyasına bənzər bir texnologiyadan istifadə edilərək küləklə hərəkət edən vasitələr meydana gətirilməsi ilə həyata keçirilmiş ola bilər. (Doğrusunu Allah bilir) Keçmiş sivilizasiyaların havaya qalxmaqdan yararlandıqlarına işarə edən dəlillərdən biri Misirdə tapılan planer modelidir. 1898-ci ildə arxeoloqlar tərəfindən Saqquaradakı bir məzarın içində tapılan bu planer modelinin e.ə. 2000-ci ilində düzəldilmiş olduğu ortaya çıxarılmışdır. Bundan təxminən 2200 il əvvələ aid bir planer modelinin ortaya çıxarılması, əlbəttə ki, qeyri-adi haldır. Bu, təkamülçü tarix anlayışını kökündən sarsıdan arxeoloji bir kəşfdir. Bəhs edilən modelin texniki xüsusiyyətləri tədqiq edildiyində ortaya bundan da maraqlı mənzərə çıxır. Bu taxta modelin qanadlarının şəkli və nisbətləri günümüzün ən mütərəqqi texnologiyası ilə düzəldilən Konkord təyyarələrində olduğu kimi, sürətdən minimum itki ilə maksimum qaldırıcı qüvvəni təmin edə biləcək formada dizayn edilmişdir. Bu hal qədim misirlilərin mükəmməl aerodinamik biliklərə sahib olduqlarını da göstərir.
Qədim Misirdə elektrik var idimi?
Denderadakı Xatxor məbədində tapılan bəzi divar rəsmləri qədim Misirlə əlaqədar olduqca maraqlı bir məlumatı üzə çıxarmışdı. Rəsmdə əks olunan fiqurlar qədim misirlilərin elektrik haqqında məlumatlı olması və ondan istifadə etməsi ehtimalını gündəmə gətirmişdi. Bəhs edilən rəsmi diqqətlə tədqiq edildiyində sanki günümüzdəki kimi yüksək voltaj izolyasiyadan həmin dövrdə də istifadə edildiyi görünür:
lampa formasındakı forma dördbucaqlı bir sütun (bu sütunun izolyator olaraq istifadə edildiyi təxmin edilən və ced sütunu adlandırılan bir sütundur) üstündə dayanır. Şəkildəki formanın günümüzün elektrik lampaları ilə olan bu heyranedici bənzərliyi diqqəti cəlb edir. Volframlı elektrik lampasının ixtiraçısı olan dr. Kolin G. Fink 1933-cü ildə qədim Misirə aid metal əşyaları tədqiq edərkən misirlilərin bundan təqribən 4300 il əvvəl misi antimon elementi ilə bürüməyi kəşf etmişdilər. Bu cür örtülmə günümüzdə elektrolizlə örtülmə adı verilən üsulla əldə edilən nəticənin eynisinin əldə edildiyi bir üsuldur.
Denderadaki Hathor məbədinin divarlarındakı bu şəkillərdə görünən fiqurların dövrümüzdə istifadə edilən ampullarla olan bənzərliyi alimləri heyrətə salıb.
Bu kaplama, kendisinin 1933 yılında sülfürü kullanarak denediği bir yöntemdir.49 Şəkildə təsvir edilən bu sistemin işıq yayıb-yaymadığı alimlər tərəfindən sınaqdan keçirilmişdir. Avstraliyalı elektrik mühəndisi Volter Qarn relyef üzərində təsvir edilən şəkli xırdalıqları ilə araşdırmış, şəkildəki lampanı, ilanlı teli, lampa patronu, ced sütunu kimi istifadə edilən izolyatorun eynisini düzəltmişdi. Və meydana gələn sistem ətrafı aydınlatmış, yəni işıq saçmışdır.50 Misirdə elektrik enerjisindən istifadə edilə biləcəyini göstərən dəlillərdən biri də ehramların iç divarlarında heç bir his izinə rast gəlinməməsidir. Əgər təkamülçü arxeoloqların iddia etdiyi kimi, işıqlandırma üçün, məsələn, məşəl və ya buna oxşar materiallardan istifadə edilmiş olsaydı, divarlarda mütləq his olmalı idi. Lakin ehramların ən uzaq dəhlizlərində belə his izi yoxdur. Lazımi işıqlandırma təmin edilmədən inşaatın davam etməsi, bundan da vacibi divarlardakı möhtəşəm rəsmlərin çəkilməsi mümkün deyildir. Bu da Misirdə elektrik enerjisindən istifadə edilmiş olma ehtimalını gücləndirir.
Misir heroqliflərində tez-tez rast gəlinən cəd sütunu bir növ elektrik vəsaitini xarakterizə edir.Cəd sütunu generator vəzifəsini yerinə yetirir və bu şəkildə aydınlatma təmin edilir.
Neçə-neçə şəhərlər olmuşdur ki, (əhalisi) zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır. (Həcc surəsi, 45)
Phillip Johnson
Darvinist alimlər bəşər tarixinin guya təkamülünü izah edərkən çox vacib bir məsələdə də acizlik nümayiş etdirirlər. Bu da bəşərin universitetlər, xəstəxanalar, dövlətlər qurmasına, musiqi bəstələməsinə, olimpiadalar təşkil etməsinə, kosmosa getməsinə səbəb olan, qısacası, insanı insan edən ən vacib xüsusiyyətlərdən biri olan ağıldır.
Təkamülçülər insan ağlının guya yaşayan ən yaxın qohumu şimpanzelərdən ayrıldıqdan sonrakı dövrdə təkamülə uğrayaraq bugünkü vəziyyətinə gəldiyini iddia edirlər. Ağılın guya təkamülündə var olduğunu iddia etdikləri sıçramaları isə beyində meydana gələn təsadüfi dəyişikliklərə və alətlər düzəltmə bacarığının təkmilləşdirici təsiri ilə əlaqələndirirlər. Bu iddialarını televiziya sənədli filmlərində, jurnal və qəzet yazılarında tez-tez gözlər önünə sərir və ilk olaraq bıçaq, sonra da mizraq düzəltməyi öyrənən meymun adamların hekayəsini danışırlar. Lakin bu təbliğat etibarsızdır. İnsanlara təlqin edilən ssenarilər elmi olaraq qələmə verilmələrinə baxmayaraq, tamamilə elmdən kənardır və yeganə mənbələri darvinist ön mühakimələridir. Və şübhəsiz, ən əhəmiyyətlisi isə insan ağlının maddəyə reduksiya olmadığıdır. Bu həqiqət materializmin təsirsizliyini rəsmiləşdirərək ağılın təkamülü iddialarını kökündən yıxır.
