Bəzi insanlar, İslam dininin hökmlərini yerinə yetirmək, əmr və qadağalarına uyğun həyat tərzi yaşamaq mövzusunda könülsüz davranırlar. Lakin həmin bu insanlar, sanki insanları ilahlaşdıran (Allahı tənzih edirik) bir sistemin içində yaşamaq mövzusunda olduqca istəklidirlər. Məhz bu iki zidd vəziyyət, dərhal ağla insanlara tapınma dininin "insanları hansı vədlərlə aldatdığı" sualını gətirir. Bu sual üzərində düşündükdə isə, qarşımıza, belə insanların Allahın qüdrətini qavramaq məsələsində böyük çatışmazlıq içində olduqları həqiqəti çıxır.
Allahın gücünün sonsuzluğunu və kainatı yaratma məqsədini anlamayan insanlar, həyatlarını öz qoyduqları, Quran əxlaqına uyğun olmayan, cahil məntiqlərlə yaşamağa çalışırlar. Bu məntiqlər bir tərəfdən insanlara tapınma dininin əsaslarını meydana gətirərkən, digər tərəfdən insanların bu batil dini yaşamaq mövzusunda ortaya atdıqları bəhanələri meydana gətirər. Halbuki Allah Quranda yanlış səbəblər və məntiqlər irəli sürərək, küfrlərini öz aləmlərində qanuni göstərmək istəyənlər barədə; "onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?" (Maidə surəsi, 50) deyə bildirir.
Bu hissədə, insanların Allahın haqq dinini yaşamaq əvəzinə insanları razı salmağa istiqamətli batil dini yaşayarkən, hansı yanlış səbəblər gətirdiklərindən danışılacaq. Bu yanlış məntiqlərdən bəziləri belədir:
Allah insanların, həyatlarının hər anını, Quranda bildirdiyi hökmlər, əmrlər və qadağalar çərçivəsində nizamlamalarını istəyir. Quran, insanların doğrunu yanlışdan ayırd etməsini təmin edən, onlara gözəl və çirkin davranışların nələr olduğunu bildirən, Allahın razı olacağı və olmayacağı rəftarların hansılar olduğunu xəbər verən rəhbərdir. Bundan ötrü də, Allah Ənam surəsində insanların bu mübarək Kitaba tabe olmalarını belə əmr edir:
Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna. (Ənam surəsi, 155)
Lakin insanların böyük hissəsi həyatlarını Qurandakı hökmlər və əxlaq anlayışı çərçivəsində nizamlamazlar. Hətta Quranın Allahın əmrlərinin qeyd olunduğu və tabe olmalı olduqları bir kitab olduğunu belə düşünməzlər. Din əxlaqının və Quranın bütün həyatları üçün, nə qədər əhəmiyyətli olduğunu qavraya bilməzlər. Din əxlaqının ancaq bir neçə məhdud mövzuda həyatlarına yön verə biləcəyini zənn edərək yanılarlar. Çətinlik və sıxıntı içində qalmaları, böyük təhlükəylə üzləşmələri, ciddi və əzab verici narahatlıq hissi yaşamaları, öz gücləriylə yox edə bilmədikləri qorxu hissi keçirmələri və ya ölüm kimi ciddi hadisələrlə qarşılaşmaları vəziyyətlərindən başqa digər hallarda, öz zəif ağıllarıyla, Allaha sığınma ehtiyacı duymazlar. Din əxlaqının yaşanmasının, bütün insanlar üçün zəruri olduğunu qavraya bilməzlər. Bundan ötrü də, bu əxlaqdakı insanlar din əxlaqından həyatları boyu mümkün qədər uzaq dayanmağa, dinlə əlaqədar heç bir şeyi aralarında danışmamağa diqqət göstərərlər. Allahın adını xatırlamaqdan belə çəkinərlər.
