Təkəbbürlə din əxlaqının vacib şərtlərinin bir yerdə ola bilməməsi aşkar bir həqiqətdir. Çünki dinin ən mühüm şərti yalnız Allah`ı üstün və böyük bilmək, yalnız Onu tanrı kimi qəbul etməkdir. Təkəbbürlü insan isə özünü Allah`dan asılı deyil, sərbəst bir varlıq kimi görür və öz istəklərindən irəli gələn əmrləri yerinə yetirir, həmçinin Allah`ın qulu olması haqda düşünmür. Allah`ın ona verdiyi xüsusiyyətlərə görə təkəbbür göstərərək öz nəfsini ucaldır. Qİsası, öz nəfsini tanrı sayıb ona tapınır, onu Allah`a şərik qoşur. Bu səbəbdən də təkəbbürlə bir yerdə din əxlaqının yox, yalnız şirkin (Allah`a şərik qoşmaq) olması mümkündür.
Qeyd etdiyimiz kimi, təkəbbürlü insan nəfsini ilahiləşdirdiyinə görə o, Allah`dan başqa tanrı olmadığını təsbit edən haqq dinlə ən əsas nöqtədə toqquşur. Bu səbəbdən də onun din əxlaqına uyğun yaşamasından hətta söhbət də gedə bilməz. Bir qədər sonra da bildirəcəyimiz kimi, bəziləri istisna olmaqla təkəbbürlü insanların din əxlaqına uyğun yaşamaq kimi bir istəkləri də olmur. Təkəbbür göstərərək lovğalanan adamların dinə qarşı necə inadla müqavimət göstərməsi və dindən sürətlə uzaqlaşması bir çox ayələrdə bildirilir: «Onlara: «Allah`dan başqa heç bir tanrı yoxdur!» deyildiyi zaman təkəbbür göstərirdilər» («Saffat» surəsi, 3536). Bu ayədə də ifadə edildiyi kimi, bu adamların qəlbindəki lovğalıq hissi onların Allah`ı və elçilərini qəbul etməsinə mane olur. İnkarçıların təkəbbürü bəzən elə dəhşətli həddə çatır ki, onlar Allah`a hətta açıq şəkildə düşmənçilik edirlər. Əsassız bir təkəbbür və lovğalıq göstərən bu insanların Allah`ın xatırlanmasına qarşı olan davranışları Quranda aşağıdakı kimi bildirilir:
«...Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər» («İsra» surəsi, 46).
Din əxlaqının məqsədi insanın öz Rəbbini tanıyıb təqdir etməsi və Ona yaxınlaşması, Onun razılığını əldə etməyə vəsilə olacaq əxlaqı qazanmasıdır. Bu baxımdan təkəbbürlülük dinin məqsədinə tamamilə zidd olan bir amildir. Çünki təkəbbürlülük və lovğalıq Allah`ın sevmədiyi, Onun qəzəbinə səbəb olan bir xüsusiyyətdir. Ayələr bunu belə ifadə edir:
«Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!» («Nəhl» surəsi, 23).
Buna görə də məqsədi Allah`ın rizasını qazanmaq olan din əxlaqına uyğun yaşamağa çalışmaq, bununla paralel şəkildə isə Allah`ın razı olmadığı təkəbbür hissindən geri çəkilməmək özlüyündə tamamilə məntiqsiz və ziddiyyətli bir davranışdır.
Din əxlaqı təvazökarlığı, səmimi imanı, təslimiyyəti, sadəliyi, Allah`a boyun əyməyi tələb edir. Möminə xas olan bütün bu xüsusiyyətlərin təkəbbürlü insanda olması isə qeyrimümkündür. Buna görə də belə bir insan Allah`a həqiqi surətdə iman gətirə bilməz.
Təvazökarlığın və sadəliyin ən böyük əlamətlərindən biri də Allah`a və Onun elçisinə itaət etməkdir. Təvazökar olmayan bir insan itaət edə bilməyəcəyi üçün din əxlaqı ilə təkəbbürün birlikdə olmasının mümkünsüzlüyü burada bir daha ortaya çıxır. Təkəbbürlü insanlar olduqları mühitdə heç bir nüfuzlu adamın olmasını qəbul etmir, belə mötəbər adamı tanımaq istəmirlər. Onlar hər bir məsələdə yalnız özlərinin ən yaxşı düşünən, ən ağıllı və qabiliyyətli olan, ən doğru hərəkət edən adamlar olduğunu güman edirlər. Onlar özlərinə çox arxayın olduqlarına görə bir şeyi daha yaxşı bilən bir adamın olmasını hətta ehtimal da etmirlər.
