İnsan sonsuzluq anlayışını çox vaxt tam olaraq qavraya bilmir. Çünki həyatı boyunca həmişə məhdud zaman dilimləri ilə, məhdud uzaqlıq ya da böyüklüklərlə düşünür. Allah isə elə böyük bir elmə malikdir ki, insanın qavramaqdan aciz qaldığı sonsuzluq Onun Qatında sona çatmışdır. Bizim üçün sonsuzluq əsla çatıla bilməyəcək kimi görünər, amma əslində Allah Qatında sonsuzluqbir andır…
Bu kitabda sonsuzluq, zamansızlıq, məkansızlıq mövzularında heç bir yerdə tapa bilməyəcəyiniz izahları oxuyacaq və sonsuzluğun əslində başlamış olduğu həqiqəti ilə qarşılaşacaqsınız. Beləcə, Allahın ucalığını, böyüklüyünü və yaratma sənətini bir daha təqdir etmə fürsəti əldə edəcəksiniz. İnsanların hər vaxt maraqlandığı Allahın harada olduğu, ölümün mahiyyəti, öldükdən sonra yenidən dirilmə, insan üçün sonsuz bir həyatın varlığı, bütün bunların nə vaxt olacağı kimi bir çox problemin də cavabını tapacaqsınız.
Bu kitabı diqqətlə oxuyun. Buradakı şərhlər həmişə "zahiri ilə", yəni görünən üzü ilə düşünməyə alışdığımız dünyanın "batini"ni, yəni gizli həqiqətini izah edir.