Yer üzündə canlılıq başladığından bəri yaradılan hər heyvanın həyatındakı hər mərhələ də eynilə mühafizə edilməkdədir. Məsələn, 250 il əvvəl qütbdə yaşamış bir pinqvinin dünyaya gəldiyi ilk an, balıq tutmağı və ovlanmağı ilk dəfə öyrəndiyi an, öldüyü an kimi həyatının hər mərhələsi Allah Qatında mövcuddur. Sonsuza qədər də dayanacaq və bütün bunlar yaşadığımız bu an içində baş verir.
![]() |
Bir insana çocukluğunda alınmış olan ve çok sevdiği ama bir kazada kaybettiği köpeğinin her anı, onu severken, onunla oynarken ya da o kendisine bakarken kısacası hatırladığı ya da hatırlamadığı her anı Allah Katında kayıtlıdır. |
Bizim heç bir zaman görmədiyimiz, həyatına şahid olmadığımız 700 il əvvəl yaşamış bir dəvə, ya da M.ö V əsrdə Amazon meşələrində yaşamış bir timsah, 2200-cü ildə Afrikada yumurtadan çıxacaq bir ilan, ya da bu gün Avstraliyada yaşayan bir kenquru üçün də vəziyyət eynidir. Bu sayılan heyvanların, daha doğrusu gəlmiş və keçmiş bütün heyvanların həyatlarına dair hər detal, hər mərhələ əslində eyni anda, yəni indi olmaqdadır. Məsələn, dəvənin doğulduğu an, səhrada yük daşıdığı an, su içdiyi an da daxil olmaqla hər anı gizlidir və bəhs edilən dəvə bu an əslində hələ su içir, hələ doğulur, hələ yük daşıyır… Dünya tarixi boyunca yaşamış bütün dəvələrin həyatlarına dair hər kadr canlı olaraq vardır. Bu günə qədər yaşamış trilyonlarca heyvan olduğu düşünülüncə bu mövzunu qavramaq çətin görünə bilər, lakin Allahın böyüklüyünün və qüdrətinin bir sirri də burada gizlidir. Allah Alim adı ilə gəlmiş-keçmiş, canlı-cansız hər şeyin məlumatına malikdir. Hafiz adı ilə bu canlılara aid hər cür məlumatı mühafizə edir. Quranda bu həqiqətə belə işarə edilir:
(Allah) onları hesablamış və bir-bir saymışdır. (Məryəm surəsi, 94)
Heyvanların ölümü də insanlarınkına bənzəyir. İnsanlar ölüncə necə həyatlarında keçirdikləri anlar yox olmursa, heyvanların yaşadıqları anlar da elədir. Bir insan sevdiyi bir heyvanı, məsələn quşunu itirdiyində onun üçün kədərlənir. Halbuki, o quş Allahın yaddaşında ən gözəl şəkli ilə dayanmaqdadır. Quşun yeni yumurtadan çıxmış halı da, sahibinin evinə gəlməsi də, hələ uça bilmirkən etdiyi oyunlar da ən sevimli şəkilləri ilə varlıqlarını davam etdirir. Və ya bir it öldüyündə, onun ölü halı da, diri halı da, ölüm şəkli də Allah Qatında müəyyəndir. Ölüm şəklinə aid görüntü tək bir kadrdır, bunun xaricində yaşadığına dair saysız görüntü vardır və bunlar da Allah Qatında sonsuz olaraq dayanmaqdadır. İtin yolda gedən halı da, özünü sevdirən halı da, hürən halı da, yemək yeyərkən halı da, ovlanarkən aldığı şəkil də və sahibinin görmədiyi bütün halları da hamısı Allah Qatında mühafizə edilir.
