... dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.
(Nisa surəsi, 118-119)
Əvvəlki hissədə romantizmin "romantik milliyyətçilik" adı altındakı təsirlərini araşdırdıq. İndi bir də yelpiyin başqa uclarına baxaq və romantizmin insanları saldığı bəzi bəlaları araşdıraq. İlk araşdırmalı olduğumuz ideologiya insanlığa ən azı romantik milliyyətçilik qədər "qan qusduran" kommunizmdir.
Kommunizm sözdə "ağıllı" bir ideologiya olaraq meydana gəldi. İdeologiyanı quranlar, yəni Karl Marks (1818-1883) və Friedrich Engels (1820-1895) materialist fəlsəfəni mənimsəmiş, bunu ictimai elmlərə tətbiq edərək "tarixin qaydaları"nı təyin etdiklərini düşünmüşlər. Marks tarixi müxtəlif mərhələlərə ayırmış, o dövrdə İngiltərə kimi inkişaf etmiş ölkələrdə "kapitalist mərhələ"sinin yaşandığını, bunun ardından qaçınılmaz olan bir işçi inqilabının gələcəyini və sosialist kainatın başlayacağını qarşıya qoymuşdu. Marks bu inqilabın özbaşına, yəni işçilərin təşəbbüsü ilə reallaşacağı və İngiltərə kimi sənayeləşmiş ölkədə yaşanacağını söyləmişdir.
Ancaq Marksın proqnozları reallaşmadı. Reallaşmayacağı da onun ölümündən 30-40 il sonra da açıqca görünürdü. İngiltərədə və ya bir başqa sənayeləşmiş ölkədə bir inqilab olmamış, əksinə işçilərin ictimai və iqtisadi həyatında yaxşılığa doğru dəyişiklik baş vermişdir.
Bu vəziyyətdə Marksın nəzəriyyəsi tarixdəki bir çox yanılma kimi səhv olaraq qiymətləndirilməli və bir kənara qoyulmalı idi. Amma elə olmadı. Özlərinə "Marksistlər" adı verən bir qrup insan Marksın reallaşmayan proqnozlarını zorla da olsa reallaşdırmaq istəyirdilər. Marksın "özbaşına olacaq" dediyi inqilab baş vermədiyindən, bunu silah zoruyla edəcək təşkilatlar qurmağa və "inqilabçılıq" etməyə qərar vermişdilər. Marksı bu şəkildə yenidən şərh edən və Marksın reallaşmayan proqnozlarını bəhanələr gətirərək şərh etməyə çalışan qatı marksist olan Lenin idi.
Zincirlerini kıran güçlü proleterya posterleri, sıkılmış yumruk figürleri, sosyalizm uğruna savaşmaktan ve ölmekten söz eden devrim şarkıları, komünist romantizmin en yaygın sembolleridir. |
Lenin inqilabın İngiltərə kimi inkişaf etmiş ölkələrdə ola bilməyəcəyini, onun yerinə Rusiya kimi sənayeləşməmiş ölkələri sınamaq, kommunizmin burada müvəffəqiyyətə nail olacağını və sonra da bütün dünyaya yayılacağı fikrini irəli sürmüşdü. Bu xəyalını reallaşdırmaq üçün Rusiyanın daxilində və xaricində uzun illər inqilaba hazırlıq görmüş, I Dünya Müharibəsinin qarışıqlığı içində axtardığı fürsəti tapmış və iqtidara gəlmişdi.
Komünizmin fikir babaları Marx (solda) ve Engels'tir (sağda). Ortada ise Marx'ın Das Kapital isimli kitabının Rusça tercümesinin kapağı görülmektedir. |
Amma Leninin proqnozları da Marksınkı kimi boşa çıxmışdı. Nə qurduğu sistem müvəffəqiyyət qazanmış, nə də kommunizm düşündüyü kimi dünyaya yayılmışdı. Bu gün Leninin qurduğu Sovet İttifaqı artıq dağılmış və tarixə çevrilmişdir. Sovet işğalı və təzyiqi ilə kommunizmin yaradıldığı ölkələrdə də kommunist sistemi çökmüşdür. Kommunizm XX əsrin ən böyük və ən müvəffəqiyyətsiz təcrübəsi olaraq qəbul edilmişdir.
