Romantik Milliyyətçilik

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə (mənəvi )rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu....
(Fəth surəsi, 26)

Romantizm - insanlar arasındakı romantik əlaqələrə əsaslanan bir anlayışdır. Bununla yanaşı, romantizm siyasi ideologiyaların bəziləri ilə də yaxından əlaqədardır. Bunların başında isə XIX əsrin sonlarında meydana gələn və XX əsrin ortalarına qədər dünyada geniş vüsət alan "romantik milliyyətçilik" durur.

Qeyd etmək lazımdır ki, tənqid edəcəyimiz anlayış milliyyətçilik deyil, "romantik milliyyətçilik"dir. Bunların arasındakı fərq isə çox böyükdür.

Cahiliyyə Lovğalığı

Milliyyətçilik - bir insanın aid olduğu milləti və yaşadığı vətənini sevməsi deməkdir. Bu, gözəl bir duyğudur. Dinə zidd bir istiqaməti olmadığı kimi, insanlığa zərər verən bir təsiri də yoxdur. Bir insanın anasını və atasını sevməsi necə bir duyğudursa, onu yetişdirən, eyni inanc və mədəniyyətə sahib olduğu millətini sevməsi də elə bir duyğudur. Məsələn, Türk Milliyyətçiliyi belə gözəl bir duyğudur: heç kim arasında din, dil, irq ayrı-seçkiliyi etmədən hər kəsi əhatə edir.

Milliyyətçilik duyğusunun qeyri-qanuni hala gəlməsi isə bu sevginin ehtirasa çevrilməsi ilə baş verir. Bir insan millətini sevərkən digər millətlərə qarşı səbəbsiz yerə kin bəsləyirsə, yəni öz millətinin mənfəətləri üçün digər millətlərin və xalqların haqlarını tapdalayırsa, onların torpaqlarını ələ keçirməyi, mallarını talamağı hədəfləyirsə, bu, milliyətçilik duyğusunun qeyri-qanuni bir həddə gəlməsi deməkdir. İnsan öz millətinə olan sevgisini irqçiliyə çevirəndə, yəni öz millətinin digərlərindən üstün olduğunu iddia edən zaman qeyri-qanuni bir fikir yürütmüş olur.

Bu qatı milliyyətçiliyə Allah Quranda diqqət çəkir. Ayələrdə "cahiliyyə lovğalığı" olaraq təsvir edilən bu düşüncə cahiliyyənin (dindən uzaq cəmiyyətlərin) bir xüsusiyyəti olaraq izah edilir:

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə (mənəvi )rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)

Diqqət yetirilsə, ayədə "cahiliyyə lovğalığı"ndan bəhs edilir. Allahın buna qarşı möminlərə rahatlıq və təqva duyğusu verdiyi bildirilir. Öz cəmiyyətinə (tayfasına və ya millətinə) istiqamətlənən sevgisi nəticəsində təcavüzkar olan insanların rəftarlarının qeyri-qanuni olduğu məlum olur. Allah buna qarşı möminlərin rahat və təqvalı olmasını diləyir. Başqa sözlə desək, Allahın möminlər üçün bəyəndiyi hal “ağlı başında olan” bir insanın ruh halıdır.

Cahiliyyə lovğalığına qapılmaq isə “ağlı başında olan” insanın ruh halını ortadan qaldırır və onları dilləri, rəngləri və ya cəmiyyətləri ayrı olduğu üçün bir-birlərinə düşmən edir.

Allahın 1400 il əvvəl Quranda təsvir etdiyi cahiliyyə lovğalığını bu gün dünyanın hər tərəfində görmək mümkündür. Afrikada müxtəlif qəbilələrdən olduqları üçün bir-birləri ilə düşmənçilik edən insanlar vardır. Avropada bir futbol qarşılaşmasını silahlı qarşıdurmaya çevirən və qarşı ölkənin tərəfdarını, sırf o tərəfdən olduğu üçün ölənə qədər döyən "xuliqanlar" vardır. Qərb dünyasında zəncilərə, yəhudilərə, türklərə, afrikalılara və ya başqa millətə qarşı nifrət və kin bəsləyən, onlara qarşı terror əməliyyatları təşkil edən, bu məqsədlə təşkilatlar quran qruplar var.

Cahiliyyə lovğalığı yalnız aşağı siniflərə deyil, bir çox ölkənin ən üst təbəqəsinə də təsir edir. Sadə bir sərhəd anlaşılmazlığını bəhanə edərək, təcavüzkarlıq instinktlərini təmin etmək üçün bir-birləri ilə vuruşan, bu müharibələri illərlə inadla davam etdirən, həm öz xalqlarını, həm də qarşı ölkənin xalqlarını səfalətə salan bir çox ölkə vardır. Bu cür insanlar cahiliyyə lovğalığının təsiri altındadırlar. Hər biri ayədə təsvir edildiyi kimi, "öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapılan" cahillərdir.

