Haman

Qurandan da bildiyimiz kimi, Haman Fironun yanında olan və Fironun əxlaqı və düşüncəsi ilə hərəkət edərək onun əmrlərini yerinə yetirən bir insan idi. O da Firon kimi təkəbbürlü və azğın olduğuna görə onunla eyni cərgədə olmuş və Fironu dəstəkləmişdi. Hz.Musa öz qövmünə peyğəmbər kimi göndəriləndə Haman da Fironla birlikdə onu yalançılıqda ittiham etmişdi. Bu məsələ Quranda belə təsvir olunur:

«Həqiqətən, Biz Musanı ayələrimizlə və açıqaydın bir dəlillə göndərdik. Fironun Hamanın və Qarunun yanına. Onlar isə: «Bu sehrbazdır, yalançıdır!» dedilər. Musa onların yanına dərgahımızdan haqq ilə gəldikdə onlar: «Onunla birlikdə iman gətirənlərin oğlanlarını öldürün, qadınlarını isə diri saxlayın!» dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar» («Mumin» surəsi, 2325).

Firon Allah`a qarşı azğın və çirkin bir tərzdə davrandığı zaman Haman da həmişə onun yanında olmuş və ona dəstək vermişdi. Hətta Fironun ən azğın fikirləri ilə də razılaşmış və Fironun ondan istədiyi hər şeyi yerinə yetirmişdi. Ayələrdə Fironun Hamana Allah`ı görmək üçün (bu ifadələrdən Allah`ın rəhminə sığınırıq) göylərə ucalan bir qüllə tikməyi əmr etməsindən bəhs olunur:

«Firon dedi: «Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, ora qalxıb bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!» («Qəsəs» surəsi, 38).

Lakin öz təkəbbürü səbəbilə Allah`ı və Onun elçisini tanımaq istəməyən Hamanın aqibəti də tabe olduğu insanların,şeytanın və Fironun,aqibəti ilə eyni olmuş, Allah Hamanı da Firon kimi həlak edərək ona təkəbbürün və lovğalanmağın labüd fəlakətli bir sonluqla bitməsinin acısını daddırmışdı:

«Biz Qarunu da, Fironu da, Hamanı da məhv etdik. Musa onların yanına açıqaydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə təkəbbürlük etdilər və sovuşa bilmədilər! Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə qızmar daş yağdırdıq, kimini dəhşətli səs yaxaladı, kimini yerə batırdıq, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər» («Ənkəbut» surəsi, 3940).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Təkəbbürlü Olmağin Səbəbləri
  • Təkəbbürün Insanin Ruhuna Təsirləri
  • Təkəbbürün Insan Orqanizminə Mənfi Təsirləri
  • Gizli Təkəbbür
  • Quranda Verilən Təkəbbür Nümunələri
  • Firon
  • Qarun
  • Haman
  • Hz. İbrahim'in Atası
  • Əbu Ləhəb
  • Bağ Sahibi
  • Qövmlərin Başçilari
  • Allah`i Inkar Edən Qövmlər
  • Möminlərin Təvazökarliği
  • Təkəbbürlü Olub Din Əxlaqina Uyğun Yaşamaq Mümkündürmü?
  • Təkəbbürlü Insanlarin Axirətdəki Vəziyyəti
  • Təkəbbürlü Insanlarin Yoldan Çixardiği Adamlarin Axirətdəki Vəziyyəti
  • Nəticə