![]() |
Sokakta yürürken önünden geçtiğiniz bir bahçedeki kelebekler, çiçekler kısacası tüm detaylar siz unutsanız dahi halen aynı şekilde Allah Katında muhafaza ediliyorlar. |
Bu vəziyyət bütün heyvanlar üçün etibarlıdır. Quranda bildirilən Əshabi-Kəhfin mağarasının qapısında qollarını uzatmış vəziyyətdə gözləyən itin doğumu və ölümü, mağaranın qarşısında gözlədiyi hər saniyə bu an da Allahın hifzindədir. Eyni şəkildə, Hz. Salehin (ə.s) qövmünün özlərinə haram qılındığı halda kəsdikləri dəvənin Hz. Saleh (ə.s) tərəfindən gətirməsi də, daha sonra inkarçı qövm tərəfindən kəsilmə anı da yox olmamışdır, Allah Qatında mövcuddur. Və ya əzilən bir böcəyin də ölmədən əvvəl gedərkən, gəzərkən və ayaq altında əzilən zamankı bütün kadrları Allah Qatında dayanar. Böcəyin ölümü bir kadrdır və hər görünüşü eynilə dayanmaqdadır. Bizim əzilmə görüntüsündən etibarən o heyvana aid bir şey görməməyimiz onun yox olduğu mənasını verməz. Əksinə, bizim yaddaşımızda yaşamadığı, yaddaşımızda unudulduğu mənasını verər. Allah Qatında o böcəyə aid görüntü yenidən canlandırılsa, bizə 5 duyğumuzla hiss etdirilsə təkrar görərik.
Fransız Qiyamı dövründə bir adamın gördüyü rəngarəng bir kəpənək üçün də eyni şey etibarlıdır. Adam kəpənəyi gördüyündə "nə qədər gözəl rəngləri var" deyib bir müddət sonra onu bir quşun qapdığını görüb kədərlənə bilər. Halbuki o kəpənək bütün simmetriyası və rəngarəngliyi ilə Allah Qatında canlı olaraq dayanmaqdadır. Kəpənəyin yaşadığı hər saniyə hətta salisə, qanadını hər açması və hər bağlaması, yerə hər qonduğu an, yerdən qalxması, qonduğu bütün çiçəklər Allah Qatında müəyyəndir. Üstəlik kəpənək bu hərəkətlərin hamısını birdən bu an etməkdədir. Eyni anda kəpənək uçur, qonur, yeyir, ölür... Lakin bütün bunların sonunda kəpənək diridir, sonsuza qədər də diri olaraq qalacaq. Minlərlə il əvvəl bu kəpənəyin öldüyünü görüb kədərlənən adamın hissləri də və o adamın həyatının hər anı da sonsuza qədər mövcud olacaq.
"Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75)
Beləcə "heyvanların ruhu varmı?", "onların sonu nə olacaq?" kimi sualların cavabı da verilmiş olur. Əhəmiyyətli olan o canlının Allahın yaddaşında olmasıdır. Allah Qatında məlumatı olduğu müddətdə (yaradıldığı andan sonsuza məhkum edilmişdir) bu varlıq canlı olar. Ancaq buradakı canlılıqdan qəsd Allahın bir hiss olaraq yaratmasıdır. Yoxsa digər canlıların heç birinin Allahın "Diri" adı ilə bir bənzərliyi yoxdur. Bu baxımdan heyvanın ruhunun olub-olmaması deyil, yaddaşda yaradılıb-yaradılmaması əhəmiyyətlidir. Allah diləsə, bu canlı yaddaşımızda var olar, diləməzsə yox olar. Allah insanın yaddaşından o heyvanın görüntüsünü alsa ölmüş olar, versə dirilmiş olar. Lakin nəticədə o heyvan Allahın yaddaşında sonsuza qədər ən canlı halı ilə var olacaq. Çünki Allah zamandan münəzzəhdir. Zamansızlıq içində də keçmiş, gələcək və ya indiki zamandan bəhs oluna bilməz. Hamısı bir andır.
Allah hər şeyin məlumatına sahib olandır. Yuxarıdakı ayədə xəbər verildiyi kimi yer üzü var edildiyindən bəri yaradılmış olan bütün yarpaqların, ömürləri boyunca keçirdikləri bütün hadisələri və vəziyyətləri də bilər. Məsələn, minlərlə il əvvəl Babildəki bir ağacın və hətta o ağacdakı bir yarpağın belə məlumatı Allah Qatında gizli dayanmaqdadır. Hətta o yarpağın yerə düşənə qədər keçirdiyi bütün mərhələlər ayrı-ayrı saxlanmaqdadır. Babildə ağacın altında oturub o yarpağın düşməyini izləyən insan fərqində olmasa da, onun düşməyini müşahidə etdiyi saniyələr bir-bir Allahın yaddaşında mövcuddur və bu saniyələrin heç biri yox olmamış, keçmişdə qalmamışdır.
