Təkəbbürün Insanin Ruhuna Təsirləri

Təkəbbürlü insanlar həm öz hərislikləri, həm də adsan, nüfuz, şanşöhrət ardınca qaçmaları ilə diqqət çəkirlər. Onlar düşdükləri şəraitdə həmişə ən üstün, ən fərqli, ən qüvvətli, ən diqqətçəkici insan olmaq istəyirlər. Məsələn, onlar gözəllikləri, vardövlətləri, malmülkləri, ağılları və ya mövqeləri kimi təkəbbür doğuran xüsusiyyətlərinə çox güvənirlər. Həmçinin əllərindəkiləri əbədi olaraq itirməyəcəklərini güman edirlər. Öz ağıllarına və cəfəng məntiqlərinə heç bir şübhələri olmur. İnsanların bir çoxu onlardakı bu böyük qüsurları gördüyü halda özləri bunu görməyərək ideal olduqlarını zənn edirlər. Belə ki, bu təkəbbürlü insanlar əslində düçar olduqları düşüncə və qavrayış çatışmazlığı ilə yanaşı hətta fərqinə belə vara bilmədikləri daha bir acizlik içindədirlər. Allah belə insanların düşüncələrində olan qüsuru və əqli çatışmazlıqlarını Quranda belə ifadə etmişdir:

«Onların içərisində səni dinləyənlər də vardır. Ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə biləcəksən?! Onların içərisində sənə baxanlar da vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!» («Yunus» surəsi, 4243).

Bu insanları təkəbbür göstərməyə sövq edən məsələ onların malik olduğu xüsusiyyətlərə görə müxtəlif olsa da təkəbbürlü insanların ruhi vəziyyətinin və mənəvi durumunun bəzi ortaq məqamları var. Bu məqamlar da öz içində təfsilatı ilə incələnib təsnif edilə bilər. Lakin burada onları bir neçə başlıq altında toplamaq daha faydalı olardı.

Xəstə və nizamsız bir ruhi vəziyyətə malikdirlər

Normal insanlarda özünü açıq büruzə verən səmimi, şən bir ovqat olduğu halda təkəbbürlü insanların mənəviyyatında və ruhi vəziyyətlərində böyük çatışmazlıqlar, qaranlıqlar və nizamsızlıq olur. Lovğalıq və aldanış içində olan bu insanların daxili aləmi stress və qorxu ilə, beyinləri isə xırda və əhəmiyyətsiz məsələlərlə doludur və onların şüuru zülmət qaranlıq bir dünyadır. Belə bir hal insanı üzür, tez qocaldır və onun ruhi sağlamlığını da pozur.

Mənəvi baxımdan başqalarından zəif olan bu insanlar soyuq təbiətli və nadan olurlar. Demək olar ki, belə insanlardan gözəl bir mimika, sevgi əlaməti, təqdirəlayiq nəsə gözləmək və yaxud müsbət əməllərə sövq edən bir söz eşitmək qeyrimümkündür. Onların olduğu yerdə gülmək, əylənmək çox çətindir. Xüsusən də kişilər arasında ani hücumlar, kobudluq, aqressivlik, barıt kimi tez partlamaq əlamətləri geniş yayılıb. Qadınlarda isə təkəbbür özünü narahatlıq və gərginlik kimi xüsusiyyətlərin timsalında büruzə verir. Buna görə də onların içində olduqları mühit daim gərgin olur, hətta ən kiçik bir məsələni də bəhanə edərək onu şişirdir, necə deyərlər, «qaşınmayan yerdən qan çıxarırlar».

Ən çox qorxduqları şey səhv etməkdir

Beyinləri lovğalıq və təkəbbürlə dolu olan insanların bütün hərəkət və düşüncələri insanların gözündə bir dəyər və hörmət qazanıb üstün olmağa xidmət edir. Buna görə də belə adamlar səhv etməkdən çox qorxurlar. Çünki səhv etdikləri zaman insanların gözündən düşəcəklərini, onların etibarını itirəcəklərini düşünürlər. Özlərinə qeyriadi bir tərzdə arxayındırlar, lakin bu arxayınçılıqları ilə yanaşı səhv addım atma ehtimallarının narahatlığını daim hiss edirlər. Özlərini hər bir səhv hərəkətdən uzaq tutmağa çalışır, heç bir səhvi özlərinə yaraşdırmır və xətalarını qəbul etmirlər. Onlar əsla səhv etməyəcəklərini fikirləşirlər. Özlərini hər bir məsələdə daim təmizə çıxarmağa çalışırlar. Ayələrdən birində belə insanlar haqqında belə bildirilir:

«Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!» («Nİsa» surəsi, 49).