Həqiqətdə ağılın təkamüllə ortaya çıxdığını iddia edən təkamülçülər ibtidai bir ağıl səviyyəsinə sahib olmanın nəyə bənzədiyini şəxsi olaraq təcrübədən keçirmə və guya təkamül prosesindəki şərtləri təkrarlama imkanına sahib deyildi. Təkamülçü nəşrləri ilə tanınan “Nature” jurnalının redaktoru Henry Ci təkamülçü olmasına baxmayaraq, bu cür iddiaların elmdən kənar olduğunu qəbul edir:
Məsələn, insanın təkamülünün bədənin duruşu, beyin həcmi ilə oddan və alətlərdən istifadə etmə kimi texnoloji uğurlar və dilin meydana gəlməsini təmin edən əl-göz koordinasiyasındakı inkişafla bağlı olaraq inkişaf etdiyi iddia edilir. Lakin belə ssenarilər subyektivdir. Sınaqlarla qəti olaraq yoxlana bilməzlər, belə olduğu halda, elmi deyillər. Ümumiyyətlə, istifadə edilmələri elmi testlərlə deyil, sahiblərinin iddia və nüfuzları ilə əsaslandırılır.51
Bu cür ssenarilərin elmdən kənar olmasından başqa, məntiqi olaraq da əsassızdır. Təkamülçülər sözdə təkamüllə meydana gələn ağıl sayəsində alətlərdən istifadənin ortaya çıxıb inkişaf etdiyini, alətlərdən istifadə sayəsində də ağılın inkişaf etdiyini müdafiə edirlər. Halbuki, belə bir inkişaf ancaq insan ağlı elə mövcud ikən mümkündür. Bu cür izaha görə, ilk olaraq texnologiyanın yoxsa ağılın guya təkamüllə meydana gəldiyi sualı cavabsız qalır.
Darvinizmin ən təsirli tənqidçilərindən Filip Conson bu mövzuda aşağıdakıları yazmışdır:
Ağılın məhsulu olan bir nəzəriyyə nəzəriyyəni hazırlayan ağılı uyğun bir şəkildə əsla izah edə bilməz. Mütləq doğrunu kəşf edən üstün elmi ağılın hekayəsi ancaq və ancaq ağılı verilmiş istedad kimi qəbul etsəniz, qane edicidir. Ağılı öz icadlarımızın bir məhsulu olaraq izah etməyə çalışdığımız anda, çıxışı olmayan güzgülü bir koridora girmiş oluruq.52
Darvinistlərin insan ağlını izah etməkdə aciz qalmaları bəşəriyyətin mədəni və sosial tarixi haqqında irəli sürdükləri iddiaların da əsassız olduğunu nümayiş etdirir. Eyni zamanda, buraya qədər araşdırdığımız bütün məlumat və tapıntılar da darvinist alimlərin tarixin təkamülü iddiasını tam mənası ilə əsassız edir.
Bəşər tarixi qədim dövrlərdə yaşayanların –təkamülçülərin iddialarının əksinə- təxmin ediləndən qat-qat üstün bir texnologiya və mədəniyyətə sahib olduqlarını göstərən yüzlərlə dəlil və tapıntı ilə doludur. Bunlardan biri də Şumer sivilizasiyasıdır. Şumerlərin özlərindən sonra qoyduqları əsərlər bəşər övladının minlərlə il əvvəl sahib olduğu biliklər toplusunun dəlillərindəndir.
Mesopotamiya yunan dilində “iki çay arası” mənasını verir. Bu bölgə dünyadakı ən münbit torpaqlardan biridir və bu xüsusiyyətinə görə böyük sivilizasiyaların əmələ gəldiyi bölgə olmuşdur.
Bu torpaqların cənubunda yerləşən və bu gün Küveyt və Şimali Səudiyyə Ərəbistanı kimi tanınan ərazidən çıxan bir qrup insan digər cəmiyyətlərdən fərqli dildə danışır, şəhərlərdə yaşayır, hüquqi idarə üsuluna əsaslanan bir monarxiya ilə idarə edilir və yazıdan istifadə edirdilər. Bu cəmiyyət şumerlərdir. E.ə. 3000-ci ildən etibarən böyük şəhər dövlətləri quraraq getdikcə genişlənmiş, geniş kütlələri nəzarəti altına almışdır.53
Şumerlər sonrakı dövrlərdə Akkad cəmiyyəti tərəfindən məğlub edilərək nəzarət altına alınmışlar. Lakin akkadlar şumerlərin mədəniyyətini, dinini, incəsənətini, hüquqi sistemini, yazısını, dövlət quruluşunu mənimsəyərək Mesopotamiya mədəniyyətinin davam etməsini təmin etmişlər.
Şumerlər dövründə texnologiyadan incəsənətə, hüquqşünaslıqdan ədəbiyyata qədər bütün sahələrdə əhəmiyyətli yüksəlişlər yaşanmışdır. Şumerlərin mütərəqqi ticarəti və güclü iqtisadiyyatı var idi. Tunc metallurgiyası, təkərli vasitələr, gəmilər, heykəllər və monumental binalar həmin dövrdəki sürətli inkişafın günümüzə gəlib çatan dəlillərindən bir neçəsidir. Bundan əlavə, şumerlərin günümüzə qədər çatmamış bir çox əl işinə sahib olduğu məlumdur. Mesopotamiya şəhərləri üçün vacib ixracat malı olan yun parçaların toxunub boyanması da əlavə sənətkarlıq nümunələrinə misal olaraq verilə bilər.54
E.ə 2000-ci illərdə yaxın şərq xalqlarının dünyaya yayılması Şumerlərin mədəni vilayətləri
Şumerlər e.ə. 3000-ci ildən etibarən böyük şəhər dövlətləri quraraq davamlı genişlənmiş və geniş kütlələri nəzarət altına almışdılar.
Şumerlərin sosial sahədə də inkişaf etmiş bir sistemləri var idi. Şumer dövlətində monarxiya quruluş sistemi mövcud idi. İqtidarda olan rahib-kral dövləti bir sıra bürokratların köməkliyi ilə idarə edilirdi. Köməkçiləri məhsul yığımından sonra məhsulu xalqın arasında paylaşdırır, torpaqları gəzərək onlara nəzarət edirdi. Hər bölgədəki rahib orada yaşayan xalqın məsuliyyətini öz üzərinə götürür və xüsusilə böyük şəhərlərdə qida bölüşdürülməsini diqqətli bir şəkildə təmin edirdi. Rahiblərin bu fəaliyyətləri qeyd edilərək saxlanılırdı.
Bundan 5000 il əvvəl yaşamış şumerlərin sosial, incəsənət, elmi və iqtisadi sahəsindəki həyat tərzləri təkamülçülərin irəli sürdükləri guya “ibtidaidən aliyə doğru inkişaf edən insan” modeli ilə tamamilə ziddiyyət təşkil edir. Şumerlərin inşa etmiş olduğu böyük sivilizasiya həm öz dövründə, həm də günümüzdə belə bir çox cəmiyyətlərlə müqayisə edildikdə olduqca inkişaf etmiş bir sivilizasiyadır. Təkamülçülərin iddialarına əsasən, guya meymuna bənzərlikdən bir müddət öncə qurtulmuş, xırıltı çıxarmaqla danışmağa başlaması qısa müddət olan, hələ təzə-təzə sosiallaşmağa başlamış, heyvanları əhliləşdirməyi, əkinçiliklə məşğul olmağı yeni öyrənmiş insanların bu dərəcə inkişaf etmiş bir sivilizasiya inşa etdikləri necə olur ki, izah oluna bilmir. Açıq şəkildə görünür ki, tarixin hər dövründə insan zehni, bacarığı, zövqləri və sosial münasibətləri ilə insan olaraq var olmuşdur. Təkamülçülərin müxtəlif yayın orqanlarında tez-tez gündəmə gətirdikləri tonqal başında oturan, mağaralara sığınan, yonulmamış daşdan alətlər düzəldərək günlərini keçirən yarı meymun, yarı insan şəkilləri isə xəyal məhsulu olmaqdan irəli getməyən, tarixi, arxeoloji və elmi tapıntılarla heç bir halda uyğunlaşmayan hekayələrdən ibarətdir.
