Giriş

Yaxın zamanda ən böyük İslam alimlərindən biri olan Bədiüzzaman Səid Nursi həzrətlərinin yazmış olduğu Risalə-i Nur Külliyatı yüz minlərlə insanın hidayətinə vəsilə olmuş çox əhəmiyyətli əsərlərdir. Bədiüzzamanın səmimi üslubu, təfəkkür və hikmətli izahatı, hər oxuyan üçün əhəmiyyətli bir yol göstərici və hidayət rəhbəri olmuşdur. Risalə-i Nurların geniş kütlələr üzərindəki bu səmimi təsiri olduqca aydındır. Hər biri olduqca səmimi nümunələrlə toxunulmuş olan bütün bu mövzuların izahındakı sadəlik və aydınlıq hər təbəqədən olan insanın asanlıqla başa düşə biləcəyi şəkildədir.

Ancaq bütün bu üstün xüsusiyyətlərinə baxmayaraq bəzi dairələrdə Bədiüzzamanın əsərlərinin aydınlaşması üçün təfsir olunması lazım olduğu şəklində səhv bir qənaət vardır. Guya risalələrdə şifrəli və mürəkkəb bir izahatın olduğu, birbaşa oxumaqla başa düşülməyəcəyi və bu şifrələri də ancaq bu mövzuda məlumat sahibi olan müəyyən kəslərin həll edəcəkləri düşünülür. Bədiüzzamanın aydın izahının arxasında bir də batini məna gizləndiyi, buna görə də Bədiüzzamanın izah etmək istədiyi həqiqətlərin də ancaq batini təfsir ilə aydınlaşa biləcəyi iddia edilir. Bu dünyagörüşü bəzən elə bir səviyyəyə gəlib çata bilir ki, Bədiüzzamana böyük bir sevgi və hörmət bəsləyən kəslər belə Bədiüzzamanın dediklərinin aydınlaşa bilməsi üçün “Risalələrdəki sözlərinin kafi olmayacağını” iddia edirlər. Bu sözləri yalnız xüsusi sirlərə vaqif, xüsusi təfsir gücü olan, xüsusi qabiliyyətlərə və hisslərə sahib bəzi xüsusi kəslərin “batini təfsir” edərək başa düşə biləcəyi fikrini müdafiə edirlər.

Risalələr mövzusundakı bu yanaşma tərzi xüsusilə də, Bədiüzzamanın Axırzaman və hz. Mehdi mövzusundakı şərhlərində gündəmə gəlir. Bədiüzzamanın və onun qələmə almış olduğu Risalə-i Nur Külliyatının Mehdilik vəzifəsini boynuna götürdüyü istiqamətində bir hüsnü zənnə sahib olan kəslər, Bədiüzzamanın xüsusilə də bu mövzunu rədd edən şərhlərini qəbul etməkdən çəkinir və bu sözləri müxtəlif formalarda şərh etməyə üz tuturlar.

Şübhəsiz ki, bu vəziyyət bəhsi keçən düşüncəylə hərəkət edən kəslərin bəzi mövzularda bir çox narahatlıqlar keçirmələrindən qaynaqlanır. Yoxsa, Bədiüzzamanın risalələrdə yer alan hər bir sözünün nə qədər hikmətli və aydın olduğu aydın və məlum olan bir həqiqətdir. Hər sözü həqiqətləri ehtiva edən bu risalələr, Bədiüzzaman Səid Nursinin yaşadığı dövrdə nəşr olunmuşdur. Bədiüzzaman əsərlərini şəxsən özü yeniləmiş və düzəltmişdir. Milyonlarla adamın bu mövzuları əsərlərindən öyrənəcəyini bilərək qələmə alan Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki mənaları ümmətinə nəql edərkən, şübhəsiz ki, həmişə olduğu kimi zərrə qədər də doğrulardan kənara çıxmamışdır. Nəyin doğru olduğunu düşünübsə və həqiqi qənaəti nə isə onları yazmışdır. Buna görə də əsərləri tamamilə dolğun həqiqətləri əks etdirir. Bədiüzzaman, “bir Risalə-i Nur tələbəsi olaraq mən də bunlara tabe oluram” deyərək, yaşadığı müddət ərzində əsərlərində yazdıqlarının doğruluğunu dəfələrlə təsdiq etmişdir. Bütün bunlardan əlavə Bədiüzzaman əsərlərində sözlərinin yenidən təfsir edilməsinə qarşı olduğu istiqamətindəki fikirlərini də aydın şəkildə bəyan etmişdir. Risalələrin ikinci dəfə təfsir edilməsinin, sözlərini əslindən uzaqlaşdıraraq mənasını itirməsinə və səhv çıxarışlara səbəb olacağını ifadə etmişdir. Buna görə də bütün bunlara baxmayaraq, yaşadığı əsrin mücəddidi olan Bədiüzzaman Səid Nursi kimi böyük bir İslam aliminin əsərlərinin başa düşülmədiyi, buna görə də yığcam bir şəkildə qələmə almış olduğu, açıq-aşkar sözlərinin yenidən təfsir edilməsinin lazım olduğu istiqamətindəki fikirləri həm səhvdir, həm də Bədiüzzamanın şəxsən öz ifadələriylə tamamilə ziddiyyət təşkil edir. Belə bir yanaşma tərzi böyük bir mücəddidin əsərlərinin hamısına şübhə ilə yanaşılmasına gətirib çıxaracaq təhlükəli bir cəhd olacaqdır. Unudulmamalıdır ki, böyük mücəddid Bədiüzzamana qarşı göstəriləcək həqiqi sevgi və hörmət, onun böyük bir səmimiyyətlə qələmə aldığı əsərlərinə sahib çıxmağı, onun həqiqətdə demək istədiklərini tam başa düşüb onu dəstəkləməyi tələb edir.

Bu kitabın məqsədi də bu istiqamətdə “batin təfsirçiliyi” mövzusunu ələ almaq, bu düşüncə ilə aparılan təfsirlərin səhvini və Bədiüzzamanın izahlarıyla nə qədər ziddiyyət təşkil etdiyini şəxsən Bədiüzzaman Səid Nursinin sözləri ilə ortaya qoymaqdır. Belə bir üsulun nə cür nəticələrə yol aça biləcəyini, risalələr və Bədiüzzamanın sözləri üzərində hansı zərərlər meydana gətirə biləcəyini xatırladır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hicri 13-Cü Əsrin Böyük Mücəddidi, Bədiüzzaman Səid Nursi
  • Aldadıcı Bir Cərəyan “Risalə-İ Nurda Batın Təfsirçiliyi”
  • Batin Təfsirçiləri Risalə-İ Nuru Necə İzah Edirlər?
  • Bədiüzzaman Risalələrin Təfsir Edilməsinə Hansı Baxımdan Yanaşır?
  • Nəticə