Birinci Hissə:
Mövlanaya Aid Olduğu Deyilən Kitablarda
Allaha, İslama və Qurana Hörmətsizlik Edilən Qisimlərdən Nümunələr

1. “İnşaAllah” Sözünə Qarşı Uyğun Olmayan Üslub, Mövlananın (Haşa) Allah Kimi Göstərilməsi

Mövlana bir işin görülməsini əmr edir. Şeyx Muhəmməd Hadim: “İnşaAllah”, –deyəndə Mövlana bağırır: “Ay axmaq, söyləyən kimdi bəs?” (Mövlana Cəlaləddin, A.Gölpinarlı, “İnkilab” Nəşriyyatı, 1985, 4-cü nəşr, səh.196)

“İnşaAllah” Demək Allahın Əmridir

Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”, –de. (Kəhf surəsi, 24)

RTmi_17_hayati_eserleri_sf_196_insaAllah_soyleyen_kim

Orijinal Kaynak: Madde -1-

❋ Kuran’a uygun olan ifade, tüm yaratılmışların, Allah’ın tecellisi olduğunu söylemektir. Ancak burada Mevlana’nın “Tanrılığı sadece kendisine değil tüm insanlara hasrettiği” ifade edilmektedir. Yani Kuran’a uygun bir şekilde Mevlana’nın ve insanların Allah’ın birer tecellisi olduğunu söylemek varken, -haşa- Allah’ın Zatı olduğu iddia edilmektedir.

Peyğəmbərimiz (səv) “İnşaAllah” Deməyin Imanın Kamilliyindən Qaynaqlandığını Bildirmişdir

İnsanlar üçün “inşaAllah” deməkdən daha fəzilətli itaətkarlıq yoxdur. (Hədisi-şərif)

Bir adamın bütün sözlərində “inşaAllah” deməyi imanının kamiliyyindəndir... (Camiüs-səğir”, 2486)

2. Allah Quranda Haram Etdiyi Halda, Şərab Içməyin Halal Olduğunu Deyilməsi

Zövq verən hər şey bu alçaq adamlar dəlil əldə edib dadanmasınlar deyə qadağan edilmişdir. Yoxsa şərab, çəng, gözəl sevmək və rəqs seçilmişlərə halaldır, alçaq adamlara isə haramdır. (Seçmə rübailər, səh.43, Mövlananın həyatı və əsərləri, səh. 200)

Şərab içən ağıllı adamdırsa, ağlı daha da artar... pisdirsə, ondan da betər olar. (Məsnəvi, səh.183, Beyt 2155)

Allah Şərabı Bütün Insanlara Haram Edib

Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 90)

Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. (Bəqərə surəsi, 219)

Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı? (Maidə surəsi, 90-91)

RTmi_19_Mesnevi_s200_sarhos_Sarap_26_Sarap

Orijinal Kaynak: Madde -2-

❋ Kuran’a göre haramlar peygamberler, evliyalar, samimi müminler ve tüm insanlar için geçerlidir. Kişiye göre haram veya helal olmaz. Şarap herkese haram kılınmıştır. Müzik, güzellikleri sevmek ve dans ise Kuran’a göre haram değildir.

RTmi_20_Mesnevi yeni_sarap

Orijinal Kaynak: Madde -2-

3. Özünü Nə Müsəlman, Nə Də Kafir Kimi Tanıdır

Eşq kafiriyik biz, müsəlman başqadır.
Müsəlmanlıqdan, kafirlikdən xaric bir ova.
...
Nə müsəlmanlığa yer var, nə də kafirliyə.
(Mövlana Cəlaləddin Rumi, Rübailər, səh.298)

Bu aləm müsəlmanlıqdan da xaricdir, kafirlikdən də.
Orada nə müsəlmanlığın işi var, nə də kafirliyin...

