Hər təqvalı mömin “Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”. (Furqan surəsi, 74) ayəsinin hökmünə görə inananlara “liderlik etmək” istəyə bilər.
Bir şəxs müsəlmanları birləşdirirsə, onların başına keçərək Allahın izni ilə müsəlmanları düşdükləri sıxıntı və çətinliklərdən xilas edib, dinclik, ədalət, bolluq və rifaha qovuşdurursa, bu adama necə xitab olunduğu əhəmiyyətli deyildir. O şəxsə istər bir lider, istərsə də birləşdirici deyilsin, o hz. Mehdinin ən böyük əlaməti olan işi yerinə yetirmiş olacaqdır. Buna görə də, “yalnız ona xas olan işləri kim yerinə yetirsə, Mehdi o şəxsdir” şəklindəki bir yanaşma və hüsnü-zənn etmək doğru olacaqdır. Burada, əhəmiyyətli olan belə tarixi və müqəddəs bir vəzifənin yerinə yetirilməsidir. Buna görə də, müsəlmanlara Qızıl Əsri yaşadacaq şəxsin -adı nə olursa olsun-Mehdi olması ümid edilir və Peyğəmbərimiz (s.ə.v)-dən 1400 il sonra bunları bacaracaq adam üçün də “yəqin ki, Odur” deyə düşünülə bilər.
Bədiüzzaman da əsərlərində, gələcəyi hədislərdə dəqiq olaraq izah edilən hz. Mehdinin zühuru müjdələnməmiş olsaydı belə, zühurunun adətullaha (Allahın kainatda qoyduğu dəyişməz hökmlərə) uyğun olduğunu bu şəkildə ifadə etmişdir:
Hər şeyə gücü çatan Allah, hz. Mehdi vəsiləsiylə də, İslam aləminin üzərindəki qaranlığı yox edə bilər. Bunu vəd etmişdir, əlbəttə ki, vədini yerinə yetirəcəkdir. Əgər dairə-i əsbab (səbəblər əsasında) və hikməti Rəbbaniyyə (Allahın diləməsi) cəhətdən düşünsək, yenə o qədər ağlabatan və reallaşmağa layiqdir ki, əgər müxbir-i Sadiqdən (doğru sözlü olan Peyğəmbərimiz (s.ə.v)-dən) rəvayət edilməzsə belə, yəqin ki, elə olmaq lazım gəlir. Və əhli təfəkkür (alimlər, təfəkkür əhli) olacaq deyə hökm verər”. (Mektubat, səh. 411-412)
Həmçinin, bu vəziyyət sadəcə hz. Mehdi üçün deyil, hz. İsa üçün də məqbuldur. Xristianlıq dinini xurafatlardan təmizləyib, əslinə qayıtmasına vəsilə olan bir şəxs, həmçinin xristianların Qurana tabe olmasına, iki dinin mənsublarının ittifaqlarına vəsilə olsa və ana-atası da olmasa, bu şəxsin də hz. İsa olması ümid edilir. Nəticə etibarilə bu mübarək şəxslər Allahın izni ilə gələcək və talelərində olanı yerinə yetirərək İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaqlar.
Bədiüzzaman da Allahın bu adətullahını bilərək əsərlərində hz. Mehdinin zühuru və İslam əxlaqının dünya hakimiyyətinə vəsilə olması mövzusunda heç bir şübhəsinin olmadığını ifadə etmiş və bu fikirlərini də ən aydın və ən hikmətli sözlərlə bütün müsəlmanlara təqdim etmişdir. Bədiüzzamanın olduqca açıq və səmimi ifadələrlə irəli sürdüyü bu həqiqətləri, heç bir dəlil olmadan, yalnız şərh, təvil və ya təfsir adı altında örtməyə çalışmaq və bu yolla da 30-40 ildən bəri, bəlkə də minlərlə insanın səhv istiqamətləndirilməsinə səbəb olmaq, əlbəttə ki, böyük bir məsuliyyətdir.
Buna görə də, batin təfsirçiliyinin kitab boyunca izah edilən bütün bu cəhətləri diqqətlə dəyərləndirilməli və Bədiüzzamanın sözlərinin həqiqi mənasıyla bütün müsəlmanlar tərəfindən başa düşülüb öyrənilməsinə şərait yaradılmalıdır. Allahın izni ilə olduqca yaxın bir zamanda Bədiüzzamanın bu müjdələri reallaşacaq, bütün dünya hz. Mehdinin liderliyi altında toplanacaq, Quran əxlaqının yaşanması ilə birlikdə anarxiya və qarışıqlıq mühiti bitəcək və yer üzünə dinclik və sülh hakim olacaqdır. Bütün İslam ümmətinin 1400 ildir ki, gözlədiyi bu tarixi şəxsin zühuru, o günə qədər səhv bir dünyagörüşüylə edilən bütün şərh və təfsirlərin əsassızlığını onsuz da aşkarlayacaq və Bədiüzzamanın sözlərinin hikmətini aydın şəkildə ifadə edəcəkdir. Ancaq əsl əhəmiyyətli olan bu mübarək şəxsin zühuru üçün bütün müsəlmanlarla birlik olub ən gözəl hazırlığı edə bilmək, bu tarixi və şərəfli hadisədə hz. İsanın və hz. Mehdinin dəstəkçilərindən və köməkçilərindən ola bilməkdir. Allahın Qurandakı hakimiyyət vədi və Peyğəmbərimiz (s.ə.v)-in müjdələri reallaşdığı vaxt əvvəlcə bu irəliləyişlərdən şübhə ilə yanaşan kəslərdən olmağın, adama dünyada və axirətdə məsuliyyət sahibi edəcəyinin və xəcalət yaşamasına səbəb ola biləcəyinin də unudulmaması lazımdır.
Hz. İsa və hz. Mehdinin Axırzamanın gözlənilən müqəddəs şəxsləri olduğu başa düşüldüyü vaxt Allahın izni ilə bütün dünya onları sevgiylə qucaqlayacaq, onları səmimiyyətlə qəbul edəcək, onlara və özlərini çağırdıqları Quran əxlaqına tabe olacaqlar. Əlbəttə ki, bu hadisələr baş verdiyi vaxt da bu mübarək insanlara dəstək ola bilmək çox böyük bir nemət və gözəllikdir. Amma unudulmamalıdır ki, əsas olaraq, bu şəxslərin gəlişindən əvvəl həqiqəti müdafiə edərək onlar üçün hazırlıq görmək də Allah qatında üstün bir qarşılığı ola bilər. Axırzamanın bu tarixi şəxslərinin ən yaxın köməkçilərindən ola bilmək üçün bütün müsəlmanların bir-birlərilə yarışmaları, həmçinin Quran əxlaqının da bir gərəyidir. Allah Quranda müsəlmanları məsul etdiyi xeyirli işlər görməkdə yarışmaq əxlaqını bizlərə belə bildirir:
Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Bəqərə surəsi, 148)
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).