Allah Quranda təkəbbürlü insanlar haqqında buyurarkən «Firon təkəbbürlü» bu insanların aqibətinin nə olacağını da bildirmişdir. Allah Öz ayələrində belə hökm edir:
«Ona: «Allah`dan qorx!» deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!» («Bəqərə» surəsi, 206).
Quranda da bildirildiyi kimi, dünya həyatını Rəbbimizə qarşı təkəbbür göstərməklə yaşayan belə insanların axirətdə alacağı cavab yalnız cəhənnəm olacaqdır. Bunu təsbit edən ayələr aşağıdakı kimidir:
«Bu sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir! Girin cəhənnəmin qapılarına orada əbədi qalmaq üçün! Təkəbbürlülərin sığınacağı necə də pisdir!» («Mumin» surəsi, 7576).
Bu dünyada əllərində olan sərvət və imkanlar sayəsində öz həddini aşan, bütün bunlara güvənərək yollarını azan təkəbbürlü insanlar böyük səhvə yol verirlər. Onlar axirətdə başlarına nələrin gələcəyi haqqında heç düşünmür, özlərinə aid etmədikləri, özlərini uzaq hesab etdikləri axirət əzabına gözləmədikləri bir anda düçar olurlar. Bu dünyadakı qİsa ömürlərində Allah`ı, hesab verəcəkləri anı və qiyamət gününü düşünməmələrinin müqabilində onlar cəhənnəmə sövq edilirlər. Bura əbədi hesab etdikləri həyatlarının bundan sonrakı hissəsini keçirəcəkləri məskəndir. Allah`ı və axirəti yaddan çıxaran bu insanların axirətdə düşəcəkləri vəziyyət Quranda belə bildirilir:
«Onlara belə deyiləcək: «Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin məskəniniz cəhənnəmdir. Sizə kömək edənlər də olmayacaqdır! Bu ona görədir ki, siz Allah`ın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!» Bu gün onlar çıxarılmayacaq və onlardan heç bir üzrxahlıq qəbul olunmayacaqdır!» («Casiyə» surəsi, 3435).
Allah`ın ayələrini lağa qoyduqları və dünya həyatına qapılaraq axirəti unutduqlarına görə sürüklənib cəhənnəmə salınan bu insanların hamını məsxərəyə qoyub ələ salmasının əsas səbəbi onların təkəbbürlü və lovğa olmalarıdır. Onları bu vəziyyətə də elə öz təkəbbür və lovğalıqları gətirmişdir. Çünki axirət həyatı onların indiyədək haqqında heç bir şey eşitmədikləri bir məsələ deyildi. Allah bunu həmin adamlara onlar hələ bu dünyada olduqları zaman Öz elçiləri və Kitabları vasitəsilə dəfələrlə xatırlatmışdı. Lakin onlar təkəbbür göstərdikləri üçün bu nəsihətləri dinləməmiş və onlardan üz döndərmişdilər. Nəticədə isə öz davranış və əməlləri səbəbi ilə qazandıqları cəzaya layiq olur və bu cəzanı çəkirlər:
«Xeyr, Mənim ayələrim sənə gəlmişdi, amma sən onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun!»« («Zumər» surəsi, 59).
Təkəbbürlü insanların ölməsi ilə birlikdə başlayacaq əbədi cəhənnəm həyatı, qiyamət günündəki vəziyyətləri, çəkəcəkləri əzablar Quranda birbir ifadə və təsvir edilmişdir. Bu insanların axirətdəki vəziyyəti Allah`a qarşı təkəbbür göstərən və ya ruhlarında belə bir təhlükə daşıyan hər bir kəsə nəsihət olsun deyə kitabın bu fəslində ayrıayrı başlıqlar altında nəzərdən keçirilir.
Dünya həyatında təkəbbür göstərənlər cəhənnəmdə bunun cəzasını çox alçaldıcı və təhqiramiz bir əzabla görəcəklər. Onlar böyük bir fiziki (cismani) əzabla yanaşı həm də mənəvi əzabla alçaldılıb təhqir olunacaqları bir aqibətlə qarşılaşacaqlar. Dünya həyatında təkəbbür göstərib lovğalanmağın cəzası cəhənnəmdə yaşanacaq əbədi rəzalət və təhqirdir:
«Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün onlara belə deyiləcəkdir: «Siz dünya həyatınızda nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!»« («Əhqaf» surəsi, 20).
