Keçən əsrin mücəddidi olan Bədiüzzaman Səid Nursi, həyatını Allahın varlığını və Ucalığını izah etməyə, İslamın dəyərlərini yüksəltməyə həsr etmiş, bu yolda bir çox çətinliklərlə qarşılaşmış, dərin imana sahib, böyük bir mütəfəkkirdir. Ömrü boyu böyük bir fikri mübarizə nümunəsi nümayiş etdirmiş, hikmətli qərar və davranışlarıyla müsəlmanlara nümunə və qabaqcıl olmuş mübarək bir şəxsdir. Əsərlərində ortaya qoyduğu elm, ixlas, bəlağət və daha bir çox xüsusiyyətdən, özünün bəlkə də İslam tarixinin ən böyük vəlilərdən biri olduğu aydın olur.
Bədiüzzaman Səid Nursi, geniş məlumatlar ehtiva edən beş min səhifəlik Risalə-i Nur Külliyatı ilə milyonlarla insanın hidayətinə vəsilə olmuş böyük bir mütəfəkkirdir. Hicri 13-cü əsrin mücəddidi olan Bədiüzzaman, əsərləriylə müsəlmanları maarifləndirmiş, Quran əxlaqını ən gözəl şəkildə yaşamış və mübarizəsiylə nümunəvi bir şəxsiyyət olmuşdur. Yaşadığı dövr, baş verən dünya müharibələri ucbatından bəlkə də tarixin ən çətin, ən sıxıntılı illəri olmuşdur. Osmanlı imperiyasının süquta uğradığı illərdən, vəfat etdiyi 1960-cı ilə qədər, hökm sürən maddi, mənəvi çox böyük çətinliklərin yaşandığı bir dövrdə sarsılmaz bir fikri mübarizə aparan Bədiüzzaman dəyərli fikirləriylə millətimizə zərər verə biləcək ideologiyalara maneə olmağa çalışmış və iman həqiqətlərinin təbliği ilə müsəlmanların mənəvi istiqamətdən güclənmələrinə vəsilə olmuşdur. (Allah ondan razı olsun.)
Bədiüzzaman həzrətləri böyük bir mücəddid olaraq, həmişə inandığı kimi yaşamış və düşündüyü kimi danışmışdır. Səksən yeddi illik uzun ömrünü ixlas və səmimiyyət ilə inandığı Quran əxlaqını izah edərək keçirmişdir. Bu xidməti əsnasında həmişə doğruları ifadə etmiş, hətta buna görə də iyirmi səkkiz ilini həbsxanalarda və sürgün şəraitində çətin şərtlər altında keçirmişdir. Buna baxmayaraq heç vaxt deyilməsi lazım olan həqiqətləri ifadə etməkdən çəkinməmiş, hansı şərt və mühitdə olursa olsun heç bir mövzuda, xüsusilə imani mövzularda Quran və Peyğəmbərimiz (s.ə.v)-in sünnətindən kənara çıxmadan həqiqətləri çox aydın və dəqiq izah etmişdir. Başqaları tərəfindən qəribə görüləcək, səhv başa düşüləcək deyə doğruları gizlətməyin və mənası dəyişəcək formada sözü əskik və ya fərqli deməyin Quran əxlaqına zidd olduğunu da yenə Bədiüzzaman ifadə etmişdir. Bədiüzzaman, deyilən hər sözün doğru olmasının lazım olduğunu ifadə edərək doğruluğun əhəmiyyətini də belə vurğulamışdır:
“Yol ikidir: Ya sükut etməkdir (susmaqdır). Çünki deyilən hər sözün doğru olması lazımdır. Və ya sıdkdır (doğruluqdur). Çünki İslamiyyətin əsası sıdkdır (doğruluqdur). İmanın xassəsi sıdkdır (doğruluqdur). Bütün kəmalata isal edici (yaxşılıqlara çatdıran) sıdkdır (doğruluqdur). Əxlaq-ı aliyənin (yüksək əxlaqın) təməli sıdkdır (doğruluqdur). Terakkiyatın məhvəri (İrəliləmənin mərkəzi) sıdkdır (doğruluqdur). Aləm-i İslamın nizamı (İslam aləminin quruluşu) sıdkdır (doğruluqdur). Nev-i bəşəri kabə-i kəmalata isal edən, (İnsanları əxlaq və tərbiyəyə çatdıran) sıdkdır (doğruluqdur). Əshab-ı kiramı (səhabələri) bütün insanlara təfəvvüq etdirən (üstün edən) sıdkdır (doğruluqdur). Məhəmməd-i Haşimi Əleyhissalatu Vəssalamı məratib-i bəşəriyyənin (insanlıq dərəcəsinin) ən yüksəyinə çıxaran sıdkdır (doğruluqdur)”. (İşarat-ül İcaz, səh. 82)
Buna görə də Bədiüzzaman özünə yönəldilən hər suala doğru cavab vermiş və əsərlərinə də doğru olaraq köçürmüşdür. Axırzaman ilə əlaqədar özünə yönəldilən suallara qarşı da heç vaxt susqun qalmamış, hər mövzunu ən incə təfərrüatına qədər izah etmişdir. Buna görə də bu mövzularda izah etdiyi hər sözü, hər izah etdiyi mövzu kimi tamamilə həqiqətləri əks etdirir.