Halbuki insanların yaşaya bilmək üçün, mütləq Allahın hökmlərinə, Kitabında bildirdiyi gözəl əxlaqa ehtiyacları var. İnsan üçün asan və gözəl olan, bizi yaradan Rəbbimizin Kitabındakı əxlaqı yaşamaqdır. Bu əxlaq olmadan, sağlam cəmiyyət strukturunun yaranmasını düşünmək olmaz. Çünki insanın fitrətini, yəni yaradılışdan qaynaqlanan xarakterini düşünmədən ortaya atılan hər cür qanun, istər insanlar, istərsə də cəmiyyətlər üzərində pozucu təsir yaradar və cəmiyyətlərin korlanmasına səbəb olar. Cəmiyyət ciddi ictimai qarışıqlığa sövq edilər, insan münasibətləri pisləşər. Bunların nəticəsində isə, dünya, müharibələrdən, qarışıqlıqdan və zülmdən xilas ola bilməz. Fərdlər də din əxlaqından uzaqlaşıb cahil sistemin qanunlarına tabe olmağa çalışdıqca mənəvi və fiziki cəhətdən müxtəlif problemlərə məruz qalarlar.
Hal-hazırda bütün bu mənfi nəticələrin bir çox ölkədə geniş şəkildə yaşanmasına baxmayaraq, səmimi iman sahiblərini çıxmaq şərtiylə, yerdə qalan insanlar; "əlbəttə ki, din var, lakin bir də həyatın həqiqətləri var" yanlış fikri ilə cahil sistemi yaşatmağa davam edirlər. Bu sistemin təməli din əxlaqının, həyatdakı mütləq zəruriliyini inkar etmək üzərində qurulmuşdur. Bu yanlış məntiqə görə insanların din əxlaqının normaları çərçivəsində yaşaması praktik cəhətdən qeyri-mümkündür. Həmin bu insanlar; din əxlaqı gündəlik həyata daxil edilsə, insanın, dünyanın hər cür nemətindən məhrum qalacağını, dəyişməz həyat tərzi yaşayacağını zənn edərək yanılırlar. Din əxlaqını yaşamağın, guya insanların həyatdan zövq almasına mane olacağını zənn edərlər. Əlbəttə ki, bu, həqiqətlərlə əlaqəsiz düşüncədir. Din əxlaqı, insan ruhunun ən rahat olacağı, ən dinc və yaradıcı olacağı bir cəmiyyət həyatı meydana gətirər. "Həyatın həqiqətləri yalanı"ndan xilas olub, bu üstün əxlaqı yaşayan insanlar, cəmiyyətdə ən sağlam ruh halına sahib, gözəlliklərdən ən çox razı qalan insanlardır, həmişə sülh, tolerantlıq və fədakarlıq mühitinin formalaşmasında aparıcı rol oynayarlar.
Din əxlaqından uzaq insanlar isə, öz zəif ağıllarına görə gözəl əxlaq göstərməyi acizlik və saflıq kimi qiymətləndirərlər. Məsələn, bir insanın, başqaları üçün nə qədər fədakarlıq edirsə etsin qarşılığında, eqoizm və vicdansızlıqdan başqa bir şey görməyəcəyinə, dolayısilə fədakarlıq etməklə ağılsız mövqeyə düşəcəyinə inanarlar. Bundan ötrü də, bir çox cəmiyyətdə fədakarlıq edən insana; "yaxşı niyyətlidir, lakin safdır" gözüylə baxılar. Çünki heç bir mənfəəti olmadığı halda, başqasına yaxşılıq edir və etdiyi üçün, qarşılıq tələb etmir. Onlara görə eqoistliyə eqoistlik, kinə kin, düşmənçiliyə düşmənçilik, sevgisizliyə sevgisizliklə cavab vermək həyatın həqiqi üzünü əks etdirir.
