Şeytanın təkəbbür göstərməsi və buna görə də Allah`ın hüzurundan qovulması Quranda insanlara bir ibrət kimi göstərilir. Bu kitabın girişində də toxunduğumuz kimi, Allah Hz.Adəmi yaratmış və mələklərə ona səcdə etmələrini əmr etmişdi. Mələklər Allah`ın əmrini yerinə yetirdikləri zaman cinlərdən olan İblis Hz.Adəmə səcdə etməmişdi. O, özünün insandan üstün yaradıldığı iddiasını irəli sürmüş və itaətsizlik nümayiş etdirmişdi. Bu hərəkəti də onun Allah`ın hüzurundan qovulmasına səbəb olmuşdu.
Quranda şeytan haqqındakı hekayədə İblisin Allah`a qarşı çıxmasının səbəbi belə izah edilir:
«Allah: «Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?» deyə buyurdu. (İblis:) «Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!» dedi» («Əraf» surəsi, 12).
İblis özünün daha üstün varlıq olması iddiasını irəli sürərək insana səcdə etməyi rədd edir. Lakin onun üsyan etməsinin əsasında dayanan arqument çox çürük və mənasızdır. O, özünün oddan, insanın isə palçıqdan yaradıldığını bildirir və odun palçığa nisbətən daha üstün bir maddə olması fikrini irəli sürür. Yəni onun təkəbbür göstərməsinin səbəbləri iki maddə arasında olan fiziki quruluş fərqinə söykənir. Lakin palçıqdan yaxud da oddan yaradılmalarından asılı olmayaraq həm İblis, həm də insan Allah tərəfindən yaradılmış varlıqlardır. Yaradılmış varlığın özünün yaradıldığı maddəni əsas götürməklə onu Yaradanın əmrinə qarşı çıxması həm böyük bir ağılsızlıq, həm də böyük bir nankorluqdur.
Bunlarla yanaşı İblisin özünü üstün hesab etdiyi məqam diqqətlə incələnəndə onun hətta zahirən də nə qədər yanıldığı, gümanının nə qədər səhv olduğu asanlıqla aydın olur. Od palçıqdan zahirən daha parıltılı və nəzərəçarpan ola bilər, lakin torpağın tərkibi bir çox mineral və maddələrlə zəngindir. Bütün qiymətli maddələr və daşlar torpağın tərkibindədir. Allah diləməsə, torpaq asanlıqla sıradan çıxmaz, yox olmaz, lakin od bir anda sönə bilər. Torpağın başqa bir üstün xüsusiyyəti də var. Belə ki, torpaq odun üzərinə atılanda onu söndürür.
Bütün bunları hələ bir kənara qoyaq, Allah`ın verdiyi hökmün çəkçevirə salınmasından, safçürük edilməsindən, onun müzakirəyə çıxarılmasından hansı səbəblə olursaolsun söhbət belə gedə bilməz. Lakin İblisin təkəbbürü onun ağıllı davranmamasına, bütün varlıqların tək və şəriksiz Yaradıcısı olan Uca Allah`ın yüksək qüdrətini dərk etməməsinə, Onu lazımınca təqdir edib qiymətləndirməməsinə səbəb olmuşdur. Bu ağılsızlığının bir nəticəsi kimi də sadə bir fiziki fərq onun aldanması üçün kifayət etmişdir. İblis Allah`ın hüzurunda olmasına, cənnətdəki gözəlliyi və cəhənnəmdəki əzabı bilməsinə baxmayaraq təkəbbüründən irəli gələn bu aldanışı onun öz Yaradanının əmrinə qarşı çıxmasına səbəb olmuşdur:
«Yadına sal ki, bir zaman mələklərə: «Adəmə səcdə edin!» deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etdilər. İblis: «Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!» demişdi» ("İsra» surəsi, 61).
