Üçüncü Hissə:
Mövlanaya Aid Olduğu Deyilən Kitablarda
Təkamülü Müdafiə Edən və Türk Millətini Alçaldan Sözlər

Mən də cansız varlıqdan öldüm; bitib boy atan bitki oldum, bitki ikən öldüm, heyvan şəkli ilə dirildim. Heyvanlıqdan öldüm, insan oldum. Artıq ölüb azalmaqdan, nöqsana düşməkdən niyə qorxum ki? (Məsnəvi, cild 3, səh.273)

İnsan öncə cansızlar ölkəsinə gəlmişdir, cansızlardan bitkilərə düşmüşdür. İllərlə o bitkilərdə ömür sürmüşdür və cansızlardakı savaşını heç xatırlamamışdır. Bitkidən canlılara düşüncə də bitki olduğu halını xatırlamaz... Təkrar onu bilən Yaradıcı onu tutar, heyvanlıqdan insanlığa çəkməyə başlar. (Məsnəvi, cild 4, səh.636)

RTmi_72_Mesnevi_cilt3_sayfa_273_evrim

Orijinal Kaynak: Mesnevi Cilt 3

RTmi_73_Mesnevi_cilt4_sayfa_636_evrim

Orijinal Kaynak: Mesnevi Cilt 4

Quranda təkamül yoxdur. Bir hüceyrənin belə təsadüfən əmələ gəlməsi mümkün deyil. 700 milyondan artıq fosil də yaradılışı isbat edir. Təkamülün doğru olduğunu sübut edən tək bir fosil yoxdur. Cinlərin, mələklərin, hz.Musanın ilana dönən əsasının heç bir təkamül keçirmədən bir anda yaradıldığı kimi, insan da Quranda xəbər verildiyi kimi, bir anda yaradılmışdır. Quranın və elmin göstərdiyi bu həqiqətə baxmayaraq, İslam ilə darvinizmi uzlaşdırmağa çalışmaq müsəlmanlara Quranda olmayan bir İslam təlqin etməkdir.

Quranda Təkamül Ilə Mərhələli Şəkildə Yaradılış Yoxdur. Hər Şey Allahın “Ol” Əmri Ilə Yaradılmışdır.

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)

Dirildən də, öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur. (Ğafir surəsi, 68)

Biz bir şeyi istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur. (Nəhl surəsi, 40)

Bir şeyi istədikdə ona təkcə: “Ol!” –deyər, o da olar. (Yasin surəsi, 82)

Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar. (Məryəm surəsi, 35)

Mələklər Təkamül Ilə Yaradılmamışdır

Göyləri və yeri yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir. (Fatir surəsi, 1)

Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə... (Bəqərə surəsi, 30)

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə... (Bəqərə surəsi, 34)

Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik... (Əraf surəsi, 11)

Cinlər Təkamül Ilə Yaradılmamışdır

Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, səs çıxaran quru gildən yaratdıq. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq. (Hicr surəsi, 26-27)

O, insanı saxsı kimi quru gildən yaratdı, cinləri də təmiz oddan yaratdı. (Rəhman surəsi, 14-15)

Allah üçün yaratmaq çox asandır. Rəbbimiz heç bir səbəb olmadan yoxdan var edəndir. Cinləri və mələkləri fərqli formalarda yaratdığı kimi, insanı da təkamülə ehtiyac olmadan ayrı varlıq olaraq var etmişdir. Eyni durum heyvan və bitkilər kimi, digər canlılar üçün də əsaslıdır. Quranda xəbər verilən açıq həqiqət budur: Allah bu canlıların heç birini təkmilləşdirmədən, yəni növləri başqa növlərə döndərmədən bir anda yoxdan var etmişdir.

Təkamülü Müdafiə Edən Müsəlmanlar Hz.Musanın Əsasının Ilana Döndüyünü, Hz.İsanın Üfürdüyü Palçığın Quş Olub Uçduğunu Açıqlaya Bilməzlər

Hs.Musa əsasını yerə atanda cansız əsa canlı ilana dönür, əlinə alanda ilan təkrar cansız ağaca dönür. Daha sonra yenə yerə atanda yenə canlıya çevrilir. Yəni cansız maddə canlanır, sonra ölür, sonra yenə canlanır. Beləliklə, Allah möcüzə ilə insanlara sürəkli yaradılışı göstərir.