Bəlli olduğu kimi, şeytanın gizli təkəbbürü də itaət məqamında üzə çıxmış və o, təkəbbürlü olması səbəbilə itaətdən qaçmış və kafirlərdən olmuşdur. Quranda itaət məsələsinə böyük əhəmiyyət verilir və mömin insanda necə bir itaətkarlığın olmasının vacibliyi bütün təfsilatları ilə bildirilir. Qurana görə, itaət ruhən, qəlbən və əməli baxımdan yerinə yetirilməli olan çox həssas bir məsələdir. Elçinin verdiyi qərara əməli şəkildə boyun əydiyi halda qəlbən sıxıntı və tərəddüd hiss etməyin özü də imansızlıq əlaməti kimi qiymətləndirilmişdir:
«Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar» («Nİsa» surəsi, 65).
Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, təkəbbürlü insanların ən mühüm əlaməti Allah onlara elçi göndərdiyi zaman həmin elçiləri qəbul etməmələri və onlara qarşı mübarizə aparmalarıdır. Çünki gözəl əxlaq, ağıl və təqva kimi üstün xüsusiyyətlərə malik olan və həmin cəmiyyətdəki hər bir kəsə başçı kimi göndərilən bu insana itaət etmək fikri təkəbbürlü insanlara son dərəcə ağır gəlir. Halbuki elçiyə itaət etməmək Allah`a itaət etməmək deməkdir. Allah`a itaətin olmadığı yerdə isə din də, din əxlaqı da ola bilməz. Bir çox ayələrdə peyğəmbərə itaət etməyin əslində Allah`a itaət etmək demək olduğu bildirilir. Məsələn, bir ayədə belə buyrulur:
«Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allah`a itaət etmiş olur. Kim üz döndərsə qoy döndərsin! Biz ki səni onların üzərində gözətçi olmağa göndərməmişik» («Nisa» surəsi, 80).
Göründüyü kimi, itaət məsələsi təkəbbürlü insanların din əxlaqına uyğun həyat tərzinə keçməsinə əsla keçid imkanı verməyən bir qala kimidir. Bu qalanın qapıları yalnız təvazökarlıqla, səmimiyyətlə, Allah qarşısındakı təslimiyyətlə və sadəliklə açılır.
Bütün bunlarla yanaşı, təkəbbür bir insanın bütün əxlaqi keyfiyyətlərinin aşınıb məhv olmasına, qəlbinin kor olmasına səbəb olan bir xəstəlikdir. Yəni təkəbbür din tərəfindən qəbul edilməyən bir xüsusiyyət olduğu kimi insan xarakterinin təkəbbürdən irəli gələn başqa mənfi xüsusiyyətləri də Quranda təsvir olunmuş üstün əxlaq modeli ilə tamamilə təzad təşkil edir. Məsələn, mömin comərdlik, fədakarlıq, səbr, idrak, şəfqət, mərhəmət, qətiyyət, vəfa, xoşniyyətlilik və bunlara bənzər bir çox üstün əxlaqi xüsusiyyətlərə malikdir. Halbuki möminə xas olan bütün bu cəhətlərin təkəbbürlü insanda həqiqi mənada olması mümkün deyildir. Bütün bunların əksinə olaraq təkəbbürlü insan xəsisdir, yalnız öz nəfsinin mənafelərini düşünür, səbirsizdir, qərarsızdır, anlayışsızdır, zalımdır və özündə bunlara bənzər digər xüsusiyyətləri birləşdirən bir xarakterə malikdir. Belə mənfi cəhətlərə malik olan bir insanın da din əxlaqına uyğun yaşaması, dini hökm və qaydalara əməl etməsi və dinin əmrlərini lazımınca yerinə yetirməsi mümkün deyil. Əslində dinin əsas məqsədi də insanın Allah`ın razı qaldığı, qəbul etdiyi həmin üstün cəhətləri əldə etməsidir.
