Təkamülçü tarix anlayışına görə, bəşər tarixi insanın guya təkamülünə paralel olaraq müxtəlif dövrlərə ayrılaraq tədqiq edilir. Bir çoxlarımızın məktəb illərində və ya müxtəlif qəzet və televizor xəbərlərində eşitməyə öyrəşdiyimiz paleolit, mezolit, neolit, tunc dövrü, dəmir dövrü kimi xəyali anlayışlar bəhs etdiyimiz təkamülçü xronologiyanın mühüm hissəsidir. Bir çox insan bu uydurma təsviri heç düşünmədən qəbul edir və bəşəriyyətin bir zaman sadəcə kobud daş alətlərdən istifadə edilən, mədəniyyət və texnologiyanın olmadığı bir dövr içərisində yaşamış olduğunu qəbul edir.
Halbuki, arxeoloji qazıntılar və elmi məlumatlar dərindən tədqiq edildikdə, çox fərqli bir mənzərə ortaya çıxır. Keçmişdən qalan izlər insanların tarixin hər dövründə mədəniyyətin və sosial həyatın mövcud olduğu, mədəni həyat tərzi keçirdiklərini göstərir. Arxeoloji qazıntılar nəticəsində aşkarlanan alətlər, tikiş iynələri, fleyta qalıqları, bəzək əşyaları, dekorativ əşyalar, qədim insanların mədəni baxımdan inkişaf etmiş bir həyat tərzi sürdüklərini göstərir.
Bundan yüz minlərlə il əvvəl də eyni günümüzdəki kimi, insanlar evlərində yaşayır, kənd təsərrüfatı və ticarətlə məşğul olur, tikiş məmulatları istehsal edir, yemək yeyir, qohumlara baş çəkir, musiqi ilə maraqlanır, şəkillər çəkir, xəstəlikləri müalicə edir, ibadətlərini yerinə yetirir, qısaca olaraq normal gündəlik həyatlarını yaşayırdılar. Allah`ın göndərdiyi peyğəmbərlərə iman edən insanlar bir olan Allah`a iman edir, bəziləri isə yollarını azaraq bütlərə sitayiş edirdi. Peyğəmbərlərə iman edən möminlər Allah`ın əmr etdiyi əxlaqı yaşayarkən, bir qisim insanlar da batil işlər görür, azğın ayinlər həyata keçirirdilər. Hazırkı dövrdə olduğu kimi, tarixin hər dövründə həm Allah`ın varlığına iman edən insanlar, həm də bütpərəst və müşrik insanlar olmuşdur.
Əlbəttə tarix boyu bir yanda mədəni bir həyat sürən insanlar var ikən, digər yanda isə daha sadə və ibtidai şəraitdə yaşayan icmalar mövcud olmuşdur. Lakin bu, bəşər tarixinin guya təkamülünə dəlil kimi təqdim ediləcək bir hal deyil. Çünki hazırkı dövrdə də dünyanın bir yerində kosmosa raket göndərildiyi bir vaxtda digər yerində insanlar hələ elektrikin varlığını belə bilmirlər. Lakin bu vəziyyət nə kosmosa raket göndərən insanların zehni və fiziki cəhətdən -guya təkamül prosesi nəticəsində- daha inkişaf etmiş olduqlarını, nə də ki, digərlərinin daha geridə -guya meymun insanlara yaxın- olduğunu göstərir. Bunlar sadəcə mədəniyyət və sivilizasiya fərqini göstərir, mədəniyyətin təkamülünün həyata keçməsini deyil.
Daş dövrü heç vaxt mövcud olmayıb.
Təkamülçülərin “daş dövrü” adlandırdıqları dövrdə insanlar ibadətlərini yerinə yetirir, göndərilmiş elçilərin təbliğlərini dinləyir, binalar tikir, mətbəxlərində yemək bişirir, ailələri ilə söhbət edir, qonşuları ilə görüşür, dərzilərə paltar tikdirir, həkimlərə müalicə olunur, musiqi ilə maraqlanır, rəsim çəkir, heykəl düzəldir, qısası, normal həyat tərzi keçirirdilər. Arxeoloji tapıntıların da göstərdiyi kimi, texnologiyada və elmdə tarix boyu dəyişikliklər olmuş, lakin insan həmişə insan kimi yaşamışdır.
Neolit dövrünə aid daşlardan və qabıqlardan hazırlanmış bu boyunbağı o dövrdəki insanların sənət və estetika zövqləri ilə yanaşı, belə bir bəzək əşyasını meydana gətirə biləcək texnologiyaya da sahib olduqlarını göstərir.
Eradan əvvəl 7-11-ci minilliklərə aid olan qablar, stollar və qaşıq həmin dövrdəki insanların həyat tərzləri haqqında mühüm məlumatlar verir. Təkamülçülərin iddiasına görə bu dövrdə insanlar yenicə oturaq həyat tərzinə keçiblər və yeni mədəniləşməyə başlayıblar. Halbuki bu qalıqlar qədim dövrün insanlarının mədəniyyətlərinin mövcud olduğunu, tam mənası ilə mədəni bir həyat yaşadıqlarını göstərir. Bu insanlar eynilə dövrümüzdəki insanlar kimi stollarda oturur, qablarda çəngəl, bıçaq, qaşıq istifadə edərək yeməklərini yeyir, qonaqlarına qulluq edir, qısası nizamlı həyat tərzi keçirirdilər. Arxeoloji tapıntılar tədqiq olunanda sənət anlayışları, tibb bilgiləri, texniki imkanları və gündəlik həyat tərzi ilə neolitik əsrdəki insanların özlərindən əvvəlkilər və sonrakılar kimi insani bir həyat tərzi keçirdikləri görünür.
12 min illik düymə
Yanda- e.ə. 10-cu minillikdə istifadə edilmiş sümükdən hazırlanmış bu düymələr dövrün insanlarının paltar mədəniyyətlərinin olduğunu göstərir. Düyməni istifadə edən bir cəmiyyət tikişi və toxuculuğu da bilməlidir.