Mövlana Cəlaləddin Rumi, səh.198, Seçmə rübailər, səh.18, rübai 67)

Allah Kafirləri Sevməz

Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrayıla və Mikayıla düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir. (Bəqərə surəsi, 98)

Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz. (Bəqərə surəsi, 276)

Bu, ona görədir ki, Allah möminlərin himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur. (Muhəmməd surəsi, 11)

RTmi_22_MevlananinHayati_28_Muslumanlik_Disinda

Orijinal Kaynak: Madde -3-

Allah Kafir Olaraq Ölənləri Lənətləmişdir, Kafirlər Cəhənnəm Əhlidir

Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir. (Bəqərə surəsi, 161-162)

... Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 217)

Məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. (Nisa surəsi, 151)

Sonra Qiyamət günü (Allah) onları rüsvay edəcək və deyəcək: “Haqqında mübahisə etdiyiniz şəriklərim haradadır?” Elm verilmiş kimsələr deyəcəklər: “Şübhəsiz ki, bu gün kafirlərə rüsvayçılıq və əzab üz verəcək!” (Nəhl surəsi, 27)

Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün od hazırlamışdır. Onlar orada əbədi qalacaq, Nə bir himayəçi, nə də bir yardımçı tapa biləcəklər. (Əhzab surəsi, 64-65)

Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq. (İnsan surəsi, 4)

RTmi_24_Muslumanliktan_Disari

Orijinal Kaynak: Madde -3-

❋ Kuran’a göre insanı insan yapan imanı ve takvasıdır. Allah dini tüm insanlar için göndermiştir ve her insan dine tabi olmakla yükümlüdür. Bunun aksini söylemek, bir insanın dinlerin üstüne çıkabileceğini iddia etmek, küfür olur. “Böyle erin küfrüne karşı iman kim oluyor ki?” demek Kuran’a hiçbir şekilde uygun değildir. Bir mümin, Allah’a imanı ve İslam’ı yaşamayı övmek yerine imanla küfrün aynı hatta -haşa- küfrün daha üstün olduğunu asla söylemez.

Kafirlər Və Müsəlmanlar Iç-Içə Deyillər, Müsəlmanların Həqiqi Dostları Möminlərdir

Möminləri qoyub kafirləri dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 139)

Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə (bilsin ki,) Allah ilə heç bir əlaqəsi yoxdur. Ancaq onlardan çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır. (Ali-İmran surəsi, 28)

Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz? (Nisa surəsi, 144)

Müsəlmanların Vəzifəsi Küfrə Qarşı Fikri Mübarizə Aparmaqdır

Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın qoruyan olması kifayətdir. (Əhzab surəsi, 48)

Sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et! (Furqan surəsi, 52)

4. “Məsnəvi” Əsərinin (Haşa) Allah Qatından Gəldiyinin Və Qurana Bərabər Olduğunun Iddia Edilməsi

Bu kitab Məsnəvidir. Məsnəvi həqiqətə çatmaq və yəqin (şübhə edilməyən elm) sirlərini açmaq xüsusunda din əsillərinin əslidir... Allahın ən böyük fiqhi, Allahın ən aydın yolu, Allahın ən aydın şəriətidir və ən rəddedilməz dəlilidir... Şanları uca, özləri də xeyirli yazıçılar onu əlləri ilə yazıblar, tərtəmiz kişilər ona başqalarının toxunmağına izin verməzlər. Aləmlərin Rəbbindən enmişdir, batil nə önündən gələ bilər, nə də arxasından. Allah onu qoruyur... Başqa ləqəbləri də var, Allah taxmışdır ləqəbləri ona... (Məsnəvi, ön söz)

Allahın Fiqhi Və Kitabı Qurandır

Şübhə yoxdur ki, bu kitabı aləmlərin Rəbbi nazil etmişdir. (Səcdə surəsi, 2)

Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir. (Ğafir surəsi, 2)

Biz kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də dinin yalnız Allaha məxsus olduğuna (iman gətirərək), Ona ibadət et! (Zümər surəsi, 2)

