Hz. İbrahim'in Atası

Hz.İbrahimin atası bir çox başqa qövmlərdə olan inkarçı xüsusiyyətlərə malik idi. O, Allah qarşısında təkəbbür göstərən, elçiyə qarşı çıxıb ziddiyyət və çaxnaşma yaradan insanlardan biri idi. Din əxlaqını öz oğlundan öyrənmək bu təkəbbürlü insana ar gəlmiş və onu peyğəmbər kimi qəbul etmək istəməmişdi. Hz.İbrahim atasına dini gözəl bir dillə və hikmətlə təbliğ etmiş, onu bütlərə ibadət etməkdən çəkindirməyə çalışmışdı. Lakin onun bütün bu səmimi səylərinə baxmayaraq atasının davranışı olduqca sərt olmuşdu. Atası sadəcə olaraq Allah`a iman gətirdiyinə görə Hz.İbrahimdən imtina etmək istəmiş, hətta öz doğma oğlu olmasına baxmayaraq onu daşqalaq etməklə hədələmişdi:

«Kitabda İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğrudanışan kimsə bir peyğəmbər idi. O, bir zaman atasına belə demişdi: «Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan!» (Atası) dedi: «Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər bu hərəkətlərinə son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!»« («Məryəm» surəsi, 4146).

Bütün bu hədələrə baxmayaraq Hz.İbrahim yenə də Allah`ın haqq dinini təbliğ etməklə məşğul olmuş, atasının və qövmünün onun peyğəmbərliyini inkar etməsinə məhəl qoymayaraq Allah`a sadiq qalmış və onlardan uzaqlaşmışdı. Hz.İbrahimin bu nümunəvi və ibrətamiz davranışı Quranda Allah tərəfindən belə mədh edilir:

«Həqiqətən, İbrahim Allah`a müti, batildən haqqa tapınan bir ümmət idi. O heç vaxt müşriklərdən olmamışdı» («Nəhl» surəsi, 120).

«Sonra sənə: «Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!» deyə vəhy etdik» («Nəhl» surəsi, 123).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Təkəbbürlü Olmağin Səbəbləri
  • Təkəbbürün Insanin Ruhuna Təsirləri
  • Təkəbbürün Insan Orqanizminə Mənfi Təsirləri
  • Gizli Təkəbbür
  • Quranda Verilən Təkəbbür Nümunələri
  • Firon
  • Qarun
  • Haman
  • Hz. İbrahim'in Atası
  • Əbu Ləhəb
  • Bağ Sahibi
  • Qövmlərin Başçilari
  • Allah`i Inkar Edən Qövmlər
  • Möminlərin Təvazökarliği
  • Təkəbbürlü Olub Din Əxlaqina Uyğun Yaşamaq Mümkündürmü?
  • Təkəbbürlü Insanlarin Axirətdəki Vəziyyəti
  • Təkəbbürlü Insanlarin Yoldan Çixardiği Adamlarin Axirətdəki Vəziyyəti
  • Nəticə