Başqa tərəfdən, həmin insanlarla eyni xarakterə malik olan digər insanlar da onların yanında səhv etməkdən çəkinirlər. Çünki onlar başqalarının səhvlərini çox şişirdir və bunu teztez dilə gətirirlər. Səhv edən adamlara qarşı amansız olur, onları lağa qoyur və təhqir edib alçaldırlar. Çünki o biri insanların səhvləri üzə çıxarılıb yayıldıqca özlərinin haqlı yaxud səhvsiz insan olmalarını ortaya qoymaq asanlaşır. Belə təkəbbürlü və lovğa adamların bu hərəkətlərinə görə də heç kim onların yanında özünü rahat hiss etmir, hər kəs onlarla birlikdə olmaqdan bir sıxıntı və narahatlıq duyur. Belə insanlar öz ətraflarına daim mənfi enerji verirlər.

Təkəbbürlü və lovğa insanlar özlərinin haqqında danışılan bu hərəkətlərinə görə səmimiyyətin nə olduğunu heç vaxt bilə bilməzlər. İnsanlardan hər zaman uzaq olduqlarına və qeyrisəmimi davrandıqlarına görə bu zövqdən məhrum olurlar. Bu səbəbdən də həm özləri başqalarına qarşı səmimiyyət göstərə bilmirlər, həm də başqaları onlarla səmimi davranmır. Çünki bu normal adamlar öz səmimi hərəkətləri, səhvləri, təbii qüsurları, zövq və ya əyləncələri ilə lovğa və təkəbbürlü adamlar tərəfindən hər an lağa qoyulmaqdan qorxurlar. Belə ki, lovğa adamların bu mənfi hərəkətləri və pis əxlaqı onların əllərindəki qüvvəni və ya sərvəti itirdikləri zaman tək qalmasına səbəb olur. Lakin bu da yaddan çıxarılmamalıdır ki, onlar özlərini hətta ən yüksək hesab etdikləri zamanlarda belə Quran əxlaqından uzaq olan xüsusiyyətlərinə görə mənəvi baxımdan təkdirlər.

Tənqidə dözə bilmirlər

Tənqid edilmək təkəbbürlü və lovğa insanların böyük narahatlığına və qəzəbinə səbəb olur. Onlar tənqid edildikdə və ya səhvləri üzlərinə deyildikdə əl və üz əzələləri gərilir, sifətləri donuqlaşır. Onlar nüfuzlarını itirməyi sanki «dünyanın başlarına uçması» kimi qəbul edirlər. Özləri başqalarının səhvlərini ələ saldıqlarına və onları lovğalovğa tənqid etdiklərinə görə başqalarının da onlara eyni gözlə baxacağını, onları ələ salıb alçaldacağını güman edirlər. Bir məsələdə tənqid edildikləri zaman və ya onlara öyüdnəsihət veriləndə hamının qarşısında alçaldıqlarına inanırlar. Belə ki, bu ruhi vəziyyət də onların yalnız mənəvi cəhətdən deyil, cismani baxımdan təsirlənmələrinə səbəb olur. Mimikalarının təbiiliyi aradan qalxır, səs tonlarında enibqalxmalar müşahidə olunur, adi halda onlarda rastlanmayan davranışlar ortaya çıxır, beləliklə də maddi və ya mənəvi baxımdan böyük sıxıntı və əzginlik vəziyyətinə düşürlər. Onlar belə bir vəziyyətdə rahatlığı, sakitliyi heç zaman əldə edə bilməzlər.

