NƏTİCƏ: ALLAH HƏR
ŞEYDƏN XƏBƏRDAR OLANDIR

Böhtançılar keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də iman gətirən möminlərə böhtan atmaqda davam edəcəklər. Ancaq onların böhtanları və əziyyət verici sözləri keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də iman edənləri üzməyəcək və onlara bir zərər verməyəcək. Çünki möminlər çox önəmli bir həqiqəti bilən və bütün həyatını bu həqiqəti bilərək yaşayan insanlardır. Həmin həqiqət isə budur: Allah hər şeyi görən, bilən və eşidəndir. Allah`ın istəyi xaricində heç bir insan başqa bir insana ən xırda bir zərər verməyə də qadir deyil və əsla qadir də ola bilməz.

Hər böhtan sözü Allah`ın izni və bilgisi ilə söylənir. Böhtançılar aralarında planlar qurarkən də, iftiralarının quruluşunu müəyyən edərkən də, böhtanlarını həyata keçirərkən də Allah onları görməkdə və eşitməkdədir. Ən amansız böhtan sözlərini söyləyərkən də, möminlərin artıq dinlərindən geri dönəcəyini zənn edərkən də Allah onların ağlından keçənləri bilir. Allah bu həqiqəti Quranda belə bildirir:

Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, yenə onların yanındadır. Sonra qiyamət günü onlara etdikləri əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir!(Mücadilə surəsi, 7)

Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz yazırlar! (Zuxruf surəsi, 80)

Ayələrdə xəbər verildiyi kimi, heç bir böhtançı ağılsız və başıboş deyil. Hər bir böhtan sözü - o, iki insan arasında olsa belə - Allah tərəfindən qarşılıqsız qalmaz. Böhtanı atan bunu unutsa da, görən, eşidən və ya yaradan Allah onu unutmaz: inkarçıların söylədiyi bütün üsyankar sözlərin, əsassız böhtanların, sahib olduqları bütün pis düşüncələrin, etdikləri bütün zülmlərin qarşılığı hesab günü özlərinə geri dönəcək.

Hər şeyin hakimi və tək sahibi olan Allah möminlərin dostu və vəkilidir. Möminlər sonsuz mərhəmət və şəfqət sahibi olan Allah`ın hər zaman hər şeyi ən gözəl, ən xeyirli, ən adil, ən hikmətli şəkildə yaratdığını bilir və sadəcə Ona arxalanıb güvənirlər. Möminlər Allah`dan başqa heç bir varlıqdan qorxmazlar. Heç bir böhtan, təcavüz, təhdid, istehza, canlarına və mallarına qəsd edilməsi onları imanın gözəlliyindən və Quran əxlaqını yaşamaqdan imtina etməyə güc yetirə bilməz. Allah Quranda müsəlmanların bu qərarlılığını və alacağı əvəzi belə müjdələmişdir:

Möminlər içərisində elələri də vardır ki, Allah`a etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də gözləyir. Onlar əsla dəyişməzlər ki, Allah doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!(Əhzab surəsi, 23-25)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İnkarçıların möminlərə qarşı düşmənçiliyi
  • Keçmiçdə möminlərə atılan böhtanlar
  • İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
  • İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
  • Müsəlmanların böhtan qarşısındakı davranışı
  • Allah hər şeydən xəbərdar olandır