![]() |
Çiçeklerde birbiri peşi sıra meydana gelen değişimler, ayrı zamanlarda olmuş gibi gözükse de gerçekte her aşaması aynı anda yaşanmaktadır. Bu çiçeği gören insanların hafızasından bir müddet sonra bütün görüntüler silinir ama bunların her biri Allah'ın sonsuz hafızasında kalır. |
Bir insan yarpağın ağacdan düşməyini çox əhəmiyyətli bir hadisə olaraq qəbul etməyə bilər. Ancaq yer üzündəki gəlmiş-keçmiş bütün yarpaqların düşməyinin və bütün canlıların hər anlarının bu şəkildə "hifz edildiyi" düşünüldüyündə Allahın böyüklüyü və elmi açıq-aşkar bir şəkildə qarşımıza çıxar. Bu, bir Quran ayəsində belə bildirilir:
... O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)
Bunu görən insanın edəcəyi yeganə şey Rəbbimiz qarşısında boyun əyməkdir. Allah çox ucadır. Hər şeyin məlumatı Onun Qatındadır. "O, göydən yerə qədər olan bütün işləri idarə edir...." (Səcdə surəsi, 5) ayəsində xəbər verildiyi kimi, insanları, heyvanları, bitkiləri, qısacası hər canlı və hər hadisəni Allah yaradır və bunların hamısı Onun Qatında canlı olaraq mühafizə edilir.
![]() |
Zaman kavramı yalnızca insan için geçerlidir. Allah'ın hafızası tüm zamanların üstündedir. Yeryüzünde tarih boyunca var olmuş bütün menekşeler aslında aynı anda açmakta, aynı anda solmaktadır. Evinizde bir saksıda yetiştirdiğiniz menekşeler için de aynı şey geçerlidir. |
Bu, çiçəklər üçün də etibarlıdır. Bir çiçək solduğunda insanlar onun öldüyünü, yox olduğunu zənn edərkən, əslində o Allah Qatında bütün detalları ilə dayanar. Çiçək tumurcuq halında ikən də, açmadan əvvəl də, yeni açdığında da, solduğunda və öldüyü zənn edildiyində də bütün bu mərhələləri Allah Qatında dayanmaqdadır. De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir" (Yasin surəsi, 79) ayəsində xəbər verildiyi kimi, reallaşan hər mərhələ Allahın məlumatı daxilindədir. Ayrıca daha əvvəl də ifadə etdiyimiz kimi, çiçəkdə ardıcıl olaraq meydana gələn dəyişikliklər müxtəlif zamanlarda olmuş kimi görünsə də, əslində hər mərhələsi eyni anda yaşanmaqdadır. Allah Qatında bir çiçəyə aid hər detal saxlanmaqdadır, lakin Allah bunları dilədiyinə göstərir. Gəlinciyi görən insanların yaddaşından bir müddət sonra gəlinciyə aid bu görüntülər silinər, amma bunların hər biri Allahın yaddaşında qalar.
Allahın Muhsi ismi "Sonsuz olsa da, hər şeyin sayını bilən" deməkdir. Allah bu günə qədər yer üzündə var olmuş və budağından düşən bütün yarpaqların sayını ən yaxşı biləndir. Ayrıca bütün bitkilərin, bütün yarpaqların, bütün çiçəklərin yaranmalarından etibarən hər anları, yavaş-yavaş böyümələri, inkişafları, qurumaları, tökülmələri, üzərlərinə qonan böcəklər, tozlar, hər bir yarpağın üzərinə düşən hər yağış damlası sonsuza qədər Allahın məlumatı daxilindədir. Bunlar digər bütün canlıların həyatlarındakı hər anı ilə birlikdə bir anda və bir səthdə yaradılmışlar. Bütünlüklə bu anda, indi var edilmişlər. Bu səbəbdən bir yarpaq quruyub düşəndə, əslində o ölmür, yalnız bizim yaddaşımızdan silinir, halbuki başqa bir insanın yaddaşında hələ saxlanılır. Əgər Allah başqa insanların yaddaşında canlandırsa, onlar bu yarpağı görməyə davam edərlər.