Lovğa adamlar həyata hər şeydən əvvəl «ən gözəl», «ən ağıllı», «ən üstün», «ən keyfiyyətli» olmaq iddiası ilə başlamışlar. Bu da onları daim sıxıntıya salan, gərginlik içində saxlayan bir məsələdir. Özlərini bu qədər üstün və qüsursuz hesab etdiklərinə (daha doğrusu, göstərməyə çalışdıqlarına) görə təbii şəkildə hətta ən kiçik bir xatırlatma və ya məsləhət də onları əsəbiləşdirir. Lakin Allah`dan qorxmayan və öz nəfslərini tanrılaşdıran bu insanlar bir şeyi unudurlar. Ola bilsin ki, onlar özlərini başqa insanlar qarşısında səhvsiz, ideal göstərməyə çalışsınlar. Bu zaman bəzən istədiklərinə çata da bilərlər, yəni ətrafında olan bir çox insanlar onların həqiqi mənada qüsursuz olduğunu düşünə bilər. Lakin kiçik və ya böyük olmasından asılı olmayaraq etdikləri bütün səhvlər axirət günü birbir onların qarşısına çıxacaqdır. Çünki «Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!» («Bəqərə» surəsi, 77) ayəsində də ifadə edildiyi kimi, üstün qüdrət sahibi olan Allah belə adamların nəfsləri ilə bağlı olan hər bir xırda şeyi də bilir. Onlar isə insanları aldatmağa çalışdıqları halda özləri olduqca axmaq bir vəziyyətə düşmüş, Yaradanı və hesab verəcəkləri günü yaddan çıxararaq yalnız özlərini aldatmışlar.

Ən çox xoşladıqları şey başqaları tərəfindən təriflənməkdir

Təkəbbürlü və lovğa insanın ruhi vəziyyəti onun həyata baxışlarından və danışıq tərzindən asanlıqla aydın olur. Belə insanlar özlərini ya hədsiz dərəcədə öyür, ya da başqaları tərəfindən təriflənmələri üçün şərait yaradırlar. Digər tərəfdən isə belə adamların qəlbində başqa insanlara qarşı onların üstün xüsusiyyətlərinə görə bir kin və qəzəb olur. Bu da onların baxışlarından aydın olur. Belə insanların üzərinə lovğalıq və təkəbbürdən irəli gələn bir ağırlıq çökmüşdür. Onlar ümumiyyətlə hər bir şəraitdə, hər bir məsələdə yalnız özlərini düşünərək xüsusən də başqa insanlardan «ağır» davranmağa, fərqlənməyə çalışırlar. Xoşladıqları yeganə şey yalnız özlərini öymək, başqaları tərəfindən təriflənmək və ön plana çıxmaqdır.

Təkəbbür sevməyin və sevilməyin qarşısında bir maneədir

Belə insanlar ən çox özlərini sevir, buna görə də həqiqi sevgini əsla yaşaya bilmirlər. Belə adamlar ən çoxu müəyyən bir həddə qədər sevgini təqlid edə bilirlər. Başqalarını sevmək onlara ar gəlir, hər zaman sevilən kəs və maraq dairəsində qalan adam olmaq istəyirlər. Sevməyi və ya sevgi göstərməyi bir növ zəiflik kimi qiymətləndirirlər.

Bu adamların sevmək kimi qabiliyyətləri onların içindəki təkəbbürə görə hələ inkişaf etməmişdir. Çünki birini sevə bilmək üçün həmin insanda hər şeydən əvvəl müsbət cəhətləri görə bilmək lazımdır. Lakin lovğa və təkəbbürlü insanlar bunları görmək istəmirlər. Çünki onların gözündə həmişə ən üstün olan insan elə məhz özləridir. Bu səbəbdən də başqalarının sahib olduğu gözəlliyə, ağıla, əxlaqa və ya vardövlətə qısqanclıqla yanaşır, onların sahib olduqlarına həsəd aparırlar. Bu həsəd hissi bəzən elə bir həddə çatır ki, həmin insanların bütün müsbət və gözəl xüsusiyyətlərini itirməsini arzulayırlar.

Lovğa adamların sevgi hissini duya bilməməsinin başqa bir səbəbi isə onların qarşı tərəfin sahib olduğu müsbət cəhətləri görə bilməmələridir. Üstəlik onlar bu cəhətləri görsələr də onu dilə gətirməkdən çəkinirlər. Əgər olduqları şəraitdə özlərindən daha üstün xüsusiyyətlərə malik olan insanlar varsa, dərhal oradan uzaqlaşmaq istəyirlər. İçlərində gəzdirdikləri həsəd və qısqanclıq səbəbi ilə başqa insanlarla anlaşa və yola gedə bilmirlər.