Keçmiş cəmiyyətlərin inşa etdikləri köklü mədəniyyətlər darvinistlərin ibtidaidən aliyə doğru irəliləmə müddəasının həqiqəti əks etdirmədiyini göstərir. Şumer mədəniyyəti də bu vəziyyətin nümunələrindən biridir. Yuxarıdakı şəkildə görünən Assur maşınının hərhansı bir çəkici güc olmadan getməsi diqqət çəkicidir. Əsgərlərin geydikləri zirehli geyimlər o dövrdə zireh sənətinin nə qədər inkişaf etdiyini göstərir. Paltarlar tamamilə zirehlə örtülmüşdür və bu sayədə şəxslərin həm rahat hərəkət etmələri mümkün olur, həm də bədənləri qorunur. Maşının çətin müharibə şərtlərinə və zərbəyə davamlı olduğunu görünür. Həmçinin, maşının uc qismindən qala qapısı qırmada da istifadə edildiyi anlaşılır. Bu mənada istifadə edilən vasitə və maşının gücü diqqət çəkicidir. (e.ə 2000-e.ə. 612)
Şumerlər 12 aydan ibarət bir təqvimə sahib idilər. Həmçinin, bir çox ulduzun xəritəsini də çıxarmışdılar və Merkuri, Venera, Yupiter kimi planetlərin hərəkətlərini də izləyə bilirdilər. Şumerlərin təsbitlərinin doğruluğu dövrümüzdəki tapıntılarla da təsdiqlənir. Şumerlər etdikləri müşahidələrə əsaslanaraq Günəş sistemində 12 planet olduğunu düşünürdülər. Şumerlərin əldə etdiyi bu rəqəmə Günəş və Ay da daxil idi. Şumerlərin 12 planet və ya bəzi mənbələrdə Nibiru olaraq adlandırdıqları bu planet yaxın zamanda bir çox alim tərəfindən varlığı qəbul edilən və X planeti adlandırılan 10-cu planetdir. Yuxarıdakı şəkildə şumerlər Günəş sistemini təsvir ediblər. Şəkildə Günəş ortada yerləşir və planetlər də Günəşin ətrafında fırlanırlar.
Şumerlər riyaziyyatda say sistemini tətbiq etmişdilər. Günümüzdə istifadə edilən 10 sayına əsaslanan riyazi sistem əvəzinə, 60 sayına əsaslanan riyazi sistemdən istifadə etmişlər. 60 sayı hələ də bəzi hesablamalarda əhəmiyyətli yer tutur, bir saatın 60 dəqiqədən, bir dəqiqənin 60 saniyədən ibarət olması və yaxud dairədə 360 dərəcənin olması kimi... Bu səbəbdəndir ki, həndəsə və cəbrin ilk düsturlarını irəli sürən şumerlərin riyazi bilikləri günümüzdəki riyaziyyatın təməli olaraq qəbul edilir.
Bundan başqa, şumerlər astronomiyada olduqca mütərəqqi səviyyəyə yüksəlmiş, ay, il, gün hesablarını günümüzlə təxminən eyni qaydada etmişlər. 12 aydan ibarət bir təqvimə sahib olan şumerlərin təqvimindən qədim misirlilər, yunanlar və bəzi semit cəmiyyətlər də istifadə etmişdilər. Bu təqvimə görə, bir il qış və yay olmaqla, iki fəsildən ibarətdir. Yay fəsli yazda olan gecə-gündüz bərabərliyində, qış fəsli isə payızda olan gecə-gündüz bərabərliyində başlayırdı.
Şumerlər “Ziqqurat” adlandırdıqları qüllələrdə kosmosu da tədqiq etmişdilər.55 Günəş və ay tutulmalarını əvvəlcədən müəyyən edə bildikləri müxtəlif qeydlərdə açıq aşkar görünür. Şumerlərin başqa bir astronomik kəşfi də bir çox ulduz külliyyatının xəritəsini tərtib etmiş olmalarıdır. Günəş və Ayın, bəzən Merkuri, Venera, Mars, Yupiter və Saturnun da hərəkətlərini izləyərək qeydə almışlar. Bundan 5000 il əvvəl şumerlərin kosmosla əlaqədar həyata keçirdikləri elmi hesablamalar bu gün kosmik gəmilərdən göndərilən təsvirlərlə sübuta yetirilir.
Heç şübhə yoxdur ki, bu vəziyyət tarixin təkamülü iddiaları ilə tamamilə ziddiyyət təşkil edir. Günümüzün nəhəng teleskopları, təkmilləşmiş kompyuterlər, hər cür texniki bazaya sahib müşahidə mərkəzləri sayəsində ancaq yeni əldə edilmiş məlumatları bundan 5000 il əvvəl kəşf etmiş bir cəmiyyət mövcud idi. Belə olan vəziyyətdə, təkamülçü alimlər ön mühakimələrini bir kənara qoyub elmi və tarixi kəşflərin onlara göstərdiyi həqiqətlərə uyğun hərəkət etməlidir. Və bu həqiqət darvinistlərin iddia etdikləri kimi, sivilizasiyaların daima ibtidaidən aliyə doğru inkişaf etdiyinin, cəmiyyətlərin və mədəniyyətlərin təkamül keçirdiyi fikrinin elmi və tarixi bir əsası olmadığını göstərir. Sivilizasiyalar quran, musiqi bəstələyən, sənət əsərlərin meydana gətirən, görkəmli binalar inşa edən, kosmosla əlaqədar araşdırmalar aparıb əhəmiyyətli məlumatlar əldə edən, elmi uğurlara imza atan, texnoloji kəşfləri nümayiş etdirən insanın tarixini guya təkamül prosesi ilə izah etməyə çalışmanın özülündə yatan səbəb bir sıra ideoloji məyusluqdur. Alimlərə yaraşan davranış isə ideoloji məyusluğa görə deyil, sınaqlara, kəşflərə, müşahidələrə, qısacası, elmi məlumatların əks etdirdiyi dəlillərə uyğun davranış nümayiş etdirməkdir.