Ayədəki son ifadə İblisin nə qədər təkəbbürlü olmasının göstəricisidir. Başqa birisinin yüksəldilməsi, özünün isə arxa planda qalması, hətta həmin o kimsəyə səcdə etməsinin ondan tələb olunması İblisin həmin ana qədər öz daxilində gizlətdiyi təkəbbür hissini üzə çıxardı. İblis belə bir halın ona verdiyi şüursuzluq içində də Allah`a qarşı çıxdı, Uca Yaradanı lazımınca təqdir edə bilmədi, Ona qarşı hörmətsiz davrandı (Allah`ı bunlardan uzaq tuturuq). Bu hərəkətinə görə Allah Quranda şeytana belə buyurur:
«Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?» («Səd» surəsi, 75)
Şeytanın özünü yüksəltmək üçün Allah`a qarşı qaldırdığı üsyan tərsinə çevrilərək onun elə öz başında çatladı. Allah şeytanın batil yoluna tabe olan bütün təkəbbürlü insanlara ibrət olsun deyə şeytanı alçaltdı və onu cənnətdən qovdu:
«Allah buyurdu: «Oradan rüsvay olmuş və qovulmuş halda çıx. Onlardan hər kim sənə uysa, əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!» («Əraf» surəsi, 18).
Ayələrdən də gördüyümüz kimi, şeytanın ən böyük ağılsızlığı onun öz məntiqsizliyi ilə şərhlər verməsi və bunları həqiqət kimi qəbul etməsidir. Belə bir məntiqsizlik şeytanın felinə uyan və içində «şeytani təkəbbür» daşıyan hər bir insanda rast gəldiyimiz başlıca cəhətlərdən biridir. Təkəbbürün insanı nə dərəcədə kor etməsi şeytanın və ona tabe olanların onları yaradan sonsuz qüdrət sahibi Allah`a qarşı üsyan etmələrindən də aydın şəkildə görünür. Bütün hadisələri yalnız bir nöqteyinəzərdən, öz mənfəəti və razılığı çərçivəsində qiymətləndirən bir insanın bəsirət gözünün tamamilə kor olması da çox təbii haldır. Belə insanlar hər şeyi olduğundan daha fərqli şəkildə qəbul edir və tam əksinə olan şərhlər verirlər.
Şeytanın məntiqsiz düşüncəsinə əsasən onun alçalmasına insan səbəb olmuşdur. O da Allah`ın hüzurundan qovulmazdan əvvəl bu vəziyyətə düşməsinə səbəb olan insanı özü kimi azdırıb ondan intiqam almaq üçün Allah`dan müəyyən bir möhlət istəmişdi. Beləliklə, şeytan qısqandığı, özündən üstün olmasını istəmədiyi insanı müxtəlif yollarla doğru yoldan azdıracaq və bu, onun Allah qarşısında təkəbbür göstərməsinə səbəb olacaqdı. Şeytan özü alçaldıldığı bir halda insanın üstün olması onun təkəbbürünə sığışmayan bir vəziyyətdir. Quranın şeytan haqqında olan hekayəsində bu hadisə belə bildirilir:
Allah buyurdu: «Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Çıx, çünki sən alçaqlardansan!»
İblis dedi: «Mənə qiyamətə qədər möhlət ver!»
Allah buyurdu: «Sən möhlət verilənlərdənsən!»
İblis dedi: «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra Onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!» («Əraf» surəsi, 1217).
Bu hadisədən sonra İblisin insana qarşı mübarizəsi başlandı. Bundan sonra İblis ona verilən möhlət ərzində insanları Allah yolundan çəkindirəcək, bu məqsədlə də hər bir yoldan istifadə edəcək və insanların əksəriyyətini özünə tabe edəcəkdi. Belə ki, Quranda həqiqətən də əksər insanların şeytana tabe olduğu və bu səbəbdən də çox alçaldıldığı bildirilir. Həmin andan sonra İblis insan nəslindən olan bir çoxlarını yolundan azdırdı və öz tərəfinə çəkdi. Onun özü kimi cinlərdən də bir çox köməkçiləri oldu.