Belə bir davranış sərgiləyən təkəbbürlü insanlar əslində çox böyük səhvlərə yol verirlər. Allah`ın insanlara verdiyi mühüm nemət olan sevgini beləcə əllərindən qaçırır və əsl sevgini bütün həyatları boyunca hiss etmirlər. Belə insanlar sevməyi bacarmadıqları kimi hətta ağıllı və gözəl olsalar belə heç kim tərəfindən həqiqi mənada sevilə bilməzlər. Ola bilər ki, onların yanında özlərinin müəyyən şəxsi mənfəətlərini əsas götürən insanlar olsun. İnsanların əksəriyyəti isə belələrini öz aralarında hətta görmək də istəməz. Çünki onların xarakterində və xüsusiyyətlərində insanları özlərindən diksindirib uzaqlaşdıran cəhətlər var. Əlbəttə, lovğa və təkəbbürlü adamların imkanları nə qədər geniş və böyük olursaolsun, fərqi yoxdur, sevgi, yaxınlıq, səmimiyyət və təvazökarlıq olmayan yerdə hamının belələrindən qaçıb uzaqlaşması təbiidir.

Heç nədən zövq almırlar

Təkəbbürlü və lovğa insan normal şəkildə əylənməyi də bacarmır. Hamı tərəfindən bəyənilən, insanlarda sevincə və könül xoşluğuna səbəb olan hadisə və məkanlar onun üçün tamamilə başqa bir məna ifadə edir. Onlar belə şəraitdə başqalarında mənfi cəhətlər axtardıqları halda digər bir tərəfdən də özlərinin «ideal» olmalarını nümayiş etdirməyə çalışırlar. «Ağır hərəkət etməyi» və fərqlənməyi üstünlük, əylənməyi isə bəsitlik kimi qiymətləndirirlər.

Lakin nəticədə bunun acısını özləri çəkirlər. Onlar əylənmək, sevinmək, mənəvi rahatlıq, şadlanmaq kimi nemətlərin dadını bilmir və daim öz qaranlıq dünyalarında yaşayırlar. Çox maraqlıdır ki, belə adamlar düşdükləri sıxıntılı vəziyyətin səbəbini də heç cür dərk edə bilmirlər. Çünki belələri öz aləmlərində bir çox üstünlüklərə malikdirlər. Lakin daxillərində olan bu qüssədən, sıxıntıdan və narahatlıqdan heç bir vəchlə xilas ola bilmirlər. Belə ki, bu da Allah`a qarşı təkəbbür göstərən insanların düşüncə və anlayışlarının qapalı olduğunu göstərən dəlillərdən biridir. Çünki onların qəlblərinə bu sıxıntını verən qüvvə Onun qarşısındakı acizliklərini unutduqları və bununla da böyük bir aldanış içinə düşdükləri Rəbbimizdir.

Quranın «Ona: «Allah`dan qorx!» deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!» («Bəqərə» surəsi, 206) ayəsində təkəbbürlü insanların necə lovğalanmasından bəhs edilir. Allah da həmin «böyüklük iddiasının və təkəbbürün» və Onu «unutmalarının» müqabilində onlara daimi sıxıntı, narahatlıq və mənəvi əzabla dolu bir ruhi vəziyyət və mənfi cəhətlər vermişdir. Bu həqiqət bir ayədə belə ifadə olunur:

«Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!» («Ənam» surəsi, 125).

Əlbəttə, bütün bu xüsusiyyətlər insana bu dünyada verilmiş bəlalardır. Belə insanların axirətdə görəcəyi əzab isə daha böyük olacaq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Təkəbbürlü Olmağin Səbəbləri
  • Təkəbbürün Insanin Ruhuna Təsirləri
  • Təkəbbürün Insan Orqanizminə Mənfi Təsirləri
  • Gizli Təkəbbür
  • Quranda Verilən Təkəbbür Nümunələri
  • Firon
  • Qarun
  • Haman
  • Hz. İbrahim'in Atası
  • Əbu Ləhəb
  • Bağ Sahibi
  • Qövmlərin Başçilari
  • Allah`i Inkar Edən Qövmlər
  • Möminlərin Təvazökarliği
  • Təkəbbürlü Olub Din Əxlaqina Uyğun Yaşamaq Mümkündürmü?
  • Təkəbbürlü Insanlarin Axirətdəki Vəziyyəti
  • Təkəbbürlü Insanlarin Yoldan Çixardiği Adamlarin Axirətdəki Vəziyyəti
  • Nəticə