Eləcə də, qarşısındakının, özünə həmişə pislik edən, zərər verən bir insan olmasına baxmayaraq, ona yaxşı davranan, onun yaxşı xasiyyətli olması üçün çalışan, özünə etdiyi pislikləri bağışlayan bir insanın etdiyi bu yaxşılıq, cahil cəmiyyət tərəfindən konkret ağılsızlıq kimi qiymətləndirilər. Bəzi insanlar göstərdiyi gözəl əxlaqdan ötrü həmin insanı; "necə də safdır, mən olsaydım fürsət olduğu halda, intiqam alardım, lazımi cavabı verərdim" kimi sözlərlə alçaldarlar. Çünki Quran əxlaqından uzaq insanların sahib olduğu "həyatın həqiqətləri" məntiqinə görə pisliyə pisliklə cavab vermək guya ən doğru davranışdır. Cahil əxlaqda xeyli rəğbətlə qarşılanılan bu yanlış məntiq, bir düşmənin heç vaxt həqiqi dost ola bilməyəcəyi səhvini müdafiə edir. Bundan ötrü də, insanın nə qədər yaxşılıq edirsə etsin, aradakı düşmənçiliyin yox olmayacağına, əksinə yalnız yaxşılıq edən tərəfin itirmiş olacağına inanılar. Cəmiyyət bu insana, özünə edilən pisliyi qavrayıb dərk edə bilməmiş, aciz insan gözüylə baxar.
Bu yanlış məntiq içində yaşayan insanlar, öz ağıllarınca alçaldıqlarını düşündükləri bu vəziyyətə düşməmək üçün, həyatın həqiqətləri məntiqinə möhkəm şəkildə sarılmalı və insanların reaksiyalarını, rəylərini, düşüncələrini çox yaxşı izləməli olduqlarını düşünərlər. Çünki bəhs etdiyimiz insan, insanların nə dediyinə həddindən çox əhəmiyyət verər və özünü insanlara nə qədər bəyəndirsə cəmiyyətdə də bir o qədər yaxşı yer tutacağına inanar. Cəmiyyət razı qaldıqdan sonra, hər cür çirkin rəftarı göstərməyin, dünyəvi hədəflərinə çata bilməsi üçün, mütləq işlədiməli olan bir üsul olduğunu düşünər.
Halbuki Quranda Allahın insanlardan, səmimi və yalnız Öz rizasını qazanmağı güdən, heç kəsin nə deyəcəyini düşünməyən, gözəl bir əxlaq istədiyi bildirilir. Rəbbimiz qulları arasında, burada bəhs edilən cahil məntiqin tam əksi olan bir əxlaqın hakim olmasını əmr edir. Buna görə də, bir insan ancaq özünə edilən pisliyə yaxşılıqla cavab verdiyi təqdirdə, Allah Qatında yaxşı bir insan ola bilər. Həmçinin bu rəftar, düşmənçilik yerinə güclü dostluqların qurulmasına vəsilə olan mühüm bir addımdır. Allah bunun nəticəsini Quranda belə müjdələyir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki mehriban bir dost olar. (Fussilət surəsi, 34)
Yalnız pisliyə verilən qarşılıqda deyil, hər cür davranışda Quran əxlaqını mənimsəmək yeganə qurtuluş yoludur. Həyatın əsil məqsədi Allahın razı olacağı bir qul olmaq, bunun üçün qarşılıqsız yaxşılıq etmək, fədakarlıq göstərmək, dürüst, ədalətli, səbirli, yaxşılığı əmr edib pislikdən çəkindirməkdə qətiyyətli, qeyd-şərtsiz Allahın rizasını qazanmağa çalışan bir insan olmaqdır. Lakin Quranda bildirilən əxlaqı mənimsəməyən cahil insanlar, həyatları boyu çəkişmə, döyüş, narahatlıq içində yaşayar və bunun həyatın həqiqəti olduğunu zənn edərlər. Saxtakarlıq etmədən, mənfəətpərəst, hiyləgər, iki üzlü olmadan yalnız gözəl əxlaqlı olaraq rahat həyat yaşanıla biləcəyinə qətiyyən ehtimal verməzlər. Dünyanın, öz deyimləriylə; "qurdlar süfrəsi" və ya "yalnız güclülərin həyatda qala bildiyi bir meydan" olduğuna inanarlar. Sonsuzadək davam edəcək axirət həyatının varlığını unudaraq, yalnız qısa dünya həyatına istiqamətli həyat tərzi yaşadıqları üçün; "dünyada