12 min illik muncuqlar
Aşağıda təxminən e.ə. 10-cu minilliyə aid olan bu daşlar tədqiqatçılara görə muncuq kimi istifadə edilirdi. Daşlardakı müntəzəm dəliklər diqqətçəkicidir. Bu dəliklər daşa daşlar vurularaq açılmaz. Belə sərt daşlarda bu dərəcə düzgün dəliklər aça bilmək üçün polad və ya dəmirdən hazırlanmış alətlər istifadə etmək lazımdır.
9-10 min illik iynələr
Üstdə- e.ə. 7-8-ci minilliklərə aid olan bu iynələr dövrün insanlarının mədəni həyatlarının çox mühüm bir dəlilidir. İynəni istifadə edən insanların təkamülçülərin iddia etdiyi kimi heyvani deyil, tam mənası ilə insani həyat təriz keçirdikləri açıqdır.
12 min illik mis iynə
Üstdə - e.ə. 10 min il əvvələ aid olan mis iynə həmin dövrdə mədənlərin və metalların istifadə edildiyinin bir dəlilidir. Kristal və ya toz minerallar şəklində olan mis cövhərləri qədim sərt qayalarda damar şəklində tapılır. Misdən iynə düzəldən bir cəmiyyət mis cövhərini tanımalı, qayanın içindən çıxarmağı bacarmalı və işləyə biləcək texniki imkanlara sahib olmalıdır. Bunu da təkamülçülərin iddia etdiyi kimi, “ibtidailikdən yeni qurtulmuş varlıqların” edə bilməyəcəyi aydındır.
Şəkildəki fleyta təxminən 95 min illikdir. Bundan on minlərlə il əvvəl yaşayan insanların da inkişaf etmiş musiqi mədəniyyəti vardır.
Tünd rəngli şüşəyə bənzər bir qaya olan obsidiandan hazırlanmış bu alət təxminən e.ə. 10-cu minilliyə aiddir. Sadəcə daş zərbələri ilə obsidianın belə incəldilib formalaşdırılması mümkün deyil.
Bəşər tarixini təsvir edən təkamülçülərin hər hansı əsərini tədqiq etdiyimiz zaman ilk diqqəti cəlb edən məqamlardan biri, insanın uydurma əcdadlarının gündəlik həyatına dair təfsilatlı təsvirlərdir. İstifadə edilən təlqin etmə metodundakı əminliyin təsiri ilə mövzu barədə məlumatı olmayan insan bütün bu izah edilənlərin elmi dəlillərə əsaslandırıldığını fikirləşə bilər. Təkamülçü alimlər sanki həmin dövrdə yaşamış, müşahidə aparmaq imkanına malik olmuş kimi təfsilatlı hekayələr danışırlar: iki ayaq üzərində durmağa başlayan uydurma əcdadlarımızın əlləri boş qalanda alətlər düzəltməyə başladıqlarını, uzun dövrlər ərzində sadəcə daşdan istifadə etdiklərini, taxta və daşdan başqa heç bir alətlərinin olmadığını, dəmir, mis və tuncdan istifadə etməyi daha sonrakı dövrlərdə öyrəndiklərini qeyd edirlər. Lakin bu izah edilənlər elmi dəlillərlə deyil, təkamülçülərin ön mühakimələrinə uyğun olaraq tapıntıların yanlış şərhinə əsaslanan hekayələrdir.
Arxeoloq Pol Bahn (Paul Bahn) bəşər tarixinin təkamülü ssenarisinin bir nağıldan ibarət olduğunu belə ifadə edir:
“Elmin necə də böyük hissəsi hekayələrə əsaslanır! Hekayə sözünü yaxşı mənada işlədirəm, lakin yenə də hekayədir ki, hekayə. Bəşər övladının təkamülünə dair ənənəvi ssenarini düşünün: ov etmək üçün od, məskən salmaq üçün od, qaranlıq mağaralar, ayinlər, alətlərin düzəldilməsi, yaşlanma, mübarizə və ölümlə bağlı hekayələri. Nə qədəri sümük və qalıqlara, nə qədəri isə ədəbi meyarlara əsaslanır”.1
Pol Bahnın dəqiq olaraq ifadə etməkdən çəkindiyi sualın cavabı açıq aşkar görünür, bəşər tarixinin uydurma təkamülü elmi deyil, tamamilə ədəbi meyarlara əsaslanır.
Qaşıqlar dövrün insanlarının mətbəx mədəniyyətlərinin mövcud olduğunu göstərir. Bu təkamülçülərin iddia etdiyi kimi, “ibtidai həyatın” mövcud olmadığının dəlilidir.
Həqiqətən də, bu hekayələrdə çox cavabsız məqam, məntiqi ziddiyyət və pozuntular var. Ancaq təkamülçü doqmalarla düşünən bir insan bu ziddiyyətləri görə bilməz. Məsələn, təkamülçülər daşın yonulması dövründən bəhs edir, lakin həmin dövrə aid alət və ya qalıqların necə yonulub forma aldıqlarını izah etmirlər. Təkamülçülərin dinozavrların milçəkləri qovarkən qanadlarını inkişaf etdirərək uçmağa başladığını irəli sürdüyü halda, milçəyin isə necə uçduğunu heç vaxt izah edə bilmədikləri kimi, on minlərlə əvvələ aid qalıqların necə düzəldilib formaya salındığını izah edə bilmirlər. Mövzunun bu tərəfini tamamilə unutmağa və unutdurmağa çalışırlar.
