Təkəbbürlü Olmağin Səbəbləri

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, təkəbbürlülüyün əsasında insanın özünü Allah`dan asılı olmayan bir varlıq kimi görüb malik olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlanmasını güman etməsi, bu səbəbdən də özünə «mənlik» kimi bir hiss verməsi dayanır. Halbuki bunun nə qədər cəfəng bir məntiq olduğunu görmək üçün müəyyən bir inanca və etiqada malik olmağa heç bir ehtiyac yoxdur.

Əgər insan bir qədər düşünsə, bu dünyaya öz istəyi ilə gəlmədiyini, burada nə qədər qalacağını bilmədiyini, malik olduğu fiziki xüsusiyyətlərin ona şəxsi istəyinə əsasən verilmədiyini asanlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin müvəqqəti olduğunu və onların nəhayət bir gün yox olacağını dərk edər. Bütün bu qeyd olunanlar həmin insanın tamamilə aciz olmasının, heç nəyin, hətta əlində olan ən böyük şeylərin də əslində ona aid və onun nəzarətində olmamasının ən böyük dəlilləridir. Bunlar barədə bir qədər də dərindən düşündüyümüz zaman həmin dəlillərin sayını artırmaq olar. Bütün bu həqiqətlərdən sonra bir insanın təkəbbürlülük göstərib lovğalanmasının nə qədər alçaldıcı, nə qədər ağıldan və məntiqdənkənar bir hərəkət olması göz qabağındadır. Lakin əksər insanlar hətta belə sadə həqiqətləri də dərk etməyəcək və ya unudacaq bir şüursuzluq içində yaşayırlar. Elə bu səbəbdən də yaşadığımız dövrdə bir qədər az və ya çox şəkildə təkəbbür göstərməyən, lovğalanmayan insana rast gəlmək çox çətindir.

Halbuki Allah`ın böyüklüyünü, Onun bütün mövcud olanları yoxdan yaratdığını, insanların malik olduğu bütün imkanların və özəlliklərin onlara Allah tərəfindən verildiyini, Allah`ın dilədiyi anda hər şeyi onlardan ala biləcəyini, bütün canlıların bir gün öləcəyini, əbədi qalan (baqi, yəni varlığının sonu olmayan) varlığın yalnız Allah olduğunu bilən və daim bunu düşünən bir insanın təkəbbürlü və lovğa olub azğınlıq etməsi qeyrimümkündür. Yalnız bütün bunları dərk edə bilməyən, öz qüsurlarını, acizliyini və sonda öləcəyini unudan insan belə bir şeyə cürət edə bilər.

Təkəbbürlülüyə səbəb olan amillər çox müxtəlifdir. Bəzən bir insanın əhəmiyyət vermədiyi bir məsələ digər bir insan üçün lovğalanmağa ən böyük səbəb ola bilər. Lakin bütövlükdə təkəbbür göstərib lovğalanmağa səbəb olan amillər bir çox insanlarda eynidir. Bu amillər bir insanın malik olduğu fiziki və ya əqli, maddi və ya mənəvi imkan və xüsusiyyətlərdən qaynaqlanır. Ən çox rast gəlinən səbəblər isə aşağıdakılardır:

* güc və zənginlik;

* gözəllik və gənclik;

* vəzifə, ictimai mövqe və nüfuz;

* zəka, mədəniyyət və təhsil səviyyəsi.

Əlbəttə, bütün bu xüsusiyyətləri öz aralarında təsnifləşdirərək çoxaltmaq da olar. Burada insanın düşdüyü mühitə və şəraitə görə təkəbbür göstərə biləcəyi başqa səbəblər də ola bilər. Lakin əsas etibarilə ətrafındakı adamların təkəbbür göstərməsinin səbəblərini araşdıran hər bir insan yuxarıda qeyd olunan xüsusiyyətlərdən birinə və ya bir neçəsinə mütləq rast gələcək.

Yuxarıda sadalanan bu xüsusiyyətlərə ayrıayrılıqda diqqət yetirildiyi zaman bütün bunların müvəqqəti amillər olması, insanın bunlara əbədi şəkildə sahib ola bilməyəcəyi aydın olur. Bir insan nə qədər gözəl, nə qədər varlı, nə qədər ağıllı olursaolsun, bütün bunlar müvəqqətidir və onlar bəlkə 50 il, bəlkə 80 il və ya ən çoxu 100 il davam edə bilər... Dünyanın hətta ən varlı insanı da, ən gözəl qadını da bundan artıq həyat sürə bilməz. Nəhayət, hər zaman qaçdığı ölüm insanı bir gün haqlayacaq və öyündüyü bütün cəhətlərini onun əlindən alacaq. Həmçinin bunu da yaddan çıxarmamaq lazımdır ki, heç bir insan həyatı boyu bütün istədiklərinə nail olacağına və onları bir daha itirməyəcəyinə əmin ola bilməz; onun buna heç bir zəmanəti yoxdur. İnsan sahib olduğu üçün lovğalandığı bütün maddi və mənəvi imkanları hər zaman itirə bilər. Biz insanlar ətrafımızda buna bənzər hadisələrlə teztez rastlaşırıq. Dünya həyatının əsl tərəfləri müqəddəs QuraniKərimdə də bütün insanların nəsihət alıb dərk edəcəyi şəkildə bildirilmişdir:

«Bilin ki, dünya həyatı oyunoyuncaq, bərbəzək, birbirinizin qarşısında öyünmək və maldövləti, oğuluşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi məhsul əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çörçöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir» («Hədid» surəsi, 20).

Bir qədər əvvəl də bildirdiyimiz kimi, təkəbbürə və lovğalığa səbəb olan bu xüsusiyyətlər əslində insana aid olan üstünlüklər deyil. Bütün bunlar Allah`ın insanlara Ona şükr etmək üçün verdiyi nemətlərdir. Lakin insan bu nemətləri ona verənin Allah olması həqiqəti və onların insana verilmə məqsədi barədə düşünmədikdə insanın təkəbbürü artır və o, əlində olan bütün nemətlərin mənbəyinin elə özü olduğunu güman etməyə başlayır.

Indi isə təkəbbür və lovğalığa səbəb olan bu xüsusiyyətləri və insanın vərdiş halına çevirdiyi həyatın iç üzünü, həmçinin bu həyatın müvəqqəti olması həqiqətini birbir nəzərdən keçirək...

Güc və Zənginlik

Tarix boyunca yaşamış ən təkəbbürlü və lovğa insanlara nəzər yetirdiyimiz zaman onların mütləq böyük qüvvə və böyük sərvətlər sahibi olduğunu görürük. Bu insanlar əllərində olan gücə və imkanlara görə doğru yoldan azaraq ətraflarında olan insanlara zülm etmişlər.

Halbuki öz vardövlətləri və sərvətləri ilə lovğalanan bu insanların dərk edə bilmədikləri çox mühüm bir həqiqət var: bu həqiqət də ondan ibarətdir ki, varlı və ya yoxsul olmasından asılı olmayaraq hər bir insan bir gün torpağa tapşırılacaq. Pul, maldövlət və sərvətlər isə insan öldüyü zaman öz dəyərini və mənasını itirəcək və bu dünyada qalacaq, insanı qarşıda gözləyən axirət həyatı isə davam edəcək. Bu dünyada əldə etdiyi pulu və sərvəti Allah yolunda sərf etməmişdirsə, həmin insan əbədi həyatda bunların heç bir faydasını görməyəcək. Əlindəki vardövlətə görə təkəbbür göstərib lovğalanan, özünü üstün sayan insan yaddan çıxarır ki, o, hətta ən kiçik bir virusa da çox asanlıqla məğlub ola bilər. Ən əsası isə odur ki, belə insanların hətta bir dünya qədər vardövlətləri olsa da onlar təkcə bir mikrob qarşısındakı acizlikdən xilas ola bilmirlər. Hətta bundan artıq vardövlətləri olsa da onlar ölümdən qaça bilməzlər.

Üstəlik bu insanlar özlərindən sonra qoyub getdikləri vardövlətləri ilə bu dünyadakı hörmət, etibar və nüfuzlarını qoruyub saxlayacaqlarını fikirləşsələr də axirətdə hesab verəcəkləri gün məyus olacaqlar. Çünki belə adamlar nə qədər varlı olsalar da öləndən 35 il sonra onları bəlkə də yalnız bir neçə nəfər xatırlayacaq. Eyni zamanda istisna olaraq hətta bir çoxları tərəfindən xatırlansalar da bunun onlara heç bir faydası olmayacaq. Çünki bütün həyatları boyunca Rəbbimiz qarşısında göstərdikləri təkəbbürün əvəzini alarkən kimlərinsə onları yada salmasının heç bir faydası olmayacaq.

Bu mövzu ilə bağlı başqa mühüm məqam isə təkəbbür göstərib lovğalanan insanların özlərinin bu cəhətləri ilə şəxsiyyət dərəcəsinə yüksəlmələridir. Halbuki əsl şəxsiyyət vardövlət və zənginliklə əldə edilmir. Çünki bütün bu sərvətlər əldən çıxdıqda və ya həmin vardövlətin daha artığına sahib olan bir insanla qarşılaşanda bu güc, bu hörmətizzət, bu mövqe və yüksək mərtəbə qəfildən yoxa çıxır. Əgər bir insan öz sərvəti, vardövləti və zənginliyi ilə özünə etimad və mövqe qazanıb yüksək mərtəbəyə çatırsa, bütün bunların olmadığı və ya az olduğu hallarda həmin insan təbii olaraq məyus və ya etibarsız olacaq.