Göylərin ve yerin mülkü Allah'ındır. Allah, hər şeyə güc çatdırandır. (Al-i İmran surəsi, 189)
Zikkurat
1850-ci ildə arxeoloq Con Layardın (John Layard) kəşfi “Linzanı ilk kim istifadə edib?” sualını gündəmə gətirmişdi. Con Layard indiki İraq ərazisində apardığı qazıntılarda bundan 3000 il əvvələ aid linza formasında bir əşya tapmışdır. Hal-hazırda, İngilis Muzeyinin arxivində olan bu əşya elm dünyasında məlum olan ilk linzanın assuriyalıların dövründə istifadə edildiyini göstərmişdi. Roma Universitetindən professor Ciovanni Pettinato (Giovvani Pettinato) da elm tarixinin müəyyən edilməsi mövzusunda önəmli kəşf kimi müəyyən edilən bu əşyanın assuriyalıların geniş astronomiyaya aid biliklərinin qaynağını bildirdiyini qeyd edir. Assuriyalılar Saturn planetini və planetin ətrafındakı halqaları müəyyən etmiş bir cəmiyyətdir.56
Bu linzanın hansı məqsədlə istifadə edilmiş olduğu, əlbəttə ki, mübahisə edilə bilən bir məsələdir, lakin aşkar bir həqiqət var ki, o da keçmiş toplumların hamısını təkamülçü alimlərin irəli sürdüyü kimi sadə həyat tərzi keçirməmələridir. Keçmişdəki cəmiyyətlər də elm və texnologiyadan istifadə etmiş, əsaslı sivilizasiyalar qurmuş, inkişaf etmiş həyat tərzi keçirmişlər. Həyat tərzləri haqqında günümüzə olduqca az məlumat gəlib çatmışdır. Lakin gəlib çatan məlumatların demək olar ki, hamısı bu xalqların təkamül keçirmədiyini açıq-aşkar göstərir.
Allah göyləri ve yeri haqq olaraq yaratdı. Şübhəsiz, bunda iman gətirənlər üçün bir ayə vardır. (Ənkəbut surəsi, 44)
Dövrümüzdən təxminən 3000 il əvvələ aid lupa görüntüsündəki parça “elm tarixinin müəyyən edilməsi mövzusunda mühüm bir tapıntı” olaraq qiymətləndirilir. Elm tarixi insanın ilk ortaya çıxdığı andan etibarən zehni, bacarıqları və zövqləri ilə insan olaraq mövcud olduğunu göstərir.
1938-ci ildə alman arxeoloq Vilhelm Könih (Wilhelm Konig) tərəfindən tapılan vaza şəklində bir əşya “Bağdad batareyası” olaraq adlandırılmışdır. Yaxşı, bəs təxminən 2000 illik bir keçmişi olduğu hesablanan bu əşyanın batareya olaraq istifadə edildiyi qənaətinə necə gəlinmişdir? Belə ki, əgər bu əşyanın batareya olaraq istifadə edildiyi doğru olarsa -hansı ki, aparılan araşdırmalar doğru olduğunu göstərir- sivilizasiyanın daima inkişaf etdiyi sübut ediləcək və keçmişdəki cəmiyyətlərin isə geridə qalmış şərtlərdə yaşadığına dair bütün nəzəriyyələr yerlə bir olacaqdır. Ağız hissəsi asfaltla örtülmüş olan bu gil qabın içində misdən bir boru var. Alt hissəsi mis disklə bağlanan bu borunun içərisindəki dəmir borucuq üst hissədəki asfalt qapaq vasitəsi ilə bərkidilmişdir. Borucuq borunun içində heç bir nöqtə ilə təmas etmədən sallanmış vəziyyətdədir.
Qabın bir elektrolitlə doldurulması zamanı isə cərəyan əmələ gətirən bir batareya əldə edilmiş olunur. Məhz bu, elektrokimyəvi reaksiya olaraq bilinən hadisədir və günümüzdə istifadə edilən batareyaların işləmə mexanizmindən heç də fərqlənmir. Bağdad batareyasını əsas götürərək düzəldilən modellərdə aparılan sınaqlar zamanı 1.5-2 volt arasında enerji əldə edilmişdir.
Belə vəziyyətdə vacib olan daha bir sual gündəmə gəlir: bundan 2000 il əvvəl batareya nə üçün istifadə edilirdi? Ortada bir batareya olduğuna görə, batareya ilə istifadə edilən bir çox cihaz və alətlərin olmasının vacibliyi açıq aşkardır. Və bu vəziyyət bundan 2000 il əvvəl yaşayan insanların bilinən və təxmin ediləndən qat-qat inkişaf etmiş həyat standartlarına sahib olduqlarını bir daha göstərir.
Şəkildə 2000 il əvvələ aid “Bağdad batareyası” olaraq adlandırılan bu parça ilə bağlı araşdırmalar bunun o dövrdə müasir batareya kimi istifadə edildiyini sübut edir.
Qədim maya vilayətlərindən olan Uxmaldakı bir bina qalığı
Bəzi təkamülçü alimlər mayaların metal əşya istifadə etmədiklərini iddia edirlər. Lakin maya qalıqlarındakı daşların üzərindəki daşişləmənin necə hasil olduğunu açıqlaya bilmirlər. Çox rütubətli bir mühit olan Amazon meşələrinin yüksək bölgələrində metal əşyalar çıx qısa müddətdə oksidləşib çürüyürlər. Belə ki, mayaların istifadə etdikləri metal əşyaların izləri dövrümüzə gəlib çatmaya bilər. Amma qalan daş abidələr metalın tanındığını və istifadə edildiyini göstərir. Çünki bu dərəcə incə və təfərrüatlı daşişləmənin sadəcə daş alətlərlə həyata keçirilməsi mümkün deyil.
Təkamülçü nəşrlərin hamısında ortaq bir nöqtə var. Bu nəşrlərdə bir canlıya aid bioloji struktur və ya xüsusiyyətin nəyə görə təkamülə uğramış ola biləcəyinə dair xəyali ssenarilər verilir. Diqqəti cəlb edən məqam isə təkamülçülərin xəyal gücü ilə meydana gətirdikləri hekayələrin elmi həqiqət imiş kimi izah edilməsidir. Halbuki, bu nəşrlərdə izah edilənlər darvinist nağıllardan başqa bir şey deyil. Təkamülçülər öz beyinlərində qurduqları ssenariləri ictimaiyyətə guya elmi sübut kimi təqdim etməyə çalışırdılar. Darvinist nağıllar hər hansı elmi bir dəyər daşımır; təkamülçü iddialar üçün də qəti olaraq sübut təşkil edə bilməz.
Təkamülçü ədəbiyyatda tez-tez rast gəlinən hekayələrdən biri də guya meymunabənzər varlıqların insana çevrilməsi və ilk dövrlərdə guya ibtidai olan insanın da müəyyən bir proses içərisində sosiallaşaraq inkişaf etməsidir. Heç bir elmi sübutu olmadığına baxmayaraq, yarı dik yeridiyi və xırıltılar çıxardığı ehtimal edilən “mağara adamları”nın ailəsi ilə birgə gəzərkən və ya əllərindəki kobud alətlərlə ov edərkən, yaxud da bir ocaq başında oturarkən şəkillərinin çəkildiyi sözdə ibtidai insan canlandırması da bu hekayənin ən məşhur hissəsidir.
Əl Mirador, Qvatemalada eradan əvvəlki dövrə aid maya vilayətinin rekonstruksiyası.
“İnanın və belə olduğunu xəyalınıza gətirin” mənasını verən bu canlandırmalar təkamülçülərin insanları konkret həqiqətlərlə deyil, xəyali nağıllarla inandırmağa çalışdıqlarının ən bariz nümunəsidir. Çünki bunlar elmi dəlillərə deyil, sahibinin inancına və ön mühakiməsinə əsaslanan hekayələrdir.