İblisin köməkçiləri olan bu cinlər və insanlar da onun kimi şeytani sifətə malikdirlər. «Şeytan» sözünün kökü «uzaq olmaq» kəlməsindən gəlir və bu söz təkəbbür göstərərək Allah`ın rəhmətindən qovulub uzaqlaşdırılmış hər bir yolundan azmış və günahkar olan bəndənin əsl sifətini müəyyən və ifadə edir. Bu cin və insanlar İblisin yolu ilə gedir, özləri təkəbbür göstərərək yoldan azdıqları kimi başqa insanları da düz yoldan azdırmaq istəyirlər. Quranda həmin cin və şeytanlardan belə bəhs olunur:
«Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə birbirinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!» («Ənam» surəsi, 112113).
Şeytanın təkəbbürü eyni zamanda onun yoldan azdırdığı, özünə tabe etdiyi, özünə bənzətdiyi insanların da ən böyük əlamətidir. Təkəbbür şeytanın möhürü və imzası kimi bir şeydir. Şeytan öz nəzarəti altına aldığı, özünə tabe etdiyi adamları məhz bunun vasitəsilə damğalayır.
Buradan da aydın olduğu kimi, öz təkəbbürü səbəbi ilə Allah`ın hüzurundan qovulmuş şeytanın sözügedən xəstəliyi insanlar üçün böyük bir təhlükə törədir. Çünki şeytan insanı özünə yaxınlaşdırmaq üçün ilk növbədə öz xəstəliyini bu insanlara yoluxdurur. Lovğalıq və təkəbbürlülük kimi pis xəstəliyə tutulan insanın ağlı və şüuru qapalı olur, onun bəsirət gözü kor olur. Bu səbəbdən də möminlər Quranda şeytanın tamamilə əksinə olaraq sadəliyə, səmimiliyə və gözütox olmağa sövq edilmişlər:
«...Sizin tanrınız yalnız bir olan Allah`dır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver!» («Həcc» surəsi, 34).
Şeytanın təsiri müxtəlif formalarda ortaya çıxa bilər. Məlum olduğu kimi, şeytan Allah`ın ona verdiyi nemətlərdən Rəbbimizə yaxınlaşmaq və Ona şükr etmək üçün istifadə etmək əvəzinə elə həmin nemətlər sayəsində azğınlaşıb yoldan azmışdır. Şeytan Allah`ın sadəcə olaraq bircə dəfə diləməsi ilə onu yox edəcəyini düşünmədən Allah`ın əmrinə qarşı çıxmışdır. Bu xüsusiyyət şeytana tabe olan insanlarda özünü daha açıq şəkildə büruzə verir. Məsələn, bir insan zahirən dinə xidmət etmiş kimi görünə bilər. Lakin insan bu xidməti ona yalnız Rəbbi tərəfindən verilmiş və nəticədə ona Allah`ın razılığını qazandıracaq bir imkan kimi qiymətləndirməlidir. Əks halda insanın bunu Allah`ın nəzarəti olmadan, öz gücünə əldə etdiyi bir uğur kimi təsəvvür etməsi və bununla öyünməsi səhv olardı. Çünki əldə etdiklərini özünə aid etmək və malik olduğu xüsusiyyətlərlə lovğalanıb öyünmək şeytana və ona tabe olanlara xas olan bir cəhətdir. Belə ki, malik olduğu zənginliyi öz şəxsi əməyinin nəticəsi sayan, bununla lovğalanıb «Bu mənə yalnız məndə olan elm sayəsində verilmişdir» («Qəsəs» surəsi, 78) deyən Qarun yolundan azması səbəbi ilə Allah tərəfindən cəzalandırılmış insanlara dair mühüm bir örnəkdir.