Doğruya Çatdıran Və Şəfa Olan Qurandır

Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. (Yunis surəsi, 57)

Biz Quranda möminlər üçün şəfa və mərhəmət nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır. (İsra surəsi, 82)

Həqiqətən, o, möminlərə doğru yolu göstəricisi və bir mərhəmətdir. (Nəml surəsi, 77)

O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

RTmi_27_Mesnevi_onsoz_vahiy

Orijinal Kaynak: Madde -4-

Quran Allahın Qoruması Altındadır

Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, müdrik, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir. (Füssilət surəsi, 42)

Şübhəsiz ki, zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)

Quran Tərtəmiz Yazıçılar Tərəfindən Yazılmışdır

(Bu Quran) kəramətli səhifələrdədir, yüksək və pak (səhifələrdədir). (Bu səhifələr) elçilərin əllərində, möhtərəm və müti olanların (əllərindədir). (Əbəsə surəsi, 13-16)

“Təmiz Olanların Kitaba Toxunması” Quranla Əlaqədar Hökmdür

Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan yazıdadır. Ona yalnız pak olanlar toxunur. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. (Vaqiə surəsi, 77-80)

5. Vasitə Ilə Verilən Elmin Dəyərli Olmadığını Iddia Edir (Peyğəmbərimizə Cəbrayıl Vasitəsi Ilə Elmin Gəlməsini Nəzərdə Tutur)

Tanrıdan vasitəsiz olaraq verilməyən elm, gəlini bəzəyən qadının onun üzünə çəkdiyi rəng kimi diri qalmaz, uçub gedər. (Məsnəvi, səh.276)

Quran Allahın Sözüdür, Peyğəmbərimizə (səv) Vəhy Çatdırmaq Üçün Cəbrayıla Vəzifə Verən Allahdır

Bu, ona təlqin edilən bir vəhydir.
Bunu ona çox qüvvətli olan öyrətdi –
gözəl görünüşlü (Cəbrail). O, yüksəlib (öz surətində göründü).
O, ən uca üfüqdə idi.
Sonra (Muhəmmədə) yaxınlaşıb aşağı endi.
O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.
Sonra (Allah) Öz quluna nazil edəcəyini vəhy etdi.
(Peyğəmbərin) qəlbi gördüyünü yalan saymadı.
İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz? (Nəcm surəsi, 4-12)

Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu sadiq Ruh (Cəbrayıl) endirdi – sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. (Şüəra surəsi, 192-194)

Ən yüksək dərəcələrin və ərşin sahibi Odur. O, Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, (insanları) görüş günü ilə qorxutsun. (Mümin surəsi, 15)

RTmi_30_Mesnevi_s276_27_Vasitasiz_ilim

Orijinal Kaynak: Madde -5-

Cəbrayıl Allah Qatında Şərəfli Və Hörmətlidir

Həqiqətən, bu, möhtərəm elçimizin sözüdür. (O elçi ki), qüvvətlidir, Ərşin sahibi yanında şərəf sahibidir. (Təkvir surəsi, 19-20)

Cəbrayılın Dəstəyi Möminlər Üçün Nemətdir

De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl surəsi, 102)

6. Elə Iddia Edir Ki, Kamil Birisi Küfrə Düşərsə, Küfr Şəriətə Çevrilər

İllətli adam nə tutarsa, illət olar. Kafir belə olsa, o küfr din və şəriətə çevrilər. (Məsnəvi, beyt 1610, səh.129)

Küfr Müsəlman Üçün Qətiyyən Şəriətə Çevrilməz, Küfr Edənlər Sonsuza Qədər Cəhənnəm Əhli Olacaqlar

De: “Ey kafirlər!
Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 1-6)

Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin. (Bəqərə surəsi, 24)

Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir. (Bəqərə surəsi, 161-162)

Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır. Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır. (Ali-İmran surəsi, 91)