Marksizmin bir yanılma olduğu yalnız proqnozlarının və qurduğu sistemlərin çökməsilə deyil, eyni zamanda əsaslandığı fəlsəfənin də iflası ilə isbat edilmişdir. Marksizmin əsasını təşkil edən materialist fəlsəfənin bütün fərziyyələri XX əsrdəki elmi kəşflərlə yalanlanmışdır. Məsələn:
1. Materializm kainatın sonsuzdan bəri var olduğunu, bu səbəbdən maddənin yaradılmadığını müdafiə etmişdir. Halbuki XX əsrdə qəbul edilən Big Bang nəzəriyyəsi maddənin və zamanın yoxdan yaradıldığını göstərmişdir. Bu nəzəriyyə kainatın 10-15 milyard il əvvəl yoxdan var olduğunu, yoxluq içində birdən kiçik bir hərəkətin meydana çıxdığını ortaya qoymuşdur. Yəni Big Bangın göstərdiyi həqiqət heç bir şey mövcud deyilkən, bu heçlik içində birdən bir hərəkət, hərəkətin ardından da maddə və zamanın meydana gəlməsidir. Bax bu, materialistlərin iddialarını tamamilə çökdürmüş, maddəni, zamanı və hərəkəti Allahın yaratdığının dəlillərindən biri olaraq sübut etmişdir.
2. Materializm maddənin və zamanın bir "mütləq" anlayış olduqlarını, yəni həmişə var olan, dəyişməyən, sabit əsaslar olduqlarını müdafiə etmişdir. Halbuki Eynşteynin Nisbilik Nəzəriyyəsi maddə kimi zamanın da mütləq bir anlayış olmadığını, dəyişən bir hiss forması olduğunu göstərmişdir.
3. Materializm insan zehninin yalnız maddi faktorlarla açıqlana biləcəyini, insanın bütün zehni funksiyalarının maddəyə yüklənə biləcəyini iddia etmişdir. Halbuki beyinin detallarının kəşf edilməsi, beyində heç bir qarşılığı olmayan zehni funksiyaları ortaya qoyaraq, insan zehninin maddə-sonrası bir varlığa, yəni "ruh"a aid olduğunu təsdiq etmişdir.
4. Materializm canlıların yaradılmadığını, Darvinin təkamül nəzəriyyəsində iddia edildiyi kimi təsadüflərlə meydana gəldiyi aldatmacasını irəli sürmüşdür. Bu iddia da XX əsrdəki elmi tapıntılarla çürümüş, canlılarda inkar edilməsi mümkün olmayan bir "dizayn" olduğu və bütün canlıları yaradanın Allah olduğu bir daha sübut edilmişdir.
Bir fikir, bir ideoloji uğruna kendilerini yakan insanlar aslında aşırı bir duygusallık içindedirler. Sonucunu akılcı bir şekilde değerlendirmeden sözde "cesaret" gösterileri yapabilmektedirler. |
Əgər bir ideologiya əsaslı olduğunu iddia edirsə, ancaq iddiaları ağıl və elm qarşısında aciz qalırsa və yaşanan konkret hadisələr o ideologiyanın bütün uzaqgörənliklərini boşa çıxarırsa, o zaman bu ideologiyanın əsaslı olması barədə heç bir iddiası ola bilməz. Bu ideologiyanı mənimsəmiş insanların da onu tərk etmələri lazımdır. Bu səbəbdən əgər kommunistlər romantizm və xəyalpərəstliklə deyil, ağıl, məntiq və sağlam fikirlə hərəkət edən insanlar olsaydılar, bu günə qədər kommunizmi dəfələrlə tərk etməli olardılar.
Kommunizm romantizm əsasları üzərinə qurulmuş bir ideologiya olduğundan ona bağlananlar da elmdən uzaq bir şəkildə bu sistemə bağlı qalmağı və bu köhnə sistemi müdafiə etməyi davam etdirirlər. Hələ lap əvvəldən, yəni Marksın ən fundamental proqnozlarının reallaşmadığı görüldüyündə bu ideologiya bir kənara qoyulmalı idi. Amma qoyulmadı. Dünyanın hər tərəfində törəyən "inqilabçılar" Marksın xəyallarını reallaşdırmaq uğrunda hərəkətə keçdilər. İnqilablar, vətəndaş müharibələri, partizan mübarizələri, terror hərəkatları təşkil etdilər.