Halbuki bütün varlıqları yaradan Allah`a iman gətirən, yalnız Ona etibar edib arxalanan bir insan nə qədər böyük ölçüdə maddi ziyana düşsə də bundan onun şəxsiyyətinə heç bir xələl gəlməz. Çünki gücün yeganə mənbəyi Uca və Qadir Allah`dır və Allah`ın olmaması və itməsi (bu ifadələrdən Allah`a sığınırıq) kimi bir anlayış da qeyrimümkündür. Deməli, bir insanın özünə etibarını və inamını formalaşdıran yeganə güclü səbəb onun imanından və inamından qaynaqlanan Allah`a güvənc hissidir.

Özünün hər bir işində yalnız Allah`a etibar edib arxalanan insan çox güclü insandır. Allah`ın fövqündə heç bir qüvvə yoxdur. Allah diləmədiyi təqdirdə iman gətirən insana heç bir zərər gəlmədiyi kimi bir hadisənin baş verməsi üçün də Allah`ın yalnız «Ol!» deməsi kifayət edir. Təbiətən aciz və möhtac olan insan övladı üçün Allah`a olan yaxınlıqdan daha böyük bir güc barədə hətta düşünmək də mümkün deyil. Bu səbəbdən də vardövlətdən və ya başqa imkan və xüsusiyyətlərdən irəli gələn şəxsiyyət anlayışı möminə xas deyildir. Əsl mömin bütün bunları yalnız Allah`ın bir neməti və yalnız Onun yolunda istifadə edilməli olan imkanlar kimi qiymətləndirir. Bir ayədə belə buyrulur:

«Maldövlət, oğuluşaq bu dünyanın bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha xeyirlidir!» («Kəhf» surəsi, 46).

Yuxarıdakı ayədən də aydın olduğu kimi, təkəbbürlü və lovğa insanlar hətta öz övladlarına da bir növ maddiyyat gözü ilə baxır və onlardan öyünmək və lovğalanmaq vasitəsi kimi istifadə edirlər. Belələri övladlarının malik olduğu bütün xüsusiyyətlərdə öz əməklərinin olduğunu bildirir, elə təkəbbür göstərirlər ki, sanki bu uşaqları yaradan da elə özləridir. Belə insanlar öz övladlarını onlara verilmiş bir nemət və Allah`ın dilədiyi şəkildə tərbiyə edilməli olan əmanət kimi yox, başqaları ilə rəqabətdə istifadə edəcəkləri bir vasitə kimi görürlər. Buna görə də uşaqlarının nə yeməsi, nə geyməsi, hansı məktəbə getməsi, hansı avtomobil və ya hansı ixtİsas sahibi olması kimi məsələlər sözügedən adamlardan ötrü çox böyük əhəmiyyət kəsb edir.

Insanlar arasında geniş yayılan «özünü nümayiş etdirmək, özünü göstərmək» xəstəliyi yalnız onların övladları ilə məhdudlaşmır. Cəmiyyətin mühüm hissəsini təşkil edən insanlar özlərini birbirinə yedikləri, içdikləri, geyindikləri, avtomobilləri, yaşadıqları evlər və onların içində olan əşyalarla nümayiş etdirirlər. Burada ən maraqlı cəhət isə odur ki, belə insanlar bütün həyatları boyunca etdikləri hər şeyin başqaları tərəfindən təqdir olunub qiymətləndirilməsini qarşılarına bir məqsəd kimi qoyurlar. Qİsaca olaraq belə demək olar ki, heç kim öz sağlamlığı, ehtiyacı və ya rahatlığı üçün hərəkət etmir. Evlərinin nə ilə döşənməsindən başlayaraq avtomobillərinə, hətta geyimlərinə qədər hər şey onların öyünə və lovğalana bilmələri üçün bir vasitədir. Ətraflarında olan insanların nə deyəcəkləri onlar üçün çox mühümdür. Bu da daimi ehtirasa və daha artığını istəməyə səbəb olur. Görəsən, həmin ehtiras insanın nəfsinin bütün istəklərini təmin etmək üçün kifayətdirmi?

Allah inkarçı bir insanın ehtirasının heç bir zaman bitibtükənmək bilmədiyini Öz ayələri ilə bizim diqqətimizə çatdırır. İnsanın inkarçılığı və təkəbbürü artdıqca onun vardövlət ehtirası və acgözlüyü də artır. Belə ki, aşağıdakı ayələr inkarçı insanın malik olduğu mənəvi ruh halını bizə aydın şəkildə açıqlayır:

«Məni Öz yaratdığım kimsə ilə tək burax! Mən ona bol maldövlət əta etdim. Yanında hazır duran oğullar. Ona hər şeyi artıqlaması ilə müyəssər etdim. Bütün bunlardan sonra yenə də artırmağımı istəyir» («Muddəssir» surəsi, 1115).