Halbuki, daşı yonub ona forma vermək çox çətin bir işdir. Daşı daşa sürtərək, tarixdən əvvəlki dövrə aid qalıqlarda olduğu kimi, mükəmməl dəqiqlikdə və sivrilikdə kəsilmiş alətlər əldə etmək mümkün deyil. Qranit, bazalt və ya doleritə bənzəyən sərt daşların parçalanıb dağılmadan, ağac kütləsi kimi nazik kəsilməsi yalnız, polad əyələrin, tokar dəzgahlarının, rəndələrin, daş kəsimi və cilalanması üçün istifadə edilən digər alətlərin mövcudluğu ilə mümkün ola bilərdi. Yenə on minlərlə il əvvələ aid qolbağıların, sırğaların, boyunbağıların, kürələrin daşdan istifadə etməklə düzəldilmədiyi gün kimi aydındır. Həmin əşyalardakı kiçik dəliklər daşla vurularaq açıla bilməzdi. Üzərilərindəki bəzəklər daş sürtülərək əmələ gələ bilməzdi. Bəhs edilən tarixi əsərlərin düzgün olması onların düzəldilməsi üçün dəmir, polad və digər metallardan düzəldilmiş alətlərdən istifadə edilmiş olmasının labüdlüyünü göstərir.
Bir çox arxeoloq və alimlər sözü gedən tarixi əsərlərin və ya qalıqların təkamülçülərin iddia etdiyi şəraitdə düzəldilə bilməyəcəyini sübut etmək üçün sınaq keçirmişdi. Məsələn, 11 min il bundan əvvəl inşa edilmiş olması təxmin edilən Göbəkli Təpədə tapılan blok daşlar üzərindəki işləmələrin hansı üsulla işlənmiş olmalarını araşdıran prof. Klaus Şmidt (Klaus Schmidt) belə bir sınaq keçirmişdir: təkamülçülərin həmin dövrdə istifadə etməsi iddia edilən daşları işçilərin əllərinə verərək, qayaların üzərinə bənzər qabartmaların çəkilməsi tələb edilmişdir. Qayaları daşla formaya salmağa çalışan işçilər 2 saat ərzində fasiləsiz işləmələrinə baxmayaraq, qaya üzərində sadəcə nəzərə çarpmayan cizgilər çəkə bilmişlər.
Tarixdə heç vaxt ibtidai zehnə malik olan varlıqların yaşamadığının dəlillərindən biri də 40 min illik fleytadır. Elmi çalışmalar dövrümüzün Qərb musiqisində istifadə edilən 7 notla köklənmiş fleytaların on minlərlə il əvvəl istifadə edilidiyini göstərir.
Buna oxşar sınağı hər bir kəs öz evində də keçirə bilər. Əlinizə qranit kimi sərt bir daş alın, bundan 100 min il əvvəl yaşamış insanların düzəltdikləri mizraq uclarını düzəltməyə çalışın. Lakin bunun üçün əlinizdə yalnız həmin qranit parçası və bir daşdan başqa heç nə olmasın. Belə bir vəziyyətdə bunu necə bacara bilərsiniz? Tarixi tapıntılardakı kimi mükəmməl itilikdə, simmetrik və dəqiqliklə düzəlmiş alət meydana gələcəkmi? Daha da dərinə getsək, 1m2 sahə böyüklüyündə bir qaya alıb üzərinə heyvan şəkli oymağa çalışın. Qayaya əlinizdəki daşla vuraraq necə nəticə əldə edə bilərsiniz? Aydın görünür ki, polad və dəmirdən düzəldilmiş vasitəçi material olmadan nə sadə mizraq ucunu düzəldə bilərik, nə də bir daş işləməsini işləyə bilərik.
Bu halda, unutmamalıyıq ki, istifadə edilən daşı kəsən və forma verən alətlərin düzəldilməsi də ayrıca bir peşə sahəsidir. Əyənin, tokar dəzgahı, rəndə və digər alətlərin istehsal edilməsi üçün lazımi əsas materiallar olmalıdır. Bu isə həmin əsərlərin meydana gəldiyi dövrün şərtlərinin olduqca qənaətbəxş və mütərəqqi olduğunu göstərir. Yəni təkamülçülərin sadə daş alətlərindən istifadə edildiyi, texnikanın və texnologiyanın olmadığı iddia edilən “qədim daş dövrü” sadəcə bir cəfəngiyatdan ibarətdir, həqiqətdə isə belə bir dövr olmamışdır.
Digər tərəfdən daşların kəsilməsində, düzəldilib formaya salınmasında istifadə edilən dəmir və polad materiallarının günümüzə qədər qalmaması da son dərəcə təbiidir. Təbii şəraitdə xüsusən də rütubətli və turş mühitdə, bütün metal materiallar oksidləşərək çürüyüb dağılır və məhv olur. Qalan isə məhv olması daha uzun sürən daş parçaları qalır. Bu daş parçalarına əsaslanaraq həmin dövrün insanlarının sadəcə daşdan istifadə etdiklərini irəli sürmək isə elmi yanaşma deyil.
Həqiqətən də, artıq bir çox təkamülçülər də arxeoloji qazıntıların darvinizmi müdafiə etmədiyini qəbul edir. Təkamülçü arxeoloq Riçard Liki (Richard Leakey), arxeoloji tapıntıların xüsusilə də daş alətlərin təkamül nəzəriyyəsi ilə izah edilməsinin mümkün olmadığını belə etiraf etmişdir:
“Əslində, darvinist nəzəriyyəsinin əsassızlığı arxeoloji qeydlərdə qəti şəkildə öz təsdiqini tapmışdır. Əgər darvinist yönlü təqdimat doğru olsaydı, bu halda, həm arxeoloji qeydlərdə, həm də fosil qeydlərində iki ayaqlı olmağın, texnologiyanın və inkişaf edən beyin ölçülərinin dəlillərini müşahidə etməli idik. Tarixdən əvvəlki qeydlərin tək bir istiqaməti belə bu nəzəriyyənin əsassız olduğunu göstərmək üçün kifayət edir: daş alətlər”.2)
Cilalanmış daş saxtakarlığı
Qədim mədəniyyətlərdən dövrümüzə qədər gəlib çıxan qalıqlarda daşişləmə diqqət çəkmişdir. Daşa bu qədər dəqiq və düzgün forma verilə bilməsi üçün güclü polad alətlər istifadə edilməlidir.Daşı daşla yontaraq, daşı daşa sürtərək incə naxışların vurulması və müxtəlif formalarda əşyalar düzəltmək mümkün deyil. Qranit kimi möhkəm daşların bu dərəcə düzgün kəsilməsi, üzərlərinə naxış vurulması bunu edə biləcək texniki strukturu tələb edir.