Allah belə təkəbbürlü adamları onların dünyada ikən ən çox nifrət etdiyi, heç xoşlamadığı vəziyyətlərə salır. Onlar odun içində üzü üstə sürüklənmək kimi alçaldıcı və təhqiramiz bir vəziyyətlə qarşılaşacaqlar. Oda girməyin özü əslində böyük bir əzabdır, lakin təkəbbürlü insanlar üçün odun içində üzü üstə sürüklənərək alçaldılmaq daha ağır bir əzabdır. Ayələrdə belə buyrulur:
«Xeyr, insan azğınlıq edər. Özünün dövlətli olduğunu gördüyü üçün! Axı sənin axır dönüşün Rəbbinədir! Gördünmü o kimsəni ki, mane olur. Bir bəndəyə namaz qıldığı vaxt? Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik. Özü də yalançı, günahkar kəkilindən!» («Ələq» surəsi, 610; 1516).
Yuxarıdakı ayələrdə insanın azğınlaşaraq özündənrazı davranmasından, yəni təkəbbüründən bəhs edilmişdir. Həmçinin ayədən də aydın olduğu kimi, təkəbbürlü insanın bu azğınlığının ən bariz təzahürü onun iman gətirən möminlərə mane olmağa çalışmasıdır. Başqa bir ayədə isə bu dünyada özünü yüksək tutub üstün və qürurlu yaşayan lovğa insanların cəhənnəmdə bunun tamamilə əksinə olan bir vəziyyətə düşəcəkləri bildirilir:
«Onu tutub cəhənnəmin tən ortasına sürüyün! Sonra başına əzab olaraq qaynar su tökün! Bir dad görək! Sən ki çox qüvvətli, möhtərəm bir şəxs idin!» («Duxan» surəsi, 4749).
Beləliklə, təkəbbürlü insanların haqsız yerə lovğalanmasının nəticəsi məhz budur. Onların arxasınca qaçdığı, dördəlli yapışdığı dünyanın özü əslində müvəqqətidir. Əllərində nə qədər sərvət olsa da onların hamısı bir gün tükənib bitir, dünya həyatına aid olan bütün zövq və gözəlliklər arxada qalır. Halbuki axirət həyatı əbədidir. Həmçinin var olan hər bir şeyin sahibi Allah`dır. Allah bu dünya həyatında insanlara verdiklərini onları yalnız sınamaq üçün verir. Rəbbimiz bütün bu nemətləri insanlara onların dünyada Allah rizasını axtarıb şükr edənlərdən olacağını yoxsa nankorluq edib inkarçılıq mövqeyində dayanacağını sınamaq üçün verir. Verilən bu nemətlər qarşısında lovğalanıb təkəbbür göstərməyi üstün tutan insanların bunun müqabilində alacağı cəza isə umduqlarının tam əksinə olan təhqiramiz bir əzab olacaq.
Təkəbbürlü insanların ən çox öyündükləri məsələlərdən biri də öz fiziki xüsusiyyətləri və cismani gözəllikləridir. Bu səbəbdən də öz gözəllikləri ilə öyünüb lovğalanan adamların axirətdə ən çox qorxduqları şey onların başlarına gəlir. Onlar çirkin hala salınır, üzləri qapqara olur:
«Bu dünyada onlara lənət damğası vurduq, qiyamət günü isə onlar çirkin kimsələr olacaqlar» («Qəsəs» surəsi, 42).
Ayələrdə ifadə edildiyinə görə, Allah`a qarşı təkəbbür göstərənlər əbədi olaraq cəhənnəmdə qalacaq və oradan heç bir vasitə ilə çıxa bilməyəcəklər. Həmin insanların cəhənnəmə daxil olmalarının səbəbi kimi də onların təkəbbürlülük etmələri göstərilir. Allah onların bu təkəbbür və lovğalığını əbədi cəhənnəm əzabı ilə cəzalandıracağını ayələrdə belə xəbər verir:
«Girin cəhənnəmin qapılarından orada əbədi qalmaq üçün! Təkəbbürlülərin sığınacağı necə də pisdir!» («Mumin» surəsi, 76).