Ayədə də ifadə edildiyi kimi, bu dünya həyatında nəfsinin istəkləri heç vaxt bitmədiyinə görə insan daim ondan daha artığını əldə etmək istəyir. Arzuladığına sahib olana qədər ehtirasla istəyir, sahib olduqdan dərhal sonra isə yenisini istəməyə başlayır və bu ehtiras onun bütün həyatı boyunca davam edir. İnsan övladı belə hesab edir ki, o, arzuladığı bir şeyi əldə etdikdən sonra çox xoşbəxt olacaq, lakin bu, bir neçə dəfədən sonra bunun əslində belə olmadığını anlayır. Buna baxmayaraq daxilində olan ehtirasın təsiri ilə daha yaxşısını və gözəlini əldə etməyə tamah salır. Məsələn, bir mənzil almaq üçün illərlə çalışır. Həmin mənzili aldıqdan biriki il sonra daha yaxşı, daha rahat və geniş bir mənzil görür və bu dəfə onu almaq istəyir. Fərz edək ki, onu da aldı, bundan da üçbeş il keçəndən sonra ayrıca bir evə köçmək kimi xəyallar qurmağa başlayır. Yaxşı, bunu da aldıqdan sonra nə olacaq? Yəqin ki, sonra da daha yüksək quruluşa malik, lüks döşənmiş, üzgüçülük hovuzu və ya müxtəlif özəllikləri olan yeni bir yer istəməyə başlayacaq.

Ətrafımızda da bunun müxtəlif nümunələri ilə rastlaşırıq. İnsanlar ev, avtomobil, bağ kimi şeylərlə və övladları ilə məşğul olarkən özlərini çox dar çərçivəyə salır və həyatlarının sonuna qədər vaxtlarını bunlarla keçirirlər. Əlbəttə, insanların bunları istəməsi çox təbii və məqbuldur, lakin onların bütün həyatlarını belə işlərə sərf etməsi son dərəcə mənasızdır. Beləliklə, bəzi insanlar belə həyat oyunlarında öz istəklərinə nail olsalar da onların əksəriyyəti öz arzusuna çatmır və həyatdan da ürəklərində qalmış həmin arzu və ehtirasları ilə birgə köçürlər.

Belə böyük vardövlət ehtirasına malik olmaq əslində çox mənasız işdir. Bu mənasızlıq yalnız dünyanın müvəqqəti olması və həyatın bir göz qırpımında keçməsi ilə bağlı deyil. Bunu da unutmaq olmaz: dünyada ən zəngin insanların həyatına nəzər yetirdiyimiz zaman görürük ki, belə adamlar onlarla otaqdan ibarət olan malikanələrə malik olsalar da onlar eyni anda bütün otaqlardan istifadə edə bilmədiklərinə görə bu otaqların yalnız birində yaşayırlar. Onlar qarderoblarla dolu olan geyimlərə malik olsalar da eyni anda yalnız bir geyimdən istifadə edirlər. Həmçinin hər saatda bir geyim dəyişdirsələr də bir müddətdən sonra bundan da bezirlər. Allah`ın neməti olan minlərlə növ yeməklərə malik olsalar belə ən çoxu ikiüç qab yeməklə kifayətlənir, çox yemək istəsələr də bu, onlardan ötrü bir işgəncəyə çevrilir... Bütün bu qeyd olunanlardan aydın görünür ki, insanların əksər davranışları yalnız boş ehtirasdan irəli gəlir. Halbuki adi gözlə baxdığımız zaman bu sadalananlar nə ehtiras, nə də təkəbbür qaynağıdır, tam əksinə, bütün bunlar müvəqqəti dünyanın aldadıcı üzüdür. İnsanların qulaqardına vurduğu və diqqət yetirmədiyi bu həqiqət Quranda belə ifadə edilir:

«Qadınlar, uşaqlar, qızılgümüş yığınları, yaxşı cins atlar, malqara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır» («Aliİmran» surəsi, 14).

Burada diqqət yetirilməli olan başqa bir mühüm cəhət isə insanın sahib olduğu hər şeyin yalnız Allah`ın diləməsi ilə mövcud olmasıdır. Allah bəzi insanları onlar dünyaya gələndən etibarən varlı edir, bəzilərini də bütün ömrü boyu yoxsulluqla imtahana çəkir. Lakin bir insanın Allah`ın ona verdiyi nemətlərə görə təkəbbür göstərib lovğalanması ağılsızlıqdır. Çünki Allah insanlar arasında istədiyi adama çox az, bəzilərinə isə daha artıq nemət və ruzi verə bilər. Hər iki hal da imtahan üçündür, dünyada kimin daha yaxşı və gözəl əməl sahibi olacağını sınamaqdan ötrüdür. Bu da bir ayədə belə ifadə edilir:

«Allah istədiyi bəndənii ruzisini bol da edər, azaldar da. Onlar isə dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir» («Rəd» surəsi, 26).