Bu cahillərə XX əsrin ən böyük iki fəlakəti olan I və II Dünya müharibələrini hazırlayan və icra edənlər də daxildir. "Alman qəhrəmanlığı", "İngilis qüruru", "Rus cəsarəti" kimi romantik anlayışların təsirinə qapılaraq həm öz millətlərinə, həm də bütün dünyada böyük fəlakətlər törətmiş, iki nəhəng müharibədə 65 milyon insanın qanını tökmüş, on milyonlarla insanı isə dul, yetim və şikəst etmişlər.

Bu fəlakətlərin qaynağı olan "cahiliyyə lovğalığının" çağımızdakı adı isə "romantik milliyyətçilik"dir.

Romantik Milliyyətçiliyin Meydana Gəlməsi

Avropada milliyyətçilik XVIII əsrdə yayılmış bir düşüncə olaraq qəbul edilir. Əvvəllər bir çox dövlətlərin idarəsi altında yaşayan ölkələr bir mərkəzi hakimiyyət altında birləşərək ilk xalq-dövlətlərini yaratmışlar. İngiltərə və Fransa kimi Avropa ölkələri milliyyətçiliyi ilk olaraq mənimsəyən və ilk xalq hakimiyyətini quran ölkələr kimi tanınırlar. XIX əsrdə isə Avropadakı ölkələrin əksəriyyəti milli birliyini qurmuşlar.

XX əsrdə mövcud olan "romantik milliyyətçilik" cərəyanına göstərilə bilən ən yaxşı nümunə Hitler Almaniyasıdır. Tamamilə romantizmin təsiri altına düşən irqi milliyyətçiliyin zülmləri dünya tarixinə qara bir ləkə olaraq düşmüşdür.

Yalnız iki ölkə bu təsirdən kənarda qalmışdı: Almaniya və İtaliya. Hər iki ölkədə də krallıqların və ya kiçik şəhər-dövlətlərinin hakimiyyəti çox uzun sürmüşdü. İtaliya ancaq 1870-ci ildə, Almaniya isə bir il sonra - 1871-ci ildə milli birliyini quraraq bir xalq dövləti olaraq tarix səhnəsinə çıxa bilmişdi. Başqa sözlə desək, hər iki ölkə də milliyyətçiliyi mənimsəməkdə və tətbiq etməkdə digər Avropa ölkələrinə nisbətən gecikmişdi.

Bu vəziyyət hər iki ölkədə Avropanın digər ölkələrinə görə daha radikal-milliyyətçi cərəyanların inkişafına və kök salmasına səbəb olmuşdur. İctimai alimlərin qəbul etdiyi ümumi fikrə görə, milliyyətçiliyin ən qabarıq nümunələri olan Nasizm və faşizmin bu iki ölkədə yaranması və hakimiyyəti ələ keçirməsinin səbəbi hər iki ölkədə də milli birliyin hələ yaranmaması səbəbindən yayılan fanatik milliyyətçi duyğulardır.

Bu iki ölkədə, xüsusilə Almaniyadakı fanatik milliyyətçi anlayışına liderlik edənlər tarixdə "romantik milliyyətçilər" olaraq tanınırlar. Romantik milliyyətçiliyin əsas xüsusiyyətləri ağıla deyil, duyğulara əhəmiyyət verərək, mənsub olduqları millətin mistik və sirli bir "ruh"a sahib olduğunu düşünərək onu digərlərindən daha üstün hesab etmələridir. Romantik milliyyətçilər XIX əsrin sonlarında məşhurlaşan irqçi nəzəriyyələrdən bəhrələnərək Avropalı irqlərin dünyadakı digər irqlərdən üstün olduqlarını bildirmiş və başqa xalqları idarə altına salma hüququna malik olduqlarını iddia etmişlər.

XIX əsrin ilk onilliyində romantik milliyyətçilik Almaniyada sürətlə inkişaf etmişdir. Paul Lagarde və Julius Langbehn kimi yazıçılar almanların bütün dünyanı idarə edəcəkləri bir iyerarxik dünya nizamı qurulmasının lazım olduğunu müdafiə etmişlər. Bunun da tamamilə "Alman ruhu"ndan və "Alman qanı"ndan qaynaqlanan üstünlüklə əldə ediləcəyini, bunun üçün almanların köhnə bütpərəst inanclarına dönmələrinin və Xristianlıq kimi İlahi dini tərk etmələrinin lazım olduğu fikrini irəli sürmüşlər.

O dövrdə Almaniyada qurulan mistik (gizli) dərnəklərin romantik milliyyətçiliyin yayılmasında əhəmiyyətli rolu olmuşdur. Bu dərnəklərin ortaq dünyagörüşü insanın ağlı ilə deyil, hissləri ilə doğrunu tapa bilməsindən, hər millətin bir "xalq ruhu"na sahib olması və Alman xalq ruhunun da bütpərəstlik olması kimi səthi və batil düşüncələrdən ibarətdir. Bu dərnəklər Hitlerə və dolayısı ilə Nasizmə də böyük bir zəmin hazırlamışdır. İngilis tarixçisi Michael Howard "Pan-Cermenik Alman milliyyətçiliyinin ruhi gücünü və ideoloji mənşəyini mistik (gizli) dərnəklərdən aldığını və mistik (gizli) ənənənin 1920-ci illərdə doğan Milli Sosializm (Nasist) cərəyanına da böyük bir zəmin hazırladığını" yazır.1

hitler

20. yüzyılda yaşanan "romantik milliyetçilik" akımına verilebilecek en iyi örnek Hitler Almanyası'dır. Tamamen romantizmin etkisiyle gelişen ırk milliyetçiliği, yol açtığı zulümler ve insanlığa getirdiği acılarla dünya tarihine kara bir leke olarak geçmiştir.