Təkamülçülər bu hekayələri danışmağın səhv olduğunu bilə-bilə bunları peşəkar ədəbiyyatda saxlayır, ictimaiyyətə elmi həqiqətlər kimi təqdim etdikdə heç bir maneəyə rast gəlmirlər. Lakin təkamülçülərin tez-tez izah etdiyi bu ssenarilər təkamül nəzəriyyəsinə elmi dəstəyi təşkil edir. Çünki insanın meymunabənzər əcdaddan törədiyi iddiasını müdafiə edən bir ədəd belə elmi tapıntı tapılmamışdır. Eyni şəkildə, cəmiyyətlərin ibtidaidən aliyə doğru təkamül keçirdiyini göstərən heç bir arxeoloji və tarixi tapıntı yoxdur. İnsan var olduğu ilk gündən bəri insandır və hər dövrdə müxtəlif sivilizasiyalar, mədəniyyətlər qurmuşdur. Bu sivilizasiyalardan biri də qoyduğu izlərlə heyranlıq doğuran Mayya sivilizasiyasıdır.
Tarixi mənbələrdə bu ərazilərdə yaşayan insanlar üçün gələn uzun boylu, ağ paltarlı bir adamdan bəhs edilir. Kitabələrdə əks olunan məlumata görə, qısa bir müddətə tək İlah inancının yayıldığı və elmdə, incəsənətdə inkişafın müşahidə edildiyi məlumdur.
Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar... (Rum surəsi, 9)
E.ə. 1000-ci illərdə Mərkəzi Amerikada, digər sivilizasiyalardan olduqca uzaqda yaşayan mayyalar Misir, yunan və ya Mesopotamiya sivilizasiyaları kimi inkişaf etmiş bir sivilizasiya qurmuşdular. Mayyaların ən vacib xüsusiyyəti isə astronomiya və riyaziyyat kimi elm sahələrində işləmələri və olduqca mürəkkəb yazı dilləri ilə elmə rəhbərlik etmiş olmalarıdır.
Daş üzərindəki işləmə mayaların daşişləmə üçün lazım olan texniki struktura malik olduqlarını göstərir. Polad yeyələr, linklər və başqa alətlər olmadan daş üzərində sənət əsərləri yaratmaq demək olar ki, qeyri-mümkündür.
Cichen Itzadaki döyüşçülər məbədi
Rosalila abidəsinin qərb binasının üst qismi
Mayyaların zaman, astronomiya və riyaziyyat sahələrindəki bilikləri həmin dövrün qərb dünyasının məlumatından min il irəlidə idi. Məsələn, Yer kürəsinin bir illik dövrü haqqındakı hesabları kompyuter icad edilmədən əvvəl edilən hesablardan daha dəqiq və xətasızdır. Riyaziyyatda sıfır mövhumu avropalı riyaziyyatçıların kəşfindən min il əvvəl mayyalar tərəfindən istifadə edilirdi. Riyaziyyatda çağdaşlarından qat-qat mürəkkəb rəqəm və işarələrdən istifadə etmişlər.
Mayyaların istifadə etdiyi təqvim də mütərəqqi sivilizasiyanı göstərən dəlillərdən biridir. Mayyalar tərəfindən istifadə edilən “Haab təqvimi” 365 gündən ibarətdir. Bundan başqa, mayyalar bir ilin 365 gündən bir az daha uzun olduğunu da hesablamışlar. Mayyaların apardığı hesablamalara görə, bir il 365.242036 gündən ibarətdir. Günümüzdə istifadə edilən Qreqoryan təqvimi isə 365.2425 gündən ibarətdir.57 Göründüyü, kimi iki rəqəm arasında çox kiçik fərq var. Bu da mayyaların riyaziyyat və astronomiya sahəsindəki peşəkarlıqlarını nümayiş etdirən digər bir dəlildir.
Maya təqvimi dövrümüzdə istifadə edilən 365 günlük Qriqoryan təqvimi ilə demək olar ki, eynidir. Mayalar bir ilin 365 gündən bir az da uzun olduğunu hesablamışdılar. Azteklərin daşa həkk etdiklər təqvimləri görünür. (Sağda)
Venera orbitinin hər 6000 ildə geri alınmasının vacib olduğunu müəyyənləşdirəcək qədər mükəmməl bir astronomiya bilgisi keçmişdə yaşamış insanların necə mədəniyyətə sahib olduqlarını göstərir.
Mayyalardan günümüzə gələn və “Kodeks” adlandırılan üç kitabda mayyaların həyat tərzinə və astronomiya elminə dair önəmli məlumatlar var. Madrid kodeksi, Paris kodeksi və Drezden kodeksi kimi adlandırılan bu üç kitabdan Drezden kodeksi mayyaların astronomiya haqqında nə qədər geniş məlumata malik olduqlarını göstərməsi baxımından çox əhəmiyyətlidir. Mayyalar olduqca mürəkkəb bir yazı üslubuna malikdir və bu günə qədər Mayya yazısının 5-30% hissəsi oxuna bilmişdir. Bu belə, mayyaların nə qədər mütərəqqi bir elm səviyyəsinə çatdıqlarını göstərmək üçün kifayətdir.
Bir çox tədqiqatçı aşağıda görünən şəkilin mayaların kosmik vasitə istifadə etdiklərini göstərən bir şəkil olduğuna inanırlar.
Məsələn, Drezden kodeksinin 11-ci səhifəsində Venera planetinə dair məlumatlar var. Mayyalar bir Venera ilinin 583.92 gün olaraq hesablamışlar və bu rəqəmi yuvarlayaraq 584 gün olaraq qəbul etmişlər. Bununla birlikdə, minlərlə illik Venera dövrələrini çertyojları ilə ortaya qoymuşlar. Eyni kodeksdə iki səhifə Marsa, dörd səhifə Yupiterə və onun peyklərinə aid məlumatlara, səkkiz səhifə də Ay, Merkuri və Saturna ayrılmışdır. Bu səhifələrdə sözü gedən planetlərin Günəş ətrafındakı dövrləri, bir-biri ilə əlaqələri və Yer ilə əlaqələri kimi olduqca mürəkkəb hesablamalarla müəyyən edilən məlumatları açıqlamışlar.
Mayyaların astronomiyaya aid məlumatları Veneranın orbitinin hər 6000 ildə bir gün geri çəkilməsinin zəruri olduğunu müəyyən edəcək qədər mükəmməldir. Belə bir məlumat bazası necə əldə edildiyi isə günümüzdə hələ də astroloq, astrofizik və arxeoloqlar tərəfindən müzakirə edilməkdədir. Günümüzdə belə mürəkkəb hesablar kompyuter texnologiyasının köməkliyi ilə həyata keçirilə bilir. Bu günün elm adamları kosmos haqqında məlumatları hər cür texnoloji və elektron cihazlarla təmin edilmiş müşahidə mərkəzlərində və bazalarında əldə edirlər. Mayyalar isə bundan yüzlərlə il əvvəl günümüzün texnologiyası ilə əldə edilən məlumat və hesablamalara sahibdirlər. Bu vəziyyət bir daha cəmiyyətlərin daima guya ibtidaidən mədəniyyətə doğru inkişaf etdikləri tezisini əsassız edir. Tarixdə yaşamış bir çox cəmiyyət müasir cəmiyyətlər qədər, hətta bəzilərindən daha çox yüksək bir mədəniyyət səviyyəsinə sahib idi. Və günümüzdə də keçmişdə yaşamış cəmiyyətlərin səviyyəsinə belə çatmamış gerilikdə yaşayan bir çox xalqlar mövcuddur. Qısaca olaraq qeyd etmək olar ki, sivilizasiyalar bəzən irəli gedir, bəzən geriləyir, bəzən isə həm yüksək, həm də geri sivilizasiyalar eyni dövr içərisində yaşaya bilər.