![]() |
Yağmur damlalarının oluşumundaki her aşama Allah'ın bilgisi dahilindedir. Allah her türlü yaratmayı bilendir. |
Saxsınızda yetişdirdiyiniz bir bənövşə üçün də bu vəziyyət eynidir. Bənövşənizin ilk tumurcuqladığı an da, çiçək açdığı il anı da, böyüyüb inkişaf etməyi də, solub-büzülməsi də Allah Qatında müəyyəndir. Əslində bu an hamısı birdən olmaqdadır. Başqa sözlə desək, bənövşə indi açmaqda, amma indi də solmaqdadır. Bənövşənin açması ilə solması arasında bir zaman yoxdur. Zaman anlayışı yalnız bizim üçün etibarlıdır, Allahın yaddaşı bütün zamanların üstündədir. Bu həqiqəti xatırlayınca aydın olur ki, yer üzündə tarix boyunca var olmuş bütün bənövşələr, əslində eyni anda açmaqda, eyni anda solmaqdadır. Bütün yarpaqlar bu an çıxmış, bütün yarpaqlar bu an tökülmüşdür. Belə ki, bundan 1500 il əvvəl Afrikadakı bir meşədə bir ağacın koğuşunda yaşamış kiçik bir bitkinin belə həyatının hər mərhələsi Lövhi-Məhfuzda qeydlidir. Eyni şəkildə bundan 14 əsr əvvəl Müsəlmanların Peyğəmbərimizə (s.ə.v.) beyət etdikləri ağacın toxumdan çıxması, filizlərini torpağın üstünə doğru uzatması, sonra da quruması hər detalı ilə bu an mövcuddur. Yer üzündəki hər hansı bir dağda böyüyən bir otdan, dünyanın hər hansı bir çəmənliyində yetişən bir ota, səhradakı bir kaktusdan, varlığından kimsənin xəbəri olmadığı bir kola, buzların arasından çıxan bir novruzgülü çiçəyinə və ya asfaltın kənarında bitən bir çobanyastığına qədər hər bitkinin hər anı Allahın yaddaşında saxlanmaqdadır. Bəlkə bu bitkinin varlığından yer üzündəki heç bir insanın xəbəri belə olmaya bilər. Hətta heç bir zaman olmayacaq da. Lakin Allah əlbəttə ki, bütün bunlardan xəbərdardır:
... Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın”. (Səba surəsi, 3)
Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. (Fussilət surəsi, 47)
Bir başqa ayədə isə bu mövzu belə ifadə edilmişdir:
O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır (Səba surəsi, 2)
Bu izah edilənlərin insanın zehnində daha yaxşı canlana bilməsi baxımından, hər vaxt gördüyümüz meyvələrdən də nümunə verilə bilər. Məsələn, Afrikadakı bir banan ağacında yetişən bir bananın böyüklüyü, dadı, yetişməsi Allah Qatında müəyyəndir. Nə vaxt toplanacağı, kim tərəfindən qoparılacağı, nə vaxt yetişəcəyi və nə vaxt qaralacağı, hansı süfrəyə qoyulacağı, kimlər tərəfindən yeyiləcəyi Allah Qatında hələ o banan ağacının toxumu torpağa girmədən məlumdur. Allah bu həqiqəti bir ayəsində belə xəbər verir:
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)
![]() |
Bu ağaçların kesim aşamalarında neler olacağı, kesimi kimlerin yapacağı, hangi evin yapımında kullanılacakları gibi tüm detaylar Allah Katında önceden belirlenmiştir. |
Bananın hələ budağından ilk çıxdığı andan etibarən süfrəyə gedənə qədər keçirdiyi hər mərhələ Allah Qatında saxlanılır. Əslində o bananın budağından çıxdığı ilk andan etibarən yeyilənə qədər çox müddət keçmiş kimi görünür. Başqa sözlə desək, bananın uzun bir ömrü olduğu düşünülür. Bu meyvə əvvəl budağında yetişir, sonra biri tərəfindən dərilir, qablaşdırılır, nəqliyyat vasitəsilə yüklənib uzun bir səfərə çıxır, bəlkə okeanlar aşaraq müxtəlif ölkəyə aparılır, orada da