Allah Kafirləri Sevməz, Küfr Lənətlənmişdir

De: “Allaha və Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz. (Ali-İmran surəsi, 32)

Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Bu) onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır. (Tövbə surəsi, 68)

(Bu ona görədir) ki, (Allah) iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevmir. (Rum surəsi, 45)

Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün od hazırlamışdır. (Əhzab surəsi, 64)

Müsəlman Kafirlərə Itaət Etməz

(Belə olduqda) sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et! (Furqan surəsi, 52)

RTmi_33_Kamil_Kufur

Orijinal Kaynak: Madde -6-

Küfr Edənlər Daima Ziyan Içindədirlər

Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz. (Fatir surəsi, 39)

Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir. (Furqan surəsi, 55)

Küfrün Vəlisi Və Dostu Olmaz

Ona görə ki, Allah iman gətirənlərin dostudur. Kafirlərin isə dostu yoxdur! (Muhəmməd surəsi, 11)

Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik! Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır. Sözsüz ki, bu, əsl həqiqətdir. Elə isə böyük Rəbbinin adına təriflər de! (Haqqə surəsi, 49-52)

Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma! Əgər Sən onları (sağ) qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir doğub-törədəcəklər. (Nuh surəsi, 26-27)

Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq. (İnsan surəsi, 3-4)

Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə baxacaqlar. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?! (Mutəffifin surəsi, 34-36)

7. Peyğəmbərimizin Qurana Zidd Yaşadığını, Qədəri Unutduğunu, Dünyəvi Mənfəət Güddüyünü, Allahın yaratdığı hadisələrdən razı olmadığını və özünü öldürərək cinayət törətmək istədiyini iddia edir

Mustafanı ayrılıq dərdi götürdü. Sıxılan kimi özünü dağdan atmağa çalışardı. Cəbrayıl: “Qəti olmaz, Mövla əmrində sənə neçə dövlətlər təqdir etmişdir”, –deyincə sakitləşib özünü atmaqdan vaz keçərdi. Sonra yenə ayrılıq dərdi gələndə, yenə dərd-qəmdən üzülüb özünü dağdan atmaq istərdi. (Məsnəvi, beyt 3535, səh.294)

Peyğəmbərimiz (səv) Gözəl Əxlaqı ilə Aləmlərdən Üstündür, Allahın Örnək Olaraq Göndərdiyi Mübarək Şəxsdir

Nun. And olsun qələmə və qələmə alınanlara! Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır. Həqiqətən də, sən böyük əxlaq sahibisən! Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır. (Qələm surəsi, 1-7)

Allahın Elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21)

Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi təmizləyən, kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir elçi göndərdik. (Bəqərə surəsi, 151)

Allah möminlərə, öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər. (Ali-İmran surəsi, 164)

Savadsızlara özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın) ayələrini oxuyar, onları təmizləyər, onlara kitabı və hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər. (Cümə surəsi, 2)

RTmi_36_Mesnevi_peygamber_intihar_3535

Orijinal Kaynak: Madde -7-

Peyğəmbərimiz (səv) Vəhylə Hərəkət Etmişdir

And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə azmış, nə də (yoldan) çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi. (Nəcm surəsi, 1-5)

Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”. De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?” (Yunis surəsi, 15-16)

Buna görə də sən dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”. (Şura surəsi, 15)

Peyğəmbərimiz (səv) Bütün Həyatını Allah Üçün Yaşamışdır

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur! (Ənam surəsi, 162)

Peyğəmbərimiz (səv) Təbliğ Qarşılığında Əsla Dünyəvi Qarşılıq Gözləməmişdir

Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradana aiddir. Məgər anlamırsınız? (Hud surəsi, 51)

De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”. (Furqan surəsi, 57)

De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram. (Sad surəsi, 86)

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 23)

