Bütün kitab boyunca izah olunduğu kimi, təkəbbürlü və lovğa insanların ən başlıca xüsusiyyəti onların özlərinin yaradılmış, deməli, ölümlü varlıqlar olduqlarını və həyatlarının sonunda bir gün mütləq öləcəklərini yaddan çıxarmaları, Allah qarşısında çox aciz və yazıq olmaları haqqında heç düşünməmələridir. Belə insanlar düşdükləri şəraitdən asılı olmayaraq boş bir təkəbbür hissinə qapılmaq üçün evlərinin gözəlliyi, onun içində olan əşyalar, avtomobilinin markası və ya modeli, geyiminin keyfiyyəti, saçının uzun və sıx olması, gözünün rəngi, boyunun uzunluğu, fiziki gözəlliyi, cəmiyyətdə tutduğu mövqe, şöhrət, familiyasının məşhurluğu və s. bu kimi səbəblər tapa bilirlər.
Lakin onlar heç düşünmürlər ki, «Hər bir kəs ölümü dadacaqdır» («Ali-imran» surəsi, 185) ayəsində də qeyd olunduğu kimi, bir gün mütləq torpağın altına gedəcəklər. Onların dəyərli hesab etdikləri hər şey də özlərinin ardınca yox olacaq, yüksək qiymət verdikləri bədənləri çürüyəcək və ondan yalnız bir sümük yığını qalacaq, ən son model avtomobil adlandırdıqları metal yığınları isə bir neçə on ildən sonra işə yaramayacaq bir vəziyyətə düşərək paslanacaq, şöhrətləri, mövqeləri və nüfuzları bəlkə də bir neçə ildən sonra heç kim tərəfindən xatırlanmayacaq. Hətta aradan yüz il keçdikdən sonra dünyada onları tanıyan bir nəfər də olsun adam qalmayacaq. Bu adamların bütün bunları dərk edə bilməməsi, eyni zamanda bu məsələlər barədə heç düşünməməsi onların əslində nə qədər dar düşüncəyə malik olmasının, daha doğrusu, ağılsız insanlar olmasının bir əlamətidir.
Lakin ağılsızlıq böyük bir aldanış içində olan həmin insanlar üçün yüngülləşdirici bir səbəb deyil. Çünki Allah hər bir insanı yaratmış və ona iki yol, iki məqsəd təqdim etmişdir. Belə ki, insan Allah`a qəlbən bağlı olan bir bəndə kimi bütün həyatını əbədi gözəlliklər məskəni olan cənnət uğrunda savab qazanaraq keçirə yaxud da öz nəfsini ilahiləşdirərək Rəbbinə qarşı təkəbbür göstərə bilər. Birinci halda Allah onun ağlını artırır, ikinci halda isə ağlını əlindən alır. İblis kimi təkəbbür göstərib lovğalanan insanlar məqsəd olaraq ikinci yolu seçmişdilər. Üstəlik onlar hər dəfə xəbərdar edilsələr də inadkarlıq göstərməkdə davam etmiş və Allah`a qarşı çıxmışdılar. Belə insanlar ayələrin birində aşağıdakı kimi qiymətləndirilir:
«« («Loğman» surəsi, 7).
Təkəbbürlü olmaları səbəbi ilə Allah qarşısında lovğalanan və Onun ayələrindən üz çevirən bu insanlar belə davranışlarının əvəzini həm bu dünyada, həm də axirətdə alacaqlar. Bu davranışları onlara heç bir fayda vermədiyi kimi onların cəhənnəmə sürüklənməsinə də səbəb olacaq:
«Onlar cəhənnəmə üzü üstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir» («Furqan» surəsi, 34).
Möminlər isə özlərinə birinci yolu məqsəd seçmişlər. Onlar Allah`a hörmət və itaətkarlıq göstərir, başqa möminlərə münasibətdə sadə davranırlar. Çünki onlar Allah`ın sonsuz qüdrəti qarşısında özlərinin kiçik və aciz olduqlarını bilirlər. Eyni zamanda möminlər malik olduqları sərvətin və müsbət cəhətlərin də onlara Allah tərəfindən müvəqqəti müddət ərzində sınağa çəkilmələri üçün verildiyini bilirlər. Onlar bu imkanlarından başqa insanlara qarşı üstünlük vasitəsi kimi istifadə etmirlər. Təvazökar insanlar həm öz çatışmazlıq və qüsurlarını, həyatlarının ölümlə bitəcəyini, hətta ən kiçik mikroba da asanlıqla məğlub ola biləcəklərini, həm də başqalarının da onlar kimi aciz qullar olduqlarını bilirlər. Onlar eyni zamanda Allah dərgahındakı üstünlüyün yalnız təqva (Allah qorxusu) ilə olduğuna inanırlar. Bu səbəbdən də başqa heç bir şeyi həyatlarında ölçü meyarı kimi qəbul etmirlər.
Məhz bu insanlar Quranda ifadə olunan «düşüncə sahibləri»dir. Allah onlara «haqlanahaqqı ayırd edən» anlayış («Ənfal» surəsi, 29) verib və onlar bu şüurla dünya həyatının çox qİsa olduğunu anlayır, axirət üçün, cənnətə qovuşmaq üçün hazırlıq görməyin zəruriliyini dərk edirlər. Bu səbəbdən də nəfslərində olan təkəbbür göstərib lovğalanmaq arzusunun qarşısını da tamamilə alır, şeytani təkəbbür hissindən təmizlənirlər. Qurtuluşun yeganə yolu da elə budur.
İslamın müqəddəs ruhu ilə xristianlaqdakı eyni mənaya gəlirmi?
bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!»« («Bəqərə» surəsi, 286).