Halal və Halal Olmayan Sevgi

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz)...
(Mumtəhinə surəsi, 1)

Duyğusallıq, yəni başqa sözlə desək, romantiklik çox vaxt "sevgi" duyğusu adı altında öz təsirini göstərir. Məsələn, sonrakı səhifələrdə araşdıracağımız romantik radikal milliyyətçilər öz millətlərini çox sevdiklərini söyləyərək başqa millətlərə qarşı kin bəsləyir və hətta təcavüzkarlıq göstərirlər. Və ya bir gənc qıza aşiq olan, onu həyatının yeganə məqsədi hesab edən, "sənə aşiqəm" deyərək şeirlər yazan və hətta intihara cürət edəcək şəkildə irəli gedərək bu gənc qızı "ilahlaşdıran" bir gəncin "sevgi" anlayışıdır. Homoseksuallar, yəni Allahın haram etdiyi bir azğınlığı həyasızca və israrla tətbiq edən insanlar da "sevgi"ni bir-birlərində tapdıqlarını söyləyirlər.

İnsanların əksəriyyəti isə "sevgi" adı verilən hər duyğunun həmişə doğru, təmiz, hətta müqəddəs olduğunu zənn edir və yuxarıda saydıqlarımıza bənzər romantizm nümunələrini məqbul görürlər.

Əlbəttə ki, sevgi Allahın insana bəxş etdiyi gözəl bir duyğudur. Amma əhəmiyyətli olan bu sevginin kimə və hansı düşüncələrlə bəsləndiyi, yəni əsl sevgi olub-olmadığıdır. Duyğusallığın gətirib çıxartdığı azğın sevgi anlayışı ilə Allahın bizə Quranda öyrətdiyi həqiqi sevgi anlayışı bu nöqtədə bir-birindən ayrılır.

Bu mövzuları kitabın içində araşdıracağıq. Ancaq əvvəlcə, Qurana görə sevginin meyarını açıqlayaq: Qurana görə sevgi ona layiq olanlara göstərilir. Sevgiyə layiq olmayanlar isə sevilməz. Hətta onlara "buğz" edilər, yəni qəlbən soyuqluq duyular. Sevgiyə layiq olan isə sahib olduğu əxlaqa görə müəyyən olunur.

Mütləq sevgiyə layiq olan tək varlıq, hamımızın yaradıcısı olan Allahdır. Allah bizi var etmiş, saysız nemətlərlə ruziləndirmiş, bizə yol göstərmiş və əbədi cənnəti vəd etmişdir. Hər cür çətinliyimizdə O bizə kömək edir, hər səmimi çağırışımıza O cavab verir. Bizi O doyurur, xəstələndiyimizdə bizə O şəfa verir, qəlbimizi O qurtuluşa qovuşdurur. Bu səbəbdən kainatın sirrini qavrayan insan hər şeydən çox Allahı sevir. Sonra da Allahın sevdiklərini, yəni Allahın rizasına uyan saleh insanları sevir.

Digər tərəfdən, Allaha qarşı isyankar olanlar, Rəbbimizə üsyan edən nankorlar isə sevgiyə layiq deyillər. Bu insanlara qarşı sevgi bəsləmək doğru deyil və Allah bu mövzuda iman edənləri belə xəbərdar edir:

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz). Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar. (Mumtəhinə surəsi, 1)

Ayədən göründüyü kimi, iman edənlər inkarçılara qarşı sevgi bəsləməzlər. Ancaq burada əhəmiyyətli bir nüansı xatırlatmaqda fayda vardır. Mömin dini inkar edən bir insana qarşı ürəyində bir sevgi duymasa da, o insanın iman etməsi, müsəlman olması üçün əlindən gələn hər şeyi edər. Yəni, burada bəhs edilən "sevgi bəsləməmək" vəziyyəti qarşıdakı insana hirslənmək, onun yaxşılığını istəməmək mənasını verməz. Əksinə, Allaha iman edən bir insan öyüd ala biləcək, doğru yolu tapa biləcək hər insana dini təbliğ etmək, cənnətin və cəhənnəmin varlığını xatırlatmaq, ölüm və hesab günü ilə qarşı tərəfi xəbərdar edib qorxutmaq vəzifələrini əksiksiz olaraq, şövqlə yerinə yetirər.

Onun bütün səyinə baxmayaraq, bir insan iman etməsə də, yenə müsəlmanın ədalətli rəftarında bir dəyişiklik olmaz. Möminlərə zərər verməyə, insanlar arasında təxribatçılıq və qarışıqlıq çıxarmağa cəhd etmədiyi müddətdə hər insana qarşı xoş münasibət bəsləyər. Çünki Allah möminlərə belə əmr etmişdir:

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kim¬¬sələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır. (Mumtəhinə surəsi, 8-9)

Bu ayələrdə və yuxarıda misal olaraq verdiyimiz Mumtəhinə surəsinin 1-ci ayəsində Allah bizə bir çox hikmətlə birlikdə əhəmiyyətli bir dünyagörüşü də öyrədir: insanın duyğuları onu istiqamətləndirməməlidir. Çünki duyğular insanı son dərəcə yanılda bilər. İnsanın duyğularına görə deyil, ağlına və iradəsinə, Allahın əmrlərinə görə hərəkət etməsi, duyğularını da ağıl və iradə ilə tərbiyə etməsi lazımdır.

Bunu duyğusallıq bataqlığına düşmüş hər insanın həyatında görə bilərik. Ürəyindəki istək, ehtiras, nifrət və ya əsəb kimi duyğulara əsir olmuş yüz milyonlarla insan ağıla zidd olan işlər görərək və bunu da "nə edim, sevirəm də" və ya "nə edim, çox istəyirəm, içimdən gəlir" kimi çarəsizlik dolu sözlərlə müdafiə edərlər. Halbuki bir şeyin insanın "içindən gəlməsi", o şeyin doğru və qanuni olması demək deyil. İnsanın nəfsi ona daim pisliyi əmr edir, şeytan da onu daha böyük pisliklərə itələyir. "Nə edim, içimdən gəlir" deyərək Allahın rizasına zidd işlər görən insan əslində, nəfsinin və şeytanın oyuncağı olmuşdur. Allah bu insanlardan Quranda belə danışır:

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli )elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)

Sonrakı səhifələrdə duyğusallığın bir növü olan yüksək dərəcəli romantizmin müxtəlif nümunələrini araşdıracaq, bunların insanlara verdiyi zərərdən bəhs edəcək və necə müalicə ediləcəklərini açıqlayacağıq.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Giriş
  • Halal və Halal Olmayan Sevgi
  • Romantik Milliyyətçilik
  • Romantizmin Digər İdeologiyalari
  • Dini Pərdə Altinda Tətbiq Olunan Romantizm
  • İmanla Bağlı Olan Əsl Ağıl
  • Romantizmin Növləri
  • Romantik Sevgi Anlayışı
  • Romantizmin Fiziki Təxribatları
  • Nəticə: Romantizm Xəstəliyindən Xilas Olmaq