Bu halda müddəti bir göz qırpımına bərabər olan dünya həyatında bir tələyə düşməmək və əlindəki vardövlətdən Allah`a təkəbbür göstərmək vasitəsi kimi yox, Ona şükr etmək vasitəsi kimi istifadə etmək lazımdır. Çünki qiyamət günü bütün vardövlətin və övladların yox olub gedəcəyi dəhşətli bir gündür. Hər şeyin altüst və darmadağın olacağı həmin qiyamət günü həm bunlardan bir əsərəlamət qalmayacaq, həm də Allah`a qarşı işlənən hər bir günahın cəzası veriləcək.

Bu kitabın sonrakı fəsillərində əllərindəki vardövlətləri səbəbi ilə təkəbbür göstərib lovğalanan və bu cəhətlərinə görə adları Quranda çəkilən insanların həyatından müfəssəl şəkildə nümunələr verəcəyik.

Gözəllik və Gənclik

Gözəllik də insanın nəfsinin üzə çıxmasına və onun təkəbbür göstərməsinə səbəb olan cəhətlərdən biridir. Bir çox insanlar dünyanın belə müvəqqəti və tez sıradan çıxa bilən bəzəklərinə aldanırlar. Halbuki gözəllik hər şeydən əvvəl insanın öz səyləri ilə əldə edə bilmədiyi, ona yalnız Allah tərəfindən verilən və hər an geri alınması da çox asan olan bir üstünlük və nemətdir.

Hamı bilir ki, gözəllik çox asanlıqla əldən çıxa bilər. Xalq arasında buna aid «Bir qığılcım da kifayətdir» deyimi var. İnsanın üzündə əmələ gələn bir yara, yanıq və ya bədənin bir əzasının itirilməsi gözəlliyin məhv olması üçün kifayətdir. Bu da cəmiyyətdə teztez rast gəldiyimiz bir haldır. Belə ki, heç bir insan özünü bu təhlükədən uzaq hesab edə və ya ondan sığortalana bilməz.

Insan həmin təhlükələrin hətta heç biri ilə rastlaşmasa belə gözəlliyin qaçılmaz və amansız bir düşməni var ki, o da qocalıqdır. Dünyanın ən gözəl insanı da bir gün yaşlaşıb qocalır və bir qədər sonra onun əvvəlki gözəlliyindən heç bir əlamət qalmır. Cəmiyyət tərəfindən tanınan məşhur insanlar bunun ən bariz nümunəsidir. Belə insanlar bir müddət xalq tərəfindən olduqca bəyənilən, heyranlıqla izlənilən, hamının idealı olan və onların yerində olması arzulanan insanlardır. Lakin müəyyən bir müddət keçdikdən sonra onlar da Allah`ın istəyi ilə qocalırlar, Allah`ın bu yazısına qarşı çıxa bilmir, qocalmağa əngəl olmağı bacarmır, yaşlaşmaqdan xilas ola bilmirlər. Onlar əllərində olan bütün sərvət və imkanlardan özlərini cavanlaşdırmaq üçün istifadə etsələr də bu səyləri ilə qaçılmaz bir yazını ən böyük ehtimalla 35 il gecikdirə bilərlər, bundan artıq heç nəyə nail ola bilməzlər.

Gözəllik və gənclikdən irəli gələn təkəbbürün mənasızlığını dərk etmək üçün gətirilən bu nümunələr diqqətçəkicidir. Lakin çox gözəl bir insanın ölümündən sonrakı ilk on gün ərzində düşəcəyi vəziyyətə diqqət yetirmək də çox faydalı olardı.

Insanın bədəni torpağın altına qoyulduqdan sonra sürətli şəkildə parçalanma mərhələsinə qədəm qoyur. Mikroblar fəaliyyətə başlayır, qarın boşluğunda toplanan qazlar cəsədi şişirdir və bədəni tanınmaz bir vəziyyətə salır. Qazın diafraqmaya göstərdiyi təzyiq nəticəsində ağızdan və burundan qanlı köpüklər gəlməyə başlayır. Hər xarici, həm də daxili orqanlarda çürümə başlayır və ətrafa dözülməz dərəcədə pis qoxular yayılır. Beyin tamamilə çürüyür. Sümüklər oynaqlardan tam ayrılır və insanın skeleti dağılmağa başlayır. Bu hal yalnız sümüklər qalana qədər davam edir.