(Musa) onu (yerə) atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. (Allah) buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq. (Taha surəsi, 20-21)

Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz. (Taha surəsi, 69)

Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. (Allah dedi:) “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar. (Nəml surəsi, 10)

Quranda hz.İsanın da palçıqdan quş şəklində bir şey düzəltdiyi, sonra ona üfürdüyündə Allahın diləməsi ilə bu quşun cana gəlib uçduğu xəbər verilmişdir:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. (Maidə surəsi, 110)

Bu quş heç bir səbəbə bağlı olmadan, Allahın diləməsi və möcüzəsi ilə cana gəlir. Cansız maddədən yaranan quş uca Allahın səbəbsiz və üstün yaratmasının nümunələrindən biridir. Hz.İsa da Allahın lütf etdiyi bu möcüzə ilə təkamülçü düşüncənin məntiqsizliyini və əsassızlığını gözlər önünə sərir.

Mövlanaya Aid Olduğu Deyilən Əsərlərdə
Eyni Darvinin Əsərlərində Olduğu Kimi,
Türklər Barbar Olaraq Göstərilir

Bir gün Şeyx Səlahəddin həzrətləri bağ salmaq üçün türklərdən muzdlu əkinçilər tutmuşdu. Bunu görən Mövlana həzrətləri: “Səlahəddin bəy, bağ salmaq üçün rumlu əkinçilər, pozmaq üçün də türk əkinçilər tutmaq lazımdır. Çünki dünyanı abad etmək rumlara, dağıtmaq isə türklərə məxsusdur... Hər şeydən uca Tanrı dünyanı yaratdığı vaxt əvvəlcə qafil kafirləri yaratdı; onlara uzun ömür və güc verdi. Nəhayət, onlar heç bir şeydən xəbəri olmayan əkinçilər kimi bu torpaq aləmini abad etməyə çalışdılar. Əsrlər sonra gələnlərə nümunə olsun deyə, şəhərlər, dağların başında qəsrlər və təpələrin üzərində tarlalar inşa etdilər. Sonra bu abad olunmuşların xarab edilməsi üçün Tanrı türkləri yaratdı. Onlar da çəkinmədən və acımadan gördükləri imarətləri uçurub xarabaya çevirdilər və hələ də edirlər və Qiyamətə qədər də belə edəcəklər. Konya şəhəri də yenə mərhəmətsiz türk zalımların əli ilə xaraba qalacaq”, –buyurdu. Belə ki, dedidi kimi də oldu. (Mənakibül-arifin, Ahmed Eflakinin farsca əsəri (1360). Bu əsər mövləvi təriqətinin ən geniş miqyaslı kitabı kimi tanınır)

Qurana Görə, Irqlər Üstünlük Təşkil Etmir, Üstünlük Yalnız Təqva Ilədir

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)

RTmi_78_AriflerinMenkibeleri_cilt2_kapak

İrq Üstünlüyü Düşüncəsi Cahillikdir

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)

RumiTehlike mi s79 Menakibul Arifin_s137_Turk Dusmanligi

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Birinci Hissə: Mövlanaya Aid Olduğu Deyilən Kitablarda Allaha, İslama və Qurana Hörmətsizlik Edilən Qisimlərdən Nümunələr
  • İkinci Hissə: Mövlanaya Aid Olduğu Deyilən Kitablarda Allahin Çirkin və Halam Olduğunu Bildirdiyi Homoseksualliği Qanuniləşdirməyə Çalişmaq; Qeyri-Əxlaqi Mövzular
  • Üçüncü Hissə: Mövlanaya Aid Olduğu Deyilən Kitablarda Təkamülü Müdafiə Edən və Türk Millətini Alçaldan Sözlər
  • Dördüncü Hissə: Mövlanaya Aid Olduğu İddia Edilən Kitablarda Qadinlari Alçaldan Sözlər