Giriş

manzara, akan su

“Sonsuzluq” sözü sizin üçün nə ifadə edir?

Sonsuz zaman dedikdə, insanların ağlına yüz min il, bir milyon il və ya bir milyard il kimi rəqəmlər gəlir. Bu müddətlərin çox uzun olduğunu, əsla tükənməyəcəyini düşünürlər. Sonsuz uzaqlıq dedikdə, yenə də ağıllarına yüz min işıq ili, bir milyon işıq ili və ya bir milyard işıq ili kimi uzaqlıqlar gəlir.

Halbuki bunlar son dərəcə məhdud düşüncə və anlayışlardır. Belə bir misalla sonsuzluğun nə dərəcədə fövqəladə bir böyüklük olduğunu vurğulaya bilərik: Yüz katrilyon insan olsa, bütün həyatları boyunca gecə-gündüz heç dayanmadan saysalar, üstəlik yüz katrilyon il ömürləri olsa və ömürləri boyunca başqa heç bir iş görmədən bu işlə məşğul olsalar, yenə də sonsuzluğa çata bilməzlər. Çünki sonsuzluq heç bitməyəcək, əvvəli və sonu olmayan bir zamanı bildirir.

Allah elə böyük bir elmə malikdir ki, insan üçün "sonsuz" olan və əsla hesablamağa güc yetirə bilməyəcəyi bu anlayış Allahın Qatında sona çatmışdır. Bizim üçün sonsuzluq əsla çata bilmədiyimiz bir anlayış kimi görünür, amma əslində Allah Qatında sonsuzluq bir andan ibarətdir…

Əlinizdəki kitabda sonsuzluq, zamansızlıq, məkansızlıq mövzularına aid heç bir yerdə tapa bilməyəcəyiniz şərhləri görəcək və sonsuzluğun əslində başladığına dair son dərəcə əhəmiyyətli həqiqətlərlə qarşılaşacaqsınız. Beləcə Allahın ucalığını, böyüklüyünü və yaratma sənətini bir daha təqdir etmə fürsəti tapacaqsınız. İnsanları hər zaman maraqlandıran sualların (Allahın harada olduğu, ölümün mahiyyəti, öldükdən sonra yenidən dirilmə, insan üçün sonsuz bir həyatın varlığı, bütün bunların nə vaxt olacağı) cavablarını da tapacaqsınız.

Amma bütün bunlara keçməmişdən əvvəl, izah edəcəyimiz mövzuların rahatlıqla qavranılması üçün yaşadığımız dünyadakı "maddənin əsl mahiyyəti" və "zamansızlıq" mövzuları ətraflı şəkildə araşdırılacaq.

XƏBƏRDARLIQ

Oxuyacağınız bu kitab həyatın ÇOX ƏHƏMİYYƏTLİ sirlərini ehtiva edir. Maddi dünyaya, zaman anlayışına və sonsuzluğa baxışınızı dəyişdirəcək bu mövzuları diqqətlə və anlayaraq oxumalısınız. Burada izah ediləcək mövzular yalnız bir dünyagörüş, fərqli yanaşma tərzi və ya hər hansı bir fəlsəfi düşüncə deyil, dinə inanan-inanmayan hər kəsin qəbul edəcəyi, bu gün elmin də sübut etdiyi bir həqiqətdir.

Əhəmiyyətli Şərh Maddənin Ardındakı Sirr Mövzusu “vəhdəti-Vücud” Deyil

Maddənin ardındakı sirr mövzusu bəzi insanların etirazına səbəb olmuşdur. Bu insanlar bunu səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər.

Əvvəlcə qeyd edək ki, bu əsərlərin yazıçısı əhli-sünnə inancına möhkəm bağlıdır və vəhdəti-vücud təlimini müdafiə edir. Ayrıca unutmamaq lazımdır ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi çox böyük İslam alimi tərəfindən müdafiə olunmuşdur.

Vəhdəti-vücud düşüncəsini izah edən bir çox İslam aliminin keçmişdə bu kitablarda olan bəzi mövzuları izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə izah edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyil.

Məsələn, vəhdəti-vücud düşüncəsini müdafiə edənlərin bir qismi Qurana və əhli-sünnə inancına zidd olan bəzi iddialar etmişlər. Məsələn, Allahın yaratdığı varlıqları tamamilə yox saymışlar. Halbuki, maddənin ardındakı sirr mövzusu izah edilərkən qətiyyən bu cür iddialara yer verilmir. Bu mövzu Allahın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allahın gördüyünü, insanların isə bu varlıqların beyinlərində yaranan görüntülərini görə bildiklərini açıqlayır.

Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısacası hər şey Allahın Quranda yoxdan var etdiyini ifadə etdiyi hər varlıq yaradılmışdır və mövcuddur. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları vasiləsilə görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri bu varlıqların beyinlərindəki kopiyalarıdır. Bu elmi bir həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla bütün məktəblərdə öyrədilən elmi bir mövzudur. Məsələn, bu anda bu yazını oxuyan bir insan bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beyinin arxasındakı görmə mərkəzinə gedərək, bu mərkəzi xəbərdar edir və insanın beyninin arxasında bu yazının görüntüsü meydana gəlir. Yəni siz bu anda gözünüzlə, gözünüzün önündəki bir yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində meydana gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı "kopiya yazı"dır. Bu yazının əslini isə Allah görür.

Nəticə olaraq, maddənin beynimizdə yaranan bir xəyal olması, onun olmaması mənasına gəlməz. Ancaq bizə hiss etdiyimiz maddənin mahiyyəti haqqında məlumat verər ki, bu da maddənin əsli ilə heç bir insanın əlaqədə ola bilməməsi həqiqətidir.