Həqiqətən də romantik milliyyətçiliyin insanlıq tarixində ən mərhəmətsiz və qanlı rejimlərindən biri olan Nasizmə zəmin hazırlamaqdan başqa bir rolu olmamışdır.

Romantik Milliyyətçiliyin Şizofreniyası

Romantik milliyyətçilər insanın ağıl yolu ilə deyil, "duyğu və hisslə" doğrunu tapacağını düşündükləri üçün son dərəcə əsassız, kompleks bir dünyagörüş və ruh halına malikdirlər. Amerika tarixçisi professor Gerhard Rempel "Reform, Liberation And Romanticism In Prussia" (Prussiyada İslahat, Azadlıq və Romantizm) adlı məqaləsində romantik milliyyətçilərin ruh dünyasını belə təsvir edir:

Romantiklər fantaziyaya, romantikliyə və simvolizmə gedən yolu seçdilər. Ruhi olaraq həmişə ölümlə maraqlandılar, gecə qaranlığında melanxolik böhranlar yaşadılar. (Romantik milliyyətçiliyin öndərlərindən) Novalis "həyat ruhun bir xəstəliyindən ibarətdir" deyirdi. Burada qarşımıza çıxan faktor estetik pessimizmin başlanğıcıdır...

Nazism

Nazi Almanyası'nda duygusallığın etkisiyle transa geçmiş kitleleri, Nazizm'in insanlık dışı eylemleri adına yönlendirmek kolayca mümkün olmuştur.

Romantizm - insan ruhunun dərinliklərindəki irrasional gücləri ortaya çıxardı... Döyüş haqqındakı vətənpərvər ədəbiyyatın inkişafı ilə birlikdə "ruhun rəqsi" deyilən bu düşüncə cəmiyyətin geniş kütlələri içərisində yayıldı...

Alman Romantikləri estetizmin bütünü inkişaf etdirdilər ki, bu, ağlın inkar edilməsinə və həqiqətin bir anda, birdən qavranması cəhdinə əsaslanırdı. Bu nəzəriyyəyə görə, poetik olan mütləq həqiqətin özü idi.2

Romantik milliyyətçilik duyğuların "əsl dünya" qəbul edilməsinə əsaslanırdı. Bu xəyalpərəst düşüncə reallıqdan tamamilə uzaq, öz ruh sarsıntıları içində yaşayan insanlar meydana gətirdi. Romantizmin bu təsirini insanı reallıqdan ayıran, bəzi duyğulara əsir edən şizofreniyaya bənzətmək mümkündür. (Şizofreniya xəstələri reallıqdan uzaq, öz xəyal dünyaları içində yaşayırlar)

Nazism

Üstte, Nazi döneminde yaşanan romantik milliyetçiliğin sembolü olan, Alman ırkını, milletleri adına aşırı bir duygusallığa yönelten bir propaganda afişi görülmektedir..

Bu şizofreniyalı ruh halının bir nümunəsi də romantik milliyyətçilərin bəzi anlayışları bütləşdirməsi vəziyyətidir. Bunların başında "qan" və "torpaq" anlayışları dururdu. Almaniyada XX əsrin əvvəlində meydana gələn "Blut und Boden" (Qan və Torpaq) adlı fikri cərəyan Alman qanının və Alman torpaqlarının müqəddəs olduğunu, Alman soyundan olmayan xalqların bu qanı və torpağı kirlətdiklərini iddia etmişdi. Bu cərəyan Nasist ideologiyasına da böyük təzyiq göstərdi. Nasistlər qan tökülməsini müqəddəs bir hərəkat olaraq görürdülər. Hitlerin 1923-cü ildəki müvəffəqiyyətsiz zərbə cəhdi əsnasında yaralanan Nasistlərin qanları ilə islanmış partiya bayrağı sanki bir bütə çevrilmişdi. "Blutfahne" (Qan Bayrağı) adı verilən bu bayraq olduğu kimi mühafizə edilmiş və hər Nasist mərasimində müqəddəs simvola çevrilmişdi. Hətta Nasist partiyasının on minlərlə yeni bayrağı Blutfahneyə sürtülmüş və ondakı "müqəddəs" gücün bu yeni bayraqlara da keçdiyi düşünülmüşdü.3

Romantik Milliyyətçiliyin Qanlı Qırğını

I və II Dünya müharibələri insanlığın gördüyü ən qanlı müharibə olaraq tarixə yazılmışdı. Bu müharibələr romantik milliyyətçilərin qapışmasından başqa bir şey deyildi. Almaniyada özünü açıq surətdə büruzə verən romantik milliyyətçi cərəyanı dövrün ingilis, fransız və rus cəmiyyətlərinə də təsir etmiş və bu ölkələrin idarə heyətlərini müharibəyə cəlb etmişdir. Razılaşmalarla həll edilə bilən problemlər qızışdırılmış və dünya milyonlarla insanın həyatına bais olan bir qırğın yaşamışdır.