Buraya qədər söylənənlərdə təkəbbürlü insanın dinə səmimi şəkildə əməl etməsinin qətiyyən mümkün ola bilməyəcəyinin, Quranda təsvir edilən mömin insan modeli ilə təkəbbürlü bir insan modelinin birbiri ilə dabandabana zidd olmasının şahidi olduq. Lakin bunun əksinə olan davranış tərzi göstərənlər də vardır. Daha doğrusu, dinə əməl etdiyini iddia etdikləri halda əslində gizli bir təkəbbürə malik olan «ikiüzlü» insanlar var.
Bu, İslam dini tarixində yeni bir hadisə deyil. Quranda bizlərə Peyğəmbərimizin (s.ə.v.) dövrü də daxil olmaqla hər bir dövrdə möminlərin arasından çıxan belə insanlar haqqında məlumat verilir. Möminlərin belə insanlara aldanmaması, onlar haqqında səhvən müsbət fikirlərə düşməməsi üçün də həmin insanların əsl sifəti göstərilir, onların əsas xüsusiyyətləri, fərqləndirici və özünəməxsus əlamətləri bildirilir.
Quranda möminlərin arasında olub iman gətirdiklərini iddia edən, lakin əslində iman gətirməmiş bir qrup insandan bəhs olunur. Bu insanlar təkəbbürlü insanların bütün xüsusiyyətlərinə (itaətsizlik, sadiq olmamaq, üz döndərmək, dönüklük, saxtakarlıq və s. kimi) malikdir. Bunlar «münafiqlər»dir. Münafiqlər özlərinin müxtəlif şəxsi mənfəətlərini əsas götürüb möminlər arasında yaşayaraq küfrlərini gizlətməyə çalışır, özlərini iman gətirən adamlar kimi göstərirlər. Lakin münafiqlərin Qurana və möminlərin başlıca davranış tərzinə zidd olan düşüncə və hərəkətləri onların dərhal tanınıb seçilməsinə səbəb olur. Quran bizlərə onların bir çox davranış və hərəkətlərindən, danışıqlarından nümunələr verərək bu adamların ikiüzlülüyünü ifşa etmiş, başda elçi olmaq şərtilə bütün möminlərin onları asanlıqla tanımasına imkan yaratmışdır.
Bizim burada münafiqlərdən danışmağımızın əsas səbəbi isə ən bariz xüsusiyyətləri təkəbbür və lovğalıq olan bu qrupun təkəbbürlü insanların dini qayda və hökmlərə hətta təqlid və özünü göstərmək naminə də olsa əməl etmədiklərini göstərən əyani sübut rolunda çıxış etməsidir. Həqiqətən də münafiqlər başda elçilərə itaət və hörmət olmaq şərtilə Quranın bir çox hökmlərini yerinə yetirməzlər. Onların el gözünə yerinə yetirdikləri bəzi şeylər var, amma bunları da olduqca çətinliklə, özlərini nəyəsə məcbur edib zora salaraq və ətrafdakıları şübhələndirəcək şəkildə edirlər.
Qarşıdakı bölümlərdə münafiqlərin tərifini verən ayələrin köməyi ilə təkəbbürlü insanların dini hökmlərə necə və nə üçün əməl edə bilməyəcəklərini, bunu etməyə çalışdıqları zaman isə hansı ziddiyyətlərin üzə çıxacağını ayrıayrı başlıqlar altında nəzərdən keçirəcəyik.
Təkəbbürün şeytanın xüsusiyyəti olmasını kitabın əvvəlki fəsillərində qeyd etmişik. İblis Allah`ın böyüklüyünü və gücünü təqdir edə biləcək bir vəziyyətdə olduğu halda malik olduğu təkəbbür səbəbi ilə ağıldan və düşüncədən tamamilə uzaqlaşmış və məntiqsizlik göstərmişdi. Buna görə də Allah`a qarşı çıxmağa cürət etmişdi. Təkəbbürlü insanlar da eyni qaydada azğın bir düşüncəyə malikdirlər. Bu xüsusiyyətə ən çox münafiqlərdə rast gəlmək olar. Çünki onların da ən bariz cəhəti lovğa və təkəbbürlü olmalarıdır. Onların bu xüsusiyyəti də özünü Allah`ın qüdrətini lazımınca təqdir edə bilməmələrində göstərir. Bu məsələ ayələrin birində belə bildirilir:
«Bir surə nazil edildiyi zaman birbirinə baxıb: «Sizi görən varmı?» deyə soruşur, dönüb aradan çıxırlar. Onlar anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini döndərmişdir!» («Tövbə» surəsi, 127).