Insan bütün bunları gözünün önünə gətirmək istəməsə də bu, hamının qarşılaşacağı qaçılmaz bir həqiqətdir. Əgər insan gözəlliyin yalnız ona aid olduğunu güman edirsə, ondan qalan həmin çürümüş bədəni də özünə aid etməlidir. Lakin dünyanın ən gözəl adamı da bütün bunlardan dəhşətli dərəcədə diksinəcək. Çünki o bu çürümüş cəsədlə özünü insanlara nümayiş etdirə və Rəbbimiz qarşısında təkəbbür göstərib lovğalana bilməyəcək.

Bura qədər söylədiklərimizdə təkəbbürü bir lovğalıq və yekəxanalıq kimi təqdim etdik. Təkəbbürün təsiri nəticəsində ortaya çıxan bir başqa cəhət də məyusluqdur. Bəzi insanlar iddia etdikləri gözəlliyə sahib ola bilmədiklərinə görə məyus olurlar. Əslində bu da elə təkəbbürün başqa bir əlamətidir. Çünki insan öz bədəninə sahib çıxır, gözəlliyinin mənbəyinin özü ilə bağlı olduğunu güman edir və ona verilməmiş bir cəhəti bir qüsur və çatışmazlıq sayır. Ən doğru hərəkət isə Allah`a iman gətirənlərin davranışlarıdır. Möminlər Allah`ın verdiyi bütün nemətlərdən razı qalır, öz cismani xüsusiyyətlərinə görə isə nə məyus olmur, nə də bu cəhətləri ilə lovğalanmırlar. Onlar öz bədənlərinin əsl sahibinin Allah olduğunu anlayıb dərk edir və bununla sınağa çəkildiklərini bilirlər. Onlardan ötrü ən mühüm məsələ insanın ruhu, insanın Allah`a olan səmimi yaxınlığıdır.

Gözəlliyin insana Allah tərəfindən verildiyini bilib Ona şükr etmək və təvazökar olmaq ən doğru davranışdır, əsl müsəlman əxlaqıdır. Belə ki, Allah malik olduğu nemətlər səbəbi ilə həddini aşmayan, təkəbbürlülük etməyən və hər şeyin sahibinin Allah olduğunu bilən insana Öz dərgahından bir rəhmət, sevimlilik və nur verər, beləliklə də o, cismani mənada gözəl sayılan bir çox insanlardan daha üstün cəhətlərlə nemətləndirilmiş olar.

Vəzifə, İctimai Mövqe və Nüfuz

«Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən» («İsra» surəsi, 37).

Cəmiyyətdə müəyyən bir mövqe sahibi olmaq və bunun verdiyi nüfuz və etibar dünya həyatının tələlərindən biridir. Buna görə də insanın özünü üstün hesab etməsi, təkəbbür göstərib lovğalanması son dərəcə boş və mənasız işdir. Çünki tarixdə güclü ictimai mövqe sahibi olub yüksələn və çox böyük qüvvəyə sahib olduqları halda onların hamısını bir anda itirən insanlar çox olmuşdur. Bütün insanlar belə nümunələrə şahiddir. Bunları gördükləri halda tutduqları mövqeyə, vəzifəyə və ya sənətlərinə görə təkəbbür göstərib lovğalanan insanlar özləri də bilmədən ağılsız bir vəziyyətə düşürlər. Çünki mövqe və ya nüfuz bu dünyada əldə edilən, bu dünyada qalacaq və üstəlik də yalnız müəyyən insanlar tərəfindən təqdir edilən xüsusiyyətlərdir. Məsələn, varlı bir insan yalnız onun ətrafında işləyənlərin yanında etibar qazana bilər. Yaxud da bir dövlət adamı yalnız öz ölkəsinin insanları tərəfindən yüksək qiymətləndirilə bilər. Bu insan əgər məşhur bir sənət adamıdırsa, o, yalnız əyləndirdiyi insanları razı sala bilər. Hətta bir adamın bütün dünyanın insanları tərəfindən təqdir edilib sevildiyini fərz etsək də vəziyyət yenə dəyişməyəcək. Çünki onu təqdir edən insanlar nəticə etibarilə adi insanlardır və həmin hal da qİsamüddətli olub bir gün bitəcək.

Dünyada əsla dəyişməyəcək yeganə həqiqət isə budur: bir insan istər yüksək ictimai mövqe sahibi olsun, istərsə də adi adam, istər şah olsun, istərsə də çoban, fərq etməz, o da öləndən sonra bütün insanlar kimi torpağın altına gedəcək. Dünyada əldə etdiklərinin ona heç bir faydası olmayacaq, yəni məzarda sadəcə olaraq öz sümükləri ilə başbaşa qalacaq. Belə bir halda heç kimin vəzifəsinə, sənətinə, qüvvəsinə və ya gözəlliyinə baxılmayacaq, yalnız onun bu dünyada Allah`ın istədiyi şəkildə yaşayıbyaşamaması haqqında soruşulacaq. Hər bir insanın əbədi həyatındakı mövzu da bu dünyadakı davranışları, Rəbbinə qəlbən bağlı olubolmaması haqqında olacaq. Bu insanlardan və onların axirətdəki vəziyyətindən Quranda belə bəhs olunur:

«Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi şəxsləri boşla getsinlər. Onlara xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Onun Allah`dan başqa heç bir dostu və havadarı yoxdur! O hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su və şiddətli əzab gözləyir!» («Ənam» surəsi, 70).