Yuxarıdakı şəkillərdə görünən soldakı bilərzik mərmərdən, sağdakı isə bazaltdan hazırlanmışdır. E.ə. 8500-9000-cu minilliklərə aiddir. Təkamülçülər bu dövrdə sadəcə daşdan hazırlanmış alətlərin istifadə edildiyini iddia edirlər. Bazalt və mərmər çox sərt daşlardır. Bu daşların belə düzgün yumru halqalar formasına gətirilməsi üçün poladdan düzəldilmiş vəsaitlər istifadə olunmalıdır. Bilərziklərin polad alətlər istifadə edilmədən kəsilib formaya salınması mümkün deyil. Bir şəxsə bir parça daş verib, əlindəki bazalt kütləsini şəkildəki kimi bir bilərziyə çevirməsini istəsək, bunu bacara bilərmi? Əlbəttə daşı daşa sürtərək, daşa daşla vuraraq bilərziyi düzəldə bilməyəcək. Həmçinin bu tapıntılar o dövrdə burada yaşayan insanların estetik anlayışa və sənət zövqünə sahib olan, mədəniyyətləri inkişaf etmiş fərdlər olduğunu göstərir.
Şəkillərdə əllə hazırlanmış obsidianlar, sümük alətlər, yabalar və daşdan hazırlanmış müxtəlif vəsaitlər görünür. Sümüyə daşla vuraraq belə düzgün şəkillərin əldə edilə bilməyəcəyi aydındır. Sərt daş zərbələri, sümüyü davamlı dağıdıb parçalayaraq, istənildiyi kimi formalaşdırılmasına mane olacaq. Qranit və bazalt kimi ən sərt daşlardan hazırlanan bu vəsaitlərin də daş zərbələri ilə bu dərəcə düzgün kəsilməsi, formalaşdırılması mümkün deyil. Bu daşlar meyvə kəsən kimi düzgün kəsilmişdir. Daşların parlaqlığı da təkamülçülərin iddia etdiyi kimi cilalanmış olmalarından deyil, kəsməkdən qaynaqlanır. Bu əşyaları hazırlayan insanlar əllərindəki vəsaitləri istədikləri formaya sala biləcəkləri dəmir və ya poladdan hazırlanmış texniki cihazlara sahib olmalıdırlar. Sərt daş parçaları ancaq poladla bu dərəcə düzgün kəsilə bilər.
Bir çox daş qalıqdakı parlaqlıq da daşları düzgün kəsməkdən qaynaqlanır. Təkamülçü alimlərin bu parlaqlığı “cila” adlandırmaları bu dövrü də “cilalanmış daş dövrü” olaraq qəbul etmələri elmə zidddir. Cilanın minlərlə il boyu mühafizə edilməsi mümkün deyil. Həmin daşlar iddia edildiyi kimi cilalandığı üçün deyil, düzgün kəsildikləri üşün parlayır. Bu daşın öz formasından qaynaqlanan bir parlamadır.
Bu daş relyefin 11 min il yaşı var. Təkamülçülərin iddialarına görə, bu dövrdə sadəcə kobud daş alətlərdən istifadə edilirdi. Halbuki, daşı daşa sürtməklə belə bir əsər meydana gəlməz. Sözü gedən relyefin hansı yolla bu cür biçimli və dəqiq düzəldilməsini təkamülçülər ağıllı və məntiqli şəkildə izah edə bilməz. Bu və buna bənzər əsərlərin düzəldilə bilməsi üçün dəmir və ya polad alətlərdən istifadə edən ağıllı insanlar olmalı idi.
Təkamülçülər tarixi dövrlərə ayıran zaman tapdıqları tarixi əsərləri nəzəriyyələrinə uyğun gələn formada, doqmalarına uyğun şəkildə şərh edərək dəyərləndirirdilər. Tunc əşyalar tapdıqları zaman həmin dövrü tunc dövrü adlandırır, dəmirin isə bizə daha yaxın dövrdə istifadə edilməyə başladığını qeyd edirlər. Metalların ən qədim mədəniyyətlərə məlum olmadığını iddia edirlər.
550 min illik bu daş alətin bu dərəcə düzgün kəsilib formalaşdırılması üçün dəmir və ya polad kimi möhkəm metallardan hazırlanmış alətlər istifadə edilməlidir.
Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, dəmir, polad və bir çox metal daha tez oksidləşir və aşınır. Daşla müqayisədə çox qısa bir müddət içərisində çürüyüb yox olurlar. Oksidləşməsi çətin olan tunc kimi metallar isə digər metallarla müqayisədə daha uzun müddət qoruna bilir. Belə olan halda, tuncdan düzəldilmiş əsərlərin daha qədim tarixli olması, dəmirdən düzəldilmiş əsərlərin isə daha cavan olması son dərəcə təbiidir.
Bundan əlavə, tuncu əldə etməyi bilən bir cəmiyyətin dəmiri tanımadığını irəli sürmək, tuncu əldə edəcək biliyə və texniki materiallara malik olan bir cəmiyyətin digər metallardan istifadə etmədiyini iddia etmək məntiqli bir şərh deyil.