Ayələrdən də aydın olduğu kimi, təkəbbür göstərib lovğalanan münafiqlər Allah`ın hər şeyə şahid olan, hər şeyi eşidən, hər şeyi bilən olduğunu əsla dərk etmirlər. Belə ki, bu təkəbbürlü insanların hətta Allah`ı da aldatdıqlarını (bu ifadələrdən Allah`a sığınırıq) düşünmələri onların nə qədər ağılsız varlıqlar olduğunu bilməyimiz üçün kifayətdir. Bu azğın adamların həmin xüsusiyyətləri aşağıdakı ayədə belə vurğulanır:
«Insanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda: «Biz Allah`a və qiyamət gününə iman gətirdik», deyirlər. Onlar elə güman edirlər ki, Allah`ı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar» («Bəqərə» surəsi, 89).
Təvazökarlıq hörmətin, təkəbbür isə hörmətsizlik və məsxərənin yaranmasına səbəb olur. Ehtiram göstərmək hissi təkəbbürlü insanlara ağır gəlir, belə adamlar xüsusən də elçiyə hörmətlə yanaşmaqda çətinlik çəkirlər. Onlar yalnız kiməsə lağ etməkdən, hörmətsizlik göstərməkdən, özlərinin guya fərqli adamlar olduqlarını başqalarına hiss etdirib lovğalanmaqdan zövq alırlar. Təkəbbürlü insanlar öz qərarlarını üstün hesab etdiklərinə görə peyğəmbərlərin hökmlərini müsbət qarşılayıb bu hökmlərə tabe ola bilmirlər. Buna görə də onların dində ən çox çətinlik çəkdiyi məsələ elçiyə tabe olub ona itaət etmək məsələsi ilə bağlıdır. Lakin Allah bu dərin itaəti dinin ən mühüm şərtləri arasında saymış, zalımlar kimi xarakterizə etdiyi münafiqlərin hallarını da ayələrdə belə bildirmişdir:
«Aralarında hökm etmək üçün Allah`ın və Peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər. Onların qəlblərində mərəzmi var? Yaxud Allah`ın və Peyğəmbərinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar!» («Nur» surəsi, 4850).
Öz nəfslərində böyüklük iddiasına düşüb lovğalanan insanların ən bariz xüsusiyyətlərindən biri də onların Allah`ı teztez anıb xatırlamamasıdır. Çünki bu adamların Allah`ı öyüb mədh etməsi, Onu ucaltmasi, gücünü və qüdrətini təqdir etməsi eyni zamanda onların özlərinin Allah`ın qulu olmalarını və öz acizliklərini görüb təsdiq etmələri mənasına gəlir. Böyüklük iddiasında olan adamlara da məhz elə bunlar çox ağır gəlir. Buna görə də onlar Allah`ı xatırlamağa can atmırlar. Bu tipli adamlar bu vəziyyətlərinin nəticəsində də şeytanın təsiri altına düşdüklərinə görə tamamilə dünyaya bağlanmışlar, şeytan isə onları dünyəvi əməllərin, təkəbbür hissinin, lovğalığın və böyüklük iddiasının ağuşuna ataraq öz arxasınca sürüyüb aparır:
«Şeytan onlara hakim olmuş və Allah`ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, ziyana uğrayanlar məhz onlar şeytanın firqəsidir!» («Mucadələ» surəsi, 19)
Içlərində bir Firon təkəbbürü daşıyan bu insanlar hətta Allah`ın Öz elçiləri vasitəsilə göndərdiyi Müqəddəs Kitabları da dinləmək istəmirlər. Çünki Kitabdan oxunan hər bir ayə onlar üçün bir nəsihət və xəbərdarlıqdır, onlara qul olmalarını və acizliklərini xatırladır. Halbuki bunlar içlərindəki təkəbbür ucbatından nəsihət almağa, aciz olduqlarını eşitməyə dözə bilmirlər:
«O kəslər ki, gözləri Məni anmaqdan qapalı idi və eşitməyə də qadir deyildilər» («Kəhf» surəsi, 101).
