İnsanlara Tapınma Dinindən Xilas Olmaq Üçün Düşünmək

Bütün kitab boyunca incəlikləri və nümunələriylə göstərdiyimiz insanlara tapınma dini, bu gün bir çox mənsubu, bir çox inananı olan batil bir dinə çevrilmişdir. İnsanların bir hissəsi, Allahın qüdrətini və axirətin yaxınlığını qavraya bilmədikləri üçün, bu batil dini və tətbiqlərini öz ağıllarınca çox məqbul qarşılayırlar. Halbuki bu əsassız din, onların həyatına qarışıqlıq, bədbəxtlik, qərarsızlıq kimi bir çox bəlanı gətirir, Allahın rizasını qazanmağa çalışmamağın yaratdığı sıxıntını həyatları boyu yaşamalarına səbəb olur. Qarşılarındakı insanların Allahdan müstəqil gücə sahib varlıqlar olduqlarını düşünən bu insanlar, həyatlarını onların razılığını qazanmaq üçün keçirərlər.

Halbuki insanın özü kimi yaradılmış varlıqlara ilahlıq isnad etmək kimi, böyük səhvliyə yol verməsi (Allahı tənzih edirik), onun bütün həyatı boyu insanlara kölə kimi bağlı yaşamasına və onların boyunduruğu altına girməsinə səbəb olar. Belələri insanlara özlərini bəyəndirmək üçün həqiqi xarakterlərindən savayı, səmimiyyətsiz, süni və çətin bir həyat yaşamaq məcburiyyətində qalarlar. Bunun nəticəsində isə, həyatları dözülməz hal alar. Hər anlarına narahatlıq, gərginlik və hüzn hakim olar. Bu batil sistemin cəmiyyətlər içində yayılması nəticəsində isə, insani heybəti olmayan, eyni bir fabrikdən çıxmış kimi bir-birinin surəti olan bir təsvirə, yanlış bir dünyagörüşünə və pis bir əxlaqa sahib, şüuru tam açıq olmayan, dialoqa keçilməsi olduqca çətin, söz anlamaz bir insan kütləsi ortaya çıxardar.

Bütün bunların səbəbi, insanların mütləq hakim olan Allahı tərk edib cahilcəsinə insanları ilahlaşdırmalarıdır (Allahı tənzih edirik). Allah, insanların başqa ilahlar qəbul etmələrindən ötrü dünyada fəsad, fitnə və qarışıqlıq çıxdığını Quranda belə xəbər verir:

İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar. (Rum surəsi, 41)

Kitab boyu bəhs etdiyimiz bu batil sistemin mürəkkəb və təsirliymiş kimi görünməsinə baxmayaraq, səmimi insan üçün bunlardan bir anda xilas olmaq olduqca asandır. Təməlində, böyük düşüncə tənbəlliyinə əsaslanan bu vəziyyəti aradan qaldırmaq üçün, izləniləcək ən təsirli yol, bu tənbəlliyə qarşı ciddi fikri mübarizə aparmaqdır.

Düşünmək, insanın özü və yaşadığı dünya barəsindəki həqiqətləri qavraması üçün, mühüm bir yoldur. Dərin düşünmək isə, insanın yeni və doğru bir dünyagörüşü formalaşdırmasına vəsilə olar. Səmimi şəkildə düşünən bir insan Allahın yaratmasındakı üstünlüyünü, Onun mütləq hökm sahibi olduğunu daha yaxşı qavrayar. Düşünmək; insanların qənaətinə nə qədər təsir göstərməyə və ya onları nə qədər razı salmağa çalışsa da, heç bir insanın Allahın təqdirindən kənara çıxa bilməyəcəyini görməsini təmin edər.

Həmçinin düşünmək insanın, Allahdan başqa bütün varlıqların, aciz və ölümlü olduğunu qəti şəkildə dərk etməsinə kömək edər. Bunlar kimi imani cəhətdən olduqca mühüm mövzuları düşünərək anlayan, ağlı başında bir insan üçünsə, insanları razı salmağa istiqamətli bu cahil dindən xilas olmaq çox asandır. Təkcə qısa müddət düşündükdən sonra, insanların nə dediyinə, nə düşündüyünə və ya necə olmasını istədiklərinə əhəmiyyət verməyən, yeganə meyarı Allahın rizasını qazanmaq olan, iradəsi güclü, olduqca şəxsiyyətli və şüurlu, Allahdan qorxan, gözəl əxlaqlı müsəlman olaraq həyatına davam edər.

Quranda bildirilən hz. Yusif (ə.s)-ın zindan yoldaşlarına etdiyi təbliğ bu mövzuda üzərində düşünülməli bir nümunədir. Ayələrdə belə buyurulur:

"Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, hər şeyə Qalib gələn Allah? Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir". (Yusif surəsi, 39-40)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • "Giriş: İnsanlara Tapınma Dini" Nədir?
  • İnsan Allaha Qulluq Etmək Üçün Yaradıldı
  • Şirk Qoşan Bir Cəmiyyət Hansı Vəziyyətə Düşər?
  • Bəzi Insanları Bu Batil Dini Yaşamağa Sövq Edən Yanlış Məntiqlər
  • İnsanlara Tapınma Dininin, "Desinlər"və "Deməsinlər" Qanunları
  • Qurandan Gözəl Bir Nümunə: Hz. Məryəm Xarakteri
  • İnsanlara Tapınma Dinindən Xilas Olmaq Üçün Düşünmək
  • Təkamül Yalanı