anbarlara qoyulub satıcılara paylanır və bəlkə də yetişdiyi yerdən çox uzaq bir ölkədə onu satın alan bir adamın ailəsindən biri, ya da qonağı tərəfindən yeyilir. Amma başdan bəri ifadə etdiyimiz kimi bu dünyagörüş yalnız zamandan və məkandan asılı olan insan üçün etibarlıdır. Allah Qatında isə bananın bütün ömrü bir anda keçir. Banan bu an yetişir və bu an biri tərəfindən yeyilir. Həmin banan bu an budağından qoparılır, bu an konteynerlərə yüklənir. Bir daha xatırlatmaq lazım olsa, o bananın həyatı ilə sizin həyatınız, ya da Sezarın həyatı və ya Böyük İskəndərin, ya da Edisonun həyatı əslində eyni anda yaşanır. Yer üzündəki gəlmiş-keçmiş bütün meyvələrin, bütün bitkilərin, bütün insanların, bütün heyvanların məlumatı Uca Allahın hifzindədir. Bu həqiqətlər səmimi bir niyyətlə yaxşıca, dərindən düşünülsə, bunun nə qədər böyük bir hadisə olduğu aydın ola bilər.
Digər əhəmiyyətli bir nöqtə isə bu meyvələrdən heç birinin əslində çürüməməsi, yox olmaması, solmaması, itməməsidir. Bir portağal düşünün. Aralıq dənizinin sahilində portağal bağçalarında 50 il əvvəl yetişmiş olsun. Bu portağalın nə vaxt, hansı ağacdan, hətta o ağacın hansı budağından çıxacağı, turş və ya şirin olacağı, böyüklüyü, forması, rəngi, kim tərəfindən budağından toplanacağı, hansı anbarda saxlanacağı, hansı yük maşınına yüklənəcəyi, kim tərəfindən daşınacağı, hansı meyvə satıcısına gedəcəyi, meyvə satıcısından kim tərəfindən satın alınacağı, alındığı evdə kim tərəfindən yeyiləcəyi o portağalın qədərindədir. Bəlkə də meyvə səbətində unudulacaq və kiflənəcək. An-an kiflənmə mərhələləri və sonda tamamilə kiflənib xarab olması və ev sahibi tərəfindən zibilə atılması da qədərindədir. Bir portağalın ömrünün hər saniyəsi, qədərindəki hər an Allah Qatında sonsuza qədər vardır. Nəticə olaraq o portağal Allah Qatında ölməz, yox olmaz, sonsuza qədər ilk tumurcuqlandığı, yetişdiyi, çürüməyə başladığı və xarab olduğu hər halı ilə diri və canlı olaraq qalar. Çünki Allah Həyy, yəni diri olandır. Onun yaddaşındakı hər şey də Allah "Ol" dediyi andan etibarən diridir.
![]() |
Tek bir portakalın yaşam süresinin her saniyesi, kaderindeki her an, Allah Katında sonsuza kadar saklıdır. |
Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99) |
![]() |
Bu mekanın 1000 yıl önceki hali de, 500 yıl önceki durumu da ve bundan sonra üzerine inşa edilecek tesisler de, aralarında zaman varmış gibi gözükse de, aslında tek bir anda mevcutturlar. |
Bura qədər izah edilən hər şey axan sular üçün də etibarlıdır. Çaydan, qaynaqdan, bulaqdan, bir artezian, ya da şəlalədən axan suyun hər damlasının hər anı Allah Qatında saxlanmaqdadır. Axan suyun bir damlası belə yox olmaz, itməz. Hər damla sonsuza qədər dayanar. Heç biri boşa getməz. Eynilə, canlılarda olduğu kimi onların da hər anı, hər halı Allahın yaddaşında gizlidir. Kainat var olduğundan bəri yer üzündə axmış, hələ də axan və gələcəkdə də axacaq bütün sular bu an axır. Başqa sözlə desək, hamısı indi bir anda axmaqdadır. Allah zamandan münəzzəhdir və axan suların da əvvəli və sonrası yoxdur. Kainatdakı hər hadisə kimi bu da bir anda baş verir. Sonsuzluğun içində bir zaman vardır və bütün hadisələr bir anda olmaqdadır.