Eləcə də tutduğu mövqeyə və vəzifəyə görə təkəbbür göstərib lovğalananlar, bütün bunları digər insanlar qarşısında bir üstünlük kimi görənlər bunun ağrıacısını daha çox özləri çəkəcəklər. Çünki həmin məntiqlə baxdığımız zaman hamıdan daha üstün və daha yüksək mövqedə olan bir nəfər mütləq var. Əllərində olanlarla öyünən bu insanlar məqam və nüfuz baxımından onlardan bir pillə yüksəkdə dayanan adamların yanında əzilib alçalırlar. Bu da onları utandıran bir davranış tərzidir.

Bu mövzunun başqa bir tərəfi isə bu təkəbbürlü xarakterin dünyada həmin insana heç nə verməməsidir. Belə insanlar öz yaxın ətrafları tərəfindən nə qədər yüksəldilsələr də onlar əslində sevilməyən və yaxınlarının arzulamadığı insanlardır. Təvazökar insanlar isə ruhun, ağlın və əxlaqın daha mühüm şərt olduğunu anlayırlar. Onlar belə cəhətləri hətta gündəmə də gətirməzlər. Təvazökar olduqlarına görə də insanların gözündə ucalır, daha çox sevilir və sayılırlar.

Zəka, Mədəniyyət və Təhsil Səviyyəsi

Təkəbbürün ən başlıca səbəblərindən biri olan pul, gözəllik və mövqedən başqa insanların yüksək nəzərlərlə baxdıqları, böyük əhəmiyyət verib qürur məsələsinə çevirdikləri başqa mövzular da var. Məsələn, bitirilən və ya təhsil alınan məktəbin adı və xüsusiyyətləri bir çoxlarından ötrü çox mühüm etimad və nüfuz qazanmaq mənbəyidir. Həmin məktəb ələlxüsus da ödənişli və yaxud imtahanla qəbul edilən bir məktəbdirsə, insanlar bunu teztez dilə gətirib öz aralarında bununla öyünürlər. Lakin başqa məsələlər kimi bu məsələ də Allah`ın onlar üçün qoyduğu müəyyən yola əsasən həyata keçir. Buna görə lovğalanmaq əslində haqsız yerə təkəbbür göstərmək deməkdir. Çünki axirətdə heç kimdən bitirdiyi məktəb, mədəniyyət səviyyəsi, ağıl səviyyəsi haqqında soruşmayacaqlar (təbii ki, insanların bu məsələ ilə bağlı özlərini inkişaf etdirməsi çox vacibdir, lakin onların bunu edərkən özlərini öyüb ucaltması səhv hərəkətdir). İnsanlar öz Rəbbinin qarşısına çıxdıqları zaman yalnız Ona olan səmimi münasibəti, qəlblərindəki təqvaları (Allah qorxusu), göstərdikləri təvazökarlıq və yerinə yetirdikləri ibadətləri haqqında sorğusuala tutulacaqlar.

Yalnız dünya həyatının müvəqqəti nemətlərini əldə etməyi özlərinə məqsəd sayan bu insanlar kiçik və böyük olmasından asılı olmayaraq malik olduqları bütün xüsusiyyətlərə əsasən təkəbbür göstərib lovğalanırlar. Xüsusən də mədəniyyət sahəsində bir bilik sahibi olmaq, özünə görə çox mühüm biliklər əldə etmək təkəbbürlü insanların əsas xüsusiyyətlərindəndir. Səthi düşüncənin xüsusiyyətləri yenə də bu məqamda ortaya çıxır. Çünki bir insan biologiya sahəsində dünyanın ən savadlı professoru ola və ya bu günə qədər dünyaya gəlibgetmiş insanlar arasında fizika sahəsində ən düzgün nəzəriyyələri irəli sürə bilər. Lakin onun qulaqardına vurmamalı olduğu bir məsələ var. Belə ki, o, hətta bütün biliklərindən istifadə etsə belə fizikanın bircə qanununu da dəyişdirə və yaxud bircə hüceyrəni də yarada bilməz.

Bura qədər sadalanan müəyyən məsələlərdən başqa kiçik məsələlərin felinə uyub təkəbbürə qapılan və üstünlük iddiasında olan insanlar da var. Məsələn, saçlarının xüsusiyyəti, boyunun uzunluğu, avtomobili, geyimi, kompüteri yaxşı bilməsi, gözəl səsə malik olması, vəzifəli dostlarının olması kimi primitiv mövzular bir çoxlarından ötrü təkəbbür göstərib lovğalanmağa səbəb olur. Lakin ağıllı insanlar bu tipli davranışların nə dərəcədə bəsit və mənasız olduğunu yaxşı anlayırlar.