Maya mədəniyyətinə aid yan səhifədəki şəkil maya rəhbərlərindən Pakalın məzarının qapağındadır. Pakalın üzərində oturduğu vasitə bir növ motosikleti xatırladır. Bu mayalar dövründə istifadə edilən o dövrə aid motorlu bir vasitə ola bilər.
Darvinistlər heç bir elmi dəlilləri olmamasına baxmayaraq, insanın keçmişdə ibtidai bir canlı olduğunu, ibtidai həyat tərzi keçirdiyini və zaman ərzində zəka səviyyəsinin inkişaf etdiyini önə sürürlər. Arxeoloji tapıntılar isə bu iddiaların etibarsızlığını ortaya qoyur. Məsələn, qədim Maya şəhərlərindən biri olan Tikalda aparılan qazıntı işlərində mühəndislik və planlama möcüzəsi ortaya çıxarılmışdır. Hava fotoqrafları Maya şəhərlərinin geniş bir yol şəbəkəsi ilə bir-birlərinə bağlı olduqlarını göstərir. Bütün bunlar tarixin hər dövründə inkişaf etmiş mədəniyyətlərin mövcud olduğunu göstərir.
Tikal ən qədim Mayya şəhərlərindən biridir. E.ə. 8-ci əsrdə qurulmuşdur. Qalın bir meşəlik ərazidə qurulmuş Tikal şəhərində aparılan arxeoloji qazıntılarda indiyə qədər evlər, saraylar, ehramlar, məbədlər, yığıncaq yerləri aşkar edilmişdir. Bütün bu yerlərin bir-birləri ilə yollar vasitəsi ilə əlaqəli olduğu müşahidə edilmişdir. Hətta təyyarədən çəkilmiş bəzi radar şəkillərində tam bir kanalizasiya sisteminin, təxminən şəhərin hər yerini əhatə edən bir də sulama sistemi olduğu aydın olmuşdur. Nə dəniz, nə də çay kənarında yerləşən Tikalda sulamanın həyata keçirilə bilməsi üçün təxminən on su anbarından istifadə edildiyi aşkarlanmışdır.
Tikaldan meşəyə doğru uzanan beş əsas küçə var. Bunlar arxeoloqlar tərəfindən mərasim yolları və yaxud seramoni küçələri olaraq adlandırılır. Havadan çəkilmiş foto şəkillər isə Mayya şəhərlərinin geniş bir yol şəbəkəsi ilə bir-birilərinə bağlı olduqlarını göstərir. Təxminən 300 km uzunluğundakı bu yollar xırdalıqlarına qədər mühəndislik işlərinin aparıldığını nümayiş etdirən xüsusiyyətə malikdir. Bütün yollar qırılmış qayalardan salınmış və üzəri açıq rəngdə davamlı bir təbəqə ilə örtülmüşdür. Xətkeşlə çəkilmiş kimi düz bir xətt üzrə salınan bu yolların necə inşa edilmiş olduğu, yollar inşa edilərkən mayyaların istiqaməti necə müəyyən etmiş olmaları, hansı vasitə və materiallardan yararlanmış olduqları cavablandırılması zəruri olan məsələdir. Təkamülçü anlayışa görə, bu suallara ağıllı və məntiqli cavablar verilməsi mümkün deyil. Çünki söhbət mühəndislik xariqəsindən və kilometrlərlə uzunluqdakı yollardan gedir. Kifayət qədər açıqdır ki, bu yollar incə hesabların, ölçmələrin, istiqamətin təyin edilməsinin və lazımi vasitə və materiallardan istifadəsinin əsəridir.
Copanda tapılan Maya dişli çarxları
Mayyaların yaşadığı ərazilərdə aparılan araşdırmalar onların dişli çarx mexanizminə malik alətlər düzəltdiklərini göstərir.
Mayyaların əhəmiyyətli şəhərlərindən biri olan Kopanda çəkilmiş arxa səhifədəki foto şəkil bunun dəlillərindən biridir. Dişli çarx mexanizmindən istifadə edən bir cəmiyyət maşınqayırma haqqında biliyə sahib olduğuna görə, qüvvət və hərəkətin qarşılıqlı təsirini bilməli idi.
Bu biliklərə sahib olmayan bir insanın dişli çarx mexanizminin meydana gətirməsi mümkün deyil. Məsələn, sizdən bu şəkillərə bənzər bir mexanizm düzəltmənizi istəsələr, lazımı təlim görmədən bu mexanizmi düzəltmək və qüsursuz işləməsini təmin etmək qeyri-mümkün olar.
Halbuki, mayyalar bunu bacarırdılar. Bu da mayyaların bilik səviyyəsinin əhəmiyyətli bir göstəricisidir və təkamülçülərin iddia etdiyi kimi, keçmişdə yaşayanların geridə qalmış olmadıqlarının isbatıdır.
Buraya qədər əldə edilən məlumatlarda bizə keçmişdə yaşamış cəmiyyətlərin inkişaf etmiş sivilizasiyalarından bir neçə kiçik misal çəkilir. Bu misallar olduqca vacib bir həqiqəti göstərir. İllərlə təkamülçü zehniyyətlə təlqin edilən keçmişdə yaşamış cəmiyyətlərin geridə qalmış, ibtidai və sadə həyat tərzi sürməsi fikri doğru deyil. Tarixin hər dövründə müxtəlif sivilizasiya səviyyələrində müxtəlif mədəniyyətlərə sahib olan cəmiyyətlər yaşamışdır. Lakin heç biri digərindən təkmilləşməmişdir. Bundan 1000 il əvvəl bəzi geridə qalmış sivilizasiyaların yaşamış olması tarixin təkmilləşdiyini, cəmiyyətlərin ibtidaidən aliyə doğru inkişaf etdiyini göstərən bir vəziyyət deyil. Çünki bundan min il əvvəl bu geri cəmiyyətlərlə bərabər, elm və texnologiyada inkişaf etmiş köklü sivilizasiyalar quran son dərəcə inkişaf etmiş cəmiyyətlər də yaşamışdır. Cəmiyyətlərin inkişaf etməsində mədəniyyətlərin bir-birilərinə olan qarşılıqlı təsiri, mədəniyyətlərin bir-birinə ötürdüyü biliklər bazası, şübhəsiz ki, vacib rol oynayır. Amma bu təkmilləşmə deyil.
Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah’dan xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və hər şeyə Qadirdir.