300 il əvvəl Missisipidə bir anda axan su ilə 500 il əvvəl Reyn çayında bir anda axan su, ya da 200 il sonra Firatdan başqa bir anda axacaq su əslində bir anda axmaqdadır. Hamısı bu an, bu dəqiqə axır. Heç birində axan su yox olmaz, sonsuza qədər Allah Qatında axmağa davam edər.
Hər şeyin Allahın yaddaşında gizli olması qarşımıza çox əhəmiyyətli bir sirri çıxarır: Bir hadisədə geriyə doğru gedib o hadisənin başlanğıc anına çatmaq da Allahın diləməsilə son dərəcə asandır. İnsanlar zamandan asılı olduqları üçün belə bir hadisə onlara uzaq gəlir, halbuki Allah Qatında zaman yoxdur, daha əvvəl də ifadə etdiyimiz kimi, keçmiş və gələcək bir andır. Eynilə bir video kasetdəki kadrların bir anda var olması kimi. Biz bir filmi seyr etdikdən sonra o filmi geriyə çevirib yenidən seyr edə biliriksə, bizim üçün keçmiş hadisələri Allahın diləməsilə yenidən seyr etməmiz mümkündür. Əhəmiyyətli olan Allahın o an bizə o hadisələrə aid hissləri təkrar hiss etdirməsidir. Allah üçün keçmiş bir hadisəni yenidən yaratmaq son dərəcə asandır.
Bu həqiqətləri daha yaxşı qavraya bilmək baxımından belə qiymətləndirə bilərik: Quranda bəhs edilən Səba xalqının ayədə xəbər verildiyi kimi "acı meyvəli, yulğunlu və bir az sidr ağacı olan iki bağa çevrilmiş" (Səba surəsi, 16) bağçaları bu an hələ bəlaya uğramadan əvvəlki halı ilə Allah Qatında dayanmaqdadır. Və ya bu bağçalardakı ağacların sonradan çürüyüb yox olması, bağçanın məhv olması da Allahın yaddaşındadır. Bundan min il əvvəl dünyanın hər hansı bir yerində yamyaşıl olan bir bağçanın daha sonra bir əkin tarlasına çevrilməsi, sonra o əkin tarlasının üzərinə bir ev tikilməsi, sonra evin dağıdılıb yerində bir atelye tikilməsi, yüz ildən sonra o atelyenin dağılıb bir qəbiristanlığa çevrilməsi və sonda bu gün bu sahənin bir otel olaraq istifadə edilməsi və bu mərhələyə qədər arada keçən bütün mərhələlər sonsuza qədər Allah Qatında dayanmaqdadır. Allahın diləməsi ilə bu an bu məkanın içində olduğu andan geriyə doğru gedərək o bağçaların ilk halını görmək də mümkündür.
Şübhəsiz kainat yaradıldığı andan etibarən varlıqların və hadisələrin hər anının Allah Qatında gizli olması böyük bir hadisədir. Bu vəziyyət əslində inananlar üçün cənnətdə böyük bir nemət olacaq. Çünki insanlar istər öz keçmişlərini, istərsə də tarixdə keçmiş hadisələri maraqlanaraq görmək istəyə bilərlər. Allahın diləməsilə cənnətdə möminlər üçün görmək istədikləri bu hadisələrin hamısı onlara göstərilə bilər.