Tunc misə qalayın, arsenin və antimonun qatılması və bir az da sinkin əlavə edilməsi ilə əldə edilir. Tuncu əldə edən insan, əvvəlcə, mis, qalay, arsen, sink və antimon kimi elementlərin kimyəvi xassələrinə bələd olmalıdır, bunların hansı dərəcədə əridilməli olmasını bilməlidir, lazımi əritməni həyata keçirə biləcək və qarışıq əldə edə biləcək sobaya və ləvazimatlara sahib olmalıdır. Sadalanan bu məlumatlardan xəbərsiz olan bir insanın uğurlu bir qarışıq əldə etməsi olduqca çətindir.
Məsələn, mis mədənləri yaşlı və sərt qayalarda kristal və toz şəklində mineral kimi rast gəlinir. Misdən istifadə edən cəmiyyətin, əvvəlcə, qayalarda toz şəklində rast gəlinən mədəni tanıya biləcək savada sahib olması gərəkir. Daha sonra əldə etdiyi misi yerin altından çıxarmaq üçün mədən inşa etməli, xam mədəni qayadan söküb çıxarda bilməli və yerin üstünə daşıya bilməlidir. Bütün bunların daş və taxta alətlərlə icra edilə bilməyəcəyi açıqdır.
Mis mədəninin metala çevrilməsi üçün mədən alovlanan odla təmas etməlidir. Misin əridilərək ayrılması üçün lazım olan temperatur 1084.50 C dərəcə təşkil edir. Bu zaman alova hava axınını təmin edən cihaz və ya körükdən istifadə edilməlidir. Misin emalı ilə məşğul olan bir cəmiyyətin bu temperaturu ala bilməsi üçün soba düzəltməsi, bundan əlavə, bu sobada lazım olan puta, maşa kimi alətlərin də düzəldilməsi şərtdir. Burada sadəcə misin emal edilməsi üçün lazımı əsas təchizatlar qısaca verilmişdir. Daha sərt tuncun əldə edilməsi üçün misin qalay, sink və digər elementlərlə qarışdırılması isə bundan da mürəkkəb bir işdir. Çünki hər metal üçün fərqli emal üsulu tətbiq edilməlidir. Bütün bunlar metalı emal edən, qarışıqlar əldə edən, mədən çıxarma ilə məşğul olan cəmiyyətin dərin biliyə sahib olduğunu göstərir. Bu dərəcədə dərin biliyə sahib olan insanların dəmiri tapmadıqlarını iddia etmək isə məntiqli və tutarlı bir izah deyil.
(1) E.ə 10-cu minilliyə aid olan daş mozaikalar
(2) E.ə 11-ci minilliyə aid həvəngdəstə
(3) E.ə 10-cu miniliyyə aid obsidian alət
(4) E.ə 11-ci minilliyə aid daş əşyalar
(5) Mis daşı plomp vəsaitləri istifadə edilərək hazırlanmış e.ə 9-10-cu minilliyə aid olan daş əşya
(6) E.ə 10-cu minilliyə aid olan mismar görünüşündə plomp daş
(7) E.ə 10-cu minilliyə aid çəkic ucu
Bu şəkildə görünən daş alətlər təxminən e.ə 10-11-ci minilliyə aiddir. Buradakı daşlardan hərhansı birini təkamülçülərin iddia etdikləri kimi daşı başqa bir daşa vuraraq düzəltməyə çalışaq. Məsələn, 4-cü şəkildə görünən daşlardakı düzgün oyuqların eyinisi düzəltəmə çalışaq. Əlimizdəki qaya parçasına istədiyimiz qədər daşla vuraq, belə düzgün bir dəlik aça bilmərik. Bunu edə bilmək üçün polad kimi möhkəm metallardan hazırlanmış alətlər istifadə etməliyik.
Yanda e.ə. 8-10-cu minilliyə aid olan, muncuq kimi istifadə edildiyi güman edilən mis parçalar Dövrün insanları mis cövhərlərini tapıb işləyə biləcək texniki struktura sahib idilər.
Digər tərəfdən, arxeoloji tapıntılar da həmçinin təkamülçülərin qədim dövrlərdə metalın bilinmədiyi və istifadə edilmədiyi iddialarının doğru olmadığını göstərir. 100 min illik metal qab qalıqları, 2.8 milyard illik metal kürələr, 300 milyon illik olması təxmin edilən dəmir küpə, 27 min illik gil parçaları üzərində olan parça qalıntıları, maqnezium, platinium kimi Avropada bir neçə əsr əvvəl əridilməsi müvəffəq olunan metalların min illik qalıqlarındakı izləri kimi saysız tapıntı təkamülçülərin iddia etdiyi paleolit, mezolit, neolit, tunc dövrü, dəmir dövrü kimi sıralamanı alt-üst etmişdir. Bir çox elmi mediada yer alan bu tapıntıların əhəmiyyətli bir hissəsini təkamülçü alimlər ya görməzlikdən gəliblər, ya da muzeylərin zirzəmilərində gizləmişlər. Həqiqi bəşər tarixi yerinə təkamülçülərin təxəyyülünün məhsulu olan hekayələri bəşər tarixi kimi ictimaiyyətə izah etmişlər.
Təkamülçülərin açıqlaya bilmədiyi milyonlarla illik parçalar
Təkamül nəzəriyyəsinə görə canlılar müəyyən mərhələlər içində təkamülləşmiş, bakteriyadan insana qədər uzanan xəyali inkişaf ssenarisində hər şey milyonlarla il ərzində xəyali bir təkamül müddəti daxilində ortaya çıxmışdı. Bu ssenaridə insan ən son təkamülləşən canlı olmalı və son 20000 il içində inkişafını tamamlamalı idi. Lakin elmi tapıntılar və fosillər belə bir inkişafı göstərən tək sübut belə verməmiş, hətta bunun qeyri-mümkünlüyünü göstərmişdir.