Din əxlaqı sədaqətli və vəfalı olmağı tələb edir. Lakin bu təkəbbürlü insanlar yalnız öz mənfəətləri və nüfuzları barədə düşündüklərinə görə həmişə öz mənfəətlərinə uyğun şəkildə hərəkət edirlər. Təkəbbürlü və lovğa bir insandan sədaqət və vəfa gözləmək əslində yersiz işdir. Belə insanlar yalnız özlərinə sadiqdirlər:
«...Iş qətiləşdiyi zaman Allah`a sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!» («Muhəmməd» surəsi, 21).
İslam dininin hökmləri Allah`a bütün malik olduqları ilə birlikdə tam təslim olub Ona səmimi şəkildə iman gətirən, yalnız Ona ümid edən, axirəti dünyadan üstün tutan möminlər üçün çox asandır və onlara zövq verir. Halbuki bəzi hallar özlərinin bir çox dünyəvi mənfəətləri naminə dindən suiistifadə etməyə çalışan münafiqlərin işinə əsla yaramır və onlar Quranın əzab, fədakarlıq, qətiyyət tələb edən belə hökmlərindən müxtəlif yalan və hiylələrlə qaçmağa çalışırlar:
«Əgər o, asan əldə edilən mənfəət və orta bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu məsafə onlara uzaq gəldi. Bununla belə, onlar: «Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq», deyə Allah`a and içəcəklər. Onlar özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir» («Tövbə» surəsi, 42).
Təkəbbürlü insanların ən çox çətinlik çəkdiyi məsələlərdən biri də onların öz vardövlətlərini, sərvətlərini Allah yolunda əvəzsiz olaraq fəda etmək məsələsidir. Lakin özlərinin bəzi mənfəətlərinə görə möminlər arasında nəzərə çarpmaq və gözə girmək məqsədilə vardövlətlərini Allah yolunda sərf edənlər bunu istəməyəistəməyə də olsa edirlər:
«Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allah`ı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl tənbəl gəlmələri və istəməyəistəməyə xərcləmələridir» («Tövbə» surəsi, 54).
Elə həmin ayədə münafiqlərin namaz qılmaq məsələsində də çətinlik çəkməsi ifadə edilir.
Bura qədər söylədiklərimizdə münafiqlərə dair nümunələr verərək din əxlaqına uyğun yaşamağın təkəbbürlü insanlardan ötrü nə qədər ağır, hətta qeyrimümkün olduğunu bildirməyə çalışdıq. Təkəbbürlü və lovğa insanların sırf dünya mənfəətləri səbəbilə hətta el gözünə də olsa din əxlaqına uyğun yaşamağı bacarmayacağından, gectez üzə çıxıb ifşa olacaqlarından bəhs etdik. Belə insanların hətta ən qabiliyyətliləri də Allah`ın onlara ayırdığı müəyyən vaxt ərzində möminləri çox gözəl şəkildə təqlid etsələr də təkəbbürləri ilə ziddiyyət təşkil edən elə birinci haldaca özlərinin əsl simalarını ortaya qoyacaqlar.
Bir insanın səmimi təvazökarlığı və sadəliyi isə onun əsl mömin olmasının əlamətlərindəndir. Eyni şəkildə mömin olduğunu iddia edən bir insandakı təkəbbür hissi də onun münafiqliyinin və yaxud münafiqliyə olan meylinin əlamətidir.
Nəticə kimi ümumiləşdirəsi olsaq deyə bilərik ki, təkəbbürlü bir insan həqiqi mənada din əxlaqına uyğun yaşaya və dini hökmlərə tam mənada əməl edə bilməz. Belələri hətta dini məsələləri çox yaxşı bilsələr və Allah`ın Kitabını əvvəldənaxıra qədər əzbərləsələr də bu, onların dini hökmlərə əməl etmələrinə dəlalət etməz. Əksinə, onlar bildikləri hökmləri yerinə yetirmədiklərinə görə daha çox məsuliyyət daşıyarlar, sonda isə dini əmr və hökmləri yalnız bir münafiq kimi yerinə yetirə bilərlər. Bu tipli adamların səmimi mömin olmaq üçün hər şeydən əvvəl öz nəfslərini ilahiləşdirərək onu Allah`a şərik qoşmaqdan əl çəkmələri, öz təkəbbür və lovğalıqlarından imtina edərək acizlikləri və qul olmaları barədə düşünmələri lazım gəlir. Əsl din yalnız belə bir əsas üzərində qurula bilər.