Giriş

Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər.
(İsra surəsi, 64)

İnsanları din əxlaqından uzaqlaşdıran, Rəbbimiz olan Allaha qulluq etməkdən çəkindirən, onların başına saysız-hesabsız bəlalar gətirən hiyləgər bir təhlükə vardır. Bu təhlükə həyatın müxtəlif sahələrində, müxtəlif hadisələrlə qarşımıza çıxa bilər. Bəzən bir faşistin yumruğu, bəzən bir kommunistin söylədiyi marş, bəzən də sevdiyi qıza eşq məktubu yazan bir gəncin sözləri bu təhlükədən qaynaqlana bilər.

Bu təhlükənin ən əhəmiyyətli istiqaməti isə insanların böyük bir hissəsinin bunu bir təhlükə olaraq görməməsidir. Bunun Quran əxlaqına tamamilə zidd bir ruh halı olduğunu isə çox az insan dərk edir. Hətta insanların bir çoxu bu ruh halını bir təhlükə və səhv deyil, təqdir edilməli və yaşanması lazım olan bir üstünlük kimi görürlər.

Bu təhlükə insanları ağıllarına görə deyil, hisslərinə, yəni ehtiraslarına, əsəblərinə, zəifliklərinə və inadlarına görə yaşamağa yönəldən duyğusallıqdır.

Duyğusallıq - dünyada yüz milyonlarla insanı təsiri altına almış bir cahiliyyə mədəniyyətidir. Əslində, şeytan tərəfindən insanları Allahın yolundan sapdırmaq üçün istifadə edilən silahlardan biridir. Çünki duyğusallığın pəncəsinə düşmüş insan ağlından istifadə edə bilmir. Ağlından istifadə etmədiyi zaman isə nə özünü yaratmış olan Allahı təqdir edə bilər, nə Onun dəlilləri və hikmətləri üzərində düşünə bilər, nə də Quran əxlaqının incəliklərini qavrayıb yaşaya bilər. Çünki din əxlaqının yaşanması ağılla mümkündür və Allah Quranı "onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün" nazil etmişdir. (Sad surəsi, 29)

Qısacası, duyğusallıq xəstəliyi müalicə edilmədən bir insanın dini həqiqi mənada qavraması və yaşaması mümkün deyil. Duyğusallıq xəstəliyi müalicə edilmədən dünyadakı saysız qarşıdurmaların, insanların bir-birlərinə qarşı etdikləri zülmün, səbəbsiz ağrı-acı və təcavüzkarlığın da ortadan qalxması mümkün deyil.

Bu səbəbdən kitabda duyğusallıqdan bəhs edəcək, bu cahiliyyə mədəniyyətinin yaxın tarixdəki və gündəlik həyatımızdakı bəzi nümunələrini araşdıracağıq. Heç kimin özünü bu təhlükədən uzaq görməməsi və şeytanın hər insanı çəkməyə çalışdığı bu bataqlığa qarşı hər kəsin diqqətli olması lazımdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Önsöz
  • Giriş
  • Halal və Halal Olmayan Sevgi
  • Romantik Milliyyətçilik
  • Romantizmin Digər İdeologiyalari
  • Dini Pərdə Altinda Tətbiq Olunan Romantizm
  • İmanla Bağlı Olan Əsl Ağıl
  • Romantizmin Növləri
  • Romantik Sevgi Anlayışı
  • Romantizmin Fiziki Təxribatları
  • Nəticə: Romantizm Xəstəliyindən Xilas Olmaq