Bu hissədə verilən bəzi sözlər Peyğəmbərimizin (səv) dilindən ifadə edilir (dini tənzih edirik). Rəsulullah qadınlara olan sevgisi, hörməti və nəzakəti ilə bütün dünyaya örnək olmuş insandır. Bütün ömrü boyu qadınlara verdiyi dəyəri ifadə etmiş, onları ən gözəl şəkildə qoruyub dəstəkləmişdir. Dolayısilə, Peyğəmbərimizin qadınların əleyhinə açıqlama verməsi mümkün deyil. Bu, Qurana da uyğun deyil. Allahı çox sevən, Allahdan çox qorxan və bütün həyatını Qurana görə yaşayan hz.Muhəmmədin qadınların əleyhində belə ifadələr işlətdiyini iddia etmək çirkin iftiradır. Peyğəmbərimiz (səv) bütün bu iftiralardan arıdır.
Qadınları alçaldan düşüncə xurafata məxsusdur. Quran həmin çirkin xurafatları ortadan qaldırır. Məsələn, “Məsnəvi”dəki xurafatlara görə, qadınlar ağıldan kəmdirlər və onlarla məsləhətləşmək uyğun deyil. Halbuki Quranda Səba məleykəsi ilə əlaqədar hekayət vardır. Yəni bir qadının hökmdar olduğu nümunəsi verilmişdir. Buna bənzər şəkildə, Allah Quranda hz.Məryəm və fironun xanımı kimi qadınları da tərifləyib onların gözəl əxlaqını bütün insanlara nümunə göstərmişdir.
Ümmət dedi ki, yaxşı bəs bir uşağa və ya qadına rast gəlsək necə? Nə uşaqda, nə də qadında ağıl var, açıq-aydın qərar verə bilməzlər. Peyğəmbər dedi ki, onunla danış, dediyini əksini elə, sonra yola düş. Nəfsini qadın kimi bil, qadından betər tanı, çünki qadın yarım varlıqdır, nəfs isə tamamilə şərdir. (Məsnəvi, cild 2, səh.563)
Orijinal Kaynak: Madde -1- |
Ey yolçu, yolçu ilə məsləhətləş, qadınla deyil... Çünki qadının rəyi səni topal edər. (Məsnəvi, cild 4, beyt 2210)
Orijinal Kaynak: Madde -2- |
“Qadınlarla məsləhətləşin, sonra dediklərinin əksini edin”. Həqiqətən də, onlara asi olmayanlar həlak oldu. (Məsnəvi, cild 1, beyt 3064-3065)
Qadınlarla məsləhətləşin, sonra onların dediklərinin əksinə davranın. Arvadlarına qarşı qiyam etməyən kişilər nəfəslərini tükədirlər. (Ariflərin mənkibələri, səh.402)
Orijinal Kaynak: Madde -3- |
Orijinal Kaynak: Madde -3- |
Qadın ağıldan kəm və zəif varlıq olduğu üçün onun yuxusu kişinin yuxusundan daha aşağıdır. (Məsnəvi, cild 6, beyt 4354)
Orijinal Kaynak: Madde -4- |
Ərşdə oturub qalmışdım. Anamın şəhvəti “enin” əmri ilə məni buraya atdı. Həmin ucalıqdan bir qarının hiyləsi ilə bətn zindanına düşdüm. Ruhu ta ərşdən buraya gətirdi. Qısacası, qadınların hiyləsi böyükdür. Enməyim əvvəl də qadının üzündən, sonra da qadının üzündən. Ruh idim, necə oldu ki, bədənə büründüm? (Məsnəvi, cild 6, beyt 2795)
Orijinal Kaynak: Madde -5- |
Qadınlarda heyvanlıq sifəti çoxdur, çünki qadının könlü rəngə və qoxuya axar. (Məsnəvi, cild 5, beyt 2968-2975)
Orijinal Kaynak: Madde -6- |
Darvin qadının evlilikdə rolunu belə təsvir edirdi: “...Oynayacağınız əşya-necə də olmasa, itdən yaxşıdır...” (Darvinin avtobioqrafiyası, 1809-1882, səh.232-233)
Darvin “İnsanın törəməsi” adlı kitabında qadınların dərk etmə, sürətli qavrama və təqlid mövzusunda daha aşağı irqlərin xüsusiyyətlərini daşıdığını, buna görə də daha qədim və aşağı mədəniyyət səviyyəsində sahib olduqlarını yazmışdı. (Darvinin “İnsanın törəməsi” adlı əsərindəki təbiətin inkişafı, səh.295)
Allah Quranda qadın və kişilərin iman, əxlaq və ağıl baxımından bərabər olduqlarını və üstünlüyün yalnız təqva ilə olduğunu bildirmişdir:
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa surəsi, 124)
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah qüdrətlidir, müdrikdir. (Tövbə surəsi, 71)
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. (Tövbə surəsi, 72)
Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. (Ali-İmran surəsi, 42)
Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör, ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar necə döndərilirlər. (Maidə surəsi, 75)
Allah iman gətirənlərə isə fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – cənnətdə bir ev tik. Məni firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!”– demişdi. (Təhrim surəsi, 11)
Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona Öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və Onun kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)