nə etsəm cəza almaram" yanlış düşüncəsiylə din əxlaqını tərk edərək yaşayarlar. Qanunlarını insanların uydurduğu saxta bir dünyada qısılıb qalar, sanki ilah hesab etdikləri insanlara (Allahı tənzih edirik) tamamilə kölə kimi bağlanarlar. Bunun nəticəsində isə, Allahın əmrlərinə tabe olmamağın gətirdiyi ağır nəticələrə dözmək məcburiyyətində qalar; dünyada alçaldıcı həyat yaşayar, axirətdə isə bundan olduqca ağrılı əzabla qarşılaşarlar. Onların bu vəziyyəti Quranda belə bildirilir:
Sonra da onlara deyiləcəkdir: “Haradadır şərik qoşduqlarınız – Allahdan başqa ibadət etdikləriniz?” Onlar deyəcəklər: “Onlar bizi qoyub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri beləcə azğınlığa salar. “Bu sizin yer üzündə nahaq yerə sevinməyinizə və qürrələnməyinizə görədir! İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!” Təkəbbürlülərin yeri necə də pisdir! (Mömin surəsi, 73-76)
Bir çox insanın, din əxlaqının tələblərini yerinə yetirməsinə mane olan səbəblərdən biri də, başdan bəri üzərində dayandığımız kimi, bu insanları içində yaşadıqları cəmiyyətin özləri barədə nə deyəcəyindən, nə düşünəcəyindən asılı hala gətirən "insanlara tapınma dini"dir. Bu batil din, gücünü "əksəriyyət edir" yanlışlığından alır. Çünki bəzi cəmiyyətlərdəki insanların böyük hissəsi insanlara tapınma dininin batil həyat tərzini mənimsəmişdir. Bu da ümumiyyətlə atadan oğula keçən, heç kəsin etiraz etməyə gücünün çatmadığı batil bir ənənəyə çevrilmişdir. Eləcə də, bu insanların cəmiyyətin say etibarilə əksəriyyətini təşkil etdiyi kimi, görünmələri bəzi insanları da yanlış istiqamətləndirir, onları haqsız çoxluğun yaşadığı həyat tərzinin və itaət etdikləri qanunların doğru olduğuna inandırır. Halbuki Quranda Allah müsəlmanlara belə əmr edir:
Onların aralarında Allahın sənə nazil etdiyi Kitabla hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni sapdırmasınlar... (Maidə surəsi, 49)
Ayədə də bildirildiyi kimi, Allah insanlara haqsız çoxluğa və onların nəfslərinə uyğun qanunlara tabe olmamalarını əmr edir, onlar arasında Quranla hökm verməyin tək qurtuluş yolu olduğunu bildirir.
Lakin insanların böyük hissəsi, vicdanları razı olmasa da, özlərini çoxluğun həyat tərzinə ayaq uydurmaq məcburiyyətində hiss edərlər. Bunu, cəmiyyətin bir fərdi olmağın tələbi hesab edərlər. Özlərini, "madam ki, bu cəmiyyət içində yaşayırıq, cəmiyyətin qoyduğu qanunlara və uyğun gördüyü həyat tərzinə də uymaq məcburiyyətindəyik" kimi yanlış düşüncəyə (sanki haqq bir dinin əmriymiş kimi) itaət etmək zərurəti içində hiss edərlər.
Din əxlaqının həqiqi mənasını qavramamış bu insanlar, dünyada Allahın əmrlərini çıxmaq şərtiylə, bütün insanların tabe olmalı olduqları bəzi qanunlar olduğu kimi yanlış fikrə qapılar, hər insanın da bu qanunlara əməl etmək məcburiyyətində olduğuna özlərini inandırarlar. Cəmiyyətin fərdlərini razı salmağı öz ağıllarınca, ən zəruri vəzifələrindən biri kimi mənimsəyərlər. Bundan ötrü də, cəmiyyətin; "başqaları nə deyər, insanlar necə qiymətləndirər, nə düşünərlər, mənim barəmdə yaxşıdır, ağıllıdır, zəngindir, comərddir desinlər, mənim haqqımda belə düşünməsinlər, bunu deməsinlər, belə danışmasınlar" kimi sonsuz dövrə çevrilmiş məntiqlərindən xilas olmağı bacara bilməzlər.