Kənarda Maddə Var, Ancaq Biz Maddənin Əslinə Çata Bilmərik!

Maddə xəyaldır demək, maddənin olmaması mənasına gəlməz. Əksinə, biz görsək də, görməsək də maddi bir dünya vardır. Ancaq biz bu dünyanı beynimizin içində bir kopiya olaraq, başqa sözlə desək, hisslərimizlə görürük. Bu səbəbdən maddə bizim üçün xəyaldır. Kənarda maddənin varlığını bizdən başqa görən varlıqlar da vardır. Allahın mələkləri, yazıçı olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:

Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)

Hər şeydən vacibi odur ki, Allah hər şeyi görür. Bu dünyadakı hər şeyi Allah yaratmışdır və yaratdığı hər şeyi də O görür. Quran ayələrində belə xəbər verilir:

... Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 233)

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”. (İsra surəsi, 96)

Bundan başqa, unutmamaq lazımdır ki, Allah bütün hadisələri "Lövhi-Məhfuz" adlı kitabda yazılı şəkildə saxlayır. Biz görməsək də bunların hamısı Lövhi-Məhfuzda vardır. Hər şeyin Allahın Qatında Lövhi-Məhfuz adlandırılan "Ana Kitab"da saxlandığı bu şəkildə bildirilir:

Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur. (Zuxruf surəsi, 4)

... Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)

Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75 )

 

Sayın Adnan Oktar’ınMaddenin Gerçek Mahiyeti Hakkındaki Açıklamaları

ADNAN OKTAR: Bakın Müslümanların epey bir kısmı bu konudan çekiniyorlar. Madde insanların beyninde oluşuyor görüntü olarak Allah oluşturuyor. Dışarıda vardır ama dışarıdaki saydam olan, simsiyah karanlık olan madde ile insanın bir bağlantısı olmuyor. Onu Allah biliyor. Asıl gördükleri Allah’ın beyinlerinde yarattığı görüntüdür. O görüntü de Allah’ın meydana getirdiği hafif amperdeki bir elektrikle oluşuyor. Çok az bir amperdeki elektrikle, beynine gelen çok düşük volttaki bir elektrik beyninin içerisinde, şu kadarcık et parçasının içerisinde bütün bu alem oluşuyor. Ve adamlar konuşuyor, kavga ediyor. Elindeki çeki senedi yırtıyor birbirlerinin başına atıyor. Arbede çıkartıyorlar, kan gövdeyi götürüyor. Hepsi beyninin içinde oluşuyor. İnsanlar da rüyasında kavga ederler, olay çıkartırlar. Kaçar, kovalanır, hastaneye kalkar, bağırır, çağırır, ağlar. “Aman” der “kabusmuş” der, insanlar. Dünya da işte bir rüya yeridir. Öldüğümüzde biz yine bu rüyadan başka bir rüyaya geçmiş olacağız. İnsan rüyadan rüyaya geçer. Hatta “siz tabakadan tabakaya bindirileceksiniz” diyor Allah, ayet var “tabakadan tabakaya bindirileceksiniz”. Şeytandan Allah’a sığınırım.

Adnan Oktar (Harun Yahya)

Rüyadan rüyaya geçiyor insanlar, hatta uyandığında bak, diyor ki adam, ayet bu: “Bizi yattığımız yerden kim kaldırdı?” diyor. Adam uyuduğu kanaatinde, uykudan kalktığı kanaatinde rüyadan kalktığı kanaatinde “Uyuyorduk biz” diyor, “Yattık kalktık burası neresi, nerdeyiz biz?” diyor, “Ne oldu böyle?” diyor. Aklına da gelmiyor öldüğü. Sonra çağırıcı çağırdığında herkes o tarafa koştuğunda cehennemin arazisine giriyorlar. “Eyvah bize” diyorlar “Bu din günü” diyorlar. “Öldük” diyorlar. “Öldük ve dirildik” diyorlar. “Şimdi anladık” diyorlar. “Eyvah” diyorlar, ayet var Kuran ayeti. “Bu din günü” diyorlar. Sonra da Allah’a diyorlar: “Ya Rabbi diyorlar, bizi geri gönder, biz anladık diyorlar, hata yaptık, eksikliklerimiz var, çok mükemmel olacağız” diyorlar. Allah diyor ki, “Dönseler yine ahlaksızlıklarına devam ederler” diyor Allah. Çünkü onlar kendilerini çok akıllı zannediyorlar. O görüntüyü bilerek döneceklerini zannediyorlar. Halbuki Allah onları unutturarak gönderir, gönderse bile, farz edelim gönderse. Gönderdiğinde ne diyecek biliyor musun? Hatta o hatırlasa, farz edelim onu hatırlasa bile, “Ya ne korkunç rüya gördüm arkadaşım” der. Ve eski azgınlığına bütün şiddeti ile devam edecektir. Rüyasında birçok dinsiz, cehenneme gittiğini görür. Etkileniyorlar mı? Yoo. Öldüğünü de görür rüyasında, etkilenmezler. Aynısıdır işte, yani o yine etkilenmez, yine kaldığı yerden devam eder. (Sayın Adnan Oktar’ın HarunYahya.tv’deki canlı sohbeti, 4 Mart 2010)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Maddənin Əsli (1/2)
  • Maddənin Əsli (2/2)
  • Zamansızlıq Həqiqəti
  • Sonsuzluq Artıq Başlamışdır (1/2)
  • Sonsuzluq Artıq Başlamışdır (2/2)
  • Nəticə