«Haydı, girin əbədi qalacağınız cəhənnəmin qapılarından. Təkəbbürlülərin məskəni necə də pisdir!»« («Nəhl» surəsi, 29).
Şübhəsiz ki, hətta gözlə görməyə belə dözməyin qeyrimümkün olduğu cəhənnəm əzabında milyard, trilyon illərlə qalmaq, bunun yenə də bitməyəcəyini və əbədi olaraq davam edəcəyini bilmək insanın hətta təxəyyülünə də sığmayan bir haldır. Belə bir əzabla cəzalandırılmaqdan da böyük və ağır cəza ola bilməz. Həmçinin bu əzab şiddətinə görə insanda yox olmaq arzusu yaradacaq, dünya həyatındakı hər bir hərəkətinə və davranışına görə onu utandırıb hədsiz şəkildə alçaldacaq bir əzabdır.
Təkəbbürlü insanların bu dünyada yaşayarkən bütün hakimiyyət və gücün Allah`ın əlində olduğunu unudaraq öz sərvətləri və övladları ilə öyünmələri və bu səbəbdən də lovğalanmaları aşkar bir həqiqətdir. Halbuki bütün bunlar sadəcə olaraq Allah`ın insanları sınağa çəkmək üçün verdiyi müvəqqəti nemətlərdir. Əbədi olan və Allah dərgahında məqbul sayılan yeganə üstünlük ölçüsü isə «təqva»dır. Bu barədə Quranda «Allah yanında ən hörmətli olanınız Allah`dan ən çox qorxanınızdır» («Hucurat» surəsi, 13) deyə bildirilir. Buna baxmayaraq təqvada deyil, Allah`a üsyan etməkdə yarışan insanlar nə qədər böyük səhv etdiklərini qiyamət günü biləcəklər, çünki axirətdə bunların heç birinin dəyəri olmayacaq:
«O gün ki, nə maldövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allah`ın hüzuruna gələn kimsədən başqa!» (O gün) cənnət Allah`dan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar. Cəhənnəm də azğınlara göstərilər» («Şuəra» surəsi, 8891).
Təkəbbürlü insanların ən çox öyündükləri məsələlərin başında onların əsilnəsilləri və övladları gəlir. Quranda bir çox insanların onları Allah`ın yaratdığını unudaraq sahibləndikləri övladlarından və nəsillərindən qiyamət günü qaçacaqları bildirilir:
O gün insan qaçacaq öz qardaşından;
Anasından, atasından;
Zövcəsindən və oğullarından!
O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır!» («Abəsə» surəsi, 3337).
Ayələrdə həmçinin nəsilləri ilə öyünən insanların qiyamət günü «əsilnəsil» kimi bir anlayış tanımayacaqları və onları tamamilə unudacaqları, qohumlarından və övladlarından heç bir fayda görə bilməyəcəkləri də ifadə edilir:
«Nə qohuməqrabanız, nə də oğuluşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi birbirinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!» («Mumtəhinə» surəsi, 3).
Dünyada olarkən əllərindəki sərvətlərlə lovğalanan insanların vardövlət yığıb toplamalarının da onlara heç bir fayda verməyəcəyi «Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: «Sizə nə yığdığınız maldövlət, nə də təkəbbürünüz fayda verdi», deyəcək» («Əraf» surəsi, 48) ayəsi ilə bizə bildirilmişdir. Bütün sərvətlərin Allah`a məxsus olduğunu dərk etmədiklərinə görə özlərini gücqüdrət sahibi sayan insanlar axirətdə əsl həqiqətləri görəcək, hər şeyin mütləq sahibinin Allah olduğunu dərk edəcəklər. Həmçinin onu da biləcəklər ki, axirət günündə nə bu dünyada sahib olduqları vardövlətləri, nə sərvətləri, nə də gücləri onları dəhşətli əzabdan xilas etmək üçün kifayət deyil:
Və elə zənn edər ki, maldövləti onu əbədi yaşadacaqdır.
Xeyr! O mütləq Hutəməyə atılacaqdır!
Sən nə bilirsən ki, Hutəmə nədir?!
O, Allah`ın yanar odudur.
Elə bir od ki, ürəkləri yandırıbyaxar.
O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir» («Huməzə» surəsi, 28).