Böhtan, mənfəətləri zədələnilən, birinə qarşı düşmənlik və kin saxlayan, rəqabət içində olan, yalançı və vicdansız insanların, qarşılarındakı adama və ya kəslərə zərər vermək məqsədiylə müraciət etdikləri çirkin üsullardan biridir. Din əxlaqından uzaq, Allahın əmr etdiyi gözəl əxlaqı yaşamayan cəmiyyətlərdə, insanların geniş şəkildə müraciət etdikləri qaralama üsullarındandır.
Bu kitabda böhtanın, çox fərqli bir məqsədlə istifadə edilən və tarix boyunca müəyyən quruluşlar tərəfindən miras kimi köçürülərək günümüzə qədər çatan bir şəkli mövzu edilməkdədir. Burada üzərində dayanılacaq olan böhtan, tarix boyunca dini inkar edənlərin iman edənlərə maddi və ya mənəvi zərər verə bilmək məqsədiylə yönəltdikləri böhtanlardır.
Quranda, keçmişdə, Allahın elçilərinin və onlar kimi din əxlaqına uyğun gəlməyə dəvət edən saleh kəslərin hamısına mənfəətpərəstlik, dəlilik, özünü bəyənmişlik, oğurluq, zina kimi böhtanlar atıldığı açıqlanmışdır. Allahın icazəsiylə möminlərə atılan hər böhtan boşa çıxmış, onlara zərər verə bilməmişdir. Bu mübarək insanlar da özlərinə yönəldilən böhtanları hər vaxt nümunə bir səbir və təvəkküllə qarşılamış, bu təzyiqlərə diqqət etməmiş, Allahın əmr etdiyi əxlaqı yaşamağa və insanları da doğru yola dəvət etməyə davam etmişlər.