Sovet İttifaqı və bütün Şərq Bloku dağıldı, Qırmızı Çin kapitalist iqtisadiyyatını mənimsədi. Amma hələ də kommunizmdən əl çəkilmir. Hələ də dünyada və ölkəmizdə kommunist təşkilatlar mövcuddur və fəaliyyətlərini davam etdirirlər. Sözünü etdikləri "inqilab"ın bir xəyal olduğunu başa düşmələrinə baxmayaraq, sırf kommunizmi buraxmamaq üçün qan tökməyə davam edirlər. Özlərini və yoldaşlarını diri-diri atəşə verib yanarkən kommunist marşlar söyləyəcək qədər romantik, kor və məqsədsiz bir inadla kommunizmə bağlılıqlarını qoruyurlar.
Bu vəziyyət kommunizmin ağıllı bir ideologiya olmadığını, bu ideologiyanı müdafiə edənlərin onu ağılla qiymətləndirmədiklərini, başqa səbəblə mənimsədiklərini göstərir. Buna bir çox insan "fanatizm", "mütəəssiblik", "sabit fikirlilik" deyir. Burada səhv yoxdur. Amma bir az daha dərindən araşdırıldığında fanatizmin altında romantizmin çox böyük bir rol oynadığını görə bilərik.
Başqa sözlə desək, kommunizm də romantizmin sehrindən güc almaqdadır.
Kommunistlərin yaşadığı romantik ruh halınının ilk başda çox adam dərk edə bilməz, çünki kommunistlər həmişə elmdən, fəlsəfədən, ağıldan danışırlar. Halbuki bu anlayışları da romantik bir dünyagörüşlə qəbul edirlər. Elmin ortaya qoyduğu, gəldiyi nəticələri "burjua elmi" adlandıraraq kortəbii şəkildə inkar edirlər. Hətta Stalin bu dünyagörüşünü sistemləşdirmiş və öz dövründə "burjua elmi" və "proletariat elmi" deyərək axmaq və süni bir ayrı-seçkilik etmişdir.
Digər tərəfdən, kommunistlərin nəşrlərinə, jurnallarına, şeirlərinə, ya da marşlarına diqqətlə baxsaq, onların dərin bir romantizm yaşadıqlarını görərik. Kommunistlər bəzi anlayışları bütləşdirmiş və onlara qarşı həddindən artıq romantik bir bağlılıqla bağlanmışlar. Bunların başında "inqilab" anlayışı gəlir. Bir kommunist üçün inqilab bütün pisliklərin sonu və bütün yaxşılıqların başlanğıcıdır. Heç bir zaman reallaşmayacağını bildiyi bu xəyala bir növ ümidsiz eşqlə bağlanar. Sözünü etdiyi bu inqilab haqqında heç bir ağıllı qiymətləndirmə edə bilməz. İnqilab niyə ediləcək? İnqilab olanda bir çox günahsız insanın qanı boşuna axacaq, bütün cəmiyyət qəm-qüssə çəkəcəkdir, buna nə gərək var? İnqilab olmadan da kasıb insanların həyat şəraitləri düzələ bilməzmi? İnqilab olanda iqtisadiyyatın vəziyyəti necə olacaq? Ölkə necə idarə olunacaq, daxili qarışıqlıqlar və xarici təhlükələr necə aradan qaldırılacaq?
Komünistlerin dikkat çeken yönlerinden biri, milyonlarca insanın ölümüne neden olan, cani ruhlu liderleri, halk için çalışan, yüksek erdem sahibi hatta insanüstü varlıklar olarak gösterme çabalarıdır. Bu yolla halkta komünist liderlere karşı duygusal bir bağlılık oluşturmak ve işlenen suçları mazur göstermek hedeflenmektedir. |
Bu sualların bir kommunist üçün heç bir əhəmiyyəti yoxdur. Onun yeganə məqsədi inqilabdır. Əgər yuxarıdakı suallara cavab verməli olsa, Leninin, Stalinin və ya Maonun yazdığı kitablardan qəlibləşmiş sözləri deyər, ancaq bu sualların cavablarını həqiqətən düşünməz. Onu inqilab fikirinə ən çox bağlayan faktor isə bu mövzuda yazılan duyğusal şeirlər, bəstələnən alovlu marşlardır. Kommunist ədəbiyyatda tez-tez "çiçəklər içindəki gözəl ölkə"dən, "uzaqlardakı qırmızı günəş"dən və s. bəhs edilir. Əslində inqilab anlayışı ilə kommunist arasındakı əlaqə bir növ romantik eşq hekayəsi kimidir. Universitetlərdəki, kitab sərgilərindəki, mədəniyyət mərkəzlərindəki kommunistlərə aid stendlər, kommunistlərin toplandığı barlar, kafelər araşdırıldığında romantizmin müxtəlif simvollarla dəstəkləndiyi nəzərə çarpar. Zəncirlərini qıran güclü proletariat emblemləri, sıxılmış yumruq fiqurları, sosializm uğruna döyüşməkdən və ölməkdən danışan inqilabi mahnılar kommunist romantizminin ən məşhur simvollarıdır.