Ağıllı insanlar olaraq öz həyatlarını təvazökarlıq üzərində quran peyğəmbərlər və möminlər bizlərdən ötrü ən gözəl nümunələrdir. Məsələn, Hz.Süleyman çox zəngin və güclü idi, lakin o bu imkanlarından yalnız Allah`ın razılığını qazana bilmək üçün istifadə etmişdi. Eyni zamanda Hz.Zülqərneyn də qövmlər üzərindəki hakimiyyətini Allah`ın dininə xidmət etmək üçün bir vasitə sayırdı. Hz.Davud isə əldə etdiyi mövqedə durarkən Allah`ın rizasına uyğun davranmağa və ədalətli olmağa xüsusi diqqət yetirmişdi.

Bu üstün insanlarla yanaşı Peyğəmbərimizin (s.ə.v.) yanında olan səhabələrin həyatı da müsəlmanlar üçün gözəl bir örnəkdir. Onların bir çoxu öz qövmünün yüksək, zəngin və mədəni təbəqəsinə məxsus ailələrin üzvləri olduqları halda Allah`ın dininə uyğun yaşamaqla ictimai mövqe, vardövlət və ətrafdakı insanlar arasında seçim etmək lazım gəldikdə hamısı düşünmədən Allah`ı və Onun Rəsulunu (s.ə.v.) seçmişdi. Çünki onlar dünya həyatının vacib olmadığını, axirətin mühüm olduğunu bilirdilər. Onlar Allah`ı razı salmaq məqsədilə Peyğəmbərimizin (s.ə.v.) cərgəsində yer aldılar, lazım gələndə hicrət etdilər, maldövlətlərinə və sərvətlərinə, mövqe və nüfuzlarına əhəmiyyət vermədilər, bütün həyatlarını dinə xidmət etməyə sərf etdilər.

Allah`ın razı olduğu yol hamıya məlumdur. Vardövlət, pul, gözəllik, zəka, nüfuz, gənclik və s. bu kimi bəzi xüsusiyyətlərə malik olan insanlar bilməlidirlər ki, bütün bunlar onlara Allah tərəfindən verilib və onlar bu nemətlərlə sadəcə olaraq imtahana çəkilirlər. Axirətdə də bunların hər birinə görə birbir imtahana çəkiləcəklər. Bunları dərk etməyib Allah qarşısında təkəbbür göstərən insanların mənəvi aləmindən bəhs edən bir ayə aşağıdakı kimidir:

«Məgər insan heç kəsin ona gücü çatmayacağını zənn edir? Və: «Mən xeyli maldövlət sərf etmişəm!» deyir? Məgər o heç kəsin onu görmədiyini güman edir?» («Bələd» surəsi, 57).

Bunu oxuyarkən seçiləcək ən doğru yol insanın bütün bunları öz üzərində hiss edərək düşünməsidir. Çünki nəfs təkəbbür göstərib lovğalanmağa çox meyllidir və özünə bununla bağlı çox asanlıqla mövzu tapır. Nəfs üçün ağıl, mədəniyyət, sənət, ev, avtomobil, təhsil, cismani gözəllik və ya təkəbbür doğura biləcək bu kimi çox amillər var. Onların da hər birini öz içində təsnifləşdirmək mümkündür. Ən əsas məsələ Allah`ın «dünyanın müvəqqəti bəzəyi» adlandırdığı bu şeylərin heç birinə qapılmamaqdır. Yaddan çıxarılmamalı olan mühüm məsələlərdən biri də odur ki, təkəbbür və lovğalıq insanı həm bu dünyada, həm də axirətdə başıaşağı edir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Təkəbbürlü Olmağin Səbəbləri
  • Təkəbbürün Insanin Ruhuna Təsirləri
  • Təkəbbürün Insan Orqanizminə Mənfi Təsirləri
  • Gizli Təkəbbür
  • Quranda Verilən Təkəbbür Nümunələri
  • Firon
  • Qarun
  • Haman
  • Hz. İbrahim'in Atası
  • Əbu Ləhəb
  • Bağ Sahibi
  • Qövmlərin Başçilari
  • Allah`i Inkar Edən Qövmlər
  • Möminlərin Təvazökarliği
  • Təkəbbürlü Olub Din Əxlaqina Uyğun Yaşamaq Mümkündürmü?
  • Təkəbbürlü Insanlarin Axirətdəki Vəziyyəti
  • Təkəbbürlü Insanlarin Yoldan Çixardiği Adamlarin Axirətdəki Vəziyyəti
  • Nəticə