I Dünya Müharibəsinin gedişatını araşdırmaq romantik milliyyətçiliyin nəticələrini görmək baxımından faydalıdır. Müharibədə bir çox ölkə iştirak etsə də, əsasən bir neçə dövlət vacib rol oynayırdı: bir tərəfdə İngiltərə, Fransa və Rusiya, digər tərəfdə isə Almaniya və Avstriya-Macarıstan. Müharibənin əvvəlində bu ölkələrdəki generalların hamısının ortaq düşüncəsi güclü bir hücumla düşmən xətlərini yarıb dağıtmaları və bir neçə həftə ərzində zəfər çalmaları istiqamətində idi. Halbuki müharibə indiyə kimi heç kimə zəfər gətirməmişdir.

terror
world war world war

Romantik milliyetçiligin etkisiyle kışkırtılan halklar ve bunun sonucunda başlatılan dünya savaşları, insanlığa kan, acı ve gözyaşından başka şey getirmedi. Geriye ise milyonlarca ölü, dul, yetimle birlikte harab olmuş şehirler kaldı.

Almaniya 1914-cü ildə Fransa və Belçikaya hücum etmiş və bir az irəlilədikdən sonra hücum dayandırılmış və qurulan cəbhələr 3.5 il boyunca yerindən tərpənməmişdir. Hər iki tərəf də düşmən cəbhəsini yarmaq ümidi ilə dəfələrlə bir-birinə hücum etmiş, amma heç bir şey dəyişməmişdir. Almanların hücumu ilə başlayan məşhur Verden döyüşündə 315.000 fransız və 280.000 alman əsgəri ölmüş, amma cəbhə yalnız bir neçə kilometr geriyə çəkilmişdir. Bir neçə aydan sonra ingilis və fransızlar Sommedə hücuma keçmişlər, qanlı vuruşmalar nəticəsində 600.000 alman, 400.000-dən çox ingilis və təxminən 200.000 fransız əsgəri ölmüş, nəticədə alman cəbhəsi yalnız 11 kilometr geriyə oturdulmuşdu. Romantik marşlarla, şeirlərlə, "Alman ruhu", "İngilis qüruru", "Fransız cəsarəti" kimi süni romantik anlayışlarla coşaraq ağılsız qərarlar verən idarəçilər öz xalqlarını qırğına məruz qoymuşlar. 3.5 il boyunca bir səngərdə döyüşən və həmişə bombardman altında yaşayan əsgərlərin çoxunda sonradan psixoloji problemlər baş qaldırmışdır.

dead soldier

Romantik milliyetçiğilin kışkırtılması ile başlayan savaşlarda insan hayatının değeri tamamen göz ardı edilmiştir. Romantik marşlarla, ateşli şiirlerle, "Alman ruhu", "İngiliz onuru", "Fransız cesareti" gibi suni duygusal kavramlarla coşarak akılcı olmayan kararlar veren idareciler, kendi halklarını kıyıma uğratmışlardır.

Romantik milliyyətçiliyin səbəbsiz qırğınının I Dünya Müharibəsindəki diqqət çəkən bir nümunəsi fransız generalı Robert Nivellenin 1917-ci ilin aprelində alman cəbhə xəttinə qarşı başlatdığı hücumdur. Nivelle hücumdan əvvəl "yalnız iki gün içində alman xətlərini yaracaqlarını və bir həftə içində zəfərə çatacaqlarını" vəd etmişdi. Alman ordusunun onlardan daha üstün olmasına baxmayaraq, bu romantik vədin təsirinə düşən fransız ordusu aprelin 16-da hücuma keçmiş və bu hücum 1.5 aydan çox davam etmiş, nəticədə heç bir nəticə əldə edilməmiş, yüz minlərlə əsgər ölmüş, sonra da fransız birlikləri arasında daxili üsyanlar baş qaldırmışdır.

Hitler mussolini

Kan dökücü zihniyet, II. Dünya Savaşı'nda da hayata geçmiş ve toplam 55 milyon kişi, Hitler, Mussolini, Stalin gibi psikopat ruhlu romantiklerin ihtirasları nedeniyle ölmüştür. 2. Dünya Savaşı'nın baş aktörleri olan bu zalim liderler, ütopik ideallerinin peşinde, tüm dünyayı zulüm ve karanlığa sürüklemişlerdir.

stalin

Eyni zehniyyət II Dünya Müharibəsində də həyata keçmiş, bu dəfə daha çox insan - 55 milyon adam Hitler, Mussolini, Stalin kimi psixopat ruhlu romantiklərin ehtirasları səbəbindən ölmüşdür.