(Fatir surəsi, 44)
Qurani-kərimdə də keçmişdə yaşamış cəmiyyətlərdən misallar verilərkən bunların bəzilərinin inkişaf etmiş bir sivilizasiya qurduqları xəbər verilir:
Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allah onları günahlarına görə (əzabla) yaxaladı və onları Allah`dan qoruyan olmadı. (Ğafır surəsi, 21)
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan sayca daha çox, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Müvəffəq olduqları onlara bir fayda vermədi.(Ğafır surəsi, 82)
Neçə-neçə şəhərlər olmuşdur ki, (əhalisi) zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır. (Həcc surəsi, 45)
Quranda xəbər verilən bu həqiqətlər arxeoloji tapıntılarla da dəstəklənir. Yer üzərindəki bir çox arxeoloji tapıntı və keçmiş cəmiyyətlərin yaşayış yerləri tədqiq edildikdə, həqiqətən də, bu cəmiyyətlərin əksəriyyətinin günümüzdəki bəzi cəmiyyətlərdən daha inkişaf etmiş bir səviyyədə yaşadıqları və inşaat texnologiyasında, astronomiyada, riyaziyyatda, tibdə çox yüksək səviyyəyə çatdıqları görünür. Bu da darvinistlərin tarixin və cəmiyyətlərin təkamülü nağılını yenə də əsassız edir.
45 metr uzunluğunda hörümçək və insan fiquru
Perunun Liman şəhərindəki Nazca xətləri alimlərin açıqlaya bilmədikləri tapıntılardan biridir. 1939-cu ildə New York Universitetindən dr. Paul Kosokun həmin bölgəni havadan müşahidə etməsi ilə ortaya çıxan bu xətlər olduqca təəccübləndiricidir. Kilometrlərlə uzanan bu xətlər bəzən bir hava limanını, bəzən müxtəlif quşları, bəzən meymunları, bəzən də hörümçəkləri xatırladır. Xətlərin Perunun bu quru çöl ərazisində kim tərəfindən, nə məqsədlə və necə çəkildiyi hələ də naməlumdur. Müxtəlif alimlər bu mövzuda fərqli fərziyyələr irəli sürmüş, lakin bu fərziyyələrdən heç biri hələ təsdiqlənməmişdir. Digər tərəfdən kilometrlə uzanan, müəyyən şəkillər yaradan bu xətləri çəkən insanların bəzi alimlər tərəfindən iddia edildiyi kimi ibtidai həyat yaşamadıqları aydındır. Bu insanlar ancaq müəyyən bir yüksəklikdən görünə bilən və nə olduğu anlaşıla bilən şəkilləri qüsursuz bir nizam içində meydana gətirmişdilər. Əlbəttə bu düşündürücü və heyrət doğuran bir vəziyyətdir.
Böyük kolibri şəkli 140 metr uzunluğunda (Üstdə) Uzunluğu 58 metr, genişliyi 93 metr olan böyük meymun şəkli (Solda) Bölgənin havadan görünüşü (Altda)
Əlbəttə tarixi mərhələdə hər sahədə böyük irəliləyişlər olmuş, elm və texnologiyada böyük nailiyyətlər qazanılmışdır. Lakin bu dəyişiklikləri təkamülçülərin və materialistlərin iddia etdiyi kimi “təkamül” mərhələsi olaraq təqdim etmək ağıllı və elmi yanaşma deyil. Mədəniyyət və elmi təcrübə sayəsində texnologiya və elm kimi sahələrdə davamlı bir inkişaf vardır. Lakin dövrümüzdəki insanla minlərlə il əvvəl yaşayan bir insan arasında necə fiziki xüsusiyyətlər baxımından bir fərq yoxdursa, zəka və bacarıq baxımından da bir fərq yoxdur. 20-ci yüzillikdə insanların beyin həcmi və zəkası daha çox inkişaf etdiyi üçün daha üstün bir sivilizasiyaya sahib olduqları düşüncəsi təkamül nəzəriyəsinin təlqinləri nəticəsində yaranmış yanlış dünyagörüşdür.
Tarixin təkamülü hekayəsini izah edərkən təkamülçülərin qarşısına çıxan bir çox vacib problemlər mövcuddur. Bunlardan biri insan şüurunun necə ortaya çıxdığı, digəri isə nitqin ilk olaraq necə meydana gəlməsidir. Bu iki məsələ insanı digər canlılardan ayıran əhəmiyyətli xüsusiyyətlərdir.
Yer üzündə bir-birindən fərqli dillərdə danışan bir çox fərqli irq vardır və mövcud bütün dillər olduqca mürəkkəbdir. Bu mürəkkəbliyin mərhələləli olaraq necə qazanıldığı təkamülçülərə görə xəyal belə edilə bilməz.
İnsanlar danışarkən düşüncələrimizi dil sayəsində nizamlı qəliblərlə və qarşı tərəfin başa düşəcəyi formada mənalı ifadələrlə çatdırırıq. Bütün bunlar son dərəcə özəlləşmiş əzələ hərəkətləri və söz sırasını tələb etdiyi halda, biz bunlara diqqət vermirik. Biz sadəcə danışmaq istəyirik. 100-ə yaxın əzələnin həmahəng şəkildə yığılıb açılaraq səslər, hecalar və sözlər tələffüz etməsi ilə və isim, fel, əvəzlik kimi nitq hissələrinin uyğun sıralanması ilə qarşı tərəfin başa düşəcəyi cümlələr meydana çıxır. Bu qədər mürəkkəb mərhələlərə əsaslanan bacarıqdan istifadə etmək üçün bizim istəməkdən başqa, haradasa heç nə etməməyimiz nitqin bioloji quruluşla məhdudlaşan bir bacarıq olmadığını açıqca göstərir.
İnsanın nitq bacarığı təkamül prosesinin xəyalən labüd olması ilə və yaxud xəyali mexanizmləri ilə açıqlanmayan son dərəcə mürəkkəb bacarıqdır. Təkamülçülər uzun müddətli araşdırmalara baxmayaraq, son dərəcə mürəkkəb bir bacarıq olan nitqin sadə heyvani ünsiyyət vasitələrindən təkmilləşdiyi istiqamətindəki iddialara dəlil göstərmək cəhdləri uğursuz olmuşdur. Pensilvaniya Universitetindən David Premakın “İnsan nitqi, təkamül nəzəriyyəsi üçün bir xəcalətdir”58 kimi sözləri bu uğursuzluğu açıq-aydın gözlər önünə sərir.
