«Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: «(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah qürrələnib sevinənləri sevməz!» («Qəsəs» surəsi, 76).
Ayələrdən də aydın olduğu kimi, Qarunun doğru yoldan azmasına və təkəbbür göstərməsinə səbəb olan amil də vardövlət idi. Allah Qarunu sınağa çəkmək üçün ona böyük xəzinə vermişdi. Bütün təkəbbürlü insanlar kimi Qarun da bu vardövlət hesabına azğınlaşaraq yolunu azmışdı. Qarun bütün malmülkün yalnız Allah`a məxsus olduğunu və onları istədiyi vaxt geri alacağını yaddan çıxarmış, bütün bu sərvətlərin Allah tərəfindən onu sınamaq üçün verildiyini anlaya bilməmişdi. Təkəbbürlü olması səbəbi ilə bunlara layiq olduğunu, bunların ona bəzi üstün xüsusiyyətlərə görə verildiyini düşünmüşdü:
«Dedi: «Bu məni yalnız məndə olan elm sayəsində verilmişdir». Məgər o Allah`ın ondan əvvəl özündə daha qüvvətli və daha varlı olan neçəneçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğusual olunmazlar» («Qəsəs» surəsi, 78).
Təkəbbürlü insanların azğın dünyagörüşü məhz belədir. Onlar hər şeyi verən qüvvə Allah olduğu halda Ona şükr etmək və ya Ondan bağışlanma diləmək əvəzinə təkəbbür göstərməyi üstün tuturlar. Bütün bu nemətlərin hər an əllərindən çıxa biləcəyini isə hətta ağıllarına da gətirmirlər. Halbuki yuxarıdakı ayədə də ifadə edildiyi kimi, Allah Qarundan daha varlı və güclü olan bir çox insanları təkəbbürlülük etdiklərinə görə məhv etmişdir. Qarunu da onun bənzədiyi insanlar kimi məhz təkəbbürü səbəbi ilə bu dünyada ikən cəzalandırmışdır. Qarun özünü elə öz gözündə böyütdüyü kimi qüvvətli olsaydı, şübhəsiz ki, ən əvvəl özünə kömək edərdi. Lakin nə etibarı, nə maldövləti, nə camaatı, nə də öyündüyü biliyi onu Allah`dan gələn əzabdan xilas etməmişdi:
«Nəhayət, onu sarayı ilə birlikdə yerə gömdük. Allah`a qarşı ona yardım edə biləcək bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. Dünən onun yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: «Vay! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!»« («Qəsəs» surəsi, 8182).