Şəkildə görünən metal kürə Cənubi Afrikada milyonlarla il əvvələ aid olduğu fərz edilən bir neçə yüz kürədən biridir. Kürələrdə təbii hərhansı bir hadisə ilə meydana gəlməsi mümkün olmayan, çox incə işlənərək şəkil verilmiş novlar vardır. Bu tapıntı metalın ən qədim tarixlərdən bəri istifadə edildiyini, milyonlarla il əvvəl də insanların metal üzərində incə novlar düzəldə biləcək alətlərə sahib olduqlarını göstərir.
Bu mühüm həqiqəti göstərən digər tapıntılar isə milyonlarla il əvvəldən qalan insanlara aid istifadə vəsaitləri, alətlər və bəzək əşyalarıdır. Darvinistlər dövrümüzdən 100 milyon il əvvəl, hətta 500 milyon il əvvəl – bu tarix təkamülçülərin yer üzündə bakteriyadan başqa heç bir canlının yaşamadığını iddia etdikləri bir zamandır - yaşamış insanları xəyali təkamül sxemlərinin heç bir yerinə yerləşdirmirlər.Əlbəttə bunu etmələri qeyri-mümkündür, çünki Allah hər canlını olduğu kimi insanı da yoxdan yaratmış, “Ol” əmri ilə var etmişdir. Belə ki, bundan 100 min il əvvəl yaşamış insanlara aid tapıntıları kəşf etmək nə qədər mümkündürsə, dövrümüzdən 500 milyon il əvvələ aid insanların əsərlərini tapıb müşahidə etmək də o qədər mümkündür. Yoxdan yaradan Allah tarixin hər dövründə istədiyi canlını var edə bilir. Əlbəttə bu üstün güc və qüdrət sahibi Allah üçün çox asandır. Darvinistlərin anlaya bilmədiyi həqiqət budur və bu səbəbdən yaradılış həqiqətini sübut edən tapıntılar qarşısında heç bir açıqlamaları yoxdur. Elmi həqiqətlərin məhv etdiyi ssnenarilərini yeniləməkdən başqa bir həll yolu tapa bilmirlər. Amma aparılan qazıntı işləri hər keçən gün getdikcə artan dəlillərlə təkamül doqmasını yox edir.
1912-ci ildə Oklahamadakı Thomas Böyükşəhər Elektrik fabrikində iki işçi fabrik qazanına kürəklə kömür atarkən təəəccübləndirici bir tapıntı ilə qarşılaşdılar. Kömür parçalarından biri qaldırmaq üçün olduqca böyük idi, bu səbəbdən işçilərdən biri kömürü qırdı. Kömür parçasını qıranda içində dəmir bir saxsı olduğunu gördü. Saxsı kömürdən çıxarılanda, onun qəlibi iki parça içində də görünə bilirdi. Bir çox mütəxəssis saxsının ətrafındakı kömürü tədqiq etdi və saxsının təxminən 300-325 milyon il əvvəl hazırlandığını müəyyən etdilər. Bu dəmirin e.ə 1200-ci illərdə istifadə edilməyə başladığını iddia edən təkamülçülər üçün açıqlanması mümkün olmayan bir tapıntıdır.
Scientific American jurnalının 1852-ci ildə nəşr olunan 5 iyun tarixli sayında 100 min illik bir metal qab qalıqlarının olduğu xəbəri yerləşdirilmişdir. Tədqiqatlar göstərir ki, çanaq şəklindəki bu qab metal, sink və gümüşün qarışığından istifadə edilərək hazırlanmışdır. Vazın üzərində zərif çiçək buketləri, üzüm salxımı və tac naxışları işlənmişdir. Ən qədim dövrlərdə insanların metalı istifadə etmədiyi iddiasında olan təkamülçülərin bu tapıntını açıqlaya bilmələri mümkün deyil. Aydındır ki, bu əsəri meydana gətirən şəxslər metal xəlitələrini düzəldən, metalişləməni bilən, inkişaf etmiş bir mədəniyyət təcrübəsinə sahib olan insanlardır.
Şəkildəki minomyot və çəkic 1877-ci ildə Table Mountain kömür mədənində tapılmışdır. 33 milyon illik kömür yatağında tapılan bu minomyot və çəkic insanın hər dövrdə insanı bir həyat tərzi keçirdiyinin dəlillərindəndir. | Bu ayaqqabı dabanı fosili 213 milyon illik daş yatağında tapılmışdır. Bundan milyonlarla il əvvəl yaşayan insanlar ayaqqabıları ilə, paltarları ilə, yemək mədəniyyətləri ilə, sosial münasibətləri ilə mədəni bir həyat tərzi keçiriblər.Fosilin tək şəkli 1922-ci il tarixli bir New York qəzetində nəşr olunmuşdur. Bəşər tarixinin təkamülü iddiasını yalanlayan bu tapıntılar təkamülçülər tərəfindən ya gizlənir, ya da göz ardı edilir. | 3 milyon illik çınqıl daşı üzərində insan üzünə bənzər bir fiqur düzəldilmişdir. Çınqıl daşında belə düzgün dəliklər aça bilmək olduqca çətin işdir. Bunun üçün sərt metaldan hazırlanmış dəlik açma alətləri istifadə edilməlidir. Təkamülçülərin iddia etdiyi kimi, son dərəcə ibtidai şərtlərdə bunun hazırlanması mümkün deyil. |
Tarixin hər dövründə müasir dövrdə olduğu kimi, haqq dinlər və batil inanclar mövcud olmuşdur. Tarixin hər dövründə iman edənlər Allah`ın əmri olan ibadətləri yerinə yetirirdilər.