Halbuki çoxluğun yaşadığı həyat tərzi, tabe olduqları yanlış qanun və sanksiyalar insanları haqqa yönəltməz. Əksinə Allah Quranda çoxluğa tabe olmağın, insanı doğru yoldan azdıran təhlükə olduğunu belə bildirir:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)
Bundan ötrü də, çoxluğun Quran əxlaqına zidd həyat tərzi seçmiş olması, insanlara qarşı istehzalı, zalım rəftarlar göstərmələri, ailələrinə, hətta dövlətlərinə qarşı üsyankar xarakterə bürünmələri, Allahın haram etdiyi hərəkətləri heç düşünmədən tətbiq etmələri həmin cəmiyyətdəki digər insanlara təsir etməməlidir. Bu cür insanların əhalinin əksəriyyətini təşkil etməsi də, fərdlərin etdikləri səhvlər üçün, səbəb ola bilməz. Məsələn, bir cəmiyyətin bütün fərdləri cahilcəsinə odu, Günəşi və ya ulduzları özlərinə ilah qəbul etmiş, onlara tapınma azğınlığını etmiş olsalar da, bu, başqa birinin də eyni azğınlığı etməsinə səbəb ola bilməz. Eləcə də, bir cəmiyyətdə fahişəliyə, kələkbazlığa, zalımlığa, oğurluğa və bunlar kimi əxlaqsız davranışlara qarşı səs çıxarılmadıqda bir insan, "əksəriyyət bunu edir" şəklindəki yanlış məntiqdən faydalanaraq eyni əxlaqsızlıqları etmək məcburiyyətində deyil. Yaxud bir cəmiyyətdə yalnız zənginlər hörmət görür, kasıblar, gözəl əxlaqından başqa ortaya qoyacaq heç bir maddi gücü olmayan insanlar əzilirsə, bu, digər insanların da bu yanlış zehniyyəti alovlandıracaq anlayış meydana gətirmələrini tələb etmir. Əksinə, bəzi insanların, vicdanları qəbul etmədiyi halda, sırf çoxluğun qınağından qorxaraq bu zalım məntiqi məqbul etmələri böyük vicdansızlıq olar. Çünki insanın yalnız cəmiyyət tərəfindən qınanılmaqdan, təcrid olunmaqdan və ya pis insan hesab edilməkdən qorxaraq, vicdanıyla doğru olduğuna qənaət gətirdiyi bir şeyi etməkdə bitərəf davranması ağla və vicdana uyğun hərəkət deyil. Quranda Allah müsəlmanların mühüm bir xüsusiyyətinin də insanların qınağından qorxmamaları olduğunu belə bildirir:
Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və qınayanın qınamasından qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Maidə surəsi, 54)
Yenə başqa bir surədə də İbrahim peyğəmbərin və onunla birlikdə olan möminlərin, özlərini qınayan insanlardan çəkinməyən qətiyyətli rəftar göstərmələri nümunə kimi verilir. Hz. İbrahim (ə.s) və yanındakılar, insanların böyük hissəsinin bütlərə ibadət etdiyi bir cəmiyyətdə yaşamışdır. Lakin bütün qınaqlara, təhdidlərə baxmayaraq, insanlardan deyil, yalnız Allahdan qorxmalarından ötrü, bu cəmiyyətin azğın meyllərinə böyük reaksiya veriblər. Quranda bu vəziyyət belə bildirilir:
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!” deməsi istisnadır. Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir. (Mumtəhənə surəsi, 4)
Hz. İbrahim (ə.s)-ın bu qətiyyəti qarşısında müşrik qövmü onu cəzalandırmağa qərar vermişdir. Lakin buna baxmayaraq hz. İbrahim (ə.s) Allaha bağlılıqda qətiyyətli davranmışdır. Allah bu gözəl rəftarına qarşı onu qövmünün əziyyətindən qurtarmışdır:
O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz? Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!” Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik. O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”. (Saffat surəsi, 95-99)
Lakin insanların bir çoxu bu nümunədə gördüyümüz qətiyyəti göstərmir. Qəlbləri Allahdan uzaq olduğu üçün, vicdanlarını da işlətmirlər. Vicdanlarının önünə; "çoxluq edir, çoxluq edirsə doğrusu budur" kimi cahil məntiqlərlə sədd çəkir və Allahdan qafil, insanların rizasına əhəmiyyət verən, onların qınamasından çəkinən bir həyat tərzi yaşayırlar. Həqiqətən də; "insanlar nə deyər", "dostlarım bir daha məni danışdırmaz və məni öz aralarından təcrid edərlər", "hər kəs edir, mən də edim" kimi düşüncələr, insanı, Allahdan başqa varlıqlara tapınan, (Allahı tənzih edirik) Quran əxlaqından tamamilə uzaqlaşıb, dünyaya yönələn bir insana çevirə bilər. Bunun nəticəsi olaraq da, bəziləri zalımlıqlarından xoşlanan, şəfqət, mərhəmət, sevgi, hörmət nədir bilməyən, bəziləri yalnız pula, vəzifəyə əhəmiyyət verən, insanlıqdan, gözəl əxlaqdan anlamayan bir zehniyyətə sahib olmaqda qəbahət görməz. Nümayəndəsi olduğu təbəqədəki çoxluq zalım, lağlağı, pis əxlaqlılardırsa, bundan başqa cür davranmağın təcrid edilməsinə səbəb olacağını bilərək, o da onlar kimi davranar. Müdiri barəsində müsbət fikirlərə sahib olduğu bir insan, olduqca əxlaqsız xarakterə sahib olsa da, onun barəsində müsbət fikirlərə sahib olar. Eləcə də, müdirinin barəsində mənfi fikirlərə sahib olduğu bir insanın, əslində necə xarakterə sahib olduğunu araşdırmağa belə ehtiyac duymadan həmin insan barədə mənfi fikir birldirə bilər. Bu insanlar Allahın və din əxlaqının özlərinə tamamilə unutdurulmuş olmasının normal nəticəsi olaraq, çoxluq belə edir məntiqiylə yaşamağa davam edərlər. Müstəqil şəxsiyyət göstərə bilməzlər. Hər kəs belə yaşayır, belə edir, belə düşünür kimi, yanlış məntiqlərlə, yuxarıda sadaladığımız qruplara bənzər bir ictimai ətrafın mənsubuna çevrilərlər. Hara üz tutsalar özləri kimi çoxluğa tabe olan, insanların rizasını əsas məqsəd halına gətirən insanlarla qarşılaşdıqları üçün, yaşadıqları bu ruh halının qəribəliyini müəyyənləşdirə bilməzlər.
Unudulmamalıdır ki, insanlar yuxarıdakı nümunələrdə qısa şəkildə toxunduğumuz kimi, Allah rizasını qazanacaqları həyat tərzindən başqa bir həyat tərzi mənimsəmişdirlərsə, çoxluğa tabe olma məntiqinin özlərinə gətirəcəyi qazanc yoxdur. Necə ki, zehni cəhətdən çökmüş və əxlaqi cəhətdən pozulmuş fərdlərdən ibarət bir cəmiyyət, dünyada böyük qarışıqlığın içinə sürükləndirilər. Mənfəət vuruşmasına əsaslanan çəkişmələr, düşmənçiliklər, ehtiras, nifrət, qısqanclıq kimi, uzaq dayanılmalı duyğu və düşüncələr insanlar arasında böyük sürətlə yayılar. Eləcə də, dünya yaşanması çətin olan, narahatlığın və qarışıqlığın hakim olduğu bir yerə çevrilər. Bu, Allahın Özünə şirk qoşanlara dünyada verdiyi qarşılığıdır. Axirətdə bu insanları daha faciəvi aqibət gözləyir. Quranda bu aqibət belə bildirilir:
Onlar yer üzündə Allahdan yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar haqqı eşidə bilmirdilər və görmürdülər. Onlar özlərini ziyana uğradarlar. Uydurduqları bütlər isə onlardan qeybə çəkilib gedər. Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır. (Hud surəsi, 20-22)
Cəmiyyətin bir hissəsini Allaha inanmaqdan uzaqlaşdıran və insanları ilah halına gətirən (Allahı tənzih edirik) bu batil sistemin bəhanə olaraq ortaya atdığı digər bir səhvliyi də, həqiqətləri görməzlikdən gəlmək və ya tamamilə rədd etməkdir. Cahil cəmiyyətlərin çoxluğa tabe olma məntiqləri, özüylə birlikdə iman edənlərin sözlərinə dinləməmək nəticəsini də gətirib çıxardır. Müsəlmanlar, özlərini Allahın əmrlərinə tabe olmağa və yalnız Allaha iman etməyə dəvət etdikləri vaxt, bu insanlar atalarının gətirdiyi batil qanunlara və azğın inanca iman edəcəklərini ifadə edən rəftarlar göstərməyə başlayarlar. Cəmiyyətin özlərinə öyrətdiyi batil qanunlardan və yaşayış tərzindən güzəştə getməyəcəklərini göstərərlər. Allah bu yanlış zehniyyəti Quranda belə təsvir edir:
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)
Cahil dində, atalarından öyrəndikləriylə həyatlarını davam etdirmək məsələsində qətiyyət göstərənlər, öz aralarında rəğbətlə qarşılanılan, həyatlarına nüfuz etmiş bu batil dinin hökmlərinə müdaxilə etmək istəyənlərə kəskin şəkildə qarşı çıxarlar. Özlərinə doğruları gətirən iman sahiblərinin, rizalarını qazanmağa çalışdıqları insanlarla aralarındakı münasibətləri korlamalarını və bu batil dinin qanunlarına xələl gətirmələrini istəməzlər. Səmimi iman sahiblərinin səbirlə söylədikləri həqiqətləri; "bunları təkcə sən mi anladın, bu qədər insan yanlış mı düşünür, bu vaxtadək bunu heç kim görə bilmədi də, indi sənmi görürsən..." kimi cahil etirazlarla qüvvədən salmaq üçün, səy göstərərlər. Çünki onların batil inanclarına görə; "doğruları təkcə sən mi gördün" şəklində qarşı çıxmaq qarşı tərəfi sındırar, insanın özünə olan etibarını sarsıda bilər (lakin bu üsul təkcə onların batil inanc sistemlərində qüvvədə ola bilər, çünki həqiqi müsəlmanlar belə sadə etirazlardan qətiyyən təsirlənmirlər). Beləliklə də, doğrular özlərindən gizlənmiş olar. Əks təqdirdə "insanlar haqqımda nə düşünər, nə edim ki, onları razı salım, özümü onlara necə bəyəndirim, aralarına necə girim..." kimi düşüncələrə qapıldıqlarında, həqiqətləri bilən bu insanlar onlara Allahı və heç kəsin Allahın özləri üçün müəyyənləşdirdiyi taeldən savayı bir şey etməyə gücləri olmadığını xatırladacaq. Bu müdaxilə onların batil dinlərinin yox olması, qanunlarının qüvvədən düşməsi deməkdir.
Lakin "insanlara tapınma dini"nin mənsubları nə qədər səy göstərsələr də, Allah doğruların gizli qalmasına icazə verməz, batili, mütləq haqq qarşısında məğlub edər, təsirsiz hala gətirər. Haqqı müdafiə edən insanlar nə qədər az görünsələr də, Allah onlara fikri qələbə verər. Üzərlərindəki hər cür təzyiqə qarşı onlara qətiyyətlilik və dözüm verər.