De: “Mən sizdən bir haqq istəmişəmsə, onu sizin üçün istəmişəm. Mənim haqqım ancaq Allahdan olacaqdır. O, hər şeyə şahiddir”. (Səba surəsi, 47)

Peyğəmbərimiz (səv) Allaha Təvəkkülü Ilə Bütün Müsəlmanlara Nümunədir

Allaha təvəkkül et! Allahın qoruyan olması bəsdir. (Əhzab surəsi, 3)

Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə yol göstərən olmaz. (Zümər surəsi, 36)

Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın sözü ucadır. Allah qüdrətlidir, müdrikdir. (Tövbə surəsi, 40)

... De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zümər surəsi, 38)

Adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O, nə gözəl qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)

Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər! (Nisa surəsi, 45)

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali-İmran surəsi, 139)

Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah qullarını görür. (Ali-İmran surəsi, 20)

Peyğəmbəri Maddi Məsələlərlə Dəyərləndirmək Küfrün Xüsusiyyətidir

Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən olan böyük bir adama nazil edilmədi?” (Züxruf surəsi, 31)

Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə. (İsra surəsi, 90-93)

De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?” (Ənam surəsi, 50)

8. Məsnəvinin Quranın Təfsiri Olduğunu Deyən Adama Qəzəblənmək Və:“Məsnəvi niyə Quran olmasın”, – demək

Sultan Vələd (Mövlananın oğlu) buyurdu ki, dostlardan biri atama belə şikayət edib ki, alimlər: “Mövlana Məsnəviyə niyə Quran deyir”, -deyə mənimlə mübahisə etdilər. Mən qulunuz onlara cavab verdim ki, Məsnəvi Quranın təfsiridir. Atam bunu eşitdikdə bir qədər susub belə dedi: “Ay köpək, niyə Quran olmasın? Ay eşşək, niyə Quran olmasın? Ay fahişənin qardaşı, niyə Quran olmasın? (Ariflərin mənkibələri, cild 1, səh.306)

Quranın Tayı-Bərabəri Yoxdur

De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”. (Kəhf surəsi, 109)

Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr. (Həşr surəsi, 21)

De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün toplaşıb bir-birinə kömək etsələr də, ona bənzərini gətirə bilməzlər”. Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi. (İsra surəsi, 88-89)

Yoxsa onlar: “onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa kimi bacarırsınızsa, çağırın!” (Hud surəsi, 13-14)

Yoxsa: “onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa kimi bacarırsınızsa, çağırın!” Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş bir şeyi yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu. (Yunis surəsi, 38-39)

Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı şahidlərinizi çağırın! Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin. (Bəqərə surəsi, 23-24)

RTmi_42_Kuran_Mevlana

Orijinal Kaynak: Madde -8-

❋ Mevlana’nın Mesnevi’yi Kuran’la eş değer tutmasını tevil edebilmek için velilerin sözlerinin Allah’ın ilhamı olduğu ifade edilmiştir. Elbette bütün insanları konuşturan Allah'tır. Her söz Allah'a aittir. Ancak bu, bütün sözlerin Allah'ın vahyi olan Kuran'la eşdeğer olduğunu göstermez. Burada ise Mesnevi açıkça Kuran’la eşdeğer tutulmaktadır ve bu bir sapkınlıktır.

Tək Hökm Verən Allahdır

Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını kitabdan hesab edəsiniz deyə kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar. (Ali-İmran surəsi, 78)

Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir. (Şura surəsi, 21)

Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)

Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər. (Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. (Züxruf surəsi, 23-24)

Onlara oxunan kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır. (Ənkəbut surəsi, 51)

Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Allahın lənəti olsun zalımlara! (Hud surəsi, 18)

Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz? Məgər düşünüb ibrət almayacaqsınız? Yoxsa sizin aydın bir dəliliniz vardır? Əgər doğru deyirsinizsə, kitabınızı gətirin! (Saffat surəsi, 154-157)