Allah tarix boyu insanları haqq dinə dəvət edəcək elçilər göndərmişdir. İnsanların bir qismi elçilərə itaət edib Allah`ın varlığına və birliyinə iman etmişlər. İnsanlığın ilk var olduğu gündən etibarən insanlar bir olan Allah`a imanı və haqq din əxlaqını Rəbbimizin vəhyi ilə bilib öyrənmişdir. Bilavasitə, təkamülçülərin irəli sürdüyü bir olan Allah`a imanın ilk icmalara məlum olmadığı iddiası doğru deyil. (Bu mövzu kitabın sonrakı fəsillərində təfsilatlı şəkildə izah ediləcək)
Allah`ın tarixin hər dövründə insanları iman etməyə və din əxlaqını yaşamağa dəvət edən elçilər göndərdiyi Quranda belə xəbər verilmişdir:
İnsanlar tək bir ümmət idi. Allah (onlara) müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki, (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduq-ları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər. (Bəqərə surəsi, 213)
Başqa bir ayədə də hər qövmə onlara xəbərdarlıq etmək, Allah`ın varlığını və birliyini xatırlatmaq, din əxlaqını yaşamağa dəvət etmək üçün bir elçi göndərildiyi bu cür bildirilmişdir:
... Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın. (Fatir surəsi, 24)
Keçmişdə olduğu kimi dövrümüzdə də batil inanclı, bütlərə sitayiş edən insanlar yaşayır.
Rəbbimizin insanlara elçilər və haqq kitablar göndərmiş olmasına baxmayaraq, bəzi insanlar bir müddət sonra öz aralarında ixtilafa düşdülər, haqq din əxlaqından uzaqlaşdılar və bəzi azğın və batil inanclara uydular. Bəziləri bütpərəst inanclar yetişdirdi, torpağa, daşa, taxtaya, Aya, Günəşə, sözdə pis ruhlara sitayiş etmək kimi azğınlığa düşdülər. Beləliklə, günümüzdə də haqq dinə inananlar olduğu kimi, hal-hazırda yollarını azaraq oda, Aya, Günəşə, taxtadan bütlərə sitayiş edənlər var. Bəziləri Allah`ın varlığını və tək olduğunu bilməsinə baxmayaraq, Rəbbimizə bəzi ortaqlar qoşdular. Rəbbimiz yenə onlara elçilər göndərmiş, aralarında ixtilaf düşən mövzularda haqq olan hökmü onlara bildirmiş, batil inanclarından ayrılıb haqq din əxlaqını yaşamağa onları dəvət etmişdir. Və tarixin hər mərhələsində iman edənlərlə etməyənlər, əməlisaleh möminlərlə azğın yollara uyanlar da mövcud olmuşdur.
Səba məlikəsinin hz. Süleymanı ziyarət etməsini təsvir edən şəkil
Tarix boyu yaşamış peyğəmbərlərlə birlikdə iman edənlər, son dərəcə mədəni şəraitdə, müasir və səviyyəli həyat tərzi keçirmişlər. Hz. Nuhun vaxtında da, hz. İbrahimin, hz. Yusifin, hz. Musanın və hz. Süleymanın dövründə də indiki kimi ictimai intizam çərçivəsində müasir həyat tərzi yaşanmışdır. Hər mərhələdə möminlər namazlarını qılmış, oruclarını tutmuş, Allah`ın bildirdiyi sərhədləri qorumuş, halal və təmiz bir həyat sürmüşlər. Arxeoloji qazıntılarda əldə edilən məlumatların göstərdiyi inkişaf etmiş həyat standartlarının ən gözəlinə, ən nəcib və ən təmizinə Allah`a iman edən əməlisaleh möminlər sahib olmuşlar. Yaşadıqları dövrün təmin etdiyi hər cür imkanların ən yaxşısını peyğəmbərlər və səmimi möminlər Allah rizasına uyğun olaraq istifadə etmişlər.
Nəmrud zamanında mövcud olan hər cür texnoloji inkişaf hz. İbrahim və onunla birlikdə iman edən möminlər tərəfindən ən gözəl şəkildə istifadə edilmişdir. Fironlar dövründə mövcud olan texniki biliklər hz. Yusif, hz. Musa, hz. Harun və həmin dövrdə yaşayan əməlisaleh möminlərin də xidmətində olmuşdur. Hz. Süleyman dövründə memarlıqda, incəsənətdə, rabitə sahəsində əldə edilən yüksək texnologiyadan müdrikliklə istifadə edilmişdir. Rəbbimizin hz. Süleymana lütfü olan zənginlik və ehtişam, nəsillər boyunca heyranlıq oyatmışdır.
Unutmaq olmaz ki, bundan yüz minlərlə il bundan əvvəl yaşamış insanların da müasir xalqların da sahib olduğu hər cür bilik və imkan Allah`ın insanlara bir lütfüdür. Yüz minlərlə il əvvəl mədəniyyətlərini quranlar, on minlərlə il əvvəl mağara divarlarına estetik baxımdan gözəl rəsmlər çəkənlər, ehramları, zikkuratları inşa edənlər, iri daş abidələrini inşa edənlər, Amazon meşələrinin ən yüksək yerlərində iri abidələr tikənlər Allah`ın ilhamı və öyrətməsi ilə bu sənət əsərlərini meydana gətirmişlər. Hal-hazırda, atomun tərkib hissələrini tədqiq edənlər, kosmosa kosmik gəmilər göndərən, kompyuterdən ən effektiv şəkildə istifadə edənlər bunları Allah istədiyi üçün edə bilirlər. İnsanların var olduqları gündən bu yana sahib olduqları hər cür bilik Allah`ın insanlara rəhmi, qurduqları hər bir mədəniyyət Rəbbimizin əsəridir.