Quranda peyğəmbərlərin, yaşadıqları cəmiyyətlərin azğın və həddi aşmış həyat tərzlərinə son qoymaq üçün, etdikləri xəbərdarlıqlardan bəhs edilir. Bu insanlar peyğəmbərlərini tək qoyaraq, onların güclərini və şövqlərini yox etməyə çalışmış və onları xor baxmışdırlar. Lakin, əlbəttə ki, bu cür etirazlar saleh müsəlmanlara heç bir dövrdə mənfi təsir göstərməmişdir. Məsələn, Saleh peyğəmbər batil dinlərini tərk etmələri üçün təbliğ etdiyi qövmündən belə bir reaksiya almışdır:
Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şəkk içindəyik”. (Hud surəsi, 62)
Hz. Saleh (ə.s)-ın qövmünə verdiyi qətiyyətli cavabı isə, Quranda belə bildirir:
O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Əgər Allaha asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız (Hud surəsi, 63)
Unudulmamalıdır ki, insanlar bəzən çox açıq həqiqətləri görməyə bilər. Bu insanlar, yaşadıqları cəmiyyətin qanunları çərçivəsində yaşamağa şərtləndikləri və bunları uzun müddətdir ki, tamamilə eyni qaydada tətbiq etdikləri üçün, (hz. Saleh (ə.s)-ın qövmü kimi) davam edən batil nizamlarını pozmağı gözə almaya bilərlər. Bundan ötrü də, yaşadıqları çirkin əxlaqın özlərinə çox böyük zərərlər gətirdiyini görmələrinə baxmayaraq, haqqı seçməkdənsə batilə uyaraq həyatlarını davam etdirməyi seçərlər. Dünyada rahatlıq və dinclik içində yaşanıla biləcək bir model ola biləcəyinə ehtimal vermədikləri üçün, pisin yaxşısı məntiqiylə cahil dindən kənara çıxmağı gözə ala bilməzlər.
Halbuki insanların həqiqi xoşbəxtlik və nicat içində yaşamaları üçün, çox asan bir yol var. Bu yola girə bilmək üçün, hələ vaxt olduğu halda, özlərini xəbərdar edən, yaşadıqları sistemin yanlışlığını dəlillərlə sübut edən möminlərə qulaq asmalıdırlar. O günə qədər doğrunun heç kəs tərəfindən ortaya çıxarıla bilmədiyinə ehtimal verib, vicdanlarının səsini dinləməli və diqqətlərini, nəsə yaratmaq və ya məhv etmək gücü olmayan insanlardan çəkərək, yalnız Allaha yönəltməlidirlər. Bu, insanın ağıl və anlama qabiliyyətinin açılmasını, həyatın əsil məqsədini qavraya bilməsini və bunun nəticəsində də insanlar əvəzinə Allahın rizasını qazanmağı qarşısına məqsəd qoymağı təmin edəcək.
Allah Quranda yalnız Özündən qorxub çəkinənlər və Özünə itaət edənlərin xoşbəxtlik və nicat tapacağını belə müjdələmişdir.
Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər məhz xoşbəxtlik və nicat tapanlar onlardır. (Nur surəsi, 52)
Adnan Oktar: Allahdan qorxmaq demək, Ondan dəli aşiqin qorxusuyla qorxmaq, yəni Allahı incitməkdən çəkinmək, Allahın rizasını qazana bilməməkdən qorxmaqdır. Aşiq sevdiyini incitməkdən qorxar, onun sevgisinin yox olmasından qorxar, budur Allah qorxusu.
Allahdan qorxan insan Allahın əmrlərinə çox diqqətlə yanaşar, Onu çox sevər, hörmət bəsləyər. Məsələn, eqoist olmaz, şəfqətli olar, qoruyucu olar, nəfsinə düşkün olmaz.
Öz mənfəətlərinin ardınca qaçmaz, həmişə bağışlayıcı olar, Allahdan qorxub bağışlayıcı olar. Məsələn, əfv etmək, sevgini davam etdirən bir qüvvədir. Mərhəmət, sevgini davam etdirən bir qüvvədir. Allah rizası üçün, sevdiyini qoruyarsan, onun yeyib-içməyinə diqqət yetirərsən, sağlamlığına, idmanına diqqət yetirərsən.
Məhz bu güclü Allah eşqinin təcəllisidir. Allahdan qorxmayan insan eqoist olar, yalnız özünü düşünər, bağışlamaz, mənfəətlərinə zidd düşdükdə sərt davrana bilər. Məsələn, şübhəçi olar, fədakar və comərd olmaz, lazım gəldikdə Allah üçün, canını ortaya qoya bilməz. Bir çox mənfi davrnaışlara sahib olmuş olar. Lakin Allahdan qorxduqda bütün gözəlliklərə sahib olar, yəni sevgini təmin edən, gözəlliyi təmin edən hər cür gözəllik Allah qorxusuyla mümkün olar. (Adnan Oktarın 2 mart 2009 Ekin TV müsahibəsindən)