Bu romantizm bəzən paltarlarda da əks olunur. Kürəyinə xaki rəngli bir şinel keçirən, başına da xüsusi təyinatlı əsgər papağı qoyan bir kommunist gənc özünü Latın Amerikasının kommunist partizan lideri Che Guevaraya bənzədər. Otağında və ya xüsusi əşyalarının arasında böyük ehtimalla bir "Che" emblemi vardır. Pop ulduzlarının fanatı olub onlar kimi geyinən romantik kollecli gənclərdən bir fərqi var: seçdiyi ulduz musiqiçi deyil, partizandır.
Komünist romantizmin önemli sembollerinden biri de bu tarz posterlerdir. Bunlar halkın komünist ideolojiyle ve komünist liderlerle duygusal bağlantısını ayakta tutma amacına hizmet etmektedir. |
Kommunist romantizmin bir başqa maraqlı nümunəsi isə özlərinə əziyyət verməkdən və digər insanların onlara yazığı gəlməsindən zövq almalarıdır. Məsələn, həbsxanada "aclıq aksiyası"na başlayaraq adi bir məqsəd üçün özünü ölümə aparan kommunist xadim bu hərəkətinin özünə verdiyi əziyyət və iztirabdan həzz alır. Bir tərəfdən, çəkdiyi əziyyət səbəbilə digər insanların ona yazığı gəlməsindən, digər tərəfdən, yoldaşları tərəfindən "dava adamı" olaraq tanınmaqdan və təqdir edilməkdən zövq alır.
Kommunistlərin əziyyət çəkməkdən aldıqları romantik zövq bəzən çox yüksək həddə çata bilər. Kommunist xadimlər etdikləri hərəkətlərdə özlərini diri-diri yandırmaq, seçdikləri yoldaşlarını dəmir barmaqlıqlara bağlayaraq, üzərinə yandırıcı maddə töküb yandırmaq, sonra da qarşısına keçib o yanarkən kommunist marşlar söyləmək kimi qorxunc bir vəhşilik tətbiq etməkdədirlər. Bu ağlasığmaz şiddəti reallaşdıran xadimlərin, eynilə Nasist mitinqlərindəki izdihamlar kimi, bir növ "şüur qapanması" vəziyyətində olduqları, tamamilə romantik və psixoloji transa girdikləri açıqca görünür.
Kommunistlərin hədəflərinə əsla çata bilməyəcəklərini bildikləri halda israrla ideologiyalarına bağlı qalmaları romantik inadla reallaşır. "Səhv də olsa, müvəffəqiyyət qazanmasam da, mən kommunistəm və axıra qədər də qalacağam" düşüncəsilə kor-koranə bir bağlılıq nümayiş etdirirlər. Əlbəttə, ağıllı bir insan belə davranmaz.
Nəticədə, kommunizmin də şeytanın insanları ağıldan və Allaha imandan uzaqlaşdırmaq üçün istifadə etdiyi romantizm silahının bir parçası olduğu aydın olur. Kommunizmin ağıllı bir ideologiya və fəlsəfə olma iddiası ilə meydana çıxmasına baxmayaraq, əslində ağıla və elmə zidd iddialarla doludur və bunların təxminən 1.5 əsrdir ki, inadla müdafiə olunmasının arxasında kommunistlərin ideologiyalarına olan romantik bağlılıqları dayanır.
Kızıl Çin'de ya da Sovyet Rusya'da gösteri için toplanan komünist halkın psikolojisinin, aslında Hitler Almanyası'ndaki halkın psikolojisinden farkı yoktur. Her iki kesimi de meydanlarda şuursuzca bir komünizm taraftarlığına yönelten güç, telkin edilen duygusallıktır. |