Məlum olduğu kimi, Əbu Ləhəb Hz.Məhəmmədin (s.ə.v.) dövründə yaşamış, öz təkəbbürü, lovğalığı və azğınlığı ilə tanınan inkarçı birisi olmuşdu. Başqaları kimi varlı olması ilə də məşhur olan Əbu Ləhəbin həyat yoldaşı ilə birlikdə etdiyi hərəkətlərin müqabilində cəhənnəm əzabı ilə cəzalandırıldıqları Quranda bildirilir. Bu iki insanın təkəbbürünə cavab olaraq Allah onlara alçaldıcı cəzalar vermişdir. Məsələn, öz vardövləti və əslinəsli ilə öyünərək yaşadığı bu dünyada lovğa adamların bəyənməyəcəyi odun daşımaq kimi bir iş görmək təkəbbürlü insanları alçaldan işdir. Həmçinin boyunlarına bir kəndirin bağlanması da onların nəzərində təhqiramiz və alçaldıcı bir vəziyyətdir. Lakin Allah Əbu Ləhəblə arvadını axirətdə cəhənnəm odu ilə yanaşı həm də bu rüsvayçı vəziyyətə salaraq onları heç təsəvvürlərinə belə gətirmədikləri bir tərzdə alçaldıb. Əbu Ləhəbin və arvadının bu vəziyyəti onlardan sonrakı insanlara ibrət olsun deyə Quranda ayrıca bir surə şəklində bildirilir:
«Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Ona nə maldövləti fayda verəcək, nə də qazandığı... O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin! Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır!» («Məsəd» surəsi, 15).