Yalnız dünya müharibələri deyil, müxtəlif ölkələr, qəbilələr və ya təşkilatlar arasındakı döyüş və qarşıdurmaların əsasında da romantizm durur. Yaşadığı dünyanın şərtlərini ağılla qiymətləndirə bilməyən, romantik şüarların, qəhrəmanlıq hekayələrinin, marşların və şeirlərin təsiri ilə silaha sarılan milyonlarla insan həm özlərinin, həm də düşmən saydıqları insanların qanını tökmüş və dünyanı qarışıqlıq və fitnə içinə salmışlar.

cruelty

Dünyanın dört bir yerinde romantizmin kışkırttığı insanlar, diğer insanlara akıl almaz işkenceler yapabilmekte, türlü insanlık dışı fiili işleyebilmekte ve büyük bir vahşet sergileyebilmektedirler.

Kitabın əvvəlində duyğusallığın insanları Allahın yolundan çıxarmaq və bəlalara uğratmaq üçün şeytan tərəfindən istifadə edilən bir silah olduğunu vurğulamışdıq. Şeytanın insanlara qarşı qurduğu bu tələ özünü romantik milliyyətçilikdə daha açıq şəkildə özünü göstərir. Allah Quranda şeytanın insanları qarşıdurma, qarışıqlıq və terror mühitinə məruz qoyduğunu belə bildirir:

(Allah) buyurdu: “Çıx get! Onlardan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhənnəm olacaqdır. Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. (İsra surəsi, 63-64)

Bu ayədə şeytanın idarəsi altındakı insanları istifadə edərək yer üzündə "təhrik edən səslər" və "üzərinə yeriyən piyadalar" meydana gətirəcəyi bildirilir ki, romantik milliyyətçiliyin nəticələri də bu şəkildədir.

Romantik Milliyyətçiliyin Fikri Əsası: Darvinizm

darwin

Teorisi ile dünyaya bela üzerine bela getiren Charles Darwin

Romantik milliyyətçilər romantik meyl olan qan qırğınını dəstəkləmək üçün bəzi fəlsəfi və elmi şərhlərə də müraciət etmişlər. Bu şərhlərin əsası Darvinin təkamül nəzəriyyəsidir.

İngilis bioloqu Darvin 1859-cu ildə nəşr olunan "Növlərin Mənşəyi" adlı kitabında təbiətdə mərhəmətsiz bir həyat mübarizəsi olduğunu, bu mübarizənin canlıları inkişaf etdirdiyini və yaranan yeni növlərin də bu mübarizənin qazanılması və itirilməsinə görə ortaya çıxdığını irəli sürmüşdür. Başqa sözlə, Darvinə görə inkişafın açarı "qarşıdurma"dır. Darvin 1871-ci ildə nəşr etdirdiyi "İnsanın Törəməsi" adlı kitabında bu fikirlərini daha da inkişaf etdirmişdi. Bu kitabla birlikdə insan irqlərinin bəzilərinin digərlərinə görə daha üstün olduğunu qarşıya qoymuş, yəni irqçiliyə zəmin yaratmışdır. Darvin Avropalı ağ irqləri "üstün irqlər" olaraq hesab edərkən, zənciləri, asiyalıları və türkləri "yarı meymun primitiv irqlər" olaraq qiymətləndirmişdir.

Darvinin elmdən uzaq bu nəzəriyyəsinin yayılması ilə birlikdə, qarşıdurma və irqçilik sürətlə dəstək qazanmışdır. Belə ki, bu iki anlayış "elmi bir həqiqət" kimi qəbul edilməyə başlamışdır.

Romantik milliyyətçilərin Darvinizmlə əlaqəsi də bu nöqtədə ortaya çıxır. Romantik milliyyətçilər döyüşə olan meyllərini və öz irqlərinin digərlərindən üstün olduğu hesab etdiklərindən Darvinizmə əsaslanırlar.

Fövqəladə bir qan qırğınına səhnə olan I Dünya Müharibəsinin arxasında Darvinizmin bu qaranlıq təlqinini tapmaq mümkündür. Yüz minlərlə əsgəri gözlərini qırpmadan ölümə göndərən alman, fransız, ingilis, rus və ya avstriyalı generallar Darvinizmin "canlılar mübarizə edərək inkişaf edir, irqlər də döyüşərək ucalır" şəklindəki yalanına inanmışlar və bu ruh halı içində döyüş əmri vermişlər.

Məsələn, I Dünya Müharibəsi generallarından Friedrich von Bernardi savaş və təbiətdəki mübarizənin qanunları arasındakı əlaqəni belə qurmuşdur:

Müharibə bioloji bir ehtiyacdır, təbiətdəki ünsürlərin qarşıdurması qədər lazımlıdır. Bioloji istiqamətdən yerində nəticələr verir, çünki bu nəticələr varlıqların əsas xüsusiyyətləri ilə əlaqədardır.4

Avstriya-Macaristanın baş komandiri general Franz Baron Conrad von Hoetzendorff isə müharibədən sonrakı xatirələrində belə yazmışdır:

terror
klan

Darwin'in zamanından beri ırkçı saldırılar ve bundan kaynaklanan savaşlar artarak devam etmektedir. Günümüzde de bu sapkın fikirlerin uygulamalarını, Neo-Nazilerde, Ku Klux Klan örgütlerinde, zencileri veya farklı ırklardan kişileri hedef alan pek çok örgütte görmek mümkündür. Ama unutmamak gerekir ki tüm bu insanlık dışı eylemlerin birinci dereceden sorumlusu Sosyal Darwinizm'dir.

