Giriş

Mövləvilik deyildikdə bir çoxlarının ağlına Cəlaləddin Ruminin liderliyində inkişaf edən, Anadoluda yayılan və dünya miqyasında milyonlarla insan üzərində təsiri olan təriqət gəlir. İnsanların çoxu elə zənn edir ki, mövləvilik sevgi və qardaşlığı təlqin edir. Halbuki bir az araşdırma apardıqda durumun fərqli olduğu görünər.

Mövlana Cəlaləddin Ruminin kitabları islami əsərlərdən biri kimi tanınır. Lakin bu kitablarda Qurana uyğun olmayan, cəmiyyətin əxlaqını ciddi şəkildə pozan qeyri-əxlaqi hissələrin mövcud olduğunu bir çoxları bilmir. Bunu etməliyik ki, növbəti səhifələrdə sizə ətraflı olaraq təqdim edəcəyimiz Qurana uyğun olmayan həmin qisimlər Mövlananın kitablarına sonradan əlavə edilə bilər. Mövlanadan xəbərsiz şəkildə başqaları tərəfindən də yazıla bilər. Ancaq nəticədə Mövlana adına nəşr edilib yayılan kitablarda Qurana tamamilə zidd fəlsəfə və həyat tərzindən bəhs edilən qisimlər var.

Belə ki, Allaha iman etməyən, hz.Muhəmmədi peyğəmbər olaraq qəbul etməyən və ya İslama açıq şəkildə qarşı çıxan bir çoxlarının mövləviliyi müdafiə etməyinin əsasında da Qurana uyğun olmayan bu qisimlər var. Həmin şəxslər müsəlmanlığa şiddətlə qarşıdırlar, lakin Mövlananı tərifləyir, ona aid edilən kitablarda bəhs edilənləri qəbul edir və insanlara bunu təbliğ edirlər.

Rumilik olaraq adlandırılan bu cərəyanın kökündə Allahın yaratmasını inkar edən darvinizm, Allahın Quranda çirkin əxlaqsızlıq adlandırdığı və haram etdiyi homoseksuallıq, qadınları ikinci sinif olaraq görüb alçaltmaq, irqçi yanaşma ilə türk millətini pisləmək və şərabı halal görmək kimi qeyri-əxlaqi və Qurana zidd inanclar var. Rumilik İslamsız və Quransız müsəlman anlayışını ortaya çıxarmaq üçün bəzi çevrələr tərəfindən xüsusi və şüurlu şəkildə istifadə edilən fəlsəfədir və Anadolu mövləviliyi ilə rumilik eyni deyil.

Rumiliyi İslamın yerinə mənimsətməyə çalışan insanların ortaq fikirlərinə baxdıqda görünür ki, onların böyük qismi homoseksuallığı və Quran əxlaqına uyğun olmayan həyat anlayışını müdafiə edir, elmi dəlilləri olmadığı halda təkamülü təbliğ edirlər. Bunlardan xəbərsiz olan bir çox adam böyük ehtimalla xoş niyyətlə Mövlananın kitablarından alınan bəzi cümlələri yayarkən fərqində olmadan rumilik fəlsəfənə kömək etmiş olurlar.

Şübhəsiz ki, bir insanın nəyə inandığı və necə yaşadığı yalnız onun özünü maraqlandırır. Allahın Quranda əmr etdiyi “dində məcburiyyət yoxdur” hökmünə əsasən, hər kəs istədiyi inanca sahib olmaqda azaddır. Ancaq rumilik mövzusunda müsəlmanları xəbərdar etmək hər müsəlman üçün bir məsuliyyətdir.

Bu fəlsəfə əsrlərdən bəri qəsdən müsəlmanları zəiflətmək və onları təsir altına alıb yönləndirmək məqsədi ilə yayılır. Bütün İslam aləmini birbaşa maraqlandıran belə bir durumda müsəlmanlar həssas davranmalı, insanları pislikdən çəkindirib yaxşılığı təbliğ etməlidirlər.

Kitabın növbəti səhifələrində başda “Məsnəvi” əsəri olmaqla, Mövlanaya aid edilən əsərlərdən bəzi qisimlər bir yerə toplanmışdır. Bu qisimlər həmin kitabların əsrlərlə yaşı olan farsca nəşrlərində də vardır. Türkiyə Dəyanət İşləri Nazirliyinin, Milli Təhsil Nazirliyinin, Türkiyə Mədəniyyət Nazirliyin və digər müxtəlif rəsmi qurumların nəşr etdirib yayımladığı, yaxud kitabxanalarda saxladığı nəşrlərdə də bu qisimlər var.

Burada təkrar xatırlatmaq lazımdır ki, mövləviliyə inanan, Cəlaləddin Rumini izləyən hər insan Rumi deyil. Rumilik Quran və İsamla ziddiyyət təşkil edən ayrı fəlsəfədir. Bu fəlsəfənin dayaq nöqtəsi isə Cəlaləddin Ruminin kitablarına böyük ehtimalla sonradan əlavə edilən əxlaqa zidd hissələrdir.

Dolayısilə, Mövlananın kitablarında mövcud olan, bəlkə də, bu kitablara xüsusilə yerləşdirilən və İslam əleyhdarları tərəfindən İslam əxlaqına qarşı istifadə edilən qisimlərin insanlara göstərilməsi əhəmiyyətlidir. O zaman bu qeyri-əxlaqi hissələrin Mövlananın kitablarından çıxarılması və beləliklə, mövləviliyin təmizlənməsi mümkün olar. Daha da əhəmiyyətlisi isə İslam əleyhdarlarının İslamı daxildən yıxmaq və İslam coğrafiyasını nəzarət altında tutmaq üçün müsəlmanlara qarşı istifadə etdikləri silahlardan biri əllərindən alınmış olacaq.

Bütün bunları etdikdən sonra müsəlmanlar əleyhinə qurulan tarixi hiylə puça çıxacaq və Quran əxlaqının dünya hakimiyyəti önündəki əngəl qalxacaq.

Bu kitapta yer alan bölümler Milli Eğitim Bakanlığı’nın yayınladığı eski tarihli orijinal kaynaklardan alınmıştır

RTmi_14_Mesnevi_1_2_3

Mesnevi'nin 1-2-3. Ciltleri

RTmi_15_Mesnevi_4_5_6_ArifinMenkibeleri

Mesnevi'nin 4-5-6. Ciltleri
Ariflerin Menkıbeleri II

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Birinci Hissə: Mövlanaya Aid Olduğu Deyilən Kitablarda Allaha, İslama və Qurana Hörmətsizlik Edilən Qisimlərdən Nümunələr
  • İkinci Hissə: Mövlanaya Aid Olduğu Deyilən Kitablarda Allahin Çirkin və Halam Olduğunu Bildirdiyi Homoseksualliği Qanuniləşdirməyə Çalişmaq; Qeyri-Əxlaqi Mövzular
  • Üçüncü Hissə: Mövlanaya Aid Olduğu Deyilən Kitablarda Təkamülü Müdafiə Edən və Türk Millətini Alçaldan Sözlər
  • Dördüncü Hissə: Mövlanaya Aid Olduğu İddia Edilən Kitablarda Qadinlari Alçaldan Sözlər