Məşhur dilçi Derek Bikerton bu xəcalətin səbəblərini qısaca belə şərh etmişdir:
Nitq insandan əvvəlki bir nəsildən gəlmiş ola bilərmi? Xeyr. Heyvanların ünsiyyət vasitələrinə oxşayırmı? Xeyr... Heç bir meymun gərgin təlim keçməsinə baxmayaraq, dilçiliyin qaydalarının əsaslarına yiyələnə bilməmişdir. Sözlər, söz sırası necə meydana gəldi? Bu problem nitqin təkamülünün özəyində qalır.59
Yer üzərində mövcud olan bütün dillər mürəkkəbdir və bu mürəkkəbliyin mərhələli olaraq necə qazanılmış olması təkamülçülər üçün xəyal belə edilməzdir. Təkamülçü Riçard Dokinzə (Richard Dawkins) görə ən ibtidai qəbilə dilləri də daxil olmaqla, dünyadakı hər dil yüksək dərəcədə mürəkkəbdir:/p>
Bu mövzuda açıq misal nitqdir. Heç kim necə başlandığını bilmir... Semantika, yəni sözlər və mənalarının mənşəyi də eyni dərəcədə müəyyən edilməmişdir... Dünyadakı minlərlə dilin hamısı çox mürəkkəbdir. Bunun mərhələli olaraq inkişaf etdiyini düşünməyə meyilliyəm, lakin belə olmasının zəruriliyi tam olaraq açıq deyil. Bəziləri müəyyən bir yer və müəyyən bir zamanda tək bir zəka tərəfindən icad edildiyini və ani olaraq başlandığını düşünür.60
V.K.Vilkins (W. K. Wilkins) və J. Veykfild (J. Wakefield) adlı iki beyin üzrə təkamülçü tədqiqatçı isə bu mövzu ilə əlaqədar bunları demişdir:
Dilin təkamülünün mərhələləri ilə əlaqədar dəlil yoxdur. Buna baxmayaraq, alternativ fikirləri qəbul etmək çətindir. Əgər növün özünəməxsus xüsusiyyətləri hissələrə ayrılmış şəkildə təkmilləşmirsə, bu vəziyyəti izah etmək üçün iki yol vardır. Ya hələ kəşf etmədiyimiz bir güc, bəlkə də İlahi bir müdaxilə ilə lazımi formada yerləşdirilmişdir, ya da növlərin inkişafına nisbətən ani bir dəyişikliyin, bəlkə də bir növ öz-özünə əmələ gələn və ya geniş yayılmış mutasiyanın nəticəsidir… Amma belə təsadüfi bir mutasiyanın təsadüfi təbiəti bu iddianı şübhəli edir. Bundan əvvəl müəyyən edildiyi kimi (Pinker və Blum, 1990) dil kimi mürəkkəbə və görünüşə görə vəzifələrinə bu qədər ideal bir şəkildə uyğun bir sistemə yol açacaq mutasiyanın ehtimalı yox deyiləcək qədər aşağıdır.61
Dilçi Noam Çomski də nitq qabiliyyətinin mürəkkəbliyi qarşısında düşüncələrini belə ifadə edir:
Nitqin əmələ gəlməsi ilə əlaqədar bura qədər heç bir söz demədim. Səbəbi isə deyilməli çox az sözün olmasıdır. Kənardan görünən bir neçə səciyyəvi xüsusiyyətdən başqa, nitq böyük ölçüdə bir sirdir.62
Təkamülçü ön mühakimələrdən asılıb qalmayan insan üçün isə nitq bacarığının qaynağı çox açıqdır. Bu qabiliyyəti insana verən uca Allah`dır. Allah insanlara nitqi ilham edir və onları danışdırır. Bu həqiqət bir Quran ayəsində belə xəbər verilir:
... (Dəriləri) deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz Ona qaytarılacaqsınız”. (Fussilət surəsi, 21)
Təkamülçülər dilin əsaslandığı bioloji quruluşların mürəkkəbliyini izah edə bilməyəcəkləri kimi, dili mümkün edən şüurun əsasını da izah edə bilmirlər. Maddəyə heç bir şəkildə reduksiya olunmayan insan şüuru və dildəki mürəkkəblik dili üstün bir ağılın yaratdığını göstərir. Bu üstün ağılın sahibi Rəbbimiz olan uca Allah`dır.
30. William Howells, Getting Here: The Story of Human Evolution, Compass Press, Washington, DC.,1993, sf 229
31. http://www.boop.org/jan/justso/elephant.htm
32. Stephen Jay Gould, Introduction, in Björn Kurtén, Dance of the Tiger: A Novel of the Ice Age (New York: Random House, 1980), xvii-xviii
33. Gould S.J., "The Return of the Hopeful Monster," in "The Panda's Thumb: More Reflections in Natural History," [1980], Penguin: London , 1990, reprint, sf.158
34. Moustafa Gadalla, Historical Deception: The Untold Story of Ancient Egypt, Basted Publishing, Erie, Pa.USA, 1996, sf.295
35. Interview with Dr.Zaki Hawass, Director of the Pyramids, http://www.pbs.org/wgbh/nova/pyramid/excavation/hawass.html
36. Moustafa Gadalla, Historical Deception: The Untold Story of Ancient Egypt, Basted Publishing, Erie, Pa.USA, 1996, sf.296
37. www.trms.ga.net/~jtucker/lessons/ss/ancegypt.html
38. Afet İnan, Eski Mısır Tarihi ve Medeniyet, Türk Tarih Kurumu Basımevi, Ankara: 1956, sf.318
39. Afet İnan, Eski Mısır Tarihi ve Medeniyet, Türk Tarih Kurumu Basımevi, Ankara: 1956, sf.87
40. Prof.Dr.Afet İnan, Eski Mısır Tarihi ve Medeniyeti, Türk Tarih Kurumu Yayınları, Ankara, 1956, sf.201
41. J.H.Breasted, Ancient Times, 1916, sf.64
42. Moustafa Gadalla, Historical Deception, The Untold Story of Ancient Egypt, Bastet Publishing, Erie, Pa. USA, 1996, sf.311
43. John Baines, Jaromir Baines, Eski Mısır, İletişim Yayınları, İstanbul: 1986, sf.69
47. Nova Productions, Who Built the Pyramids, www.pbs.org
49. http://www.pip.com.au/~paceman/ANCIENT%20ELECTRICITY.html
50. Yüce Tanrı'nın İzinde, Cep Kitapları, İstanbul, Nisan 1995, sf. 186
51. Henry Gee, In Search of Deep Time: Beyond the Fossil Record to a New History of Life, The Free Press, A Division of Simon & Schuster, Inc., 1999, sf.5
52. Phillip E. Johnson, Reason in the Balance: The Case Against Naturalism in Science, Law & Education (Downers Grove, Illinois: InterVarsity Press,1995), sf. 62
53. Temel Britannica, Cilt 16, Ana Yayıncılık, İstanbul: Haziran 1993, sf.203
54. Georges Contenau, Everday Life in Babylon and Assyrıa, Edward Arnold Publishers, London, 1964
55. S.N.Kramer, Tarih Sümer'de Başlar, Türk Tarih Kurumu Yayınları, Ankara: 1990, sf. 224-231
56. http://news.bbc.co.uk/1/low/sci/tech/380186.stm
57. http://webexhibits.org/calendars/calendar-mayan.html
58. Swisher III, Roger Lewin, Java Man, Abacus, London, 2002, sf. 205
59. Derek Bickerton, "Babel's Cornerstone," New Scientist (vol. 156, October 4, 1997, sf. 42
60. Richard Dawkins, Unweaving the Rainbow Boston, Houghton-Miflin Co., 1998, sf. 294
61. Wilkins, W.K. & Wakefield, J., Brain evolution and neurolinguistic preconditions. Behavioral and Brain Sciences 18 (1): 161-226