![]() |
Bu mekanın 1000 yıl önceki hali de, 500 yıl önceki durumu da ve bundan sonra üzerine inşa edilecek tesisler de, aralarında zaman varmış gibi gözükse de, aslında tek bir anda mevcutturlar. |
Məsələn, insan kainatın ilk yaradıldığı Big Bang anını, qalaktikaların ilk meydana gəlməsini, ilk atomun meydana gəlmə mərhələlərini, özünün ana bətnində keçirdiyi mərhələləri, tarixin hər hansı bir dövründə yaşanmış bir hadisəni, okeanların yüzlərlə metr altında insanların əsla çatmağa güc çatdıra bilmədikləri mühitlərdə yaşayan canlıları, Titanikin batmasını, anasının uşaqlığını, 3 nəsil sonrakı nəvəsinin həyatını, keçmişdə yaşadığı hadisələri, illər əvvəl itirdiyi pişiyini, uşaqkən yetişdirdiyi bir bitkini görmək istəyə bilər. Bunların hər biri digər bütün hadisələr kimi Allah Qatında bütün detalları ilə mühafizə edilir. İnsan bu şəkildə nə ilə maraqlansa, Allahın diləməsi ilə öyrənə bilər və görə bilər ki, bu insan üçün həqiqətən də çox böyük bir nemətdir.
Heç şübhəsiz kitabın əvvəlindən bu yana izah edilən mövzular son dərəcə əhəmiyyətli və təəccüblü həqiqətlərdir. Mövzunun bizim prizmamızdan mühüm olan istiqaməti isə yaşadığımız hər anın, hər rəftarımızın, söylədiyimiz hər sözün, ağlımızdan keçən hər düşüncənin, hər niyyətin Allah Qatında eynilə mühafizə edilməsidir. Möminlərin bu böyük həqiqətin fərqində olduqları Quranda Hz. İsanın (ə.s) söylədiyi bu sözlərdən də aydın olur:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki tanrı qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! (Maidə surəsi, 116)
Bununla birlikdə insan Allahın istəmədiyi bir əməli etdiyində, ya da Allahın qadağalarını pozanda hesab günü bu etdiklərinin heç birini inkar edə bilməyəcək və hətta etdiklərini qarşısında canlı bir şəkildə görə biləcək. Heç bir şey yox olmadığına, itmədiyinə görə edilən səhvlər, pisliklər də əslində gizli dayanmaqdadır. Bu səbəblə inkar edənlər özlərini kimsənin görmədiyini, eşitmədiyini sanaraq rahatca Allahın sərhədlərini pozaraq, ya da Allahın xoşuna gəlməyəcək əməllər edənlər və pis sözlər söyləyənlər böyük qarışıqlıq yaşayacaqlar. Allahın hər şeyə şəxsən özləri şahidlik edəcəklər. Ayədə belə buyrulur:
O, həm göylərdə, həm də yerdə (ibadət olunan Tək) Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir. (Ənam surəsi, 3)
Lakin Allahdan uzaq olan bu insanlar hesab günü etdikləri hər şeyi incəliyinə qədər gördüklərində artıq edəcək bir şeyləri qalmayacaq. Çünki o gün Allahın Quranda bildirdiyi kimi, bu insanlar ətraflı əhatə edilmişlər:
.... Lakin Allahdan onlara güman etmədikləri (bir əzab) düçar olacaqdır. Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri (əzab) onları bürüyəcəkdir. (Zumər surəsi, 47-48)
Hesab günü gəldiyində inkar edənlərin, münafiqlərin, Allahın əmrlərinə çəkinmədən baş qaldıranların heç bilmədikləri hadisələr reallaşacaq, Allahın insanların yaddaşında yenidən diriltməsi ilə bütün gizli fəaliyyətləri hər kəsin qarşısında ortaya çıxacaq. Eynilə ayədə ifadə edildiyi kimi, inkarçıların həyatları boyunca istehza etdikləri şey bu dəfə özlərini əhatə edəcək. İnkar edənlər dünya həyatında özlərinə verilən müddət ərzində inananların Allaha və axirətə olan inanclarına istehza etmişlər, ağıl çatdıra bilmədikləri üçün bu həqiqətləri "yanılma" olaraq