Sizə nə olub, necə hökm verirsiniz? Yoxsa sizin elə bir kitabınız vardır ki, ondan oxuyursunuz? (Ya da) onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı (yazılmışdır)? (Qələm surəsi, 36-38)

9. Məsnəvidə Bəhs Edilən Qədəri (Haşa) Mat Etmək Iddiası

Qanadım getdisə, məni oxşayarsan, mənə iltifat edərsən, fələk belə oyunumun qarşısında mat qalar. (Məsnəvi, cild 2, beyt 345)

Hər Şey Qədərin Içində Təqdir Edilmişdir

Biz, həqiqətən də, hər şeyi qədərlə yaratdıq. (Qəmər surəsi, 49)

Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın yazıda olmasın. (Nəml surəsi, 75)

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da (bu işlər) sizin saydığınız min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. (Səcdə surəsi, 5)

Onların etdiyi hər şey kitablarındadır. Hər bir kiçik və böyük (əməl) yazılmışdır. (Qəmər surəsi, 52-53)

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın yazıdadır. (Hud surəsi, 6)

Allahın Izni Olmadan Heç Bir Şey Olmaz, Allahın Qədərini Heç Kim Dəyişdirə Bilməz

Qeybin açarları Onun yanındadır. Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda olmasın. (Ənam surəsi, 59)

Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. (Təğabun surəsi, 11)

De: “Sizə vəd edilmiş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada, nə də tezləşdirə bilərsiniz”. (Səba surəsi, 30)

Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər. (Əraf surəsi, 34)

RTmi_46_cilt_2_345_felek

Orijinal Kaynak: Madde -9-

10. Mövlananın (Haşa) Ilahiləşdirilməsi, Ağacların Mövlanaya Səcdə Etdiyinin Iddia Edilməsi

Mövlana səhər tezdən evdən çıxdı... O hansı ağaca rast gəlirdisə, salam verir və bütün ağaclar səcdə edirdilər. Mənə Qurandakı “ulduz və ağaclar səcdə edirdilər” ayəsinin sirindən bir hikmət göstərirdi. (Ariflərin mənkibələri, Şərq İslam klassikləri 29, Əhməd Əflaki, Milli Təhsil Nazirliyinin nəşrləri, 489)

Bitkilər, Mələklər, Insanlar Və Bütün Məxluqat Yalnız Allaha Səcdə Edərlər

Otlar da, ağaclar da (Ona) səcdə edir. (Rəhman surəsi, 6)

Rəbbinin dərgahında olan (mələklər) Ona ibadət etməkdə təkəbbürlük göstərmir, Onu tərifləyir və yalnız Ona səcdə edirlər. (Əraf surəsi, 206)

Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir. (Rəd surəsi, 15)

Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar. (Nəhl surəsi, 49)

Onlara: “Ər-Rəhmana səcdə edin!”– deyildikdə: “Ər-Rəhman nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?”– deyərlər. Bu da onların nifrətini artırar. (Furqan surəsi, 60)

Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər. Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. (Furqan surəsi, 64-65)

RTmi_49_Agac_secde

Orijinal Kaynak: Madde -10-

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Birinci Hissə: Mövlanaya Aid Olduğu Deyilən Kitablarda Allaha, İslama və Qurana Hörmətsizlik Edilən Qisimlərdən Nümunələr
  • İkinci Hissə: Mövlanaya Aid Olduğu Deyilən Kitablarda Allahin Çirkin və Halam Olduğunu Bildirdiyi Homoseksualliği Qanuniləşdirməyə Çalişmaq; Qeyri-Əxlaqi Mövzular
  • Üçüncü Hissə: Mövlanaya Aid Olduğu Deyilən Kitablarda Təkamülü Müdafiə Edən və Türk Millətini Alçaldan Sözlər
  • Dördüncü Hissə: Mövlanaya Aid Olduğu İddia Edilən Kitablarda Qadinlari Alçaldan Sözlər