Unutmaq olmaz ki, şeytan insana özünü hiss etdirmədən, yəni çox hiyləgərcəsinə yaxınlaşır. O bu zaman lazım gələndə çox asta şəkildə, ehtiyatla hərəkət edir, tələsmir. Özünü yüksək tutmaq kimi təlqinini insanlara uzun müddət ərzində və bir çox müxtəlif hadisənin timsalında çox astaasta edə bilir. Əgər insan şeytanın bu üsulu qarşısında ayıqsayıq olmasa, həmin təlqinlərin təsiri bir müddət sonra getgedə artıb böyüyəcək. Məsələn, əldə edilən kiçik bir müvəffəqiyyətdən sonra şeytan insana mütləq müəyyən şeyləri təlqin etmək istəyəcək. Həmin təlqinlər nəticəsində insanlar ola bilsin ki, «bu işi mən gördüm, mən çox bacarıqlıyam, çox qabiliyyətliyəm» kimi bəzi ifadələri işlətməsinlər. Lakin şeytanın burada işə saldığı taktika həmin sözləri açıq şəkildə dedizdirmək əvəzinə o hissləri insanın qəlbinə salıb ona daxilən təsir etməyə çalışmaq kimi bir hiyləyə əl atmaqdan ibarətdir. Əgər insan bu müvəffəqiyyətin tək sahibinin Allah olduğunu qəlbən hiss etməsə, o, şeytanın arasıkəsilməz vəsvəsələri, hiylələri və təlqinləri nəticəsində bir müddət sonra bütün uğurların yalnız özünə aid olmasına qəlbən inanmağa başlayacaq.
Insanın həmin ruhi vəziyyəti bir qədər də davam edərsə, təkəbbür onun bütün xarakterinə hakim kəsiləcək. Artıq yalnız öz bildiyini edən, özü göstəriş verən, «öz əli öz əməli» olan, ağlını başqa insanların ağlından üstün tutan bir insan tipi ortaya çıxmış olur. Yəni insanın daxilindəki özünü üstün tutma mərəzi üzə çıxır. Belə bir psixologiyaya qapılan insanın ruhunda zaman keçdikcə çox ciddi zədələr əmələ gəlir. Bir müddət sonra isə onun qəlbi Allah`ın ayələrinə qarşı etinasız olur. Belə ki, Quranda yalnız təkəbbür göstərməyənlərin Allah`ın ayələrinə iman gətirə biləcəkləri bildirilir:
«Bizim ayələrimizə ancaq ayələrimizlə öyüdnəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmdsəna ilə təqdis edənlər iman gətirərlər («Səcdə» surəsi, 15).
Təkəbbürə meylli, lovğalıq dolu qəlblərdə şeytanın təsiri daha böyükdür. Allah`ın qüvvəsini tanıyacaq bir imana və ağıla malik olan insanlar (Quranda insanların əksəriyyəti bu qrupa aid edilir) şeytanın addımlarına uymuş və onun firqəsinə çevrilmişlər. Ayədə bu insanlardan belə bəhs edilir:
«Şeytan onlara hakim olmuş və Allah`ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, ziyana uğrayanlar məhz onlar şeytanın firqəsidir!» («Mucadələ» surəsi, 19).
Şeytanın arxasınca gedənlər və ona aldananlar ən böyük çaşqınlıqla əlbəttə ki, axirətdə rastlaşacaqlar. Çünki onlar həm cəhənnəmlə qarşılaşacaq, həm də şeytan orada onları tək qoyacaq. O zaman həmin insanlar şeytanın yalnız boş vədlər verdiyini, onun sözlərinin yalandan başqa bir şey olmadığını görəcəklər. Lakin onda çox gec olacaq, çünki şeytanın onları aldatdığı məlum olmuşdur, indi onları cəhənnəm əzabı gözləyir. İşişdən keçdikdən sonra şeytan belə deyir:
«Iş bitdikdə şeytan belə deyəcək; «Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalimləri şiddətli bir əzab gözləyir!» ("İbrahim» surəsi, 22).