Dünya müharibəsinin böyük fəlakəti (insanın həyat mübarizəsi) prinsipi tam bir uyğunlaşma ilə reallaşmışdır. İnsanların və dövlətlərin həyatlarının ana gücü ilə yaranan bu müharibə boşalması lazım olan bir ildırım yükü kimi təbiətin bir qaydasıdır.5

Almaniyanın kansleri (baş naziri) Theobald von Bethman-Hollwegin fərdi məsləhətçisi və dostu Qurd Riezler 1914-cü ildə belə yazmışdır:

Mütləq və əzəli düşmənlik insanlar arasındakı əlaqələrin təbiətində vardır. Hər yerdə gördüyümüz daimi nifrət… insan təbiətinin pozulmasından qaynaqlanmır, əksinə təbiətin və həyatın qaynağının özündə vardır. 6

book

Gasman kitabında Almanya'da Sosyal Darwinizm'in nasıl yeşerdiğini anlatmaktadır.

ernst heackel

Almanya'da Sosyal Darwinizm'in en büyük temsilcisi Ernst Haeckel

Dövrün dövlət adamlarını və idarə heyətlərini təsiri altına alan düşmənlik və qarşıdurmanın insanın təbiətində olması iddiası, şübhəsiz, böyük bir yalandır. İnsan təkamülçülərin iddialarının tam əksinə, şəfqət, mərhəmət, sevgi və anlayışdan zövq alacaq şəkildə yaradılmışdır. İnsanın fitrəti, yəni təbiəti Allahın əmr etdiyi din əxlaqını yaşamaqdır. Bunun xaricində insana təlqin edilən hər cür batil və azğın düşüncə isə həm adamda, həm də cəmiyyətdə pozğunluğa və degenerasiyaya səbəb olur.

Romantizm öz ətrafına ehtiraslı bir bağlılığı, digərlərinə qarşı isə kin və nifrəti qızışdırır. Bu ruh halı Darvinizmin "irqlərin həyat mübarizəsi" anlayışına çox uyğundur. Darvinin nəzəriyyəsinin sosiologiyalarına uyğunlaşdırılmış halına "İctimai Darvinizm" adı verilir və İctimai Darvinizm romantik milliyyətçi və irqçi cərəyanların ən böyük dayağı olmuşdur. Amerikalı yazıçı Janet Biehl "Ecology and the Modernization of Fascism en the German ultra-Right" (Ekologiya və alman radikal sağında faşizmin təkmilləşməsi) adlı məqaləsində mövzuya aid bunları yazır:

Alman radikal sağında İctimai Darvinizmin dərin kökləri vardır... İngilis-Amerikan İctimai Darvinizmində olduğu kimi, Alman İctimai Darvinizmi də insanların ictimai təşkilatlarını insani olmayan dünyadan alınma "təbiət qanunları" ilə açıqlamışdır. Amma ingilis-amerikan İctimai Darvinizmi "uyğun olanların qazanması" anlayışını vəhşi kapitalist bir meşədə fərdi cəhdlərin qazancı olaraq izah edərkən, Alman İctimai Darvinizmi "uyğun olanların qazanması" anlayışını əzici olaraq irq anlayışında qəbul etmişdir. Bu səbəbdən, "ən uyğun" olan irq davam etdirdiyi "həyat mübarizəsi"ndə bütün digər rəqiblərini məhv edərək qazanacaq, qazanmalıdır.7

Almaniyada İctimai Darvinizmin ən böyük nümayəndəsi olan Ernst Haeckel (1834-1919) məşhur Darvinist bioloq idi. Darvinin işlərindən çox təsirlənən Haeckel Darvinizmə "tərəf" çıxaraq və "Ontogenez Filogenezin Təkrarıdır" (Ontogeny Recapitulates Phylogeny) olaraq yekunlaşdırılan və məməlilərdəki embrionların təkamül müddətini əks etdirən nəzəriyyəni ortaya atmışdı. (Bu nəzəriyyənin çürüklüyü illər sonra aydın oldu və Haeckelin istifadə etdiyi sxemlərdə saxtakarlıq etdiyi ortaya çıxdı)

Haeckel "Monist Birliyi" adı altında ateizmi yaymaq məqsədilə bir dərnək yaratmış və bu dərnək, eyni zamanda, irqçiliyin və romantik milliyyətçiliyin mərkəzi olmuşdur. 1920-ci illərdə Hitlerin başçılığı altında inkişaf edən Nasist hərəkatı Haeckelin fikirlərindən və Monist Birliyindən bəhrələnmişdir. Mövzunu araşdıran tarixçi Daniel Gasman The Scientific Origins of National Socialism: Social Darwinism en Ernest Haeckel and the German Monist League (Milli Sosializmin Elmi Mənşələri: Ernest Haeckeldə və Alman Monist Birliyində İctimai Darvinizm) adlı kitabında belə yazır:

Almaniyadakı irqçilikdən ilham alan İctimai Darvinizm... varlığını demək olar ki, tamamilə Hekkelə borclu idi... (Hekkelin) fikirləri, irqçilik, imperializm, romantizm, anti-Semitizm və milliyyətçi cərəyanının bir bədəndə birləşib vahid ideologiya halına gəlməsinə xidmət etdi... Volkismim (romantik milliyyətçi Alman populistliyinin) həqiqətdə tamamilə qeyri-real və mistik fikirlərinə elmi əlavə edən adam Haeckel idi. 8

Gasman mövzu barədə bunları yazmışdır:

Deyilə bilər ki, İngiltərədə Darvinizm təbii dünyanın ictimai dünyaya bir proyeksiyası olaraq, "buraxın etsinlər" (laissez faire) kapitalizminin fərdiliyinin bir davamı oldusa, Almaniyada alman romantizminin bir proyeksiyası olmuşdur... Darvinizmin Almaniyada aldığı şəkil bir növ saxta elmi təbiət dini, irqçiliklə qarışıq bir təbiətə tapınma mistizmidir. 9

Janet Biehl də eyni mövzuda "Hekkel mistik irqçiliyə və milliyətçiliyə inanırdı, belə ki, Alman ictimai Darvinizmi əvvəldən romantik irqçiliyə və romantik milliyyətçiliyə saxta bioloji bir əsas təmin edən siyasi bir hərəkat oldu" deyə yazmışdır. 10

Nəticə

Bütün bunlar romantizmin tamamilə dindən uzaq və dinə zidd bir psixologiya və dünyagörüş olduğunu bir daha göstərir. Ortaya atıldığı ilk gündən etibarən haradasa ateizmlə oxşar olan Darvinizmin romantizmlə sıx bağlı olması bu istiqamətdə çox açıq bir göstəricidir.

nazi german

Romantik milliyyətçiliyin Darvinizmlə olan əlaqəsi və Nasist hərəkatın meydana gəlməsindəki rolu bizə çox əhəmiyyətli həqiqəti bir daha göstərməkdədir: Romantizm istər fərdlər, istərsə də cəmiyyətlər üçün son dərəcə təhlükəli bir cərəyandır. Çünki romantizmə qapılan insanlar öz irqlərinin başqalarından üstün olduğuna, müharibələr edərək bütün dünyanı zəbt etmə haqqına sahib olduqlarına, başqa millətləri ortadan qaldırmağın və ya özünə tabe etməyin isə son dərəcə qanuni olduğuna inanır, ağıla, sağlam fikrə və vicdana zidd düşüncələrə asanca qapıla bilirlər.

hitler

Nasist Almaniyası romantizmin dağıdıcı və zülmedici təsirini göstərən ən əhəmiyyətli tarixi nümunələrindən biridir. Nasistlərin 1933-cü ildə iqtidara gəlməsi ilə birlikdə Hitler və qərargahları alman cəmiyyətinə qarşı sanki "romantik beyin yuma" kampaniyasına başlamışlar və romantik milliyyətçiliyin şüursuz iddialarını qısa zamanda cəmiyyətə mənimsətmişlər. 1930-cu illərin sonlarına doğru alman xalqının əksəriyyəti tezliklə bütün dünyanı idarə edəcək 1000 illik bir "Alman Krallığı"nın (III Reich) qurulacağına, alman irqinin "saflaşdırılması" məqsədilə ölkədəki digər xalqların məhv edilməsinin lazım olduğuna, Hitlerin metafizik gücə sahib olan yanılmaz bir "başçı" (Führer) olduğuna və onları zəfərə aparacağına inanmışlar. Hitlerin qəzəbli, təcavüzkar, paranoid və həyasız nitqlərini göz yaşları içində dinləyərək özlərindən gedən insanlar sanki kütləvi surətdə ovsunlanmışdılar.

flag

Halk üzerinde romantik milliyetçiliği kışkırtırken belirli sembollere ihtiyaç duyuluyordu. Alman ordusu, Alman halkı, Alman bayrağı, Alman kanı gibi..

Nasistlərin məşhur Nuremberg mitinqləri "romantik beyin yuma"nın ən parlaq nümunəsidir. Amerikalı tədqiqatçılar Baigent, Leigh və Lincoln bu mitinqləri belə təsvir edirlər:

Pis şöhrətə sahib olan Nuremberg mitinqlərində... hər şey (formaların və bayraqların rəngləri, natiqlərin yeri, proqramın gecə yarısına qədər davam etməsi, spot işıqlarının istifadəsi, zaman) çox diqqətli şəkildə hesablanırdı. Bu mitinqlərdə çəkilən filmlər insanların sanki özlərini sərxoş etdiklərini, sanki hipnozdaymış kimi "Sieg Heil" şəklindəki Nasist şüarını dayanmadan təkrarlayaraq Hitlerə sanki tapınarcasına Nasist salamı verdiklərini göstərir. Kütlələrin üzündən bomboş bir zehnin gətirdiyi xoşbəxtlik oxunur... Bu razı salıcı bir ifadədən qaynaqlanmır. Əslində Hitlerin ifadələri heç də razı salıcı deyil. Hər zaman adi, uşaq kimi eyni şeyi təkrarlayan, boş məzmunlu nitqlərdir. Amma bu nitqləri təşkil etmə şəkli zəhərli bir enerjiyə malikdir, bir baraban ritmi kimi hipnozedicidir... Və bu, kütlə psixologiyasının gətirdiyi yoluxuculuqla, bir sahəyə sıxışdırılan minlərlə insanın təsirilə cəmləndiyində ... kütlə isterikasını meydana gətirir... Hitlerin mitinqlərində görünən şey psixoloqların mistik təcrübələri açıqlamaq üçün istifadə etdikləri "şüur qapanması" vəziyyətidir. " 11

Qısacası, Nasist mitinqləri insanları tamamilə ağıldan uzaqlaşdıran və romantizm ovsununun təsiri altına aldığı kütləvi hipnoz seanslarıdır. Bu romantik vəziyyət II Dünya Müharibəsinin başlanmasına və 55 milyon insanın həyatına bais olmuşdur.

Nasizm romantizmin dağıdıcı təsirlərinin yalnız bir nümunəsidir. Romantizm insanları ağıldan uzaqlaşdırdığı, ağıl yerinə duyğuları hakim etdiyi üçün onları hər cür azğınlığa sürükləyə bilər. Buna görə romantik bir insana hər hansı bir istiqamət vermək asandır. Əgər içində olduğu mühit o istiqamətdədirsə, qısa zamanda qatı bir irqçiyə və faşistə çevrilə bilər. Bunun tam əksi olan bir mühitdə olduğunda isə kommunist bir xadim olar, Leninist marşlar söyləyərək günahsız insanlara təzyiq göstərər, hətta özünü atəşə də ata bilər. Son dərəcə mərhəmətsiz və sərt olan romantik insanın bir neçə saat sonra göz yaşları içində hıçqıra-hıçqıra ağlamasını da görmək mümkündür. Ağıl ortadan qalxdıqdan və insan duyğularına, daha doğrusu şeytanın nəfsində oyatdığı ehtiraslara əsir olduqdan sonra həddini aşmasında və anormallıqda bir sərhəd yoxdur.

children inthewar children inthewar

Şeytanın kışkırtarak duygusallığa kaptırdığı insanlar, Hitler'i sanki büyülenmişcesine dinliyor, onun yaptığı insanlık dışı eylemleri alkışlayabiliyordu. Üstelik bu delilik derecesine varan romantizmi çocuklarına da öğretiyor, onları da sapkın bir yola sürüklüyorlardı.

Dipnotlar

1.Michael Howard, The Occult Conspiracy: The Secret History of Mystics, Templars, Masons and Occult Societies, 1.b., London: Rider, 1989, s. 106

2.Gerhard Rempel, "Reform, Liberation And Romanticism In Prussia", http://mars.wnec.edu/ ~grempel/ courses/germany/lectures/07reform.html

3.Michael Baigent, Richard Leigh, Henry Lincoln. The Messianic Legacy. London: Corgi Books, 1991. s. 199

4.Anthony Smith, ‹nsan, Yap›s› ve Yaflam›, Remzi Kitapevi, ‹stanbul, 1979, s. 33

5.Hoetzendorff, Aus Meiner Dienstzeit, IV, pp. 128-129; cited in James Joll, Europe Since 1870: An International History, Penguin Books, Middlesex, 1990, s. 164.

6.James Joll, Europe Since 1870: An International History, Penguin Books, Middlesex, 1990, s. 164

7.Janet Biehl and Peter Staudenmaier, "'Ecology' and the Modernization of Fascism in the German Ultra-right", Ecofascism: Lessons from the German Experience, AK Press San Francisco, CA, 1995

8.Daniel Gasman, The Scientific Origins of National Socialism: Social Darwinism in Ernst Haeckel and the German Monist League (New York: American Elsevier; London: Macdonald & Co., 1971), s. 23

9.Daniel Gasman, The Scientific Origins of National Socialism: Social Darwinism in Ernst Haeckel and the German Monist League (New York: American Elsevier; London: Macdonald & Co., 1971), s. 22-23

10.anet Biehl and Peter Staudenmaier, "'Ecology' and the Modernization of Fascism in the German Ultra-right", Ecofascism: Lessons from the German Experience, AK Press San Francisco, CA, 1995,

11.Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, Corgi Books, London, 1991. s. 194

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Giriş
  • Halal və Halal Olmayan Sevgi
  • Romantik Milliyyətçilik
  • Romantizmin Digər İdeologiyalari
  • Dini Pərdə Altinda Tətbiq Olunan Romantizm
  • İmanla Bağlı Olan Əsl Ağıl
  • Romantizmin Növləri
  • Romantik Sevgi Anlayışı
  • Romantizmin Fiziki Təxribatları
  • Nəticə: Romantizm Xəstəliyindən Xilas Olmaq