şərh etmişlər. Lakin onların "yanılma" olduğunu iddia edərək istehza etdikləri əslində özlərini heç gözləmədikləri istiqamətdən əhatə etmişdir. Çünki əslində yanılan özləridir. Həyatları boyunca etdikləri bütün pisliklərin görüntüsü Allahın hifzindədir və hesab günü bir-bir qarşılarına qoyulacaq. Bunları hər inkar etdiklərində isə bu hadisələri canlı olaraq qarşılarında görəcəklər. Beləliklə, Allahın elmi ilə əhatə olunduqlarını anlayacaqlar. Allah inkar edənlərin vəziyyətini belə bildirmişdir:
Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 15)
Məkkə müşriklərinin Peyğəmbərimiz (s.ə.v.) dövründə yükləndikləri günahlar da, Hz. Nuh (ə.s) peyğəmbər dövründəki inkarçıların etdikləri də, Hz. İbrahimi (ə.s) yandıqmaq istəyənlərin etdikləri pisliklər də, Hz. Yusuf (ə.s) peyğəmbəri quyuya salan qardaşlarının etdikləri də, Hz. Musaya (ə.s) əziyyət verən bəzi İsrailoğullarının azğınlıqları da bir istisna belə olmadan Allah Qatında saxlanılır. Heç biri unudulmuş, ya da itib-getmiş deyil. Hamısı ən gizli, hətta bəlkə heç bir insanın şahid olmadığı incəliyinə qədər eynilə qorunur. Bu həqiqətə Quranda da diqqət çəkilmişdir:
Onlar (öz günahlarını) insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)
![]() |
İndiki vaxtda yaşayan inkarçılar, ya da münafiq xarakterlilər üçün də eyni şey etibarlıdır. Bu insanlar möminlərin, ya da dinin əleyhində etdikləri hiyləgər planların gizli qalacağını, ortaya çıxmayacağını, hesab günü əvəzini görməyəcəyini sanmamalıdır. Etdikləri ən kiçik bir pislik, atdıqları hər böhtan, söylədikləri hər söz bu an Allah Qatında yazılıdır. Allahın o görüntüləri onların yaddaşlarından alması onları yanıltmamalıdır. Özləri bundan on il əvvəl bir möminə atdıqları bir böhtanı unutmuş ola bilərlər, amma bu etdikləri bir hərf belə əksik olmadan Allahın yaddaşında vardır. Allah diləsə bu hadisələri bu anda da insanların yaddaşlarında canlandırar. Amma bu həqiqəti bilməyən inkarçılar ayədə ifadə edildiyi kimi "düşüncəsiz bir camaat" (Maidə Surəsi, 58) olmaları səbəbindən Allahın qüdrətini qavraya bilməzlər. Lakin hesab günü həqiqəti görəcək və geriyə dönüşü mümkün olmayan bir utanc və peşmanlıq duyacaqlar.
Qövmünün qabaqda gedən inkarçılarının göstərdiyi bu tip bir "ağılsız"lıq qarşısında Hz. Şueyb (ə.s) peyğəmbərin Quranda verdiyi cavabda da eyni həqiqət vardır:
Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olma¬¬saydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”. O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir. (Hud surəsi, 91-92)
Allah hesab gününü yaratdığında bütün inkarçıların etdiklərinin hesabını da çox sürətli görəcək. Bu hissədə izah edilən mövzu, yəni yaradılan hər şeyin hər anının sonsuza qədər saxlandığı bilindiyində, Allahın bütün insanların hesabını bir anda və çox sürətli bir şəkildə görəcəyi də aydın olur. Ancaq insanın bu anı uzaq görməməsi çox əhəmiyyətlidir, çünki o an əslində bu andır. Yəni insanlar dünyada Allaha qarşı işlədikləri bütün günahların hesabını bu anda verirlər. İnkar edənlər etdiklərinin görülməyəcəyini, eşidilməyəcəyini və ya unudulacağını zənn edə bilərlər. Amma hesab günü böyük bir qarışıqlıqla qarşılaşacaqlar:
... Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. (Fussilət surəsi, 22-23)