Hz. Məryəm və Əzizlər rəsmi, Giovanni Bellini, 1505 Venedik
Allah insanı yoxdan yaratmış və ona dünya həyatı boyunca müxtəlif imkanlar və nemətlər vermişdir. Verilən hər bir nemət insan üçün bir sınaqdır. Sahib olduğu mədəniyyətin, texnologiyanın və imkanların Allah`ın bir lütfü olduğunu bilən, bütün bunlar üçün Rəbbimizə şükür edən qullarına Allah nemətlərini artırır:
O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)
Və Allah saleh qullarını həm dünyada, həm axirətdə gözəl şəkildə yaşadır. Quranda bu həqiqət belə xəbər verilir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Bu ayənin bir təzahürü olaraq tarix boyu yaşayan bütün müsəlmanlar yaşadıqları dövrün ən yaxşı imkanlarına sahib olmuşlar, mədəni və gözəl həyat sürmüşlər. Əlbəttə, sınaq mühitinin zərurəti olaraq müəyyən vaxtlarda çətinliklər və sıxıntılarla da imtahan edilmişlər. Lakin bu sıxıntılar onların mədəni və insan kimi həyat sürməməsi mənasını ifadə etmir. Allah`ı inkar edən, inkarında təkid edən, gözəl əxlaqla yaşamayan və yer üzündə pozğunluq törədənlərin sonu isə nə qədər varlı, rifah içində və inkişaf etmiş mədəni həyat sürsələr də, zərər olmuşdur. Bundan əlavə, bunların bir çoxu, bəlkə də, bizim cəmiyyətdən də inkişaf etmiş imkanlara sahib olan cəmiyyətlər olmuşdur. Bu həqiqət Quranda belə xəbər verilir:
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güc¬¬lü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər. (Rum surəsi, 9)
Təkamülçülərin iddiası ilk insanların guya yarı meymun varlıqlar olduğu, müəyyən zaman içərisində fiziki qabiliyyətləri ilə birlikdə zehni qabiliyyətlərinin də inkişaf etdiyi, müəyyən bacarıqlar qazandığı, mədəniyyətin bu minvalla təkamülə uğrayaraq inkişaf etməsidir. Elmi sübutlara əsaslanmayan bu iddiaya görə, uydurma əcdadlarımız (ibtidai insanlar) heyvanabənzər həyat tərzi keçiriblər, insanlaşdıqca mədəniləşmiş və zehinləri inkişaf etdikcə mədəni irəliləyiş əldə etmişdir. Bədəni tamamilə tüklərlə örtülü, üzərində heyvan dərisi geyinmiş, ocaq qalamağa çalışan, bellərində ovladıqları heyvanlarla birlikdə çay kənarı boyu yeriyən, mağaraların içində xırıltılı səslər çıxararaq bir-biriləri ilə ünsiyyət qurmağa çalışan insan səhnə mizanı da elmilikdən uzaq iddianın ortaya atdığı hekayələrdən ibarətdir.
Fosil qeydləri bu hekayəni dəstəkləmir. Elmi məlumatların göstərdiyi nəticə insanın insan olaraq yoxdan var olduğu gündən etibarən də insana xas olan həyat tərzi keçirmiş olmasıdır. Arxeoloji tapıntılar da təkamülçülərin tərtib etdiyi xronologiyanı heç bir halda dəstəkləmir. Təkamülçülərin insanların təzə-təzə danışmağı öyrəndiklərini dedikləri dövrə aid olan arxeoloji qazıntılar həqiqətdə insanların mətbəxlərinin olduğunu, ailə həyatı sürdüklərini göstərir. Təkamülçülərin daş dövrü olaraq iddia etdikləri dövrlərdə beyin əməliyyatlarının həyata keçirildiyi meydana çıxmışdır. Yenə təkamülçülərin insanların incəsənətdən bixəbər olduqlarını dedikləri dövrlərə aid qazıntılarda isə bəzək əşyaları və boya üçün xam maddələr tapılmışdı. Kitabın növbəti fəsillərində bunun kimi bir çox misal təfsilatı ilə tədqiq ediləcəkdir.
Bütün bu misalların nümayiş etdirdiyi həqiqət tarixin heç bir dövründə ibtidai və heyvanabənzər həyat tərzinin mövcud olmamasıdır. Təkamülçülərin irəli sürdüyü kimi, daşı daşla yonaraq, daşdan taxtadan başqa heç bir alətdən istifadə etmədən mədəniyyətdən kənar bir həyat olmamışdır. Hər dövrdə iman edənlər insan kimi yaşamışdır. Hər dövrdə insana yaraşan geyimlər olmuş, insan üçün münasib boşqablar, qablar, qaşıqlar, çəngəllərdən istifadə edilmiş, insana xas mühitdə oturmuşlar, yeyib-içib söhbət etmişlər. İnsan üçün münasib olan tikililər inşa etmiş, sənət əsərlərini meydana gətirmişlər. Həkimlər, müəllimlər, dərzilər, mühəndislər, memarlar, incəsənət xadimləri olmuş, cəmiyyətdə intizam təmin edilmişdir. Ağıl və vicdan sahibi olanlar Allah`ın ilhamı ilə yer üzərindəki nemətlərdən ən gözəl şəkildə faydalanmışlar.
Əlbəttə ki, tarix boyunca texnoloji irəliləyiş də olmuş, insanların bilik səviyyələri artdıqca texnoloji dəyişikliklər olmuş, yaşanan mühitin şərtlərinə uyğun olaraq yeni cihazlar düzəldilmiş, elmi ixtiralar olmuş, mədəni dəyişikliklər yaşanmışdır. Lakin bəşər tarixində yaşanan bilik səviyyəsi və texnoloji tərəqqi təkamülün prosesinin yaşanmış olduğunu ifadə etmir.
Biliyin daima artması adət edilmiş haldır. Bir insanın sahib olduğu bilik səviyyəsi məktəb dövründə fərqli, universitet illərində isə tamamilə fərqlidir. Bir insanın həyatı boyu bilik səviyyəsini artırması onun təkamül prosesinin içində olması və özü-özünə yaranan təsadüflərin təsiri ilə inkişaf etmiş olması demək deyil. Buna bənzər hal insanların həyatına da tətbiq edilir. İctimai həyatda da ehtiyaclar səbəbindən yeni kəşflər, ixtiralar edilir, yeni mexanizmlər icad edilir, başqa bir insan isə həmin mexanizmləri daha da mükəmməlləşdirir. Daima mədəni tərəqqi yaşanmaqdadır. Lakin bu, təkamül prosesi demək deyil.